Naxçivan naxçıvan zonası Naxçıvan Muxtar Respublikasının bütün rayonları Naxçıvan



Yüklə 16,03 Kb.
tarix02.01.2022
ölçüsü16,03 Kb.
#34815
NAXÇIVAN


NAXÇIVAN

Naxçıvan zonası Naxçıvan Muxtar Respublikasının bütün rayonları

Naxçıvan — Azərbaycan Respublikasında respublika tabeli şəhər, Naxçıvan Muxtar Respublikasının inzibati mərkəzidir.[5] Eramızdan əvvəl Naxçıvan qədim Azərbaycan dövlətləri olan Manna və Midiyanın tərkibində olmuşdu. E.ə. 633-cü ildə şəhər skif-sakların hücumuna məruz qalmışdır. Müxtəlif dövrlərdə Naxçıvan Əhəmənilər imperiyasının, Atropatenanın və Azərbaycan Albaniyasının, eramızın IV əsrindən sonra isə Sasanilər dövlətinin tərkibində olmuşdur.[5]

Rayonları Babək culfa ordubad kəngərli sədərək sahbuz şərur



LƏNKƏRAN

Lənkəran zonası Lənkəran, Astara, Lerik, Yardımlı, Biləsuvar, Cəlilabad, Masallı rayonları

Lənkəran — AzərbaycanRespublikasının ənböyükvə qədim şəhərlərindənbiri, cənubbölgəsinin ənböyük şəhəri. 28 iyul 1971-ci ildən respublika tabeli şəhərdir. Azərbaycanın qədim şəhərlərindən olan Lənkəran şəhəri 38 şimal, 40 şərq en dairəsinin kəsişdiyi, Xəzər dənizinin cənub-qərb sahilində, Lənkərançayın Xəzər dənizinə töküldüyü yerdə yerləşir.

MİNGƏÇEVİR

Mingəçevir zonası Mingəçevir şəhəri, Ağdaş, Yevlax, Qax, Ucar, Balakən, Zaqatala, Oğuz, Şəki rayonları

Mingəçevir — Azərbaycanın əhali sayı etibarı ilə dördüncü böyük şəhəridir. 4 fevral 1954-cü ildə respublika tabeli şəhər kateqoriyasına keçmişdir. Kür çayının sahillərində yerləşir. Mingəçevir şəhəri şərq, cənub və qərb tərəfdən Yevlax rayonu, şimaldan isə Mingəçevir Su anbarı ilə həmsərhəddir.

AĞDAM

Ağdam zonası Xənkəndi şəhəri, Ağdam, Ağcabədi, Bərdə, Zərdab, Tərtər, Xocavənd, Xocalı, Şuşa rayonları

Ağdam — Azərbaycan Respublikasının Ağdam şəhər inzibati ərazi dairəsində şəhər.[1] Ağdam rayonunun mərkəzi.

1988-ci ilin son aylarında Ermənistandan və daha sonra isə Dağlıq Qarabağdan qovulub çıxarılan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna gətirilmişdi.[2] 1993-cü il iyulun 4-də erməni qüvvələri artilleriya ilə Ağdamı bombalamış, şəhərin əksər hissəsini məhv etmişdilər və bunun nəticəsində, əsgərlər və mülki vətəndaşlar şəhərdən evakuasiya olundu.[3] 23 iyul 1993-cü cü il tarixdə Ermənistan ordusu tərəfindən Ağdam şəhəri işğal olunub. 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri Ağdam şəhərinə daxil olur. Bununla belə Ağdam şəhərinin işğalına son qoyulur.[4]



1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz nəticəsində isə ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldular.[2] Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə qismətinə 5897 şəhid, 3531 nəfər əlil, 1871 nəfər yetim uşaq düşdü.[2] Minlərlə insan fiziki şikəstlik qazanmış, 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüşdü[2].
Yüklə 16,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin