AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə10/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   6   7   8   9   10   11   12   13   ...   96

[Maddeyi-] tarix 

 

Allahın izniylə ey aləm şahı Təhmasib,  

Qazi o şahdan sonra fəth elədin o təxti.  

Tutub atayerini bütün cahanı tutdun,  

Padşahlıq tarixindir "Caye-pedər gerefti".

113


 

 

Peyğəmbər  sirlərinin  məhrəmi  olan  həzrət  vəlayətpənah 



şaha  hədsiz  sədaqət  və  etiqad  bəslədiyi  üçün  o  Özünü  "şahe-vəla-

yətpənahın  bəndəsi"  ("bəndeyi-şahe-vəlayətpənah")  adlandırırdı. 

Gözəl təsadüflərdəndir ki, "bəndeye-şahe-vəlayət Təhmasib" ("şahe-

vəlayətin  bəndəsi  Təhmasib")  sözləri  hümayun  cülusun  maddeyi-

tarixidir  və  bu  sözlərin  onun  fərman  üzüyündə  yazılması  vacib 

görüləsi oldu: 

 

Nəcəfin şahına bir bəndə olub 



Şahlığa etdi bidayət*** Təhmas 

Möhrünün nəqşi cülus tarixidir:  

"Bəndeye-şahe-vəlayət Təhmas ".

114


 

 

O    həzrət  dindar  və    şəriətpərvər  padşah,    ədalətli    bir 



şəhriyar idi. İlahinin buyurduqlarını təsdiq edən (moəyyed), sonsuz 

uğurlara müvəffəq, elm öyrənən, ruzigarın alimlərinə yardımçı olan, 

yeddi  və  dörddən  (həft  və  cəhar)  alınan  nəticələrin  (?) 

ümumiləşdiricisi (xolaseye-nətayec), hikmət* və elmdə Ərəstudan** 

və  İsgəndərdən***,  artıq,  cahandarlıq  ayinlərində  isə  [qayda 

qanunlarında)  Cəm  və  Kəsradan  irəli  olan  insan  idi.  O  həzrətin 

                                                           

113


 Maddeyi-tarixin farscası: 

Təhmasp şahe-aləm k-əz nosrəte-İlahi  

Ca bə'd şahe-qazi bər təxte-zər qerefti.  

Caye-pedər gerəfti, kərdi cəhan mosəxxər,  

Tarixe-səltənət şod "Caye-pedər gerefti". 

114


 Beytlərin farscası:  

Şərəfe-bəndegiye-şahe-Nəcəf,  

Yafte çon ze bedayət Təhmasp.  

Nəqşe-mohrəş şode tarixe-çolus,  

"Bəndeye-şahe-vəlayət Təhmasp". 


114 

 

hökmranlığının  əvvəllərində  dövlət  işləri  bir  neçə  istiqamətdə 



(cəhət)  pozulmuşdu  (extelal).  Belə  bir  günün  arzusunda  olan 

aqibətsiz  alçaq  adamlar  həm  Şərqdə,  həm  də  Qərbdə  cahan 

abadlığının  son  nəticəsi  (xolase)  kimi  Kəyan  təxtgahı  olan  İranda 

fitnə-fəsad törətməyə başladılar, əmirlərin və dövlətin sultanları olan 

şəxslərin  arasında  vəkalət  vəzifəsi  və  tayfapərəstlik  təəssübkeşliyi 

(təəsəbe-oymaqeyyət)  üstündə  çəkişmə  (monazee)  başlandı  və 

qətllərlə  nəticələndi.  Baxmayaraq  ki,  dərgahın  əzəmətli 

əmirlərindən,  yaxud  dövlətxah  ağsaqqallardan  biri  vəkalət**** 

vəzifəsini apararaq, dövlət işlərində ixtiyar sahibi (cahebexteyar) ola 

bilərdi, amına o həzrət baş  verən hadisələrin başlanğıcında  yaşının 

azlığından  dövlət  işlərinə  baş  qoşmur,  hərdən  qəzavü-qədərin 

(karxaneye-təqdir)  işlərinə  tamaşa  etməklə  məşğul  olur,  hərdən  də 

müdrik  adamların  (pire-xerəd)  ali  təbiətinə  (fetrət)    və    təliminə  

diqqət  yetirir,  həqiqət*****  və  vəfa sahiblərindən (ərbab) özünə 

ixlas  cövhəri  götürür,  şərafətli  uncudunu    naqis      cövhərli   

dövləttələb  şəxslərin  şərindən qorumaqla keçirirdi. Taleyinin gücü 

(niruye-eqbal)  və  cavan  bəxtinin  göstərişi  ilə  düşmənlərin 

çoxluğuna,  köməkçilərin  (ənsar)  isə  azlığına  baxmayaraq  həm 

xoşbəxt amallı həyatını qoruyur, həm də zavalsız dövləti  mühafizə 

edirdi. Dövlət və kamranlıq çəmənində tuba ağacına (behişt ağacına) 

bənzər  iqbalı  [get-gedə]  boy  atır  və  ucalırdı.  [Beləliklə,]  Allahın 

köməyi,  rəyinin  möhkəmliyi,  biliyinin  və  kamil  əqlinin  çoxluğu 

sayəsində  öz  iddialı  əmirlərini  və  xudpəşənd  üsyançıları  tədbirlə 

aradan  götürdü,  müstəqil  sultan  və  hökmran  oldu.  [Amma]  bu 

dövlətin  düşmənləri  [hələ  də]  məmləkətin  pusqusunda  (kəmin) 

durmuşdular.  Onların  hamısı  onun  atəş  yağdıran  qılıncının 

şüalarından  məhv  oldular.  Həmişəbahar  səllənət  və  hökmranlıq 

gülşəninin  murad  qönçəsi  tamam  gülləndi,  o  elə  möhkəmliyə  və 

istiqlala  malik  oldu  ki,  heç  kim  onun  sözündən  boyun  qaçıra 

bilmədi.  İlahinin  seçdiyi  o  həzrətin  [Şah  Təhmasibin]  gözəl 

sifətlərinin  vəsfi  qədərindən  artıq,  onun  haqqında  yazmaq  isə 

qələmin  qüdrətindən  və  darül-inşa  (dəftərxana  -  Ş.F.)  katiblərinin 

barmaqları  (bənan)  imkanından  kənardır.  Uca  dövlətin  onun 

dövründə  baş  vermiş  hadisələrinin  təsvirini,  apardığı  müharibələri, 

aldığı ölkə və şəhərləri, habelə başqa böyük əhvalatları rumlu tarixçi 

(movərrex)  mərhum  Həsən  bəy  o  həzrətin  dövründə  yazdığı  və 

"Əhsənüt-təvarbe"  adlandırdığı  kilabında  elə  təsvir  etmişdir  ki,  bu 


115 

 

həqir  zərrədə  (zərreyi-həqir,  yəni  İsgəndər  Münşi  özünü 



təvazökarlıqla belə adlandırır - Ş.F) elə yazmaq qabiliyyəti yoxdur. 

 

Nəzm 

 

Yol tapım mən necə şah məclisinə?  

Qapıçı timsalı yoxdur qədrim.  

Necə tərif eyləyim elmi ki, var  

Məndə vəsfiyçün onun az təlim.

115


 

 

Mənim  niyyətim  əlahəzrət  zilləllah  şahın  (Şah  Abbasın  - 



Ş.F.)  dövründə  baş  vermiş  hadisələri  yazmaq  olduğundan,  sözümü 

uzatdığıma (ətnab) görə üzr istəyirəm. Bu aləmi bəzəyən "Aləmara" 

kitabı  (nosxe)  o  cahan  şəhriyarının  başına  gələnlərin  tam  şərhinə 

həsr olunduğu üçün "Abbasinamə"ni yazan qələmim (xame) gücüm 

çatana qədər söz bəzəməkdən uzaqlaşmayacaqdır. 

Cah-cəlal dairəsinin mərkəzi olan o şahın (Şah Təhmasibin 

-  Ş.F)  hümayun  cülusu  şadlıq  və  xoşbəxtliklə  baş  tutduğundan, 

hökmranlıq  taxtı  onun  mələk  sifətli  zatı  ilə  bəzəndi.  O  zaman 

vəkalət  işi  Div  Sultan  Rumlunun  əlində  idi.  O,  Bəlxdən  gələrək, 

Çayan Sultan Ustaclının

116

 vəfatından sonra əmirül-üməra oldu. Bir 



il ötdü və dərgah əmirlərinin əzəmətlisi və qoşun başçısı olan Köpək 

Sultan vəkalət  mənsəbi  və səltənət işlərini idarə etmək (qət'-o fəsle-

mohhame-səltənət)  üstündə  Div  Sultanla  rəqabətə  başladı,  onların 

arasında  mübarizə  getdi.  Elə  bu  əsnada  Kucəm  xan  və  Übeydulla 

xanın  Xorasana  gəlmələri  xəbəri  orduya  yayıldı.  Div  Sultan 

zəmanəyə  görə  Köpək Sultanla danışaraq,  vəkalət  vəzifəsinin onda 

qalması  ilə  razılaşdı.  Köpək  Sultan  özbəklərə  qarşı  çıxmaq 

məqsədilə Xorasana getməyi bəhanə edib, həmin səmtə rəvan oldu. 

Əslindəsə, o, Farsın və  İraqın əzəmətli əmirləriylə belə razılıq əldə 

etdi  ki,  Div  Sultana  qarşı  birləşərək  düşmənə  qarşı  hərəkətə 

başlasınlar.  Lar  yaylağında  dayandığı  bir  neçə  gündə  xüsusən 

                                                           

115

  Nəzmin farscası: 



Çe şetabəm be məfhele-şahi  

Ke, dər u nist qədre-dərbanəm  

Çe nevisəm sənaye-daneş ra  

Ke, yeki əz hezar nətvanəm. 

 

116


  Kitabın bu yerində "Çayan" əvəzinə səhvən "Xanan" yazılmışdır - Ş.F. 

 


116 

 

məşhur  əmirlərdən  İsfahan  hakimi  Cuhə  Sultan  Təkəli,  Qaraca 



Sultan Təkəli,  Şiraz hakimi  Əli Sultan  və başqaları saysız-hesabsız 

döyüşçülərlə gələrək onun başına yığışdılar. 

Div  Sultan  əzəmətli  ləşkər  başçılarının  bəzilərini  danışıq 

yoluyla,  bəzilərini  isə  onlara  ehsanlar,  hədiyyələr  və  başqa  şeylər 

verməklə özünə ram etdi, vəkalət mənsəbini Köpək Sultandan almaq 

üçün onların razılığını aldı. Xorasanın işləri iqbalın gücü və asiman 

qüvvələri  vasitəsi  ilə  sona  çatdıqda,  Div  Sultan  qələbəylə  ali  şah 

ordusu  səmtinə  rəvan  oldu.  Ustaclı  əmirlərinin  Köpək  Sultana 

düşməni  dəf  etmək  və  mübarizə  alovunu  yandırmaq  təklifini 

etmələrinə baxmayaraq o, [bu təklifi] qəbul etməyib dedi: "Heyfdir 

ki, bir dərgah mülazimləri və həzrət şahın dostları olan iki döyüşkən 

ləşkər arasında saxta dünya vəzifələri üstündə dava-dalaş başlasın". 

Köpək  Sultan  Div  Sultanın  vəkil  olması  ilə  razılaşıb,  Təbrizdən 

çıxdı  və  onu  qarşılamaq  üçün  Türkmankəndiyə  gəldi.  Onlar  bir-

biriylə dostanə tərzdə görüşdülər, birlikdə ali dərgaha rəvan oldular, 

Təbrizin  Çərəndab  adlı  yerində  kamyab  şəhriyarın  səcdəsinə 

yetişməklə  şərəfləndilər,  vəkalət  vəzifəsi  Div  Sultana  verildi.  Div 

Sultan isə fitnə-fəsad mayası güman etdiyi Qarınca Sultanı və başqa 

bir  neçə  nəfəri  qətlə  yetirərək,  Köpək  Sultanı  bütün  ustaclı  el  və 

oymağı  ilə  birlikdə  Gürcüstan  qəzasına  yolladı,  onu  saraydan 

uzaqlaşdırdı.  Bununla  da  kifayətlənməyərək,  onların  orada 

olmadığından  istifadə  edib  tiyullarını*,  təkəli  əmirlərini  razı 

salmaqdan  ötrü,  əllərindən  aldı,  onların  cəzalanmalarını  istədi. 

Əlbəttə, bu iş dövlətçiliyə və ağsaqqallığa yaraşan iş deyildi və qarşı 

tərəfdən  də  nifaq  qapılarının  açılmasına,  ittifaq  qapılarının 

bağlanmasına  bais  oldu.  Doqquz  yüz  otuz  ikinci  ildə  (miladi 

1525/26) o, qoşunla Sultaniyyəyə gəldi, orada başqa ustaclı əmir və 

əyanları,  o  cümlədən  Müntəşa  Sultan  (mətnin  bu  yerində  səhvən 

Mosənna  Sultan  yazılmışdır  -  Ş.F.),  Faruq  Sultan,  Qılınc  xan  və 

başqaları  onun  başına  toplaşaraq,  Div  Sultana  və  adamlarına  qarşı 

müharibəyə  başladılar.  Bu  tərəfdən  də  Div  Sultan  və  Cuhə  Sultan 

sülh barədə danışıq aparmaq, onlara nəsihət verməkdən ötrü Qasım 

Xəlifə  Vərsaqı  göndərdilər.  Onun  məqsədi  tərəfləri  şahm  göylərə 

ucalan (fələkfarsa) çətiri altında toplamaq və hərbin qarşısını almaq 

idi,  amma  Qasım  bəy  bu  fitnə  tonqalını  və  savaş  məşəlini 

söndürməyə  çox  çalışdısa  da,  onlar  Div  Sultanın  etibarına  bel 

bağlamadılar.  Allahın istəyi (eradeye-əzəli) onların hərb etmələrinə 

tərəf  olduğundan  Qasım  bəyin  elçiliyinin  heç  bir  xeyri  olmadı, 



117 

 

tərəflər  səf  bəzəməyə  başladılar.  Sadiq  adamlar  qarşı-qarşıya 



dayanan  hər  iki  ləşkəri  qanlı  ürək  və  yaşlı  gözlə  seyr  edir  və 

təəssüflənirdilər  ki,  nə  üçün  hər  iki  dəstə  fələk  əzəmətli  hümayun 

qoşunla bir olub düşmənlərin dəfinə birgə də yollanmayalar? 

Xülasə,  onların  arasında  böyük  hərb  başlandı.  Təkəli 

əmirləri ustaclılara  məğlub oldular,  Burun Sultan  və Qaraca Sultan 

Təkəli öldürüldülər. Köpək Sultan və Müntəşa Sultan hümayun qola 

yaxınlaşdılar.  Onların  gözləri  zərlə  bəzənən  hümayun  çətirin 

asimana ucalan bayrağına  (ləva)  sataşdıqda, döyüşdən əl çəkib geri 

döndülər. Zəfərli şah qoşunundakı əzəmətli əmirlər  və qorçilər Div 

Sultanın əmri ilə onlan təqibə başladılar, böyük-kiçiyə baxmadan bir 

çox  adamı  qətlə  yetirdilər.  Ustaclılar  isə  məğlubiyyətlə  Əbhərə 

gələrək, oradan Gilana getdilər, Rəşt valisi Müzəffər Sultana pənah 

apardılar.  Vali  onların  köməyinə  yeddi-səkkiz  min  piyada  əskər 

yolladı  və  ustaclı  əmirləri  yenidən  döyüş  əzmi  ilə  hümayun  ordu 

üzərinə  yürüşə keçdilər. Bu hərəkət şahm xoşuna  gəlmədi  və onun 

qiyamət  alovuna  bənzər  (qiyamətləhəb)  qəzəb  şöləsi  rəvanə  çəkdi, 

şəxsən özü onların üzərinə hücuma keçdi. [Şah]  Div Sultanı, Cuhə 

Sultanı  və  Məhəmməd  xan  Zülqədəroğlunu  bir  dəstə  döyüşçü  ilə 

irəli  göndərdi.  Müzəffər  (mənsur)  ordunun  münqolay  döyüşçüləri 

Məncil  və  Hərzəvilə  çatdıqda  ustaclı  əmirləri  Gilan  meşəsindən 

(cəngəl)  çıxdılar  və  qətl  alovu  yenidən  şölələndi.  Nəticədə,  zəfər 

nəsimi  şah  əmirləri  qoşununun  bayrağına  tərəf  əsdi,  gilanlıların 

böyük  hissəsi  öldürüldü,  Köpək  Sultan,  Müntəşa  Sultan  və  Qazaq 

Sultan məğlub olub, böyük çətinliklə Gilana getdilər. 

 

Badımcan Sultan Rumlunun öldürülməsi: 

 

Köpək  Sultan  gecə-gündüz  Div  Sultandan  və  Cuhə 



Sultandan intiqam almaq və vəkalət işinə yiyələnmək fikrində idi. O 

doqquz  yüz  otuz  üçüncü  ildə  (miladi  1526/27)  yenidən  Gilandan 

çıxdı,  Ərdəbil  darülirşadına  yollandı.  Doxsan  yaşı  olan  və  yaşının 

çoxluğundan  xərifləyən  Badımcan  Sultan  Rumlu  o  vaxt 

Ərdəbildəydi.  O,  rumlu,  çəkəni  və  talış  tayfalarından  üç-dörd  min 

adam  toplayaraq,  cəng  etmək  üçün  ustaclı  əmirlərinin  qarşısına 

yollandı.  Qaradərədə  onların  arasında  hərb  oldu,  Badımcan  Sultan 

əmirlər  tərəfindən,  qoşununun  çox  olmasına  baxmayaraq, 

məğlubiyyətə uğradı, fərar etdiyi vaxt öldürüldü, ustaclı əmirləri isə 

zəfərlə  şəhərə  gəlib  həzrət  sultanül-övliyanın  və  əzəmətli  səfəvi 



118 

 

şeyxlərinin  -  "Allah  onların  sirlərini  arındırsın"



117

  -  ziyarəti  ilə 

şərəfləndilər,  oradan  çıxıb  Təbrizə  rəvan  oldular.  Cəm  məqamlı, 

cənnət  məkanlı  şah  bunu  bilərək,  Div  Sultanı,  Cuhə  Sultanı  və 

Məhəmməd  xan  Zülqədəroğlunu  səkkiz  min  əskər  və  min  nəfər 

əzəmətli  qorçi  ilə  onları  dəf  etməyə  yolladı.  Köpək  Sultan  və 

yoldaşları  Div  Sultanın,  əmirlərin  və  şah  qorçilərinin  gəlişlərindən 

xəbər tutaraq Çuxur-Sədə tərəf getdilər. [Amma] əmirlər və qorçilər 

Şəmrda onlara çatıb döyüş səfi bəzədilər. Ustaclı əmirləri o gün elə 

vuruşdular  ki,  Samın*  ruhu  onlara  "afərin"  söylədi.  Vurhavur 

əsnasında  Məhəmməd  xan  Zülqədər  ustaclı  teypinin**  arxasından 

onlara həmlə etdi, Köpək Sultan ağır yaralanıb öldü, Cuhə Sultan isə 

təkəli döyüşçüləri ilə ön hissəyə at sürdü. Köpək Sultan öldüyündən, 

ustaclı  tayfası  məğlubiyyətə  uğrayaraq  fərar  yolunu  önə  tutdu. 

Müntəşa  Sultan  və  Faruq  onların  qoşun  səfini  yarıb,  o  mərəkədən 

mərdanəliklə  çıxdılar,  böyük  əziyyətlə  özlərini  Gilana  çatdırdılar. 

Diyarbəkr hadisələrində ustaclılara məğlub olub, atası Kor Şahruxun 

və  qardaşlarının  qətlə  yetirildiyi  Zülqədəroğlu  bu  döyüşdə  onların 

qarşısına çıxmadı. 

 

Şamlı və təkəlilərin cəngi: 

 

Xülasə, ustaclıların sağ qalan hissəsi Gilanda bir qədər vaxt 



keçirdilər.  Doqquz      yüz      otuz      dördüncü  il  (miladi  1527)  olan 

sonrakı  ildə  isə  Cuhə  Sultanın  təhriki  (əngiz)  ilə  Div  Sultan 

öldürüldü  və  vəkalət  mənsəbi  ona  çatdı.  Ustaclıların  Gilanda 

qalmalarından iyirmi ilədək  vaxt keçən doqquz yüz otuz altıncı ildə 

(miladi 1529/30) zəfər ayəli şah ordası Üheyd xan Özbəyin fitnəsini 

dəf  etməkdən  ötrü  ikinci  dəfə  Xorasana  yollandı.  Gilanda  olan 

Müntəşa Sultanın atası, Faruq Sultan, Qazaq Sultan və başqa ustaclı 

əyanları fələk şöhrətli dərgaha öz istəkləri və sədaqət hissi ilə gəlib, 

əllərində  qılınc  və  kəfən  tutaraq,  dünya  şəhriyarının  yanına 

cumdular.  Şah  onlara  qarşı  rəğbət  məqamında  olmadı,  amma 

düşmənçilik  və  inad  mövqeyində  də  dayanmadı.  Onlar  da  şahla 

barışıq  şəraitində  yaşamağa  başladılar.  Amma,  şah  Cuhə  Sultandan 

razı  idi  və  onun  rəftar  tərzi  şahın  xoşuna  gəlirdi.  [Buna  görə  də] 

Cuhə  Sultanın  ixtiyar  və  iqtidarı  get-gedə  çoxalırdı.  Təkəli 

tayfasının  isə  xüdpəsəndlikləri  həddən  aşmaqdaydı.  Bunu  görən 

                                                           

117

 İfadənin ərəbcəsi: "Qəddəsə-l-lahu əsrarəhum". 



119 

 

şahın  mübarək  qəlbində  onlara  qarşı  təşviş  (ğobar)  yaranmağa 



başladı.  Doqquz  yüz  otuz  yeddinci  ildə  (miladi  1530/31)  Hüseyn 

xan  Şamlı  Şirazdan  gələrək  İsfahanın  Kəndoman  adlı  yerində 

səltənət sarayına daxil olub, şahanə nəvazişlərə layiq görüldü. [Bunu 

görən]  Cuhə  Sultan  ona  qarşı  inad  məqamında  duraraq  onu 

öldürmək  fikrinə  düşdü.  Bunu  bilən  təkəlilər  bir  gecə  özlərinin 

qoşununu  yaraqlandırıb,  Cuhə  Sultanın  çadırına  (xeymə)  hücum 

etdilər.  Cuhə  Sultan  bu  məsələdən  pərişan  olub,  özünü  hümayun 

divanxana xeyməsinə çatdırdı, mübarək dövlətxana hərəmxanasında 

şamlılar  və  təkəlilər  arasında  cəng  başlandı.  Keşikdə  dayanan 

zülqədər qorçilərindən Misir adlı quroğlu [tayfasının bir üzvü] Cuhə 

Sultanı  yaralayıb  öldürdü,  [amma]  təkəlilər  onun  öldüyünü  məxfi 

saxlayıb,  yenə  də  özlərini  müdafiə  etməkdəydilər.  Hüseyn  xan 

həmin qaranlıq gecədə çox çalışdı, amma sübh dəstə-dəstə və qoşun-

qoşun gələn təkəli əmirlərinin hücumundan  məğlub olub fərar etdi, 

məqsədinə  yetməyərək  məyus  halda  İsfahana  qayıtdı.  O  mərəkədə 

şamlı  cavanlarının  çoxu  qətlə  yetirildi.  Təkəli  əmirləri  Cuhə 

Sultanın  Şahqubad  adlı  böyük  oğlunu  atasının  yerinə  vəkil  etdilər. 

[Amma]  bütün  şamlı,  ustaclı,  zülqədər  və  əfşar  oymaqları  inad  və 

intiqam  məqamına  gəldilər,  onunla  düşmənçiliyə  başladılar. 

İmamzadə  Səhl  Əli  əleyhüssalamın  məzarı  yaxınlığında  aralarında 

cəng  vaqe  oldu.  Təkəli  əmirləri,  Cuhə  Sultanın  vəkilliyi  vaxtında 

olduğu kimi, özlərinin müstəqil hökmranlıqlarını (istiqlal) istədikləri 

üçün bir yerə toplaşdılar  və dövlətxanaya  gəldilər ki, cənnətməkan 

şahı özləri ilə aparıb, düşmənlərin dəfi ilə  məşğul olsunlar. Cahanı 

bəzəməyinin başlanğıc dövrünü keçirən cənnətməkan şah o tayfanın 

bəyənilməz  hərəkətlərindən  bərk  bezdi  və  özbaşınalıq  və 

xudpəsədnlik  edən  təkəlilərin  dəf  olunmaları  xüsusunda  fərman 

verdi,  əzəmətli  qorçilər  də  hümayun  dövlətxanada  onları  oxa 

tutdular  (tirbaran).  [Vəziyyəti  belə  görən]  təkəlilər  Cəm  məqamlı 

şahın  narazılığından  məyus  olaraq  fərar  etdilər,  bəxtlərinin 

dönüklüyündən  onların  dövləti  üstünə  məzəllət  tozu  qondu  və 

əksəriyyəti qətlə yetirildi. Bu ibrətli hadisənin maddeyi-tarixi "afəte-

təkəliyan" ("təkəlilərin bəlası") sözləri oldu. 

O  vaqiədən  sonra  həsrət  onlara  qalib  gəldi  və  Bağdad 

yolunu üzə tutdular. Bağdad hakimi Məhəmməd xan Şərəfəddinoğlu 

Təkəli  Qunduz  Sultanı  (Quduz  Sultan  olmalıdır  -  Ş.F.),  Hüseyn 

Sultanı  və daha bir neçə təkəli fitnəkarını qətlə  yetirərək, başlarını 

aləmpənah  dərgaha  göndərdi.  Bu  vaqiədən  sonra  o  həzrət  (Şah 



120 

 

Təhmasib - Ş.F.) Hüseyn xan Şamlıya lütfkarlıq məktubu yollayaraq 



onu  yanına  çağırdı,  qızılbaş  tayfalarının  uca  əmirülüməralıq 

mənsəbini ona  və  Abdulla xan  Ustaclıya  verdi ki, onların hər ikisi 

həzrət Süleyman şanlı xaqanın bacısı oğlanları idilər. 

[Beləliklə]  oymaqların  savaş  və  söz-sovları  bitdi.  İxlas 

ərbabları kamil mürşidin (Şah Təhmasibin - Ş.F.) mübarək razılığını 

öz  mətləblərinə  uyğunlaşdıraraq,  ayaqlarını  ədəb  ətəyində 

gizlətdilər. O həzrət şəxsən səltənət və cahandarlıq işlərini yüksəltdi. 

Amma,  ali  mərtəbəyədək  tərəqqi  edən  və  o  zaman  Azərbaycan 

əmirülümərası  olan  Əllamə  Təkəli  (Həsən  bəy  Rumluda  "Ölmə 

Təkəli"  -  Ş.F)  Cuhə  Sultanın  əvəzinə  vəkil  və  səltənətin  ixtiyar 

sahibi (muxtarüs-səltənə) olmaq istədi, boş xəyala qapılaraq qoşunla 

birlikdə hümuyun orduya doğru yollandı. 

Cənnətməkan  şah  Əllamənin  fitnəkar  istəyindən  agah 

olaraq onun üstünə hücuma keçdi, o da o həzrətin qorxusundan işıq 

və külək sürətiylə Azərbaycana tərəf götürüldü, özünü Van qalasına 

çatdırdı,  oraya  sığındı.  Vanda  olduğu  vaxt  bu  dövlətdən  üz 

döndərərək  Rum  padşahı  Sultan  Süleymanın  çağırışı  ilə  İstanbula 

rəvan  oldu.  O,  orada  Sultan  Süleymanı  fitnə-fəsada  təhrik  etdi  və 

Rum padşahı Əcəm diyarına (burada: Azərbaycana - Ş.F) dörd dəfə 

qoşun çəkdi, saysız-hesabsız döyüşçülərlə gəldi və hər dəfə də qeyb 

qoşunlarından  və  Allahın iltifatından  mədəd alan  cənnətməkan şah 

onun  fitnəsini  dəf  etdi.  [Sultan  Süleyman]  birinci  dəfə  Əllamənin, 

ikinci  dəfə  Qazi  xan  Təkəlinun  və  Zülqədəroğlunun,  üçüncü  dəfə 

Əlqas  Mirzənin  yalan  vədlərinin,  dördüncü  dəfə  Ərzrum  hakimi 

İsgəndərpaşanın  təhrikləri,  düşmənçilikləri,  şeytanlıqları  və 

fitnəkarlıqları  ilə  hücuma  keçməli  oldu.  Bu  hadisələr  barədə 

həqiqətlər  Xorasan  hadisələrinin  şərhindən  sonra  xülasə  şəklində 

bəyan olunacaqdır. 

dular. Bu xəbər Übeyd xana çatdıqda söhbət büsatı pozuldu və onlar 

elə  çaş-baş  oldular  ki,  Sevincək  Məhəmməd  Sultan  çaya  düşdü, 

Übeyd xan isə özünü bir yabıya çatdırıb əsgərləri ilə qaçdı. 

Xülasə, Übeyd xan  mühasirə əyyamının uzanmasından  və 

döyüşdən,  həmçinin  qalanı  tutmaq  uğursuzluğundan  məyus  olaraq 

öz diyarına getdi. 

 

 

 


121 

 

ÜBEYD XANIN XORASANA İKİNCİ GƏLİŞİ 



 

Doqquz  yüz  otuz  birinci  ilə  (miladi  1525)  müvafiq  gələn 

ertəsi  il  Durmuş  xan  vəfat  etdi,  təkəlilər  və  ustaclılar  arasındakı 

cəngdə  isə  müqəddəs  Məşhədin  hakimi  Burun  Sultan  Təkəli  qətlə 

yetirildi.  Bu  xəbərlər  Məşhədə  gəlib  çatdıqda,  Xorasana  pərişanlıq 

yol  tapdı.  Artıq  orada  düşmənlərlə  vuruşa  biləcək  bircə  sərdar  da 

qalmamışdı. Ali orduda isə dərgah əmirləri arasında savaş başlandı 

və qətllərlə nəticələndi. Bu xəbər Mavərənnəhrə çatdıqda, Xorasan 

mülkünün  məftunu  (şifte)  olan  Übeyd  xan  heç  vəchlə  oradan  əlini 

üzmək istəmədi. Aşağıdakı beytlər onun mövzun təbinin nəticəsidir: 

 

Beytlər 

 

Yenə də can həvəse-mülke-Xorasanə düşüb,  

Bədənimdə yox ikən can təzədən canə düşüb.  

Dəmi-Ruhullah olubdur Xorasanın küləyi,  

Küləyin meyli də sanki Poli-Malanə

118


 düşüb.

119


 

 

[Buna görə də o,] fürsəti qənimət bilərək  yenidən  vilayəti 



fəth etməkdən ötrü belinə himmət kəməri bağladı, doqquz yüz otuz 

ikinci ildə (miladi 1526)  "Cəharcu"  ("Dörd  arx"  - Ş.F.)  keçidindən 

keçib  Mərvə  gəldi,  oradansa  özbək  sultanları  və  bahadırları  ilə 

birlikdə  gəlib  müqəddəs  Məşhədə  çatdı,  həmin  şərafətli  şəhəri 

mühasirəyə  aldı.  [O  zaman]  Burun  Sultanın  ev  əmlakı  (xanəköç) 

şəhərdə qalmışdı. Qəribə işdir ki, qızılbaş qaziləri bir yerə toplaşmış, 

bir  müddət  oranı  qorumaqla  məşğul  olmuş,  mərdanəlik 

göstərmişdilər.  [Amma]  azuqə  qıtlığından  mühasirəyə  alınan 

adamlar  artıq  cana  doymuşdular.  Vəziyyət  pisləşmişdi  və  heç 

yandan  imdad  nəsimi  əsmirdi.  Übeyd  xan  o  şəhəri  alıb,  özünün 

etibarlı bir adamını orada saxlayaraq,  Astrabada  rəvan oldu. Oraya 

çatdıqda Astrabad hakimi olan  Zeynalxan Şamlı  bir dəstə sınaqdan 

çıxmış  və  təcrübəli  adamı  qarovul  (kəşfiyyatçı  -  Ş.F)  kimi  onun 

                                                           

118

  Pole-Malan Heratın böyük körpülərindən biridir - Ş.F. 



119

 Beytlərin farscası:  

Baz canəm həvəse-molke-Xorasan darəd,  

Təne-bicanşodeye-mən həvəse-can darəd.  

Ruhbəxşəst şemaləş ço dəme-Ruhullah  

Məgər u niz həvaye-Pole-Malan darəd?  



122 

 

önünə yolladı. Qorçilər və onlardan zəif özbək qarovulları arasında 



bərk  döyüş  baş  verdi.  Qızılbaş  döyüşçüləri  müxalif  dəstənin 

qələbəsini müşahidə edib fərara başladıdar,  "dözülməz  vəziyyətdən 

qaçmaq lazımdır"

120


 [ifadəsinə uyğun olaraq] dörd fərsəng (24 km - 

Ş.F.) yolda cəng edə-edə geri qayıtdılar. 

Zeynal  xan  və  qazilər  xanəköçlərini  götürərək,  Rey 

vilayətinə gəldilər, Übeyd xan [isə] Astrabadı oğlu  Əbdüləziz xana 

verdi, özü Bəlxə tərəf getdi. Özbəklərin tüğyanı və onların Astrabad 

vilayətini istila etmələri xəbəri fələk ehtişamlı orduya yetişəndə Əxi 

Sultan  Təkəli,  Ağzıvar  xanın  atası  Dəmri  Sultan  Şamlı  və  Şahəli 

Sultan  Ustaclını  bir  dəstə  qızılbaşla  Zeynal  xanın  köməyinə 

yolladılar.  Onlar  Reydə  birləşərək  Astrabada  üz  tutdular. 

Qızılbaşlara  müqavimət  gücü  olmyan  Əbdüləziz  xan  Astrabaddan 

çıxdı  və  gedib  atasına  qoşuldu,  əzəmətli  əmirlərsə  şəhərə  daxil 

oldular.  Qeyrət  tüstüsü  beyin  qəsrini  tərk  edən  [motəsaed]  Übeyd 

xan  Bostama  tərəf  qayıtdı.  Əxi  Sultan,  Domri  Sultan  və  Şahəli 

Sultan  [isə]  münqəlay  dəstəsi  kimi  Astrabaddan  çıxdılar,  Bəstam 

çəmənində  Übeyd  xanın  hücumuna  düçar  oldular.  Qızılbaş 

döyüşçülərinin  sayı  üç  min  nəfər  olmazdı,  özbək  ləşkərində  isə 

iyirmi  mindən  çox  əsgər  vardı.  O  az  dəstənin,  ağır  qoşunu  olan 

özbək padşahı ilə döyüşməyi ağıl qanunundan kənar bir hərəkət idi, 

amma  özbəklərin  onları  haxladıqlarına  görə  əmirlər  hərbdən  başqa 

çarə  görməyərək,  zərurət  üzündən  döyüş  səfi  bəzədilər,  onların 

arasında  bərk  döyüş  başlandı.  Həqiqətən  də,  o  gün  qorxubilməz 

dilavərlər  həmin  qorxulu  meydanda  elə  vuruşdular  ki,  zəmanənin 

heyrət  barmağı  təəccüb  dişində  qaldı.  Elə  indi  də  özbəklərlə  olan 

Bəstam  cəngi  hamının  dilindən  düşə  bilmir.  Əxi  Sultan  özünü 

dəfələrlə  Übeyd  xan  ordusunun  qəlb  hissəsinə  vurdu,  amma  bu 

qəlbin darmadağın olmasına az qalmış qol hissə bahadırları yetişib 

vuruşmağa  başladılar.  Əxi  Sultan  təkəli  mübarizlərinin  əksəriyyəti 

ilə birlikdə atılan oxlara tuş gəlib yerə sərildi, qələbə Übeydin oldu. 

Dəmri Sultan ələ keçirilib öldürüldü. 

Zeynal  xan,  bu  xəbər  çatan  kimi  şəhərdə  qala  bilməyərək 

Firuzkuha  getdi.  Übeyd  xan  isə  Astrabadı  özbəklərin  məşhur 

əmirlərindən  olan  Turmuş  xana  verib  Herata  rəvan  oldu,  hər  yanı 

özünün  rəhmsiz  adamlarıyla  doldurdu  və  o  ili  Guryanda  qışladı. 

                                                           

120

 İfadənin ərəbcəsi: "Nitaq-əl-fərar mimmə lə yutaqu" 



123 

 

Doqquz  yüz  otuz  dördüncü  ilə  (miladi  1528)  bərabər  olan  ertəsi 



ildəsə o, Herat qalasına hücuma keçdi. 

Qardaşı Durmuş xanın vəfatından sonra Herat hakimi olan 

Hüseyn 

xan 


Şamlı  qalanın  təmirinə  və  bürc-barılarının 

möhkəmləndirmə  işlərinə  başlayıb,  qaladarlıq  silahları  hazırladı, 

tərəflər  arasında dəfələrlə  mərdanə döyüşlər baş  verdi  və  mühasirə 

yeddi ay çəkdi. [Nəticədə] qaladakı ehtiyat azuqə tamamilə tükəndi. 

Hüseyn  xan  şəhərin  qalada  olan  bütün  rəiyyətini  oradan  çıxardı, 

qazilər bir neçə  gün onların azuqələri ilə dolandılar. Elə bu əsnada 

özbəklər  arasında  Zeynal  xanın  qətli  xəbəri  yayıldı.  Xan 

Damğanda* Səbzvar** hakimi Çəgurkə (Çəyirtkə ? - Ş.F.) Sultanla 

birlikdə  Turmuş  bahadıra  hücum  edərək  döyüşmüş  və  İlahinin 

əmriylə, məğub olmağa başlayan Turmuş [birdən-birə] qalib gəlmiş, 

Zeynal  xan  və  Çəgurkə  Sultan  qətlə  yetirilmişdilər.  Bu  hadisədən 

fərəhlənən  Übeyd  xan  elə  həmin  gün  özünün  əmirülümərası  olan 

Yari bəy ibn Canvəfa Mirzənin təhrikiylə böyük hücuma başlayaraq

hər  tərəfdən  qalaya  yürüşə  keçdi.  Şamlı  qaziləri  özbəklərin 

həmlələrini  igidlik  və  mərdanəlik  pəncələri  ilə  dəf  edərək  qala 

yaxınlığındakı  çoxlu  adamı  ölüm  torpağına  yıxdılar.  Yari  bəyə  bir 

güllə dəydi və məchul bir tüfəngçi onun başını kəsib, Hüseyn xanın 

yanına gətirdi. Yarinin öldürülməsindən olduqca kədərlənən Übeyd 

xan  öz  şadlığını  qəm  və  ələmlə  əvəz  etdi.  O,  bunu  da  bildi  ki,  nə 

qədər  çalışsa  da  Heratın  fəthi  müyəssər  olmayacaqdır.  Bu 

hadisələrin  baş  verdiyi  vaxt  ona  ayəsi  qələbə  olan  şah  ordusunun 

Xorasana  yürüşü,  Turmuş  bahadırın  müzəffər  qoşunun  münqəlay 

hissəsi  ilə  döyüşü  və  Turmuşun  öldürülməsi  xəbəri  də  gəlib  çatdı, 

bol  ələm  və  sonsuz  qəm  ilə  "Pole-Malan”dan  keçərək  Buxara 

yolunu önə tutdu ki, orada çingiziyyə xanlarından kömək xahiş etsin 

və təzədən Xorasan mülkünə vəlvələ salsın. 

 

 


124 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin