AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


ÜBEYD XANIN ÖZBƏK XAQANLARI İLƏ XORASANA



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə11/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   7   8   9   10   11   12   13   14   ...   96

ÜBEYD XANIN ÖZBƏK XAQANLARI İLƏ XORASANA 

ÜÇÜNCÜ GƏLİŞİ, HUMAYUN ŞAH ORDUSUNUN  

YÜRÜŞÜ, ONUN CAM (VİLAYƏTİNİNl XOSROVSƏRD 

ADLIYERİNDƏKİ HƏRBİ VƏ CAH-CƏLALIVƏ 

KƏRAMƏTLİ HƏZRƏT ALLAH-TAALANIN İMDADI  

İLƏ HƏZRƏT ŞAHIN QƏLƏBƏSİNİN ZİKRİ 

 

Qələm bülbül kimi eyləyib səda,  



Yazmağa başladı bu dastanı da

121


 

 

Cəm  məqamlı  cənnətməkan  şah  özünün  əbədiyyət  əsaslı 



səltənəti  əyyamında  bütün  din  və  dövlət  işlərini  həzrət  Allahın 

iradəsinə (məşiyyət) həvalə edib İlahi iltifatlara bel bağladı (vaseq). 

Buna görə də əta dərgahından onun bütün mətləb və məramı yerinə 

yetdi,  döyüş  meydanlarında  düşmənlər  üzərində  zəfər  çaldı.  Onun 

əbədiyyətlə peyvənd olan hakimiyyəti  vaxtı baş  vermiş Cam cəngi 

aləmdə  məşhurdur  və  bu  vaxtadək  bəni-adəmin  dilindən  düşmür. 

Belə ki, o həzrətin Übeyd xan  və özbək xaqanları ilə etdiyi həmin 

döyüş  onun  hümayun  cülusunun  əvvəllərinə  düşmüş  və  qələbə  ilə 

nəticələnmişdi.  Həmin  əhvalatın  bəyanı  qısa  şəkildə  aşağıdakı 

kimidir: 

Xorasan  qasidləri  ardı-ardınca  səadət  nişanlı  dərgaha 

gələrək yalvarırdılar (esteğase) ki, o diyarda bəla tufanı tüğyan edir, 

həmin  yerlərin  əhalisi  özbəklərin  fitnə  sellərinin  burulğanına 

düşərək, iztirab dəryasına qərq olunmaqdadırlar. Buna görə də, Cəm 

qədirli  həzrət  şah  əmirlər  və  dövlət  başçıları  ilə  məsləhətləşdi, 

hamının fikri Xorasana yürüş və özbəkləri dəf etmək oldu. 

Müzəffər  döyüşçülər  zəfər  nişanlı  orduda  toplaşdılar  və 

cahangirlik  bayraqları  Xorasan  səmtinə  hərəkətə  başladı.  Cuhə 

Sultan  Vəkil,  Əllamə  Sultan  Təkəli  və  Məhəmməd  xan 

Zülqədəroğlu bir dəstə zəfərpənah qazilərlə qoşuna  münqəlay olub, 

öncə  getdilər,  Zəmeş  (?)  bahadır  isə  Damğan  qalasına  sığındı. 

Əzəmətli  əmirlər  o  qalanı  əhatələdilər,  çuvalları  üst-üstə  yığıb 

özbəkləri  tüfəng  atəşinə  tutudular.  Hər  gün  qaladan  çıxan  döyüş 

                                                           

121

  Beytin farscası: 



Qələm çon əndəlibe-nəğmepərdaz  

Çenin dəstansərayi mikonəd saz. 

 


125 

 

meydanının  bahadırlar  dəstəsi  qazilərlə  vuruşurdu.  [Beləliklə] 



tərəflər arasında hərb atəşi bir neçə gün şölələndi, o vaxta qədər ki, 

məşhur bahadırların çoxu güllə yarasından və qantökən şəmşirlərdən 

həlak  oldu.  Mühasirədə  qalanların  işi  çətinə  düşdü,  hümayun 

ordunun  gəlib-yaxınlaşması  isə  özbəkləri  çaş-baş  etdi.  Nicat  yolu 

hər tərəfdən bağlanmışdı. [Buna görə də] onlar fərar yolu axtarmağa 

başladılar. Zəmeş bahadır bir neçə adamla bir gecə qaçış məqsədiylə 

bellərinə  kəndir  bağlayaraq  qaladan  endilər.  Qazilər  və  qalanı 

güdənlər bundan xəbərdar olub, onların hamısını tutdular, elə həmin 

ləhzə qətlə yetirdilər. Ertəsi gün isə qala bir həmlədə fəth edildi və 

bütün  özbəklər  qazilərin  şəmşirlərinə  yem  oldular.  Aləm 

xosrovunun  günəş  parıltılı  bayraqlarını  [rayat]  əllərində  tutmuş 

bəhrlər  yandıran,  dəryalar  coşduran  ləşkərlər  Kalpuş  yoluyla 

müqəddəs  Məşhədə  çatdılar  və  onlar  həzrət  İmaməl-çinn  və-l  insi 

(İmam  Rzanı  -  Ş.F.)  ziyarət  etdilər  və  Rza  rövzəsi  sultanının  pak 

ruhundan  kömək  xahişində  oldular,  Herat  darüssəltənəsinə 

getməkdən  ötrü  müzəffər  bayraqları  Cama  tərəf  dalğalandırdılar. 

Amma, yuxarıda yazıldığı kimi, Übeyd xan [artıq] Heratdan çıxaraq, 

Buxaraya  gəlmişdi.  O,  Kucəm  xandan  və  çingiznejad  sultanlardan 

kömək 

xahiş 


edərək, 

Dəşti-Qıpçağadək 

yerləşən 

bütün 


Mavərənnəhr,  Türküstan,  Əxsi,  Əndican,  Otrar,  Qılmaq,  Kaşğər, 

Qırğız  və  Qazaq  vilayətlərindən  olduqca  qalın  bir  ordu  topladı, 

Kucəm xan, Yəraq xan, Fulad Sultan, Əbdüləziz Sultan, Əbdüllətif 

Sultan, Canıbəy Sultan, Gəldi Məhəmməd Sultan, Əbu Səid Sultan, 

Sevincək  Məhəmməd  Sultan,  Kəskən  Qara  Sultan  və  sair  özbək 

sərdarları  və hər qəbilənin  mötəbər  əmirləri ilə birlikdə dalğalanan 

dərya kimi dəstələr təşkil edərək dəmir və poladdan bərk olan ürək 

möhkəmliyi ilə Xorasana yürüş etdi. 

 

Beytlər 

 

Onların hamısı yırtıcı qurd tək,  

Ağılları isə tükdən də kövrək.  

Hamı bədxasiyyət, bədrəftar idi,  

Hirsli, qaradinməz adamlar idi.

122


 

                                                           

122

 Həme gorgzadane-dərzəndexuy 



Səbokrəueşan comle əz bore-muy  

Ze əture-işan betər xuye-şan  



126 

 

 



Xülasə, Çingiz xanın xürucunun əvvəlindən bu vaxta qədər 

Amu  çayından  belə  çoxsaylı  və  izdihamlı  ləşkər  hələ  keçməmişdi. 

Hümayun şah ordusu Camın Xosrovsərd adlı yerinə çatanda,  özbək 

xanları  da  qarşı  tərəfdən  gələrək        Zurabada  çatdılar.  Qızılbaş 

əskərlərinin qarovulları bir neçə özbəyi tutub gətirdilər. 

 

Şah Təhmasibin özbək padşahı Übeyd xan ilə cənginin zikri: 

 

Özbək    sultanlarının      sayı    və    saysız  özbək  ordusunun 



keyfiyyət  və  kəmiyyəti  məlum  oldu.  Həmin  ordunun  sayı  heç  bir 

etibarlı  kitabda  az  miqdar  göstərilməmişdir.  "Lübbət-təvarix" 

[əsərinin]  müəllifi  Mir  Yəhya  Seyfi  onların  yüz  iyirmi  min  nəfər 

olduğunu  yazmışdır.  Amma  əhali  arasında  danışılır  ki,  özbək 

əskərlərinin  miqdarı,  pornavol  və  əlmançilərdən*  (?)  başqa  həştad 

min  döyüşkən  bahadırlardan  ibarət  olubdur,  amma  qızılbaş 

ordusundasa muzdlu (məvacibkar) süvarilərin sayı, xurcunlulardan* 

savayı iyirmi dörd min nəfər idi. 

Xülasə,  doqquz  yüz  otuz  beşinci  ilin  məhərrəmül-həram 

ayının  doqquzuna  (miladi  1528,  23  sentyabr)  düşən  tasuva  (tasua) 

günü özbək sultanları Camın Sarıqamış adlı yerində fələk ehtişamlı 

xosrovun (Şah Təhmasibin - Ş.F.) ordusunun yaxınlığına yetişdi. O 

gecə  heç  bir  tərəf  cəngə  başlamadı,  aşura  günü  sübh  çağı  isə 

tərəflərin döyüş səfləri bəzəndi. 

Qızılbaş  əmirlərinin  başçısı  Cuhə  Sultan  Təkəli  Vəkil, 

Əllamə  Sultan  Təkəli,  Hüseyn  xan  Şamlı,  Şiraz  hakimi  Həmzə 

Sultan  Xamuslu  (Xunuslu  olmalıdır  -  Ş.F)  Zülqədər,  Məhəmməd 

xan  Zülqədəroğlu,  Əhməd  Sultan  Ustaclı,  Yaqub  Sultan  Qacar,  o 

vaxtlarda  sultan  [titulu  daşıyan]  Məhəmməd  xan  Şərafəddinoğlu 

Təkəli,  Həsən  Sultan  Rumlu,  Əhməd  Sultan  Əfşar  və  həzrət 

cənnətməkan şahın başqa əzəmətli əmirləri  və qorçiləri  mükəmməl 

yaraqlanaraq,  iti  sürətli  ağ-qara  atlara  (əbləq)  suvar  oldular, 

müzəffər  qorçilərlə  birlikdə  ordunun  qəlbində  qərar  tutdular. 

Xoşbəxt  ordunun  meymənə  və  meysərə  (sağ  və  sol  -  Ş.F)  hissələri 

məşhur  və  bacarıqlı  əmirlərlə  bəzəndi.  Firəngi  zərbzənlərlə 

(Avropadan gətirilmiş kiçik toplar - Ş.F.) dolu arabalar ustad Şeyxi 

bəy  Topçubaşının  başçılığıyla  səfin  önündə  dayandı.  Onlar  uca 

                                                                                                               

Por əz çin həme ruy-o əbruye-şan. 


127 

 

səslərlə  qeybdən  imdad  diləyib,  "Allaha  təvəkkül"  deyərək  cəng 



meydanında  o  xunxar  ləşkərin  qarşısında  qərar  tutdular.  Hər  iki 

tərəfdən kəvrəkə, nəfir, kərrənay* sədaları göy qübbəsinədək ucaldı, 

bayraqlar  açıldı,  surənlər**  çalındı.  Döyüşqabağı  hər  iki  tərəfin 

cavanları  bir-birilərinin  üstünə  at  sürdülər.  Bu  tərəfdən  qızılbaş 

dilavərləri  əjdahaya  (səban)  bənzər  nizələri  atlar  üstündə  əllərində 

tutub  yaramaz  (nabekar)  özbəkləri  həlak  torpağına  yuvarlatdılar. 

Qarşı  tərəfdənsə,  özbək  bahadırları  məğlubedilməz  ordunu  oxlara 

tutaraq qızılbaşların papaqlarını başlarına tikirdilər. Hər iki dəstənin 

mübarizləri  mərdanəlik  göstərirdilər.  Öldürülən  adamların 

çoxluğundan dağ və səhra (hamun) bərabər oldu. 



 

Nəzm 

 

Qızılbaş tərəfdə şir kimi əskər,  

Qarşı tərəfdəsə kinli özbəklər.  

Qızılbaş tərəfdə zirehli zirək,  

Qarşı tərəfdəsə hiyləgər özbək.  

Cəngavər igidlər toplaşıb həmən,  

Üzbəüz durdular qorxu bilmədən.  

Təpələr yaratdı ölən bədənlər  

Hələ belə günü görməyib bəşər.  

İgidlər qanından qızardı çəmən,  

Fələk təngə gəldi belə döyüşdən.

123


 

 

Xülasə, həmin cəngə susayan iki dəstə arasında elə bir hərb 



oldu ki, yeddinci fələyin sipəhsaları (sərkərdəsi - Ş.F.) qanlı qılıncını 

əlindən salaraq, öz heyrət barmağını rəhm dişi ilə dişlədi. Ruzigarın 

gözü  hələ  bu  qızğınlıqda  müharibə  görməmişdi.  Bu  gen  dünyada 

                                                           

123

 Nəzmin farscası: 



Ze yek sıı hejəbrane-porxaşçuy,  

Ze suye-degər uzbəke-kineçuy.  

Ze yeksu delirane-ahənqəba,  

Ze suye-degər uzbəkane-dəğa.  

Delirane-cəngazma biş-o kəm  

Nehadənd por xəşm-o kin ru behəm.  

Ze bəs koşteha poşteha şod pədid,  

Degər an çenan ruz giti nədid.  

Zəmin şod ze xune-yəlan laləzar,  

Fələk xast əz covreşan zinhar. 



128 

 

iranlıların  və  turanlıların*  arasında  hələ  elə  bir  hadisə 



görünməmişdi.  At  yerişlərindən  yerdə  elə  tozanaq  oldu  ki,  aləmi 

işıqlandıran  günəş  hicab  niqabına    büründü.  [Amma,]      qızılbaş   

qoşununda  zəiflik əlaməti yaranmağa başladı. 

 

Qızılbaş ləşkərinin basılması və  qoşunun 



meymənə və meysərəsinin məğlubiyyəti: 

 

Bu  əsnada  özbək  sultanları  Cuhə  Sultana,  habelə  [bütünl  



təkəli 

və 


şamlı 

əmirlərinə, 

həmçinin 

qızılbaşların     

meymənəsındəkı  adlı-sanlı    döyüşçülərə  hücum  edərək,  onları 

məğlubiyyətə  uğratdılar.  Sol  qolun  əmirləri  də  həyəcana  düşüb 

müxalif tərəfin ardıcıl həmlələrinə tab gətirməyərək əzildilər. Özbək 

qoşunu qızılbaş ləşkərinin məğlub olan əskərlərini təqib etməyə  və 

o, səhrada ziyankar qarışqa  və çəyirtkələr kimi qəlb tarlasına ziyan 

yetirməyə başladılar. Şairin dediyi kimi: 

 

Beyt 

 

Oxlar uçuşurdu çəyirtkələr tək,  

Oxlar bəla idi insana gerçək

124


 

 

Həzrət  Cəm  məqamlı  cənnətməkan  şah  röya  aləmində 



görmüşdü  ki,  məsum  imam  həzrətləri  o  həzrətə  (Şah  Təhmasibə  - 

Ş.F)  bu  mərəkədən  fəth  və  zəfərlə  çıxacağı  xüsusunda  müjdə 

verdilər.  Buna  görə  də,  o  həzrət  inamının  (vosuq),  etiqadının, 

igidliyinin, sücaətinin və dilavərliyinin çoxluğundan heç öz durduğu 

yerdən  tərpənmədi  və  onun  hümayun  sifəsətində  çaşğınlıq  əlaməti 

görünmədi. Müharibələr görmüş üç min mübariz döyüşçü ilə: 

 

Nəzm 

 

Köpək balığı tək adamı udan,  

Fələk sütunu tək möhkəm dayanan

125


 

                                                           

124

 Beytin farscası: 



Mələxhaye-peykan ze pərrəndegi  

Həme afəte-məzrə'e zendegi 

125

 Nəzmin farscası: 



Həme çon nəhəngane-mərdomrobay  

129 

 

 



fələk  qütbü  kimi  mərdanə  dayanıb  öz  yerindən  tərpənmədi,  fələk 

qütbü  kimi  sakit  dayandı.  Həzrət  Allah-təala  öz  əzəli  inayəti  ilə 

sanki o az miqdar olan qoşunu müxalif gözlərdən gizlətdi və onları 

qorudu.  Tozanağın  bir  qədər  yerə  yatmasından  sonra  cənnətməkan 

şahın  nəzəri  qalın  bir  qoşunda  dikələn  ağ  bir  bayrağa  sataşdı.  O 

həzrət  elə  bildi  ki,  həmin  qoşun  xüsusi  dəstə  ilə  qəlb  hissədə 

dayanmış Übeyd xan və Kucəm xanın qoşunudur. 

 

Qızılbaş qoşununun mərdanə həmləsi 

 

Qızılbaşların    təqibindən    dəstə-dəstə geri qayıdan özbək 



bahadırları yuxarıda adları   çəkilən xanlara gözaydınlığı verirdilər. 

Übeyd xan onlardan soruşdu: "Uzaqda görünən və uzun müddət öz 

yerindən hərəkət etməyən qoşun qızılbaş qoşununun qaraltısıdırmı?” 

O,  bir  neçə  nəfər  göndərib  oradan  bir  xəbər  gətirmələrini  tapşırdı. 

Özbəklər  ona  dedilər:  "Qızılbaş  döyüşçüləri  elə  zəif  məğlubiyyətə 

uğramayıblar ki, bu səhrada onlardan  əsər-əlamət  görünmüş olsun. 

Həmin qaraltı, qızılbaş ordu heyvanlarının qaraltısıdır". [Beləliklə,] 

onların bəsirət gözləri həmin qaraltını müşahidə etməkdən bağlandı. 

Elə  bu  vaxt  cənnətməkan  şah  orada  dayanmış  iqbal  mübarizlərinə 

əmr  etdi  ki,  o  qoşunun  üzərinə  qorxmazlıqla  gedərək,  özlərini 

dayanmadan  həmin  ağ  bayrağa  çatdırsınlar,  iti  qılınc  və  qantökən 

şəmşirdən başqa heç bir hərb alətinə əl vurmasınlar, yaralayacaqları 

hər özbəyi öldürməyib, başqasının yanına hücuma keçsinlər, çünki 

abır-həya  ilə  məğlub  olmaq  və  mərdanəliklə  öldürülmək  ruzigarın 

başı uca edən işlərindəndir. 

 

Beyt: 

 

Ya, diz çökək murad ilə gərdun qabağında, 



Ya, mərdlik ilə qəddimizi biz tutaq uca.

126


 

 

 



                                                                                                               

Həme çon sotune-fələk pa becay. 

126

  Beytin farscası: 



Ya, ba morad bər səre-gərdun nəhim pay,  

Ya, mərdvar bər səre-hemmət konim sər. 



130 

 

Qızılbaş qoşununun qələbəsi və özbəklərin məğlubiyyəti: 

 

Həmin  əqidə  sahibləri  olan  və  canlarından  keçən 



döyüşçülərdən  əvvəlcə  şamlı  və  zülqədər  qorçiləri  kamil  mürşidin 

(Şah Təhmasibin  - Ş.F) fərmanını can-başla qəbul  etdilər, öz  misri 

qılınclarını sıyırıb və gen ətəkli qalxanlarını başlarına tutub düzgün 

əzmlə "Allaha təvəkkül" deyərək sağ qoldan atlarını irəli sürdülər. 

Sol qolun dilavərləri də hərəkətə başladılar. Onların hamısı 

birlikdə fədakarlıqla və o qeyb qoşununun köməyi ilə həmin qəddar 

və  xunxar  özbəklərin  üstünə  at  çapdılar.  [Belə  ki,]  onların  üç  min 

şimşək  parıltılı  şəmşirləri  birlikdə  işləməyə  başladı.  Qızılbaşlar, 

kamil  mürşidin  buyurduğu  kimi,  yaraladıqları  hər  adamı  qətlə 

yetirməyib,  başqası  ilə  döyüşə  başladılar.  Çox  miqdarlı  özbək 

əskərlərinin əksəriyyəti qazilərin almas kimi parıldayan qılınclarının 

zərbələrindən  yaralandı, yaxud öldürüldü, müdafiə olunmağa fürsət 

tapa  bilmədi,  qoşunlarının  qəlb  hissəsi  parçalandı.  Kucəm  xan  və 

Übeyd  xan  elə  çaşdılar  ki,  fərar  etməkdən  başqa  heç  bir  çarələri 

qalmadı, o saysız-hesabsız ləşkər canlarından keçən fədailərin bircə 

mərdanə həmləsi ilə məğlub edildi. 

Bir-birilərindən  ayrı  düşən  ulduzlar  kimi  (bənatən-nəş) 

qızılbaş  döyüşçüləri  isə  keçirdikləri  kədər  və  ümidsizlikdən  sonra 

qələbəyə  ümidvar  olaraq  Sürəyya  ulduzları  kimi*  bir  yerə 

toplaşdılar. 

Elə  fəthdən  sonra  belə  məğlubiyyətə  uğrayan  özbək 

sultanları kama yetməyərək, qaçmağa başladılar. Əzəmətli qorçilərin 

biri Übeyd xana çatıb ona şəmşirlə arxadan bir zərbə vurdu və xan 

bayıldı.  [Qorçi]  nifrət  etdiyindən  hətta  onun  həqarətli  bədənini 

götürüb-aparmaq  belə  istəmədi,  ondan  daha  yaxşısını  tapıb-

öldürməyə  üz  tutdu.  Bəzi  adamların  sözünə  görə,  qorçi  [Übeyd 

xanın] başına elə toppuz zərbəsi vurdu ki, qulağı (samec) parçalandı. 

[Buna  görə  də]  xalq  arasında  o  "Kar  Übeyd"  kimi  də  adlanmışdı. 

Übeyd  xan  Mavərənnəhrin  və  Daşkəndin  qırx  nəfər  əzəmətli 

adamını  da  özü  ilə  buraya  gətirmişdi  ki,  onlar  bayrağın  yanında 

dayanıb,  onun  qələbə  çalmasından  ötrü  dua  etsinlər.  Haqq  onlarla 

olmadığından,  duaları  geri  qayıtdı  və  hamısı  bayrağın  yanındaca 

öldürüldü. 

Xülasə, Kucəm xan  və Übeyd xan yüz təşvişlə həmin qan 

dənizindən  canlarını  qurlara  bildilər.  O  azğınların  təxminən  iyirmi 

min nəfəri ildırım təsirli şəmşirlərin şöləsi ilə yandırıldı, o alçaqları 



131 

 

(xaksar) "onları tapdığınız yerdə tutun və öldürün" ifadəsinə uyğun 



olaraq  öldürdülər

127


.  Həzrət  cənnətməkan  şah  haqqında  belə 

danışılır:  Həzrət  şahla  birlikdə  özbək  qoşununun  qəlb  hissəsinə 

hücuma  keçən  üç  min  nəfər  döyüşçüdən  başqa,  habelə  daha  min 

yeddi  yüz qorçi  və əmirlər ləşkərinin  yerdə qalanları (tətəmme) da 

vardı.  Özbək  sultanlarından  Canıbəy  Sultan  öz  təbəələri  və  özbək 

döyüşçüləri  ilə  birlikdə  məğlub  olan  qızılbaşların  təqibindən  geri 

qayıdarkən, axşam vaxtı, qızılbaş ordusunun çıraqlarının Übeyd xan 

ordusunun  çıraqları  olduğunu  zənn  edib,  hümayun  ordunun  arxa 

tərəfinə gəldi və orada dayandı. 

Ertəsi  gün,  məhərrəmül-həram  ayının  on  birində  (24 

sentyabr) onların qaraltıları gözə dəydi. Onların Özbəklər olduqları 

məlum  olduqda  hamı  yəğma  (qarət  -  Ş.F.)  məqsədi  ilə  atlandı. 

Cənnətməkan  şah  da  ata  süvar  oldu  və  onlar  o  bəxti  dönmüşlərin 

üzərinə  yollandılar.  Cuhə  Sultan  onların  getmələrinə  mane  olaraq 

deyirdi:  "Qızılbaş  ləşkəri  dağıldığından  getmək  lazım  deyil.  Allah 

eləməsin,  iş  əngələ  düşə  bilər".  O  həzrət,  igidlik  və  dilavərliyinin 

çoxluğundan  bu  ağıllı  təklifə  əhəmiyyət  vermədi  və  o  rəzillərin 

üzərinə  hücum  etdi,  cəsur  bir  həmlə  ilə  onların  işini  bitirdi, 

[özbəklərin]  əksəriyyəti  qazı  şəmşirləri  üçün  yem  oldu.  Canı  bəy 

Sultan  bir  az  müqavimət  göstərdi  və  onun  adamları  mərdanəliklə 

döyüşdülər, amma nəticədə fərar yoluna düşdülər. 

Beləliklə,  bəxtləri  uca  olduğundan  [qızılbaşlar]  elə  fəthə 

nail  oldular  ki,  belə  fəth  qədim  zamanlardan  bəri  olduqca  az 

görünmüşdür. Bir nəfərə on nəfər düşdüyü halda özbəklər  əzildilər 

və  özlərinin  idbar  diyarlarına  qayıtdılar.  "Əgər  aranızda  iyirmi 

səbirli  kişi  olsa,  iki  yüz  nəfərə  qələbə  çalarlar"  ayəsi  gerçəkləşmiş 

oldu.

128


  Qızılbaşlar  İlahiyə  şükr  edərək  ətraf  məmləkətlərə 

fəthnamələr*  göndərdilər.  Şah  Xorasan  işlərini  tənzimləməyə 

başladı.  Bu  cəngdə  Hüseyn  xan  Şamlıdan  igidliklər  zahir  olduğu 

üçün  Heratın  və  onun  mülkiyyətinin  idarə  olunması  fərmanla  ona 

tapşırıldı. [Sonra] yürüş İraqi-Ərəb səmtinə oldu ki, bu səfərin şərhi 

[tərəfimizdən] yazılacaqdır. 

 

 

 

                                                           

127

 İfadənin ərəbcəsi: "... vəqtuluhum heysu vəcədtumuhum". 



128

 İfadənin ərəbcəsi: "İnyəkun-minkum işrunə sabirinə yəğlibu-mi-ətəyni" 



132 

 

ÜBEYD XANIN XORASANA  



DÖRDÜNCÜ GƏLİŞİNİN ZİKRİ 

 

Şahın müzəffər ordusunun qayıtması xəbərindən agah olan 



Übeyd  xan  yenə  də  elə  həmin  ildə  -  doqquz  yüz  otuz  beşinci  ildə 

(miladi  1528/29)  Buxaranın  ətraf  yerlərindən  döyüşkən  ləşkər 

toplayaraq,  Xorasana  gəldi.  Sevincək  Məhəmməd  Sultanı  və 

Əbdüləziz  Sultanın  oğlunu  özündən  əvvəl  müqəddəs  Məşhəd 

səmtinə  yolladı.  Qızılbaş  əmirlərindən,  o  vaxtlarda  "sultan"  olan, 

Ağzıvar xan Şamlı,  [habelə] Əhməd Sultan Əfşar  və Yaqub Sultan 

Qacar müqqədəs Məşhəddə idilər. Məşhəd barısının inşası hələ başa 

çatmadığı  üçün  onlar  şəhərdə  səngər  (kuçebənd)  quraraq, 

qorunmaqla  (moharesət)  məşğul  olmağa  başladılar.  Onların 

aralarındakı  hərb  atəşi  iki  ayədək  alovlandı.  [Sonra]  Übeyd  xanın 

özü  də  Mavərənnəhrin  Bəhram  qəzəbli  qoşunu  ilə  şəhər  xaricinə 

gəlib  yetişdi  və hücuma keçdi. Səngərlərin ətrafında bərk döyüşlər 

başlandı.  Bu  hərbə  davam  gətirməyə  bundan  artıq  taqətləri 

qalmayan  qızılbaşlar  döyüşməyi  məsləhət  görməyərək,  bir  gecə 

Məşhəddən  çıxdılar.  Əhməd  Sultan  Əfşar  özünün  ülkası  olan 

Fəraha* getdi, Fərah qalasını möhkəmlədib orada qaldı, Ağzıvar xan 

və Yaqub Sultan isə Məzinana tərəf yollandılar. 

Bir  sübh  zamanı,  özbəklər  qızılbaşların  gedişlərindən 

xəbərdar  olaraq,  onların  təqibinə  doğru  hərəkət  etdilərsə  də,  gedib 

əmirlərə çata bilmədilər. Übeyd xan müqəddəs Məşhədi özünün bir 

etibarlı əmirinə tarşırıb Herata yollandı, şəhəri mühasirəyə aldı. 

Hüseyn  xan  və  şamlı  qazilərinin  müdafiə  və  qaladarlıqla 

məşğul  olduqları  və  şəhərdə  hərb  alətlərinin  şölələndiyi  həmin  il 

bütün yerlərdə taxıl yoxa çıxmışdı. [Buna  görə də]  Hüseyn xan  və 

şamlı  ağsaqqalları,  ərzağın  və  qaladarlıq  vəsaitinin  olmadığından, 

şəhərdən  çıxmağı  məsləhət  bilib  [özbəklərlə]  sülh  danışıqlarına 

başladılar. Arada elçi gediş-gəlişi oldu və belə qərara gəldilər: Qoy 

Übeyd xan bir neçə mənzil geriyə çəkilsin ki, qızılbaşlar öz uşaqları, 

əhl-əyalları  və  əşyaları  ilə  şəhərdən  çıxa  bilsinlər,  onları  heç  bir 

özbək sultanı təqib etməsin. 

Übeyd  xan  sülhə  rəğbətlənərək,  bir  neçə  mənzil  geriyə 

çəkildi.  Əhd-peymandan  sonra  Hüseyn  xan  bütün  qazilər  və  şiə 

məzhəbli  əhali  ilə  sağ-salamat  şəhərdən  çıxıb,  Sistana  tərəf  getdi. 

Sistan  valisi  Məlik  Mahmud  insanpərvərlik  göstərdi.  Hüseyn  xan 

qızılbaşlara  yağı  olan  Pəştzereh  (?)  quldurlarının  üstünə  gedərək 


133 

 

onların var-dövlətlərini qarət etdi, oradan  Kəbç (?)  və Mokrana (?) 



yollandı,  xeyli  qarətkarlığa  başladı,  sonra  Şiraza  gəldi.  Onun  bu 

işlərinin şərhi tezliklə [tərəfimizdən] yazılacaqdır. 

Xülasə,  Übeyd  xan  bütün  Xorasan  mülkünü  istila  edib, 

həmin  məmləkətdə  yenidən  çövr  və  tüğyana  başladı,  özbək 

döyüşçüləri  Xorasan  əhlinə  çox  zülm  etdi.  Übeyd  xan  [hətta] 

mallarını əllərindən almaq tamahı ilə əsl sünnü camaatının çoxunun 

guya rəfz* olmaları və şiəlikləri bəhanəsi ilə qətlə yetirdi ki, zülmlə 

öldürülənlərin biri də şair Hilali idi, onu Heratın dörd yol hissəsində 

öldürdülər,  çünki  Übeyd  xana  demişdilər  ki,  cənab  movlana  xanı 

həcv edərək, bu rübaisini onun barəsində yazmışdır: 

 

Qarətçilik etməkdə olan xansansa,  



Taraçgəri-mülki-Xorasansansa,  

Yığdın yetimin malını da sən, ey  

Übeyd, Vallah ki, kafərəm müsəlmansansa.

129


 

 

Yaxud,  o,  Übeyd  xanın  mədhində  bir  gözəl  qəsidə  də 



yazmışdı ki, bu iki beyt həmin qəsidədəndir: 

 

Bilən varmı Xorasan torpağı canə haçan gəldi? – 



Ona can gəldi ol dəm ki, Übeydullah xan gəldi.  

Qızıl nallı səmənd at ki, xanındır, bənzəyir şəmsə,  

Ki, məşriqdən gedih məğribə, döndü, nagəhan gəldi.

130


 

 

Bu  mədhin  şair  Hilaliyə  heç  bir  faydası  olmadı,  məlum 



səbəbdən qətlə yetirildi. 

                                                           

129

 Rübainin farscası: 



Ta çənd, Ubeyd, əz peye-talan başi?  

Taracgəre-molke-Xorasan başi?  

Qarət koni-yo male-yətiman bebəri,  

Kafər başəm əgər [mən to] mosəlman başi*.  

* Qeyd: Rübainini 4-cü  misrası  naqisdir.  Mötərizəyə alınmış sözləri özüm artırdım  - 

Ş.F. 


130

 Beytlərin farscası: 

Xorasan sineye-mye-zəmin əz bəhre-an aməd, 

Ke can aməd dər-u, yəni Übeydullah xan aməd. 

Səmənde-tondzərrin nə'le-u xorşid-ra manəd 

Ke əz məşreq be məğreb rərf-o yek şəb dər miyan aməd. 



134 

 

Elə  ki,  özbəklərin  Xorasanı  istila  etmələri  xəbəri  cənnət-



məkan  şahın  hümayun  qulağına  çatdı,  o  din  və  ədalət  sahibi  artıq 

Bağdad  işlərini  öz  işlərinə  uyğun  həll  etdiyindən  doqquz  yüz  otuz 

altıncı  ilin  (miladi  1529)  əvvəlində  özbəklərin  fitnəsini  aradan 

qaldırmaqdan  ötrü,  qələbəsi  əyan  olan  yürüş  cilovunu  Xorasana 

çevirdi,  sürətlə  hərəkət  edən  qorçiləri  ölkəsinin  bütün  yerlərinə 

(qələmrov)  göndərdi  ki,  döyüşçülər  özlərini    müzəffər    orduya  

çatdırsınlar.    Az  günlər    ərzində  məğlubedilməz  döyüşçü  dəstələri 

hissə-hissə  gəlib  hümayun  toplantı  yerinə  (məəskər)  toplaşdılar. 

Tarixçi  Həsən  bəy  belə  yazmışdır:  "O  səfərdə  müzəffər  orduda 

yetmiş min əskər cəmləndi". 



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin