MəqaləNİn hazirlanma qaydalari



Yüklə 317 Kb.
Pdf görüntüsü
tarix06.12.2022
ölçüsü317 Kb.
#72570
növüXülasə
Tezis-qaydalar-aze



MƏQALƏNİN HAZIRLANMA QAYDALARI 

Təqdim edilən məqalə başqa jurnalda çap olunmamalı və ya digər jurnallara 
çap üçün göndərilməməlidir. Əsas tələb onun yüksək elmi meyarlara (aktuallıq, 
elmi yenilik və s.) uyğunluğudur. Müəllif son 10 ilin nəşrlərinə istinadlara 
üstünlük verməlidir. 

Məqalənin həcmi xülasə, açar sözlər, cədvəllər, şəkillər və ədəbiyyat siyahı 
daxil olmaqla 5-6 səhifə aralığında olmalıdır. 

Məqalələr azərbaycan, türk, ingilis və rus dillərində qəbul edilir və məqalə 
qəbulu 05 oktyabr 2021-ci il tarixinə qədər uzadılır. 

Məqalənin mətni A4 formatında, Microsoft Word redaktorunda tərtib 
olunmalıdır. 

Səhifə parametrləri: soldan - 2.5 sm, sağdan – 2.5 sm, aşağıdan – 2 sm, 
yuxarıdan – 2 sm. 

Şrift: Times New Roman, Ölçü: 12, Sətir aralığı: 1.3, Abzas: 1.25. 
Məqalənin başlığı: 

Məqalənin başlığı qısa və informativ olmalıdır. 
Xülasə və açar sözlər: 

Xülasədə baxılan məsələ, istifadə edilən metodlar və ən mühüm nəticələr 
verilməlidir. Məqalənin xülasəsinə görə oxucu tədqiqatın mahiyyətini 
anlamalıdır. Xülasənin həcmi məqalənin növündən asılı olaraq 100-250 söz 
aralığında olmalıdır. 

Müəlliflər ən azı 5- 6 açar söz təqdim etməlidirlər. 

Məqalənin başlığı, müəllifin adı, atasının adı, soyadı, xülasə və açar sözlər 
məqalənin yazıldığı dildən asılı olaraq azərbaycan, türk, rus və ingilis 
dillərindən birində olmalıdır. 
Şəkillər və cədvəllər: 

Şəkillər ardıcıl olaraq nömrələnməlidir. Şəkilaltı yazıda 15-dən artıq söz 
olmamalıdır. Şəkillər üçün PNG və JPEG formatları uyğun hesab edilir. Bütün 
şəkillər mətnin sonunda deyil, onun müvafiq yerlərində yerləşdirilməlidir. 

Cədvəllər ardıcıl olaraq nömrələnməlidir. Cədvəlin adında və orada verilən 
abriviaturaların izahında 15-dən artıq söz olmamalıdır. Bütün cədvəllər mətnin 


sonunda deyil, onun müvafiq yerlərində yerləşdirilməlidir. Bütün cədvəllərə 
məqalənin mətnində müraciətlər olmalıdır. 
Ədəbiyyat siyahısı: 

Ədəbiyyat siyahısı əlifba sırası ilə olmalıdır və yalnız mətndə istinad olunan və 
artıq çap olunmuş əsərləri əhatə etməlidir. Ədəbiyyat siyahısı üçün 
APA 
(Essentials APA Style) 
sistemindən istifadə edilməlidir. Siyahıya 
məqalənin mövzusuna aid ən yeni istinadlar daxil edilməlidir. 
Mətndə istinadların verilməsi: İstinadlar mətndə kvadrat mötərizədən, 
məsələn, 
[1, səh. 25-35] 
istifadə etməklə verilir. Ədəbiyyat siyahısındakı bütün 
mənbələrə mətndə istinad edilməlidir. 

Məqalələr  
mikailbyst@mail.ru, conference@lsu.edu.az, int-rel@lsu.edu.az 
elektron ünvanlarından birinə göndərilməlidir.

Yüklə 317 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin