AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


Şah Təhmasibin özbək padşahı Übeyd



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə12/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   8   9   10   11   12   13   14   15   ...   96

 

Şah Təhmasibin özbək padşahı Übeyd  

xanı cəzalandırmaqdan ötrü Xorasana gedişi: 

     


Amma  Übeyd  xan  fəxarətli  Herat  şəhərini  artıq  tutduğu 

üçün özünü Xorasan   mülkünün   maliki   kimi görürdü.   O  Fərəh  

qalasının    [da]  fəthinə    yollanaraq    Əhməd  Sultan  Əfşarın  üstünə 

qoşun  çəkdi  və  qalanı  mühasirəyə  aldı.  Oranı  tutmaqdan  ötrü  çox 

cidd-cəhd edən Übeyd xan heç bir iş görə bilməyib, mühasirədən əl 

çəkdi  və  Herata  qayıtdı.  Elə  ki,  iqbal  ordusu  günəşinin  görünmə 

xəbəri (yəni şah ordusunun Xorasana gəlməsi - Ş.F.) o vilayətə gəlib 

çatdı,  Übeyd  xanın  səbat  kökünə  zəlzələ  düşdü  və  o,  Heratdan 

Mərvə tərəf getdi, dilləri yağlı elçilərini çingiziyyə xanlarının yanına 

yollayıb təcili olaraq onun köməyinə yetişmələrini xahiş etdi. 

Xan elə oradan həzrət cənnətməkan şaha kobud (nahəmvar) 

məktublar  yazıb  göndərdi,  Mərvdə  əyləşib  kömək  gözləməyə 

başladı.  Turan  sultanları  [tezliklə]  Mərvdə  toplaşaraq  qızılbaş 

padşahı  ilə  yeni  hərbə  başlamaq  barədə  hər  sülalənin  aqilləri  və 

atalıqları* ilə kənqaş** keçirdilər, amma onların əksəriyyətinin fikri 

cəng  etməmək oldu. Sultanların ən yaşlısı və Səmərqənd hökmdarı 

olan  Kucəm  xan  elə  həmin  il  ölmüş,  oğlu  Əbu  Səid  xan  onun 

qaimməqamı  olmuşdu.  O,  Übeyd  xana  qəti  etirazla  dedi:  "Biz  bu 

müddət  ərzində  Xorasana  [dəfələrlə]  gəlib,  qızılbaşlarla  cəng 

etmişiksə də, xəsarətdən başqa heç bir fayda görməmişik. Yox, əgər 

sən  onlara  müqavimət  göstərmək  istəyirsənsə  ixtiyar  sahibisən, 

amma  biz  qızılbaşlarla  cəngdə  [daha]  səninlə  yoldaşlıq  etmirik. 

Məsləhətdir  ki,  sən  də  öz  məmləkətinlə  kifayətlənib  bu  faydasız 

cəhddən əl çəkəsən". 



135 

 

Cuci  [xan]  pejadlı*  sultanların  çoxu  onun  sözünü 



dəstəkləyib köməyinə getmədilər. Übeyd xan sultanlar köməyindən 

məyus oldu. Onun göndərdiyi elçi isə şahın yanına yetişib, ləşkərin 

toplanması  və  kəmiyyəti  barədə  məlumat  verdi,  ondan  şaha 

yazdıqları üslubda kobud tərzli cavab məktubu aldı. Həmin namədə 

bu beyt [də] yazılmışdı. 

 

Beyt 

 

Ey özil kar, bəxti kor insan, bəli,  



Kar və korun güclü olarmı əli?

131


 

 

Nəticədə  [Übeyd  xan]  həsrətli  könül  və  naləli  xatir  ilə 



Xorasanla  əlaqəsini  kəsərək,  Buxaraya  rəvan  oldu.  Cənnətməkan 

şah  isə  səadət  və  iqballa  Xorasana  gəldi  və  həmin  vilayətin  bütün 

yerlərinə  sahibləndi.  O,  Herat  darüssəltənəsində  əyləşib,  o  diyarın 

ürəkləri  şikəst  və  narahat  adamlarının  yaralarına  rahətlik  məlhəmi 

çəkdi, Xorasan hakimliyini öz əyan qardaşı Bəhram Mirzəyə inayət 

etdi,  Qazi  xan  Təkəli  mirzənin  lələsi  və  Xorasanın  əmirülümərası 

oldu.  Şah  o  vilayətin  hər  yerinə  əmirlər  və  hakimlər  təyin  edib, 

bütün  təbəələrinin  işlərini  yenidən  nizama  saldı.  Özbək  qarətçi 

qoşunun  gediş-gəlişindən  Xorasana  dəymiş  dağıntını  sahmana 

salmaq və zəfərli əsgərlərin maaş qıtlığını (zeyqi-məaş), həmçinin o 

diyar əhalisinin vəziyyətini nəzərə alaraq, İraqa qayıtmağı məsləhət 

bilən müzəffər dünya şəhriyarı atının cilovunu o səmtə yönəltdi. 

 

ÜBEYD XANIN XORAŞANA BEŞİNCİ  

GƏLİŞİ VƏ FƏRAR ETMƏSİNİN ZİKRİ 

 

Cənnətməkan şahın geri qayıtmaq xəbəri Buxarada Übeyd 



xana  çatdı.  O,  doqquz  yüz  otuz  yeddinci  il  (miladi  1530/31)  olan 

ertəsi  il  Qamış  Oğlanı  bəzi  özbək  əmirləriylə  bu  xəbərin 

dəqiqləşdirilməsindən  ötrü  Xorasana  göndərdi.  Onlar  Amu  çayını 

keçib  Sərəxs  yoluyla  müqəddəs  Məşhədə  gəldilər.  Məşhəd  hakimi 

Müntəşa  (mətndə  səhvən  "Müsənna"  yazılıb  -  Ş.F.)  Sultan  Ustaclı 

                                                           

131

 Beytin farscası: 



To kəri-vo həst tora bəxte-kur,  

Kur-o kəri-ra ce bovəd dəste-zur? 



136 

 

və Nişapur hakimi Ağzıvar xan Şamlı bir-birləriylə birləşib, Qamuş 



Oğlanın  və özbəklərin üstünə yeridilər  və aralarında kiçik bir cəng 

oldu,  qazilər  müxaliflərin  bir  neçə  nəfərini  öldürdülər.    Özlərində 

müqavimət  gücü  görməyən  özbəklər  hərbdən  əl  çəkərək  geriyə, 

əmirlərsə öz məkanlarına qayıtdılar. 

 

Übeyd xanın Herat qalasını mühasirə etməsi: 

 

Doqquz yüz otuz səkkizinci  ildə (miladi 1531/32) Ubeyd 



xan  yenidən  saysız-hesabsız  döyüşçü  yığıb  Xorasana  üz  tutdu.  O, 

Herat  şəhərinin  xaricində  dayanıb  mühasirə  işinə  başladı,  Xorasan 

vilayətinin  hər  yerinə  öz  əmirlərini  göndərdi.  Oğlu  Əbdüləziz 

Sultanı  müqəddəs  Məşhədə,  Qamış  Oğlanı  Astrabada,  Xangəldi 

bahadırı Səbzvara və başqa bir dəstəni Bəstam vilayətinə yola saldı. 

Müntəşa  Sultan,  Ağzıvar  xan  və  başqa  Xorasan  əmirləri  öz 

yerlərində  qalmağı  məsləhət  bilməyib,  hakimlik  yerlərini 

(hökümətgah)  boş  qoydular  və  kənara  çəkildilər.  Amma  Damğan 

hakimi  Zülqədər  Sultan  özbəklərin  gəlişindən  xəbərdar  olaraq 

gəraylı  tayfasının  Miyanə  adlı  yerinə  bir  adam  göndərdi,  kömək 

xahiş etdi. Gəraylı hakimi Mirzə Əli xan Xəlifə çoxlu qoşunla gəlib 

ona birləşdi. Onlar Bəstamın kənarında özbəklərlə qarşılaşıb cəngə 

başladılar, qazilər qalib, özbəklərsə məğlub oldular, bir dəstə özbək 

öldürüldü, başqa dəstə isə əsir alındı. Amma, Astrabada göndərilən 

Qamış  Oğlan  özünün  cəsarət  və  bahadırlıq  addımını  irəliyə  atıb 

Savucbulağın Məhur adlı yerinədək çoxlu  döyüşçü  ilə  yola  düşdü,  

orada  Məhəmməd  xan Zülqədəroğlunun ordusu üzərinə tökülüşüb 

onun əgrəqini* qarət edərək geri qayıtdı. Übeyd xan isə Herat qalası 

ayağında dayanıb qalaalma vəsaitinin hazırlığına başladı. 

Qazilər  bacardıqları  qədər  özbəklərdən  müdanə  olunmağa 

başladılar.  Azərbaycanda  [qızılbaşlara]  yağı  olan  Əllamə  Təkəli 

Ruma  gedərək  orada,  fitnəkarlıq  etdi  və  həmin  sərhəddə  üsyan  və 

qarışıqlıq odu şölələndi. Buna görə də cənnətməkan şah üçün böyük 

bir iş başlandı və onun Xorasan yasaqına başlamaq imkanı olmadı. 

Elə  buna  görə  də  Übeyd  xan  arxayınlıqla  qala  [ayağında]  əyləşib, 

qaladakılara təzyiq etməyə başladı. 

Mühasirə  müddəti  il  yarım  çəkdi.  Mühasirədə  qalanlar 

azuqə  çatışmazlığından  cana  doydular,  qazilərsə  şəhər  əhalisini 

şəhərdən  eşiyə  qovdular,  onların  olub-qalan  azuqələrini  əllərindən 

alıb bir qədər də dolandılar. O müddət ərzində təkəli tayfası rəiyyətə 



137 

 

olmazın  zülm  edərək,  onların  əlindəki  pul  və  mallarını  götürdülər, 



özlərini  isə  eşiyə  qovdular,  sonra  gizlətdikləri  şeylərin  də  axtarıb-

tapılmasına  başladılar.  Təkəlilər  [hətta]  şəhərlilərin  çölə 

qovulmalarından  sonra  onların  ev  və  məskənlərini  də  dağıdıb, 

topladıqları xəzinələri də mənimsədilər. 

Xülasə,  ərzaq  get-gedə  tükəndi,  qazilər  it  və  pişik  ətini 

yeməyə başladılar ki, bunlar da qurtardı. 

Söyləyirlər ki, Qazi xanın iki mötəbər ağası bir itin üstündə 

dalaşmağa  başladılar  və  isbat  üçün  Qazi  xana  üz  tutdular.  Onların 

hər biri deyirdi ki, it onun tərəfindən yaralanmışdır və onun əti ona 

düşür. Qazi xan nəhayət həmin itin leşini iki hissəyə bölərək, onların 

hərəsinə bir pay verdi. 

Bəhram Mirzə və Qazi xan üçünsə hər gün bir boşqab düyü 

və  [bir  tikə]  at  əti  ayrılır,  bu  xörəyin  də  yarısı  məclisdə  mötəbər 

ağalara  qaşıq-qaşıq  paylanırdı.  Ağalar  isə  özlərinə  çatan  yeməyin 

yarısını xidmətçiləri arasında bölürdülər. 

Azuqə    azlığından  elə    zəiflədilər    ki,    adamlar    əsa    ilə 

gəzməyə  başladılar.  Übeyd  xan  [vəziyyəti  bilərək]  qalaya  adam 

göndərdi, sülh barədə danışıq aparmağa başladı. 

 

Şah Təhmasibin Xorasan səmtinə hücumu: 

        


Qazi xan bu şərtlə razılaşdı ki, qoy Übeyd xan bir neçə köç 

geri çəkilsin və o, Bəhram Mirzə və qızılbaş döyüşçüləriylə birlikdə 

sağ-salamat  çıxıb  şəhəri  [özbəklərə]  təhvil  versin.  Übeyd  xan  isə 

razılaşmayıb  deyirdi:  "Qoy  onlar  gələrək,  mənim  xeyməmim 

kəndirinin  (tənab)  altından  keçsinlər  və  sonra  getsinlər".  Bəhram 

Mirzə  və  Qazi    xansa  bu  təkliflə  razılaşmırdılar.  Bir  neçə  gündən 

sonra  Səmərqəndin  padşahı  olan  Əbu  Səidxan  ibn  Kucəm  xanın 

atalığı  sülhə  razılıq  almaqdan  ötrü  şəhərə  gəldi,  amma,  sülh  baş 

tutmadı.  Qazi  xan  öz  gücsüzlüyünə  baxmayaraq,  din  və  dövlət 

düşmənləri  ilə  vuruşub,  qalanı  qorumaqdaydı.  Bu  xəbərin 

dürüstlüyü  və  yaramaz  (nabekar)  özbəklərin  hücum  xəbəri 

Azərbaycanda cah-cəlal sahibinin (Şah Təhmasibin - Ş.F.) qulağına 

çatdıqda,  artıq  Əllamənin  fitnəsi  tamamilə  yatırıldığından, 

cənnətməkan  şah  Xorasana  tərəf  getmək  fikrinə  düşdü  və  doqquz 

yüz otuz doqquzuncu ildə (miladi 1532/33) müzəffər ordu hərəkətə 

başladı.  Şah  bu  xəbəri  çatdırmaqdan  ötrü  dərhal  bir  qasidi  Herata 

yolladı.  Qasid  Heratın  ac-yalavac  adamlarının  ah-nalə  alovunun 


138 

 

ruzigar  xırmanını  yandırdığı  bir  vaxtda  şəhərə  çatıb  müzəffər 



ordunun  yola  düşmə  müjdəsini  çatdıraraq,  onlara  yemək,  ürəklərə 

qüvvət  verdi,  şadmanlıq  səsləri  asimana  ucaldı,  şənlik  nağaraları 

çalınmağa başladı. Übeyd xan şair təbiətli bir adamdı. O həmin bir 

neçə  gün  ərzində  bu  beytləri  yazıb,  Qazi  xanın  vəziri  məşhur 

möhrdar Xacə Əmir bəyə göndərdi: 

 

Beytlər 



 

Getsən Xorasan səmtinə hərgah, ey nasim,  

Çatsın Xorasan əhlinə bizdən salamımız. 

 

Lütf eylə, bizim fikrimizi bildir onlara,  



Bildir ki, sizə yoxdu bizim ehtiramımız. 

 

Cahilsiniz deyə yazırıq biz bu sözləri,  



İmza elədi naməyə izzətli namımız. 

 

Ey Xacə, bu gündən belə sağ qalma dünyada,  



Təsbit olunubdur deyə xanlıq məramımız.

132


 

 

Xacə [Əmir bəy] söz deməyə qabil və zəmanənin istedadlı 



adamlarından idi. O, [xanın] cavabında bu beytləri yazıb göndərdi. 

 

Beytlər 



 

Ey iddialı adam, bilmədinmi sən 

                                                           

132


 Beytlərin farscası: 

Ey bad, əgər bər əhle -Xorasan gozər koni,  

Zinhar, ərze deh bərayeşan səlame-ma. 

 

Vangəh ze ruye-lotf begu an goruh-ra  



K-y dəste kinexahe-şoma xas-o ame-ma. 

 

Kelke-qoruro-cəhle-şoma kərdeəst səbt  



Dər roqeyi ke bude dər an roqe name-ma. 

 

Key Xace, bəd əz in təməəz zendegi bebər  



Z-an ru ke, gəşt sekkeye-xani bename-ma.  

 


139 

 

Şah gəlmədə artıq, çoxalır ehtişamımız. 



 

Biz bəndəsiyik həzrəti-şahın ki, yazılmış,  

Rəhmət varağında əbədiyyət davamımız. 

 

“Xan” söyləmisən isminə, olsun cavab sənə,  



Bunlar ki, yazıb, Hafizi-şirinkəlamımız: 

 

"Dilbərlərin ədası, nazı öylə olmalı 



Dəycək gözə ol sərvi- sənubərxüramımız".

133


 

 

Bəlxdən Ülbeyd xanın köməyinə gələn Kəskən Qara Sultan 



və  Canı  bəy  Sultan  gizlicə  olaraq  qızılbaşlarla  dostluq  edərək, 

Bəhram Mirzə üçün bar biş körpə quzu və at yağı göndərdi. Kəskən 

Qara  Sultanın  adamları  gecələr  arıq  yabıları  pünhan  şəkildə 

xandağın  kənarına  gətirib  baha  qiymətə  satırdılar  və  həzrət  ərzaq 

paylayıcısı  [olan  Allah]  (qasimül-ərzaq)  o  yabıların  əti  ilə  qaziləri 

bir neçə müddət dolandırdı. 

Xülasə,  həzrət  cənnətməkan  şah  Xorasana  yola  düşdükdə 

Əlqas  Mirzəni  Bədr  xan  Ustaclı  ilə  Astrabada  tərəf  yolladı.  Onlar 

Bəstama  çatdıqda,  Bədr  xan  yoldaşlarıyla  canəqi  edərək*,  belə 

qərara  gəldilər ki, Astrabada hücuma keçib qəfildən Qamış Oğlana 

hücum  etsinlər.  [Elə  də  oldu].  Cənab  mirzənin  (Əlqas  Mirzənin  - 

Ş.F.)  qoşunundakı  sayı  min  beş  yüz  nəfər  olan  döyüş  meydanı 

mülazimləri  ilə  Bəstamdan  hücuma  keçdilər.  Onlar  sübh  tezdən, 

özbəklərin  əksəriyyəti  hamamda    olarkən,    şəhərə    girdilər,   

şadyanalıq  nağaralarını çalmağa başladı. Hər hansı bir özbəyə çatan 

kimi  onun  bədənini  baş  yükündən  yüngülləşdirirdilər.  Hamamdan 

                                                           

133


 Beytlərin farscası: 

Ey müddəi, məgər nəşenidi ke, mirəsəd  

Şahe-setareheşməte-Cəmehtirame - ma? 

 

Ma bəndegane-həzrəte-şahim-o əz əzəl  



Səbt əst bər cərideye-rəhmət dəvame-ma. 

 

Başəd cəvabe-dəviye-xani ke, kərdeyi  



Beyti ze Hafeze şirinkəlame-ma: 

 

"Çəndan bovəd kereşme vo naze-səhiqədan  



K-ayəd be celve sərve-sənubərxorame-ma". 

140 

 

lüt-üryan  çıxan  hər  adam  özünü  fəna  bəhrində  qərq  olmuş  görür, 



ədəm  yoluna  göndərilirdi.  Bu  hadisənin  baş  verməsindən  çaşbaş 

olan Qamış Oğlan şəhərdə o yan-bu yana qaçırdı. [Nəhayət,] o, yüz 

təşvişlə yeddi-səkkiz adamıyla şəhərdən çıxıb Mərv səmtinə qaçdı, 

dörd qardaşı və beş yüz nəfərədək döyüşçüsü qətlə yetirildi, onların 

başlarını  hümayun  məiyyət  qarşısına  yolladılar.  Sufyan  Xəlifə 

Rumlu  üç  yüz  rumlu  qazisi  və  bir  dəstə  kubiklu  (?)  döyüşçüsüylə 

birlikdə Səbzvara göndərildi. 

 

Übeyd xanın Heratdan fərar etməsi və  



mühasirədə qalanların rahatlanmaları: 

 

O,  Səbzvarda  dörd  min  özbək  əskəri  ilə  birlikdə  olan 



Xangəldi  bahadır  üzərinə  şəbxuna  keçərək,    onların  mühasirədə 

qalanların  hamısını  qətlə      yetirdi.  Nişapura  tərəf  götürüldülər.  O 

əsnada  həzrət  Cəm  məqamlı  şah  özbəklərin  çox  olmasından  xəbər 

tutub,  Hüseyn  xan  Şamlını,  Ağzıvar  xan  Şamlını  və  Əmmə  (?) 

Sultan  Rumlunu  Sujyan  Xəlifənin  köməyinə  göndərdi.  Onlar 

Nişapur  yaxınlığında  birləşərək,  elə  oradaca  özbəklərlə  cəngə 

girdilər,  qalib  gəldilər  və  müqəddəs  Məşhədə  tərəf  rəvan  oldular. 

Yeddi min nəfərlə Məşhəddə olan Əbdüləziz xan hümayun ordunun 

gəlməsi  xəbərini  eşitdi.  O,  əmirlərin  yaxınlaşmasını  bilərək,  orada 

dayana  bilmədi,  Herata  tərəf  qaçdı,  atasına  qoşuldu,  dünya 

xosrovunun  günəş  kimi  yandırıcı  xüsusi  qoşununun  (rayat)  gəlib-

çatdığından xəbərdar olaraq, Herat yoluyla fərar etdi, Buxara yoluna 

üz  tutdu,  özbək  sultanlarının  da  hər  biri  öz  yerinə  qayıtdılar 

[Beləliklə]  şah  çətirinin  zərnigar  günəşi  Herat  darüssəltənəsinin 

üfüqündə göründü. Doqquz yüz otuz doqquzuncu ilin cəmadüs-sani 

ayının  iyirmi  ikisində  (miladi  1533,  19  yanvar)  şah  "Bağşəhr"də 

enib cahanbanlıq taxtına əyləşdi. O diyardan pərakəndə olmuş əyan-

əşraf  hümayun  iqbalın  kölgəsinə  sığınaraq  ülfət  gördülər. 

Məzlumların mallarını əllərindən alan Qazi xan cəzalandırıldı, fəqir 

və  zəif  adamlara  dövlət  xəzinəsindən  pul  paylandı.  Şah  həmin  ili 

Heratda  qışladı  və  bir  müddət  sonra  Mavərənnəhrə  gedib,  Übeyd 

xanın  və  özbəklərin  cəzalandırılmasından  ötrü  şəhərdən  çıxdı, 

Ələngneşin [şəhəri] ədalət və din xosrovunun ordugahına çevrildi. 

Mavərənnəhrə yürüş xəbəri Xorasana yayıldı. Hüseyn xanı 

və  Müntəşa  Sultanı  bəzi  əmirlərlə  Gorcestanı  tutmağa  göndərdilər 

və  onlar  həmin  vilayəti  alıb  geriyə  döndülər.  Məşhur  əmirlər 



141 

 

Mavərənnəhrə yürüş hazırlığını bitirməkdən ötrü topxana və yaraq-



yasaq  hazırlığına  başladılar  ki,  orduya  Azərbaycandan  və  İraqdan 

Rum  ləşkərinin  yürüşü  və  Sultan  Süleymanın  həmin  yerlərə  gəlişi 

barədə qorxulu xəbərlər yetişdi. [Buna görə də] Mavərənnəhr səfəri 

təxirə salındı və hümayun ordu İraqa tərəf döndü. Təkəlilərdə qüdrət 

və qaladarlıq qalmadığından, rəiyyət və aciz adamlar Qazi xanın və 

onun adamlarının kobud rəftarından şəkk və qorxuya düşmüşdülər. 

Şah Herat darüssəltənəsinin hakimliyini kamlı şahzadə Sam 

Mirzəyə verdi, Ağzıvar xan Şamlını onun lələsi, atalığı və Xorasan 

əmirülümərası  vəzifəsinə  qoyub,  yürüş  cilovunu  İraq  istiqamətinə 

döndərdi və tez-tələsik yola rəvan oldu. Allahın izni ilə

134



 



XORASANIN VƏZİYYƏTİ, ÜBEYD XANIN ALTINCI  

DƏFƏ SƏADƏT NİŞANLI O DİYARA GƏLİŞİ, HÜMAYUN 

MƏİYYƏTİN ONUN ÜZƏRİNƏ YÜRÜŞÜ, ÜBEYD XAN        

ƏHVALATININ SONU VƏ RƏNGİNİ TEZ-TEZ DƏYİŞƏN 

(BUQƏLƏMUN) FƏLƏYİN İRADƏSİYLƏ BAŞ VERƏN 

MÜXTƏLİF HADİSƏLƏRİN ZİKRİ 

 

Xəbərlər  məclisinin  (əncumən)  söz  söyləyənləri  və 



müşahidəçi  rəvayət  danışanlar  belə  buyurdular:  Cəm  məqamlı 

cənnətməkan  şahın  geriyə  qayıtmasından  sonra  Şam  Mirzə  və 

Ağzıvar  xan  bir  neçə  vaxt  Heratda  qaldılar  və  Xorasan  mülkünün 

işlərinin  tənzimlənməsi,  habelə  aciz  və  müti  adamlar  arasında 

düşmüş qarışıqlığın (extelal) aradan qaldırılması ilə məşğul oldular. 

Übeyd  xan  isə  Buxarada  ayağını  şöhrətsizlik  (xəmül)  ətəyinə 

bürüyüb,  Xorasandakı  vəziyyəti  öyrənməyə  başladı.  Hüseyn  xanın 

öldürülməyi  və  şamlı  tayfası  arasındakı  çaxnaşma  xəbəri  gəlib 

Herata  çatdıqda  [bu  hadisələr]  Şam  Mirzəni  və  Ağzuvar  xanı 

vahiməyə  saldı.  Onlar  bir  dəstə  fitnəkar  adamın  təhrikinə  baş 

qoşaraq, baş tutmaz  müxalifət  və itaətsizlik xəyalına düşüb əllərini 

varlı adamların varlarına uzatdılar, əzab vermək və işgəncə etməklə 

müsəlmanlardan  xeyli  pul  yığdılar,  Qəndəhan  tutmaq  istəyi  ilə  o 

istiqamətə  doğru  hərəkət  etdilər.  Fərahda  Murad  Sultan  Əfşarı 

özlərinə  birləşdirib,  Qəndəharın  kənarına  gəlib-çatdılar,  qalanı 

mühasirəyə  aldılar.  Hümayın  padşahın*  qardaşı  Mirzə  Kamran 

tərəfindən  Qəndəhar  hakimi  olan  Xacə  Kəlan  Cığatay 

                                                           

134

 İfadənin ərəbcəsi: "Bi iznillahi!" 



142 

 

özünümüdafiəyə  və  qaladarlığa  başladı,  onların  arasında  həngamə, 



döyüş,  mərəkə, hərb  və qətl bir neçə ay davam etdi, qala xaricində 

onların  arzu  əlləri  içəridəkilərin  məqsud  ətəyinə  çatmadı.  Mirzə 

Kamran  Lahurda  iyirmi  min  nəfər  döyüşçü  toplayaraq  Qəndəhara-

mühasirədə  olanların  köməyinə  gəldi.  Sam  Mirzə  və  Ağzıvar  xan 

Mirzə Kamranın yaxınlaşdığını görüb, qala ayağından bir-iki mənzil 

geriyə çəkildilər. Mirzə Kamrana məlum oldu ki, ali nəsəbli şahzadə 

şahdan icazəsiz Qəndəhar qalasının fəthinə gəlmişdir. Buna gönə də

onlarla  hərb  etmək  fikrinə  düşərək,  hərb  meydanına  yollandı.  Sam 

Mirzə  və  Ağzıvar  xan  yanlarındakı  iki-üç  min  adamla  Mirzə 

Kamranın  önündə  döyüş  səfi  bəzədilər  və  onların  arasında  qızğın 

döyüş  başlandı.  Qızılbaşlar  igidlik  və  mərdanəliklə  cığatay 

qoşununun  bərəngar  və  cəvangarını  (şağ  və sol qol) tarmar  etdilər. 

Vuruş  əsnasında  Ağzıvar  xanın  atının  ayağı  bir  çökəyə  düşdü,  atı 

kəlləsi  üstə  yıxıldı  və  Ağzıvar  xan  da  yerə  sərildi.  Cığatay 

qoşunundan bir şəxs vaxtlı-vaxtında özünü ona yetirərək tutdu, onun 

Ağzıvar olduğunu bilən kimi dərhal qətlə yetirdilər. Cığatay ləşkəri 

ürəkləndi,  qızılbaşlarsa  əldən  düşdülər.  Buna  görə  də  Sam  Mirzə 

hərbdən  çəkilib  Gərmsirə  tərəf  gəldi,  etdiyi  əməldən  peşman  olub, 

orada onu Cəm məqamlı şaha qarşı müxalif olmağa təhrik etmiş bir 

neçə  fitnəkar  adamı  qətl  etdi,  başlarını  cahanpənah  dərgaha 

yollayaraq, etdiyi günahın əfvini şahdan xahiş etdi. 

Sam  Mirzə  qoşununun  pozulması  (extelal)  və  Ağzıvar 

xanın  qətli  Buxarada  Übeyd  xana  çatan  kimi,  əvvəlcə,  Seyyidəm 

Mirzəni  bəzi  özbək  əmirləri  və  beş-altı  min  döyüşçü  ilə  Xorasana 

hücuma göndərdi. Seyyidəm Mirzə dörd-beş yüz döyüşçü ilə Cam, 

başqa döyüşçülərsə özbək sərdarları ilə Xaf istiqamətinə yollandılar. 

Müqəddəs  Məşhədin  hakimi  Sufyan  Xəlifə  Rumlu  ağır  qoşunla 

Seyyidəm Mirzənin dəfinə getdi və Camda iki dəstə arasında güclü 

döyüş  oldu.  Özbəklər  məğlub  edildilər.  Sufyan  Xəlifə  onların 

məğlubiyyəti  və  fərarından  sonra  Xafa  gələn  özbəklərin  üzərinə 

hücuma keçdi, onları da məğlubiyyətə uğratdı. 

[Beləliklə] çoxlu özbək qətlə yetirildi. Kəskən Qara Sultan 

ibn  Canı  bəy  Sultan  tərəfindən  Ğorcestanda  hakim  olan  Bayram 

Oğlan  yürüşlə  Herata  gəldi.  Sam  Mirzə  və  Ağzıvar  xan  tərəfindən 

Heratın müdafiəsi üçün şəhərdə saxlanılan həştad yaşlı Xəlifə Sultan 

Şamlı  şəhər  sakinlərini  və  ətrafa  səpələnmiş  döyüşçüləri  başına 

yığaraq özbəklərin qarşısına cumdu. 

 


143 

 

Xəlifə Sultan Şamlınun öldürülməsi: 

 

Onlar on fərsəxə qədər yol getdikdən sonra gəlib özbəklərə 



çatdılar və aralarında döyüş başlandı. Əksəriyyəti taciklərdən (tazik) 

və  hərcayı  adamlardan  ibarət  olan  və  sərdarla  da  bir  o  qədər  də 

hesablaşmayan  Herat  ləşkəri  heç  bir  iş  edə  bilməyib  məğlub  oldu. 

Təhlükəli vaxtda sağ-salamat aradan çıxmaq imkanı olmayan Xəlifə 

Sultanı  qətlə  yetirdilər.  Qalan  adamlarsa  qaçmağı  qənimət  bilərək, 

şəhərə gəldilər. Bol qənimət ələ keçirən Bayram Oğlan oradan geri 

qayıtdı.  Heratda  qalan  qızılbaşlar,  şəhər  sahibsiz  qaldığı  üçün, 

çöldəki  adamların  məsləhəti  ilə  özbəklərin  qorxusundan  müqəddəs 

Məşhədə adam  göndərib, Sufyan Xəlifəni  Herata çağırdılar. Xəlifə 

oğlunu  müqəddəs  Məşhəddə  qoyaraq,  özü  Herata  gəldi.  Sufyan 

Xəlifə şücaətli, igid, mərdanə və bu müqəddəs sülalənin xalis  sufisi 

idi.  Amma  təbiətində  cünunluq  vardı  və  onun  xasiyyətində 

divanələrə xas bir çox xüsusiyyətlər  görünürdü. Bəzi ağıllı adamlar 

onu  əbləh  kimi  tanıyırdılar.  O,  Heratda  bir  dəstə  şərəşur  adamın 

sözləriylə  əhalinin  üzünə  cövr  və  zülm  qapılarını  açdı,  kömək 

(estesfa)  və  xahiş  qapılarını  isə  bağladı.  Azacıq  varlı  olan  hər  bir 

şəhərli,  yaxud  ətraf  yerlərin  təbəəsi  onun  müsadirə  və  cəzasına 

giriftar  oldular.  Cünunluğunun  çoxluğundan  hiyləgərcəsinə  və 

əbləhliklə  söyləyirdi:  "Dünən  on  iki  imam  əleyhüssəlam  həzrətləri 

mənə  dedilər  ki,  filan  şəxsdən  bir  məbləğ  pul  al,  qazilərə  ver  və 

düşmənlərimizi  dəf  et.  İmam  hökmünə  əməl  etməkdən  başqa  çarə 

yoxdur". Onu şəhərə hakim vəzifəsinə gətirmiş dostlarına isə hökm 

edərək, məclisdə ağlaya-ağlaya belə söyləyirdi: "Hərçənd ki, həzrət 

imamlardan  filan  şəxsin  mənim  dostum  olduğu  üçün  ondan  pul 

alınmamasını xahiş etdim, razılaşmayıb dedilər ki, imamların sözləri 

birdir və dəyişilməzdir". 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin