AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə3/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   2   3   4   5   6   7   8   9   ...   96

Beyt[lər] 

 

Əgər indi mənə bəxtim olsa yar, 

Ədəb mücrüsündən qıfılı açar.  

Cavan şahzadəyə bəsləyib inam,  

Alimlik mülkündə təxt ucaldaram.  


31 

 

Məna güllərindən yığıb rəngbərəng,  



Hikmət dükanına verərəm bəzək.  

Çoxlu dürr çıxarıb elm bəhrindən  

Caham dürr ilə dolduraram mən ".

53

 



 

Qələmim  "Tarixe-aləmaraye-Abbasi"  üzərində  tərcümə 

işimi  bitirdikdən  sonra  İsgəndər  bəyə  bir  qəsidə  də  yazdı.  Qədim 

şairlərin  yazdıqları  qədim  şerlər  üslubunda  bir  qəsidə.  Məncə,  bu 

kiçik  qəsidə  böyük  tarixçimizin  həyatı  haqqında  yazılan  ilk  şerdir. 

Ola  bilsin  ki,  gələcəkdə  onun  kitabını  tərcümə  edən  və  canında 

şairlik cövhəri olan mütərcimlərdən kimsə ona şer yazacaq. Bu isə o 

böyük tarixçiyə həsr olunan ilk şerdir. 

Yaşa, İsgəndər bəy Münşi. Yaşayacaqsan! 

 

Qəsidə 



 

Hədərə verməyərək bir anı İsgəndər bəy  

Etdi təsvir Azərbaycanı İsgəndər bəy. 

 

Çox kitab yazmış olan çoxlu yazar var, amma  



Bir kitab ilə tapıb ad-sanı İsgəndər bəy. 

 

İranın tarixinə nəsr ilə "Şahnamə " yazıb  



Bir də tərif elədi İranı İsgəndər bəy. 

 

Əllərində qələmi tutması məlum məsələ,  



Həm də tutmuşdu qılınc-qalxam İsgəndər bəy. 

 

Var idi bir neçə tarixçi Həsən Rumlu kimi,  



Oldu tarixçilərin aslanı İsgəndər bəy. 

 

Qazi Əhməd var idi, vardı Budaq Qəzvini,  



Yaxşı ki, qoymadı boş meydanı İsgəndər bəy. 

 

Topladı tarixi məktublarını şahlərin,  



Münşi təkyazdı neçə fərmanı İsgəndər bəy. 

 

                                                           



53

 Tarixe-aləmaraye-Abbasi (İrəc Əfşar nəşri), I kitab, səh. 4, 



32 

 

Üləma əhli var idi o dövrdə - mahir,  



Oldu bir çox üləma sarbanı İsgəndər bəy. 

 

Meyli çox olsa da, məhdudidi imkanı fəqət,  



Meylə uyğun elədi imkanı İsgəndər bəy. 

 

Yazdı Hafiz ilə Sədi və Nizami babadan,  



Oxudu məsnəvini, divanı İsgəndər bəy. 

 

Sevdi çox fənni, bilib cəbri, nücum elmini də,  



Gözəl öyrəndi gözəl Quranı İsgəndər bəy. 

 

Söz bağından dəmət hazırladı bağban sayağı,  



Yığaraq dəstəhdi reyhanı İsgəndər bəy. 

 

Arabir yazdı coşub sevgi-məhəbbətdən də,  



Hurini yad elədi, qılmanı İsgəndər bəy. 

 

Etməmişdən hələ dünya evini tərk, əhsən,  



Oldu üqba evinin heyranı İsgəndər bəy. 

 

Şah Xətai - Səfəvilər bağının bağbanı!  



Oldu tarix bağının bağbanı İsgəndər bəy. 

 

Özü haqqında xəsisliklə yazıbdır, lakin  



Gözləyibdi ədəbi-ərkanı İsgəndər bəy. 

 

"Çox gəzən çox da bilər" söylədi əcdadlarımız,  



Neçə yol gəzmədimi Şirvanı İsgəndər bəy?! 

 

Vəsfini eylədi türk ellərini sevgiylə,  



Şəruru yazdı, Baki-Şabranı İsgəndər bəy. 

 

Qəndəhar torpağını seyr eylədi rəğbətlə,  



Gördü Gürcüstanı, Luristanı İsgəndər bəy. 

 

Gəzdi dərviş sayağı çox yerini Qafqazın,  



Süzdü tarixçi kimi çox yanı İsgəndər bəy. 

 


33 

 

Təhrizin təsvirini verdi, Bəmə söz yazdı,  



Xatirə saldı Reyi, Tehranı İsgəndər bəy. 

 

Yazdı Dərbənd qalasından, ehdi Gəncəni vəsf  



Muganı, Naxçıvanı, Arranı İsgəndər bəy. 

 

Şəkidən, Qəhqəhədən, Kiş qalasından yazdı,  



Qələmə aldı neçə üsyanı İsgəndər bəy 

 

Qanalardan danışarkən o Gülüstan yazdı,  



Sürxabı vəsf ehdi, Sindanı İsgəndər bəy. 

 

Yazdı cürətli qələmlə tatar həngaməsini  



Tuş edib tənqidə bir çox xanı İsgəndər bəy. 

 

Qələmə aldı Moğol dövlətinin tarixini,  



Səy ilə izlədi Hindistanı İsgəndər bəy. 

 

Necə osmanlı-qızılbaş savaşından yazdı,  



Yazdı onlarla qopan tüğyanı İsgəndər bəy 

 

Çox səfərlərdə ki, Şah Abbasa həmrah oldu,  



Tərif etdi o böyük sultanı İsgəndər bəy. 

 

Bilmirəm etdi ürəkdənmi Şah Abbasə dua?  



Olmağa hazır idi qurbanı Isgəndər bəy. 

 

Ordubad əhli olan var idi hir Hatəm bəy,  



Etdi təqdir o böyük insanı İsgəndər bəy 

 

Sufi tək girdi təsəvvüf deyilən ümmanə,  



Bildi arif oluban irfanı İsgəndər bəy. 

 

Təqdim etdi neçə xəlqi oxucu kütləsinə — 



Ərəbi, həm giləki, əfqanı İsgəndər bəy. 

 

Ölməyibdir, kitabı etdi onu var Şahin,  



Demirəm qeyrisi tək mən "Hanı İsgəndər bəy? " 

* * * 


34 

 

 



Tərcümə  prosesində  tərəfimizdən  anlaşılmaz  olduğu  üçün 

bəzi  şeir  nümunələrini  (cəmi  5-10  beyt)  ixtisar  etdik.  Əsərdə  bir 

neçə  cümlədən  ibarət  cüzi  ixtisarada  yol  verilmiş,  tərcümə 

olunmayan yerə nöqtələr qoyulmuşdur.  Tərcüməmizin səhifələrinin 

haşiyələrindəki  rəqəmlərə  gəldikdə  isə  onlar  əsərin  2003-cü  il 

Tehran nəşrinin  və  İrəc Əfşar tərəfindən istifadə olunmuş  "Tarixe-

aləmaraye-Abbasi"nin  Tehran  əlyazma  nüsxəsinin  səhifələrini 

göstərir.  Məsələn,  1(2)  rəqəmlərindəki"  1"-  Tehran  nəşrinin,  ("2") 

isə  əsərin  Tehran  əlyazma  nüsxəsinin  səhifələridir.  Tarixe-

aləmaraye-Abbasi"  kitabının  hazırlanmasında  göstərilən  diqqət  və 

qayğıya  görə  AMBA  A.Bakıxanov  adına  Tarix  İnstitutunun 

direktoru, AMEA-nın müxbir üzvü, t.e.d., prof. Yaqub Mahmudova, 

elmi işlər üzrə direktor  müavinləri t.ü.f.d. Cəbi Bəhramova, t.ü.f.d. 

Tofiq Nəcəfliyə, elmi katib l.ü.f.d. Gövhər Məmmədovaya, rəyçilər 

akademik  Vasim  Məmmədəliyevə,  t.e.d.,  prof.  Vaqif  Piriyev 

Buduqluya  və f.ü.f.d., dos.  Tofiq Cahangirova, həmçinin kitabdakı 

Qurandan  gətirilən  ərəbcə  surə  və  ayələrin,  o  cümlədən  ifadələrin 

tərcüməsində  köməklik  göstərən  Bakı  Dövlət  Universiteti 

Şərqşünaslıq  fakültəsi  Ərəb  dili  kafedrasının  baş  müəllimi  Valeh 

Tağıyevə minnətdarlığımı bildirirəm. 

Müəllif kitabın hazırlanmasında zəhməti olan AMEA Tarix 

İnstitutu  İnformasiya  Mərkəzinin 

müdiri,  t.ü.f.d.  Elmar 

Məhərrəmova,  işçiləri  Nuranə  Əhədovaya,  Nailə  Məmmədovaya, 

Səbinə  Məmmədovaya,  Ramilə  Şıxəliyevaya,  İradə  Əliyevaya, 

"Şərq-Qərb"  Nəşriyyat  evinin  əməkdaşları  Rasim  Müzəffərliyə, 

Hacı  Quliyevə,  Rövşən  Ağayevə,  Allahverdi  Kərimova,  Sevinc 

Yusifovaya  və  Gültəkin  Yusifovaya  təşəkkür  etməyi  özünə  borc 

bilir. 

 

Şahin Fazil 



 

 


35 

 

 



 

 

 

 

İSGƏNDƏR BƏY MÜNŞİ TÜRKMAN 

 

 

 

DÜNYANI BƏZƏYƏN  

ABBASIN TARİXİ 

 

 

 

(Tarixe-aləmaraye-A bbasi) 

 

 

36 

 

Bismillahir-rəhmanir-rəhim!* 

 

Ağıl  (oqul)  və  xəyal  (ovham)  dairəsindən  kənar  olan 



əzəmətli  İlahinin  gözəl  xüsusiyyətləri  barədə  yazmaq  bəşər 

səviyyəsindən  (məhamed)  və  insan  zəkasından  (modrek)  uzaq 

olduğu  üçün  vahidlik  (əhədiyyət)  sarayının  (bargah)  mədhi  (səna) 

təsəvvürə  sığmazdır  və  Onun  mərhəməti  haqqında  yazmaq  isə 

barmağın  (bənan)  və  qələmin  qüdrəti  ilə  mümkün  olan  iş  deyildir. 

Elə  bir  gözlənilməz  (qəflətəfza)  arzunu  həyata  keçirməkdən  ötrü 

özlərinin məqsəd yoluna cəsarət addımını atan adamlar fəqət heyrət 

çölünün  sərgərdan  adamlarındandırlar  ki,  elə  ilk  təmənna  və 

minnətdarlıq addımında palçığa batıb qalmışlar. Onlar huşyarlıq  və 

zəka cahanından uzaq düşərək, nadanlıq məhəlləsinin (kuy) başında 

əyləşən  şəxslərdirlər.  Onlar  [Allah-təalanın]  əbədilik  (səmədiyyət) 

nəşəsini  qavramaq  gümanı  ilə  bilik  məclisində  fərziyyə  qilü-qalı 

içərisində  qalmışlar  və  yəqinlik  şamı  yandıraraq,  bu  beytin 

məzmununda deyildiyi kimi: 

 

Beyt 

 

Ağlın gücü çatmaz Səni isbat eləyim, 

Mahiyyətini məgər bilən vardırmı?

54

 



 

çox  çətin  xəyala  düşüb  dayanmışlar.  Mən  də  naqis  ağlımı  və 

biliksizliyimi  nəyəsə  yararlı  hesab  edərək  istədim  ki,  öz  fikir 

(əndişe)  qədəmimi  axtanşdan  (təkapu)  uzaqlaşdırım  və  onu  sükut 

(xamuşi)  ətəyinə  bürüyüm,  bilik  bazarmda  yeri  və  əlində  mayası 

olmayan  hövsələsiz  adamlar  kimi  sakitcə  əyləşim,  ürəyimə  ədəb 

möhürü  vurum,  acizlik  və  çarəsizlik  əlimi  üzrxahlıq  ətəyindən 

asaraq, öz tərif dilimi bu beytlərin məzmununa uyğunlaşdırım: 

 

Beytlər: 

 

Əzminlə kamal bəxş edibsən bizə Sən,  

                                                           

54

 Beytin farscası: 



Konhe-xerədəm dor xore esbate - to nist, 

Danəndeyi-zate-to becoz zate-to nist.  

(Qeyd: Kitabdakı bütün ş'erlərin tərcüməsi bu sətirlər müəl-lifinindir - Ş.F.) 


37 

 

Aləm özü nəmdir o əta bəhrindən.  



Bizlər nəçiyik qüdrətini vəsf eləyək?  

İndi Sənə layiq nə deyim, ya Rəbb, mən?

55

 

 



Şah   sarayını   (bargah)   bəzəyən   seçkin   (estefa)   və 

qənaətbəxş  istiqamətin  (erteza)  mürşidləri  olan  müqəddəs 

peyğəmbərin   (nəbəvi)   peyğəmbəranə   cah-cəlalı,   [həzrət Əlinin] 

tərifəlayiq (mənaqeb və eftexar) fəaliyyəti, həmçinin pak imamların 

tərifi   Allahın sifətlərini əks etdirir. Elə buna görə də,  mən özümü 

savad  kəsb  etməməkdə  bəhrəsiz  görməmək,  heyrət  və  nadanlıq 

səhrasında  sərgərdan  etməməkdən  ötrü  çətinlikdən  çəkinməməyin 

gərəkli, məqsədə uyğun və biədəblilikdən xali olduğunu düşündüm. 

Bu  [kitabdakı]  məqalələri  (məqalat)  yazmaqdan  məqsəd  budur  ki, 

mən,  yəni  [Allah]  qullarının  kiçiyi  olan  və  Münşi  kimi  tanınan 

İsgəndər*  cavanlıq  nəşəsinə  daldığım  vaxtlarda  ağlı  gödək 

dünyapərəst adamların təhriki ilə, öz xislətimə  Liyğun gələn dəbdə 

olan  elmləri  (olume-motədavele)  öyrənməkdən  əl  çəkib  siyaq 

elminə** (dəqiq mühasibat elmi - Ş.F.) həvəs göstərdim, bir müddət 

bu  natamam  peşə  (şöğle-natəmam)  ilə  məşğul  oldum,  naqis 

etiqadımla  özümü  kamal  rütbəsinə  çatdırdım.  [Bir  müddət]  dəyərli 

vaxtımı dövlət adamlarına [xidmətdə] sərf etdikdən sonra uzaqgörən 

ağlım  məni  qəflət  yuxusunun  xumarlığından  (sokr)  oyatdı  və  öz-

özümə  dedim:    "Qurşandığın  bu  kiçik  (xəsis)  iş  səni  fəzilət  və 

kamaldan yüz mərtəbə uzağa atdı. Sən ki, mənalar dalğaları ilə dolu 

olan dənizdə üzgüçülük  etmisən, heç rəvadırmı ki,  mərəkə axtaran 

şəxslərin yoluyla gedib surətpərəstliyə aldanasan?" Ətraflı düşünüb 

bildim  ki,  vaxtım  boş-boşuna  keçmiş,  mənim  vücudum 

peşimançılıqla dolmuşdur. [Amma], qabiliyyət və istedada malik və 

inşa  elminə  (məktub  və  başqa  sənədlərin  fəsahət  və  bəlağətlə 

yazılması  -  Ş.F.)  bələd  olmuş  bəzi  izzətli  adamların  feyzli 

söhbətlərindən  işıqlandım,  həmin  adamlarla  həmsöhbət  olduğum 

vaxtlarda onların nəzm və nəsrdə zərnigar qələmlə bəyan səhifəsinə 

yazdıqları  faydalı  və  şirin  sözləri  dinlədikdə,  mənim  yoxsul 

                                                           

55

 Beytlərin farscası: 



Anca ke kəmal kebriyaye-to bovod, 

Aləm nəmi əz bəhre-ətaye-to bovəd. 

Ma-ra çe hədd həmd o sənaye-to bovəd? 

Həm həmd-o sənaye to səzaye-to bovəd. 

 


38 

 

(doryuze)  ilhamım  həmin  şəxslərin  tərifəlayiq  fikirlərinə 



rəğbətləndi: 

 

Misra 



 

Ürəyimdə o həvəs canlandı

56

 

 



Ətəyimi  əvvəlki  işimdən  üzərək,  ürək  tarlasına  [yeni] 

həvəsin toxumunu səpdim, şövq əli ilə o əziz adamların ətəklərindən 

yapışdım.  Beləliklə  də,  mən  hümayun  ləqəbləri  "bəşər  övladının 

(xeyrül-bəşər) ən xeyirlisi olan həzrət Məhəmmədin - ona və nəslinə 

salam  olsun

57

  -  astanasının  torpağı",  "on  iki  umamın  haqlı 



məzhəbinin  rəvac  verəni  (mərəvvəc)  möminlər  əmiri  həzrət 

Heydərin  -  ona  və  onun  pak  övladlarına  Allahın  salamı  olsun  - 

sədaqətli qulamı"

58

 kimi dürr səpən (dornesar) sözlərdən ibarət olan 



və bununla da hər iki dünyanın bəzəyi olan, pak əhli-beytə xidmət 

edən  və bunu özü üçün iftixar sayan, özünü mələklər  yuvası Nəcəf 

bölgəsindəki (şəhərindəki - Ş.F.) [İmam Əli] astanasının iti bilən, iki 

nisbətdən - [yəni] əzəmət və fayda (movhəbət) [baxımından]  dünya 

başçıları  (sərvərane-aləm)  və  başqa  sabiq  padşahlarla  müqayisədə 

[böyük] sərvərlik rütbəsinə malik olan, mübaliğəsiz deyə bilərik ki, 

Allahın  kölgəsi  olmaq  nuru  (zilbllahi)  hümayun  alnında  (nasiye) 

parlayan  və ədalət  günəşi hamının üstündə işıq saçan uca  məqamlı 

padşah,  səfəvilərin  ən  çox  fərqlənəni  (səfvətnehad),  musəvi  və 

hüseyni nəsilli, Heydər nəsəbli*, ölkələr tutan xaqanın (Şah Abbasın 

- Ş.F.) sarayında xidmətə  götürüldüm. Bu varaqlarının yazılmasının 

əsas  məqsədi  o  sultanlar  sultanının  mübarək  əhvalatlarının  əks 

etdirilməsidir. 

Şer 

 

Dinli bir şahdır ədalətəsas,  

Xəbfe-sedqe-Mortəza-Abbas.**  

                                                           

56

 Misranın farscası: 



An həvəs dər deləm pədid aməd 

57

 İfadənin ərəbcəsi: "xeyru-l-bəşəri salla-1-lahu aleyhi və alihi". 



58

  İfadənin  ərəbcəsi:  "Həzrətu  əmiru-1-momininə  Heydər  səlamu-1-lahi  əleyhi  və 

ovladihi-əl-əthəri  murucu  məzhəbi  həqqi  əimməti  isna  əşər  əleyhim  salavatu-1-lahi 

əl-məliku-1-əkbəru həzrətu əmir-ul-mömininə Heydər səlamu-1-lahi əleyhi və ovladi-

l-əthəri". 


39 

 

Sayəsində nə kədər, ah olsun,  



Aləmə bir əbədi şah olsun

59

 



 

Beləliklə, mən xilafət nişanlı sarayın münşilər silkinə qəbul 

olundum.  Bu  böyük  vəzifədə  (moşgəleyi-əzim)  gecə-gündüz 

çalışdım və bu ləyaqətli işə bağlandım. Cidd-cəhd (himmət) istəyən, 

fəhm  və  istedad  (fetrət)  tələb  edən  bu  işi  öyrənmək  hələ  mənə 

müyəssər  olmurdu,  amma  xəcil  kamal  və  böyük  çalışqanlıqla  onu 

öyrənmyə giriftar oldum. 

Lakin,  bu  böyük  vəzifədə  (məşğoleye-əzim)  hər  gecə-

gündüz  davam  edən  məşğuliyyətim  mənim  istəyimə  (hemmət), 

dərrakəmə  (fəhm)  və  istedadımın  ləyaqətlə  davam  etməsinə  mane 

oldu. İşin gedişində fürsət tapan kimi seyr və xəbərlə dolu kitabların 

mütaliəsi ilə məşğul olub, həmin şərafətli peşədən bəhrələnməyimi 

arzuladım: 

 

Beyt: 



 

Hər zərrəsində hava olan bir ürəyim var,  

Dilənçi paltarı tək ürəyimdə yamaqlar.

60 


 

Sözün  qısası,  bütün  xidmətim  (molazimət)  müddətində 

Cəm  məqamlı  o  padşahın  (Şah  Abbasın  -  Ş.F.)  sələfləri  haqqında 

yazılan  kitablardan  və  onun  özünün  bəyənilən  hərəkətlərindən  öz 

gözlərimlə  müşahidə  etdiklərimi  ağıl  tərəzisinin  gözünə  qoydum, 

fəzilətli  alimlər  və  bəlağətli  tarixçilər  tərəfindən  bizim  əvvəlki 

sultanlarımızın yaxşı xüsusiyyətlərindən və vaqiələrindən bəhs edən 

və  maraqlı ibarə  və istiarələrlə* zəngin olan neçə-neçə kitabı cidd-

cəhdlə  oxudum,  öyrəndim  ki,  yüksək  qədir-qiymətli  cahangirlərin 

heç biri ona (Şah Abbasa - Ş.F.) bərabər olmamışlar. Düşündüm ki, 

                                                           

59

 Beytin farscası: 



Şahi bi din-o dade-ədlosas,  

Xələfe-sedqe-Mortəza-Əbbas  

Ke əz-u ruzgar xorrəm bad,  

Ta əbəd padşahe-aləm bad.  

60

 Beytin farscası: 



Darəm deli ke darəd hər zərreəş həvayi,  

Çon xerqeyi-gədayan hər pareyi ze cayi 

 


40 

 

mən əgər bu yüksək məqamlı padşahın qulamı olmaq şərəfinə layiq 



görülmüşəmsə,  nə  üçün  kamal  fənləri  üzrə  başqa  istedad 

sahiblərindən üstün olmayım? Nə üçün dünyanı özündə əks etdirən 

güzgünün  müqabilində  dayanıb  öz  şer  təbimin  tutisini 

dilləndirməyim? Niyə xəyal səhifəsində misilsiz (bihemal) ali nəsilli 

şəhriyarın  gözəl  amallı  əhvalatlarını  gövhərlər  səpən  qələmlə  öz 

bəyan səhifəmə yazmayım? Neçin müqəddəs aləmin və pak ünsiyyət 

sarayının  ən  yaxşısı  və  ən  çox  seviləni  olan,  cahanı  bəzəyən  və 

məclislərə  (bəzm)  yaraşıq  verən  söz  şahidlərinin  qulaq  və 

boyunlarını  şaha  layiq  dürlərlə  bəzəməyim  ki,  əgər  yüksək  istedad 

sahibi olan adamlardan üstün olmasam da, bu səadətli əməyin uğur 

qazanmasından ötrü başqalarından üstün olmayım? 

 

Beytlər: 

 

Bax əvvəlkilərin əsərlərinə  

Cahanda qalacaq sözdən başqa nə?  

Şahdan yazacağın bu kitab ki var,  

Nə üçün qalmasın səndən yadigar?

61

 



 

Bəzən  uzaqgörən  əqlin  ədəb  sahibi  (yəni  İsgəndər  bəy 

Münsi - Ş.F.) hərdənbir bu arzunun hələ tifil olan rüxsarını şillələyib 

(təpançə)  deyirdi:  Sən  hələlik  elm  dəbistanının*  əbcədxanısan,** 

belə  olan  halda  ruzigar  alimləri  ilə  bu  nə  şəriklik  cəfəngiyyatı  və 

özbaşınalığıdır?  Nə  üçün  bihudə  yerə  özünü  istedad  sahiblərinin 

danlağına  gətirirsən?  Hansı yüksək sözün  mərtəbələri daha uca ola 

bilər  ki,  himməti  qısa  olan  hər  adamın  əli  onun  izzət  libasının 

ətəklərinə  çata  bilsin?  Məna  bəzəyən  hansı  bəlağət  və  fəsahət 

(soxənsəra) sahibinin [söz] təkyəgahı*** daha gözəl ola bilər ki, hər 

hansı bir nadan və ad-sansız adam oraya daxil ola bilsin? 

 

Sözün bənzəri var təmiz cövhərə,  



Söz səmadan enib gəlmişdir yerə.  

                                                           

61

 Beytin farscası: 



Bebin ta ze asare-pişiniyan,  

Çe baqi bovəd coz soxən dər cəhan?  

Çera vəsfe-an namvər şəhriyar  

Nəmanəd be qiti ze to yadigar? 

 


41 

 

İstəsə əsrarı edə aşikar  



Müqəddəs kəslərlə ülfət bağlayar.  

Əlçatmaz bir çölün ürkək ahusu 

Hər kəslə ünsiyyəl etməz doğrusu.  

Söz elə quşdur ki, uçuş zamanı  

Ondan yerə düşər tace-Kəyani.  

Hər kimin başına qonsa bu hüma  

İsgəndərdən üstün olar daima

62

 



 

Heyhat, heyhat! Bu həqir zərrə, yəni hərflərin və nöqtələrin 

təcəssümü  olan  [İsgəndər Münşi]  məna  aləminin günəşi ilə necə 

eyni  səviyyədə  dura  bilər?  Qədir-qiymətsiz  səhradakı  balaca  saxsı 

parçasının  (xəzəfrize)  dərin  ümmanın  mirvariləri  ilə  bərabərlik 

iddiası ola bilərmi? 

 

Misra 

 

"De görüm, sən hara, bəs xam olan bu arzu hara? "

63

 

 



Haqlı  sual  olduğuna  görə  mən  bu  fikirdən  çəkinirdim, 

hərdənbir də ümid gülşənimdə yuva quran qəlbimin şövqlü  bülbülü 

min bir dillə belə nəğmə oxumaqda idi: Hərçənd ki, məhd etməkdə 

və  qabiliyyət  səhifəsinin  yazılmasında  sənin  fikir  qələmin  kütdür, 

amma  mədh  etdiyin  şəxsin  dünyanı  dolaşan  ləyaqət  [kəhəri], 

keyfiyyət  və fəxarət covlangahında sürətlə addımlamaqdadır [sənin 

bu sahədə qələm itiləməyin] bəd bir xislət və himmətsizlikdir. 

 

                                                           



62

 Şerin farscası: 

Zəhi qədre-soxən k-an covhəre-pak  

Ze ərş aməd be suye-aləme-xak.  

Ço xahəd xəlvəti ba kaşefe-raz  

Nəgərdəd coz be əhle-qods dəmsaz.  

Key in vəhşi ğəzale-dəşte olya  

Begirəd ons ba hər xakpeyma?  

Soxən morğıst k-əndər porfeşani  

Foru barəd əz-u tace-Kəyani.  

Kəsi-ra k-in homa bər sər neşinəd,  

Be bala dəste-Eskəndər neşinəd.  

63

 Misranın farscası: 



To koca-vo arizuye-xam kordən əz koca?" 

42 

 

Beyt 



 

Səni Allah yaratmış və təbin var sənin,  

Bil ki, minlərlə hünər var elm yurdunda

64

 



 

Sən  niyə  belə  bəd  xasiyyətə  və  sadəlövhlüyə  razılıq 

verirsən və qələm seyrinin cilovunu əyri yola yönəldir və onu ümid 

yolu  axtarışından  çəkindirirsən?  Sağlam  düşüncəli  adamlar 

tərəfindən  hamıya  məlum  olan  tarix  kitablarının  oxunmasının 

faydasını,  xüsusilə  yaxın  vaxtlarda  baş  vermiş  hadisələrə  onların 

böyük  rəğbətlərinin  mövcudluğunu  və  söz  ustadlarının  bu  sahədə 

imkanlarının  çoxluğunu  nəzərə  aldıqda,  [məlumdur  ki,]  daha 

gözləmək vaxtı deyildir. [Buna görə də,] son öz qədəmini himmətin 

istəyinə  uyğun  at  və  Allahın  sənə  uğur  gətirməsini  və  Allah 

tərəfindən diləyinin qəbul olunmasını istə: 

 

Bu yola himmətlə qədəmini at,  



Sənə şah iqbalı versin qol-qanad.  

Elə hir xəzinə görünə sənə,  

Şahanə mirvari gələ əlinə.  

Cahanda dönəsən məşhur adama,  

Allahın lütjuylə yetəsən kama

65

 



 

Bu  fikirlərlə  günlərimi  başa  vurdum.  Mən  öz  bəhanə 

axtaran  təbiətim  (məzac)  və  inadkar  təbimlə  çarpışmaqdaydım. 

Nəhayət  uzaqgörən  rəyim  belə  qərarlaşdı  ki,  padşahlıq  taxt-tacını 

(deyhim)  bəzəyən  hökmdarın  (Şah  Abbasın  -  Ş.F.)  qiymətli  ömür 

rəmzlərini (romuzat) ibarə səlisliyi,  münasib sözlər, habelə bəzəkli 

ifadə  və  mənalara  qapılmadan  yazım  və  yazılanları  fikir  və  amal 

dəftərində qeyd edim ki, əgər ömür vəfa edərsə, aidiyyətli (təəlləq) 

                                                           

64

 Beytin farscası: 



To-ra ke çide be balay həm bovəd dər təb  

Hezar cense-honər əz diyare-danayi. 

65

 Beytlərin farscası: 



Ze hemmət qədəm neh dər in şahrah  

Be niruye-bəxt-o be eqbale-şah.  

Ze gəncur-o gəncineye-ruzgar  

Be dəst ar in loloye-şahvar  

Ke, ta bər zəbanha rəvəd name-to,  

Bərayəd ze lotfe-Xoda kame-to. 



43 

 

adamların  ruzigarın  müxtəlif  işləri  ilə  məşğul  olmaqdan  başqa 



çarələri qalmadığı kimi, vaxt tapıb fürsət əldə edim. Belə ki, Gəncəli 

arif  (Nizami  Gəncəviyə  işarədir  -  Ş.F.)  bu  iki  beyt  [şeri]  ilə  sirri  

aşkara (kaşefi-raz) çıxaran bir adama çevrildi: 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin