AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə2/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   2   3   4   5   6   7   8   9   ...   96

Birinci  məqalə  səfəvilərin  Şah  Abbasa  qədərki  nəsil 

şəcərəsini  və ondan əvvəlki 4 səfəvi hökmdarının (I Şah İsmayıl, I 

Şah  Təhmasib,  II  Şah  İsmayıl  və  Şah  Məhəmməd  Xudabəndə) 

tarixçəsini,  qalan  11  məqalə  isə  birinci  məqalə  kimi  müfəssəl 

olmadan  tam  yığcam  şəkildə  Şah  Abbasın  fərdi  xüsusiyyətlərini, 

habelə  quruculuq  işlərini  və  hərbi-siyasi  fəaliyyətini  əhatə  edir.

15

 

Həmin  11  məqalənin  hamısı  Şah  Abbas  ömrünün  38  və  39-cu 



illərini  əhatə  edən  hicri  1033  (miladi  1624)-cü  ildən  sonra 

yazılmışdır.

16

  Möhtərəm  oxucu,  indi  isə  həmin  11  məqalənin  təkcə 



sərlövhələrinə  diqqət  yetirmək  müəllifin  Şah  Abbasa  olan  böyük 

məhəbbət  və ehtiramının inikası kimi diqqətəlayiqdir. İsgəndər bəy 

onların adlarını bir-bir belə sadalayır və onlara bir neçə səhifə ayırrr: 

İkinci  məqalə:  O  həzrətin  (Şah  Abbasın  -  Ş.F.)  Allah 

dərgahına diqqət və hədsiz bağlılığının (esteğraq) zikridir; 



Üçüncü məqalə: [O həzrətdə] təqdir səhifəsinə uyğun ilahi 

məhəbbət  və  biliyin  oturuşu  (esabat),  habelə  gördüyü  işlərin 

gözəlliyi haqqında; 

Dördüncü  məqalə:  [O  həzrətə  verilən]  sahibqranlıq 

rütbəsinin  ləyaqəti,  baş  verən  təhlükələrin  və  xoş  sonluqla  başa 

çatan  səadətli  qranların  (ulduzların  nəhslik  və  bədbəxtliklərindən 

qurtulma - Ş.F) zikri; 



Beşinci  məqalə:  [O  həzrət  tərəfindən]  ədalətpərvərliyin, 

yolların əmniyyətinin və insanların yaşayış şəraitinin yüksəldilməsi 

barədə; 

Altıncı  məqalə:  [O  həzrət  tərəfindən]  ilahi  hikmətlərdən 

olan sərt hökmlərin icrası haqqında; 



Yeddinci məqalə: [O] həzrətin cahandarlıq tərzi (ayin) və 

hökmranlıq etmə qaydaları haqqında; 

                                                           

15

  Ç.A.Stori.  Göst.  əsər,  II  hissə,  s.  874;  İsgəndər  bəy  Münşi.  Tarixe-aləmaraye-



Abbasi (Oqtay Əfəndiyev və Namiq Musalı tərcüməsi), səh. 9. 

16

  İsgəndər  bəy  Türkman.  Tarixe-aləmaraye-Abbasi  (İrəc  Əfşar  nəşri),  Müqəddimə, 



səh. 18. 

17 

 

Səkkizinci  məqalə:  O  həzrətə  xas  anlaşılmaz  xasiyyəti 

(bitəəyyoni),  dərvişanə  xisləti  (dərvişnehadi),  xudbin  olmaması 

(bitəkəllofi) və onda iki təzadlı xüsusiyyətin mövcudluğu haqqında; 



Doqquzuncu məqalə:  [O həzrətin] xidmətkarların hüquqi 

haqlarını  qoruması  və  onların  mülkiyyətlərinə  toxunmamasının 

zikri; 

Onuncu  məqalə:  [O  həzrətin]  xoş  xisləti  (şekoftetəbi), 

onun aləmdəki vəziyyət və ümmət təbəqələri ilə tanışlığı haqqında; 



On birinci məqalə: O həzrət tərəfindən xeyriyyə təsisatları 

və imarətlər inşasının zikri; 



On  ikinci  məqalə:  [O  həzrətin]  Humayun  hakimiyyəti 

vaxtı baş verən hadisələr, müharibələr və qələbələrin zikri."

17

  

Qeyd  olunmalıdır  ki,  yuxarıdakı  on  bir  məqalənin 



sərlövhələri  "Fars  ədəbiyyatı"  kitabında  olduqca  yığcam  tərcümə 

olunmuşdur.

18

 

"Tarixe-aləmaraye-Abbasi"  kitabının  I  cildini  bitirən 



müəllif  II  cildi  davam  etdirməyə  başlayır  və  onun  qələmi  Şah 

Abbasın taxta  cülusundan başlayaraq onun hakimiyyətinin ilk otuz 

ilini yazmağa yönəlir (1587-1616-cı illər). III cild isə 1629-cu ilədək 

davam edir. 

İsgəndər  bəy  Münşi  mükəmməl  savada  malik  şəxs 

olmuşdur  ki,  bunu  onun  qələmindən  çıxan  hər  cümlə  sübut  edir. 

Siyasi  hadisələr  haqqında  nisbətən  asan  və  hamının  başa  düşəcəyi 

bir dillə yazmışdır, qalan məsələlər isə (elmi, iqtisadi, dini-ideoloji, 

diplomatik  və  s.)  olduqca  qəliz  söz,  cümlə  və  ibarələrlə  ifadə 

olunmuşdur.  Kitabı  oxuyarkən  səfəvi  sarayının  görkəmli  münşisi 

olan  İsgəndər  bəy  həm  də  şeri,  musiqini,  yaşadığı  dövrün  rəvacda 

olan elmlərini mükəmməl bilən bir sima kimi nəzəri cəlb edir. 

İsgəndər bəy Münşinin qələmə aldığı bu məlum mənbənin 

müxtəlif əlyazma nüsxələri (tam, yaxud hissələrlə) dünyanın bir çox 

ölkələrindəki  kitabxanalarda  hifz  olunmaqdadır.  "Fars  ədəbiyyatı" 

kitabının  məlumatına  əsasən  bilmək  olur  ki,  bir  çox  məşhur 

şəhərlərdə  (Moskva,  Leninqrad,  Daşkənd,  İstanbul,  Edinburq, 

Kabul,  Bağdad,  Tehran,  Berlin,  İrəvan,  Lahur,  Pəncab,  Məşhəd, 

                                                           

17

 Tarixe-aləmaraye-Abbasi (Şahin Fazil tərcüməsi), Bakı, 2010, səh. 676-710. 



18

 Ç.A.Stori. Göst. əsər, II hissə, səh. 874-875. 



18 

 

Aliqarx,  Qahirə,  Mədrəs,  Bakı,  Tiflis,  İsfahan  və  s.)  bu  məşhur 



kitabın müxtəlif nüsxələri vardır.

19

 



Azərbaycan Milli Elmlər  Akademiyası Məhəmməd Füzuli 

adına  Əlyazmalar  İnstitutunda  "Tarixe-aləmaraye-Abbasi"nin  iki 

cildini əhatə edən dörd əlyazma nüsxəsi mövcuddur.

20

 



İsgəndər bəy Münşinin kitabı yazıldığı vaxtdan başlayaraq 

məşhurlaşmış  və  dəfələrlə  nəşr  olunmuşdur.  Əsərin  ayrı-ayrı 

hissələri  hələ  XIX  əsrdə  rus  şərqşünasları  B.Dorn  və  V. 

V.Velyaminov-Zernov  tərəfindən  tərcümə  və  dərc  olunmuşdur.

21

 

Mənbə  tam  olaraq  1896-cı  ildə  İranda  Mirzə  Şərif  adlı  şəxs 



tərəfindən  üç  cilddən  ibarət  litoqrafik  şəkildə  çap  olunmuşdur.

22

 



1555-1556-cı  illərdə  əsər  tədqiqatçı  İrəc  Əfşarın  redaktəsi  ilə  iki 

kitaba sığışdırılaraq üç cild halında çap olundu, az sonra isə  həmin 

nəşr  daha  iki  dəfə  /1971,  2003/  Tehranda  işıq  üzü  görmüşdür.

23

 



1985-ci 

ildə  İranda  Şahrudi  "Tarixe-aləmaraye-Abbasi"nin 

daşbasına  mətnini bir kitab şəklində ofset üsulu ilə təkrar çap etdi, 

1998-ci ildə isə Məhəmməd İsmayıl Rizvani də mənbənin litoqrafik 

mətni  əsas  götürülməklə  onu  üç  cilddən  ibarət  çap  etdirdi.

24 


"Fars 

ədəbiyyatı"  kitabında  verilən  məlumata  görə  "Tarixe-aləmaraye-

Abbasi"  əsəri  hələ  1718-1730-cu  illərdə  Osmanlı  dövlətinin  baş 

vəziri  Damad  İbrahim  paşanın  əmrinə  görə  müdərris  Məhəmməd 

Nəbih  Əfəndi  tərəfindən  osmanlı  dilinə  tərcümə  olunmuşdur.

25

 



O.Əfəndiyev  və  N.Musalı  həmin  tərcümənin  əlyazma  nüsxəsinin 

hazırda  İstanbulun Topqapı sarayında hifz olunduğunu bildirirlər.

26

 

Lakin digər bir məlumata görə Türk Tarix Kurumu Kitabxanasında 



(şifr № Ter./51) mənbənin türk dilinə başqa bir tərcümə variantı da 

                                                           

19

 Ç.A.Stori. Göst. əsər, II hissə, səh. 875-881. 



20

 Tarix-i aləmaray-i Abbasi (O.Əfəndiyev və N.Musalı tərcüməsi), Ön söz, səh. 11-

12. 

21

  Ç.A.Stori.  Göst.  əsər,  II  hissə,  s.  880.  Tarixe-aləmaraye-Abbasi  (O.Əfəndiyev  və 



N.Musalı tərcüməsi), Ön söz, səh. 14. 

22

 Tarix-i aləmaray-i Abbasi (O.Əfəndiyev və N.Musalı tərcüməsi) Ön söz, səh. 14. 



23

  Tarix-i  aləmaray-i  Abbasi  (İrəc  Əfşar  nəşri),  I  cild,  səh.  6;  Tarixe -aləmaraye-

Abbasi (O.Əfəndiyev və N.Musalı tərcüməsi), Ön söz, s. 14. 

24

 Tarix-i aləmaray-i Abbasi (O.Əfəndiyev və N.Musalı tərcüməsi), Ön söz, səh. 14-



15. 

25

 Ç.A.Stori. Göst. əsər, II hissə, səh. 881. 



26

 Tarix-i aləmaray-i Abbasi (O.Əfəndiyev və N.Musalı tərcüməsi), Ön söz, səh. 15. 



19 

 

mövcuddur ki, 1944-1945-ci illərdə Əli  Gəncəli tərəfindən tərcümə 



edilmişdir.

27

 



Mənbənin I cildindəki I Şah  Təhmasib dövründə  yaşayıb-

yaradan məşhur xəttatlara həsr olunmuş 7 səhifədən ibarət kiçik bir 

hissə isə tədqiqatçı O.F.Akimuşkin tərəfindən rus dilinə çevrilmiş və 

onun  yazdığı  məqaləyə  daxil  edilmişdir.

28

  Mənbənin  mətnindən 



Türkmənistan 

tarixinə 

dair 

iqtibaslar 



1938-ci 

ildə 


A.A.Romaskeviçin  redaktəsi  altında  rus  dilinə  tərcümə 

olunmuşdur.

29

  O.Ə.Əfəndiyev  "Azərbaycan  Səfəvilər  dövləti  XVI 



əsrdə"  adlı  monoqrafiyasında  İsgəndər  bəy  Münşinin  I  Şah 

Təhmasib dövrünün sonundakı qızılbaş əmirlərinə həsr etdiyi  cəmi 

iki səhifəlik bir parçanın rus dilinə tərcüməsini vermişdir.

30

 "Tarixe-



aləmaraye-Abbasi" əsəri 1978-ci ildə R.M.Seyvəri tərəfindən ingilis 

dilinə tərcümə olunaraq çap edilmişdir.

31

 

İsgəndər bəy Münşinin kitabının bəzi hissələri 2004-2006-



cı  illərdə  Şahin  Fazil  tərəfindən  tərcümə  olunaraq  AMEA  Nizami 

Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin nəşr etdiyi "Şərq" 

adlı  tərcümə  toplusunun  1,  2  və  3-cü  saylarında  92  səhifədə  çap 

olunmuşdur.

32

 

Biz illər boyu yüzlərlə mənbəni dönə-dönə tədqiq etdiyimiz 



üçün  orta  əsr  tarixçilərinin  yaradıcılıq  qabiliyyətləri  ilə  yanaşı, 

onların  şəxsiyyətləri  ilə  də  tanış  olmaq  imkanı  əldə  etmişik. 

Əsərlərində  istifadə  etdikləri  məxəzləri  göstərməyən  və  onları 

səhifə-səhifə  köçürərək  öz  kitablarına  daxil  edən  (kompilyasiya!) 

tarixçilərlə  yanaşı,  nə  yaxşı  ki,  Həsən  bəy  Rumlu  və  İsgəndər  bəy 

                                                           

27

 İ.Münşi. Tarih-i Alam-Aray-i Abbasi, Çeviren Ali Genceli (Yayınlanmamış), TTK 



Kütübhanesi, Ter. /51. 

28

 ÇA.Stori. Göst. əsər,  II  hissə, səh. 881;  Краткие сообшения Института Народов 



Азии,  т.  39,  Mocквa,  1963,  c.  20-32;  Tarixe-aləmaraye-Abbasi  (O.Əfəndiyev  və 

N.Musalı tərcüməsi), Ön söz, səh. 16. 

29

 Ç.A.Stori. Göst. əsər, II  hissə, s. 880-881; Tarixe-aləmaraye-Abbasi (O.Əfəndiyev 



və N.Musalı tərcüməsi) Ön söz, s. 15. 

30

 O.Əfəndiyev. Göst. əsər, s. 216-218. 



31

İskandar Beq Monshi of Shah Abbas the Qreat (translated by R.M/ Savory), 2 vols, 

Boulder,  Colorado:  Westviyev  Press,  1978.  Tarixe-aləmaraye-Abbasi  /O.Əfəndiyev 

və N.Musalı tərcüməsi), Ön söz, s. 16. 

32

 "Şərq", AMEA Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin Tərcümə 



Toplusu,  №  1,  Bakı,  2004,  s.  26-56.  Yenə  həmin  toplu,  №  2,  s.26-64;  Yenə  həmin 

toplu, № 3, Bakı, 2006, s. 299-324. 

Qeyd:  Bizim  bu  tərcüməmizdən  O.Əfəndiyevin  və  N.Musalının  məlumatları  olduğu 

halda, onlar bu tərcümə işi haqqında susmuşlar - Ş.F. 



20 

 

Münşi  kimi  salnaməçilər  vicdanlı  fəaliyyət  göstərmişlər.  İsgəndər 



bəy  təkcə  tarixi  mənbələrin  adlarını  və  müəlliflərini  xatırlatmır,  o 

həmçinin bir çox nəzm və nəsrlə elmi, dini-fəlsəfi, ədəbi, coğrafi və 

s.  kitabların  adlarını  bir-bir  yazır,  yeri  gəldikcə  onlara  əsaslanır, 

yaxud  həmin  kitabların  müəlliflərini  oxuculara  təqdim  edərkən 

onların yaradıcılığında əsas yer tutan əsərlərini də bir-bir sadalayır. 

Belə  ki,  İsgəndər  bəyin  istifadə  etdiyi  tarixi  qaynaqlar 

aşağıdakılardır: 

"Əhsənüt-təvarix",  "Tarixe-Əkbəri",  "Tarixe-Həbibüs-

ciyər",  "Tarixe-Təbəristan",  "Tarixe-cəhanara",  "Rövzətüs-səfa", 

"Xülasətül-əxbar",  "Zəfərnamə",  "Foruhate-Yəmini",  "Lübbət-

təvarix",  "Mətləüs-sədeyn  və  məcməül-bəhreyn",  "Cəngnamə", 

"Cameye-Abbasi" və s. 

İsgəndər  bəyin  mütaliə  və  məlumat  diapazonunun  geniş 

olmasının  sübutu  üçün  aşağıdakı  kitabların  təkcə  adlarını  çəkmək 

kifayətdir: 

"Qurane-Kərim", 

"İncil",  "Təcrid",  "Əxlaqe-Cəlali", 

"Əxlaqe-Mohseni",  "Əxlaqe-Naseri",  "Təzkireye-Mir  Təqi  Kaşi", 

"Təşrihəl-əflak",  "Cameəl-osul",  "Cameəl-hekayat",  "Çehel  hədis", 

"Haşiyeye-qəvayede-şəhid",  "Haşiyeye-şərhe-eşarat",  "Haşiyeye-

təfsire-Qazi",  "Haşiyeye-mətul",  "Həblol-mətin",  "Zübdətül-osul", 

"Hədayeqül-salehin", 

"Haşiyeye-şərhe-moxtəsəre-osul", 

"Həyəvətül-həyəvan",  "Xüləsətül-hesab"  "Xolseye-mələkutiyyə", 

"Şərhüş-şərhe-Çəğmini",  "Şərhe-şəfaye-Şeyx  Əbu  Əli",  "Şərhe-

Koleyni", 

"Səfvətüs-Səfa", 

"Suratül-müstəqim", 

"Rəvaşehe-

səmaviyyə",  "Səbe-Şəddad",  "Surətül-əqalim",    "Orvətül-Vəsəqi",    

"Sovərül-əqalim",        "Əcayebül-məxluqat",  "Fərəc  bəd-əş-şeddət", 

"Kəşkül",  "Gülüstan",  "Qiyasate-həqqül-yəqin  fi  hədusül-aləm",   

"Eynül-həyat fi təfsirül-ayat", "Məxzənül-əsrar", "Əyunəl-məsayel",  

"Nüzhətül-qülub",  "Həft-bənde-Mövlana  Həsən  Kaşi",  "Məsalekül-

məmalik",   "Sidrətül-məntəha", "Haşiye-şərhe moxtəsəre-osule-Mir 

Damad", 


"Məşre-qüs-şəmseyn", 

"Miftahül-fəllah", 

"Divane-

Kəmaləddin İsmail", "Divane-Lisanülqeyb Hafiz Şirazi" və s. 

"Tarixe-aləmaraye-Abbasi" əsəri artıq çoxdandır ki, bir sıra 

dünya  ölkələri  tədqiqatçılarının  nəzərini  özünə  cəlb  etmişdir.  XX 

Alimlərdən  V.Hins,  H.R.Romer,  H.Horst,  H.Busse,  H.Braun, 

R.Luft,  G.Herman,  K.Rorborn,  M.Mazzoi,  S.Şuster,  B.Palombiani, 

E.Qlassen,  B.Hofman,  H.Müller,  E.Eberhard,  H.Zirke,  iranşünas 

Avropa  müəlliflərindən  A.Ləmbton,  R.Seyvori,  Ç.Melvill, 



21 

 

A.Morten,  E.Herziq,  J.Oben,  J.Kalmar,  M.Handa,  J.Baqe-Qramon, 



L.Rabino,  M.Zuppe,  A.Pimontese,  B.Skarçia,  V.Flor,  R.Mati, 

M.Dikson,  R.Çesni,  A.Hyuman,  həmçinin  rus  şərqşünasları 

İ.Petruşevski,  A.Romaskeviç,  O.Akimuşkin,  N.Mikluxo-Maklay, 

Türkiyə  və  İran  tədqiqatçılarından  F.Sümər,  B.Kütükoğlu, 

F.Kırzıoğlu,  H.Fəlsəfi,  Ə.Nəvai,  İ.Əfşar,  Ə.Mənzəvi,  E.Eşraqi, 

İ.Dehqan,  Ə.Süheyli-Xansari  və  başqaları  dəfələrlə  "Tarixe-

aləmaraye-Abbasi"dən və onun müəllifindən bəhs etmişlər. 

"Tarixe-aləmaraye-Abbasi" 

əsərini  bir  sıra 

vətən 


tarixçilərimiz,  o  cümlədən  Ə.Rəhmani,  O.Əfəndiyev,  M.Heydərov, 

S.Aşurbəyli,  Y.Mahmudov,  M.Nemətova,  S.Onullahi,  Ə.Rəcəbli, 

Ş.Məmmədova,  T.Nəcəfli,  X.Qasımov,  R.Ağayev,  T.Cəfiyev, 

M.Ağalarov,  Fərəh  Hüseyn  və  b.  mütəmadi  olaraq  tədqiqata  cəlb 

etmiş,  bu  dəyərli  kitabı  XVI-XVII  əsrlər  Səfəvi  tarixşünaslığının 

önəmli mənbələrindən ən dəyərlisi hesab etmişlər. 

"Tarixe-aləmaraye-Abbasi"  kitabının  mühüm  fayda  və 

əhəmiyyəti barədə aşağıdakıları demək olar: 

XVI-XVII  əsrlərdə  idari  və  hərbi  təsisatlar,  həmçinin 

maddi və şəri məsələlərin işıqlandırılması; 

Səfəvilərə qonşu olan bir sıra ölkə xalqlarının (osmanlılar, 

gürcülər,  teymurilərin  Hindistanda  hakimiyyətdə  olan  padşahları, 

Mavərənnəhr türkləri və s.) adət və ənənələrinin təsviri; 

Başqa  kitablarda  təsadüf  olunmayan  tarixi  hadisələrin 

təsviri; 

Səfəvi  dövrünün  alimləri,  üləmaları,  qoşun  başçıları, 

hökumət  vəzifədarları,  rəssamlar,  xəttatlar,  şairlər  və  musiqiçilərlə 

bağlı məlumatların verilməsi; 

Dövlət  və  hərbi  aparatda  hakimiyyəti  illərində  bir  sıra 

tayfalar  və  onların  başçıları,  həmçinin  müxtəlif  vəzifələr  haqqında 

geniş məlumatın nəzərə çatdırılması; 

Dövrümüzdə  artıq  unudulmuş  nadir  söz  və  istilahların 

işlədilməsi.

33

 



Kitabın  bu  faydalı  cəhətlərini  xatırlatmaqla  kifayətlənən 

İrəc  Əfşarın  məlumatlarının  sayını  xeyli  artırmaq  olar.  Məsələn, 

dövlətin quruluşu  və diplomatiyası; bir sıra rəsmi  məktubların tam 

mətninin, yaxud  məzmunlarının əks olunması;  İsgəndər bəy Münşi 

tərəfindən geniş işlədilən türk-monqol istilahlarının tez-tez nümunə 

                                                           

33

 Tarixe-aləmaraye-Abbasi (Şahin Fazil tərcüməsi),  I hissə, səh. 93. 



22 

 

gətirilməsi;  bir  sıra  vergi  və  mükəlləfiyyətlər  haqqında  qiymətli 



məlumatların  verilməsi;  əhalinin  köçürülmə  siyasəti;  II  Şah 

İsmayılın  vəfatından  sonra  və  Məhəmməd  Xudabəndənin 

hakimiyyətə başlamasından əvvəl bir neçə ay hakimiyyəti öz əlində 

saxlamış  Pərixan  xanımın  (I  Şah  Təhmasibin  qızı  -  Ş.F.)  olduqca 

orijinal tərzdə yazılan diplomatik fəaliyyətinin İsgəndər bəy qələmi 

ilə  əks  etdirilməsi;  dövlətlərarası  və  tayfalararası  ixtilaf  və 

münaqişələrə münasibət; əsərdə hadisələrin məzmunu ilə bağlı 1000 

misradan  çox  şer  parçalarının,  habelə  atalar  sözləri  və 

zərbülməsəllərin verilməsi və s. 

Bəzi  tarixçilərə  yüksək  qiymət  verən  İsgəndər  bəy  yazır: 

"İlahinin  seçdiyi  o  həzrətin  (Şah  Təhmasibin  -  Ş.F.)  gözəl 

sifətlərinin  vəsfi  qədərindən  artıq,  onun  haqqında  yazmaq  isə 

qələmin  qüdrətindən  və  darülinşa  (dəftərxana  -  Ş.F)  katiblərinin 

barmaqları  (bənan)  imkanından  kənardır.  Uca  dövlətin  onun 

dövründə  baş  vermiş  hadisələrinin  təsvirini,  apardığı  müharibələri, 

aldığı ölkə və şəhərləri, habelə başqa böyük əhvalatları rumlu tarixçi 

(movərrex)  mərhum  Həsən  bəy  o  həzrətin  dövründə  yazdığı  və 

"Əhsənüt-təvarix"  adlandırdığı  kitabında  elə  təsvir  etmişdir  ki,  bu 

həqir  zərrədə  ("zərreyi  həqiq"  -  İsgəndər  bəy  Münşi  özünü 

təvəzökarlıqla belə adlandırır - Ş.F) elə yazmaq qabiliyyəti yoxdur. 

 

Yol tapım mən necə şah məclisinə? 



Qapıçı timsalı yoxdur qədrim. 

Necə təlim eləyim elmi ki, var 

Məndə vəsfiyçün onun az təlim. 

 

Mənim  niyyətim  əlahəzrət  zilləllah  şahın  (Şah  Abbasın  - 



Ş.F.)  dövründə  baş  vermiş  hadisələri  yazmaq  olduğundan  sözümü 

uzatdığıma (ətnab) görə üzr istəyirəm. Bu aləmi bəzəyən "Aləmara" 

kitabı  (nosxe)  o  cahan  şəhriyarının  başına  gələnlərin  tam  şərhinə 

həsr olunduğu üçün "Abbasnamə"ni  yazan qələmim  (xame)  gücüm 

çatana qədər söz bəzəməkdən uzaqlaşmayacaqdır".

34

 



Bir  daha  vurğulamaq  lazımdır  ki,  "Tarixe-aləmaraye-

Abbasi"  əsərindəki  məktublar,  onlardan  ayrı-ayrı  parçalar,  yaxud 

məktubların  yığcam  məzmununun  verilməsi,  sünnü  məzhəbindən 

olan özbəklərin şiə qızılbaşlara münasibətlərini əks etdirən iki böyük 

                                                           

34

 Tarixe-aləmaraye-Abbasi (Şahin Fazil tərcüməsi),  I hissə, səh. 93. 



23 

 

məktubun  surəti,  bir  osmanlı  döyüşçüsünün  Şah  Abbasın  Bağdad 



üzərinə hücumu zamanı öz ölkəsinə  göndərdiyi osmanlı üslubunda 

yazdığı  namə,  Roma  papasının  Şah  Abbasa  ünvanladığı  məktub 

kitabın qiymətini daha da artıran  və bizə  miras qalan epistolyar irs 

sayıla bilər. 

Qeyd  etmək  lazımdır  ki,  XVII  əsrdə  səfəvi  və  osmanlı 

saraylarından  Qərb  ölkələrinə  göndərilən  rəsmi  dövlət  məktubları, 

əsasən,  fars,  qismən  də  türk  dillərində  yazılırdı.  Məsələn,  1618-ci 

ildə  Rusiya  çarı  tərəfindən  Səfəvi  hökmdarının  yanına  yollanan 

yüksək  dərəcəli  elçinin  göndərdiyi  məktub  türk  dilində  yazılmışdı. 

İsgəndər bəy yazır: "Həmçinin bu il o uca sülalənin (romanovların - 

Ş.F.) mötəbər əmir  və knyazlarından (kənnas) ibarət böyük bir elçi 

heyəti  Xəzər  dəryası  və  o  çöllərdən  keçərək  Şirvanın  Dərbəndinə 

gəldi  və  Humayun  şah  məiyyətinin  ardınca  Ərdəbildən  [çıxıb] 

Qəzvin darüssəltənəsinə çatdı. O elçi də Səadət [abad] meydanında 

şahla  görüş  səadətinə  yetişdi  və  mütərcim  [tərcoman]  vasitəsilə 

padşah  tərəfindən  özlərinin  ehtiyac  (niyazməndi)  xahişini  və 

möhkəm  birlik  (ettehad)  istəyini  ərz  edərək,  türk  dilində  yazılmış 

uzun bir məktubu şaha təqdim etdi".

35

 

Səfəvi  sarayının  məşhur  əmirlərindən  olan  Əmir  xan 



Türkman və Şah Təhmasibin qızı Fatimə Sultanın toyu münasibətilə 

həmin xanımda gözü olan, lakin "bəzi məsləhətlərə görə" məqsədinə 

çata  bilməyən  Müseyib  xan  Şərəfəddinoğlu  Təkəlinin  incik  tərzdə 

Azərbaycan  dilində  yazdığı  bir  rübai  poeziya  dilimizin  səciyyəvi 

xüsusiyyətləri  baxımından  olduqca  maraqlıdır.  "Tarixe-aləmaraye-

Abbasi"də oxuyuruq: 

"Əmir  xanın  toyu  oldu...,  cənnətməkan  şahın  qızı  Fatimə 

Sultan xanım Əmir xanın evinə aparılıdı... Müseyib xan özünü Əmir 

xandan yüksək tuturdu. Səltənət dənizinin həmin pakizə gövhərində 

(yəni Fatimə Sultan xanımda - Ş.F.) onun da gözü var idi, lakin bəzi 

məsləhətlərə  görə  bu  iş  baş  tutmadı  və  o  böyük  töhfə  Əmir  xana 

nəsib  oldu.  Müseyib  xan  razılıq  barmağını  gözünün  üstünə  qoyub, 

şahın  əmri  ilə  solduşluğu  qəbul  etdi,  türkcə  bu  rübaini  yazıb 

İsgəndər  şanlı  nəvvaba  (Şah  Məhəmməd  Xudabəndəyə  -  Ş.F.) 

göndərdi: 

 

Rübai 

                                                           

35

 Tarixe-aləmaraye-Abbasi (Şahin Fazil tərcüməsinin əlyazması), II hissə, səh. 940. 



24 

 

 

Ey şahe-cəhan, biəsər oldi deməgim, 

"Dutdi qəm-əli, ələm tikani-ətəgim. 

Yüzyildi ki, xidmətimlə dərgahində!  

Solduş əməgimə döndi axir əməgim"

36

 

 



İndi  də  əsərdə  işlənən  bir  vacib  istilah  barədə  misal 

gətirmək istərdik: "azərbaycanlı (azərbaycani)" istilahı. İsgəndər bəy 

"azərbaycanlı" sözünü əsərinin bir neçə yerində işlədir. Mən şəxsən 

bu  istilahın  o  dövrün  başqa  farsdilli  mənbələrində  verilməsinə 

hələlik  təsadüf  etməmişəm.  İsgəndər  bəy  isə  yazır:  "[Əlahəzrət] 

müzəffər  əsgərlərin bir dəstəsini Məhəmməd  Tağı bəy  Təbrizi adlı 

azərbaycanlı  (azərbaycani)  tüfəngçilərin  minbaşısının  (minbaşiye-

tofəgçiyane-azərbaycani)  sərkərdəliyi  altında  o  qala  üzərinə 

yolladı".

37

 



Yaxud  "İsmayıl  bəy  Tüfəngçibaşı  iki  yüz  nəfər 

azərbaycanlı (azərbaycani) tüfəngçi ilə həmin qalanın (Gürcüstanın 

Torağan qalası - Ş.F.) mühafizəsinə təyin olundu".

38

 



Azərbaycanlı (azərbaycani) ifadəsi kitabın başqa yerində də 

nəzərimi  cəlb  etdi:  "Ondan  sonra  azərbaycanlı  (azərbaycani) 

tüfəngçilərin  (töfəgçiyane-azərbaycani)  minbaşısı  Məhəmməd  Tağı 

bəy  Təbrizi  gələrək,  cəngin necə aparılması, savaşın xüsusiyyətləri 

və əsir götürülənlərin adları barədə təfsilatla məlumat verdi".

39

 



Mühüm  tarixi  mənbə  olan  "Tarixe-aləmaraye-Abbasi" 

əsəri, demək olar ki, bütün Şərq ölkələrində səda doğurmuşdur. XIX 

əsrin  çox  böyük  mütəfəkkirlərindən  olan  Mirzə  Fətəli  Axundov 

(1812-1878) tərəfindən də oxunan zəngin  məlumatlı bu qaynaqdakı 

bir  epizod  məşhur  "Aldanmış  kəvakib"  ("Aldanmış  ulduzlar") 

povestinin əsasını təşkil etmişdir. Belə ki, Şah Abbas hakimiyyətinin 

7-ci ilində (1592) saray münəccimləri ulduz falı vasitəsilə "həyatına 

təhlükə  yaranacağını"  bu  gənc  səfəvi  padşahına  bildirmiş  və  onlar 

təhlükənin  qarşısını  qabaqcadan  almaq  üçün  "ulduzları  aldatmaq" 

                                                           

36

 Tarixe-aləmaraye-Abbasi (İrəc Əfşar nəşri), I cild, səh. 260. 



37

 Bu misal və sonrakı daha iki misal "Tarixe-aləmaraye-Abbasi"nin 11 kitabındandır 

(Bax:  İrəc  Əfşar  nəşri,  səh.  874).  II  kitabın  tərəfimizdən  tərcümə  olunan  əlyazma 

nüsxəsi nəşriyyatda hələ səhifələnmədiyi üçün əsərin İrəc Əfşar nəşrinə istinad etməli 

olduq - Ş.F.). 

38

 Yenə orada. 



39

 Tarixe-aləmaraye-Abbasi (İrəc Əfşar nəşri), I cild, səh. 936.  



25 

 

tədbiri barədə düşünmüşlər. Münəccimlər şahdan  müvəqqəti olaraq 



şahlıqdan  əl  çəkməsini,  onun  əvəzində  isə  ölüm  cəzasına  məhkum 

olunan bir "nöqtəvi" kafirinin

40

  padşahlıq taxtına  əyləşməsini  xahiş 



etdilər.  Şahın  yerinə  üç  gün  şah  olan  Yusif  Sərrac  ("Tarixe-

aləmaraye-Abbasi"də  bu  ad  "usta  Yusifiye-tərkeşduz",  yəni 

"yəhərtikən usta Yusifi", yaxud "Mövlana Yusifi" kimi verilir - Ş.F.) 

dövlətdə  baş  verəcək  təhlükənin  artıq  sovuşduğu  üçün  dərhal 

öldürüldü.

41 


Abbasqulu  ağa  Bakıxanov  da  (1794-1847)  İsgəndər  bəyin 

bu tarixi mənbəyindən bəhrələnmişdir.

42

 

İsgəndər  bəy  Münşinin  məşhur  əsərindən  müasir  dövrdə 



yaşayan,  habelə  dünyanı  tərk  edən  azərbaycanlı  yazarlar  o  qədər 

yazmışlar  ki!..  Bu  işdə  böyük  xidməti  olmuş  Ə.Ə.Rəhmanini 

yuxarıda  xatırladıq.  Onun  hər iki  monoqrafik  əsərində  (namizədlik 

və  doktorluq  dissertasiyaları)  İsgəndər  bəyə  hörmət  və  "Tarixe-

aləmaraye-Abbasi"yə diqqət vardır. Birinci monoqrafiya bütövlüklə, 

ikincisi  isə  qismən  o  salnaməçinin  materiallarından  istifadə 

olunmaqla yazılmışdır. Prof. O.Ə.Əfəndiyev "Azərbaycan Səfəvilər 

dövləti XVI əsrdə" adlanan kitabında 78 dəfə İsgəndər bəy Münşini 

xatırlamış,  dəfələrlə  onun  salnaməsinə  istinad  etmişdir.  Prof. 

M.X.Heydərov "XIII-XVII əsrlərdə Azərbaycan şəhərlərində sosial-

iqtisadi münasibət və sənətkarlıq təşkilatları" və "XIII-XVII əsrlərdə 

Azərbaycan  şəhərləri  və  şəhər  sənətkarlığı"  monoqrafiyalarında 

istinadlarının  30-nu  İsgəndər  bəyin  əsərinə  əsaslanaraq  elmi 

dövriyyəyə  gətirmişdir.  Prof.  S.M.Onullahi  "XIII-XVII  əsrlərdə 

Təbriz  şəhərinin  tarixi"  üzərində  işləyərkən  23  dəfə  "Tarixe-

aləmaraye-Abbasi”dən 

bəhrələnmişdir. 

Prof. 


Ş.F.Fərzəliyev 

"Azərbaycan  XV-XVI  əsrlərdə  (Həsən  bəy  Rumlunun    "Əhsənüt-

təvarix"  əsəri  üzrə)"  və  "Azərbaycan  və Osmanlı imperiyası XV-

XVI  əsrlərdə"  monoqrafiyalarında  12  dəfə  İsgəndər  bəy  Münşiyə 

                                                           

40

  Nöqtəviyyə  -  Bu  cərəyanın  nümayəndələri  "nöqtəvilər",  yaxud  "pəsixanilər" 



adlanırdılar.  Mahmud  Pəsixani  Gilani  adlı  bir  şəxs  hicri  800-ci  ildə  "nöqtəvi" 

adlandırdığı  bir  məzhəb  yaratdı.  Əvvəllər  hürufiçilərdən  olan  Mahmud  sonradan  bu 

cərəyanı tərk etdi və "nöqtəviçi" oldu. Onun bu yeni məzhəbi səfəvi şahları tərəfindən 

aradan götürüldü, çünki nöqtəvilər bütün yaranışın və hər şeyin əsasını təkcə torpaqda 

görür,  ölümdən  sonra  yenidən  dirilməyə  (rəstaxiz),  cənnətə  və  cəhənnəmə 

inanmırdılar (Bax: D-r M.Moin, c. VI, səh. 2141). 

41

 Tarixe-aləmaraye-Abbasi /İrəc Əfşar nəşri/, II hissə, səh, 887; Ə.Ə.Rəhmani. Göst. 



monoqrafiya, səh. 28-29. 

42

 A.Bakıxanov. Gülüstani-İrəm, Bakı, 1951, səh. 93. 



26 

 

müraciət  etmişdir.  Tarix  elmləri  namizədi  Ş.K.Məmmədova  



üzərində  işlədiyi  "Xülasətət-təvarix"  əsərinin müəllifi Qazi Əhməd 

Quminin  məlumatları  əsasında  İsgəndər  bəy  Münşinin  həyatı  və 

fəaliyyəli haqqında maraqlı qeydləri nəzərə çatdırmışdır.   Belə  ki,  

"Xülasətət-təvarix"  Azərbaycan    tarixinin  mənbəyi  kimi"  kitabında 

oxuyuruq:  "Qazi  Əhmədin  yazdığından  aydın  olur  ki,  məşhur 

Azərbaycan  tarixçisi,  "Tarixe-aləmaraye-Abbasi"  əsərinin  müəllifi 

İsgəndər  bəy  Münşi  hələ  kiçik  yaşlarında  onun  şagirdi  olmuşdur. 

Qazi  Əhməd  Qumi  "Gülüstani-hünər"də  İsgəndər  bəy  Münşi 

haqqında  ətraflı  məlumat  verir:  "İsgəndər  bəy  Münşi  mənim 

övladım  kimidir.  Onun  xoşagələn  xasiyyəti  və  gözəl  keyfiyyətləri 

vardır.  Əvvəllər  şahın  dəftərxanasına  getmişdi  və  şəriət 

dəftərxanasında yazıçılığa başladı, təliq xəttini gözəl yazırdı. Elə ki, 

həmin dəftərxananın işi mənə həvalə olundu, mən sənədləri və işləri 

ona tapşırdım. Bir müddət səfərlərdə bir yerdə olurduq. Onda böyük 

istedad  müşahidə  etdiyimə  görə  bəzi  hökmlərin  və  müxtəlif 

hadisələrin  yazılmasını    ona    tapşırdım.    Mənimlə    olan    dostluğu 

sayəsində inşa işlərində, şahların hökmləri haqqında, kitab yazmaq 

sahəsində  get-gedə  püxtələşdi  və  bu  işə  alışdı.  Bir-iki  ildən  sonra 

Divanın  vəzarətindən  azad  olaraq  Darül-İnşaya  getdi.  Onun  kimi 

sayaq  (siyaq  -  Ş.F.)  elmində  mahir  şəxs,  xoşnevis  və  münşi  az 

tapılır.  Sənədlərin  tərtibi  və  tarixi  kitabların  yazılması  indi  ona 

tapşırılıb.  [İsgəndər  bəy  Münşi]  sürətlə  və  zərif  kitablar  yazmaqda 

dünyada yeganədir".

43

 



Yuxarıda  işarə  olunduğu  kimi,  həm  İsgəndər  bəyin  özü, 

həm də onun qardaşı oğlu Məhəmməd Saleh şer yazmaq məharətinə 

malik  şəxslər  olmuşlar.  Ç.A.Stori  yazır:  "İsgəndər  bəy  Münşinin 

qardaşı  oğlu  Məhəmməd  Salehin  yazdığı  üç  maddeye-tarix 

(xronoqramma)  "Tarixe-aləmaraye  Abbasi"də  xatırlanır  (İrəc  Əfşar 

nəşri,  II  hissə,  səh.  837,  968,  1013)".

44

  Ç.Stori  Məhəmməd  Saleh 



tərəfindən  yazılan  "İnşa"  adlı  əsərin  Tehran  Universitetində 

mikrofilm şəklində saxlandığını da bildirir.

45

 Həqiqətən də, İsgəndər 



bəy  bu  qardaşı  oğlunu  qiymətləndirmiş  və  onu  "Əziz  fərzənd" 

("Fərzənde-ərcomənd"),  əsərinin  iki  yerində  isə  "bu  vərəqlər 

                                                           

43

  Şükufə  Məmmədova.  "Xülasətət-təvarix"  Azərbaycan  tarixinin  mənbəyi  kimi, 



Bakı, 1991, səh. 11-12. 

44

 Ç.A.Stori. Göst. əsər, III hissə, səh. 1471. 



45

 Ç.A.Stori. Göst. əsər, III hissə, səh. 1471. 



27 

 

müəllifinin  qardaşı  oğlu  fərzənd  Məhəmməd  Saleh"  kimi  qələmə 



vermişdir. 

İsgəndər bəy Münşinin şairliyinə gəldikdə isə, deyə bilərik 

ki,  o,  əsərində  təsvirini  verdiyi  Dəmdəm  qalasının  möhkəm 

bürclərindən birinin "Hatəm bəy Ordubadi tarəfindən alınmasını və 

həmin  tutulan  bürcün  bu  qalanın  fəthi  demək  olduğunu  bildirərək 

özünün bir rübaisini oxucunun nəzərinə çatdırır.

46

 

"Tarixe-aləmaraye-Abbasi"nin  bir  neçə  yerində  Nizami 



Gəncəvi  bir  neçə  dəfə  xatırlanmış,  onun  şerlərindən  misallar 

gətirilmişdir.  Kilabda  həmçinin  oxuyuruq:  "Şah  [bundan  sonra] 

çıxıb Ordubada yollandı. O vilayətin havası əlahəzrətin külək sürətli 

atının qopardığı tozanaqdan ətirləndi. Məşhur söz ustadı (soxənvəre-

nami) Şeyx Nizami həmin məmləkətin vəsfində demişdir: 

 

"Turac, kəklik salıb elə qaraltı,  



Quşlarla doluydu ağaclar altı.

47

 



 

İsgəndər  bəy  Münşi  Ordubadda  olarkən  fars  poeziyasının 

görkəmli  nümayəndələrindən  biri  olan  Hafiz  Şirazini  (1325-1390) 

xatırlayaraq yazır: 

"Ordubad  olduqca  ürəkaçan  və  ürəyəyatan  bir  qəsəbədir. 

Onun  şimal  tərəfindən  Araz  çayı  axır  ki,  Şirazın  söz  sahibi  Xacə 

Hafiz o yerin gözəl sahillərinin mədhində buyurmuşdur: 

 

Ey səba, keçsən Araz sahillərindən sən əgər,  



Torpağından busə al ki, qoy ətirlənsin nəfəs".

48

 



(Tərcümə Şahin Fazilindir). 

 

Yaxud  başqa  bir  misal:  "Tarixe-aləmaraye-Abbasi"nin 



müəllifi  öz  kitabında  Xacə  Nəsirəddin  Tusi  və  Hatəm  bəy 

Ordubadidən,  habelə  bir  daha  Ordubaddan  söz  açaraq,  bu 

"cənnətməkan yer"  haqqında şair  Əli Nəqi Kəmrəinin  şeirindən bir 

beyt gətirməklə belə yazır: 

                                                           

46

 Tarixe-aləmaraye-Abbasi (İrəc Əfşar nəşri), II kitab, səh. 808. 



47

 Yenə orada, səh. 878. 

48

 Tarixe-aləmaraye-Abbasi (İrəc Əfşar nəşri), II kitab, səh. 722; Bax: "Şərq" tərcümə 



toplusu, № l, Bakı, 2004, səh. 26. 

28 

 

"Ordubad  Qapan  (Qafan  -  Ş.F.)  dağının  ətəyində 



yerləşmişdir  və  suyunun  təmizliyi,  bağ-bağatının  meyvəsi, 

çeşmələrinin gözəlliyi ilə bütün aləmdə məşhurdur. Dünyada elə bir 

yer  və  ölkə  yoxdur  ki,  bu  lətafətdə  və  şirinlikdə  su  çeşmələrinə 

malik  ola  bilsin.  Oranın  camaatı  möhkəm  təşəyyəxislətdirlər  (qatı 

şiədirlər  -  Ş.F.),  kəramətli  səfəviyyə  xanədanına  sadiq  olmaları  ilə 

məşhurdurlar. Belə ki, məhz buna görə də rumiyyənin (osmanlıların 

-  Ş.F)  ağalığı  vaxtı  bir  neçə  dəfə  qətliam  olunmuşdur.  O  zaman 

həmin cənnətməkan yer dağıldı, əhalisinə, xüsusilə ustadül-bəşər və 

nəsirül-millət  və  din  (bəşər  ustadı  və  millət  və  dinin  himayəçisi  - 

Ş.F)  olan  Xacə  Tusinin  ali  nəsriyyə-tusiyyə  təbəqəsinə  böyük 

sədəmə  dəydi.  Həmin  pərişanlığın  iqbal  qüvvəsi  ilə  aradan 

qaldırıldığı  bu  vaxtlarda  Ordubad  şahanə  inayətə  layiq  görüldü, 

bütün  divan  vergilərindən  azad  olundu,  Azərbaycan  vilayətində 

oraya  bənzər  başqa  bir  yerə  bu  imtiyazlar  verilmədi.  Cəm  (Cəmşid 

padşah - Ş.F) iqtidarlı etimadüddövlə (dövlətin etimadlı adamı, yəni 

baş  vəzir  -  Ş.F)  Hatəm  bəy  də  o  ali  silsiləyə  mənsubdur.  Bu 

sətirlərin  müəllifi  uzun  müddət  həmin  fələk  ehtişamlı  alicənab 

şəxsin  məclislərində  iştirak  etdiyindən  və  onunla  həmsöhbət 

olduğundan,  o  ali  sülalə  üzvlərindən  bir  neçəsi  barədə  məlumat 

verməyi məqsədə müvafiq sayır. 

Xülasə,  o  uca  təbəqə  öz  ulu  babalarının  fəzilət  və  əqli 

üstünlüklərindən bəhrələnmişdir. Həmin iqbal sahibləri barədə Şeyx 

Əli  Nəqi  Kəmrəi  nəzm  yazmış,  gözəl  beytlər  və  ürəkaçan  mənalı 

sözlər söyləmişdir: 

 

"Ordubad torpağının hətta tikanlıqları da 



Daima fəzlü hünər meyvəsinə sahibdir" 

(Tərcümə Şahin Fazilindir). 

 

Onların  (Hatəm  bəy  Ordubadi  nəslinin  -  Ş.F)  əksəriyyəti 

göfünüşcə  gözəgəlimli,  pəhrizkar,  daxili  qabiliyyətə  və  istedada 

malik, nəfsi tox, gözəl əxlaqlı olduqlarından o diyarın bütün camaatı 

tərəfindən  həmişə  sevilmişlər.  O  da  (Hatəm  bəy  Ordubadi  -  Ş.F) 

yüksək  rütbəli  dövlət  xadimi  olub,  təmiz  əxlaqlı,  nəfsi  tox,  xalqın 

yaxşılığını  istəyən  adam  idi  və  qabiliyyəti,  işgüzarlığı  ilə  məşhur 

olduğundan ali divanın  vəziri rütbəsi ilə şərəflənərək, iyirmi ilədək 



29 

 

divan  vəziri kimi cahan işlərinin həlli və əqdi (həyata keçirilməsi  -



Ş.F) ilə məşğul olmuş, onları tənzimləmişdi".

49

 



İsgəndər  bəy  Münşinin  dilində  çoxlu  türk  sözləri  və 

ifadələri də  vardır. Məşhur dövlət xadimi,  vilayət hakimi  və qoşun 

başçısı  olan  azərbaycanlı  Fərhad  xanın  Şah  Abbasın  əmri  ilə  qətl 

olunması hadisəsi ilə bağlı oxuyuruq: "Açıq-aşkar görünən sübutlar 

hümayun  şahın  xan  barəsindəki  fikrini  qətiləşdirdi,  onun  şüurunun 

işığı  bu  məqsədə  yönəldi  və  xan  şaha  olan  etibarı  ələn  verdi. 

Nəticədə  qəzavü-qədər  icraçıları  onun  qətlinə  hazır  oldular. 

Allahverdi  xana,  bəzi  əmirlərə  və  qulamlara  bu  işin  yerinə 

yetirilməsi  tapşırıldı,  onlar  da  onun  evinə  gedərək  işini  bitirdilər. 

Allahverdi xan əlini uzadıb onun xəncərini belindən çıxararkən, xan 

artıq məsələnin nə yerdə olduğunu anladı. Fərhad xan türk ibarəsi ilə 

təkcə  belə  deyə  bildi:  "Beləmi  oldu?  ",  yəni  "Mənim  işim  beləmi 

oldu?" (farscası "Karema çenin şod? ").

50

 



Yuxarıda  bildirildiyi  kimi,  "Tarixe-aləmaraye-Abbasi" 

əsərinin  dili  mürəkkəb  və  rəngarəngdir,  həmçinin  "Qurani 

Kərim"dən  gətirilən  ayələr,

51

  müxtəlif  hadisələrdən  misallar  və 



zərbülməsəllərlə zəngindir. 

Əsərin  I  cildində  bir  dibaçə  (ön  söz),

52

  94  başlıq,  110 



yarımbaşlıq,  607  misra  şer  parçası,  II  cildində  153  başlıq,  207 

yarımbaşlıq,  546  misra  şer  parçası,  III  cildində  isə  bir  dibaçə,  88 

başlıq,  20  yarımbaşlıq  və  280  misra  şer  parçası  vardır.  Beləliklə, 

İsgəndər  bəyin  əsərində  üç  dibaçə,  335  başlıq,  337  yarımbaşlıq, 

1423  misra  müxtəlif  şerlərdən  nümunələr,  habelə  bir  xatimə  (son 

söz) nəzərə çarpır. 

Biz  İsgəndər  bəy  Münşinin  əsərinin  adı  haqqında  da  bir 

neçə  kəlmə  deməyi  münasib  bilirik.  Fars  dilindəki  izafət  tərkibli 

sözlərin  sıralanmasına  görə  bu  kitab  "Abbasın  dünyanı  bəzəyən 

tarixi"  adlanmalıdır,  lakin  İsgəndər  bəy  öz  salnaməsini  "Tarixe-

                                                           

49

 Tarixe-aləmaraye-Abbasi (İrəc Əfşar nəşri), II kitab, səh. 722; Bax: "Şərq" tərcümə 



toplusu, Mbl, Bakı, 2004, səh. 26-27. 

50

 Tarixe-aləmaraye-Abbasi (İrəc Əfşar nəşri), II kitab, səh. 575. 



51

  Əsəri  tərcümə  etdikcə  orada  müəllif  tərəfindən  Qurandan  gətirilən  onlarla  surə  və 

ayələrin  adlarının  göstərilməməsi  /  "Zəlzələ"  surəsindən  başqa/  işimi  bir  qədər 

çətinləşdirdiyindən  mənim  xahişimlə  onların  ərəb  dilindən  tərcüməsi  ərəbşünas 

dostum  Valeh  Tağı  vasitəsilə  həyata  keçirildi  ki,  ona  bir  daha  minnətdarlığımı 

bildirirəm. 

52

 Əsərin hər üç cildinin əvvəllində "dibaçə" sözü yazılmayan dibaçələr mövcuddur.  



30 

 

aləmaraye-Abbasi"dən  başqa  "Tarixe-aləmara",  yəni  "Dünyanı 



bəzəyən  tarix"  (1095-ci  səhifədə)  və  "Aləmara"  ("Dünyanı 

bəzəyən")  da  (46,  92,  541,  765,  939,  995,    1052,    1094-cü 

səhifələrdə)  adlandırmışdır.  Beləliklə,  bir  neçə  tarixçi  tərəfindən 

"Abbasın  dünyanı  bəzəyən  tarixi"  kimi  tərcümə  edilən  (məsələn, 

İ.P.Petruşevski,  O.Ə.Əfəndiyev  və  N.S.Musalı)  və  kitabın  müəllin 

tərəfindən "Dünyanı bəzəyən" kimi adlanmasına görə onu "Dünyanı 

bəzəyən  Abbasın  tarixi"  şəklində  də  tərcümə  etmək  olar 

zənnindəyəm,  çünki  İsgəndər  bəy  Münşinin  bu  tarix  kitabı  aləmi 

bəzəyən Abbasın tarixidir. 

İsgəndər  bəy  1560-cı  ildə  doğulub.  İndi  isə  2010-cu  ildir. 

İsgəndər bəyin təvəllüdündən 450 il keçir. Bəli, möhtəşəm bir tarix 

əsəri  yazan  bu  bəy  hələ  də  yaşayır.  Uzunömürlüdür  İsgəndər  bəy. 

1560-cı  ildən  başlayan  yaş  hələ  də  davam  edir.  Dünya  durduqca 

davam  edəcək  bu  yaş.  Əlbəttə,  həyalda  iz  qoyan  şəxslər  çox 

olmuşdur. İsgəndər bəyin pozulmaz izi var - kitab izi. 

Yeri  gəlmişkən,  İsgəndər  bəy  Münşi  özü  öz  qüvvəsinə 

bələd  tarixçi    kimi,    hələ    tamamlamadığı,    yazmaqda    olduğu  

kitabının qiymətini yaxşı bilirdi və belə yazırdı: "Əgər o ali nəsəbli 

vəlinemət  [Şah  Abbas]  öz  diqqət  işığını  bu  şərif  nüsxənin 

tamamlanmasına saçardısa,   mənim  bəhanə   gəzən  təbim  zaman  

fərmanverəninin  fərmanı  önündə  başını  aşağı  əyər,  asiman 

qüdrətinin  yardımı  və  mənalar    bazarında    dükan    bəzəyənlərin   

köməyi  sayəsində  söz  məclisini  daha  da  hərarətləndirər  və  bu 

rəmzləri şərif ibarələr və lətif istiarələrlə (metafora, məcazi mənada 

işlənən söz, ya ifadə - Y.M.) yazı İpinə düzər, onu münasib, qiymətli 

şeirlərlə bəzəyər, təbiət üzgücüsü (qəvvas), təbiətin qüvvəsi (fetrət) 

və himayəsi (paymərdi) ilə bilik dənizindən sahilə qiymətli (səmin) 

ləllər  və  zəngin  mənalar  çıxarardı,  beləliklə,  bu  uca  məqamlı 

padşahın yaratdıqları dövranın sultanları üçün dəsturüləməl olduğu 

kimi,  bu  müflis  (ur)  şəxsin  (İsgəndər  bəy  Münşinin)  yazdığı  kitab 

fəzilət şüarlı, istedadlı adamlardan ötrü zərbülməsələ çevrilərdi: 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin