AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


Bayram xanın qətli, Əmir Nəcmin öldürülməsi



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə9/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   5   6   7   8   9   10   11   12   ...   96

Bayram xanın qətli, Əmir Nəcmin öldürülməsi,  

Şah İsmayılın ikinci dəfə Xorasan  yürüşünə getmək qərarı: 

 

Bəlx   hüduduna   gəlib-çatan   Əmir Nəcm humayun şahın 



əmri  və işarəsi olmadan Mavərənnəhri tutmaq fikrinə düşdü, Herat 

hakimi  Hüseyn  bəy  Lələ,  Xorasanın  əzəmətli  əmirləri  və  Bəlx 

hakimi  Bayram  xanla  Amuyə  çayını  keçdi.  Hısar  tərəfdən  də 

Məhəmməd  Babur  Mirzə  özünü  ona  çatdıraraq  qızılbaş  qoşununa 

qoşuldu.  Onlar  əvvəlcə  Hərar  (?),  sonrasa  Qərşi  qalalarını  aldılar. 

Qərşidə Əmir Nəcm qətliam hökmünü verdi və orada Şeyxəm Mirzə 

Özbək  və  on  beş  min  nəfər  əsgər  və  rəiyyət  qətl  olundu.  Mirzə 

Babur,  əhalisi  cığatay  camaatı  olan  Qərşi  əhalisindən,  qan  (qan 

bahası!)**  xahiş  etməsinə  rəğmən  onun  xahişinə  əməl  olunmadı. 

Buna  görə  də,  onların  aralarında  ədavət  (neqar)  başlandı.  Əmir 

Məhəmməd  Yusif  Sədrin  də  came  məscidinə  yığışan  seyidlərdən 

(sadat)  bu  haqda  etdiyi  xahiş  qəbul  edilmədi,  buna  görə  də 

seyidlərin əksəriyyəti qətlə yetirildi. Bu əməl Əmir Nəcmin xoşuna 

gəlmədi. 

Bu hadisədən sonra o, Məhəmməd Teymur Sultan  və Əbu 

Səid Sultanın yerləşdikləri Qəcdəvan qalasına gələrək, həmin qalanı 

dörd  ay  mühasirədə  saxladı.  [Buna  görə  də]  qızılbaş  ordusunun 

ərzaq  və  başqa  ehtiyatları  (məkulat)  azalmağa  başladı.  Döyüşçülər 

azuqə və əliqdən*** ötrü mal-qaranı (dəvab) kəsməyə başladılar. 

Abdullah  xan  və  Cam  bəy  Sultan  Buxarada  idilər.  Onlar 

qızılbaşların  düşdükləri  çətinlikdən  (əsrət)  xəbərdar  olub, nizama 

salınmış ləşkərlə Əmir Nəcmin üstünə getdilər. Məhəmməd Teymur 

Sultan  da  qaladan  çıxıb  onlara  qoşuldu.  Ramazanın  otuzunda 

yekşənbə günü Gəcdəvanın kənarına çatdılar, aralarında bərk döyüş 

oldu.  Həmin  döyüşdə  canuzən  bir  ox  qızılbaş ləşkərinin  sərdan  və 

çərxçisi*  olan  Bayram  bəy  Qaramanlıya  dəydi  və  o,  atdan  yıxıldı. 

Bu hadisə çərxçilərin məğlubiyyətinə və özbəklərin ürəklənmələrinə 

səbəb  oldu  və  özbək  dəstələri  hamılıqla  hücuma  keçdilər.  Qızılbaş 

əmirləri  təlaşa  düşdülər  və  ləşkərin  qol  hissəsi  bir-birinə  dəydi. 

Məhəmməd Babur Mirzə hərbdən yan olub öz ləşkəri ilə qalaya üz 

tutdu.  Əmir  Nəcmin  qürur  və  yekəxanalığından  təngə  gəlmiş 


105 

 

qızılbaş  əmirləri,  onu  hifz  etməyə  səy  etdilərsə  də,  lakin  o,  ələ 



keçirilib öldürüldü. Xorasanın bəzi böyükləri fərar yoluna düşdülər, 

Kərki keçidindən keçib Xorasana getdilər. Bu hadisə doqquz yüz on 

səkkizinci ildə (miladi 1512) baş verdi. 

Özbək sultanlarının fəth və zəfərindən sonra onlar Xorasanı 

tutmaq  əzmi  ilə  çaydan  keçdilər  və  Xorasanın  müxtəlif  yerləri  bir 

neçə  vaxt  özbəklərin  tapdağı  altında  qaldı.  Bu  xəbər  uca  saraya 

çatdıqda,  şah  yenidən  Xorasan  yürüşünü  qərarlaşdırıb,  hücum 

cilovunu  oraya  tərəf  istiqamətləndirdi.  Kalpuş  adlı  yer  dərya  kimi 

qaynayan  ləşkərin  gəlib-çatdıqları  yer  olduğu  zaman  bəzi  əmirləri 

bir dəstə müzəffər döyüşçü ilə Tus istiqamətinə göndərdilər. Zəfərli 

şah  ordusunun  gəlib-çatma  xəbərini  eşidən  özbək  sultanları  bərk 

lərzəyə düşdülər və onların orada dayanma ayaqları sustaldı, qayıdış 

cilovunu  döndərib  Mavərənnəhrə  getdilər.  O  məmləkət  yenidən 

şahın uca dövlət övliyalarının əlinə keçdi. Süleyman şanlı xaqan bir 

neçə  müddət  Xorasanda  dayanıb,  özbəklərlə  müharibədə  süstlük 

göstərən bəzi əmirləri cəzalandırdı, o cümlədən Mərv hakimi Dədə 

bəyin  başına  çadra  (məcər)  örtüb  onu  bərk  cəzaya  məruz  qoydu. 

Həmçinin,  hümayun  ordunun  burada  olmadığı  vaxt  özbəklərə 

yardım edərək, şiə əhalisinə sədəmə  yetirən bəzi fitnəkarlar zaman 

qəhrəmanının atəş qəzəbi ilə yandırıldılar, o vilayət tör-töküntüdən 

(xəs-o  xaşak)  təmizləndi.  Şah  Heratın  hakimliyini  və  Xorasanın 

işlərini Zeynalxan Şamlıya verib geri qayıtdı. 



 

ALLAHIN KÖMƏYİ İLƏ SÜLEYMAN ŞANLI XAQANIN 

RUM PADŞAHI SULTAN SƏLİMLƏ ÇALDIRANDA 

DÖYÜŞÜNÜN ZİKRİ 

 

Süleyman şanlı xaqanın  Həmədan  yaylaqlarında  və həmin 



vilayətin  ürəkaçan  və  pak  (monəzzeh)  yerlərində  istirahət  etdiyi 

doqquz  yüz  iyirminci  ildə  (miladi  1514)  Rum  xandgarı  (sultanı  - 

Ş.F.)  Sultan  Səlimin  gəlişi  xəbəri  eşidildi.  Bu  məsələnin  müxtəsər 

(bər səbile  -  ecmal) bəyanı belədir: Süleyman şanlı xaqanın ortaya 

çıxdığı vaxt (xoruc) Rum məmləkətlərinin hökmdarı Sultan Bayazid 

idi. O, o həzrətlə dostluq və  məhəbbət  münasibətində olub, həmişə 

yaxınlıq  və  birlik  nümayiş  etdirməkdəydi.  Arada  dostluq  (vedad) 

mövcud  idi.  Doqquz  yüz  on  yeddinci  ildə  (miladi  1512)  Sultan 

Səlim atası ilə düşmənçilik məqamına gəldi və onların arasında cəng 

başladı.  Ləşkərin  arif  adamları,  xüsusilə  yeniçəri*  tayfası  birləşib, 



106 

 

Sultan Səlimi padşah, Sultan Bayazidi isə səlahiyyətsiz elan etdilər. 



O,  bu  dərddən  xəstələnib  doqquz  yüz  on  səkkizinci  ildə  (miladi 

1512/13)  bəqa  aləminə  yollandı,  Sultan  Səlim  isə  taxtın  bəzəyi 

(sərirara)  və  tac  (deyhim)  sahibi  oldu.  Anadoluda  olan  Sultan 

Əhməd ibn Sultan Bayazid xütbəni öz adına oxutdu, [amma] əmirlər 

və  vəzirlər onu hiyləgərliklə  İstanbula çağırıb qətlə  yetirdilər, oğlu 

Sultan Muradın üstünə ləşkər göndərdilər. O, əmisinin əsgərlərindən 

vahiməyə  düşərək,  şahın  (Şah  İsmayılın  -Ş.F.)  yanına  yolandı, 

İsfahanda onunla görüşərək nəvazişə layiq görüldü, elə o  vaxtlarda 

də  təbii  əcəllə  öldü.  [Amma]  Sultan  Muradın  qüvvətlənməsini, 

Ərzincan hakimi  Nurəli Xəlifə Rumlunun  onunla birləşib rumilərlə 

cəng  etməsini  və  buna  görə  də  Sinanpaşanın  çoxlu  döyüşçüsü  ilə 

qətlə  yetirilməsini  güman  edən  Sultan  Səlim  o  həzrətlə  inad 

mövqeyində durdu və aralarında düşmənçilik başladı. Kax qalası və 

Diyarbəkrin bəzi başqa qalaları da dava-dalaşa səbəb oldu, get-gedə 

onların aralarında bir-birlərinə qarşı  vəhşət  yarandı, [Sultan Səlim] 

yuxarıda  göstərilən  ildə  saysız-hesabsız  döyüşkən  əskərlərlə 

Azərbaycana  yürüşə  keçdi,  Süleyman  şanlı  xaqana  namə  yollayıb 

ona  öz  gəlişini  elan  etdi.  O  həzrət  də  İsfahandan  çıxıb,  Həmədan 

yaylaqlarına  gəlib  çıxdı.  Rumilərlə  hərb  baş  verəcəyi  haqda  fikir 

şahın  xəyalına  belə  gəlmədiyindən  və  sultanın  vaxtsız-vədəsiz 

yürüşündən  yenicə  xəbər  tutduğundan  o,  İran  məmləkətləri 

qoşunlarının toplanması ilə  əməlli-başlı məşğul ola bilmədi, fələyə 

ucalan  bayrağının  kölgəsində  olan  az  miqdar  döyüşçüsü  ilə 

düşmənin  qarşısına  cumdu,  həmin  ilin  rəcəb  ayının  ikisində, 

çəharşənbə günü Çaldıran səhrasında Xoy adamlarından olan iyirmi 

min  döyüşçüsü  ilə  həmin  çoxlu  ləşkərin  qarşısında  döyüş  səfi 

bəzədi.  Rumilərin  döyüş  qaydasına  görə  onlar  özlərinin  ön  və 

arxalarını  ərradələr*  və  zəncirlərlə  çəpərlədilər,  on  iki  min  nəfər 

tüfəngli  yeniçəriyə  arabaların  daxilindən  döyüş  atəşi  açmalarını 

tapşırdılar.  Sultan  Səlim  həmin  atəşli  qalanı  özünə  hasar  düzəltdi, 

ordunun qəlbini (mərkəz hissə - Ş.F.) və hər iki cinahını bəzədi. 

Qarşı  tərəfdənsə  Xanməhəmməd  döyüş  günü  topxananın 

möhkəmləndirilməyini  məsləhət  görməyib  deyirdi:  "Onlarla  gərək 

köç  vaxtı  cəngə  başlanılsın".  Durmuş  xan  isə  qürurlanıb  bu  sözü 

qəbul  etmirdi.  Həzrət  Süleyman  şanlı  xaqan  belə  buyurdu:  "Mən 

karvanbasan  quldur  (hərami)  deyiləm.  İlahi  nə  buyursa,  qoy  o  da 

olsun".  Xanməhəmməd  sakitləşdi,  Süleyman  şanlı  xaqan 

Diyarbəkrdən  münəzzəm qoşunla gəlmiş Xanməhəmmədi  müzəffər 



107 

 

ləşkərə  çərxçi  təyin  etdi  və  Müntəşa  Sultanının  qardaşı  Sarı  Pirə 



Qorçibaşı Ustaclı onunla yoldaş oldu. Əzəmətli əmirlərdən Durmuş 

xan  Şamlı,  Nurəli  Xəlifə  Rumlu,  Xüləfa  bəy,  Hüseyn  bəy  Lələ  və 

Xəlil Sultan Zülqədər  sağ qolda,  ustaclı xanları  və sultanları, Baba 

İlyas  Çavuşlunun  oğlanları  və  bir  dəstə  başqa  adam  sol  qolda 

dayandı,  hümayun  mərkəz  (qəlb)  isə  o  həzrətin  (Şah  İsmayılın  - 

Ş.F.)  vücudu  ilə  bəzəndi.

107

  Əmirlər  silkindən  olan  Seyid 



Məhəmməd Kəmunə, Mir Əbdülbaqi Vəzir, Mir Seyid Şərif Sədr o 

həzrətlə  qolda  dayandılar,  hər  iki  tərəfin  dilavərləri  igidlik 

addımlarını irəli atdılar və hərb atəşi alovlandı. 

 

Şah İsmayıl şücaətinin bəyanı və şəxsən  



onun özündən döyüşə girməyi: 

 

"Tarixi-cahanara"da  yazılmışdır  və  xalq  arasında  da  belə 



deyilir ki, o həzrət özünün döyüş səfləri düzələn vaxt bildirçin ovu 

ilə məşğul idi. O, yalnız hərb qızışandan sonra meydana gəlib-çıxdı. 

Rumiyyənin  adlı-sanlı  dilavərlərindən  və  dövranın  şücaətli 

adamlarından olan Malqoçoğlu rumlu çərxiçiləri zümrəsindən idi. O 

həmişə  rumlu böyükləri arasında özünü tərifləyərək [belə] deyirdi: 

"Qarşı  qoşunda  şahdan  başqa  mənimlə  hərb  edə  biləcək 

başqa bir kimsə yoxdur". Döyüş vaxtı həmin bədxislətli alçaq adam 

Süleyman  şanlı  xaqanla  vuruşmaq  məqsədilə  döyüşkən  rumi 

şücaətlilərinin arasında olub, hümayun qəlbə hücum etdi,  o həzrəti 

döyüşə çağırdı. Həmin hövlnak adamın elə bir alicah padşahla hərbə 

girməsinin  ləyaqətli  olmamasına  baxmayaraq,  o  həzrət  qeyrətinin 

çoxluğu üzündən, dövlətxah əmirlərinin narazılıqlarına baxmayaraq,  

qoşuna imdad etmək naminə onunla döyüşməkdən ötrü qorxmazlıq 

atını irəli sürdü, özünün zülfüqar nisbətli heydəri qılıncını qınından 

sıyıraraq,  o  bədbəxtə  elə  qəzəblə  həmlə  etdi  ki,  [Malqoçoğlu]  bu 

şahanə  hücumdan  sarsıldı    və  hərəkət  etmə  macalı  belə  olmadı. 

[Amma]  o  cəsarət  meşəsinin  şiri  öz  heydəri  qolunun  gücü  ilə 

[Malqoçoğluya]  elə  bir  zərbə  endirdi  ki,  onun  polad  dəbilqəsi  və 

zirehli  geyimi  (xeftan)  birlikdə  ikiyə  bölündü,  xəbis  cəsədi  ölüm 

torpağına sərildi. Hər iki ləşkərdən qışqırtı və fəryad (ğəriv) qopdu, 

yuxarı aləmin mələkləri (kərrubiyan) o ələ və qola "afərin" dedilər. 

                                                           

107

 Mətndə "qəlb" əvəzinə səhvən "qol" yazılmışdır - Ş.F. 



 

108 

 

 



Xanməhəmməd Ustaclının öldürülməsi: 

 

Xülasə,  hər  iki  dəstənin  dilavərləri  bir-birinin  üstünə 



tökülüşdülər.  Toz-torpağın  çoxluğundan  göy  qapqaranlıq  oldu. 

Süleyman  şanlı  xaqan  o  hövlnak mərəkədə şəxsən cəngə başlayıb 

elə döyüşdü ki, "Sam və İsfəndiyar" dastanını* geridə qoydu. 

Rumiyyə arasında məşhurdur ki, həmin döyüşdə alicah şah 

özünün  səadətmənd  atını  bir  neçə  dəfə  ərradə  və  çəpərin 

kənarınacan sürdü və ərradəni şəmşir zərbəsi ilə parçaladı. 

Qızılbaş  dilavərləri  ərradələrə  yaxınlaşıb,  üç  yüzədək 

yeniçərini  ərradələrin  arxasında  parça-parça  doğradılar,  [amma] 

yeniçərilər  və  topçular  atəş  açmağa  başladılar.  Top,  tüfəng 

atəşlərindən  və  zərbzənlərdən*  işıqlı  gündüz  qaraldı.  Qızılbaş 

ləşkərinin  əksər  igidləri  qorxu  bilmədən  özlərini  o  atəş  dəryasına 

vurdularsa da, tüfəng atəşlərinin qarşısında çarəsiz qaldılar, öz həyat 

xırmanlarını yandırdılar. 

Çərxçi  olan  Xanməhəmməd  Ustaclıya  bir  top  mərmisi 

dəydi və o, bir dəstə ustaclı döyüşçüsü ilə birlikdə həmin mərəkədə 

Ədəm yoluna yollandı. 

 

Seyid Məhəmməd Kəmunənin, Mir Əbdülbaqinin  

və Mir Seyid Şərif Sədrin öldürülmələri: 

 

Rumilərə      məlum     olmuşdu      ki, humayun qol aliçah    



padşahsız  qalmışdır.  [Buna    görə    də]  onlar  o  tərətə    hücuma 

keçdilər.  Döyüş  alovun  şöləsindən  və  aramsız  atılan  toplardan, 

zərbzənlərin  döyəclənməsindən  qoldakı  ləşkər  bir-birinə  dəydi, 

nəticədə  Seyid  Məhəmməd  Kəmunə,  Mir  Əbdülbaqi  və  Mir  Seyid 

Şərif  -  hər  üçü  qolda  şəhadət  şərəfinə  yetişdilər.  Əzəmətli 

əmirlərdən  Sarı  Pirə  Qorçibaşı  Ustaclı,  Hüseyn  bəy  Lələ, 

Xanməhəmməd,  Baba  İlyas  Çavuşlunun  oğlanları  və  başqaları  bu 

cəngdə  öldürüldülər.  Sultanəli  Əfşar  da  rumiyyənin  əlində  giriftar 

oldu. Rumilər onu Süleyman şanlı xaqan olduğunu zənn edib, Sultan 

Səlimin  yanına apardılar. O, öz  adını çəkən kimi  elə oradaca qətlə 

yetirdilər. 

Düşmənin  çoxluğunu,  öz  ləşkərinin  pozulduğunu  və 

hümayun qəlb əsgərlərinin dağıdılmasını  müşahidə  edən Süleyman 

şanlı xaqan kərrənay** çalınması əmrini verdi və üç yüz adam onun 



109 

 

başına  yığıldı.  Bu  dövlətxah  adamlar  zərurət  üzündən  meydandan 



qayıtdılar.  Onlar  bu  zaman  qızılbaş  qoşununu  məğlubiyyətə 

uğradaraq  geri  qayıdan  bir  dəstə  rumi  ilə  üz-üzə  gəldilər,  onların 

səflərini dağıtdılar. Yola düşdükləri vaxt Süleyman şanlı xaqanın atı 

bataqlığa batdı. Bunu görən Xızır ağa Ustaclı öz atını irəli çəkdi və 

o həzrət atlandı. Xızır ağa isə o həzrətin atını çıxarıb onun ardınca 

rəvan oldu, Dərczində o həzrətə çataraq, nəvazişləndi. 

Xülasə, o həzrət öz  adamlarıyla döyüş  meydanından çıxıb 

Dərczinə gəldi ki, qalibiyyətli əskərləri bir yerə toplayaraq,  yenidən 

qətiyyətlə  (əz  ruye-eqtedar)  rumilərlə  hərbə  başlasın.  Sultan  Səlim 

[isə]  fəxrlə  Təbriz  şəhərinədək  gəldisə  də,  orada  altı  gündən  çox 

qala  bilmədi.  Qızılbaş  tayfaları  arasında  gedən  çəkişmənin 

(müharibə)  şiddətindən  [şahın]  şan-şöhrəti  o  həddə  çatdı  ki,  tayfa 

üzvülərinin  etiqadları  müstəqim  din  və  iman  yolundan  döndü, 

[onlar] qələt fikirlərə düşdülər. 

Beləliklə, Çaldıran hadisəsinin üz verməsindən sonra [şah] 

Diyarbəkr hakimliyini Xanməhəmməd Ustaclının qardaşı Qara xana 

verib  onu  o  səmtə  göndərdi.  Qara  xan  Mardində  qərar  tutmuşdu. 

Mardinin əhalisi ona bivəfalıq edərək, rumiləri  gətirib Qara  Həmid 

adı ilə məşhur olan şəhəri onlara verdi, Qara xan isə Mardində qalıb, 

rumilərin  dəfinə  hazırlaşmağa  başladı.  Rumilər  onun  qarşısına  beş 

min  döyüşçü  yolladılar  və  Qara  xan  döyüşərək  onlara  qalib  gəldi, 

belə  ki,  rumilərin  əksəriyyəti  qətlə  yetirildi.  O,  şəhərə  yaxınlaşan 

vaxt əhalinin rumiyyə ilə müttəfiq olduğunu gördü, hasarı almaqdan 

əlini  üzdü  və  məmləkət  rumilərin  əlində  qaldı.  Onun  hakimliyinin 

ikinci ili olan doqquz yüz iyirmi ikinci ilində (miladi 1516) rumiyyə 

iyirmi  min  piyada  və  süvari  əskərlə  onunla  döyüşə  yollandı.  Qara 

xan  Durmuşxan  Qacarla  birlikdə  onlarla  cəngə  başladı,  Mardinin 

yuxarı başındakı ələngdə* onların arasında hərb başlandı, Qara xan 

həmin çoxsaylı qoşuna qalib gəldi. Təqib zamanı təsadüfən bir güllə 

ona  dəydi  və  atdan  yıxılıb  öldü.  Bu  əhvalatdan  sonra  qızılbaşlar 

(qızılbaşiyyə)  pərakəndə  oldular,  rumiyyə  əsgərləri  isə  alçaldıcı 

məğlubiyyətdən  qalib  kimi  çıxdılar,  xandgardan  kömək  alıb, 

Diyarbəkri  işğal  etdilər,  [beləliklə  də]  qızılbaşlar  o  vilayətdən  əl 

çəkməli oldular. Bu əhvalat Süleyman şanlı xaqana çatdıqda, Qara 

xana kömək üçün hazırladığı qoşunu xanın vəfatı ilə əlaqədar daha 

irəli göndərmədi. 

Xülasə,  baş  vermiş  bu  hadisələrdən  sonra  Süleyman  şanlı 

xaqan  məmləkətlərin zəruri işləri ilə məşğul olmasına baxmayaraq,  



110 

 

gecə-gündüz Rum diyarına hücum hazırlamaq (seybəarayı) və ləşkər 



çəkmək fikrindəydi, [amma] doqquz yüz iyirmi altıncı i ldə (miladi 

1520)  Sultan  Səlim  bəqa  aləminə  yollandı,  yerinə  oğlu  Sultan 

Süleyman  qayimməqam  oldu.  Onun  tərəfindən  qızılbaşlara  qarşı 

müxalifət  görsənmədi,  çünki  onun  üləmaları  düşmənin  (burada  - 

qızılbaşların -Ş.F.) hərəkətə başlamayacağı təqdirdə ləşkər çəkməyi 

ona məsləhət bilmədilər. 

Sultan  Süleyman  cülusdan  sonra  rus  və  firəng  (Avropa  - 

Ş.F)  diyarlarına  qoşun  çəkərək  qəza  və  cəhadla*  məşğul 

olmaqdaydı.  Sultan  o  həzrəti  də  (Şah  İsmayılı  -  Ş.F.)  kafərlərlə 

cəhada  şirnikləndirdi.  Buna  görə  də  Süleyman  şanlı  xaqan  qəza 

etmək  naminə  qalibiyyətli  əskərlərini  Gürcüstan  qəzasına  yollayar, 

özü  isə  eyş-işrətlə  məşğul  olardı.  "Tarixi-cahanara"  kitabının 

məlumatına  görə,  o,  kamyab  şahzadələrin  birinə  Xorasan  əyalətini 

verib,  onu  həmin  diyara  göndərdi.  [Şah]  birinci  dəfə  böyük  oğlu 

olan və hümayun alnına cahandarlıq ayini yazılan Təhmasib Mirzəni 

oraya  yolladı  və  Əmir  xan  Mosullu  Türkman  onun  lələsi**  və 

işlərinin icraçısı  oldu.  Bir  neçə  vaxtdan  sonra  o  həzrəti  (Təhmasib 

Mirzəni - Ş.F.) ali saraya gətirib Sam Mirzəni Durmuş xanla birlikdə 

oraya yolladı. O həzrətin ömrünün sonunadək Xorasan məmləkətləri 

əmin-amanlıqdaydı. 

 

Birinci Şah İsmayılın  vəfatı: 

    


Doqquz   yüz   iyirmi   altmcı   ildə (miladi 1520) Şirvan 

valisi  Şeyxşah  öz  istək  (iradət)  və  sədaqət  üzünü  iqbal  yuvalı 

(eqbalaşiyan)  saraya  tutdu,  var-yoxunu  peşkəş  gətirdi  və  özünü  bu 

astananın  bəndələri  zümrəsindən  hesab  etdi.  Şeyxşah  şirvanşah 

dudmanının  iffət  otağında  (hiclə)  böyüyüb  boya-başa  çatan  qızını 

(səbiyye)  ismət  pərdəsi  altına  salmanlar  (yəni  hərəmxana  -  Ş.F) 

silkinə  mənsub  etdi  və  bu  yaxşı  xidmətləri  müqabilində  Şirvan 

vilayəti  yenidən  şirvanşaha  verildi.  Doqquz  yüz  otuzuncu  ildə 

(miladi  1524),  qəddar  rüzgarın  ən  qədim  adətlərindən  birinə  tabe 

olaraq,  o  xosrovun  və  zəmanə  Keyqubadının  həyatı  sona  yetdi, 

cavanlıq  əyyamına  və  nəfsani  ləzzətlərə,  yaşı  otuz  yeddini  keçdiyi 

və  otuz  səkkizə  başladığı  bir  vaxtda,  səltənətə  və  kamranlığa  vida 

edərək,  Sərab  mahalının  Mənqutay  adlı  bir  yerində  boqa  aləminə 

yollandı,  həzrət  sultanül-övliyanın  (Şeyx  Səfiəddinin  -  Ş.F.) 



111 

 

müqəddəs  rövzəsində  dəfn  olundu.  "Tab  mozcəhu"



108 

[deyimi] 

həmin tarixə müvafiq gəldi və "Xosrovi-din"

109 


ifadəsi də o həzrətin 

və o sultannişan sultanın vəfat tarixidir. Onun başqa maddeyi-tarixi 

isə başqa bir [şairin ifadəsində]) “zell”dir (yəni, "kölgə" - Ş.F.) ki, o, 

bu haqda belə demişdir: 

 

Nəzm 

 

Aləmin şahı olan İsmail  

Gün kimi gizli oldu gözlərdən.  

"Zell" olub maddeyi-tarixi,  

"Kölgə" gün tarixi imiş, əhsən!

110 


 

O həzrətdən dörd adlı-sanlı şahzadə yadigar qaldı. Onların 

hamısı  azyaşlı  idilər.  Təhmasib  Mirzə  və  Bəhram  Mirzə  türkman 

mosullu əmirlərindən birinin hörmətli qızından, Əlqas Mirzə və Sam 

Mirzə isə müxtəlif xatunlardan doğulmuşlar. [O həzrətin] qızlarının 

adlarını çəkməyin elə bir faydası yoxdur. Şer  yazmaqda o həzrətin 

ali  təbi  vardı,  amma  türkcə  şer  yazmağa  meyli  daha  çoxdu. 

Təxəllüsü  "Xətai"  idi.  Sultan  Səlimlə  həm  müasir  olduğu  üçün, 

Mövlana Ümidi öz qitəsində bu məsələyə işarə edərək yazmışdı: 

 

Şer 



 

Təsadüfən böyüklük məskənində 

Səlim ilə Xətai oldu birgə.

111 


 

 

                                                           



108

 "Məzan işıqlansın" ifadəsi [bu vəfatın] maddeyi-tarixidir. 

109

  "Xosrove-din" ifadəsi də Şah İsmayılın vəfatı tarixidir.  



110

 Nəzmin farscası: 

Şahe-gərdunpənah İsmail  

Anke çon mehr dər neqab şode,  

Əz cəhan rəft-o "zell" şödəş tarix  

"Saye" tarixe-afiab şode. 

111

 Şerin farscası: 



Qəza dər kargahe-kebriyayi 

Fekənde tərhe-Eslimi Xətai. 



112 

 

 



MƏRHƏMƏTLİ (ĞOFRANPƏNAH), CƏNNƏTMƏKAN,  

XOŞ AQİBƏTLİ (ƏBÜLBƏQA) ŞAH TƏHMASİBİN – ONA 

RƏHMƏT VƏ CƏNNƏT NƏSİB OLSUN-XOŞBƏXT  

AMALLI ƏHVALATININ ZİKRİ 

 

Cəm*  məqamlı  (Cəmcah),  cənnətməkan,  alışan  şahın 



şahzadələr  zümrəsinin  izzətli  və  böyük  övladı  [olan  Təhmasib 

Mirzə] qələbə bəxtli (firuzbəxt) Kəsra** və Keyqubad taxtına layiq 

[bir padşah] idi. O həzrətin səadətli təvəllüdü (veladət) doqquz yüz 

on  doqquzuncu  ilin  zülhiccətül-həram  ayının***  iyirmi  altısında 

(miladi  1514,  26  fevral)  çəharşənbə  günündə  İsfahana  məxsus 

Şəhabad  kəndində  (qərye)  doğulmuşdur.  Ağahlıq  məclisinin 

uzaqgörən  (durbin)  adamları  o  həzrətin  təvəllüdünü      "Şəhabade-

mobarək"   ("Mübarək   Şəhabad") və "meymun" ("xoşbəxt") sözləri 

ilə  əlaqələndirərək  onun  padşahlığı  və  cahandarlığı  barədə  fal 

açmışlar.  Üstürlab-danlar****  onun  xoşbəxt  taleli  ziclərinə 

(zayece)*****  əsasən  sübut  etdilər  ki,  tezliklə  şərafətli  vücudu 

xosrovluq  taxtının  (ovrəng)  bəzəyi  olacaq,  dövlət  günəşi  aləmi 

işıqlandıracaqdır. Qeyb****** aləmindən  gələn  "aftabe-aləməfruz" 

("aləmi  işıqlandıran  günəş")  sözləri  onun  təvəllüdünün  maddeyi-

tarixidir.  Süleyman  şanlı  xaqan  yaşadığı  dövrdə  yaşının  azlığına 

baxmayaraq, Xorasan mülkünün idarəçiliyində başqa qardaşlarından 

artıq  imtiyaz  sahibi  oldu,  Herat  şəhərində  böyüdü.  Amma,  onun  

lələsi olan Əmir xandan bəzi bəyənilməz hərəkətlər göründüyündən 

[şahzadə]  hakimlikdən  çıxarıldı,  ali  saraya  çağırıldı.  Bir  müddət 

möhtərəm atasının yanında qaldı. Səltənət və cahandarlıq əsəri onun 

bütün hümayun hərəkətlərində  özünü  göstərməkdəydi.  Hümayun 

alnında  ilahi nurlar  şüa  saçmaqdaydı.  Məkanı  cənnət  olan  xaqanın 

(Şah İsmayılın - Ş.F.) göydən nazil olmuş hadisəsindən (vəfatından - 

Ş.F.) sonra [Təhmasib Mirzənin] qaməti öz ölçülərinə görə səltənət 

və  padşahlıq  köynəyi  ilə  bəzəndi,  on  bir  yaşında  ikən  Allahın  - 

"Allah  sizə  əmr  edir  ki,  əmanətləri  yiyələrinə  qaytarasınız"

112

  - 


hökmü  ilə  şahlıq  taxtının  və  padşahlıq  məclisinin  bəzəyi  oldu.  [O 

həzrətin]  hümayun  cülusu  doqquz  yüz  otuzuncu  ilə  müvafiq  olan 

meymun  ilinin  (piçi)  rəcəb  ayının*  on  doqquzu  (miladi  1524,  23 

may)  düşənbə  gününə  təsadüf  etdi  və  o  öz  möhtərəm  atasının 

                                                           

112


 İfadənin ərəbcəsi: "İnnə-l-lahə yə'mumkum ən-tu-əddil-əmanəti". 

113 

 

yerində qərar tutdu, qeyb aləmindən gələn "caye-pedər gerefti" ("ata 



yerini tutdun") sözləri onun maddeyi-tarixinə müvafiq oldu. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin