CƏLİlabad fiLİali I mtahantap ş I r I ğ I



Yüklə 30,71 Kb.
tarix22.06.2020
ölçüsü30,71 Kb.
#31917
Dialekt və şivələrin morfoloji xüsusiyyətləri

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

CƏLİLABAD FİLİALI

İ M T A H A N T A P Ş I R I Ğ I


İXTİSAS: ____________________________________________________________________

QRUP VƏ KURS: _____________________________________________________________

KAFEDRA: __________________________________________________________________

TƏDRİS İLİ: _________________________________________________________________

FƏNNİN ADI: ________________________________________________________________

FƏNNİ TƏDRİS EDƏN MÜƏLLİM: _____________________________________________

TƏLƏBƏNİN ADI, SOYADI, ATASININ ADI: Günel Mirzəyeva

MÖVZU: Dialekt və şivələrin morfoloji xüsusiyyətləri


CƏLİLABAD 2020

MÜNDƏRİCAT

GİRİŞ ......................................................................................................................................

3

TAPŞIRIĞIN MƏZMUNU ...................................................................................................

4

NƏTİCƏ ..................................................................................................................................

8

ƏDƏBİYYAT SİYAHISI ......................................................................................................

9


GİRİŞ

Ədəbi dilin lüğət tərkibinin zənginləşməsi mənbələrindən biri də dialekt leksikasıdır. Dialektlər ədəbi dilin maddi əsasıdır, onun qida mənbəyidir, dil sistemi həlqəsindən kənarda deyildir. Dialektlər xalqın təbii danışıq dili, bir növ dilin etnoqrafiyasıdır. Biz dialektləri öyrəndikcə xalqı və onun tarixini öyrənmiş oluruq.

Dialekt sözləri ədəbi dil normalarına tabe olmayan, müəyyən ərazidə yaşayan əhalinin yerli danışıq dilində istifadə etdikləri leksik vahidlərdir. Bu vahidlərin mövcud olması dialekt və ədəbi dildə olan sözlər arasındakı sərhədin tam sabitləşmədiyini göstərir.

Azərbaycan dilinin zəngin dialekt sistemi vardır. İndiyə qədər dilimizin şivələri yetərincə tədqiq olunmuş, coğrafi mövqeyinə və səciyyəvi xüsusiyyətlərinə əsasən qruplaşdırılmışdır. Dialekt qrupları qədim xüsusiyyətlərinə və dialekt faktlarının innovasiya mərkəzlərinə görə birbirindən fərqlənir. Dialektlərin (və ya ləhcələrin) sərhədlərində keçid şivələr yerləşir ki, iki dialektin xüsusiyyətlərini daşıyır. Dialekt faktlarının arealı genişdir, respublikamızın sərhədlərindən kənarda da ünsiyyət prosesində aktivliyini saxlayır. Cənub ləhcəsi Güney Azərbaycanda, qərb ləhcəsi isə Türkiyə, Gürcüstan və İraqda da öz mövqeyini itirməmişdir. Bu, xalqımızın tarixi ilə bağlı məsələdir. Tarixən xalqımızın və dilimizin formalaşmasında mühüm rol oynamış türk tayfalarının miqrasiyaları nəticəsində yaranmışdır. Yüzilliklər keçsə də, dialekt faktları tarixə şahidlik edir. Tarixin qaranlıq səhifələrinin öyrənilməsində dialektlərin tədqiqinin əhəmiyyəti böyükdür



TAPŞIRIĞIN MƏZMUNU

Dialekt sözləri yalnız bəzi rayon və kəndlərdə yaşayanların işlətdiyi sözlərdir. Məsələn: hancarı (necə), nimdər (döşəkcə), əppək (çörək) və s.

Dialekt sözlərin ədəbi dildə qarşılığı vardır. Məslən, lapdan (dialektdə) – birdən (ədəbi dildə), cəviz (dialektdə) qoz (ədəbi dildə), maş (dialektdə) – lobya (ədəbi dildə), əlləşmək (dialektdə) – savaşmaq (ədəbi dildə), qənbər (dialektdə) – daş (ədəbi dildə) və s.

Dilimizdə elə dialekt sözlər olub ki, onlar bir müddət sonra ümumişlək sözə çevrilib. Məsələn, sayrışmaq, tərəcə, qəlbi, qənşər və s.

Dialekt sözləri ədəbi dilin lüğət tərkibinə daxil deyil. Onlar ədəbi dilin ümumişlək olmayan sözlərindən bir qrupu kimi götürülür.

Dialekt sözləri məişət üslubunda işlənir.

Azərbaycan dilinin dialekt və şivələrinin təsnifi, əsasən coğrafi əlamətlərə görə aparılmışdır:

1. şərq qrupu dialekt və şivələri (Bakı, Quba, Şamaxı dialektləri və Lənkəran, Muğan şivələri);

2. qərb qrupu dialekt və şivələri (Gəncə, Qazax, Qarabağ dialektləri və ayrım şivəsi);

3. şimal qrupu dialekt və şivələri (Şəki dialekti, Zaqatala-Qax şivəsi);

4. cənub qrupu dialekt və şivələri (Naxçıvan, Ordubad dialektləri).

Bu dialekt və şivələr həm Azərbaycan ədəbi dilindən, həm də bir-birilərindən müəyyən əlamətlərə görə seçilir.

- Şərq qrupu:

1. a~e əvəzlənməsi: qaymaq~qeymağ, qayçı~qeyçi;

2. a~o əvəzlənməsi: baba~boba; barmaq~bormağ;

3. o~u əvəzlənməsi: qoşun-quşun;

4. ö~ü əvəzlənməsi: çörək-çürek;

5. Damaq saitlərindən sonra dodaq, dodaq saitlərindən sonra damaq saitlərinin gəlməsi: bacun, aton, gəlsön, alson;

6. Sağır nun (η) səsi işlənmir;

7. Söz ortasında y samiti əvəzinə g samitinin fəallığı: dügmə, ignə, igid, sögüd;

8. Saitlərin ahəngi pozulur: qaraçi, qeytan, oxıdi;

9. Şəkilçilər, əsasən, ikivariantlıdır (dodaq variantlı): gəlübdü, alıbdu, əkdüz;

10. Qeyri-qəti gələcək zamanın inkarında –man, -mən, -mar, -mər şəkilçilərinin işlənməsi: almanam, gəlmənəm, qaçmarsan, almarsuz və s.

11. Bu qrupa aid spesifik sözlər özünü göstərir: tuğ-bayraq, xır-bostan, qəmbər-çay daşı, uruğ-nəsil, meşmeşi-ərik.

Hər şəhərimiz, bölgəmizə xas olan dialekt və şivələrin gözəlliyini hər kəsə nümayiş etdirmək fikrindəyik. Bəzi sözlər ancaq bir şəhər və ya müəyyən bir zonada yaşayan insanlar tərəfindən başa düşülür, gündəlik həyatda da tez-tez işlədilir. Siz əgər həmin yerlə yaxından-uzaqdan əlaqəsi olmayan bir insansınızsa, ilk dəfə bu sözləri eşitdikdə başa düşməyə, özünüzü bir az qəribə hiss edə bilərsiniz. Bu gün biz Bakı dialektindən bir neçə söz təqdim edəcəyik.Bakı dialekti Azərbaycan dilinin şərq qrupu dialekt və şivələrinə daxildir. Bu qrupa daxil olan digər şəhərlər Şamaxı, Quba, Lənkəran və Muğan dialektləridir. Ona görə də siyahımızda bəzi sözləri bu ərazi içində yaşayan digər insanlar da başa düşə bilər. Amma bu sözlər adətən təkcə bakılılar tərəfindən sıx işlədilir.

Bakı dialektində işlədilən fərqli sözlərə nümunələr:

1. Zivə-Paltarları asmaq üçün istifadə olunan ipə bakılılar "zivə" deyirlər. "Zivədən paltarları yığ!" cümləsini eşitsəniz, təşvişə düşmədən işə başlaya bilərsiniz.

2. Nöş, nöşün-"Nə üçün" sözünün canlı dildə işlənən qeyri-müəyyənlik bildirən təhrif edilmiş forması. Çox tez-tez işlədilən sözdür. Bakılı dostlarınız varsa, yəqin ki bu söz elə sizin də dilinizə düşüb.

3. Mömə-Adətən anaya, bəzi hallarda isə nənəyə edilən müraciət forması. "Mömənin yanından gəlirəm," cümləsini eşitsəniz, bilin ki bakılı dostunuz indicə doğmalarının görüşündən gəlir.

4. Masqura-Balaca kasa. Adətən şorbanın içilməsi üçün masquradan istifadə edilir.

5. Peyğəmbəri- Bakılılar qarğıdalıya peyğəmbəri deyir.

6. Abgərdən-Sulu yeməyi tökmək üçün istifadə edilən vasitəyə bakılılar bu adı qoyublar.

7. Külafrəngə-Adətən bağ yerlərində ən hündür yerdə salınan eyvan formalı istirahət yeri. Bakılıların ən sevimli istirahət yeridir desək, yəqin ki yanılmarıq.

8. Əziz-girami-Çox doğma və əziz adam haqqında işlədilən sözdür. Əziz-xələf kimi bir digər versiyası da mövcuddur.

9. Belənçiynə-Belə sözünün maraqlı formada uzadılmış versiyasıdır. Bəzən "belənçignə", şimala tərəf getdikcə isə "belənkimic" kimi səsləndirmələrinə də rast gəlinir.

10. Şüvən-Həyasız adamlara adətən bakılılar şüvən (düzgün yazılışı - şivən) deyirlər. "Filankəs çox şüvən adamdır," adətən heç nədən söz çıxaran, hər sözü söz edən adamlar haqqında deyirlər.

- Qərb qrupu:

1.ə~a –xavar;

2. i~ı – qıymat;

3. Sağır nun (η) səsinin geniş işlənməsi: maηa, saηa;

4. b~v-bava, çovan;

5. c~j- bajı, qoja;

6. Saitlər söz sonunda karlaşır- papax, kəlməx;

7. b~f – bava, çovan;

8. v~y buzoy, toyla;

9. Dodaq ahəngi qüvvətlidir: görmöyüf, qurumuyuf;

10. Təsirlik halda saitlə bitən sözlərin - yı şəkilçisi qəbul etməsi: qapıyı, quzuyu;

11. indiki zaman şəkilçiləri: -er, -or, - ör, aler, quror, görör;

12. Spesifik sözlər: gap eləmək, şennix-kənd, qəlbi-hündür, ayıbalası-çiy kərpic, sorux-döşəkağı və s.

- Şimal qrupu:

1.ə~e- eyləş, bey;

2. Sağır nun (η) itmək üzrədir; bir sıra şəkilçilər ahəngə tabe olmur: beşlıx, getmax;

3. xüsusi əvəzliklərin varlığı: habu, hu, hunda, mā, sā, mağa, sağa;

4. İndiki zaman: gələ durur, baxa durur;

5. II növ təyini söz birləşmələrinin II tərəfi mənsubiyyət şəkilçisiz işlənir: göz ağrı, baş ağrı, menin göz;

6. spesifik sözlər: tabun, şaqqa- ailə, əqraba, şəhrə-məhəllə, palankeş-süzgəc, ataqar-meşə, quştuqur-pəhləvan

- Cənub qrupu:

1.ə çox açıq tələffüz olunur: əv, həylə;

2. a~ə: əyax, qərə, dəğ, bəğ;

3. e~ə: pənir, səvgi, dəyil;

4. x~h: horuz, hurcun;

5. İndiki zaman formaları: -iy, - iri: gəliy, gediri, seviri;

6. Spesifik sözlər: qəzilləməx`-aldatmaq, mavrı-pişik balası, mayıf-şikəst, xudrı-boş və s.

Azərbaycanın müxtəlif bölgələrindən olub, canlı danışıq dilinə, dialektlərə yaxşı bələd olan şair və yazıçılar dialektə məxsus söz və formaları müxtəlif üslubi məqsədlərlə əsərlərinə gətirirlər. Burada bir amili də nəzərə almaq lazımdır ki, ədəbi dilin digər funksional üslublarında üslubi çərçivə var və dialekt sözlərinin orada işlənməsi mümkün deyil. Lakin bədii üslubda belə çərçivə yoxdur, bütün üslubların elementləri, eləcə də dialekt sözləri burada işlənə bilir. Dildə elə bir söz qrupu ola bilməz ki, bədii üslub oradan istifadə etməsin. Dildə nə varsa, bədii üslubun ixtiyarındadır. Bədii üslubda bu və ya başqa üslubi məqam, yaxud surətin nitqini fərdiləşdirmək üçün sənət, peşə ilə əlaqədar və ya dialekt sözlərindən istifadə edilir. Ümumxalq dilinə əsaslanan hər bir yazıçı ədəbi dilimizi yeni söz və ifadələrlə zənginləşdirmək üçün doğulduğu dairənin lüğət vahidlərindən istifadə etməli olmuşdur. Bu onlara obrazların dilini fərdiləşdirmək, zəngin sinonim cərgələr vasitəsilə fikri daha obrazlı ifadə etmək kimi bədiilik prinsiplərinin tələblərinə görə lazım idi.




NƏTİCƏ

Dialekt və şivə sözləri ən çox bədii dildə geniş meydan tapır və burada da üslubi effekt qazanır, obrazların nitqinin fərdiləşdirilməsində, xarakterlərin yaradılmasında, yerli koloritin verilməsində üslubi vasitələrdən birinə çevrilir. Bədii dilin nəzm qoluna nisbətən nəsrdə dialekt sözləri daha çox işlənir. Çünki şair hər hansı obrazı, hadisəni, təbiəti təsvir və tərənnüm edərkən öz fərdi dili ilə danışırsa, yazıçı əsərdəki surətlərlə danışmaqla yanaşı, eyni zamanda daha çox personajların bir-biriylə danışığına, dialoqlarına üstünlük verir. Bu zaman surətlərin dilində dialekt sözlərinin işlənməsi üçün real şərait yaranır. Bədii əsərdə bu və ya digər surətin, yaxud surətlər kompleksinin müəyyən yerli-məhəlli şəraitlə üzvi bağlılığını bildirmək belə məhəlli çalarlıqla onları canlandırmaq zərurəti olduqda, tipik şivə sözlərinin işlədilməsi məqsədəuyğun sayılır və ümumiyyətlə, bədii əsərin dilini məzəli, duzlu edir.

Məhdud ərazi dairəsində anlaşılan dialekt sözləri bə­zən həmin dairənin məişəti ilə, təsərrüfat sahəsi ilə, bəzən həmin dairədə yaşayanların tayfa mənsubiyyəti ilə, bəzən qonşuluğundakı xalq və dil mühiti ilə, bəzən də başqa hadisələrlə əlaqədar olur. Sözsüz ki, belə bir şəraitdə yaşayan istər şair, istərsə də yazıçı öz dilində müəyyən qədər dialekt sözlərini işlədir. Bu həm sənətkarın fərdi lüğət fondunun genişlənməsinə səbəb olur, həm də əsərin ruhuna,obrazlarının dilinə məkan koloriti verir.

Azərbaycan dilində işlənən dialektlər qədim bir tarixə malikdir. Azərbaycan dilinin lüğət fondu və lüğət tərkibinə daxil olan qədim sözlər dilimizin zənginliyini göstərir. Bədii əsərlərdə, yaxud şifahi nitqdə bu sözlərin işlənməsini nəzərə alaraq, Azərbaycan dili və ədəbiyyat müəllimləri onların izahını verməli, şagirdlərin diqqətini dialekt sözləri ilə ədəbi-bədii sözlərin bir-birindən fərqləndirilməsinə cəlb etməlidir.




ƏDƏBİYYAT SİYAHISI

  1. Azərbaycan dilinin dialektoloji lüğəti, Bakı, Şərq-Qərb, 2007.

  2. Bayramov İbrahim “Qərbi Azərbaycan şivələrində qədim sözlər”, Bakı, “Azərbaycan məktəbi”, 2015.-№ 1, s. 64-68.

  3. Bayramov İbrahim “Qərbi Azərbaycan şivələrinin leksikası”, Bakı, “Elm və təhsil”, 2011.


Yüklə 30,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin