AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə6/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   2   3   4   5   6   7   8   9   ...   96

Beytlər 

 

Elə ki, tutdular gəlib səhranı,  

Hər iki ləşkərin töküldü qanı.  

Bütün qılınclardan şölə çıxırdı,  

Oxlardan torpağa al qan axırdı.

95

 



 

Bu  tərəfdən  sufiyyə  döyüşçüləri  öz  şirin  canlarından  əl 

çəkib, qılınc və oxlara qarşı gedirdilər. Xülasə, elə hərb başlandı ki, 

sabiq  dövrlərdə  o  cür  döyüş  az  olmuşdur.  Vuruş  əsnasında  Sultan 

Bəyçioğlu  döyüş  meydanının  bir  dəstəsi  ilə  o  başıuca  (sərəfraz) 

sultanın  qarşısına  çıxıb  o  sərvərə  qəsd  etdi.  Sultan  Heydər  də  o 

talesizin  (bədəxtər)  qarşısına  çıxaraq,  nizəsi  ilə  o  qiymətsizi 

(bədgövhər) at üstündən yerə saldı, qara torpaqla bir etdi. Bəyçioğlu 

onu  tanıyıb  qanından  keçməsi  üçün  yalvardı,  Sultan  Heydər  də 

kifəyətlənib  onun  qətlindən  keçdi,  Bəyçioğlu  yenidən  atına  süvar 

oldu.  Müqəddəs  ordu  mülazimləri  Şeyx  Heydərdən  ondan  bu 

mərhəmətin  səbəbini  soruşdular.  Dedi:  "Onun  əcəli  hələ  gəlib-

çatmayıb, amma  mənim ömür  günəşimin zavalı  gəlib-çatmaqdadır. 

Mən  bu  döyüşdə  şəhadət  şərbəti  içəcəyəm.  Qismətə  çarə  yoxdur". 

Xülasə, 

bu 


xanədanın 

dövlət 


günəşinin 

doğuşu 


hələ 

müəyyənləşməmişdi.  Cəng  əsnasında  can  üzən  bir  ox  qəza 

kamanından çıxaraq döyüş meydanının o şahsüvarına dəyib istədiyi 

işi  yerinə  yetirdi.  Bu  vəqiyyəni  görən  qazilərin  əlləri  işdən,  işləri 

əldən  düşdü  və  o  sülalənin  yüksəlişdən  ötrü  açılan  dövlət  bayrağı 

zillət  torpağına  yıxıldı.  Bu  kəramətli  dudmanın  canlarından  keçən 

                                                           

95

 Beytlərin farscası: 



Dər an dəşle-pormohnəte - hovlnak  

Bəramixt xune-do ləşkər be xak.  

Dəme-tiğ çon şo'le atəşfeşan  

Senanha ze zəxme-yəlan xunçekan. 

 


73 

 

bir çox sufisi o dinpərvərlik asimanındakı ayın müqəddəs qoşununda 



əcəl saqisinin əlindən ölüm badəsi içdi, cansız halda torpağa düşdü. 

"Fotuhate-Yəməni"də  yazılmışdır  ki,  o  (tarixçi  Yəməni  -Ş.F) 

məsələnin  necə  baş  verməsini  Süleyman  şanlı  xaqanının  (Şah 

İsmayıl - Ş.F) əmri ilə o cəng meydanında olmuş Hüseyn bəy Lələ, 

Fərrux  ağa  və  başqalarından  soruşmuş  və  ona  deyilənləri  qələmə 

almışdır.  Xülasə,  Səfəviyyə  xənadanının  sufiləri  o  xeyrül-bəşər 

mücəssəməsinin  mübarək  cəsədini  Təbərsəranda  dəfn  etdilər. 

Süleyman  şanlı  xaqanın  ikinci  dəfə  Şeyxşahı  cəzalandırmaq  üçün 

Şirvana hücumu zamanı Sultan Heydərin şəhadətindən iyirmi iki il 

ötmüşdü. O, onun pak nəşini dəfn olunduğu yerdən çıxarıb Ərdəbil 

darülirşadına apardı, böyük əcdadlarının qəbrləri yanında dəfn etdi. 

O  hadisə  səkkiz  yüz  doxsan  üçüncü  ildə  (miladi  1488)  baş 

vermişdir.  Allah  ona  rəhmət  etsin.  O,  comərdlik  bostanının 

sərvindən  (Sultan  Heydərdən  -  Ş.F.)  və  Həsən  padşahın  qızından 

"Həbibüs-Siyər"*  və  "Tarixi-cəhanara"**  kitablarının  müəllifləri 

belə  yazırlar: Xoşbəxt ulduzlu üç şahzadə  vücuda  gəldi ki, onların 

hər  biri  vilayət  gülzarından  çıxan,  nihal  və  xilafət  asimanından 

doğan ulduz olmuşdu: Əhali arasında Sultanəli padşah kimi tanınan 

Sultanəli  Mirzə,  İsmayıl  Mirzə  və  Seyid  İbrahim  Mirzə.  Xülasə, 

qələbədən sonra Sultan Bəyçioğlu Təbrizə qayıtdı. Sultan Heydərin 

ortaya  çıxmasından  (xoruc)  vahiməyə  düşmüş  Sultan  Yaqubun 

qorxusu aradan getdi. 

 

SULTANƏLİ PADŞAH İBN SULTAN  

HEYDƏRİN SƏADƏT MİNVALLI ƏHVALI VƏ  

BÖYÜK XALİQİN TƏQDİRİ İLƏ O HƏZRƏTİN 

ŞƏHADƏTƏ YETİŞMƏYİNİN ZİKRİ 

 

İradət  və  sədaqət  məmləkətlərinin  fatehləri  olan  bu 



xanədanın  səadət  nişanlı  sufiləri  alinejad  adamların  övladı  olan  o 

dindar  sultanla  (Sultan  Heydərlə  -  Ş.F.)  vidalaşdıqdan  sonra  iradət 

təriqətini  sədaqət  qədəmləri  ilə  adlayaraq,  qalib  bəxtinin  köməyi 

sayəsində  Ərdəbildə  bir  yerə  yığılıb,  yaşına  görə  səltənət  və  irşad 

taxtına  layiq  olan  həzrət  Sultanəliyə  öz  əqidə  birliklərini  izhar  və 

ona  beyət***  edir,  hərb  alətlərinin  tədarükündə  olurdular.  İftiraçı 

adamlar  (ərbabe-qəmz  və  səayət)  Sultan  Yaquba dedilər  ki,  Sultan 

Heydərin əziz (ərcomənd) oğlu səadətli atasının yerinə qaimməqam 

olmuşdur  və  onun  dövlət  bayrağı  tezliklə  göyə  ucalacaqdır.  Sultan 


74 

 

Yaqub  Ələmşah  bəyim  kimi  məşhurlaşan  və  ali  mənzilli 



şahzadələrin  anası  olan  əzəmətli  bacısı  Həlimə  bəyimin  həqpərəst 

məsləkini,  qohumluğunu  və  incikliyini  (azərm)  gördü  və  ona  öz 

məhəbbətini  göstərdi.  Belə  ki,  sultan  məşhur  əmirlərdən  birini 

böyük  bir  türkman  dəstəsi  ilə  Ərdəbilə  göndərib,  o  kamkarlıq 

bəhrinin dürrünün (yəni Sultanəlinin - Ş.F.) ələ gətirilməsini, Farsda 

yerləşən Estəxr qalasına aparılmasını, həmin diyarın hakimi Mənsur 

bəy  Pornaka  tapşırılmasını  və  qalada  qalıb  yaşamasını  tapşırdı  ki, 

bundan sonra onun iradət əli və sufiyyə təbəqəsinin əlləri o dövlətə  

(Ağqoyunlu  dövlətinə  -  Ş.F.)  tərəf  uzanmasın.  Amma,  [Sultan 

Yaqub]  bunu  bilmədi  ki,  Xaliqin  istəyi  və  təqdiri  xəlq  olunanın 

(xəlayiq)  tədbir  və  qüdrətindən  yüksəkdir  "De:  "Ey  Malikül-Mulk 

(Mülkün  Sahibi  -  Ş.F)  olan  Allahım!  Son  dilədiyinə  mülkü  bəxş 

edər, dilədiyindən mülki geri alarsan. Dilədiyini əziz qılar, dilədiyini 

zəlil  edəlsən."

96

  Allah-taala  məmləkəti  özünün  məsləhət  bildiyi 



adama  verəcəkdir.  Sultan  Yaqubun  bu  əməli  Allaha  xoş  gəlmədi, 

onun dövlət ruxsarına xal vurdu. Xülasə , göndərilən adamlar gedib 

Ərdəbilə çatdılar. Sultanəli padşah zəmanəyə görə məsləhət bildi ki, 

bir  neçə  vaxt  sağ-salamat  qalaraq,  zəmanəyə  saz  olsun. 

Çarəsizlikdən,  o,  hər  şeyin  Xalqinə  təvəkkül  etdi,  böyük  qoşunu, 

möhtərəm anası və əziz qardaşları ilə birlikdə Estəxr qalasına doğru 

üz  tutdu,  onlar  qorxu  və  vəhşətlə  dolu  olan  o  zindanda  yerləşib 

ruzigarın cəfa və möhnətinə dözdülər: 

 

Şer 

 

Zindan şan-şərəfdir comərd insana,  

Yusif bu səbəbdən düşdü zindana

97

 



 

Bu hadisə səkkiz yüz doğsan altıncı ildə (miladi 1490) baş 

verdi.  Xülasə,  həmin  qalanın  torpağı  bir  müddət  onların  etibar 

gözləri  üçün  etibarlı  sürmə,  o  məmləkət  isə  onların  fəzilət 

nihallarından  ötrü  cənnət  bağı  (xolde-bərin)  oldu.  Nadir  hallardan 

                                                           

96

  İfadənin  ərəbcəsi:  "Qul:  Allahummə  məliku-l-mulki  tuətti-l-mulkə  mən  təşau  və 



tunəzziu  əl-mulkə  mimmən  təşau  və  təuzzu  mən  təşau  və  təzullu  mən  təşau  bari 

subhanəhu və təala" (Ali-İmran, 26) 

97

  Beytlərin farscası:  



Mərd be zendan şərəf arəd bedəst,  

Yusif əz an ruy be zendan neşəst. 



75 

 

biri  də  budur  ki,  "xolde-bərin"  ifadəsi  həmin  ibrətamiz  hadisənin 



[əbcəd  hesabı  ilə]  tarixidir.*  Bəli,  neysan  buludundan  düşən  yağış 

qətrəsi**  əgər  uca  asimandan  düşməyərək  sədəfin  köksündəki 

zülmətin məhbusu olmazsa, dünya şəhriyarlarının taclarındakı dürrə 

çevrilə  bilməz,  tikanın  cövrünü  çəkməyən  heç  bir  gül  iqtidarlı 

padşahların çalmasına (dəstar) sancılmaz. Sınaqdan çıxmış bu misal 

həqiqətə çevrildi, hümayün fal sahibi həzrət  Süleyman şanlı xaqan 

Əbülbəqa Şah İsmayıl Bahadır xan  kiçik yaşlarında ikən o  məlalla 

dolu  zindanda  Yusif  kimi  giriftar  oldu,  nəhayətdə  taxta  çıxdı,  az 

vaxt  müddətində  həşəmət  və  kamranlıq  qapılarını  dövlət 

övliyalarının üzünə açdı. Xülasə,  Mənsur bəy Pornak  fərmana tabe 

olub,  o  xilafət  dudmanının  övladlarına  qalada  yer  verdi,  əqidə  və 

sədaqəti  üzündən  həmin  ali  məqam  sahiblərinə  öz  ehtiramını 

göstərdi,  hər  məsələdə  onlarla  məsləhətləşməyi  vacib  bildi.  Ali 

gövhərli şahzadələr bir  müddət sədəf içərisindəki dürr kimi qalada 

qaldılar,  ruzigarın  təcrübəsindən  çıxdılar,  zəmanənin  pərvərişi  ilə 

böyüdülər.  Etdiyi  hörmətsizliyə  görə  Sultan  Yaqubun  həyat  ağacı 

əcəlin  gəlişi  ilə  yıxıldı,  Qarabağda  ikən  axirət  mənzilinə  yollandı. 

Tarix kitablarında yazılmışdır: Türkman əmirləri iki dəstəyə ayrıldı. 

Onların bir dəstəsi [Sultan Yaqubun] qardaşı Məsih Mirzənin, başqa 

dəstəsi  isə  oğlu  Baysunqur  Mirzənin  padşahlığını  istədi.  İş 

tərəflərarası hərblə nəticələndi və Baysunqur səltənət taxtına əyləşdi. 

Rüstəm Mirzə ibn Maqsud Mirzə ibn mərhum padşah Həsən bəy öz 

əmisinin  tərəfdarı  kimi  "Məsihçilər"  silkinə  mənsub  olmuşdu.  O, 

Məsih  Mirzənin  qətlindən  sonra  həbs  edilib  Ələnciq  qalasına 

göndərildi,  qala  kutvalı*  Qırıq(?)  Seydi  Əliyə  tapşırıldı. 

Baysunqurun  padşahlığından  bir  müddət  ötdü.  Əbih  Sultan** 

Ələnciqə  gedərək,  Qırıq  Seydini  hiyləgərliklə  özünə  müttəfiq  etdi, 

Rüstəm  Mirzəni  qaladan  çıxarıb  padşah  etmək  fikrinə  düşdü. 

Qarabağ  döyüşündə  məğlub  olan  adamlar  və  başqaları  onlara 

qoşulub  Təbrizə  getmək  və  Baysunqurla  hərb  etmək  niyyətinə 

düşdülər. Onlar Ərəşin*** kənarına gələrək orada dayandılar. Mirzə 

Rüstəm  fitnəsini  dəf  etməkdən  ötrü  Mirzə  Baysunqur  Təbrizdən 

çıxaraq  Mərəndə  çatdı.  Qaravuli**'*  etmək  üçün  göndərdiyi 

adamlar  ona  bifəfalıq  edib  Mirzə  Rüstəmə  birləşdilər.  Get-gedə 

bütün orduya təfriqə düşdü  və Mirzə Baysunqurun ordusu elə hala 

düşdü ki, o, ordunu bir yerə toplamaqdan aciz qaldı, zərurət üzündən 

padşahlıq  imtiyazlarından  keçib,  az  miqdar  xidmətçiləri  ilə  fərar 

vadisinə üz tutdu, Qaraca dağın Əhər yolu ilə Şirvana  getdi, dayısı 



76 

 

(xal) olan şirvanşaha birləşdi*. Mirzə Rüstəm isə dövlət başçılığına 



nail  olub  zəfərlə  Təbrizə  gəldi,  səltənət  taxtına  əyləşdi.  Türkman 

əmrlərinin hamısı itaət kəmərlərini bellərinə çəkdilər, Rüstəm qoşun 

və  rəiyyətin  işləri  ilə  məşğul  olmağa  başladı.  Amma,  şirvanşah  öz 

bacısı  oğlu  və  damadının  köməyinə  başlayıb  Mirzə  Baysunqurun 

səltənətinin  davamı  üçün  çalışırdı.  Mirzə  Rüstəm  isə  Mirzə 

Baysunqurun  işini  bitirmək  fikrinə  düşərək,  onun  dəf  olunması 

barədə  bayanduri"  əmir  və  dövlət  başçıları  ilə  məsləhətə  başladı. 

Nəhayət xeyrxah düşüncəli adamların məsləhətləri ilə o, qərara gəldi 

ki,  xilafət  asimanının  parlaq  ulduzlarını  (yəni,  həbsdəki  Səfəvi 

qardaşlarını - Ş.F.) Estəxr qalasından çıxarıb, sərvərlik və sərdarlığa 

tam  layiq  olan  Sultanəli  Mirzənin  şövkət  bayrağını  şahanə 

təmtəraqla  göyə ucaltsın, onu Baysunqur fitnəsinin dəfi və baba  və 

atasının  qanını  almaqdan  ötrü  Şirvana  yollasın.  Belə  ki,  Sultanəli 

Mirzənin  qalib  gələcəyi,  yaxud  məğlub  olacağının  [Rüstəm 

padşahdan ötrü] fərqi yoxdur və onun zahiri və batini istəyi [hər iki 

halda]  yerinə  yetəcəkdir.  Mirzə  Rüstəm  bundan  ötrü  zahirən 

möhtərəm  bibisinin  (əmmə)  özü  ilə  yaxınlığı,  qohumluğu  və  bu 

məsələdə  razılığından  istifadə  etdi  və  şahzadələrin  yanına 

gətirilmələri  hökmünü  verdi.  Səkkiz  yüz  doxsan  səkkizinci  ildə 

(miladi  1492),  Estəxr  qalasında  dörd  il  yarım  qaldıqdan  sonra 

Sultanəli  Mirzə  yola  düşüb,  izzət  və  cah-cəlalla  Təbrizə  çatdı, 

Rüstəm  Mirzə  o  həzrəti  öz  mehribanlıq  qucağına  çəkdi,  onu 

nəvazişləndirdi.  Özlərinin  şöhrətsizlik  (xəmul)  və  nakamlıq 

zaviyələrinə  sığınmış  olan  bu  müqəddəs  nişan  üzvləri  və  sadiq 

tərəfdarları (yekcəhətan) onun  yanına  gəlməyə başladılar  və həmin 

əqidəli  adamların  sayı  getdikcə  çoxaldı.  Bu  əsnada  Mirzə 

Baysunqurun  Şirvan  qoşunu  ilə  Azərbaycan  səmtinə  gəlmə  xəbəri 

əmirzadə  Rüstəmə  gəlib  çatdı  və  o,  Sultanəli  padşahı  Əbih 

Sultan***  və  bir  dəstə  turkman  əsgəri  ilə  birlikdə  Baysunqurun  və 

şirvanlıların  üzərinə  yolladı.  Onlar  Ərəs  çayı  kənarına  çatıb,  orada 

dayandılar. Hər iki tərəf çayda körpü (cəsr) çəkdi, amma, aralarında 

oxdan başqa get-gəl olmadı. Fəthin çöhrəsini görmək heç bir tərəfə 

qismət  ola  bilmirdi.  Tərəflər  burada  dayanmaqdan  təngə  gəldilər, 

Baysunqur  Şirvana,  Sultanəli  padşah  və  Əbih  Sultan  Təbrizə 

getdilər.  Bu  hadisələrin  baş  verdiyi  vaxt,  İsfahan  hakimi  Kosa 

(Kusə)  Hacı  Bayandur  əmirzadə  Rüstəmə  qarşı  üsyana  qalxdı, 

dövlət xütbəsini Baysunqurun adına oxudu. Bu məsələ Baysunqurun 

yenidən  Azərbaycana  qayıdışına  və  oraya  saysız-hesabsız  ləşkər 



77 

 

çəkməsinə  bais  oldu.  Əmirzadə  Rüstəm  ikinci  dəfə  sərvərlik 



göyünün  günəşi  olan  Sultanəli  Mirzəni  Əbih  Sultan  və  bir  dəstə 

sufiyyə  və türkman əsgəri ilə onun qarşısına yolladı. Hər iki acıqlı 

və  kinli  ləşkər  Əhər  və  Meşkin  yaxınlığında  bir-birinə  çatdılar, 

aralarında  qızğın  döyüş  başlandı.  Hidayət  taxtının  sultanı  olan 

[Sultanəli]  qədəminin  yüngüllüyündən,  baysunqurlular  məğlub 

edildilər və Baysunqur öldürüldü, Sultanəli Mirzə zəfər, əzəmət  və 

iqtidarla  Təbrizə  gəldi,  əmirzadə  Rüstəm  ona  qarşı  dostanə  etiram 

nümayiş  etdirdi.  [Sonra]  Sultanəlini  böyük  izzət  və  ehtiramla 

Ərdəbilə  göndərdi.  Dinpərvərlik  asimanının  o  qəməri  də,  həmin 

cənnətmisal  məkanda öz ata-babaları kimi, hidayət  və irşad taxtına 

əyləşdi, [beləliklə də] əqidə və ixlas sahiblərinin onun yanına gediş-

gəlişləri başlandı. Sufiyyə camaatının və iradət ərbablarının çoxluğu 

Rüstəm  Mirzənin  həsədinə  səbəb  oldu  və  o,  həmin  həzrəti 

qardaşlarıyla  Təbrizə  gətirdi.  Onlara  qarşı  zahirən  hörmət  (18) 

göstərməkdəydi,  amma  bu  vəziyyətdən  xəbər  tutan  bəzi  paxıl 

(hares)  adamlar  sufiyyə  təbəqəsindən  olanların  şahın  yanında 

qalmaqlarına imkan vermək istəmədilər. Sufilər və etiqadlı adamlar 

yenə də Sultanəlinin yanına gələrək, xəlvətcə ona nəzirlər gətirir, öz 

sədaqət  sikkələrini  (nəqd)  onun  imtahan  məhək  daşına  vururdular. 

Bundan  agah  olan  əmirzadə  Rüstəm  Sultanəlinin  (mətndə  səhvən 

Sultan  Heydər  yazılmışdır  -  Ş.F.)  dəf  olunması  fikrinə  düşdü,  bir 

xəta yola meylləndi. 

Amma,  o  həzrətin  məclis  dostlarından  biri  onu  padşahın 

belə qəddar niyyətindən hali etdi. Bu hiyləgərlik işığı [Sultanəlinin] 

ürəyinə  çatdıqda,  "dözülməz  bir  işdən  qaçmaq  peyğəmbərlərin 

ənənələrindəndir"

98

  fikrinə  uyğun  olaraq,  bir  gecə  xəbərdarlıq 



etmədən ata süvar olub Təbrizdən çıxdı, Ərdəbil yolunu önə tutdu. 

Əmirzadə Rüstəm* Mirzə Əbih Sultanı** dörd min suvari ilə o ali 

qədrli sultanın təqibinə göndərdi. Onlar Ərdəbil şəhərinə tabe olan 

Şəmasbi  (?)  adlı  bir  yerdə  o  həzrətə  çatdılar.  Deyirlər  ki,  o  vaxt 

Sultanəli Mirzənin yanındakı mülazimlərin sayı yeddi yüz nəfərdən 

çox  deyildi.  O,  belə  az  adamla  həmin  çox  adamın  qarşılaşması 

barədə düşündükdə, o həzrətin bir dəstə tərəfdarı döyüşə mane oldu 

və  onlar  çarə  fikirləşməyə  başladılar.  Özünün  şəhadəti  ərəfəsində 

Allahın təqdirini müşahidə edən o həzrət səfəvi dudmanının sufi və 

                                                           

98

 İfadənin ərəbcəsi: "Əl-firar mimmə lə yutaqu min sinəni-l mursəlin" 



 

78 

 

tərəfdarlarını  toplayaraq,  onlara  bu  mərəkədə  şəhadətə  yetəcəyi 



xəbərini  verdi,  hümayun  alnında  cahandarlıq  nuru  parıldayan  öz 

xoşbəxt  ulduzlu  qardaşını,  yəni  Süleyman  şanlı  xaqanı  vəliəhd  və 

qayimməqam  elan  etdi,  ali  qədirli  atasından  və  ad-sanlı 

əcdadlarından irşad  vaxtı bu xanədan  mürşidlərinə  miras qalan sirr 

rəmzlərini  ona  əmanət  (vədiət)  verdi  və  özünün  mübarək  tacını  o 

həzrətin  başına  qoyaraq,  [qardaşını]  etibarlı  adamlarına  möhkəm-

möhkəm  tapşırdı  və  dedi:  "Mürtəzəvi"***  dudmanın  dövlət  çırağı 

onun  üzündə  parlamaqdadır  və  tezliklə  onun  dövlət  asimanının 

bayrağı çox yüksəyə qalxacaq, ədalət şüaları bütün adamların başları 

üzərində  parlayacaqdır".  [Sultanəli]  vəsiyyətini  tamamladıqdan 

sonra döyüş meydanına qədəm atdı, eləcə sidq-niyyətlə dediyi, kimi 

müxaliflər qalib gəldilər və o həzrət şəhadət şərbəti içdi. Bu canlar 

yandıran  hadisə  baş  verəndən  sonra  əqidə  sahiblərinin  arasına 

parçalanma düşdü və hərə bir tərəfə səpələndi. Hüseyn bəy Lələ - o 

zaman  Xadim  bəy  kimi  tanınan  xəlifətül-xüləfa  və  Dədə  bəy  o 

həzrətin  pak  cəsədini  darülirşada  gətirib  nurlu  səfəviyyə 

məqbərəsində dəfn etdilər. 

 

SÜLEYMAN ŞANLI XAQAN ŞAH İSMAYIL BAHADIR XAN, 



ALLAH-TƏALA ONU CƏNNƏT BAĞLARINDA SAKİN 

ETDİ

99

, ƏHVALATININ ZİKRİ, O UCA MƏKANLI  

XOSROVUN ZÜHURUNUN BƏYANI VƏ ALƏMİ  

FƏTH ETMƏYİNİN ŞƏRHİ 

 

Ürəkaçan  məclisin  nəğməoxuyanları  və  söz  bəzəmə 



meydanının  mərəkə  axtaranları  o  mənəviyyatlı  (sotude  seyər), 

ləyaqətli  (həmide)  insanı,  fatehlik  meydanının  səflər  bəzəyini 

(səfara),  axtarış  səhrasını  (badiyeye-cuyayi)  mərhələ-mərhələ  qət 

edəni,  cah-cəlal  asimanının  dünyanı  bəzəyən  iqbal  günəşinin 

məşəldarını,  Heydər  dövlətinin  cahanı  göstərən  camını,  on  iki 

(isnaəşəri)  Haqq  məzhəbinin  ayinəsini,  sultanlar  sultanını,  Kəyan* 

məmləkətləri taxtının sahibini, yəni Süleyman şanlı xaqanı aşağıdakı 

təranə ilə bəyana gətirmiş, çox qiymətli və Mürtəza xislət və nəsəbli 

o  şəhriyarın  sücaətini,  döyüşkənliyini  (rəzmazmayı),  cahangirliyini 

hədislər bəzəyən məclisdə bu tərzlə (nəmət) söyləmişlər: Saf əxlaqlı 

                                                           

99

 İfadənin ərəbcəsi: "Əskənəhu Allah-təalə fi firadisi-l-cinani" 



 

79 

 

(sefvətnehad)  qardaşının  şəhadətindən  sonra  pak  etiqadlı  sufilər 



məşhur  qardaşının  vəliəhdi  olan  o  hökmranlıq  bürcünün  dürrünü 

(yəni  İsmayıl Mirzəni  - Ş.F.)  gizlicə şəhərə  gətirmişdilər. O,  məxfi 

bir  yerdə  bir  neçə  gün  gizli  saxlanıldı.  Qırx  gündən  sonra  yüksək 

əqidə  axtarışında  olan  (əqidətgəzin)  sufilər  təbəqəsi  düşmən 

kələyindən  (keyd)  qorxaraq,  onun  Ərdəbildə  qalmasını  məsləhət 

bilmədilər,  möhtərəm  anası ilə  məsləhətləşib  vaxta  münasib olaraq 

Gilana  getməyini  daha  düzgün  sandılar.  O  ismətli  (əfife)  qadın 

fərzəndlərinin  ayrılığı  ilə  razılaşmalı  oldu.  O  əyyamda  sufiyyə 

əyanları,  xüsusilə  Hüseyn  bəy  Lələ  Şamlı,  sonralar  "Xəlifətül-

xühfa"** adlandırılacaq Xadim bəy Talış, Abdal bəy Dədə Zülqədər 

və başqaları hər iki məşhur qardaşı götürüb, iki yüz nəfər mülazimlə 

Gilana rəvan oldular. Tarix kitablarında, xüsusən "Həbibüs-siyər"də 

yazıldığına  görə,  onlar  Gilan  vilayətinə  gəlib  çatdılar  və  bir  neçə 

gün Rəştdə dayandılar, oranın  valisi onlara xidmət göstərdi. Sonra, 

Lahican  ölkəsi  (xotte)  o  cənnət  bağının  bu  fidanlarından  ötrü 

rövzeyi-rizvana (cənnət bağına) döndü. Şan-şöhrətinə və məqamının 

ucalığına,  əsil-nəsəbinə,  xasiyyət  və  davranışına  görə  başqa  Gilan 

valilərindən  seçilən  və  seyidlər  dudmanından  olan  o  vilayət  valisi 

Karkiya  Mirzə  Əli  igidlik  bostanının  o  tər  fidanını  və  onun  əziz 

qardaşı  Seyid  İbrahimi  izzət  və  ehtiramla  qarşıladı,  onlara  səmimi 

(19)  ehtiram  və  mehriban  insanlıq  münasibəti  göstərdi.  [Amma]  o 

həzrətin qardaşı Seyid İbrahimə anasının yanına getmək istəyi üstün 

gəldi.  O,  dərvişliyə  və  dərvişanə  xislətə  malik  olduğundan,  başına 

türkman papağı qoyub Ərdəbilə qayıtdı, o həzrət isə onun yolunda 

canlarını  fəda  etməyə  hazır  olan  az  miqdar  xidmətçi  ilə  həmin 

vilayətdə  qalaraq,  qeybdən  gələsi  hadisəni  gözləməyə  başladı.  O 

vaxt o həzrətin şərafətli sinni yeddi yaşdan  çox deyildisə də, fəhm 

və  fərasətdə,  ağıl  və  bilikdə  fərqlənirdi.  Cahandarlıq  ayini  onun 

hümayun alnında zahir olunmaqdaydı. Xilafət çəməninin bu fidanını 

özlərinin etiqadıyla bəzəyən mülazimlər qeybdən gələn ilhamla onu 

"şah"  adlandırır, yaşının azlığına baxmayaraq, düzgün əqidəsinə  və 

iradəsinə  görə  ona  "kamil  mürşid"  ("mörşide-kamel")  və  "padşah" 

deyirdilər.  Söylənilənə  görə,  o,  Gilanda  altı  il  yarım  qaldı.  Bəzən 

Biyəpəsdə*, bəzi vaxtlarda isə Lahicanda vaxt keçirirdi. O, Mövlana 

Şəmsəddin  Lahicinin  yanında  "Qurani-məcid"i  öyrəndi.  Karkiya 

Mirzə  Əli  və  qardaşı  Karkiya  Sultan  Həsən  onun  xidmətində 

dayanmışdılar.  Əhali  arasında  gedən  sözlərə  və  "Tarixi-cahanara" 

kitabında yazıldığına  görə, ilk  vaxtda həmin bəxtiyarlıq dəryasının 



80 

 

qiymətli  dürrünü  geri  aparmaqdan  ötrü  türkman  padşahı  əmirzadə 



Rüstəm tərəyindən  Gilana tez-tez adam  gələrdi. Karkiya Mirzə Əli 

isə  onlarla  ağıllı  davranıb,  gələn  adamları  üzrxahlıqla  geri 

qaylarmaqdaydı. Belə vəziyyət mərhum Həsən padşahın övladı olan 

türkman  sultanzadələri  arasında  hərc-mərclik  (extelal)  düşənədək 

davam etdi. Onların başı bir-birinə qarışmışdı. O sülalə [üzvləri öz 

aralarında]  elə  iğtişaş  (şureş)  və  ayrılığa  düçar  oldular  ki,  başqa 

adamlarla  düşmənçilik  etməyə  girişmədilər.  O  həzrətin  [Gilanda] 

qaldığı  müddətdə sufi  və iradət əhlinin gediş-gəlişi onun kəramətli 

dərgahını  boş  qoymurdu.  Böyüyə-böyüyə  o,  gah  şikar  nəşəsi  ilə 

məşğul  olur,  gah  da  o  vilayətin  görməli  yerlərini  gəzirdi.  Alın 

lövhəsində  cahandarlıq  nəqş  olunduğundan,  onun  ənginliyə  uçan 

himmətinin şahin quşu məmləkət qartalını ovlamaq məqsədilə daim 

pərvaza gəlməkdəydi. 

 

Beytlər: 



 

Ona qətilik himməti yar idi

Niyyətinə həxti mədədkar idi. 

Istədi olsım cahana şəhriyar, 

Eylədi yardım ona Pərvərdigar. 

Yardı ona ədl ilə din işləri, 

Fikri bu idi doğulandan bəri.

100


 

 

Türkman  Ağqoyunlu*  sultanları  dövlətində  baş  verən 



iğtişaş və çaxnaşma xəbərini eşidən Süleyman şanlı xaqanın cahanı 

bəzəyən  fikri  Gilandan  çıxmaq  oldu.  Ev  sahibinə  xas  olan 

qonaqpərvərlik  və  dövlətxah  ehtiyatkarlığı  nəzərə  alan  Karkiya 

Mirzə  Əli  onun  bu  istəyinə  qarşı  çıxıb  dedi:  "Hələlik  dövlət 

gülüstanının çiçəklənmə  vaxtı gəlib çatmamışdır, yəni ali nəvvabın 

(İsmayıl Mirzə - Ş.F.) zühur etmək vaxtı sinninin az, düşmənlərinin 

çox,  yar-yoldaşının  seyrək  olması  səbəbindən  yetişməmişdir.  Qoy 

                                                           

100

 Beytlərin farscası: 



Be əzme-qəvi hemmətəş yar bud, 

Dər an kar bəxtəş mədədkar bud. 

Bexater hədise-cahandariyəş 

Ze Dadar darənde bod yariyəş... 

Be del budəş əz atəşe-dad-o din 

Ze ruze əzəl bud fekrəş həmin.    



81 

 

bir  müddət  fürsət  gözləsin  ki,  bu  ali  mətləbin  həyata  keçməsinin 



şəraiti  Allahın  təsdiqi  (təyid)  ilə  lazimi  səviyyədə  yaransın".  O 

həzrət  bir  müddət  də  Karkiyanın  xatirinə  gözlədi.  Doqquz  yüz 

altıncı ildə (miladi 1500) Həsən padşahın nəvələri Sultan Murad ibn 

Yaqub  və  Mirzə  Əlvəndin  Yusif  Mirzə  arasında  mübarizə 

getməkdəydi.  Nəhayət,  həmin  mübarizə  sülh  (müsalehə)  ilə 

nəticələndi  və  İran  məmləkətləri  iki  əmioğlu  arasında  bölündü. 

Gilanda  qalma  müddəti  altı  il  yarım  olan  Süleyman  şanlı  xaqanın 

orada dayanmaq səbri tükəndiyindən, qeybdən gələn ilhamla həmin 

mülkdən çıxmağa hazırlaşdı, Karkiya ilə vidalaşaraq, kiçik bir dəstə 

əqidəli  xidmətçi  və  tərəfdarlarıyla  birlikdə,  münasib  bir  saatda 

məqsədə doğru hərəkətə başladı.  İmkanı daxilində əli çatan  vəsaiti 

ona verən Karkiya Mirzə Əli öz layiqli xidmətini başa vurdu və onu 

bir  neçə  fərsəx*  müşaiyət  etdi.  Güclü  dövlətin  iqbal  əncüməni 

(cəmiyyət  -  Ş.F)  taxtının  mülazimətindəki  ağsaqqallar  öz 

vəsiyyətlərini edərək, həzrət Allah-təalanın amanına sığınıb, mətləbə 

doğru  rəvan  oldular.  Amma,  o  il  Astara  vilayətinin  Ərcivan 

kəndində şaxta  və soyuq  (bord) qoşununun hücumuna  məruz qalıb 

orada  qışladılar.  Təvalış  (talış  -  Ş.F)  camaatı  onların  xidmətində 

dayandılar.  Baharın  başlanğıcında  yer  səfəvi  dudmanın 

tərəfdarlarının  ümid  bağçası  kimi  İlahi  lütfün  bulud  damcıları 

(rəşəhate-səhab)  sayəsində  yaşıllaşan  vaxtda  qışlaq  yurdundan 

hərəkətə  gələrək  ikinci  dəfə  Ərdəbil  darülirşadına  təşrif  gətirdilər. 

Əvvəlcə,  həzrət  sultanül-övliyanın"  rövzəsini  və  yerləri  cənnətlik 

olan əcdadlarının qəbirlərini ziyarət etməklə şərəfləndilər. Duaların 

yerinə yetirilmə (estecabət) məkanı və uca Allahın ehtiramına layiq 

olan  o  yerdə  özlərinin  Haqq  sevən  batinlərindəki  ali  mətləblərinin 

icrasını Allah-təaladan xahiş etdilər. Ziyarət qayda-qanununu yerinə 

yetirdikdən  və  dualarının  müstəcəb  olma  parıltılarını  gördükdən 

sonra, o həzrət möhtərəm ana və qardaşının görüşü ilə şadiman oldu. 

Baş  vermiş  hadisələrin,  o  həzrətin  hümayun  fallı  zühurunun 

hakimiyyətə  gəlişinin  və  fatehliyinin  müfəssəl  təsvirini  vermək, 

həmçinin onun üzünə (20) zəfər və yardım açan ilə fəth qapılarının 

necə  açıldığını  yazmaq  bizim  sınıq  qələmimizin  imkanından  çox, 

bəlağətli  tarixçilərin  yazı  məharətindən  yuxarı  olan  bir  işdir. 

"Həbibüs-siyər"  kitabının  məlumatları,  rumlu  tarixçi  Həsən  bəyin* 

"Əhsənüt-təvarix"ində  dərc  olunanlar  və  Mir  Yəhya  Seyfi 

Qəzvininin*  "Lübbət-təvarix"ində  söylənənlər  baş  verənlərin  onda 

biri  (əşri  əz  əşar),  bəlkə  də  mindən  biridir.  Bizim  yazdığımız  bu 



82 

 

kitab  dünya  fatehi  (gitisetan)  o  şəhriyarın  müfəssəl  tarixini  özündə 



yerləşdirə  bilmədiyindən,  o  barədə  müxtəsər  və  icmal  (mücməl) 

şəklində  məlumat  verəcəkdir,  çünki  əsl  mətləbimiz  əlahəzrət 

zilləllah şahın  cülusundan etibarən baş verən hadisələri yazmaqdır. 

Xülasə,  [o  həzrət]  böyük  əcdadlarının  və  kəramətli  şeyxlərin 

müqəddəs  ruhlarından  kömək  xahiş  edib,  Ərdəbil  darülirşadından 

Qarabağa  yollandı.  Dünyanı  tutan  orduya  iradət  sahibləri 

toplanmaqdaydılar.  O,  Qarabağda  Mirzə  Cahanşahın  nəvələrindən 

olan  və  hələ  də  üzə  çıxmaq  və  yüksəlmək  xəyalıyla  yaşayan 

Sultanhüseyn  Barani***  ilə  görüşdü.  Onun  hərəkətlərində  kələk  və 

amansızlıq  müşahidə  edən  o  həzrət  ondan  ayrılaraq  Gögcə 

Təngizə**** təşrif apardı və Ərzincanadək irəlilədi. Orada üç-dörd 

minə  qədər  sufi  və  başqa  əqidəli  adamlar  Şam,  Diyarbəkr,  Sivas, 

Bayburd  və oraya  yaxın yerlərdən o həzrətin  yanına  gəlib çıxdılar. 

Xan Məhəmməd Ustaclı çoxsaylı adamla bellərinə ehram bağlayıb, 

aləmpənah dərgahın mülazimi kimi gələrək, xidmət etmək səadətinə 

yetişdi,  o  həzrət  tərəfindən  qiymətləndirildi.  Ərzincanda  məsləhət-

məşvərətdən  sonra  Şirvana  yürüş  etmək  və  şirvanlılardan  intiqam 

almaq  onun  nurlu  qəlbinə  yol  tapdı,  səkkiz  min  nəfər  sadiq  və 

əqidəli sufi ilə Şirvana tərəf  yollandılar.  İyirmi  min süvarisi  və bir 

neçə  min  nəfər  də  piyada  döyüşçüsü  olan  Şirvan  valisi  Fərrux 

Yəsarla  Gülüstan  qalası  yaxınlığında  döyüş  başlandı.  O  həzrət 

qələbə çaldı,  Fərrux Yəsar  isə şir ovlayan qazilərin intiqam qılıncı 

ilə  bir  çox  Şirvan  böyükləri  və  o  diyarın  piyada  və  süvarilərindən 

ibarət çoxlu adamlarıyla birlikdə axirət evinə  yollandı, o diyarda o 

həzrətin  (İsmayılın  -    Ş.F.)  səltənət  və  şəhriyarlıq  təbili  uca  səslə 

çalınmağa  başladı.  O  qış  Şirvanın  Mahmudabad  adlı  yerində 

qaldılar.  Şirvanşahın  "Şeyxşah"  ləqəbli  oğlu  Şeyx  İbrahim  gəmiyə 

minib dərya  yoluyla  Gilana  gəldi. Şirvan  vilayətinin əksəriyyəti [o 

həzrətə]  itaət  etdi,  ölkədə  və  qalalarda  saxlanılan  bütün  xəzinə  və 

dəfinələr Süleyman şanlı xaqanın sərkarına* verildi. Bəzi qalaların, 

xüsusilə  Bakı  qalasının  əhalisi  xilaf  məqamına  gələrək,  bir  az 

itaətsizlik  (sərkeşi)  və  qaladarlıq  (qələdari)  etdilərsə  də,  qala 

dövlətin gücü ilə zavalsız fəth olundu. 

Bakı qalası üç tərəfdən dərya suyu ilə əhatələnmiş qaladır. 

Heç  bir  şan-şöhrət  sahibinin  əli  hələ  onun  ətəyinə  (xakriz)  dəyə 

bilmirdi.  Qalanın  torpaq  olan  tərəfində  aqillərin  fikri  kimi  geniş 

dərin xandaq (xəndəq) qazılmışdır. 


83 

 

Şirvan  əhalisinin  bəzi  hissəsi  Gülüstan  qalasında 



olduğundan [o həzrət] Bakı qalasından çıxaraq,  Gülüstan qalasının 

yaxınlığına gəldi. 

Şirvan vilayətinin uca və məşhur qalalarından olan bu qala 

mühasirəyə  alındı.  Mühasirə  vaxtı  qeyb  aləmindən  xəbər  gətirən 

mələk  (soruş)  o  həzrətə  Azərbaycanın  səltənət  taxtına  və 

padşahlığına  yetişmək  müjdəsi  verdi.  Həmin  mələk  röya  aləmində 

ona belə demişdi: "Həqir bir alacəhrə quşu (sə ve) iqbal ənginliyinin 

uca  uçan  şahbazını  ovlaya  bilməz".  O  həzrət  əzəmətli  əmirləri 

çağırıb onlara dedi:  "Sizə  Gülüstan qalası lazımdır, ya  Azərbaycan 

taxtı?".  Müqəddəs  Səfəvi  xanədanına  etiqadı  olan  adamlar  sədaqət 

və  müdriklik  aləminə  qapılıb,  ilham  dilinin  sidq  sözlərini  bəyan 

edərək, bu fikri düzgün sandılar, Azərbaycan taxtının müjdəsi ilə öz 

sevinc sözlərini Keyvan** eylamnadək (eyvane-Keyvan) ucaltdılar. 

Bu  əsnada  əmirzadə  Əlvəndin***  artıq  türkman  əsgərləri  ilə 

Naxçıvana  gəlmə  və  Süleyman  şanlı  xaqanla  döyüşməkdən  ötrü 

türkman döyüşçü dəstələrini təyin etmə xəbəri gəlib-çatdı. 

O  həzrətin  işıqlı  qəlb  ocağında  (kanune-zəmire-monir) 

qeyrət şöləsi alovlandı və Gülüstan qalasını tutmaqdan birdəfəlik əl 

çəkərək, qeyb aləminin xəbərgətirənlərinin (monhiyane-aləme-ğeyb) 

işarəsi ilə qala ayağından qalxdı və Azərbaycana yollandı. 



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin