AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


SÜLEYMAN ŞANLI XAQANIN MİRZƏ ƏLVƏND



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə7/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   2   3   4   5   6   7   8   9   10   ...   96

 

SÜLEYMAN ŞANLI XAQANIN MİRZƏ ƏLVƏND 

TÜRKMANLA HƏRBİ VƏ ONUN ALLAHIN 

KÖMƏYİ İLƏ ZƏFƏR ÇALMASININ ZİKRİ 

 

[Əmirzadə  Əlvənd]  Naxçıvanda  olarkən,  Süleyman  şanlı 



xaqanın  Azərbaycana  yürüş  xəbərini  eşitdi,  ordusundakı  otuz  min 

döyüşçüsü ilə o həzrətin qarşısına  yollandı. Amma Süleyman şanlı 

xaqanın  sücaəti  və  qorxmazlığı  (delavəri),  həmçinin  pərvanə  kimi 

özlərini atəşə vurub ölümü əbədi həyat bilən qızılbaşların fədəkarlığı 

(fədəviyyət)  türkmanları  bərk  qorxuya  salmışdı.  Doqquz  yüz 

yeddinci  ildə  (miladi  1501),  Naxçıvanın  Şərurunda  tərəflər  bir-

biriylə  qarşılaşdılar.  Yeddi  min  nəfərdən  ibarət  qızılbaş  ləşkərinin 

dilavərləri  fədai  kimi  döyüş  meydanına  qədəm  ataraq,  onlara  qarşı 

mərdanəlik  göstərdilər,  qarşı  tərəfdən  də  türkman  döyüşçüləri 

bacardıqları  qədər  cidd-cəhd  etməyə  başladılar.  Amma,  Allahın 

istəyi ilə zəfər, qələbə və tale (eqbal) amalları zəfər olan (zəfərməal) 

qızılbaşlara  nəsib  oldu,  əmirzadə  Əlvənd  məğlub  edildi, 



84 

 

türkmanların  böyük  əmirlərinin  və  əyan-əşrafının  çoxu,  habelə 



saysız-hesabsız  döyüşçüsü  həmin  mərəkədə  öldürüldü,  qalibiyyətli 

qoşuna  bol  qənimət  qismət  oldu.  Azərbaycanda  qalmağa  macal 

tapmayan Mirzə Əlvənd Ərzincana qaçdı, Süleyman şanlı xaqan isə 

zəfərlə Təbriz darüssəltənəsinə çataraq, padşahlıq taxtına əyləşdi və 

islamın  isnaəşəri  haqq  məzhəbi  zühura  gəldi.  Minbərlərdən 

imamiyyə*  xütbəsi  eşidildi,  pulların  (dənanir)  üstündə  "La  ilahə 

illəllah  və  Məhəmməd  rəsulillah  və  Əli  vəliyullah"  yazıldı  və 

sikkələr "Allah" sözü ilə bəzəndi. Zəlalət sahiblərinin (ərbabe-zolal) 

dinsiz  adətlərindən  əcər-əlamət  qalmadı.  Gözəl  əxlaq  və  pak 

davranışlı  əhli-beytin  şiyələri,  yəni  indiyədək  öz  dini  əqidələrini 

gizlədənlər  (təqiyyə),  imamiyyə  haqq  məzhəbinə  gəldilər,  buna 

müxalif  olanlarsa  zaviyələrdə  gizləndilər.  O  həzrətin  mətanəti 

(səlabət) və qüvvəti (qəhhari) barədə xəbər ətrafa yayıldı, onun atəş 

yağdıran  qılıncının  şöləsi  fələyə  ucaldı.  Mirzə  Əlvənd  bir  dəstə 

adam  toplayıb  Əzrincandan  Azərbaycana  yürüşə  başladı.  Şahın 

qələbə  ayəli  qoşunu  Tərcan  yoluyla  Əzrincana  yollanan  vaxt 

[Əlvənd]  Təbriz darüssəltənəsinə çatıb rəiyyətin  və  varlı adamların 

mallarına  əl  uzatdı,  oradan  Ucana*  getdi.  Cahanlar  tuta  biləcək 

ordunun  ona  yaxınlaşdığını  bilib,  orada  qalmayaraq,  Ucandan 

Həmədana  getdi,  oradan  da  Bağdada  üz  tutdu.  İşi  gətirmədiyindən 

və  orada  Qasım  bəy  Pornakla  döyüşməyi  bacarmadığından, 

Diyarbəkrə  gəldi,  o  həzrətlə  döyüş  əmri  ilə  Həmədan  yaxınlığına 

qayıtdı.  Türkman  döyüşçülərindən  yetmiş  min  nəfərədək  adam 

toplayan  Əlvəndin  üç  yüz  araba  topu,  zərbzəni  və  yaraq-yasaqı 

vardı.  Bu  tərəfdənsə,  Süleyman  şanlı  xaqan  inadkar  iqbal 

döyüşçüləri  ilə  İlahinin  inayətinə  və  müqəddəs  imam  ruhlarının 

köməyinə  bel  bağlayaraq,  müqəddəs  qoşunundakı  yüksək  qızılbaş 

tayfalarından  on  iki  min  döyüşçü  ilə  düşmənə  qarşı  yola  düşdü. 

Allah ona yar olsun! 

 

SÜLEYMAN ŞANLI XAQANIN SULTAN MURADLA 



MÜHARBƏSİ VƏ ALLAHIN KÖMƏYİ İLƏ İRAQİ-

ƏCƏMİN, FARSIN VƏ KİRMANIN FƏTH  

OLUNMASININ ZİKRİ 

 

Doqquz  yüz  səkkizinci  il  zilhiccə  ayının  iyirmi  dördü 



(miladi  1503,  21  iyun)  şənbə  günü  Həmədanın  Alma  bulağı  adlı 

yerində  onların  arasında  böyük  hərb  oldu. Süleyman  şanlı  xaqanın 



85 

 

heydəri  qol  gücü  və  isnaəşəri  dövlət  günəşinin  xoşbəxt  doğuşuna 



görə o, müqayisəsiz ləşkərə qalib gələrək, həmin mərəkədə türkman 

döyüşçülərinin  kələyini  kəsdi.  Süleyman  şanlı  xaqanın  həmişə 

"Namurad"  adlandırdığı  Sultan  Murad**,  eləcə  adlandırıldığına 

uyğun olaraq, bəxti dönük və muradsız halda (namurad) fərar yoluna 

düşüb  Şiraza  getdi.  Bü  döyüşdə  müzəffər  əsgərlərin  əlinə  bol 

qənimət çatdı, atlar və hər diyardan toplanılan saysız-hesabsız başqa 

mallar  keçdi,  Süleyman  şanlı  xaqan  ətraf  yerlərə  fəthnamələr* 

göndərdi.  Ətraf  yerlərin  məlikləri  və  başqa-başqa  məmləkətlərin 

əyanları  türkman  sultanlarının  uğursuz  və  bəxti  dönük  olduqları 

barədə yəqinliq hasil etdilər, şahın ucalan dövlətinə ümüdvar olaraq, 

aləmpənah  dərgaha  gəldilər,  yer-yerdən  onun  hüzuruna  elçilər* 

yollanıldı. Dünya sultanlarının fəthlərinin ziynəti (təraz) olan bu fəth 

dildən-dilə düşdü, [şaha] təbriklər və peşkəşlər göndərildi. Müzəffər 

ordu  o  baharı  Əlvənd  dağının  ətəyində  keçirib,  bahar  günlərini 

həmin  cənnət  gözəlliyində  olan  yerdə  eyş-işrət,  seyr  və  söhbətlə 

başa vurdu. O, əsnada münhilər** xəbər gətirdilər ki, Sultan Murad 

Şiraz  darülmülkündə  əyləşib,  Fars  məmləkətlərində  özünü 

möhkəmlətməklə  məşğuldur.  Süleyman  şanlı  xaqan  öz  istirahətini 

saxlayıb  Təxti-Süleyman  səmtinə  yollandı,  uca  bəxtli  müzəffər 

əsgərləri ilə İsfahan darülmülkünə təşrif apardı, ordansa Şiraza tərəf 

hücumla rəvan oldu. Hümayun şah qoşununun (rayat) gəlişi xəbərini 

eşidəndə Sultan Murad qorxdu, hümayun dövlətin hücumuna qarşı 

çıxmaq üçün özündə güc görməyərək Şüstərə tərəf qaçdı. Müzəffər 

ordu  isə  şan-şöhrət  və  kamranlıqla  Təxti-Süleyman  yüksəkliyinə 

qədəm basdı  və Şiraz darülmülkü bu sərəfraz padşahın iqamət yeri 

oldu. Fars [vilayətinin] camaatı və əyanları onun ali sarayına gələrək 

layiqli  peşkəşlər  gətirdilər,  bütün  fars  əhalisi  Mürtəza  xislətli  o 

padşahın ədalət kölgəsi altında dövr hadisələrindən asudə yaşamağa 

başladılar.  Amma,  namurad  Sultan  Murad  müzəffər  qazilərin 

hücumunun  qorxusundan  Şüstərdə  qala  bilməyib,  oradan  Bağdada 

yollandı.  Oranın  da  vəziyyətini,  Barik  Pornakın  o  yerləri  istila 

etdiyinə  görə özünə  münasib  görmədi.  Hümayun xaqan ordusunun 

oraya yürüş xəbəri yayıldıqda dayana bilməyərək adı çəkilən Bariklə 

birlikdə  Hələbə  getdi,  bir  neçə  vaxt  Misir  və  Şam  padşahı  Sultan 

Qansunun***  dövlət  kölgəsi  altında  güzəran  keçirdi,  oradan 

çıxdıqdan sonra Diyarbəkr və Rüstəmdara getdi, zülqədər faydasının 

hakimi  və  Mürqəş  (?)  ölkəsinin  varisi  olan  Əlaüddövləyə 

sığınmaqdan  ötrü  onun  yanına  yollandı.  Sultan  Muradın  gələcək 



86 

 

vəziyyəti  barədə  aşağıda  məlumat  veriləcəkdir.  Xülasə,  Cahan 



padşahının  zəfər  ayəli  ordusu  Fars  darülmülkünün  işləri 

nizamlandıqdan sonra İraqa tərəf hücuma keçdi. Allahın köməyi ilə! 



 

İRAQ İNADKARLARININ (MOTƏMƏRREDAN) TƏNBEH 

OLUNMALARI, QALALARIN FƏTHİ VƏ CAHAN 

XOSROVUNUN (ŞAH İSMAYILIN - Ş.E)  

QƏLƏBƏSİNİN ZİKRİ 

 

Bütün Rüstəmdarı, Firuzgah dağlarını (cəbal), Dəmavəndi, 



Həbəlrudu  (?)  və  o  yerlərin  ətrafını  öz  əlinə  alan  və  on  iki  min 

döyüşkən  süvarisi,  saysız  piyadası  olan  Hüseyn  Kiya  Cəlladi  (?) 

qalalarının 

möhkəmliyinə, 

dağlarının 

ucalığına 

arxalanıb, 

müxaliyətə və inadkarlığa başladı. O, başını üsyan cibindən çıxarıb 

ətrafdakı  (həvaşi)  İraq  məmləkətlərinə  əl  uzatmaqdaydı.  İraq 

mahallarında  vəziyyəti  zəyifiəyən  bayanduri  türkmanları  Murad 

bəyin sərkərdəliyi ilə Rüstəmdar dağlarına və Əmir Hüseyn Kiyanın 

dərgahına arxalanıb, onun yanında cəm olmuşdular. Getdikcə həsəd 

və  qürura  qapılan  Hüseyn  Kiya  [Şah  İsmayılın]  mülazimləri  ilə 

ədəbsiz  davranmağa  başladı.  Böyük  ordu  Fars  məmləkətlərinə 

yollanan vaxt [şah]  İlyas bəy Ənutoğlunu* bir dəstə ilə onun şərini 

dəf etməyə yolladı. Bu xəbəri eşidən Əmir Hüseyn Kiya İlyas bəyin 

qızılbaş qoşununun bir yerə yığmasından əvvəl ona hücuma keçdi, 

İlyas  bəy  Vəramin  qalasına  getməli  oldu.  Cəlladilər  qala  ayağına 

gələrək,  oranı  bir  müddət  mühasirədə  saxladılar.  Nəhayət,  əhd-

peymanla  onunla  görüşən  Hüseyn  Küya  o  sadədil  türkü  və 

mülazimlərini  məkr  və  hiyləgərliklə  Reyin  Kobud  Günbəd  adlı 

yerində  səhadətə  yetirdi.  Əmir  Hüseyn  Kiyanın  itaətsizliyi, 

özbaşnalığı  və  ədəbsiz  cəsarəti  xəbəri  şahın  cah-cəlal  qulağına 

yetişdikdə həmin bəd əməlli (bədkirdar)  əmirin fitnəsini dəf etmək 

və  Rüstəmdar  dağlarının  div  xislətli  adamlarını  cəzalandırmaq 

fikrinə düşdü, doqquz yüz doqquzuncu ilin (miladi 1503) baharının 

əvvəlində Qum qışlağından zəfər şüarlı əsgərlərlə ona tərəf hərəkətə 

başladı.  Əvvəlcə,  möhkəmliyinə  görə  dünyanın  ən  uca  qalalarına 

bərabər  olan  Gülxəndanı  mühasirəyə  aldı,  Allahın  köməyi  və 

heydəri pəncəsinin gücü ilə Xeybər qalası kimi möhkəm olan həmin 

qalanı  fəth  etdi,  qaladakılan  qətli-ama  yetirdi.  Oradan,  Firuzkah 

qalasına getdi, o qala da qalibiyyətli (firuz) dövlət iqbalının qüvvəsi 

ilə Gülxəndan qalası kimi alındı. Qala hakimi (kutval) olan Əmir Əli 


87 

 

Kiya uzun döyüşdən sonra qaladarlıq etməkdən aciz olub, padşahın 



əfvinə  pənah  apardı  və  buna  görə  də,  hərbdən  əl  çəkmiş  başqa 

adamları  ilə  birlikdə,  salamat  qaldı,  qalan  adamlarsa  cəzalandırıldı. 

Özünün  on  iki  min  süvarisi  və  piyadası  ilə  zəfər  şüarlı  əsgərlərin 

yolunu kəsərək, qəddarlıq pusqusunda dayanan Əmir  Hüseyn  Kiya 

[qızılbaşlarla]  məkr  və hiylə ilə döyüşmək istəyirdi. Həmin iki uca 

qalanın  fəthini  və  qaladakıların  qətliam  xəbərini  eşidən  Kiya  bərk 

qorxuya düşdü, qəflət yuxusundan oyanaraq, öz əməlindən peşiman 

oldu.  Yanında  olan  bir  neçə  nəfərlə  o  vilayətin  ən  möhkəm  qalası 

olan Osta qalasına pənah apardı, oraya sığındı. Şəhriyarın hümayun 

fallı qoşunu qala ayağına çataraq, qalatutma silahlarının hazırlığına 

başladı.  Bir  müddət  sonra  atışma  başlandı  və  tərəflərarası  hərb  üz 

göstərdi. Qala ayağından böyük bir çay axırdı ki, qala əhalisi çaydan 

yol  ayırıb  qalaya  oradan  su  arxı  çəkmişdi.  Bu  iş  şahın  cahanı 

bəzəyən  fikrini  işıqlandırdı, xislət  bəhrinin  himməti  onu  bu  qərara 

doğru yönəltdi ki, gərək çayın su yolunu başqa səmtə döndərsinlər. 

Suyun çoxluğu və coşqunluğundan bu işi yerinə yetirmək çətin olsa 

da,  şücaət  ümmanının  o  fatehi  bu işin  baş  tutmasına  çalışdı  və  bir 

neçə  gündə  çaydan  böyük  bir  arx  ayıraraq  suyu  o  səmtə  yönəltdi. 

Cəlladilər  sudan  kənara  düşən  balıq  kimi  çırpınmağa  başladılar. 

Çarəsiz qalıb bir neçə gün də dözdülər, nəhayət susuzluqdan fəryad 

etməyə başladılar və həmin qala öz möhkəmliyinə baxmayaraq otuz 

üç gün ərzində qüvvətli dövlət övliyalarının əlinə keçdi. Qalanın yaş 

və  quru  adamları  düşməni  yandıran,  amma  dosta  yanan  padşahın 

qəhr  atəşi  ilə  yandırıldı,  o  qantökən  tayfa  iti  qılınclara  tapşırıldı. 

Qələm  əhli  olan  adamlardan  başqa  həmin  tayfadan  heç  kim  nicat 

tapa bilmədi. Muradbəy Cahanşahlını qəhr atəşi ilə yandırdı və kinli 

əsgərlər  onun  ətini  yedilər.  Əmir  Hüseyn  bayquş  kimi  dəmir  bir 

qəfəs  viranəsində  həbsə  girifdar  oldu,  amma  qoruyucuların 

səhlənkarlığı  üzündən  özünü  yaraladı  və  bir  neçə  gündən  sonra 

Reyin  Kəbud  Günbədində  onun  ruh  quşu  bədən  qəfəsini  tərk  edib 

uçdu.  Qəribə  hadisələrdəndir  ki,  o,  İlyas  həy  Ayqutoğlunun

101


 

qızılbaşlarla qətlə yetirildiyi yerdə öz əməlinin cəzasını çəkdi və elə 

oradaca axirət sarayına yollandı. Elə onsuz da qəfəsə salınmış quru 

bir  cəsəd  (kalbod)  idi,  onun  xəbis  cüssəsi  qəhr  qəhrəmanının  (Şah 

                                                           

101


  İlyas  bəyin  adı  bu  dəfə  düzgün  yazılmışdır.  Yuxarıda  yazılan  "Ənutoğlu"  sözü 

sadəcə olaraq mətbəə xətası üzündən səhv getmişdir - Ş.F. 

 


88 

 

İsmayıl  -  Ş.F.)  atəşi  ilə  yandırıldı.  O  əsnada,  türkman 



sultanzadələrinin hakimiyyəti zamanı Əbrquhun daruğəsi olmuş  və 

Süleyman  şanlı  xaqan  tərəfindən  Əbrquh  əyalətinə  sahiblənmiş 

Məhəmməd  Kərrənin  üsyan  etməsi  xəbəri  eşidildi.  O  həzrət  (Şah 

İsmayıl  - Ş.F.)  Rüstəmdarın fəthi ilə məşğul olan  vaxt ona belə bir 

xəbər yetişdi: Məhəmməd Kərrə Yəzdə hücum edib, özünü qəfildən 

şəhərə çatdırmış, oranın hakimini qətlə yetirmiş, qürur və itaətsizlik 

bayrağını  göyə  ucaltmışdır.  O  qorxubilməz  üsyankar  adamın 

cəzalandırılması  üçün  Yəzd  darülibadəsinə  hümayün  yürüşə 

başlandı.  Şəhər  və  onun  qalasının  iki  aylıq  mühasirəsindən  sonra 

nəhayət  o  talesiz  zəlil  adam  (məxzul)  şəhəri  hifz  etməkdən  və 

döyüşdən  yorulub  ərkə*  sığındı.  Axırda,  qalibiyyətli  əsgərlər  o 

hasarı  (qalanı  -  Ş.F.)  alaraq,  Məhəmməd  Kərrəni  ərkin 

nağaraxanasında ələ keçirdilər, onu dəmir bir qəfəsə saldılar, başqa 

adamları da öz cəzalarına çatdırdılar. Amma Süleyman şanh xaqanın 

qəzəb  şöləsi  daha  da  ucaldı,  onun  cəsədini  də  İsfahanan  Nəqşi-

Cahan  meydanında  babası  Əmir  Hüseyn  Kiya  Cəlladi  kimi  həmin 

qəfəsin içində yandırdılar. Bu yürüş zamanı Allahın köməyi ilə İraq 

mülkünün  başqa  üsyançıları  da  siyasət  şəhnəsi"  tərəfindən  məhv 

edildilər,  həmin  vilayət  üsyankarlardan  təmizləndi.  Bir  dəstə 

türkmanın  fitfası  ilə  Xorasana  hücum  etmiş  cığatay  ləşkərindən 

ədəbsizlik  baş  vermişdi.  Mərhum  padşah  Sultan  Hüseyn  Mirzə 

"cığatayların" 

hücumunun 

qarşısının 

alınması 

və 


cəzalandıralmasından ötrü  Əmir  Kəmaləddin Sədri  [Şah  İsmayılın] 

yanına  göndərdi.  Sədrin  gətirdiyi  məktub  nəinki  şahın  xoşuna 

gəlmədi,  hətta  onun  qəzəb  tonqalını  belə  alovlandırdı.  O  Yəzddən 

Təbəsə  hücum  edərək  şəhərə  girdi,  şəhərdə  yaşayan  cığatayların 

əksəriyyətini  fəna  qılıncı  ilə  yox  etdi,  yalnız  qan  axıdılmasının 

çoxluğunu  gördükdən  sonra  onun  qəzəb  şöləsi  təskinlik  tapdı,  bir 

həftədən  sonra  geri  qayıtdı.  "Əhsənüt-təvarix"də  belə  yazılmışdır: 

Bu hadisədə yeddi min adam qətlə yetirildi və gələn ilin baharında o 

Həmədan yaylağına getdi, qışı Xoy və Səlmasda keçirdi, fitnəkarlığa 

başlayaraq  Urumi*  vilayətinə  gələn,  orada  o  məmləkətin  ətraf 

yerlərinə əl uzadan Kürd Saromun şərini dəf etməkdən ötrü Bayram 

bəy Qaramanlını və "xəlifətül-xüləfa" kimi məşhur olan Xadim bəyi 

oraya göndərdi. Onun qardaşı, oğlu və əksər sirdaşları ələ keçirildi 

və  möhkəm  cəzalandırıldılar,  bütün  eli  (il)  və  ulusu  hadisələrin 

taracına  getdi.  Durmuş  xanın  atası  Əbdi  bəy  Şamlı  və  Sarı  Əli 

Möhdar  Təkəli  həmin  səfərdə  öldürüldülər.  Rəşt  valisi  Əmir 



89 

 

Hüsaməddinin  də  bəyənilməz  hərəkətlərindən  qəzəblənən  şah 



doqquz yüz on birinci ildə (miladi 1505/06) onu cəzalandırmaqdan 

ötrü  qoşun  göndərdi.  Hümayun  ordunun  özü  də  Taromdan  Rəştə 

gəldi.  Həmin  əmir ona əl açıb tərcüman rəsmi** üzrə layiqli töhfə 

və  hədiyyələr  göndərdi,  Əmir  Nəcməddin  Məsud  Rəştinin  köməyi 

sayəsində onun taxsırını əfv edib geri qayıtdı. Elə o il hökm olundu 

ki, Sultan Heydərlə cəngə getmiş hər hansı bir müxalif adamı qətlə 

yetirsinlər. O  vaxt qorçibaşı*** olan  Abdal bəy Dədə bu işi yerinə 

yerilməyə göndərildi və buna görə də türkman və başqa tayfalardan 

çoxlu adam cəzalandırıldı. 

 

MİR ƏLAÜDDÖVLƏ ZÜLQƏDƏRİN DƏFİ ÜÇÜN 

YOLLANAN HÜMAYUN YÜRÜŞ, DİYARBƏKR 

HADİSƏLƏRİ VƏ ALLAHIN KÖMƏYİ İLƏ O  

DİYARIN FƏTH OLUNMASININ ZİKRİ 

 

Ertəsi  il  hümayun  [şah]  eşitdi  ki,  Sultan  Murad  Mərəş  və 



Əlbostan  hakimi  olan  Əlaüddövlə  Zülqədərin  yanına  getmiş, 

Əlaüddövlə  onu  öz  damadı  etmiş,  o  isə  zülqədər  və  Mosul 

türkmanlarından, habelə o ətrafdakı başqa adamlardan ibarət ləşkər 

hazırlayaraq,  Diyarbəkr  vilayəti  və  ətrafdakı  qalaların  zəbti  ilə 

məşğul olmuş, həmin vilayətdə istibdad və istiqlaldan dəm vurmağa 

başlamışdı.  Süleyman  şanlı  xaqanın  məğrur  qeyrəti  belə  tələb  etdi 

ki,  həmin  səmtə  bayraq  qaldırsın  və  öz  hümayun  ürəyini  həmin 

mülkün  o  fitnəkar  adamları  sarıdan  arxayınlaşdırsın.  Məmləkət 

ləşkərlərinin çağırılması üçün iti sürətli qorçilər*  göndərildi. Onlar 

doqquz  yüz  on  üçüncü  ildə  (miladi  1507)  fəth  ayəli  bayraqlarını 

Azərbaycana  tərəf  qaldırdılar.  Elə  ki,  ordu  öz  kölgəsini  o  diyarın 

üstünə  saldı,  Əlaüddövlə  qızılbaşların  yaxınlaşmalarından  xəbər 

tutdu,  özünün  döyüşkən  ləşkəri  ilə  Əlbostana  tərəf  gedərək  Kuhi-

Dumabad (?) adı ilə tanınan uca bir qalaya sığındı, cəngə hazırlaşıb 

gözləməyə  başladı.  "Həbibüs-siyər"  və  "Fətuhate-Yəməni" 

kitablarının  məlumatlarına  görə,  Süleyman  şanlı  xaqanın  hümayun 

fallı ordusu Əlbostana tərəf hərəkətə gəldi. Tərəflər qarşılaşanda hər 

iki tərəf səf bəzəməyə başladı. Hərb atəşi elə şölələndi ki, qılınc və 

oxların  parıltısından  göydə  ülkər  ulduzunun  (pərvin)  quyruğu  od 

tutub  yanır,  Əlbostan  torpağı  öldürülən  adamların  qanından 

Bədəxşan  ləli  kimi  qızarırdı.  O  qorxulu  mərəkədə  zülqədər  tayfası 

öz səbat ayağını yerə möhkəm basaraq, hərbin birinci günü sübhdən 



90 

 

axşamadək vuruşdu. Hər iki tərəf arasına zülmət pərdəsi çökən vaxt 



döyüşçülərin hər iki hissəsi öz aramgahlarına qayıdıb, sübhədək ön 

(təlaye)  və  arxa  qoşun  dəstələrinin  hazırlığı  ilə  məşğul  oldular. 

Üçüncü  gün  Süleyman  şanlı  xaqan  özünün  bənzərsiz  bədəninə 

zirehli  libas  geyinib,  qızılbaş  ləşkərinin  dilavərlərinə  düşmənlə 

döyüşməkdən  ötrü  ürək-dirək  verərək,  meydana  qədəm  atdı  və 

döyüşə  başladı.  Qarşı  tərəfdən  də  çaş-baş  qalmış  zülqədərlilər  şah 

ordusunun  müqabilinə  çıxarıldı.  Oluqca  qızğın  hərb  başlandı. 

Vəziyyətlərində  acizlik  və  süqut  halını  müşahidə  edən  zülqədər 

düşmənləri fərar etmək qərarına gəldilər, fəth və qələbə nəsimləri isə 

qızılbaşların  fələyə  ucalan  bayraqlarını  dalğalandırdı,  onlar  o 

tayfanın  kələyini  kəsdilər.  Zülqədərlərin  əlinə  keçən  Diyarbəkr 

qalası qəhr və qələbə ilə alındı və o vilayət həmin il Xanməhəmməd 

Ustaclıya verildi. 

O vaxtlarda Gülabi bəy Mosullu Türkmanın oğlu Əmir bəy 

Mosul  Diyarbəkrindən  aləmpənah  dərgaha  gəlib  iltifata  yetişdi. 

Süleyman şanlı xaqan o vilayətin işlərini tənzimləyərək geri qayıtdı. 

Amma  "Əhsənüt-təvarix"in  müəllifi  Həsən  bəy  Süleyman  şanlı 

xaqanla  onların  arasında  hərbin  olmadığını  yazmışsa  da,  o  zaman 

sağ olan  "Həbibüs-siyər"in  müəllifi buna etiraz etmişdir. Buna görə 

də bu həqir zərrə (yəni İsgəndər bəy - Ş.F.) hər iki fikri [öz əsərində] 

bəyana gətirdi: Allah bilən məsləhətdir

102


Xülasə, 


bu 

hadisənin 

baş 

verməsindən 



sonra 

Xanməhəmməd Diyardəkrə gəldi. Həmid şəhərində olan Çülabi bəy 

Mosullunun  oğlu  Qayıtmaz  bəy  [ona  qarşı]  müxalifətə  başlayaraq 

qalanı bağladı və onun şəhərə girməsinə mane oldu, Xanməhəmməd 

isə  məcbur  olaraq  səhrada  dayandı.  O  yerlərin  kürdləri  qızılbaş 

ordusuna qarşı çox əluzunluq etdilər, buna görə də Xanməhəmməd 

onların  üzərinə  yollandı  və  aralarında  güclü  hərb  baş  verdi. 

Kürdlərdən yeddi min nəfər qətl olundu və Xanməhəmməd kürdlərlə 

döyüşdən  qalib  çıxaraq  geri  qayıtdı.  Qayıtmaz  bəyin  də  ona 

müqavimət  etmək  tabı  yox  idi,  [buna  görə  də,]  o,  Əlaüddövlə 

Zülqədərin yanına bir adam yollayaraq, ondan kömək xahiş etdi, söz 

verdi ki, şəhəri alıb ona verəcək. [Bir az əvvəl] böyük məğlubiyyətə 

uğrayan  Əlaüddövlə  Həmid  şəhərinə  sahiblənmək  həvəsi  ilə 

                                                           

102

 İfadənin ərəbcəsi: "Əl-ilmu ində-l-lahi" (Hərfi tərcüməsi: "Elm Allaha məxsusdur" 



- Ş.F.) 

 


91 

 

Qayıtmaz bəyin xahişini qəbul etdi, elə həmin qış yenidən döyüşkən 



bir ləşkər toplayıb onları "Sarı Qaplan" kimi tanınan oğlu Qasım bəy 

və  Ərdəvanə  bəylə  Xanməhəmmədin  üstünə  Diyarbəkrə  yolladı. 

Qoşununun  azlığına  baxmayaraq  Xanməhəmməd  Ustaclı  zavalsız 

şah  iqbalına  güvənib,  ustaclı  tayfasıyla  birlikdə  o  ulduz  saylı 

döyüşçülərin önündə qətl səfi bəzədi, yenilməz dövlətin iqbal gücü 

sayəsində  döyüşdən  qalib  çıxdı.  Öz  şücaəti  və  dilavərliyinə  görə 

Əlaüddövlənin  başqa  övladlarından  seçilən  Sarı  Qaplan  və  qardaşı 

Ərdəvanə  bəy  çoxlu  adamla  ələ  keçirilib  qətlə  yetirildilər, 

Xanməhəmməd  isə  zəfər  qazanaraq,  əzəmətlə  Qayıtmaz  bəy 

Türkmanın  üstünə  yollandı.  O,  şəhərin  darvazalarını  bağlayaraq, 

qaladarlıq  məqamında  dayandısa  da,  bir  iş  görə  bilmədi.  Həmid 

şəhərinin  əhalisi  ondan  dönüb,  şəhərə  girmələrindən  ötrü  qazilərə 

yol  verdi,  Qayıtmaz  bəy  tutulub  qətl  edildi.  Diyarbəkr  hakimliyini 

ələ  gətirən  Xanməhəmmədin  şöhrət  və  həşəmət  xəbəri  o  ətrafa 

yayıldı. 

Oğlanlarının  başına  gələn  hadisədən  rahətliyini  itirən 

Əlaüddövlə  özünün  pərakəndə  hala  düşmüş  ləşkərlərini  bir  daha 

toplayaraq,  onları  oğlanları  Kor  Şahruxun  və  Əhməd  bəyin 

sərdarlıqları  altında  qardaşlarının  qanını  almaqdan  ötrü 

Xanməhəmmədin  üzərinə  göndərdi.  Xanməhəmməd  də  mərd-

mərdanə  müdafiə  olunmaq  məqsədi  ilə  şəhərdən  çıxdı,  zülqədər 

ləşkəri  ilə  döyüşə  başladı.  Onun  min  nəfər  adamı  vardı.  Deyilənə 

görə  səflərin  düzülüşündən  sonra  tazi  və  tula  itlər  Zülqədər 

qoşunundan  çıxaraq  ustaclı  itləri  ilə  davaya  başladılar. 

Xanməhəmməd  o  itlərinin  qapışmasına  baxıb  fal  açdı.  Təsadüfən 

ustaclıların  itləri  üstün  gəlib  zülqədərlərin  itlərini  qaçırtdılar.  Bu 

vəziyyəti  müşahidə edən Xanməhəmməd ürəklənərək qaziləri zəfər 

çalacaqları  xəbəri  ilə  müjdələdi.  Aralarında  güclü  döyüş  başlandı. 

Xanməhəmməd  bu  dəfə  də  hümayun  şahın  zavalsız  iqbal  gücü 

sayəsində  o  çoxsaylı  ləşkərə  qalib  gəldi.  Əlaüddövlənin  övladları 

Kor  Şahrux  və  Əhməd  bəy  əsir  alındılar,  onun  çoxlu  qohumu, 

təbəələri  və əmirləri həmin  mərəkədə öldürüldü. Baş vermiş qəribə 

hadisələrdən biri də budur:  Ustaclıların arasında döyüşə  gəlmiş bir 

kor  da  var  idi.  Yoldaşlarının  məzəmmətinə  qarşı  deyirdi:  "Allah-

təaladan  diləyirəm  ki,  nə  olaydı  dinpənah  şahın  iqbalı  o  koru 

(Əlaüddövlənin oğlu  Kor Şahruxu  - Ş.F.)  bu korun (yəni özünün  - 

Ş.F.)  əlinə  verəydi".  İlahidən  gələn  qəzavüqədər  sayəsində  Kor 

Şahrux  onun  əlində  giriftar  oldu,  düşmənlərin  yerdə  qalan 



92 

 

döyüşçüləri  isə  fərara  başladılar.  Bu  məğlubiyyətindən  sonra 



Əlaüddövlə  öz  fərzəndləri  və  qohumları  arasında  qara  keçədən 

(nəməd) libas geyinməyə başladı. Onun əmirləri də çiyinlərinə qara 

keçələr salaraq təziyə saxlamağa başladılar ki, [indiyə kimi] belə bir 

təziyə  mərasimi  heç  vaxt  olmamışdı.  Əlaüddövlə  tamah  dişini 

Diyarbəkrdən çəkərək, bihudə səylər etdisə də, onun dövləti özünə 

gələ 


bilmədi. 

Əlaüddövlənin 

ard-ardınca 

üz 


verən 

məğlubiyyətlərindən, həmçinin onun övlad, əmir  və döyüşçülərinin 

öldürülməyindən xəbərdar olan Rum padşahının ürəyində ona qarşı 

qədim  bir  kin  vardı.  O,  furəsti  qənimət  bilərək,  Əlaüddövlənin 

üzərinə  ləşkər  çəkdi  və  aralarında  hərb  başlandı,  rumilərlə  olan  o 

döyüş vaxtı Əlaüddövlə öldürüldü, onun dövləti süqut etdi. Zülqədər 

tayfasının  bir  hissəsi  xandgarın  (Rum  sultanı  - Ş.F.),  başqa  hissəsi 

ilə  Süleyman  şanlı  xaqanın  mülazimətinə  gəldi.  Bu  Əlaüddövlə 

Mərəş və Əlbostan vilayətinin və həşdad min zülqədər evinin sahibi 

idi. O silsilədən dörd nəfər həmin  vilayətdə hökmranlıq etmişdilər: 

Məlik Aslan, Nasirəddin  və Əlaüddövlə (üç nəfər olmalıdır - Ş.F.), 

amma  ata-babalarına  nisbətən  Əlaüddövlə  daha  çox  iqtidar  və 

istiqlala  yiyələnmiş  oldu.  O,  Rum  və  Misir  padşahları  ilə 

hiyləgərliklə davranmaqdaydı. Yanına Rum elçiləri gəldikdə, bütün 

mülazimlərinə  Misir  cəng  libasları  geyindirib  onlara  deyirdi:  "Bu 

libasları  mənə  Misir  padşahı  göndərmişdir.  O,  Rum  ləşkərini  dəf 

etməkdən  ötrü  mənə  belə  kömək  göstərməkdədir,  çünkü  mən 

xandgarın  dostluğuna  inanmıram".  Əlaüddövlə  Misir  padşahına  da 

bu  qayda  üzrə  sözlər  söyləyir,  onların  hər  ikisindən  faydalanırdı. 

Onun  həmişə  dediyi  bu  cümlələr  məşhurdur:  "Mənim  iki  qızıl 

quşum var ki, biri gümüş, o birisi isə qızıl yumurta doğur". Xülasə, 

zülqədərlərlə  cəng  gedən  vaxtlarda  Əlaüddövlənin  yanına  gedərək 

onun  damadı  olmuş  Sultan  Murad  rumilərin  əlinə  keçdi.  Sultan 

Səlim  ehtiram  edib  onu  bir  müddət  öz  yanında  saxladı.  Süleyman 

şanlı  xaqanın  üzərinə  hücuma  keçən  illərdə  Rum  padşahı,  Sultan 

Muradı  yanında  saxlamağı  məsləhət  bilmədi.  Buna  görə  də  o, 

rumilərdən ayrıldı, ətrafına yığılan bir dəstə adamla Sultan Qacarın 

kiçik  sarayı  (soraçe)  üzərinə  yürüş  etdi.  Səkkiz  yüz  nəfərlə  hərbə 

yollanan Sultan Murad onun səkkiz minlik ləşkərinə qalib gəlsə də, 

həmin mərəkədə öldürüldü. Əcə Sultan (?) onun başını və üzüyünü 

bir nişanə kimi aləmpənah dərgaha göndərdi və “Miş Sultan” adı ilə 

ləqəbləndirildi*.  Sultan  Muradın  qətli  ilə  ağqoyunlu  sultanlarının 

dövləti  süqut  etdi.  Bu  hadisənin  İraqi-Ərəbin  fəthindən  sonra  baş 


93 

 

verməsinə baxmayaraq, biz yeri düşdüyünə görə bu haqda məlumat 



verdik. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin