Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndində



Yüklə 5,65 Mb.
Pdf görüntüsü
səhifə2/13
tarix06.09.2017
ölçüsü5,65 Mb.
#29114
1   2   3   4   5   6   7   8   9   ...   13

Viktor  Polyaniçkoya  həvalə  olundu.  İctimaiyyətin  gözündən 
pərdə asmağı yaxşı bacaran V. Polyaniçko əslində Azərbaycan 
üçün təhlükəli bir insan idi və həmin Polyaniçkonun səylərinin, 
eyni zamanda  mərkəz tərəfindən  qəti tədbirlərin görülməməsi-
nin  nəticəsində  1989-cu  il  dekabrın  1-də  Ermənistan  SSR  Ali 
Soveti “Ermənistan SSR və Dağlıq Qarabağı birləşdirmək haq-
qında” qeyri-qanuni qərar qəbul etdi, Xankəndində Ermənistan 
bayrağı qaldırıldı və Azərbaycan Respublikasında siyasi durum 
daha  da  gərginləşdi.  1990-cı  il  yanvar  ayının  15-də  SSRİ  Ali 
Sovetinin DQMV və ətraf rayonlarda fövqəladə vəziyyətin tət-
biq edilməsi barədə qərar qəbul etməsi də heç nəyi dəyişmədi. 
Keçmiş  İttifaq  başçılarının  birtərəfli  mövqeyi,  ermənilərə 
qarşı  tərəfkeş  münasibəti,  istər  dolayısı,  istərsə  də  açıq-aşkar 
havadarlıq etməsi özünü  göstərirdi.  
Tarixi Azərbaycan torpağı – Dağlıq Qarabağ bölgəsi beləcə 
qan  gölünə  dönməyə  başladı...  Dinc  insanlar  vəhşicəsinə  qətlə 
yetirilirdi. Fəal hərbi əməliyyatlara başlayan ermənilər 1991-ci 
il oktyabr ayının 30-da Xocavənd rayonunun Tuğ və Salakətin 
kəndlərini,  noyabr  ayında  isə  Xocavənd  kəndini  işğal  edərək 
yandırdılar.  Dağlıq  Qarabağda  durum  son  dərəcə  ağır  və  mü-

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
15 
rəkkəb, azərbaycanlılar isə köməksiz qalmışdılar. Erməni silah-
lı dəstələrinin basqın və hücumları isə ara vermirdi.  
1991-ci ilin noyabr ayının 15-də ermənilər Xocavənd rayo-
nunun  Zəmzur  kəndinə  basqın  edərək,  3  nəfəri  milis  işçisi  ol-
maqla, toplam 8 nəfəri qətlə yetirdilər, 2 nəfər qadını isə girov 
götürdülər. 1991-ci il noyabrın 20-də Qarakənd kəndi üzərində 
dövlət  və  hökumət  nümayəndələrinin,  jurnalistlərin  uçduğu 
vertolyot  ermənilər  tərəfindən  vuruldu...  Öz  həmvətənlərinin 
harayına və köməyinə gedən insanlar həlak edildilər.  
Dekabr-yanvar aylarında Xocalı rayonunun Cəmilli, Kərki-
cahan  və  Meşəli  kəndləri  ermənilər  tərəfindən  işğal  edildi. 
1992-ci  ilin  yanvar  ayında  Xocavənd  rayonun  Axullu,  fevral 
ayının əvvəllərində isə Şuşa rayonunun Malıbəyli və Quşçular 
kəndləri yandırıldı.   
 
Erməni  hərbi  birləşmələrinə  qarşı  qanlı  döyüşlər  gedir-
di.  Lakin  qeyri-bərabər  durumda,  bütün  cəhdlərə  baxmayaraq, 
azərbaycanlılar  yaşayan  kəndlər  işğal  olunur,  yandırılır  və 
dağıdılırdı.  
1992-ci  ilin  fevral  ayında  Xocalı  şəhərində  ermənilər 
tərəfindən  azərbaycanlılara  qarşı    misli  görünməmiş  soyqrım 
törədildi, may ayında isə Şuşa şəhəri işğal edildi. Artıq mühari-
bə  Dağlıq  Qarabağın  hüdudlarından  qıraqda,  Azərbaycan  Res-
publikasının digər şəhər və kəndlərində gedirdi. Dünya erməni-
lərinin,  muzdluların,  keçmiş  Sovet  ordusunun,  özəlliklə  Xan-
kəndində yerləşən 366-cı alayın birbaşa və ya bilavasitə kömə-
yi ilə şəhərlərimiz, kəndlərimiz işğal olunur, yandırılaraq talan 
edilirdi. 
 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
16 
İkili standartlar yaxud  danılan həqiqətlər... 
 
Ermənistan  dövlətinin  əsassız  torpaq  iddiası  nəticəsində 
cəlb  olunduğumuz  bu  ədalətsiz  müharibədə  Azərbaycanın 
mədəniyyət  və  musiqi  beşiyi  olan  Şuşa,  maddi  mədəniyyət 
abidəsi  Xocalı,  habelə  bütövlükdə  Dağlıq  Qarabağ  və  onunla 
həmsınır olan daha 7 rayon Ermənistan silahlı birləşmələri tərə-
findən  işğal  olunmuş,  yandırılaraq  talan  edilmişdir.  Müstəqil 
Azərbaycan Respublikasının 20% - dən artıq ərazisi zəbt olun-
muş, Ermənistandan  didərgin salınmış  azərbaycanlılarla birgə, 
toplam 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köç-
künə çevirilmişdir.  
Dünya  ictimaiyyəti  isə  uzun  illərdir  bu  haqsızlığa,  zorakı-
lığa göz yumur. Erməni lobbisinin təsiri altında ərsəyə gəlmiş 
antiazərbaycan mövqeyi ifadə edən bir sıra beynəlxalq təşkilat-
lar  hələ  də  ədalətli  münasibət  bildirməkdən  yayınır,  pozulmuş 
insan  hüquq  və  azadlıqlarının  bərpası  üçün  beynəlxalq  hüquq 
normalarına uyğun tədbirlər görmürlər. Bu aydın olan bir həqi-
qətdir ki, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionun-
da  və işğal edilmiş digər ərazilərində misli görünməmiş aman-
sızlıqlarla  həyata  keçirdikləri  etnik  təmizləmə  və  soyqırım 
aktlarından sonra ermənilərin “öz müqəddəratını təyin etməy”ə 
çalışan  “Qarabağ  xalqı”  (-?!)  haqqında  tezisi  ərazi  iddialarını 
pərdələmək və təcavüzkarlığa bəraət qazandırmaqdan, eyni za-
manda dünya ictimaiyyətini çaşdırmaqdan başqa bir şey deyil-
dir. Hamı bilməlidir ki, “Dağlıq Qarabağ xalqı” adlı xalq yox-
dur, Qarabağda yaşamış yerli xalq – azərbaycanlılar və müxtə-
lif  vaxtlarda  bura  köçürülmüş  ermənilər  var.  Tarixi  gerçəklik 
isə  bundan  ibarətdir  ki,  ermənilər  buraya    bu  yerlərin  əzəli  və 
əbədi  sahibləri  olan  azərbaycanlılardan  çox-çox  sonralar  gəl-
mişlər  və  onlar  bir  millət  kimi  öz  müqqəddəratlarını  təyin  et-
mək  hüququndan  artıq  bir  dəfə  (tarixi  Azərbaycan  torpaqları 
olan  indiki  Ermənistasn  ərazisində)  istifadə  ediblər  və  Azər-

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
17 
baycan  ərazisində  iknci  erməni  dövləti  yaratmaq  cəhdləri  baş 
tutmayacaq.  Ermənilər  müqəddəratlarını  təyin  etmək  adı  altın-
da  Azərbaycan  topaqlarını  işğal  altında  saxlamaqla,  yaşayış 
məntəqələrini  talan  etməklə,  yüz  illər  boyu  yaradılmış,  forma-
laşmış maddi-mədəni abidələri məhv etməklə bəşəri cinayət tö-
rədiblər  və  bu  cinayəti  törədənlər  gec-tez  öz  layiqli  cəzalarını 
alacaqlar.  Münaqişənin  tənzimlənməsi  missiyasını  öz  üzərinə 
götürən bir sıra beynəlxalq təşkilatların, özəlliklə də, yaradıldı-
ğı dövrdən yetərincə vaxt keçməsinə baxmayaraq, münaqişənin 
nizamlanmasında  heç  bir  ciddi  irəliləyişə  nail  ola  bilməyən 
ATƏT-in  Minsk  Qrupunun  bu  məsələyə  ikili  standartlardan 
yanaşması və ədalətsiz müharibəyə cəlb olunaraq torpaqları iş-
ğal olunan, soyqırıma məruz qalan tərəfin deyil, işğalçı tərəfin 
mövqeyini  dəstəkləməsi  qəbuledilməzdir.  Münaqişnin  tənzim-
lənməsi  prosesində  beynəlxalq  hüquq  normalarına  istinad  im-
kanları  tamamilə  daralan,  ideoloji,  siyasi,  hüquqi  və  iqtisadi 
müstəvilərdə  Azərbaycana  uduzan  təcavüzkar  tərəfin  bütün 
səyləri hazırda mövcud “status-kvo”nun qorunub saxlanmasına, 
münaqişənin “baş vermiş fakt” əsasında həllinə hesablanmışdır. 
İşğalçı və təcavüzkar tərəfi belə destruktiv mövqedən çıxış et-
məyə  şirnikləndirən  başlıca  səbəblərdən  biri  də  məhz  danışıq-
larda  vastəçilik  edən  ATƏT-in  Minsk  Qrupu  həmsədrlərinin 
prinsipsizliyi,  qətiyyətsizliyi,  münaqişənin  həllinə  hamılıqla 
qəbul olunmuş beynəlxalq hüquq normalarından yanaşmaması-
dır. Ərazi və milli-etnik separatizm zəminində baş qaldıran mü-
naqişələrin həlli ilə bağlı beynəlxalq hüquqda konkret normalar 
və  sivil  tənzimləmə  presedentləri  mövcud  olsa  da,  nədənsə 
həmsədrlər 17 ilə yaxın bir müddətdə “Ermənistan və Azərbay-
canın öz aralarında razılığa gəlməsi” kimi gülünc mövqeni önə 
çəkir,  işğalçıya  və  işğala  məruz  qalan  tərəflə  eyni  mövqedən 
yanaşırlar. Belə süni balans siyasəti isə son nəticədə beynəlxalq 
hüquq normalarının praktik təsir gücünə əsaslı şübhələr yaradır. 
Dünya  nizamını  müəyyənləşdirən  fövqəlgüclərin  işğal  faktına 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
18 
liberal yanaşması, dolayısı ilə təcavüzkarlığa göz yumması de-
məyə  əsas  verir  ki,  hazırda  dünyada  etnik  milli  konfliktlərin 
həllində hüquqi deyil, məhz siyasi vasitə və maraqlar önə çəki-
lir.  Dağlıq  Qarabağ  münaqişəsi  ermənilər  ilə  azərbaycanlılar 
arasında  etnik  münaqişə  deyildir,  Ermənistanın  Azərbaycana 
qarşı əsassız ərazi iddiaları  ilə başladığı təcavüzün nəticəsində 
yaranmışdır. 
Dünya  birliyi  nəhayət  Azərbaycanın  haqq  səsini  eşitməli, 
erməni  işğalına  son  qoyulmalı  və  münaqişə  beynəlxalq  hüquq 
normaları əsasında, ölkələrin ərazi bütövlüyü prinsipinə uyğun 
həll  olunmalıdır.  Lakin  hazırki  gerçəklik  ondan  ibarətdir  ki, 
Birləşmiş  Millətlər  Təşkilatı  (BMT)  Təhlükəsizlik  Şurasının 
qəbul etdiyi 4 qətnamənin işğalçı dövlət tərəfindən yerinə yeti-
rilməməsi  ilk  növbədə  bu  mötəbər  qurumun  nüfuzuna  xələl 
gətirirməklə yanaşı, eyni zamanda beynəlxalq birlik və beynəl-
xalq hüquq normalarına sayğısızlıq anlamına gəlir. Bütün bun-
lardan sonra gələcəkdə də Ermənistan haqqında hər hansı ciddi 
ölçülərin  götürülməməsi  dünya  siyasətində  yenə  də  ikili  stan-
dartların mövcud olması anlamına gələcəkdir. 

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
19 
 
ERMƏNĠ TERRORĠZMĠ 
 
Erməni terrorizmi - elmi araşdırmalar beynəlxalq terroriz-
min  tərkib  hissəsi  olan  erməni  terroru  tarixinin  100  ildən  çox 
olduğunu  göstərir.  Belə  ki,  “Böyük  Ermənistan  dövləti”nin 
yaradılmasını  qarşısına  məqsəd  qoymuş  radikal  erməni  təş-
kilatları  –  1887-ci  ildə  yaradılmış  “Armenakan”,  sonradan 
“Hınçak”,  “Daşnaksütyun”  (və  b.)  bu  planı  həyata  keçirmək 
üçün siyasi terror aksiyalarından geniş istifadə edilməsini proq-
ram sənədlərində başlıca vasitə, üsul kimi nəzərdə tutmuşlar. 
XX  yüzilin  80-90-cı  illərində  Azərbaycanda  törədilən 
terror aktları 
80-ci  illərin  sonlarından  başlayaraq,  Ermənistan  dövlətinin 
və nüfuzlu erməni diasporunun maliyyə və təşkilat yardımı ilə 
dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terror-
çu təşkilatları Azərbaycana qarşı terror müharibəsinə başlamış-
lar. Faktlar göstərir ki, SSRİ dağıldıqdan sonra müstəqillik qa-
zanmış  Ermənistan  Respublikası  dövlət  səviyyəsində  terroru 
dəstəkləyərək,  onu  öz  təcavüzkar  siya-sətinin  əsas  tərkib 
hissələrindən biri kimi qəbul etmişdir. Diqqət edək: 

 
Sərnişin avtobuslarında törədilmiş terror aktları  

 
Sərnişin və yük qatarlarında törədilmiş terror aktları  

 
Hava nəqliyyatında törədilmiş terror aktları  

 
Bakı Metropolitenində törədilmiş terror aktları  

 
Sərnişin daşıyan dəniz bərəsində törədilmiş terror aktı  

 
Mülki  şəxslərə  və  hərbçilərə  qarşı  törədilmiş  terror 
aktları  

 
Mülki  və  dövlət  obyektlərinə  qarşı  törədilmiş  terror 
aktları.  
 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
20 
 
AZƏRBAYCAN ƏRAZĠSĠNDƏ ERMƏNĠLƏR 
TƏRƏFĠNDƏN TÖRƏDĠLƏN  
TERROR-TƏXRĠBAT FAKTLARI 
 
Erməni terror təşkilatlarının Azərbaycana qarşı apardığı ter-
ror  müharibəsi  1980-ci  illərdən  başlayaraq  ardıcıl  xarakter  al-
mışdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafın-
dakı  7  rayonun  işğalı  zamanı  kütləvi  vahimə  yaratmaq,  çoxlu 
insan  tələfatına  nail  olmaq  məqsədi  ilə  Ermənistanın  xüsusi 
xidmət  orqanları  hərbi  əməliyyatların  getdiyi  ərazilərdən  xeyli 
uzaqda  da,  dinc  azərbaycanlı  əhalisinin  yaşadığı  məntəqələrdə 
terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan hə-
lak olmuşdur. Diqqət edək
2

16
 
sentyabr 1989-cu il. “Tbilisi-Bakı” marşrutu ilə hərəkət 
edən  sərnişin  avtobusu  partladılmış,  5  nəfər  həlak  olmuş,  25 
nəfər yaralanmışdır.  
18
 
fevral  1990-cı  il.  Yevlax-Laçın  yolunun  105-ci  km.-də 
“Şuşa-Bakı”  marşrutu  ilə  hərəkət  edən  avtobus  partladılmış, 
çoxlu insan təlafatı olmuşdur.  
11  iyul  1990-cı  il.  “Tərtər-Kəlbəcər”  sərnişin  avtobusu 
partladılmış, dinc  əhaliyə  məxsus  maşın karvanına qarşı terror 
aksiyası keçirilmiş, nəticədə 14 nəfər qətlə yetirilmiş, 35 nəfər 
yaralanmışdır.  
10  avqust  1990-cı  il.  “Tiflis-Ağdam”  marşrutu  ilə  hərəkət 
edən  sərnişin  avtobusu  partladılmış,  20  nəfər  həlak  olmuş,  30 
nəfər  yaralanmışdır.  Cinayətin  təşkilatçıları  A.Avanesyan   
M.Tatevosyan  cinayət  məsuliyyətinə  cəlb  olunmuşlar.  Həmin 
gün  “Şəmkir-Gəncə”  avtomobil  yolunda  Xanlar  (indiki  Göy-
göl) rayonunun Nadel kəndi yaxınlığında “LAZ” markalı 43-80 
                                                           
2
 “Erməni soyqırımı”: mif və gerçəklik”. Elmi redaktor və məsləhətçi  
professor Əli Həsənov. Bakı,2012.  

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
21 
AQF  dövlət  nömrə  nişanlı  avtobus  partladılmış,  nəticədə  17 
nəfər həlak olmuş, 26 nəfər yaralanmışdır.  
30 noyabr 1990-cı il. Xankəndi aeroportu yaxınlığında sər-
nişin avtobusu partladılmış, 2 nəfər həlak olmuş, 11 nəfər yara-
lanmışdır.  
09  yanvar  1991-ci  il.  “Molodyoj  Azerbaydjana”  qəzetinin 
müxbiri  Salatın  Əsgərova  və  3  hərbi  qulluqçunun  olduğu 
avtomobilə qarşı terror aktı nəticəsində 4 nəfər qətlə yetirilmiş-
dir.  Terrorçu  qrupun  üzvləri  A.Mkrtçyan,  Q.Petrosyan, 
A.Manqasaryan  və  Q.Arustamyan  cinayət  məsuliyyətinə 
cəlb olunmuşlar.  
30  may 1991-ci il. Dağıstanın Xasavyurd stansiyası yaxın-
lığında “Moskva-Bakı” sərnişin qatarı partladılmış, nəticədə 11 
nəfər həlak olmuş, 22 nəfər yaralanmışdır. 
19 iyun 1991-ci il. “Yevlax-Laçın” avtomobil yolunun 106-
cı  kilometrində  5459  saylı  hərbi  hissəyə  məxsus  “UAZ-469” 
markalı  avtomaşın  partladılmış,  3  nəfər  həlak  olmuş,  3  nəfər 
ağır yaralanmışdır.  
28 iyun 1991-ci il tarixdə dörd bir tərəfdən erməni silah-
lı birlikləri tərəfindən Xocavənd rayonunun Qaradağlı kən-
di atəĢə  tutulmuĢdur. 3  saata  yaxın  davam  edən  atıĢma 
zamanı bir neçə yaĢayıĢ evi yandırılmıĢ, atıĢma səngiyəndən 
sonra kəndin 3 km.-də - Vərəndəli adlanan yerdə, fermada 
güclü  yanğın  baĢ  verdiyi,  dəhĢətli  alov  dalğalarının  göyə 
qalxdığı  görünmüĢdür.  Olay  yerinə  gələnlər  qanlı  terror 
aktına  Ģahid  olur:  Fermada  olan  6  nəfər  (3  kiĢi,  3  qadın) 
diri-diri yandırılmıĢdı...   
31 iyul 1991-ci il. Dağıstan Respublikasının Temirtau stan-
siyası yaxınlığında “Moskva-Bakı” sərnişin qatarı partladılmış, 
nəticədə 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.  
02  avqust  1991-ci  il.  Keçmiş  Hadrut  rayonunun  Dolanlar 
kəndində “QAZ-53” markalı avtomaşın partladılmış, nəticədə 4 
nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır.  

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
22 
21  avqust  1991-ci  il.  Hadrut  rayonunun  Şadaxt  kəndi  ya-
xınlığında  “KAVZ”  markalı 70-30 AQO dövlət nömrə nişanlı 
avtobus  partladılmış,  nəticədə  2  nəfər  həlak  olmuş,  10  nəfər 
ağır bədən xəsarəti almışdır.  
08  sentyabr  1991-ci  il.  “Ağdam-Xocavənd”  avtobusunun 
atəşə  tutulması  nəticəsində  6  nəfər  qətlə  yetirilmiş,  34  nəfər 
müxtəlif  dərəcəli  xəsarət  almışdır.  Terrorun  Xaçaturyan 
Volodi,  Yeremyan  Saro,  Çalyan  SaĢa,  Arustamyan  Armo 
tərəfindən törədildiyi sübuta yetirilmişdir. Həmin gün “Ağdam-
Qaradağlı”  marşrutu  ilə  işləyən  avtobus  erməni  quldurları 
tərəfindən  atəşə  tutulmuş,  8  nəfər  həlak  olmuş,  42  nəfər 
müxtəlif dərəcədə xəsarət almışdır.  
26  sentyabr  1991-ci  il.  “Yevlax-Laçın”  yolunda  “VAZ-
2106” markalı D 72-07 AQ nömrə nişanlı avtomaşın partladıl-
mış, nəticədə 2 nəfər həlak olmuş, 14 nəfər yaralanmışdır.  
19  oktyabr  1991-ci  il. Ağdərə rayonunun Sırxavənd kəndi 
yaxınlığında  “UAZ-469”  markalı  avtomaşın  partladılmış, 
nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər ağır yaralanmışdır.  
20  noyabr  1991-ci  il.  Xocavənd  rayonunun  Qarakənd 
kəndi  yaxınlığında  “Mİ-8”  vertolyotunun  atəşə  tutulması  nəti-
cəsində vertolyot heyəti və sərnişinlər - Azərbaycanın görkəmli 
dövlət  və  hökümət  nümayəndələri,  Rusiya  və  Qazaxıstandan 
olan müşahidəçilər, toplam 19 nəfər həlak olmuşdur.  
26  dekabr  1991-ci  il.  Şuşa-Laçın  yolunun  4-cü  kilo-
metrliyində  “ZİL-130”  və  “Moskviç”  maşınları partladılmış, 5 
nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır.  
08  yanvar  1992-ci  il. Türkmənistandan “Krasnovodsk-Ba-
kı” marşurutu ilə hərəkət edən dəniz bərəsində törədilən terror 
aktı nəticəsində 25 nəfər həlak olmuş, 88 nəfər yaralanmışdır.  
28  yanvar  1992-ci  il.  “Ağdam-Şuşa”  marşrutu  ilə  uçan 
“Mİ-8”  mülki  vertolyotu  Şuşa  şəhəri  yaxınlığında  erməni  ter-
rorçuları tərəfindən vurulmuşdur. Nəticədə çoxu qadın və uşaq 
olan 44 nəfər həlak olmuşdur.  

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
23 
1992-ci  ilin  yanvar  ayında  erməni  terror  dəstələri 
Kərkicahan qəsəbəsində 80 nəfər, 1992-ci ilin fevral ayında 
Xocavənd  rayonunun  Qaradağlı  kəndində  77  nəfər  və  26 
fevral  1992-ci  il  tarixdə  Xocalı  Ģəhərində  613  nəfər  dinc 
sakini  qətlə  yetirmiĢ,  650  nəfərinsə  sağlamlığına  ciddi 
xəsarət yetirmiĢdir.  
22 mart 1992-ci il. “UAZ 469” markalı 60-25 AZU dövlət 
nişanlı  avtomaşın  Qazax  rayonu  ərazisində  partladılmış, 
nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.  
28  mart  1992-ci  il.  “KAMAZ-5410”  markalı  40-53  AQŞ 
dövlət  nişanlı  avtomaşın  partladılmış,  nəticədə  3  nəfər  həlak 
olmuş, 2 nəfər yaralanmışdır.  
18  aprel  1992-ci  il.  “Qazax-Cəfərli”  yolunun  10-cu  kilo-
metrliyində  “VAZ”  markalı  maşın  silahlı  basqına  məruz 
qalmış, nəticədə 2 nəfər ölümcül yaralanmışdır.  
20  may  1992-ci  il.  Zəngilan  rayonunun  Qarançı  kəndi 
yaxınlığında  “UAZ-469”  markalı  80-33  AQD  dövlət  nömrə 
nişanlı  avtomaşın  silahlı  basqına  məruz  qalmış,  nəticədə  2 
nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.  
28  fevral  1993-cü  il.  Rusiyanın  Quzey  Qafqaz  ərazisində, 
Qudermes  stansiyası  yaxınlığında  “Kislovodsk-Bakı”  sərnişin 
qatarı  partladılmış,  11  nəfər  həlak  olmuş,  18  nəfər  yaralan-
mışdır.  
02  iyun  1993-cü  il.  Bakı  Dəmir  yolu  Vağzalında  sərnişin 
qatarı  vaqonunun  partladılması  nəticəsində  dövlətə  külli 
miqdarda  maddi  ziyan  dəymişdir.  Partlayışın  icraçısı  Rusiya 
vətəndaşı  Ġqor  Xatkovski  Ermənistan  Respublikası  Milli 
Təhlükəsizlik  Baş  İdarəsi  kəşfiyyat  şöbəsinin  rəisi,  polkovnik 
Caan  Ohanesyan tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək, 
cəsusluq və terrorçuluq məqsədilə Azərbaycana göndərildiyini, 
böyük  insan  tələfatı  ilə  nəticə-lənəcək  partlayışlar  törətmək 
tapşırığı  aldığını  etiraf  etmişdir.  İstintaq  zamanı  sübuta 
yetirilmişdir  ki,  həmin  qrup  1992-1994-cü  illərdə  Rusiya  əra-

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24 
zisindən  Bakıya  gələn  sərnişin  qatarlarında  silsilə  partlayışlar 
törətmişdir.  
22  iyul  1993-cü  il.  Tərtər  rayonunda  törədilmiş  partlayış 
nəticəsində 5 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır. Həmin 
gün  Qazax  rayonunun  mərkəzində  törədilmiş  partlayış 
nəticəsində 6 nəfər həlak olmuş, 10 nəfər yaralanmışdır.  
30 avqust 1993-cü il. Hadrut rayonu ərazisində “ZİL” mar-
kalı  maşın  partladılmış,  nəticədə  2  nəfər  həlak  olmuşdur.  Hə-
min hadisədən bir neçə gün sonra içərisində 12 nəfər kənd sa-
kini olan “QAZ-66” markalı sərnişin avtobusu rayondan çıxar-
kən partladılmış, nəticədə 4 nəfər həlak olmuş, 8 nəfər ağır də-
rəcədə yaralanmışdır.  
01  fevral  1994-cü  il.  Bakı  dəmir  yolu  vağzalında 
“Kislovodsk-Bakı”  sərnişin  qatarında  terror  aktı  törədilmiş,  3 
nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.  
18  mart  1994-cü  il.  Xankəndi  şəhəri  yaxınlığında  İran 
Hərbi  Hava  Qüvvələrinə  məxsus  “Herkules”  tipli  təyyarə 
vurulmuş, 34 diplomat və onların ailə üzvləri həlak olmuşlar.  
19  mart  1994-cü  il.  Bakı  metropolitenin  “20  Yanvar” 
stansiyasında  törədilmiş  partlayış  nəticəsində  14  nəfər  həlak 
olmuş,  49  nəfər  yaralanmışdır.  Məhkəmə  sübut  etmişdir  ki, 
terror  aksiyası  Ermənistan  xüsusi  xidmət  orqanları  tərəfindən 
hazırlanmış,  separatçı  “Sadval”  təşkilatının  üzvləri  tərəfindən 
həyata  keçirilmişdir.  Müəyyən  olunmuşdur  ki,  “Sadval” 
separatçı  təşkilatının  həmin  fəalları  1992-ci  ildən  etibarən 
dəfələrlə  Ermənistanda  olmuş,  bu  ölkənin  Milli  Təhlükəsizlik 
Baş İdarəsi
,
 təşkilatın  formalaşmasında,  maliyyələşməsində və 
silahlanmasında  yaxından  iştirak  etmişdir.  1992-ci  ilin  aprel-
may aylarında 30 nəfər sadvalçı Ermənistanın Nairi rayonunun 
Lusakert  qəsəbəsində  yerləşən  təlim-məşq  bazasında  xüsusi 
terror-təxribat hazırlığı keçmişdir. İstintaq zamanı müəyyənləş-
dirilmişdir ki, təxribatçılar təlimata uyğun olaraq, “20 Yanvar” 
stansiyası ilə yanaşı Bakının “Nizami” kinoteatrında, Respubli-

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
25 
ka Sarayında və Bakı Lampa Zavodunda da partlayışlar törət-
məyi  planlaşdırırmış.  “20  Yanvar”  metro  stansiyasında  partla-
yışın  törədilməsində  ittiham  olunan  və  Ermənistanda  xüsusi 
terror-təxribat hazırlığı keçmiş 30 sadvalçı cinayət məsuliyyəti-
nə cəlb edilmişdir.  
Yüklə 5,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin