Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndində



Yüklə 5.01 Kb.

səhifə1/13
tarix06.09.2017
ölçüsü5.01 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   13

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
(Ermənistan Silahlı  Qüvvələrinin 
Azərbaycanın Xocavənd   rayonunun  Qaradağlı kəndində 
törətdiyi  soyqırımın qurbanlarının xatirəsinə həsr olunur)
 
 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
Redaktor:           Əkbər QoĢalı 
 
 
Məsləhətçilər:   Eyvaz Hüseynov 
                              Xocavənd Rayon İcra Hakimiyyətinin Başçısı       
 
                          Musa Qasımlı 
                          
tarix elmləri doktoru, professor, millət vəkili 
 
 
                   
 
 
 
Qənirə PaĢayeva, ġaiq Aslanov. Qaradağlı Soyqırımı:Ģahidlərin dili ilə.
 
(Ermənistan Silahlı  Qüvvələrinin Azərbaycanın Xocavənd   rayonunun  Qaradağlı 
kəndində törətdiyi  soyqırımın qurbanlarının xatirəsinə həsr olunur). 
Bakı, “Elm və təhsil”, 2013, 176 səh.
 
          
Kitab  Azərbaycan  Respublikası  ərazisində  Ermənistan  tərəfindən  törə-
dilmiş soyqımı aktlarından biri – Qaradağlı soyqırımı haqqında olub, faktlara, 
şahid  ifadələrinə,  hüquq-mühafizə  orqanlarının  sənədlərinə  əsasən  tərtib 
edilmişdir. 
Nəşr konfliktoloqlar, politoloqlar, Azərbaycan diaspor təşkilatları fəalları, 
tələbələr və ümumən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 
 
ISBN 978-9952-8176-2-1 
 
 © Xocavənd rayon İcra Hakimiyyəti, 2013 
 © “Avrasiya Beynəlxalq Araşdırmalar  
     İnstitutu” İctimai Birliyi (ABAİ İB), 2013
 

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 

 
 
 
OXUCUYA MÜRACĠƏT 
 
Hörmətli oxucu, 
Ermənistan silahlı qüvvələri 1992-ci il fevralın 17-də Xan-
kəndində  yerləşən  Rusiyaya  məxsus  366-cı  motoatıcı  alayın 
köməkliyi 
ilə 
Azərbaycan 
Respublikasının  Xocavənd 
rayonunun Qaradağlı kəndini işğal edərək, orada yaşayan etnik 
azərbaycanlılara qarşı soyqırım aktı həyata keçirdi. Beynəlxalq 
ictimaiyyət zamanında hadisəyə gərəkən reaksiyanı vermədi. O 
dəhşətli  hadisənin  qurbanı  olmuş  insanların  canını  sağ  qurtara 
bilmiş yaxınları, Ermənistanın Qaradağlıda əsir götürərək dəh-
şətli işgəncələr, əzablar verdiyi qadınlar, uşaqlar, yaşlılar, soy-
qırım  qurbanı  olmuş  böyük  bir  el  –  Qaradağlı  (və 
Qaradağlıların ruhu) sadəcə bir şey istəyir: Ədalət!!! 
  
Onların səsinə  səs vermək, onların haqlı tələblərinə dəstək 
vermək,  bu  soyqırımı  törədənlərin  ədalət  qarşısında  cavab 
verməsi  üçün  çalışmaq  yalnız  Azərbaycan  vətəndaşlarının 
deyil,  hər  bir  tərəqqipərvər,  sülhpərvər  insanın  –  dünyada  bir 
də  soyqırım  olmasını  istəməyən  hər  kəsin  İnsanlıq  Borcudur! 
Bu    kitabı  oxuduqdan  sonra  ətrafınızdakı  hər  kəsə  oradan  – 
Qaradağlıdan,  Qarabağdan  danışın.  Qaradağlıda  soyqırımı 
törədənlərin  dünya  səviyyəsində  qınaq  obyektinə  çevrilməsi 
üçün  bu  bilgilərin,  faktların  yayılmasına  kömək  edin. 
Qaradağlıda 
soyqırım  törədənlərin  ədalət  məhkəməsi 
qarşısında dayanması üçün əlinizdən gələni əsirgəməyin. 
Bu  kitabı  oxuduqdan  sonra  Qaradağlıda  törədilən 
soyqırımdan  canını  qurtara  bilmiş  azərbaycanlılara  səsinizi, 
sözünüzü çatdırmaq, bu kitabın gələcək nəşrləri barədə öz arzu 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

və  təkliflərinizi  bildirmək  istəyirsinizsə,  lütfən,  aşağıdakı 
ünvanlara yazın. 
(Eləcə  də  üzümüzü  Qaradağlıda  törədilən  soyqırımın 
şahidlərinə  tutaraq,  demək  istərdik  ki,  bu  kitabda  əhatə 
olunmamış ciddi hadisə, fakt varsa, lütfən bizə  müraciət  edin. 
Sizin  müraciətiniz  növbəti  nəşrlərimizin  daha  əhatəli,  daha 
faktoloji olmasını şərtləndirəcəkdir.)  
 
fond05@mail.ru 
axullu.aslanov@mail.ru

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 

 
 
QARADAĞLI... 
SOYQIRIM... 
FAKTLAR...
 
 
-
 
17  fevral  1992-ci  il  -  Qaradağlı  Ermənistan  silahlı 
qüvvələri tərəfindən işğal olunub;  
-
 
Işğalı günü kənddə 118  nəfər olub. Onların hamısı əsir 
götürülüb; 
-
 
Əsirlərdən  118  nəfərdən  66  nəfəri  amansızlıqla,  ağır 
işgəncələrlə qətlə yetirilib, 52  nəfər çox  böyük çətinliklə əsir-
likdən  azad  edilib.  Əsirlikdən  xilas  edilənlərin  böyük  əksəriy-
yəti  əsirlikdə  verilən  ağır  işgəncələrdən,  onlara  vurulmuş  na-
məlum tərkibli iynələrin təsirindən qısa zamanda vəfat edib.  
-
 
Qaradağlıya  Ermənistan  silahlı  qüvvələrinin  həmlələri 
zamanı qətlə yetirilənlərdən 10-u qadın, 8-i məktəb yaĢlı uĢaq 
olub
 
-
 
İşğal  nəticəsində  Qaradağlı  kəndində  200  yaĢayıĢ  evi 
əşyaları ilə birlikdə,  1  mədəniyyət  evi,  320  yerlik  orta  mək-
təb binası, 25 çarpayılıq xəstəxana binası və  çoxlu sayda di-
gər obyektlər dağıdılıb; 
 
-
 
Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün olub; 
 
-
 
2  ailədən hər birindən 4 nəfər həlak edilib; 
 
-
 
42  ailə, ailə baĢçısını itirib, 140-a yaxın uĢaq yetim qalıb;
 
-
 
Bu müharibədə Qaradağlı kənd sakinlərinin hər 10 nəfə-
rindən biri – ümumilikdə 78  nəfər Ģəhid olub;  
-
 
Qaradağlı  soyqırımı  ermənilərin  törətdiyi  nə  birinci, 
təəssüf ki, nə də sonuncu soyqırım aktı deyil... 
-
 
1988-1992-ci  illər  ərzində  Azərbaycanın  Dağlıq  Qara-
bağ bölgəsində Azərbaycan vətəndaşlarına qarşı soyqırım, ter-
ror  və  digər  xüsusi  ilə  ağır  cinayətlər  törətmiş,  erməni  millə-

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

tindən olan 195 nəfərin siyahısı respublika hüquq-mühafizə or-
qanları tərəfindən müəyyənləşdirilib; 
-
 
Ermənistan  silahlı  qüvvələri  Qaradağlıda    soyqırım  tö-
rətməklə bərabər, azərbaycanlılara məxsus  tarixi, dini, mədəni 
abidələri və qəbiristanlığı dağıtmışlar. 
 
 
 
 

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 

 
ERMƏNĠ MƏKRĠ 
 
Bir  zamanlar  Qarabağda  tarixin  gələcək  müsibətlərindən 
xəbərsiz şəkildə öz qaynar həyatını yaşayan kəndlərimiz, şəhər-
lərimiz vardı. Təbiət bütün gözəliklərini bəxş etdiyi kimi, tari-
xin özü də bütün sınaqlarını bu yerlərdən əsirgəməmişdi. Qara-
bağ torpaqlarına ən böyük fəlakət isə XIX yüzilin əvvəllərində 
gəldi. Azərbaycanın ayrı-ayrı bölgələrinə, o cümlədən Qaraba-
ğa  xarici ölkələrdən çar Rusiyası tərəfindən köçürülmüş ermə-
nilərin məskunlaşdırılması, məqsədli yerləşdirmə siyasəti gələ-
cəkdə  xalqımızın  üzləşəcəyi  faciələrin,  davamlı  erməni  məkri-
nin  növbəti  mərhələsinin  başlanğıcı  idi.  İki  yüz  ilə  yaxin  bir 
müddətdə  erməni  terror  təşkilatlarının,  silahlı  dəstələrinin  
məqsədi  azərbaycanlıları  öz  dogma  torpaqlarından  sıxışdırıb 
çıxarmaq (onları fiziki cəhətdən məhv etmək, yaşayış məntəq-
lərini  dağıtmaq  hesabına  da  olsa),  yeni  ərazilər  ələ  keçirmək, 
heç bir tarixi, hüquqi əsasa, sağlam məntiqə söykənməyən, yal-
nız  bölgəyə  fəlakətlər  vəd  edən  “Böyük  Ermənistan  dövləti” 
ideyasını gerçəkləşdirmək idi... 
Tarixi  vərəqlədikcə  ermənilərin  azərbaycanlılara,  ümumən 
türklərə  qarşı  müxtəlif  üsullarla  gerçəkləşdirdikləri  faciələrin, 
dəhşətli qırğınların, dağıntıların şahidi oluruq... 
Təkzibolunmaz  tarixi  qaynaqlar,  şahid  ifadələri  sübut  edir 
ki,  erməni  terror  dəstələri  1918-1920-ci  illərdə  yüzlərlə  azər-
baycanlı  kəndini  yandırmış,  on  minlərlə  insanı  qətlə  yetirmiş-
dir
1
. Zəngəzur, Naxçıvan, Bakı, Quba, Şamaxı, Lənkəran, Sal-
                                                           
1
 Маrt 1919 г. Баку, Азербайджанские погромы в документах. Составител 
доктор  исторический  наук.  Солмаз  Рустамова  –  Тогиди.  Баку,  2009; 
Qasımlı M.C. Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan 
siyasəti  (1914-1918-ci  illər).  3  hissədə.  II  hissə  (1917-ci  il  noyabr-1918-ci  il 
noyabr). Bakı, 2001 və d. əsərlər.  

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

yan  və  başqa  yerlərdə  bolşevik  lideri  S.  Şaumyanın,  “Daşnak-
sütyun”un,  digər  erməni  terror  təşkilatlarının  (təşkilatçılarının) 
başçılığı ilə azərbaycanlılara qarşı müxtəlif bəhanələrlə vanda-
lizm, soyqırım aktları həyata keçirilirdi.  
Bakıda 1918-ci ilin mart ayında üç gün ərzində 15 mindən 
çox  azərbaycanlı  amansız  və  ağlasığmaz  vəhşiliklə  qətlə  yeti-
rilmişdi.  Quba  bölgəsində  122  Azərbaycan  kəndi  dağıdılmış, 
evlər  yandırılmış,  dinc  əhali  məhv  edilmişdir.  Şamaxıda  80 
azərbaycanlı kəndini dağıdıb, yandırmışdılar (Hələ 1915-ci ildə 
daşnaklar İrəvan mahalında 10 minədək insanı sırf milli və dini 
mənsubiyyətlərinə  görə  qətlə  yetirmişdilər).  1918-ci  ilin  29 
aprelində isə Gümrüdən qaçmağa məcbür olan 3 min azərbay-
canlını  qətl  etmişdilər.  Həmin  il  İrəvan  quberniyasında  azər-
baycanlılar yaşayan 211 kəndi yandırmış və əhalisini məhv et-
mışdilər.  Təşkilatlanmış,  silahlanmış  ermənilər  Bakı  quberni-
yasında  229  kəndi,  Gəncə  quberniyasında  272,  Zəngəzurda 
115,  Qarabağda  157  kəndi  yerlə  yeksan  etmiş,  əhalsinə  divan 
tutmuşdular. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti erməni-
lərin  1918-1920-ci  illərdə  törətdiyi  cinayətləri  tədqiq  edərək 
genış material toplamişdı. Lakin 1918-ci il aprelin 28-də XI Qı-
zıl Ordunun Azərbaycanı işğal etməsi ilə respublikanın süquta 
uğraması  toplanan  materialların  bütün  dünya  ölkələrinə  gön-
dərilməsi  işinə  mane  oldu.  Bundan  sonrakı  dövrdə  də  (Azər-
baycanın tarixi ərazisində Ermənistan SSR yarandıqdan sonra) 
yəni, 1920-1923-cü illərdə belə, azərbaycanlılara qarşı  əvvəlki 
illərdə  yürüdülən  siyasət  başqa  formalarla  davam  etmiş,  min-
lərlə  soydaşımız  qətlə  yetirilmiş  və  öz  doğma  torpaqlarından 
didərgin salınmışdır. 
1988-1989-cu illərdə Ermənlstandan 300 minə qədər soyda-
şımız  deportasiya  edilmiş,  Ermənistanın  təcavüzü  nəticəsində 
torpaqlarımızın 20 faizi işğal edilmiş, toplam 1 milyondan artıq 
azərbaycanlı Ermənistandakı öz ata-baba yurdlarından didərgin 

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 

salınaraq  qaçqına,  Dağlıq  Qarabağ  regionu  və  ətraf  rayonlar 
işğal edildikdən sonra isəə məcburi köçkünə çevirilmişdir...   
Təcavüzün  gedişində  minlərlə  soydaşımız  həlak  olub,  əsir 
və girov götürülüb, 877 şəhər, qəsəbə və kənd yandırılaraq ta-
lan edilibdir.  Ermənistan silahlı qüvvələri 26 fevral 1992-ci il-
də  Xocalı  şəhərində  bəşəriyyətin  vicdanında  qara  ləkə  olan 
soyqırımı  törətmişlər  ki,  bununlada  Ermənistan  dövlət  tərəfin-
dən törədilmiş cinayətə imza atmışdır.. 
Beləliklə, XX yüzilin əvvəlindən indiyədək ermənilərin (öz 
havadarlarının  dəstəyi  ilə)  xalqımıza  qarşı  törətdiyi  soyqırımı 
və  deportasiya  nəticəsində,  toplam  2  milyondan  çox  soydaşı-
mız qətlə yetirilmiş, şikəst olmuş və iqtisadi-mənəvi zülmə mə-
ruz qalmışdır...  
Yüzillər  boyu  Azərbaycan  torpaqlarına  göz  dikən  erməni 
millətçiləri “monoetnik və türklərsiz Ermənistan” yolunda gizli 
və  bəzən  leqal  münaqişələr  yaratmış,  müharibələr  aparmış, 
“Dənizdən  -  dənizə  Böyük  Ermənistan”  yaratmaq  üçün  Azər-
baycan  xalqına  qarşı  soyqırımı  siyasəti  yeritmişlər.  Ermənilər 
tarix boyu ən qeyri-insani mübarizə formalarından geniş surət-
də  istifadə  edərək,  öz  qeyri-qanuni  –  heç  bir  tarixi  və  məntiqi 
əsasa  söykənməyən  niyyətlərini  gerçəkləşdirməyə  cəhd  etmiş-
lər. Özəlliklə, XIX-XX yüzilliklərdə Qafqazda azərbaycanlılara 
qarşı  məqsədyönlü  şəkildə  həyata  kecirilmiş  etnik  təmizləmə 
və  soyqırım  siyasəti  nəticəsində  xalqımız  ağır  məhrumiyyətlə-
rə,  insani  faciə  və  məşəqqətlərə  məruz  qalmışdır.  XX  yüzilin 
əvvəllərində  qədim  Azərbaycan  torpaqlarında,  havadarlarının 
ciddi  dəstəyi  ilə
,
  öncə  “Ermənistan”  adlı  dövlət  qurmağa  nail 
olan ermənilər, az bir vaxtdan sonra yenə havadarlarının sayə-
sində əsassız iddialarını Dağlıq Qarabağa Muxtar Vilayət statu-
su almaqla təmin etdilər...  
                                   

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
10 
 
YAXIN TARĠXƏ QISA BĠR BAXIġ 
 
1905-1907,  1918-1920,  1948-1953-cü  illərində  baş  verən 
kütləvi terror və deportasiya  silsiləsinin davamı olaraq 1988-ci 
ildə yenidən baş qaldıran erməni təcavüzkarlığı və seperatizmi-
nin tarixi kökləri, ən  azı 1828-ci ildən –  ermənilərin çar Rusi-
yasının təhriki və birbaşa yardımı ilə tarixi Azərbaycan vilayət-
lərində məskunlaşdırılmasından sonrakı dövrdən başlanır.   
1988-ci  ildə  Dağlıq  Qarabağda  başlayan  qanlı  hadisələrin 
ilk günlərindən dəyişən fərq, ilk növbədə ermənilərin bu məsə-
ləyə  uzun  illər  boyu  hazırlıq  görmələrində  özünü  göstərsə  də, 
hadisələrin inkişafına baxdıqda, bunun heç də  ermənilərin dır-
naqarası cəsarətindən irəli gəlmədiyinin şahidi oluruq. Əslində, 
bu  ən  çox  həmin  dövrdə  Azərbaycanın  xeyrinə  işləməyən  za-
manın zidiyyətli mahiyyətində özünü büruzə verirdi.  
1987-ci ilin oktyabr ayında Heydər Əliyevin İttifaq rəhbər-
liyindən  çıxarılması  ilə  mərkəzdə  ermənilərin  xeyrinə  dəyişən 
“balans”,  problemin  həllində  Moskvanın  ermənipərəst  mövqe 
tutacağını bəri başdan şərtləndirirdi. 
Azərbaycanın Dağlıq Qarabağ regionunda ekstremizmin ən 
qatı  formada  təzahür  etməsi  1987-ci  ilin  sonlarından  –  yəni 
akademik  A.Aqanbekyanın  noyabr  ayının  18-də  Fransanın 
“Humanite”  qəzetinə  verdiyi  avantürist  müsahibəsindən  sonra 
günbəgün daha da genişlənməyə başladı. Dağlıq Qarabağın Er-
mənistana  birləşdirilməsini  təklif  edən  A.Aqanbekyan  öz  mü-
sahibəsində M.Qorbaçovun 1987-ci ilin  fevral  plenumunda et-
diyi  çıxışın  əsas  tezisinə  “Milli  məsələlərin  həllində  təəssüf-
doğrucu  geçikmə  aradan  qaldırılmalıdır”  fikirinə  istinad  edir, 

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
11 
“siyasi sofizm”  qururdu... Bu  müsahibə Dağlıq Qarabağda  se-
parizm  meyllərinin  aşkar  büruzə  verilməsi  üçün  siqnal  rolunu 
oynadı. 
Həmin  ərəfədə  artıq  Ermənistanın  müdaxiləsi  nəticəsində 
DQMV-də separatçı “Krunk” təşkilatı yaradılmış və onun üzv-
ləri 1988-ci ilin yanvar ayının əvvəllərində Moskvaya, öz qey-
ri-qanuni  istək  və  əməllərinə  yardım  almaq  üçün  getmişdilər. 
Artıq  separatçılıq  dalğasının  başlanması  üçün  ideoloji  təbligat 
işi  böyük  vüsət  alırdı.  Bu  vaxt  Moskvadan  qayıdan  “Kurunk” 
başçılarının açıqlamalırından anlaşılırdı ki, Sovet İttifaqı Kom-
munist Partiyası  Mərkəzi Komitəsinin  milli  məsələlər üzrə  şö-
bəsinin müdiri V.Mixaylovla görüşlərində onlara, qeyri-qanuni 
müstəqillik  tələblərinin  mərkəzdən  müdafiə  olunması  ilə  bağlı 
vəd  verilibmiş.  M.Qorbaçovun  köməkçisi  erməni  millətindən 
olan D.Şahnazaryan isə bildirirdi ki, Baş katib ermənilərin qey-
ri-qanuni tələblərini “qanuniləşdirməyə” meyllidir.  
1988-ci  il  fevral  ayının  əvvələrindən  başlayaraq  Ermənis-
tandan  gələn  emisarların  təşkilatçılığı  ilə  Xankəndində  keçiri-
lən  mitinqlərdə  xüsusi  silahlı  dəstələr  də  görünməyə  başladı. 
Həmin  silahlı  dəstələr  elə  ilk  gündən  vilayətdəki  durumu  öz 
nəzarətlərinə  götürür,  əhali  arasında  özlərinə  qarşı  xof  yara-
dırdılar.  Rəsmi  Bakının  baş  verən  separatist  meylləri  neytral-
laşdırmaqda tərəddüd etməsi, həmçinin vilayət rəhbərliyinin ic-
timai  asayişi  pozan  hadisələri  yatırtmağa  xüsusi  həvəsinin  ol-
maması Ermənistandan gəlmiş emisarların və silahlı dəstələrin 
real güc mərkəzinə çevrilməsinə, Ermənistandan verilən tapşı-
rıqlara uyğun olaraq, durumu mənfi yöndə daha da genişləndir-
mələrinə münbit şərait yaradırdı. Həmin ərəfədə bölgəyə gələn 
Sov.İKP MK-nın şöbə müdiri M.Yaşin, Azərbaycanın o vaxtki 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
12 
rəhbəri Kamran Bağırov və Ali Sovetin sədri Süleyman Tatlı-
yev, eləcə də vilayət partiya komitəsinin rəhbəri Boris Gevor-
kov  keçirilməsi  nəzərdə  tutulan  sessiyanın  təxirə  salınması  ilə 
bağlı təkliflə çıxış edirlər. Onların bu təklifi nəinki nəzərə alın-
mır,  əksinə  özlərini  də  binadan  qovurlar...  Vilayət  XDS-nin 
sessiyası  kvorum  olmadan  işə  başlayır.  İclasın  təşəbbüskarları 
olan Ermənistan SSR Ali Sovetinin deputatları, əsasən isə Vila-
yət  Yazıçılar  İttifaqının  sədri  Vardan  Akopyanın  təzyiqi  ilə 
deputatlar gündəlikdə olan yeganə məsələnin müzakirəsinə ke-
çirlər. Və nəhayət, gecə yarısı DQMV-nin Azərbaycan SSR-in 
tabeliyindən çıxaraq, Ermənistan SSR-in tərkibinə daxil olması 
barədə  qərar  qəbul  edilir.  Bu  qərar  Azərbaycanın  ərazi  bütöv-
lüyünə  təhlükə,  SSRİ  Konstitutsiyasına  isə  daban-dabana  zidd 
olan, heç bir hüquqi, tarixi və digər əsasları olmayan qərar idi.  
Erməni millətçilərinin törətdiyi terror hadisələrinin məntiqi 
nəticəsi və ilk qurbanları Ermənistanda yaşayan azərbaycanlılar 
oldular.  1988-ci  ilin  fevral  ayında  İrəvanda  “Ermənistanda  er-
mənilər  yaşamalıdır”,  “Ermənistanı  türklərdən  təmizləməli” 
şüarları  altında  keçirilən  mitinqlərin  məntiqi  nəticəsi  olaraq 
300 minə  yaxın azərbaycanlı öz tarixi dədə-baba yurdlarından 
qovuldular. 
1988-ci  ilin  may  ayında  eyni  gündə  Azərbaycan  və  Ermə-
nistan kommunist partiyalarının qurultayları keçirildi. Bakıdakı 
və  İrəvandakı  qurultaylarda  müvafiq  olaraq  Sov.İKP  Siyasi 
Bürosunun üzvləri və Mərkəzi Komitənin katibləri olan Yeqor 
Liqaçov  və  Aleksandr  Yakovlev  iştirak  edirdilər.  İttifaq  rəh-
bərliyinin təmsilçiləri olan bu şəxslərdən biri - Y.Liqaçov Ba-
kıda  bəyan  edir  ki,  Moskva  Azərbaycanın  ərazi  bütövlüyünə 
sayğı  ilə  yanaşdığından  Qarabağın  müstəqilliyinə  heç  vaxt  ra-

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
13 
zılaşmaz. A.Yakovlev isə İrəvanda ermənilərin təhriki ilə yan-
lış və qeyri-qanuni mövqe bildirmişdir. Eyni gündə qarşı duran 
tərəflərə  belə  münasibət  bəsləməklə  M.Qorbaçov  və  erməni 
lobbisinin  təsir  dairəsində  olan  qüvvələr,  bölgənin  ən  böyük 
münaqişəsini hərbi müstəviyə keçirdilər. 
Mərkəzin ermənipərəst mövqe tutmasının bəlli olmasından 
sonra  Qarabağın  azərbaycanlı  əhalisi  yaxşı  bələd  olduğu  er-
məni məkrini vaxtında dayandırmaq üçün səfərbər olsa da, çox 
təəssüf ki, sovet ordusu ermənilərin silah-sursatla təmin və təc-
hiz  edilməsində  böyük  canfəşanlıq  göstərdiyi  halda,  Azərbay-
canlı əhalidə olan  adi ov silahlarını da yığmışdı...  
1988-ci  ilin  iyununda  Ermənistan  SSR  Ali  Soveti,  Vilayət 
sovetinin  Ermənistana  birləşmək  qərarına  razılıq  verməklə, 
münaqişə ilə bağlı növbəti qeyri-qanuni və əsassız qərar qəbul 
etmiş oldu. Bu isə özlüyündə Azərbaycanın ərazi bütövlüyünün, 
qüvvədə olan qanunların kobudcasına pozulması demək idi.  
Dağlıq Qarabağdakı azərbaycanlılara qarşı təzyiqlərin miq-
yası  isə  günü-gündən  genişlənirdi.  Onlar  kütləvi  şəkildə  işdən 
çıxarılır,  döyülür,  təhqir  olunurdular.  Erməni  silahlı  dəstələri 
ardıcıl  olaraq  azərbaycanlılar  yaşayan  kəndlərə  həmlələr  edir, 
kənd təsərrüfatına ziyan vurur, qətllər törədirdilər. 
Nəhayət, SSRİ Ali Sovetinin Rəyasət Heyəti Dağlıq Qara-
bağdakı  durumu guya nəzarət altına almaq məqsədi ilə 12 yan-
var 1989-cu ildə “DQMV-də xüsusi idarəçilik formasının tətbi-
qi  haqqında”  qərar  qəbul  etdi  və  Moskva  tərəfindən  təlimalat-
landırılmış ermənipərəst Arkadi Volskinin başçılığı ilə birbaşa 
Moskvaya tabe olan müvəqqəti Xüsusi İdarə Komitəsi yaradıl-
dı. Azərbaycanın əleyhinə yönəlmiş və məqsədli şəkildə yara-
dılmış  yeni  qurum  vilayətdə  qayda-qanunu  bərpa  etmək  yox, 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
14 
əksinə (faktiki olaraq) azərbaycanlıların buradan qovulmasına, 
ermənilərin  isə  günü-gündən  silahlanmalarına  şərait  yaradırdı. 
Bütün  bunlardan  sonra  Azərbaycan  tərəfi  konstitusiyaya  zidd 
olaraq yaradılmış bu komitənin fəaliyyətini dayandırmağı tələb 
etdi. 
1989-cu il noyabr ayının 28-də SSRİ Ali Soveti Xüsusi İda-
rə Komitəsini ləğv edərək, Vilayətin idarə olunmasını SSRİ Ali 
Sovetinin  Xüsusi  Komissiyasının  nəzarəti  altında  Azərbaycan 
SSR-nin  Təşkilat  Komitəsinə  tapşırdı.  Komitəyə  rəhbərlik  isə 



  1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə