Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndində



Yüklə 5,65 Mb.
Pdf görüntüsü
səhifə5/13
tarix06.09.2017
ölçüsü5,65 Mb.
#29114
1   2   3   4   5   6   7   8   9   ...   13

 
 
 
 Zibər  Abdıhüseyn  qızı  Rüstə-
mova – 1918-ci ildə Qaradağlı kən-
dində  doğulmuşdur.  Onun  bütün 
ömrü  doğma  kəndində  keçmişdir. 
Zibər Rüstəmova kənd sakinləri tə-
rəfindən hər zaman sayğı ilə qarşıla-
nan mehriban bir ağbirçək idi.  
17  fevral  1992-ci  ildə  ermənilə-
rin Qaradağlı kəndini işğal günündə 
öz həyətində həlak edilmişdir...  

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
57 
 
Arif Ġbrahim oğlu Bayramov –  
1940-cı  il  oktyabr  ayının  1-də  
Qaradağlı kəndində doğulmuş, Qara-
dağlı kənd məktəbini bitirmişdir.  
Halal  zəhmətlə  dolanan  Arif 
Bayramov doqquz övlad atası idi.  
Qaradağlının  müdafiəsi  zamanı 
ermənilərin  snayperdən  açdığı  atəşlə 
qətlə yetirilmişdir.  
 
 
 
 
 
 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
58 
 
SOYQIRIM AKTININ SƏHĠFƏLƏRĠ... 
 
Ermənistan  Silahlı Qüvvələrinin  mənsubları  əsir götürdük-
ləri  kənd  sakinlərinin  olduğu  “KAMAZ”  markalı  yük  avtomo-
billərini müxtəlif yerlərdə, o cümlədən Qaradağlı-Xankəndi yo-
lu  üzərində  yerləşən  erməni  kəndlərində  saxlayır,  vəhşi  ritual 
nümayiş  etdirirlərmiş  kimi  həmin  kəndlərdən  toplanmış  insan-
ların gözləri qarşısında günahsız insanları birbaşa atəşlə qətlə 
yetirir, öz hərəkətlərindən “yırtıcı zövq”ü alır... sonra yenidən 
yola davam edirdilər...  
 
İlk  öncə  “Pir”də  gerçəkləşdirilən  bu  qeyri-insani  hərəkət, 
sonra  “Bəylik  Bağı”  adlanan  yerdə  baş  verdi.  Əksəriyyəti 
gənclər  olmaqla,  23  nəfər  azərbaycanlı  ermənilər  tərəfindən 
güllələndi, əksəriyyəti yaralı halda “silos quyusu”na tökülərək 
üzərləri  torpaqlandı...  -  Bu  barədə  hadisənin  canlı  sahidi, 
həmin  gün  təsadüf  nəticəsində  sağ  qalan  Vidadi  Qardaşxan 
oğlu Hüseynov bilgi vermişdir.  
 
Hadisənin dəhşəti yalnız o deyil ki, ermənilər gənc azərbay-
canlıları  güllələyirdi,  bundan  daha  dəhşətlisi  odur  ki,  atanın-
ananın,  qardaşın  gözləri  qarşısında  onların  doğmaları 
güllələnirdi.  Şahid  danışır  ki,  gənclər  sinələrini  açaraq  daha 
öncə güllələnmək istəyirdi ki, başqalarının dəhşətini görmədən 
həlak olsunlar...   
 
Əsirlərin  bəziləri  elə  oradaca  güllələnmiş,  qalanları  isə 
yaralı halda Xankəndinə aparılaraq, daha ağır  aqibətə urcah 
edilmişlər... 
“Bəylik  Bağı”ndan  sonra  azərbaycanlıların  qanı  axıdılan 
növbəti  “duracaq”...  “Zəki  Bulağı”  deyilən  yer  oldu.  Aşağıda 
ardıcıl  olaraq  “Pir”,  “Bəylik  Bağı”  və  “Zəki  Bulağı”nda, 
habelə  ermənilərin  məskunlaşdığı  Ningi  (Cəmiyyət)  kəndində 
qətl edilmiş azərbaycanlılar haqqında qısa bilgi verilir:  

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
59 
    
SOYQIRIM AKTININ “PĠR” SƏHĠFƏSĠ... 
 
Eldar  Ġsa  oğlu  DadaĢov    - 
1939-cı  il  fevral  ayının  6-da  Qara-
dağlı  kəndində  doğulmuş,  Qa-
radağlı  kənd  yeddi  illik  məktəbini 
bitirmişdir. El-obanın sayğın sakin-
lərindən  idi.  17  fevral  1992-ci  il 
tarixdə  Qaradağı  kəndi  işğal  olun-
duqdan  sonra  digər  həmkəndliləri 
və oğlu Uğur ilə birlikdə ermənilər 
tərəfindən  girov  götürülən  Eldar 
DadaĢov,    kəndin  kənarında  – 
Pir” 
adlanan 
yerdə 
qətlə  
yetirilmişdir.  Oğlu  Uğur  isə  kəndin  2  km.-dəki  “Bəylik  Bağı” 
deyilən yerdə güllələnmişdir.    
 
ġahmurad  Abdıhüseyn  oğlu 
Hüseynov  –  1928-ci  ildə  Qara-
dağlı  kəndində  doğulmuş,  Qara-
dağlı  kənd  məktəbində  ibtidai 
təhsil  almışdır.  Yeddi  uşaq  atası, 
olduqca qonaqpərvər və dostcanlı 
insan  olan  ġahmurad  Hüseyno-
va kənd sakinləri hər zaman sayğı 
ilə yanaşırdılar. 17 fevral 1992-ci 
il  tarixdə  Qaradağı  kəndi  işğal 
olunduqdan  sonra  digər  həm-
kəndliləri ilə birlikdə əsir götürül-
müş  və  kəndin  kənarında  – 
Pir”də  hamının  gözü  qarşısında 
qətlə yetirilmişdir. 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
60 
 
Dəmir Musa oğlu Hüseynov –  
1920-ci  ildə  Qaradağlı  kəndində 
doğulmuş,  Qaradağlı  kənd  məktə-
bində ibtidai təhsil almışdır. II Dün-
ya  Müharibəsi  iştirakçısı  olmuş, 
şərəfli döyüş yolu keçmişdir. Səkkiz 
övlad  boyüdüb  boya-başa  çatdırmış 
Dəmir Hüseynov, ailəsini halal zəh-
mətlə  dolandıran  zəhmətkeş  insan 
idi.  17  fevral  1992-ci  il  tarixdə  Qa-
radağı kəndi işğal olunduqdan sonra 
nəvəsi 17 yaşlı Fədail (Fədailin ata-
sı  Zülfüqar  1991-ci  il  mart  ayının  9-da  ermənilər  tərəfindən 
qətlə yetirilmişdi) və digər həmkəndliləri ilə birlikdə əsir götü-
rülmüşdür.  
Ermənilər əsir götürdükləri kənd sakinlərindən əsasən gənc-
ləri  seçərək  başqa  maşınlara  yığarkən  D.Hüseynov  nəvəsinə 
həyan  olmaq  üçün  onunla  eyni  avtomobilə  minir.  Ermənilər 
yük  avtomobilini  “Pir”də  saxlayınca,  onu  da  nəvəsi  Fədaillə 
birgə yerə düşürüb güllələyirlər... 
 
Fədail 
Zülfüqar 
oğlu 
Hüseynov  –  1975-ci  ildə  Qara-
dağlı  kəndində  anadan  olmuşdur. 
Qaradağlı  kənd  orta  məktəbinin 
şagirdi  idi.  Şəhid  övladı  olan  Fə-
dail  (yuxarıda  da  qeyd  etdiyimiz 
kimi), 17 fevral 1992-ci ildə Qara-
dağı kəndinin ermənilər tərəfindən 
işğalı  zamanı  digər  həmkəndliləri 
ilə birgə girov götürülmüş, “Pir”də 
babası ilə birgə güllələnmişdir. 

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
61 
 
SOYQIRIM AKTININ  “BƏYLĠK BAĞI” SƏHĠFƏSĠ...  
 
 
 
Telman 
Tevon 
oğlu 
Tağıyev  –1953-cü  il  fevral 
ayının  20-də  Qaradağlı  kən-
dində  doğulmuşdur.  Keçmiş 
Martuni 
beynəlmiləl 
orta 
məktəbini  bitirmişdi.  Beş  öv-
lad  atası  olan  Telman  Tağı-
yev Qaradağlı kənd orta mək-
təbində 
maşınşünaslıqdan 
dərs  deyirdi.  O,  Qaradağlı 
kəndinin  qorunmasında  fəal 
iştirak etmişdir.  
Bəlli  olduğu  kimi,  Qara-
dağlının işğal edildiyi gün kən-
din  yüzdən  artıq  sakini  əsir  götürülmüşdü.  Kəndin  2  km.-dəki 
“Bəylik Bağı” adlanan ərazidə əsasən cavanların olduğu “əsir daşı-
yan avtomobil” saxlanılaraq, əsirlərin bir bölümü burada güllələn-
mişdir. Şahid ifadəsi ilə təsdiq olunub ki, gənc azərbaycanlılar av-
tomobildən yerə atlanaraq, əli silahlı ermənilərin üzərinə gedərək, 
“Qarabağ bizimdir”, “Bu torpaqlar heç vaxt sizin olmayacaq!” de-
yə etiraz səslərini ucaldırmışlar... Məhz bu vaxt Telman  Tağıyev 
əlində  gizlətdiyi  qumbaranı  partlat-mağa  macal  taparaq,  özü  ilə 
yanaşı bir neçə erməni silahlısını da həlak etmişdir.  
 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
62 
Faiq  Həsrət  oğlu Tağıyev 
–    1961-ci  il  yanvar  ayının  2-
də  Qaradağlı  kəndində  doğul-
muşdur.  Qaradağlı  kənd  orta 
məktəbində 
təhsil 
almışdı. 
Dörd övlad atası idi. 
Ermənistan  silahlı  qüvvə-
ləri  Qarabağda  azərbaycanlı 
əhaliyə qarşı silahlı basqınlara, 
terror  hadisələrinə  başladıqları 
zamandan  Faiq  də  Vətənin 
müdafisəinə  qalxmışdı.  Qara-
dağlı  işğal  edilincə,  Faiq  də  əsir  götürülmüş  və  “Bəylik  Ba-
ğı”nda qətlə yetirilmişdir.  
 
Ədalət 
ġahmar 
oğlu 
Məmmədov  –1958-ci  il  may 
ayının  31-də  Qaradağlı  kən-
dində  doğulmuşdur.  Qaradağlı 
kənd orta məktəbini bitirmişdi. 
Rusiya  Federasiyasının  No-
voçerkask Meliorasiya Mühən-
disləri  İnstitutunu  bitirmişdir. 
Yüksək  biliyə  malik,  işinə 
vicdanlı  münasibət  bəsləyən 
bir  insan  olan  Ə.Məmmədov, 
el-obanın  sayğın  insanlarından 
idi.  O  da  Vətənin  müdafi-
səində iştirak edirdi. Bir müddət sonra isə Ə.Məmmədov, artıq 
Qaradağlı  kənd  könüllü  özünümüdafiə  dəstəsinin  komandiri 
idi.  Qaradağlı  işğal  edilincə,  “Bəylik  Bağı”nda  güllələnənlər-
dən biri də o idi.  
Ə.Məmmədov ailəli idi. İki övladı yadigar qalıb. 

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
63 
 
Məmməd  Əmirxan  oğlu 
Məmmədov  –1950-ci  il  av-
qust  ayının  28-də  Qaradağlı 
kəndində  doğulmuşdur.  Qara-
dağlı  kənd  əsas  məktəbini, 
sonra isə keçmiş Martuni bey-
nəlmiləl  orta  məktəbini  bitir-
mişdi.  Ardınca  Şuşa  Kənd 
Təsərrüfatı 
Texnikumunda 
oxuyan  M.Məmmədov,  uzun 
müddət ixtisası üzrə çalışmış-
dır.  Ermənilərin  torpaq  iddia-
larının  baş  qaldırdığı  vaxtdan 
başlayaraq, digər həmkəndliləri kimi M.Məmmədov da doğma 
kəndini müdafiə edir, onun keşiyində dururdu.  
Qaradağlı işğal edilən gün “Bəylik Bağı”nda güllələnənlər-
dən biri də M.Məmmədov idi. 
M.Məmmədov ailəli idi, beş övladı yadigar qalıb.  
 
 Ərəstun 
Ağalar 
oğlu 
Məmmədov  –  1969-cu  il  av-
qust  ayının  29-da  Qaradağlı 
kəndində  doğulmuşdur.  Qara-
dağlı kənd orta məktəbində təh-
sil almışdı. Yüksək  əxlaqi key-
fiyyətlərə  malik  olan  Ərəstun, 
kəndin sayğılı gənclərindən idi. 
Doğma  kəndin  qorunmasında 
hər zaman ön sırada olan Ərəs-
tun da, 1992-ci ilin 17 fevral gü-
nü  ermənilər  tərəfindən  “Bəylik 
Bağı”nda güllələnmişdir.  

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
64 
 
Şahid  ifadəsi  ilə  təsdiq  edilmişdir  ki,  erməni  silahlıları 
əsasən  gənclərin  olduğu  avtomobili  dayandırıb,  burada  10  nə-
fəri  öldürəcəklərini,  əgər  on  nəfər  könüllü  düşməsə  onda 
hamını  güllələyəcəklərini  bildirincə,  avtomobildən  ilk  olaraq 
Ərəstun  yerə  atılmış  və  sinəsini  açaraq  “Vurun,  vurun, 
əclaflar! Onsuz da Qarabağ bizim olacaq!” deyə hayqırmışdır. 
Və  onun  bu  dirənişinə  qarşılıq  olaraq,  Ermənistan  silahlı 
qüvvələrinin  əsgərləri  avtomatın  dolu  darağını  onun  açıq 
sinəsinə boşaltmışlar...  
 
 Fehruz  Mahmud  oğlu 
Hüseynov  –  1952-ci  il  may 
ayının  17-də  Qaradağlı  kən-
dində  doğulmuşdur.  Qara-
dağlı  kənd  səkkiz  illik  mək-
təbini bitirmişdi. Sadə zəhmət 
adamı olan F.Hüseynov, fizi-
ki cəhətdən güclü, mərd,  qo-
naqpərvər  bir  insan  idi.  Vətə-
ninin  qorunmasında  iştirak 
edən könüllülərdən idi.  
Qaradağlının işğal edildiyi 
gün F.Hüseynov da ermənilər 
tərəfindən  əsir  götürürülmüş 
və “Bəylik Bağı”nda güllələnərək qətlə yetirilmişdir.  
F.Hüseynov beş övlad atası idi. 

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
65 
 
ĠbiĢ  Həbib  oğlu  Hüsey-
nov  –1977-ci  il  iyun  ayının 
16-da Qaradağlı kəndində do-
ğulmuşdu. Qaradağlı kənd or-
ta məktəbinin şagirdi idi.  
İbişin  anası  Rahilə  Hü-
seynova  hələ  8  sentyabr 
1991-ci  ildə    ermənilər  tərə-
findən  qətlə  yetirilmişdi.  14 
fevral  1992-ci  ildə  erməni  si-
lahlı  birliklərinin  kəndə  növ-
bəti  hücumu  zamanı  ĠbiĢin 
qardaşı  Xanalı  şəhid  olmuş-
du. Qaradağlı işğal olunan gün,  ĠbiĢ   və  atası Həbib  Hüsey-
nov  digər  həmkəndliləri  ilə  birlikdə  erməni  silahlıları  tərəfin-
dən əsir götürülmüşdü.  ĠbiĢ  “Bəylik Bağı”nda  köksündən gül-
lələnmişdir. (ĠbiĢin atası Həbib  Hüseynov isə ermənilər yaşa-
yan Cəmiyyət kəndində qətlə yetirilmişdir.) 
 
 Nəbi  Mütalib  oğlu  Quli-
yev  –1971-ci  il  dekabr  ayının 
22-də  Qaradağlı  kəndində  do-
ğulmuşdur. Qaradağlı kənd orta 
məktəbini  bitirmişdi.  İdmana 
böyük  marağı  olan  Nəbi,  sər-
bəst  güləş  üzrə  keçirilən  yarış-
larda  həmişə  yüksək  yerlər  tu-
turdu.  Doğma  kəndinin  ağır 
günlərində  müdafiənin  ön  sıra-
larında  olmuşdur.  Özəlliklə, 
1992-ci  il  fevralın  15-i,  16-sı, 
17-i  tarixlərdə  kəndin  mü-

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
66 
dafiəsində qəhrəmancasına mübarizə aparmışdır.  
Ermənilərin  “Bəylik  Bağı”nda  güllələdiyi  cavanlardan  biri 
 Nəbi idi... 
 
 
 Xaliq  Məhərrəm  oğlu 
Əliyev  –  1975-ci  il  avqust 
ayının  1-də  Qaradağlı  kən-
dində doğulmuşdu. Qaradağlı 
kənd  orta  məktəbində  oxu-
yurdu.  Ermənistanın  Azər-
baycana təcavüzü başlananda 
Xaliqin 13 yaşı vardı.  
Qaradağlının  işğal  günü 
əsir götürülərək,  “Bəylik Ba-
ğı”nda”  güllələnənlərdən  biri 
də Xaliq idi.  
 
 
Aftandil  Xanlar  oğlu 
Nağıyev  –  1977-ci  il  avqust 
ayının  22-də  Qaradağlı  kən-
dində doğulmuşdur. Qaradağlı 
kənd  orta  məktəbinin  şagirdi 
idi.  Təbiətcə  sakit,  olduqca 
tərbiyəli,  dərslərində  çalışqan 
bir  şagird  olan  Aftandili  
müəllimləri  də,  şagird  yoldaş-
ları  da  çox  sevirdilər.  17  fev-
ral  1992-ci  ildə  Qaradağlı    iş-
ğal  olunduqdan  sonra  qardaşı 
Seyyurla  birgə  əsir  götürül-
müş Aftandil də “Bəylik Bağı”nda qətl edilmişdir. (Digər “əsir 

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
67 
daşıyan  avtomobil”də  olan  qardaşı  Seyyur
 
isə  çənə  nahiyə-
sindən  güllə  yarası  almış  və  yalnız  təsadüf  nəticəsində  sağ 
qalmışdır. 
 
 
 
 Niftalı 
Bakir 
oğlu 
Hüseynov  –  1975-ci  ildə 
Qaradağlı  kəndində  doğul-
muşdur.  Qaradağlı  kənd  or-
ta  məktəbinin  şagirdi  idi. 
Cəlb  olunduğumuz  bu  əda-
lətsiz  və  amansız  müharibə 
balaca  Niftalının  da  qəlbin-
də  sağalmaz  yaralar  qoy-
muşdu.  1991-ci  il  sentyabr 
ayının  8-də  ermənilərin  tö-
rətmiş  olduqları  terror  aktı 
nəticəsində  onun  anası  Qə-
nirə  xanım  həlak  olmuş, 
bacısı Gülzəndə isə onurğa sütunundan ağır güllə yarası almış-
dı. (Gülzəndə bir qədər sonra - 23 iyun 1992-ci ildə onurğasın-
dakı sağalmaz güllə yarasından dünyasını dəyişmişdir.)  
Qaradağlı işğal olunduqda əsir götürülmüş Niftalı da “Bəy-
lik Bağı”nda qətl edilmişdir...  
   

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
68 
Məhi 
Surxay 
oğlu 
Rəhimov  –  1922-ci  ildə  Xo-
cavənd  rayonunun  Əmirallar 
kəndində  doğulmuş,  doğul-
duğu  kənddə  ibtidai  təhsil 
almışdır.  Sonralar  Qaradağ-
lıya  köçən  Məhi  Rəhimov
təsərrüfatda  çalışmış,  az  vaxt 
ərzində  kənd  sakinləri  ilə 
qaynayıb-qarışmış,  camaatın 
sayğısını  qazanmışdır.  Kən-
din qorunmasında digər həm-
kəndliləri  ilə  çiyin-çiyinə  da-
yanan  M.Rəhimov  da,  17 
fevral 1992-ci ildə digər kənd sakinləri ilə yanaşı girov götürül-
müş və “Bəylik Bağı”nda ermənilər tərəfindən qətl edilmişdir.  
 
Uğur  Eldar  oğlu  Da-
daĢov  –  1975-ci  ildə  Qara-
dağlı  kəndində  doğulmuşdur. 
Qaradağlı  kənd  orta  məktəbi-
nin  şagirdi  idi.  Xarakterli, 
qorxmaz  bir  yeniyetmə  olan 
Uğur,  kəndi  erməni  təcavü-
zündən  qoruyanların  sırasına 
qoşulmuşdu.  
17  fevral  1992-ci  ildə  di-
gər  kənd  sakinləri  ilə  yanaşı 
Uğur və atası Eldar DadaĢov 
da  ermənilər  tərəfindən  əsir 
götürülmüşdü.  Erməni  vandalları  atanı  kəndin  qırağında  - 
Uğurun gözləri qarşısında qətl etmiş, onun özünü isə  “Bəylik 
Bağı”nda qətlə yetirmişlər.  

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
69 
 
 
Rəhim 
Möykəmə 
oğlu 
Doluxanov  –  6  dekabr  1969-cu 
ildə  Xocavənd  rayonunun  Qara-
dağlı  kəndində  doğulmuşdur. 
1986-cı  ildə  Qaradağlı  kənd  orta 
məktəbinin 
səkkizinci 
sinfini 
bitirib. Həmin il Abşeron rayonu 
147  saylı  Orta  Texniki  Peşə 
Məktəbinə  daxil  olur.  1989-cu 
ildə peşə məktəbini bitirib. 1989-
cu  ilin  noyabrında  hərbi  xidmətə 
çağrılan Rəhim, SSRİ Silahlı Qüvvələrindən tərxis olunduqdan 
sonra  Qaradağlı  kəndinə  qayıdaraq  və  kənd  özünümüdafıə 
dəstəsinə qoşulub.  
Qaradağlının  işğal  günü  əsir  götürülən  Rəhim  "Bəylik 
Bağı"nda qətlə yetirilib.  

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
70 
 
 
Mobil 
 
Mürsəl 
oğlu 
Vəliyev  –  1952-ci  ildə  Ağdam 
şəhərində  doğulmuş,  həmin 
şəhərdə  orta  təhsil  almışdır. 
Sonralar  Qaradağlıya  köçən 
Mobil, sadə, zəhmətkeş, xeyir-
xah  bir  insan  idi.  Erməni  təca-
vüzkarlığı  başlayandan  Qara-
dağlının  özünümüdafiəsində  o 
da iştirak edirdi.  
Qaradağlı  kəndi  işğal  olu-
nan  gün  ermənilər  tərəfindən 
əsir götürülmüş və “Bəylik Ba-
ğı”nda qətlə yetirilmiş azərbaycanlılardan biri də o idi.  
Ailəli idi, altı övladı yadigar qalıb. 
 
 Qərib 
Həsrət 
oğlu 
Mustafayev  –  1962-ci  iyul 
ayının  1-də  Beyləqan  rayo-
nunun  Dünyamalılar  kən-
dində  doğulmuş,  Dünyama-
lılar  kənd  orta  məktəbində 
təhsil  almışdır.  (Qəribin  əs-
lən  Qaradağlı  kəndindən 
olan  atası  1981-ci  ildə  ailə-
likcə  yenidən  doğma  kəndi-
nə dönmüşdü.)  
Ermənilərin Qaradağlıya 
hücumları 
başlayandan 
Q.Mustafayev  də,  Qara-
dağlı Milis (- o zamankı adı 

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
71 
ilə) Bölməsinin gənc əməkdaşlarından biri kimi kəndin qorun-
masında iştirak edirdi.  
Qaradağlı  kəndi  işğal  olunan  gün  -  17  fevral  1992-ci  ildə 
ermənilər  tərəfindən  əsir  götürülmüş  Q.Mustafayev  də, 
“Bəylik Bağı”nda qətlə yetirilmişdir.  
Ailəli idi, iki övladı yadigar qalıb. 
 
 
Nəsimi 
Kazım 
oğlu 
Kazımov  –  1968-ci  il  iyul 
ayının  15-də  Qaradağlı  kən-
dində  doğulmuşdur.  Qara-
dağlı  kənd  orta  məktəbini 
bitirmişdi. Qısa, ancaq şərəfli 
bir  ömür  yaşayan,  Vətən  yo-
lunda  şəhid  olan    oğullardan 
biri  də  Qaradağlı  Milis  Böl-
məsinin 
əməkdaşı 
olan 
N.Kazımov idi.  
Qaradağlı  kəndi  düşmən 
tərəfindən  işğal  olunan  gün, 
kəndin sağ qalan sakinləri ilə 
bir yerdə  Nəsimi də əsir götürülmüş və “Bəylik Bağı”nda qətlə 
yetirilmişdir.  
Nəsimi Kazımov hələ ailə həyatı qurmamışdı. 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
72 
 
Yüklə 5,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin