Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə28/132
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#45165
1   ...   24   25   26   27   28   29   30   31   ...   132
Az.tariximeselelerirantarixnaslnda.

 Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında  
 
57
İran tarixçiləri Azəbaycan tarixinin ayrı-ayrı dövrlərini də 
saxtalaşdırmaqla onun bütün Şərqin, o cümlədən İranın tarixində 
oynadığı rolu da inkar etməyə səy göstərirlər. Halbuki, Azərbay-
can qədim insanların ilk məskənlərindən, bəşər sivilizasiyasının 
ilk beşiklərindən biri hesab olunur. Bunu Azərbaycan ərazisində 
aşkar edilmiş maddi - mədəniyyət abidələri, o cümlədən Azıx 
mağarasında tapılmış ilk insan nümunələri, Qobustan qayaüstü 
təsvirləri də  təsdiq edir. Azərbaycan xalqı, eyni zamanda dün-
yanın  ən qədim dövlətçilik  ənənələrinə malik xalqlarındandır. 
Azərbaycan xalqı təqribən beş min illik dövlətçilik tarixinə ma-
likdir. Azərbaycan ərazisində ilk dövlət qurumları hələ eramız-
dan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başla-
yaraq Urmiya hövzəsində yaranmışdır. Burada meydana gəlmiş 
ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tari-
xində mühüm rol oynamışlar. Arxeoloji abidələr və qədim yazılı 
mənbələr Azərbaycanın Mesopatamiya və Kiçik Asiyanın qədim 
dövlətləri (Şumer, Akkad, Aşşur, Het və s.) ilə sıx əlaqələrindən 
xəbər verir. Sonrakı dövrlərdə də Azərbaycan ərazisində müxtəlif 
adlarla çox dövlət mövcud olmuşdur. Bunlardan bilavasitə Azər-
baycan adlanan dövlət olmasa da, ölkə Azərbaycan adını daşıyırdı 
və deməli o dövlətlər də tarixi Azərbaycan dövlətləridir. Hələ 
eramızdan əvvəl IX əsrdə Cənubi Azərbaycan ərazisində Manna 
dövləti yaranmışdı. Arazın bu tayında isə Herodotun (e.ə.V  əsr) 
verdiyi məlumata görə, massagetlərin öz dövləti olmuş  və bu 
dövlətin hökmdarı  qəhrəman qadın Tomiris, Arazı keçib mas-
sagetlərlə müharibəyə başlayan İran hökmdarı Kiri məğlub etmiş-
di. Bir sıra mütəxəssislərin (Senkovski, M.Quboğlu və b.) fikrinə 
görə, e.ə. VII əsrdə Orta Asiyadan Azərbaycana gələn saklar türk 
soylu olmuşlar.  
E.ə. IV əsrin sonlarında Azərbaycanın cənubunda Atropate-
na,  şimalında Albaniya dövləti yaranmışdı. Tarixin sonrakı 
dövrlərində də Azərbaycan ərazisində qüdrətli dövlətlər mövcud 
olmuşdur. Müxtəlif dillərdə olan mənbələrdə Azərbaycan döv-
lətlərinin tarixi haqqında kifayət qədər məlumatlar öz əksini 


Eynulla Mədətli 
 
58
tapmışdır. Buna baxmayaraq, İran tarixçilərindən bəziləri həmin 
dövlətlərin Azərbaycan tarixi ilə heç bir əlaqəsinin olmadığını 
iddia etməkdədirlər. Bunların sırasında yuxarıda artıq adlarını 
çəkdiyimiz tarixçilərlə yanaşı,  Əhməd Kavyanpuru, Əli Deh-
qanı, Məhəmməd Cavad Məşkuru, Manuçehr Murtəzəvini, Cə-
maləddin Fəqihi və başqalarını da göstərmək olar.
1
 C.Fəqih özü-
nün “Aturparakan və nehzəte ədəbi” əsərində Azərbaycanın ta-
rixi coğrafiyası, Azərbaycan xalqının etnogenezi, mədəniyyət və 
ədəbiyyat tarixi ilə bağlı bir sıra qərəzli mülahizələr söyləmişdir. 
O, azərbaycanlıların mənşəyi ilə bağlı bir sıra orta əsr müəllif-
lərinin obyektiv qeydləri ilə razılaşmayaraq Azərbaycan adını 
“İran hökmdarı olmuş Aturpatın” adı ilə bağlayır.
2
 Azərbaycan 
alimi T.M.Musəvi C.Fəqihin bu mülahizəsi ilə bağlı sual qoyur 
ki, Aturpat titul kimi işlədilmiş və ya konkret tarixi şəxsiyyətin 
adı olmuşdur? Bu suala C.Fəqih cavab vermir. T.Musəvi bir sıra 
ilkin mənbələrə və tarixçilərin əsərlərinə, o cümlədən Həsən Pir-
niyanın “Tarix-e İran-e bastan” əsərinə (III cild, Tehran, s.2529-
2531) istinad edərək Atropatın şəxsi ad olmaqla yanaşı, həm də 
titul kimi işlədildiyini göstərmişdir.
3
 C.Fəqih Azərbaycanın Mi-
diyanın bir hissəsi olduğunu əsas götürərək və midiyalıların da 
ari irqinə  mənsub olduğunu və  qədim fars dilinə yaxın olan 
müəyyən  İran dilində danışdıqlarını iddia edir. O, belə hökm 
verir ki, azərbaycanlılarla  İranın digər məntəqələrində yaşayan 
insanlar istər irqi cəhətdən, istərsə də dil cəhətdən vəhdət təşkil 
                                                 
1
 Kavyanpur Ə. Tarixe Rezaiyyə, İ cild, Tehran, 1348; Əhməd Kavyanpur. Ta-
rixe ümumiye Azərbaycan, Tehran, 1346; Dehqan Ə. Sərzəmin-e Zərdoşt. 
Rezaiyyə, İ cild, Tehran, 1348; Məşkur M.C. Nəzəri be tarix-e Azərbaycan və 
asar-e bastani və cəmiyyətşünasan, Tehran, 1349; Mortəzəvi M. Nəqş-e Azər-
baycan., Təbriz, 1345; Fəqih C. Aturparakan və nehzət-e ədəbi, Tehran, 1346. 
2
 Fəqih C. Aturparakan və nehzət-e ədəbi, Tehran, 1346, s.2,4; Musəvi T.M. 
Cəmaləddin Fəqihin “Aturpatakan və nehzə-te ədəbi əsəri haqqında. //Azər-
baycanın tarix və  mədəniyyətinin burjua saxtalaşdırıcılarına qarşı, Bakı, 
Elm, 1978, s.160. 
3
 Musəvi T.M. Cəmaləddin Fəqihin “Aturpatakan və nehzət-e  ədəbi  əsəri 
haqqında, s.161 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin