AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


HÜMAYUN MƏİYYƏTİN İRAQİ-ƏRƏBƏ YÜRÜŞÜNÜN



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə8/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   4   5   6   7   8   9   10   11   ...   96

HÜMAYUN MƏİYYƏTİN İRAQİ-ƏRƏBƏ YÜRÜŞÜNÜN 

ZİKRİ, O VİLAYƏTİN FƏTHİ VƏ BAŞ VERƏN  

[BAŞQA] HADİSƏLƏRİN BƏYANI 

 



vilayətin 

fəthi 


belə 

olmuşdur: 

İraqi-Ərəb 

məmləkətlərinin  əyanları  Sultan  Murad  əhvalatından  xəbər 

tutduqda, türkman  əmirlərindən  Barik adlı birisi o  mülkü zəbt etdi 

və onun mühafizəsinə başladı. Həmin vilayəti tutmaq fikri humayun 

şahın da işıqlı beyninə yol açdığı üçün, o, əvvəlcə Barik üçün zərlə 

işlənmiş tac, kəmər və xüsusi xələt göndərdi,* onu itaətə dəvət etdi. 

Barik  məsələnin  başlanğıcında  şah  xələtini  həvəslə  qəbul  edərək, 

türkman  papağını  başından  götürüb  şahın  tac  və  xələtini  özünə 

iftixar  bildi,  özü  də  bargah  adamlarından  ötrü  layiqli  peşkəşlər 

yolladı,  o  vilayət  idarəsinin  onun  ixtiyarında  saxlanılması  xahişini 

etdi. Amma hümayun şahın nəzəri onun göndərdiyi şeylərə qonmadı 

və  Barikə  məktubla  bildirdi:  "Mənim  ürəyimə  ali  müqəddəslərin 

ziyarətgahlarına  (ətəbat)  getmək  fikri  düşmüşdür  və  bu  işi  yerinə 

yetirməliyəm (fəsxe-an nəmişəvəd). Əgər sənin sözlərindən sədaqət 

qoxusu  gəlirsə,  yubanmadan  aləmpənah  dərgaha  gəl  və  əmirlər 

silkinə  daxil  ol,  əks  təqdirdə  bu  dərgaha  məkr  və  hiylə  yolu 

qapalıdır".  Barik  bir  neçə  gün  dövlətxahlıq  şüarını  öz  şüarı  etdi. 

Hümayun  yürüşün  o  səmtə  başlanacağı  aydınlaşanda  qaladarlaq 

ehtiyatı  və silah-sursat toplamağa başladı. Şahın gəlişinə maneçilik 

törətmə şeypurunu çalaraq, zərrin tacı başından atdı. Elə buna görə 

də  o  tərəfə  hümayun  yürüş  başlandı.  Şah,  Hüseyn  bəy  Lələni 

qoşunun münqəlayı** edib,  irəli yolladı.  Hüseyn bəy Bağdadın iki 

mənzillik*** məsafəsinə çatdıqda Barik qorxuya düşdü. O vilayətin 

əksər  əyanı  şah  bargahının  adamlarına  itaətə  meyilləndi,  Barik  isə 

özündə qarşılaşma (moqabele) və qaladarlıq qüdrəti görməyərək, bir 

gecə  gizlicə  Dəcləni  keçdi,  Sultan  Muradla  birlikdə  yorğun  halda 

(təəb) Hələbə qaçdı, onlar da oradan çıxıb, yuxarıda yazıldığı kimi, 

zülqədərlərə qoşuldular. Ertəsi gün şəhərin əhalisi və əyanları Nəcəf 

seyidlərindən  olan  və  o  vilayətin  ixtiyar  sahibinə  çevrilən,  amma 

Barik tərəfindən yüksək şah dövlətinin tərəfdarı kimi quyuya salınan 

Seyid  bəy  Kəmunəni  quyudan  çıxarıb  şahsevənlik  şüarı****  elan 

etdilər. Seyid Məhəmməd Kəmunə cümə günü came məscidə gedib, 



94 

 

hümayun şahın adına isnaəşəri xütbəsi oxudu. O. Hüseyn bəy Lələni 



qarşılayaraq,  onu  Mirzə  Pirbudaq  bağına*  gətirdi.  Hüseyn  bəy 

Bağdadın fəthinin şah dərğahı sayəsində mümkün olduğunu ərz etdi. 

Əzəmətli  ordu  ov  edə-edə  tələsmədən  gedib  zəfər  və  kamranlıqla 

darüssəlama  (Bağdada  - Ş.F.)  çatdı. Əhali şadlıqlarını izhar edərək 

onları  istiqbal  etdi,  dua  mərasiminə  başladı.  Süleyman  şanlı  xaqan 

darüssəlamın fəth olunması münasibəti ilə o mülkə şükürlər diləyib 

doqquz yüz on dördüncü il cəmadüs-sani ayının iyirmisində (miladi 

1508,  16  oktyabr)  darüssəlama  təşrif  gətirdi,    Seyid  Məhəmməd 

şahın  izzət  və  ehtiramı  ilə  şərəfləndi  və  iftixar  etdi,  o  vilayətin 

idarəçiliyi  Xadim  bəyə  verildi,  şah  onu  orada  "əbülmənsur"  və 

"xəlifətül-xüləfa"  adları  ilə  ləqəbləndirdi.  Şah  oradan  çıxaraq  öz 

ehtiyat  və  sədaqət  üzünü  pak  Kərbəla  torpağına  tərəf  tutdu,  Əbi 

Əbdullah əl-Hüseynin və Kərbəla çölü şəhidlərinin nurlu qəbirlərini 

ziyarət  etməklə  müşərrəf  oldu,  behişt  ehtiramlı  o  rövzənin 

gözəlləşməsinə  və  mücavirlərə  ənamlar  verilməsinə  böyük  diqqət 

göstərdi.  Oradan  çıxaraq  pak,  nurlu  vəlayətpənah  (İmam  Əlinin  - 

Ş.F.)  yəni  "o  pak  nurun,  Allah  vəlisinin"

103


  cənnət  mənzilli  təvaf* 

ehramını***  geyindi,  Hillədən  Nəcəfi-Əşrəfə  getdi,  bu  böyük 

səadətə  yetişib  xoşbəxt  (fayez)  oldu,  səxavət  əlini  oranın 

xidmətçilərinə  ehsan  vermək  üçün  açdı.  O,  Nəcəfi-Əşrəfin  vəqf 

qəyyumluğunu  (tovliyət)  İraqi-Ərəbin  bəzi  mahalları  ilə  birlikdə 

Seyid  Məhəmməd  Kəmunəyə  verdi  və  [Kəmunə]  həmin  işlərlə 

məşğul  olmağa  başladı.  [Şah]  darüssəlama  qayıdaraq,  ali  nejadlı 

imamlar olan Əbi İbrahim Musa əl-Kazimin və Məhəmməd Təqi əl-

Cavadın  məzarlarının  ziyarəti  ilə  müşərrəf  oldu.  Oradan  Samirəyə 

gedərək  həmin  şərafətli  məkanda  dua,  ziyarət,  ənam  və  ehsan 

rəsmlərini icra etdi. 

İraqi-Ərəb  məsələlərini  nizamladıqdan  və  mübarək 

ocaqlara  zəruri  diqqətini  yetirdikdən  sonra  [şah]  Xuzistan  fəthinə 

bayraq  qaldırıb,  o  tərəfə  rəvan  oldu.  Xuzistan  hüdudunda  Hüseyn 

bəy  Lələ  və  Bayram  bəy  Qaramanlını  qələbə  nişanlı  əsgərdən  on 

min  nəfərlə  birlikdə  Luristan  hakimi  Məlik  Rüstəmin  üstünə 

göndərdi,  humayun  ordu  isə  Həvizəyə  tərəf  hərəkət  etdi.  Həmin 

vilayətdə  yaşayan  müşəşə  ərəbləri*  o  vaxtlarda  azğınlıq  (zəlalət) 

yoluna  düşərək,  şahi-vilayət  pənahın  (Həzrət  Əlinin  -  Ş.F)  Allah 

                                                           

103

 İfadənin ərəbcəsi: "Mutəhhiru ənvarin ınnəmə vəliyəkum Allahu" 



 

95 

 

məqamında  olduğunu  (Üluhiyyət)  iddia  edirdilər.  Qəribə 



hadisələrdən  biri  də  budur:  Xalq  arasında  söylənildiyinə  görə, 

müşəşələr  öz  ibadətlərini  icra  etdikləri  zaman  onlara  bıçaq,  ya 

şəmşir  zərbəsi  təsir  etmirdi.  Onlar  şəmşirin  ucunu  öz  qarınlarına 

dirəyərək  "əliyullahlıq"  yəni  "Əli  Allahdır"  və  başqa  batil  sözlər 

söyləyirlər və bu vaxt şəmşir kaman kimi əyilir, amma bədənlərinə 

zərər  dəymirdi.  Həmin  tayfa  hakimi  həmişə  seyidlər  arasından 

seçilirdi. Qızılbaşlar oraya göndərildikləri vaxtda isə Sultan Fəyyaz 

ibn Sultan Möhsün onların hakimi  və öz atasının qayimməqamı idi. 

O tayfa üçün şəriət ehkimlarının icrası qadağandı  və onlar azğınlıq 

yoluna daha çox düşmüşdülər, Fəyyazın üluhiyyətini etiraf edirdilər. 

Cah-cəlallı  ordu  Həvizəyə  yaxınlaşanda,  "Həbibüs-siyər" 

əsəri  müəllifinin  sözünə  görə,  Fəyyaz  müşəşə  təbəqəsi  ilə  iqbal 

qoşununun  müqabilində  səf  bəzəyərək  döyüşə  hazır  oldu.  Həvizə 

kənarında  böyük  hərb  başlandı,  Həvizə  torpağı  müşəşəçilərin  axan 

qanlarından  ləl  rənginə  döndü,  bəd  niyyətli  (sekal)  Fəyyaz  o 

azğınların çoxu ilə birlikdə amalları zəfər olan qazilərin iti qılıncları 

vasitəsilə ədəm yoluna tələsdi: 

 

Nəzm 



 

Qanı müşəşənin o təhər axdı,  

Sanki yer üstünə lalələr çıxdı.  

O qədər töküldü qan o başlardan,  

Fələk qurşağacan oldu qızıl qan.  

Üst-üstə qalandı elə çox ölü,  

O çölə bağlandı küləyin yolu.

104


 

 

 Luristana  getmiş  olan  əzəmətli  əmirlər  əhd-peymanla 



onların  yanına  gələn  Məlik  Rüstəmi  özləri  ilə  ali  saraya  gətirdilər. 

Məlik  əmirlərlə  qarşılaşandan  sonra  fərar  etmiş,  yolları  olduqca 

keçilməz  olan  dağlara  pənah  aparmış,  Bəhram  intiqamlı  əsgərlər 

                                                           

104

 Nəzmin farscası belədir: 



Ze xune-moşəşe dər an sadə dəşt  

To gofti zəmin-o zəman lale gəşt.  

Ze bəs xun dər an sərzəmin kəlle bəst 

Fələk ta kəmərgah dər xun neşəst.  

Ze bəs koşte bər ruy həm uftad,  

Dər an badiye bəste şod rahe-bad. 



96 

 

dağın  ətrafını  əhatəyə  almış,  onun  işi  çıxılmaz  olmuş  və  o  aman 



diləyi,  əhdü  peymanla  əmirlərin  yanına  gəlmişdi.  Məlik  Rüstəm 

sarayda lur dilində şirin sözlər danışaraq şahın iltifat nəzərinə layiq 

oldu. Onun uzun saqqalı vardı. Süleyman şanlı xaqan onun saqqalını 

dürr  və  ləllərlə  bəzədi  və  o,  bir  müddət  hümayun  orduda  qaldı. 

[Sonra]  Luristanın  hakimliyi  ona  verildi  və  məqsədinə  yetərək,  öz 

diyarına rəvan oldu. 

Xülasə,  müşəşəyə  qalib  gəldikdən  sonra  [şah]  Həvizə 

hakimliyini əzəmətli əmirlərin birinə  verib Şüştər  və Disfula  getdi. 

Oranın  hakimi  itaət  yolunu  tutaraq  ali  saraya  gəldi,  şəhərin  və 

qalanın açarlarını təhvil verdi, həmin  məmləkətlər Səlasil qalası ilə 

birgə dərya ürəkli şəhriyarın əlinə keçdi. Süleyman şanlı xaqan başı 

fələyə  dəyən  o  qalanı  etibarlı  adamların  birinə  verib  öz  zəfər 

bayrağını  Fars  vilayətinə  doğru  qaldırdı,  şikar  edə-edə  Şiraz 

darülmülkünə  yetişib,  həmin  darülmülkdə  kamranlıq  və 

rəiyyətpərvərlik  taxtına  qədəm  basdı.  Lar  və  Hörmüz  valilərinin 

elçiləri  xilafət  ehtişamlı  saraya  gələrək,  layiqli  peşkəşlər  təqdim 

etdilər, o məmləkətlərdə xütbəni və sikkəni hümayin şəhriyarın adı 

və  soyadı  ilə  bəzədilər.  Şah  qış  fəslini  cah-cəlal  ilə  (fərr)  Şirazda, 

baharı  isə  Həmədanda  keçirdi,  bir  neçə  vaxt  da  Əlvənd  dağında 

istirahət  etdi,  oradan  yola  düşdü  və  Təbriz  darüssəltənəsi  İran 

hökmdarının  şərafətli  qədəmi  ilə  ətirləndi.  Şirvan  tərəfdən 

Şeyxşahın  yenidən  o  vilayətə  sərvərlik  bayrağı  qaldırması  və 

(ödəyəcək)  bac-xəracı  ləngitməsi  xəbəri  gəldi.  Şahın  qiyamət 

zəbanəli  (qiyamətləhəb)  qəzəb  atəşi  şölələndi,  qışın  oğlan  çağı  və 

soyuğun şiddətli vaxtı yürüş cilovunu Şirvan istiqamətinə yönəltdi, 

Cavadda  körpü  (cəsr)  asıb,  oradan  sağ-salamat  keçdi.  Şiravanşah 

ona  müqavinıət  edə  bilməyərək,  Biğord  qalasına  tərəf  qaçdı,  cəlal 

ordusu zəfər və iqballa Şirvana daxil oldu. [Şah] o vilayəti Lələ bəyə 

verdi  və  gəlib  Şamaxıda  dayandı.  Bakı  (Badkubə)  və  Şabranın 

qoruyucuları  itaətə  gəlib  qapı  açarlarını  təhvil  verdilər.  Qalalarının 

möhkəmliyinə  və  qala  ətəyinin  yüksəkliyinə  (xakrız)  güvənən 

Dərbənd  əhalisi  bir  neçə  gün  əl-ayaq  atdılar,  sonra  əllərini  aman 

ətəyinə  uzadaraq  [şaha]  itaət  mərasimi  təqdim  etdilər.  Süleyman 

şanlı  xaqan  həmin  qış  fəslində  Şirvandan  çıxaraq  Qarabağa  təşrif 

gətirdi, baharın əvvəlində Sultaniyyəyə tərəf hərəkət etdi, Xorasana 

yürüş tiçün yaraq-yasaq hazırlığına başladı. 

 

 


97 

 

XORASAN FƏTHİ DASTANININ BAŞLANMASl 

 

Rəvayətlər  gülşəninin  bülbül  nəvalı  adamları  və  hekayət 



əncuməninin  yeni  xəbərlər    (əxbare-bədaye)  yazan    dastançıları  

Süleyman    şanlı  xaqanın  atəşlər  yağdıran  qılıncının  parıltısı    ilə 

müyəssər olan Xorasan fəthini aşağıdakı kimi bəyan etmişlar: Elə ki, 

ölkələr  alan  xosrovun  şimşək  gurultulu  nağarasının  təntənəli  avazı 

bütün dünyada (ərseye-cəhan) səsləndi, cahan sultanları o şəhriyarın 

cahangirlik  qorxusundan  çıxmaqdan  ötrü,  o  həzrətə  xələtlər 

gətirməyə  və  onunla  yekdil  (vəfaq)    olmağa  başladılar.  Onlar 

müvafiqət və sədaqət yoluyla töhfə və hədiyyələr göndərir, məktub 

və  elçilər  yollayırdılar.  Xorasan,  Şahican  Mərvi,  Xarəzm, 

Təxarıstan,  Zabilistan,  Qəndəhardan  tutmuş  Kabul  və  Bədəxşan 

hüdudunadək hökmran olan, müzəffər hakimiyyəti uzun illər davam 

edən və çoxlu oğlu və nəvələri olan xaqan Əbülqazi Sultan Hüseyn 

Mirzə  Bayqara  əqlinin  və  uzaqgörənliyinin  dəlaləti  ilə  həzrətlə 

sədaqət  və  dostluq  məqamında  durur,  ona  həmişə  məhəbbət  izhar 

edirdi. Süleyman şanlı xaqan da o, uca  məqamlı padşahla oğul-ata 

davranışında  olub,  teymuriyyə  sülaləsinə  və  aralarındakı  sabiq 

əlaqələrə  ehtiramla  yanaşırdı.  Buna  görə  də,  o,  öz  fatehliyinin 

əvvəllərində  müzəffər  şahın  zəbtindəki  məmləkətlərə  hücum 

etmirdi, aralarındakı məktublaşma və gediş-gəliş qapıları daim açıq 

olurdu.  "Həbibüs-siyər"də  yazıldığına  görə,  o  alicah  padşahın 

vəfatından  sonra  fərzəndlərinin  bir-biriləri  ilə  nifaqından,  xüsusilə 

onlardan  iki-üç  nəfərin  -  Bədiüzzaman  Mirzənin,  Müzəffər  Hüseyn 

Mirzənin  və  Köpək  Mirzənin  istiqlal  iddiasından  həmin  sülalə 

arasına  çaxnaşma  düşdü.  Şeybanilər  nəslindən  olan  Mavərənnəhr 

valisi  Sultan  Əhməd  Mirzə  ibn  Sultan  Əbu  Səid  Gurəkanın 

hakimiyyəti  dövründə  nökərlikdən  sultanlığa  qədər  ucalmış 

Məhəmməd  xan  Şeybani  ibn  Budaq  Sultan  ibn  Əbülxeyr  xan  ibn 

Dövlət  Seyxoylu  ibn Cuci  ibn  Çingiz  xan  Özbək  o  məmləkətlərdə 

fərman  sahibi  olan  padşah  oldu.  O,  vəziyyəti  və  teymuri* 

şahzadələri arasındakı ayrı-seçkiliyi eşidib, Xorasan mülkünə tamah 

saldı  və  müzəffər  xaqanın  (Sultan  Hüseyn  Bayqaranın  -Ş.F.) 

övladlarını  aradan  götürmək  fikrinə  düşdü.  Doqquz  yüz  on  altıncı 

ildə  (miladi  1507)  Xorasana  ləşkər  çəkərək  həmin  tədbirsiz 

şahzadələrlə  döyüşlər  keçirdi,  onlara  qalib  gəldi  və  onların  həyat 

iplərini  kəsməyə  başladı.  Xülasə,  tarix  kitablarında  yazıldığı  kimi, 

Bayqara  dudmanından  dud  (tüstü)  çıxardı  və  onların  məmləkətləri 



98 

 

özbəklərin  zəbt  və  işğalı  altına  keçdi.  Əhali  arasında  "Şahi  bəy" 



kimi  tanınan  Məhəmməd  xan  Şeybani  Türküstan  qəzalarından 

başlayaraq İraqa qədər olan yerləri fəth etdi, onun əzəmət və iqtidar 

bayrağı zirvəyə (oyuq) ucaldı, qürur buxarı beyin qəsrini elə bürüdü 

ki, o, heç bir şövkətli ixtiyar sahibini saya salmadı  və fələyə ucalan 

şah  sarayının  xidmətkarları  ilə  xilaf  məqamına  gəldi.  Ölkolər  alan 

ordunun  ikinci  dəfə  Şirvana  tərəf  yürüşü  vaxtı  özünün  bir  dəstə 

əsgərini biyaban yolu ilə Kirman üzərinə yolladı və həmin vilayətdə 

onlar cürbəcür dağıntılar, qətl-qarət işləri törətdilər. Süleyman şanlı 

xaqan  buna  görə  də,  dövranın  bacarıqlı  (mostəed)  məşhurlarından 

Şeyxzadə Lahıcının başçılığı ilə özünün dilli-dilavər elçilərini iki-üç 

dəfə  onun  yanına  göndərdi,  onu  fitnəkarlığı  və  savaşı  tərk  etməyə 

çağırdı.  O,  isə  bəxtinin  dönüklüyündən  [şaha]  cavab  məktubunda 

xoşa gəlməz  mənasız (gəzaf) laf sözlər  yazıb fikrini belə izah etdi: 

"İslamın  Həccini  ürəyə  salmaq  fikri  o  qədər  də  nüfuzlu  (rosux) 

deyildir.  De  görək  harada  qarşılaşacağıq?".  Süleyman  şanlı  xaqan 

onun  məktubunun  cavabında  belə  yazdı:  "İmam  əl-cin  və  -l-ünsün 

("cinlər  və  adamlar  imamının",  yəni  İmam  Rzanın  -  Ş.F.)  nurlu 

qəbrini  ziyarət  etmək  fikri  bizim  qəlbimizdə  özünə  möhkəm  yer 

tutmuşdur.  Allah  qoysa,  görüş  yerimiz  müqəddəs  Məşhəddə 

olacaqdır". Doqquz  yüz on altıncı ildə (miladi 1510) şah Xərrəqan 

yaylağında  qalibiyyət  nişanlı  əsgərlərin  toplanması  barədə  əmr 

verdi,  güclü  niyyət  və  geniş  (fəsih)  istəklə  Xorasana  yürüş  etdi, 

Semnandan  keçərək,  Xorasan  vilayətinə  igidliklə  qədəm  basdı. 

Xorasan vilayətindəki özbək hakimləri duruş gətirməyib hər biri öz 

dövlətinin  mərkəzini  boş  qoyaraq  Heratda  yığışdı.  Həzarə* 

yürüşündən  qayıdıb,  Heratda  olan  Şahi  bəy  xan  Süleyman  şanlı 

xaqanın  cürət  və  qorxmazlığından  və  onun  qorxu  bilmədən 

Xorasana  gəlməyindən  bərk  qorxuya  düşüb,  fikir-xəyal  dəryasına 

qərq oldu. Süleyman şanlı xaqanın qorxusu onun qəlbində günbəgün 

çoxalmaqda  idi.  Zəfər  ayəli  ordunun  müqəddəs  Məşhəd  hüduduna 

gəlib-çatma  xəbərini  eşidən  [Məhəmməd  xan  Şeybani]  özündə  o 

həzrətlə  heç  bir  qarşılaşma  qərarı  tapa  bilmədi,  qohumu  olan 

Canvəfa Mirzəni Herat qalasında qoyub, özü Şahican Mərvinə tərəf 

hərəkət  etdi. Canvəfa Mirzə də  müqavimətə tab  gətirə bilməyərək, 

onun  ardınca  Mərvə  yollandı.  Süleyman  şanlı  xaqan  şadimanlıqla, 

asudə  ürəklə  və  xatircəmliklə  müqəddəs  Məşhədə    gəlib,    yeri  

mələk  aşiyanlı  Xorasan  sultanının (İmam Rzanın - Ş.F.) ziyarətinə 

getdi, dua etmə  mərasimini keçirdi, Kəbə  mərtəbəsi misalında olan 



99 

 

həmin məzar yerinin (ətəbə) seyid və mücavirlərini nəvazişlərə layiq 



gördü, o vəlilik və imamət sarayının sultanının müqəddəs ruhundan 

kömək  istəyib  Şahi  bəy  xanın  təqibincə  Mərvə  yollandı.  Müzəffər 

ləşkərinin  münqəlayındakı  (ordunun  ön  hissəsi  -  Ş.F.)  əzəmətli 

qazilər  elə  ki,  Mərvin  cəng  meydanına  çatdılar,  Canvəfa  Mirzə 

çoxlu ad-sanlı Özbək bahadırları ilə birlikdə onların qarşısına çıxdı, 

Mərvin  Tahirabad  adlı  yerində  aralarında  çətin  müharibə  başlandı. 

Qızılbaş  ləşkərinin  sərdarı  Danə  Məhəmmədin  o  hərb  zamanı 

öldürülməyinə  baxmayaraq,  Canvəfa  Mirzə  böyük  məğlubiyyətə 

uğradı, fərar etdi. Qızılbaş ləşkəri qala ayağınadək özbəkləri qovub, 

onların böyük hissəsini həlak etdi. Bu hadisə baş verən  vaxt xaqan 

özünün  hümayun  fallı  çadırım  Mərvin  kənarında  tərk  edərək  gəldi 

və  öz  bargahını  qalanın  qarşısında  qurdu.  Şahi  bəy  xan  bu 

məsələdən  bərk  qorxuya  düşüb,  Mərv  qalasına  sığındı,  şəhər  və 

qalanın 


mühafizəsini 

gücləndirdi, 

Mavərənnəhrə 

adamlar 


göndərərək,  özbək  tayfa  sultanlarının  çağırılması  haqqında  fərman 

verdi.  Tərəflər  arasında  hər  gün  döyüşlər  gedir,  hər  iki  tərəfdən 

adamlar  qırılırdı.  Bu  minvalla  bir  neçə  gün  ötsə  də,    fəth  

görsənmədi.    Dost-düşmənlə  üzbəüz    döyüşməyi  qala  ayağında 

dayanıb  döyüşməkdən  üstün  bilən  Süleyman  şanlı  xaqan  istədi  ki, 

Şahi  bəy  xanı  şirdən  qaçıb  deşiyə  girən  tülkü  kimi  oradan  eşiyə 

çıxarsın.  Buna  görə  də  köçmə  təbilini  çalaraq  qala  ayağından 

çəkildi, Məhəmməd xana bir  məktub  göndərdi:  "Sən  mənimlə  İraq 

və  Azərbaycanda  döyüşməyi  vəd  etsən  də,  sözünə  əməl  etmədin. 

Biz  isə  öz  vədimizə  sadiq  qalıb,  Xorasana  gəldik.  Sən  orada  da 

bizim  qarşımıza  çıxmadın.  Hazırda  Azərbaycanda  baş  verən  bəzi 

hadisələr səbəbindən geri qayıtmağımız vacib olmuşdur ki, biz buna 

görə  buradan  gedirik.  Siz  haçan  döyüşə  hazır  olsanız  və  Allah 

istərsə,  bizim  görüşümüz  baş  tuta  bilər".  Şahi  bəy  xan  Süleyman 

şanlı xaqanın geriyə qayıdışını acizlik əlaməti kimi düşündü, istədi 

ki,  fərar  edib  qalaya  sığınmaqla  özünü  bir  müddət  qızılbaş 

qoşununun hücumundan xilas edə bilmək arından təmizləsin. Buna 

görə  də  o  vaxt  yanında  olan  otuz  min  nəfər  özbək  döyüşçüləri, 

məşhur  əmirləri  və  sərdarları  ilə  şəhərdən  çıxdı.  Verilən  fərmana 

görə üç yüz nəfərlə ləşkərin arxasında olan Əmir xan Mosullu özbək 

döyüşçülərinin  qaladan  çıxdıqlarını  müşahidə  edib,  hümayun 

xaqanın  işarəsi  ilə  fərar  etdi  və  gəlib  müzəffər  orduya  qoşuldu. 

Məhəmməd  xan  [Şeybani]  fərarı  qızılbaş  ləşkərinin  zəifliyi  kimi 

anlayıb  onları  izləməyə  ürəkləndi.  Xanın  hücumundan  xəbər  tutan 



100 

 

Süleyman şanlı xaqan onun şəhərin üç  fərsəxliyindən axan çaydan 



keçməsini  bir  qədər  gözlədi,  sonra  bir  neçə  nəfəri  o  körpünü 

dağıtmağa  göndərdi,  ordusundakı  on  yeddi  min  nəfərlə  Mərvin 

Mahmudabad  adlı  yerində  özbək  döyüşçülərinin  müqabilində  səf 

bəzədi. Şahi bəy xan naçar qalaraq  müharibə etmək fikri ilə döyüş 

meydanına  üz  tutdu.  Özbək  bahadurları  və  qızılbaş  igidləri  bir-

birilərinə qarışdılar. Elə bir hərb başlandı ki, qanlar tökən Bəhramın 

ürəyi o mərəkədə öldürülən adamların halına yandı. 

 

Nəzm 



 

O cahan şahının yar oldu baxtı,  

Yıxıldı torpağa özbək bayrağı.  

Tökülən qanlardan qızardı çəmən,  

Fələk fəth ayəsi oxudu həmən.

105


 

 

Can Vəfa Mirzə, Qənbər bəy və əksər özbək əmirləri həmin 



meydanda  öldürüldü,  Şahibəy  xan  isə  məğlubiyyətə  uğramış  bir 

dəstə özbəklə çaşqın halda fərar  atlarını qurtuluş yolu olmayan bir 

sahəyə  sürdülər,  bataqlıqda  (siyəhabi)  bir-birinin  üstünə  çıxıb  yüz 

ah-fəryadla  can  verməyə  başladılar.  "Adı  Bahadır"  kimi  tanınan  və 

bozculu  qazilərindən  olan  Əzizağa  adlı  bir  döyüşçü  Şahi  bəy  xanı 

bir neçə  meyidin altından çıxardı, qüruru üzündən heç bir sərvərin 

başını taca layiq bilməyən Şahi bəy xanın başını bədənindən ayırdı, 

kəlləni üzərində əjdaha rəsmi çəkilmiş bayrağın kölgəsində dayanan 

[şahın]  dünyagəzən  atının  (səmənd)  ayağı  altına  tulladı.  Süleyman 

şanlı  xaqan  ilahiyə  şükür  edib,  onun  əzalarının  hər  bir  üzvünü  bir 

vilayətə  yolladı,  başının  dərisini  soyub  samanla  doldurdu  və  onu 

Rum  padşahı  Sultan  Bayazid  ibn  Sultan  Məhəmməd  Qaziyə 

göndərdi.  "Əhsənüt-təvarix"  müəllifinin  sözünə  görə  [xanın] 

kəlləsini  qızıla  tutdu  və  həmin  kəllə  nişat  məclislərində  uzun  illər 

əldən-ələ gəzdi. Bu beyt Şahi bəy xanın halına münasibdir: 

 

                                                           



105

 Nəzmin farscası: 

Be niruye-eqbale-sahe-cəhan  

Negunsar şod rayəte - özbəkan  

Ze xune-yəlan gəşt golgun zəmin,  

Fələk xand ayate-fəthe-mobin 

 


101 

 

Beyt 



 

Eylədi viran fələk əllərdə sərgərdan məni

Badə etdi kəlləmi zar eyləyib dövran məni

106


 

 

Xacə  Kəmaləddin  Mahmud  Şahi  bəy  xanın  vəzirinin 



məşhur sağərçisi* idi və buraya Mərv qalasından gəlmişdi. Şəhriyar 

(Şah İsmayıl  - Ş.F.)  həmin qızıla tutulmuş kasanı işrət  qədəhi kimi 

əlinə götürüb mey içirdi, xacə isə əsir tutulmuş [özbəklərlə] o iqbal 

asimanı  günəşinin  (Şah  İsmayılın  -Ş.F.)  qarşısında  dayanmışdı. 

Süleyman şanlı xaqan ona xitab edərək buyurdu: "Xacə, sən bu kəllə 

kasasını  tanıyırsanmı?  Bu  sənin  padşahının  başıdır".  [Xacə]  dedi: 

"Sübhanallah! O necə də çoxlu dövlət sahibi olmuşdur! Onun sərvəti 

hələ  də  qalmaqdadır  və  sən  kimi  bir  iqbal  sahibinin  əlindədir  və 

ondan dəmadəm nişat meyi içməkdəsən". Onun bu incə sözləri şahın 

xoşuna gəldi, xacəni iltifata layiq  gördü, onu Xorasana  vəzir təyin 

etməklə şərəfləndirdi.  

 

Mazandaran padşahı Ağa Rüstəmin ölümü: 



 

Mazandaran        vilayətini        saxtakarlıqla  istila  etmiş  Ağa 

Rüstəm  Ruzəfzun  adlı  bir  adam  da  şahın  mülazimlərinə  qarşı 

çıxaraq  həmişə  deyərdi:  "Mənim  əlim  Şahibəy  xanın  ətəyindədir". 

Elə  bu  vaxtlarda  Süleyman  şanlı  xaqan  Şahi  bəyin  bir  əlini  kəsib 

özünün bir yasovuluna**  verdi  və ona tapşırdı ki, əli Mazandarana 

aparsın  və  Ağa  Rüstəmin  ətəyinə  atıb  desin:  "Sənin  əlin  onun 

ətəyinə  çata  bilmədi,  amma  indi  o  əl  sənin  ətəyinə  dəydi".  Həmin 

yasovul  Ağa  Rüstəmin  Təbəristan  sərdarları  ilə  ali  bir  ziyafət 

məclisində olduğu vaxt məclisə daxil oldu, qorxu bilmədən öhdəsinə 

qoyulan tapşırığı icra edib dərhal geri döndü, hətta heç kimin onunla 

danışmağa macalı olmadı. Bu təhtidli gəlişdən Ağa Rüstəmin bağrı 

yarıldı,  vahimədən  ürəyi  xəstəliyə  düşdü,  gün-gündən  zəiflədi  və 

üqba aləminə yollandı. 

Xülasə,  bu  fəthdən  sonra  ətraf  yerlərə  fəthnamələr 

göndərildi,  Xorasan  vilayətinin  hər  yerində  xütbə  və  sikkə 

                                                           

106


 Beytin farscası: 

Kaseye-sər şod qədəh əz ğərdeşe-dövran məra,  

Darəd in deyre-xərababad sərgərdan məra. 


102 

 

səlavatullah on iki pak imamın və hümayun şahın məşhur adları ilə 



bəzəndi,  Ceyhun  çayının  kənarına  qədər  olan  torpaqlar  qızılbaş 

əmirlərinin  ixtiyarında  oldu,  hidayətli  imamiyyə  məzhəbi  bütün 

Xorasan  ölkəsində  bərqərarlaşdı,  qalibiyyətli  ordu  Herata  getdi, 

müzəffər xaqanın təxtgahı tacın və uca sarayın bəzəyi ilə (yəni Şah 

İsmayılla  -  Ş.F.)  bəzəndi.  Bu  qəribə  hadisənin  (əbcəd  hesabı  ilə) 

tarixi "fəthe-şahe-dinpənah "dır, [yəni "din pənahı olan şahın fəthi"]. 

O qış fəsli fəxarətli Herat şəhəri o kamil sifətli şahın qışlaq 

yeri oldu, ətraf yerlərin  vali  və hakimləri yuvası iqbal olan dərgaha 

gələrək,  Xorasanın  fəthi  münasibətilə  özlərinin  təbrik  və 

mübarəkbadlıq  dillərini  işə  saldılar.  O  cümlədən  Xanmirzə  adı  ilə 

məşhur  olan  Sultan  Üveyis  Mirzə  ibn  Sultan  Mahmud  Mirzə  ibn 

Sultan Əbu Səid Gürəkan Bədəxşandan səltənət nişanlı saraya  gəldi 

və  xüsusi  nəzərə  yetişdi,  dostluqla  şərəfləndi,  Hisare-Şadmanın  və 

Bədəxşanın  idarə  olunma  sənədini  (nişan)  götürüb  geri  qayıtdı. 

Həmçinin  Məhəmmədyar  Mirzə  ibn  Ömər  Şeyx  Mirzə  ibn  Sultan 

Əbu  Səid  Gürəkan  Kabuldan  şaha  dilli-dilavər  elçilər  yollayıb  öz 

sədaqətini  izhar  etdi.  Ölkələr  alan  ordu  baharın  əvvəlində 

Mavərənnəhri  tutmaq  əzmi  ilə  Heratdan  çıxdı,  Meymənd  (müasir 

Əfqanıstandakı Meymənə şəhəri  - Ş.F.)  və Faryaba çatdıqda özbək 

sultanları, [həmçinin] atasının qətlindən sonra Səmərqənddə səltənət 

bayrağı  qaldıran  Məhəmməd  Teymur  Sultan,  Buxara  hakimi 

Abdulla xan, Canı bəy Sultan və Mavərənnəhrin başqa sultanları bir-

birlərinə  qoşularaq  çay  kənarına  çatdılar,  ali  saraya  adamlar 

göndərib  sədaqətlərini  izhar  etdilər,  layiqli  peşkəşlər  yolladılar, 

öhdələrinə götürdülər ki, əgər şah çayın o tərəfini onlara inayət etsə, 

bütün ömürləri boyu xidmətkarlıq  yolundan kənara  çıxmayacaqlar. 

Süleyman şanlı xaqan onların xahişləri ilə razılaşaraq İraqa yollandı, 

Xorasan  fəthinin  təbriki  üçün  Misir,  Şam  və  Rumdan  ali  saraya 

elçilər gəldilər. Onlardan sonra Mazandaran hakimləri  gəlib xilafət 

hüquqlu saraya  yetişdilər. Mazandaranın  yarısı böyük  mirin (mire-

bozorg) övladlarından olan Mir Əbdül Kərimə, o biri yarısı isə Ağa 

Məhəmməd  Ruzəfzuna  şəfqət  olundu,  onların  hər  ikisi  bununla 

razılaşıb geri qayıtdı. Gilanat* hakimləri və Şirvanın valisi Şeyxşah 

öhdələrinə bac və xərac ödəmək öhdəliyi, çiyinlərinə isə itaətkarlıq 

çulu (ğaşiye) götürdülər. Amma, özbək sultanları əhd-peymana əməl 

etməyib,  humayun  şah  çıxıb  getdikdən  sonra,  məmləkətin  ətrafına 

əliuzunluq etməyə başladılar. 


103 

 

Zəhirüs-səltənə olan  Məhəmməd Babur Mirzənin  xahişinə 



əsasən  belə  bir  humayun  hökm  verildi:  Onun  Məvarənnəhr 

vilayətindən  fəth  edə  biləcəyi  hər  yer  qoy  onun  özünə  qalsın! 

[Babur] Kabuldan öz irsi (movrus) mülkünə getdi, Bədəxşanda Xan 

Mirzəni  özünə  yoldaş  (məshub)  etdi  və  Hisare-Şadmana  yollandı. 

Hisarın  və  Bədəxşan  vilayətinin  hakimləri  olan  Cəmşid  xan  və 

Mehdi  Sultan  özbək  cığatay  ləşkəri  ilə  hərbə  başladı.  Məhəmməd 

Babur Mirzə onların üzərində qələbə çaldı və hər iki özbək sərdarı o 

mərəkədə  öldürüldü,  humayun  nişanla  (Şah  İsmayıl  fərmanı  ilə  - 

Ş.F.)  Hisar  və  Bədəxşan  vilayəti  Xanmirzəyə  verildi.  Bu  əhvalatın 

necə baş verdiyini ali saraya ərz edən Babur bu sözləri yazdı: "Əgər 

humayun şah tərəfindən kömək gəlib çatarsa, Mavərənnəhrin başqa 

yerlərinin  də  fəth  olunmasına  ümid  vardır".  Süleyman  şanlı  xaqan 

Əhməd Sultan Sufioğlunu  və Şahrux Sultan Möhrdar Əfşarı  döyüş 

meydanının  bir  sıra  igid  döyüşçüsü  ilə  birlikdə  onun  köməyinə 

göndərdi,  Məhəmməd  Babur  Mirzə  əzəmətli  əmirlərə  qoşulub 

Səmərqəndə  yollandı.  Məhəmməd  Babur  Mirzənin  qızılbaşlarla 

birlikdə  hücumundan  xəbər  tutan  özbək  sultanları  öz  dövlət 

paytaxtlarını  tərk  edib,  Türküstana  tərəf  getdilər,  Babur  Mirzə  isə 

Səmərqənd  şəhərində-müzəffər  əcdadının  taxtgahında  padşahlıq 

taxtına  əyləşərək,  həmin  cənnətnişan  şəhərdə  o  həzrətin  (Şah 

İsmayılın - Ş.F.) adına isna əşəri xütbəsi oxutdu, qızılbaş əmirlərinə 

qayıtmaq  rüxsəti  verdi,  şaha  layiqli  peşkəşlər  göndərdi.  Amma, 

əmirlərin çıxıb getmələrindən sonra, özbək sultanları yenidən qalın 

qoşun və dağ əzəmətli ləşkərlə Mavərənnəhrə gəldilər. Babur Mirzə 

az  miqdar  adamıyla  düşmən  qarşısına  çıxıb,  cəng  səfi  bəzədi  və 

onların  aralarında  böyük  bir  döyüş  başlandı.  Cənab  Baburun 

mülazimlərinin  əksəriyyəti  qətlə  yetirildi  və  məğlubiyyətə  düçar 

oldular.  Mavərənnəhrdə  duruş  gətirmək  imkanı  olmayan  Babur 

Mirzə  Hisari-Şadmana  gəldi.  Özbək  sultanları  da  onun  təqibincə 

qalaya yollandılar. Qalada qalıb möhkəmlənən Babur Mirzə Bəlxə - 

Bayram  xan  Qaramanlının**  yanına  adam  yollayıb  ondan  kömək 

istədi  və  Bayram  xan  bir  dəstə  qızılbaş  döyüşçüsünü  [onun 

köməyinə]  göndərdi.  Qızılbaş  ləşkərinin  gəlişindən  xəbər  tutan 

Özbəklər  mühasirədən  əl  çəkib  Mavərənnəhrə  qayıtdılar.  Bu 

əhvalatın baş verməsi və özbəklərin tüğyan etmələri xəbəri cah-cəlal 

sarayına  çatdıqda,  Əmir  Nəcme  -  Sani  Xorasana  rəvan  oldu.  O  ali 

divanın vəkili olmaqla sərəfraz olmuş, ali dərgahda və xalq arasında 

əzəmət,  kamranlıq,  böyüklük,  etibar  və  iqtidarına  görə  məşhur  bir 



104 

 

şəxsə  çevrilmişdi.  Onun  Xorasan  işlərinin  nizamlanması  və 



özbəklərin  şərini  orada  dəf  etməsi  barədə  "Həbibüs-siyər"də  bir 

qədər məlumat verilmişdir. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin