AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə4/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   2   3   4   5   6   7   8   9   ...   96

Şer 

 

O gövhər ki, tutub əlində qərar  

Başqa bir gövhərə ehtiyacmı var?  

Çox yığma, daş-qaşun kifayət edər,  

Nə fayda alanı olmasa əgər?

66

 



 

Əgər  o  ali  nəsəbli  vəlinemət  (Şah  Abbas  -  Ş.F)  diqqət 

işığını  bü  şərif  nüsxənin  (kitabın  -  Ş.F.)  tamamlanmasına  salarsa, 

mən  bəhanə  gəzən  təbimlə  zaman  fərmanverəninin  (fərmandeh) 

fərmanı  önündə  başımı  aşağı  əyər,  asiman  qüdrətinin  yardımı  və 

mənalar  bazarında  dükan  bəzəyənlərin  köməyi  sayəsində  söz 

məclisini daha da hərarətləndirər və bu rəmzləri şərif ibarələr və lətif 

istiarələrlə  (metafora-Ş.F.)  yazı ipinə düzər, onu  münasib, qiymətli 

şerlərlə  bəzəyər,  təbiət  üzgüçüsü  (qəvvas)  kimi  təbiətin  qüvvəsi 

(fetrət)  və himayəsi (paymərdi) ilə bilik dənizindən sahilə qiymətli 

(səmin)  ləllər  və  zəngin  mənalar  çıxarardım,  [beləliklə,]  bu  uca 

məqamlı padşahın yaratdıqları dövranın sultanları üçün dəsturüləməl 

olduğu  kimi,  bu  müflis  (ur)  şəxsin  (İsgəndər  bəy  Münşinin  -  Ş.F.) 

yazdığı  kitab  şüarı  fəzilət  olan  istedadlı  adamlardan  ötrü 

zərbülməsələ çevrilərdi: 

 

Beytlər 



 

Əgər indi mənə bəxtim olsa yar,  

Ədəb mücrüsündən qıfılı açar.  

Cavan şahzadəyə bəsləyib inam,  

Alimlik mülkündə təxt ucaldaram.  

Məna güllərindən yığıb rəngbərəng

                                                           

66

 Beytlərin farscası 



To-ra ba çenin govhəre-ərcomənd  

Həmi hacət ayəd be govhər pəsənd.  

Mətaye - geranmaye dari bəsi,  

Çe sudət bovəd çon nəxahəd kəsi? 



44 

 

Hikmət dükanına verərəm bəzək. 



 

Çoxlu dürr çıxarıb elm bəhrindən,  

Cahanı dürr ilə dolduraram mən.

67

 



 

Əql  mürşidindən  və  himmət  ağsaqqalından  (pir)  icazə 

aldığım  üçün  bu  bağdan  gül  dərməyə  tələsdim.  Söz  meydanında 

çoxlu  Abbasi  qələmiylə  fikir-xəyalın  söz  kəhərini  hərəkətə  gətirib, 

şahın əbədi dövlətində baş verən hadisələri onun doğulduğu gündən 

bu  günəcən  ki,  hal-hazırda  min  iyirmi  beşinci  (miladi  1616)  ilə 

bərabərdir və [şahın] şərafətli yaşının qırx yeddiyə çatdığı günlərdir, 

habelə onun cavanlıq dövrü və dövlətinin bahar əyyamıdır, yazmağa 

başladım, şüur şüalarının işığı çatan məqama qədər həmin hadisələri 

təfərrüata  varmadan  və nöqsana yol  vermədən qələmə aldım,  geniş 

məlumatı olmayan əhvalatları, zərurət üzündən, onları mənə danışan 

adamlara  etibar  edərək,  olduğu  kimi  yazı  ipinə  düzdüm,  bu  son 

dərəcə  gözəl  əsəri  (segerfnamə)  və  qiymətli  səhifəni*  “Tarixe-

aləmaraye-Abbasi” 

adlandırdım, 

yazdıqlarımı  xasiyyət 

və 

xüsusiyyətə  (təbaye')  məlal  gətirən  qaranlıq  iqtibas  və  ibarələrdən 



təmizləməyi  lazım  bildim,  [Baş  verən]  hadisə  və  xəbərlərin  parlaq 

surətini  və  gözəl  müşahidələrimi  sadə  bir  libasla  bəzədim,  onları 

ərsəyə gətirdim. Amma, [mənim etdiklərim] ümumi səciyyə daşıyan 

yol  deyildir.  Bəzən  olur  ki,  təbiət  gülüstanının  bülbülü  budaqda 

oturub nəğmə oxuyur, bəzən də şirin nitqli tuti [quşu] şəkəristanda 

ibarələr deməyə başlayır  və dilinin ləzzəti daha da çoxalır. Xülasə, 

hər  bir  ibarə  şirin  xurmadır.  Yaxud,  bəzən  elə  də  olur  ki,  kitabı 

yazarkən qələmin dilinə hər nə gəlirsə elə onunla da kifayətlənir və 

razılaşırsan, daha heç bir  münasib şerə  aludə olmursan. Yaxud da, 

nadir  hallarda  [sənin  tərəfindən]  iki-üç  beyt  yazılırsa  da,  bunların 

hamısı  fikir  və  səliqə-sahmandan  və  təb'  saflığından  doğan  bir 

nəticədir.  Kitabı  yazarkən  bədahətən  bəzi  tarixi  hadisələr  də 

                                                           

67

 Beytlərin farcası 



Əgər bəxtəm konun yari nəmayəd, 

Ze dorce - mərifət qəflət qoşayəd.  

Be eqbale-şəhənşahe cəvanbəxt  

Zənəm bər keşvəre-daneşvəri təxt.  

Begune-gune golhaye-məani  

Beyarayəm dokane-noktedani.  

Ze bəhre-daneş arəm an qədr dor  

Ke gərdəd aləm əz dorre-səmin por. 

 


45 

 

xatirimə düşdü, qələmin dili ilə bəyan olundu və onlar mənim sözlü 



qələmimlə  yazıldı. Hərçənd ki, bu varaqları (ovraq) yazmaqdan əsl 

məqsəd o həzrətin xoş amallı tərcümeyi-halını onun təvəllüdündən 

hakimiyyətə yüksəlişinəcən bəyan etmək olmuşdur, amma, xəbərlər  

vadisində  qalan    adamların    susuzluqlarını    yatırmaqdan  ötrü  indi 

cənnət  sarayında  yer  tutan  Cəm  məqamlı  (cənnət  bargah) 

padşahın**  dəhşətli  (hayele)  vəfatını,  İsmayıl  Mirzənin***  və 

cənnətdə  yeri  olan  (rezvan  caygah)  İsgəndər  şanlı  nəvvab  Sultan 

Məhəmməd 

paşdahın****, 

həmçinin 

başqa 

şahzadələrin  



həyatlarını,    özbəkiyyənin*      və      rumiyyənin**  hücumlarını  da 

yığcam şəkildə qələmə aldım ki, gözlərin kökləri bir-birinə yapışsın 

və əsl  məqsədlə bağlı olan başqa məsələlər gizli qalmasın. Mən bu 

kitabımda o həzrətin (Şah Abbasın - Ş.F.) məşhur adını (name-nami) 

və  yüksək  ismini  (esme-sami)  "əlahəzrət  zilləllah  şah"  ("Allahın 

kölgəsi olan şah"- Ş.F.) onun atasının adını "nəvvabi-İsgəndərşan"*" 

(İsgəndər şanlı nəvvab - ŞF), böyük babasının mübarək adını "şahe-

cənnətməkan"****  ("məkanı  cənnətdə  olan  şah"  -Ş.F)  və  şərafətli 

ulu  babasının  (cədd)  ismini  "xaqane-Süleymanşan"  ("Süleyman 

şanlı  xaqan")  kimi  yazdım.  Kitabda  adı  "nəvvabe-Məryəmşane-

Məhdülya” kimi qeyd olunan məqsəd o həzrətin (Şah Abbasın - Ş.F) 

anasını xatırlatmaqdır. Mənim "Həzrəte-cəhanbanr ("cahanın əsasını 

qoyan həzrət"  - Ş.F.)  adını yazmağımın  məqsədi isə nəvvab Sultan 

Həmzə Mirzəni**** xatırlatmaqdır. Əgər o həzrətin (Şah Abbasın -

Ş.F) şərafətli meyli (təb) bu şərafətli nüsxə (kitab) tamamlandıqdan 

sonra onu dastan-dastan oxumağa  yönəlsə  və əgər orada həqiqətdən 

uzaq  bir  yazı  görsə,  qoy  həmin  yerləri  hoqiqət  bıçağı  ("qəzleke-

rasti") ilə məhv etsin. Əgər bəzi hadisələrdə [verdiyim] məlumat az 

olarsa,  diqqət  yetirilsin  ki,  bu  sadiq  qələmimlə  onları  [yenidən] 

tətbiq və təsdiq edə bilim. Əvvəlcə, "müvəffəqiyyət və təbərrüklə"

68

 

mənşəyi  peyğəmbərlik  (nübüvvət)  və  vəlilik  (vəlayət)  xanədanı 



(dudman) içərisindən çıxmış o həzrətin (Şah Abbasın - Ş.F) cahanın 

başqa sultanlarından və dövranın qeyri xaqanlarından fərqlənən əsil-

nəsəbini,  bəyənilən  hərəkətlərini  və  layəqətli  vəsfini  bu  kitabın 

müqəddiməsində  (dibaçə)  yazdım  ki,  icmal  şəklində  bu  haqda 

sonradan  təfsilatla  yazmağa  başlayım.  Bu  vəlayətnişan  xanədanın 

sadiq  bəndəsi  və  duz-çörəyi  ilə  boya-başa  çatan  bir  adam  kimi 

haqqım  vardır  ki,  söz-sovlu  mədhiyyəçilər  (vəssaf)  və  sözləri 

                                                           

68

 İfadənin ərəbcəsi: "Təmimən və təbərrokən" 



46 

 

bəlağətlə yazan [başqa] tarixçilər (movərrex) kimi, öz vəlinemətimin 



bəyənilən vəsfi və əxlaqı (seyər) barədə biri-yüz, yüzi isə min edə-

edə yazaraq, yazılanları ruzigar səhifəsində yadigar qoyum, amma o 

həzrətin  düzgünlüyə  (həqqaniyyət)  olan  sağlam  meyli  həqiqətdən 

uzaq  və  bühudə  sözlər  yazan  yazarların  (səxənsəra)  yazılarından 

xoşlanmadığı  üçün,  biz  onların  bəyənilməz  üsullarından  sərfnəzər 

etdik,  qələmimizin  cilovunu  hiyləgərlik  (təkəllof)  meydanının 

axtarışından  (təkapu)  və  ibarəli  bəzək  -  düzəyindən  (ibarətarayi) 

kənara çəkdik, həqiqət zinətindən (həliyye) xali olan  məsələləri bu 

səhifədə  bəyana  gətirmədik,  bu  hümayun  (şahanə,  şaha  məxsus  - 

Ş.F.)  kitabı  müqəddimə,  iki  səhifə  və  xatimədən  ibarət  yazdıq  ki, 

Allah təalanın köməyi ilə iki-üç cilddə tamamlanacaqdır. 

* * * 

 

Birinci səhifə 



 

Müqəddimə:  [Bu  hissə]  o  həzrətin  (Şah  Abbasın  -  Ş.F) 

hümayun nəsəbinin zikri, mənəvi səltənət  və  yol göstərmək (erşad) 

taxtında  əyləşmiş  görkəmli  (sami),  ali  və  yüksək  rütbəli  böyük 

şeyxlərin  (məşayex)*  bəyanı,  bu  xanədana  məxsus  dövlətin 

yaranması (zohur), o həzrətin səadətli təvəllüd və həyatının yığcam 

vəsfini əhatə edən on iki məqalədən** ibarətdir. 



Birinci  məqalə:  Xoşbəxt  (kamkar)  padşahların  və  o  ali 

nəsilli (alitəbar) şəhriyarın hakimiyyəti zamanı baş verən hadisələrin 

(vaqiə)  zikri,  həzrət  cənnətməkan  şahın  (Şah  Təhmasibin  -  Ş.F) 

vəfatı  hadisəsi,  İsmayıl  Mirzənin  və  İsgəndər  şanlı  nəvvabın  (Şah 

Məhəmməd Xudabəndənin - Ş.F) hakimiyyətlərinin zikri, hümayun 

cülus sahibinin (Şah Abbasın - Ş.F) İranın müzəffər səltənət taxtında 

bərqərar olması; 

İkinci məqalə: O həzrətin ilahi dərgaha olan diqqəti və ulu 

əcdadlarından miras götürdüyü keyfiyyətlərinin zikri; 



Üçüncü  məqalə:  Allahın  ona  bəxş  etdiyi  fikir  və  elmin, 

habelə qəzavü qədərin istəyi ilə baş verən qarşılıqlı anlaşma (hosne-

tədbir); 

Dördüncü məqalə: Sahibqranlıq*** rütbəsinin ləyaqəti  və 

səadətli əyyamı zamanı sahibqranın (Şah Abbasın - Ş.F) təhlükələrə 

məruz qalmasının zikri; 


47 

 

Beşinci  məqalə:  [Şahin]  ədalətpərvərliyi  və  bəndələrin 

rifahı  haqqında;  şəhərin,  ölkənin,  vilayətin  (belad)  nizamına  səbəb 

olan yollar barədə; 



Altıncı  məqalə:  İlahinin  sonsuz  hikmətlərindən  olan  bəzi 

işlər (əmr), qəddarlıq və tündxasiyyətlilik (atəşməcazi) haqqında; 



Yeddinci  məqalə:  Padşahlıq  (cəhandari)  məsələlərində 

ortaya çıxan qayda-qanun haqqında; 



Səkkizinci  məqalə:  Qeyri  müəyyənlik  (bitəəyyoni), 

dərvişxislətlilik,  öz  borcunu  yerinə  yetirməmək  (bitəkəllofi)  və 

təzadlı xüsusiyyətləri haqqında; 

Doqquzuncu  məqalə:  Xidmətçilərin  hüquq  və  haqlarının 

zikri, mərdlik (fotovvəf)* və mürüvvət" aləmində həqi-qətgəzənlərin 

hüquqi  imtiyazlarının  yerinə  yetirilməsində  [şahın]  onların 

mülkiyyətlərindən uzaq olmasının zikri; 



Onuncu  məqalə:  Aləm  sultanları  haqqında  xoş  sözlər, 

Adəm  övladlarının  (bəni  -  Adəm)  dərəcələri,  yeddi  iqlimdəki 

məmləkətlərin və yolların (məsalik) xüsusiyyətləri haqqında; 

On  birinci  məqalə:  [Əlahəzrətin]  xeyirxah  işləri  və 

məmləkətlordə ali binalar inşa etməsinin zikri; 



On ikinci məqalə: Ali hümayun dövlətin hakimiyyəti vaxtı 

baş verən müharibə, qələbə və fəthlərinin bəyanı haqqında. 



 

İkinci səhifə 

 

Səadətli cülusun xoş amallı çağından başlayaraq bu kitabın 

yazılmasına  -  min  iyirmi  beşinci  (miladi  1616)  il  tarixinədək  baş 

verən əhvalatların zikridir. 



Xatimə:  Köhnə  kitablardan  oxuduğum  və  həyatım  boyu 

müşahidə etdiyim qəribə hekayətlər,  maraqlı rəvayətlər və dövranın 

nadir  hadisələri  haqqındadır.  İnşaallah,  əgər  ömür  vəfa  edərsə,  o 

[hissə]  üçüncü  cilddə  yazılacaqdır.  Yazdıqlarımız  barədə  bəsirət 

ərbablarından  xahişimiz  budur  ki,  yazılanlara,  -  pis,  ya  yaxşı  -, 

bəsirət gözü və insafla baxsınlar, xırdaçılığa aludə olmasınlar. Əgər 

o  dövr  (ruzigar)  hadisələrinin  çatışmazlığı  barədə  bəlağət  nəzərli 

şəxslər  (baleğnəzəran)  [hansısa]  ziddiyyətli  məqamlar  (tənaqoz) 

görərlərsə,  fikir  müxtəlifliyinə  dözərək,  eybaxtaran  nəzərlərini 

onlardan kənar etsinlər. 

 

 

 


48 

 

BİRİNCİ SƏHİFƏNİN BİRİNCİ MƏQALƏSİ  



ƏLAHƏZRƏT ZİLLƏLLAH ŞAHIN HÜMAYUN 

NƏSƏBNAMƏSİ, MEYDANA ÇIXMA (RESALƏT) VƏ 

İDARƏETMƏ (VƏLAYƏT) DUDMANININ QƏDRİ ALİ 

OLAN ƏCDADININ MƏQAMLARININ ZİKRİ 

 

Yüksək bəsirət sahiblərindən gizli deyildir ki, bu sülalənin şəcərəsi 

sonuncu  Peyğəmbər  (xatəmül-ənbiya)  və  Əliyyül-mürtəza  (İmam 

Əli  -  Ş.F.)  əleyhüssəlamlarla  bağlıdır.  [Həmin  şəcərə]  belədir: 

Əbülmüzəffər  Şah  Abbas  ibn  Sultan  Məhəmməd  padşah  ibn  Şah 

Təhmasib ibn Şah İsmayıl ibn Sultan Heydər ibn Sultan Cüneyd ibn 

Sultan  İbrahim  ibn  Şeyxşah  ibn  Sultan  Sədrəddin  Musa  ibn  Şeyx 

Səfiəddin  İshaq  ibn  Əminəddin  Cəbrayıl  ibn  Saleh  ibn  Qütbəddin 

ibn  Səlahəddin  Rəşid  ibn  Məhəmməd  əl-Hafiz  ibn  Əvəz  əl-Xəvas 

ibn  Firuzşah  ibn  Məhəmməd  ibn  Şərif  ibn  Məhəmməd  ibn  Həsən 

ibn Məhəmməd ibn  İbrahim ibn Cəfər ibn Məhəmməd ibn İsmayıl 

ibn Məhəmməd ibn Əhmədül Ərabi ibn Əbi Məhəmməd  əl-Qasim 

ibn  Əbül-Qasim  Həmzə  İbnül-İmamül  Hümmam  Əbi  İbrahim 

Musaül-Kazim  ibn  İmamün  -  natiq  Cəfərüs-Sadiq  ibnül-İmam 

Məhəmməd  əl-Bagir  ibnül-İmam  Əli  Zeynalabdin  ibnül-İmam  Əbi 

Abdullah  əl-Hüseyn  ibn  əmirəl-möminin  və  imamül-məttəqin 

əsədullahül-qalib  Əli  ibn  Əli  Talib  əleyhüssalam.  Üləmalar  və 

bəlağətli  tarixçilərin  hamısı  bu  fikirdədir  ki,  o  həzrət  (İmam  Əli  - 

Ş.F.)  və  həzrət  xatəmül-ənbiya  Xəlil  gülzarının  gülləri  və  İsmayıl 

bostanının fidanlarıdırlar ki, onlara salamlar olsun. Onların əzəmətli 

ata-babaları  və  Ədnandan  həzrət  əbülbəşər  (bəşərin  atası  -  Ş.F.) 

Adəm  əleyhüssalama  qədər  bir-biriləri  ilə  əlaqədar  olmamışlar. 

Tarixçilər  (ərbabe-əxbar)  peyğəmbərin  məşhur  sələflərinin  və  ulu 

əcdadlarının başlarına gələn hadisələr, həmçinin onların hər birindən 

zahir  olmuş  və  həzrət  xerül-bəşərin  (Məhəmməd  peyğəmbərin  - 

Ş.F.)  nurlu  zühuruna  qədər  baş  verən  qəribə  əlamətlər  (əlamat) 

barədə  yazmışlar,  həmçinin  onların  fəzilətləri  və  gözəl  xislətləri 

(mənaqeb)  haqqında  risalələr  tərtib  etmişlər.  Bu  həqir  zərrə 

[İsgəndər  bəy  Münşi]  imkan  olduqca  bu  fənn  (şəcərə  fənni  -  Ş.F.) 

üzrə məlumatlı ustadlara əsaslanaraq, onlar barədə aşağıdakı yığcam 

məlumatı verir: 

 


49 

 

HƏZRƏT XEYRÜL-ƏNAMIN (MƏHƏMMƏD 



PEYĞƏMBƏRİN NİSBƏLƏRİNDƏN BİRİ - Ş.F.) 

KƏRAMƏTLİ ATA- BABASININ BƏYANI 

 

Abdullah  Abbas*  -  Allah  ondan  razı  olsun



69

  -  barədə 

yazırlar  ki,  həzrət  rəsul  salavatullahın  özü  böyüdükdən  sonra  öz 

nəsəbi haqqında danışarkən, Ədnana çatdıqda möcüzbəyan bir dil ilə 

belə    buyurur:    "Mənim    nəsəbimin    Ədnandan  əvvəllərə  gedib 

çatması  həqiqətdən  uzaqdır"

70

.  Ədnanın  iki  oğlu  vardı.  Amma, 



nəbinin və vəli əleyhüsssəlamın nuru, səhih hədis məlumatına uyğun 

olaraq  -  "Mən  və  Əli  vahid  bir  nurdanıq"

71

,  onun  böyük  oğlunda 



vardı.  "Rövzətül-əhbab"  kitabının  müəllifinin  sözünə  görə  onun 

(Ədnanın  oğlunun  -  Ş.F)  səkkiz  oğlu  vardı.  Amma  həmin  nurun 

daşıyıcısı Nezar olmuşdur ki, onun konyələri (adları) Əbu Rəbiə  və 

Əhv Əyaddır. Nezar  doğulanda  atası onun alnında parıldayan nuru 

görərək,  qurban  kəsmə  mərasiminə  və  adamlara  ehsan  süfrəsi 

açmağa  başladı.  Həmin  işıqlı  nur  onun doğma  (solb)  oğlu  Məzərə 

nəql  olundu.  Məzər  daim  gözəl  Allah  (Rəbbe-cəlil)  yolunda  Hənif 

İbrahimin  hənəfi  adamlarına  və  İsmayıl  əqidəsinə  uyğun  olaraq 

gözəl Rəbbə ibadət edirdi. Həmin aləmi bəzəyən nur onun hümayun 

hüsnündən təcəlla edir və  gecənin zülmətini işıqlandırırdı. Olduqca 

gözəl  çöhrəsi  vardı.  Ərəblər  arasında  deyilən  "xedəme-şotoran" 

("dəvələr  xadimi,  müşayiətçisi"  -  Ş.F.)  nisbəsi  ona  mənsubdur. 

Günəş kimi parlaq olan o işıqlı nur sonra oğlu İlyasda göründü. İlyas 

təkallahlığa  inanan  (movəhhed),  dinpərvər  və  pəhrizkar  adam  idi. 

Fərzəndinin təvəllüdündən, qoca sinnində olarkən doğulduğu üçün, 

atası  kədərlənmişdi.  Çarəsiz  qalaraq  onu  İlyas  adlandırdı.  O,  Xəlil 

övladının  mənsub  olduğu  tayfanın  böyüyü  və  İsmayıl  xələflərinin 

başçısı (sərvər) oldu. Deyirlər ki, İlyas  Kəbə evinə  getdi, oğlundan 

təlbiyə* avazını eşitdi, bundan çox təəccübləndi, onun nuru oğlunun 

camal  aynasında  parıldayırdı.  Oğlunun  adı  Amir  idi.  Ondan  sonra 

həmin nur onun oğlu Xüzeymənin alnında parladı, aləmi bəzədi. O 

günəş  nurlu  işıq  sonra  onun  oğlu  Kənanənin  üzündə  parlayıb 

cahanın  çöhrəsini  işıqlandı.  Əvvəlki  adı  Əbu  Nəsr  idi,  sonrası 

Qüreyş  adı  ilə  şöhrətləndi.  Bütün  qüreyş  qəbilələri  onun 

                                                           

69

 İfadənin ərəbcəsi: "Radiyə-l-lahu ənhu". 



70

 İfadənin ərəbcəsi: "Kizbu-n-nəsəbi ilə ma fəuqa Ədnan". 

71

 İfadənin ərəbcəsi: "Ənə və Əliyyun min nurin vahedin" 



50 

 

nəslindəndirlər.  Onun  nurlarının  daşıyıcısı  oğlu  Malik  idi.  Ondan 



sonra bu səadət oğlu Fəhrə nəsib oldu. Sonra nur oğlu Qalibə çatdı, 

daha sonra Qalibin oğlu Ləvi üçün ötürüldü. Sonra oğlu Kəəbə, daha 

sonrasa  onun  çoxsaylı  oğlanlarına  paylandı.  Sonra  Bəni-Qüreyş 

nəslinin  böyüyü  Kəlab  həmin  nurla  şərəfləndi.  Nur  sonra  Kəlabın 

oğlu  Qəsiyə  çatdı.  Qəsinin  övladlarından  Əbu  Manaf  öz 

qardaşlarından  həmin  nurun  ona  ötürülməsi  səadəti  ilə  şərəfləndi. 

Onun sadiq oğlu ləqəbi Əmrül-Əla olan Haşim idi ki, elə bu ləqəblə 

də şərəfləndi. O, qüreyş qəbiləsinin sərvəri idi. Səadət nurları onun 

surətində parlayır, onun günəş simalı camalında igidlik və böyüklük 

nişanələri  görünürdü.  Qüreyşlərin  arasında  Bəni-Haşimin  şərəfi  və 

yeri  böyükdür.  Həmin  nuru  daşımaq  haqqı  onun  oğlanlarından 

Əbdülmütəllibə** verilmişdi. 

 

Əbdülmütəllibin Abdullahı nəzir  

deməsi və qurbanlıq vermək istəyi: 

 

O,  əzəmətli,  şan-şöhrəti  və  tutduğu  uca  məkana      görə 



qureyş   qəbilə adamları və  sərvərləri içərisində fərqlənən adamdı, 

qureyşlər  onun  böyüklüyünü  qəbul  etmiş  və  ona  tabe  olmuşdular. 

Onun  adı  Şeybə  idi,  amma  tarix  kitablarında  Əbdülmütəllib  kimi 

məşhurlaşdı.  Kəbə  evinin  açarı  onun  əlinə  yetişdi  və  hecabət 

mənsəbi  ona  verildi.  Zəmzəm***    quyusunun      qazılması      (hefr)   

onun   dövründə  icra  olundu.  Əhməd  nurunun  (nure-Əhmədi)  onda 

olması sayəsində Allahın dərgahında xahiş olunan hər duası Allaha 

çataraq  (eqteran)  qəbul  (ectenab)  olunurdu.  Onun  iki  oğlu  vardı. 

"Rövzətüs-səfa''* və "Xülasətül-əxbar"** kitablarının müəlliflərinin  

fikrincə  Əbdül Mütəllibin səkkizinci övladı sonuncu Peyğəmbərin 

(xatəmül-ənbiya) atası Abdullahdır. Əbdülmütəllib nəzir etmişdi ki, 

hər şeyi  minnətsiz  verən Allah-təala, əçər ona on övlad  verərsə, ən 

izzətli övladını onun yolunda qurban edəcəkdir. Əbdülmütəllibin bu 

arzusu baş tutdu və o, etdiyi nəzirinə vəfa etmək xatirinə fərzəndləri 

arasında püşk (qore) atdı. Püşk Abdullah adına düşdü. Abdullah bu 

şad xəbərdən şadlandı, İlahinin təqdirinə boyun əydi. Əbdülmütəllib 

onun bu qərara tabeliyindən və alinejad anasının razılığından sevindi 

və  oğlu  ilə  birlikdə  qurbangaha  yollandı.  Bundan  xəbərdar  olan 

Qüreyş onların ardınca gedərək onu bu işdən çəkindirdi, bu məsələ 

xüsusunda həmin dövrdə başqalarından seçilən bir kahinə qadın ilə 

məsləhətləşdi.  Kahinə  nəziri  fidyə***  ilə  əvəz  etməyi  məsləhət 


51 

 

bildi, qərara aldı ki, on övladın sayı qədər dəvəni Abdullahın fidyəsi 



etsinlər  və onunla dəvələrin arasında püşk alsınlar, əgər püşk  yenə 

də  Abdullahın  adına  düşərsə  püşkatmanı  davam  etdirsinlər  və  hər 

dəfə  dəvələrin  sayını  on-on  artırsınlar.  Əbdülmütəllib  bu  qərara 

əməl  etdi  və  püşk  hər  dəfə  Abdullahın  adına  çıxdı.  Dəvələrin  sayı 

yüzə  çatdıqda,  bu  dəfə  Allah-təalanın  köməyi  ilə  püşk  dəvəyə 

düşdü.  Bu  işi  bir  neçə  dəfə  təkrar  etdilər  və  Abdullah  sakitləşdi 

(təşəffi),  yüz  dəvə  qurban  etdi.  Həzrət  Xeyrül-ənam  belə 

buyurmuşdu:  "Mən  Abdullah  və  İsmayıl  kimi  göstərilən  ibnüz-

Zəbeyhəm"

72

.  Tarix  kitablarında  yazılmışdır:  Nure-Əhmədinin 



şüaları  və  Məhəmmədi  nurlarının  işığı  Abdullahın  alnında 

parlamaqdaydı.  Yəhudilər  bir  neçə  dəfə  ona  qəsd  etdilərsə  də,  hər 

dəfə nifrət  və paxıllıqdan qeybdən  gələn qüvvə ilə  yardım olundu, 

düşmən  xətərindən  qurtuldu.  Abdullahın  nurunun  parıltısından 

bütün  qüreyş  xatunları  onun  günəş  kimi  işıqlı  camalına  vurularaq, 

onunla evlənməyə rəğbətlənirdilər, amma o xoşbəxtlik  Vəhbin qızı 

Aminəyə*  nəsib  oldu,  Abdullahın  amal  ağacı  murad  meyvəsi  ilə 

calaşdı,  fil  ilində  (amel-fil)  o  əzəmətli  qızdan  xatəmül-ənbiya 

doğuldu, zülmətə qərq olan aləm onun cahanı bəzəyən camal nuru 

ilə  işıqlandı.  Hamiləlik,  doğum,  böyümə  (reza),  cavanlıq 

əyyamından  peyğəmbərliyə  çatma  (bəisət)  müddətinə  qədər  o 

nəbilər sərvərinin və onun möhtərəm anasının başına bir çox qəribə 

işlər  gəldi  ki,  bu  haqda  bir  sıra  hekayətlər  (qesəs)  və  tarix 

kitablarında  məlumatlar  (7)  vardır.  Sözün  qısası,  günəş  batmazdan 

əvvəl (qürub vaxtı - Ş.F) Adəmin oğlu seyid timsallı cahanı bəzəyən 

camalı olan Abdullah iyirmi beş yaşında ikən Mədineyi-təyyibədə** 

(gözəl  Mədinə  -  Ş.F.)  hər  iki  dünya  Rəbbinin  rəhmətinə  qovuşdu, 

müqəddəs  Yəsrib  (Mədinə  -  Ş.F.)  torpağında  dəfn  olundu. 

Peyğəmbər  doğuluşunun  (milad)  yeddinci  ilində  Aminə  vəfat  etdi, 

Əbdülmütəllib o Batha və Yəsrib sərvərini (Məhəmməd Peyğəmbəri 

-  Ş.F)  özü  böyütməyə  başladı,  [amma]  həmin  miladın  səkkizinci 

ilində  özü  də  rəhmətə  qovuşdu,  o  "Dorre-yetim"in  böyüyüb  boya-

başa çatması Əbu Talibin*** öhdəsinə düşdü. İmran ismi ilə tanınan 

Əbu  Talib  Əbdülmütəllibin  yeddinci  oğlu  idi  və  qüreyş  qəbilələri 

arasında  onun  şöhrəti  və  layiqli  yeri  vardı.  Həzrət  xatəmül-ənbiya 

həmin  ali  qədir-qiymətli  əmisinin  mehribanlıq  və  nəvaziş  (otufət) 

                                                           

72

 İfadənin ərəbcəsi: "Ənə bnu-z-Zubeyhi əşarəhu bi Abdi-1-lahi və İsmailin". 



 

52 

 

şəfəqləri  sayəsində  böyüdü.  Ona  peyğəmbərliyin  verilməsinin 



(bəisət) onuncu ilinədək o sərvər (Əbu Talib) sağ idi, o həzrətə səylə 

köməklik göstərirdi. Onuncu ildə Allahın dəvətini qəbul edib öldü. 

Həzrət rəsul (salləllahu aleyhi və səlləm) Əbu Talibin, ondan sonra 

isə  Xədiceyi-Kübranın****  (Peyğəmbərin  zövcəsinin  -  Ş.F.) 

vəfatlarından  sonra,  dərin  hüznə  qərq  olmuşdu.  Əbu  Talib 

"kafirlərin  və  müşriklərin  qənimi,  aləmlər  Rəbbinin  dostu  (həbib), 

əzəmətli  Allahın  şiri,  möminlər  əmiri  olan  Heydəri-Kərrarın"

73

  - 



"Əli  ibn  Əbu  Talibin"  hörmətli  atası  idi.  Tərəfdarlarının  və 

müxaliflərinin yazdıqlarına görə, "Ətim ətindən, qanım qanındandır" 

hədisində buyuruldugu kimi

74

, [Həzrət Əli] böyük fəzilət və istedad 



sahibi olan məşhur bir sima idi. Həzrət Məhəmməddən sonra Adəm 

övladının  əşrəfi  olan  Əli  ibn  Əbu  Talib  əleyhis-səlam  asimandan 

gələn  işarə  ilə  Zöhreyi-Zəhra  və  Bətule-Üzra  ilə  (Məhəmməd 

Peyğəmbərin qızı Fatimənin ləqəbləri - Ş.F.) izdivac etdi. İlahinin o 

iki  sirlər  xəzinəsindən  (məxzənül-əsrar)  və  o  iki  sonsuz  nurlar 

mədənindən  (mədəne-dudmane-namotənahi)  iki  parlaq  nübüvvət 

ulduzu  (İmam  Həsən  və  İmam  Hüseyn  -  Ş.F.)*  iki  asimanın  iki 

ulduzu  kimi  dünyaya  gəldi.  Behişt  əhli  olan  o  cavanların  (İmam 

Həsən  və  İmam  Hüseyn  -  Ş.F.)  böyüklüyü  barədə  mirvari  kimi 

qiymətli  sözlər  deyilmişdir.  On  iki  çeşmə  kimi  bütün  dünyanı 

qucaqlayan və asimanın möhkəm qalaları olan o kəslərin uca adları, 

[həmçinin]  möhtərəm  və  uca  məqamlı  övladları  haqqında  çoxlu 

sözlər  zikr  olunmuşdur.  Onların  birincisi  Həzrət  Əli  (ə)  və 

sonuncusu Həzrət Mehdi** (ə)-dir.  Həmin şəcərə ağacının kökü  və 

mübarək nəsli on iki nəfərdir və əzəmətli padşah (Şah Abbas - Ş.F.) 

yer üzərində Allahın kölgəsidir. Buna görə də, mən söz dəftərimi o 

həzrətin əcdadının və böyük atalarının zikri ilə bəzəyirəm. 

Nübüvvət və imamət gülzarının iki dəstə gülü və şücaət və 

kəramət  bostanının  iki  sərvi  olan  o  adamlar  musəvi  və  hüseyni 

xanədanına  mənsubdurlar  ki,  onlar  nəsilbənəsil  möhtərəm  və  uca 

məqamlı adamlar olmuşlar və yuxarıda işarə olunduğu kimi onların 

şəcərəsi  on  iki  imamın  yeddincisi  imam  Museyi-Kazimə***  çatır, 

                                                           

73

 İfadənin ərəbcəsi: "Heydər Kərrar qatili-1-kəfərə bi-1-muşrikinə vəsa həbibu rəbbi-



1-aləminə  əsədu-1-lahi-l-ğalib  əmiru-1-mömininə  Əli  ibn  Əbi  Talibin  əleyhi-s-

səlamu". 

74

 İfadənin ərəbcəsi: Bi hokmi hədisi "Ləhmi min ləhmikə, dəmi min dəmikə" 



 

53 

 

ondan törəyir. Buna  görə də  "Günəşə  və onun işığına  and olsun"



75

 

ayəsində deyildiyi kimi, günəşdən də parlaq olan o böyük imamların 



zikri  ilə  sözə  başlayıram  ki,  mənim  dilim  o  həzrətin  uca  məqamlı 

sələflərinin  adlarının  zikri  ilə  daha  da  şirinləşsin.  Ənsab  elminin 

(şəcərə  elminin  -  Ş.F)  übmalarının  hamısı  belə  əqidədədirlər  ki, 

onlar (səfəvilər - Ş.F) həzrət imam Museyi-Kazimin  və ali məqamlı 

imamzadə  Əbülqasim  Həmzənin  nəslindəndirlər.  Düzgün  olan 

məlumata  görə  imam  Museyi-Kazim  Tərşizin  Susefid  adlı  yerində 

dəfn  olunmuşdur  və  onun  şərafətli  məzarı  əhalinin  ziyarətgahı  və 

təvaf yeridir. İbn Bəzzaz* kimi tanınan Dərviş Təvəkkül ibn İsmayıl 

Şeyx  Sədrəddin  Musanın  sağlığında  o  həzrətin,  şeyxlərin  və 

övliyaların  bəyanı  xüsusunda  bir  kitab  yazmış  və  onu  "Səfvətüs-

səfa"  adlandırmışdır.  Həmin  kitab  Firuzşah  Zərrinkolahla 

başlayır.** Bu sətirlərin  müəllifi də İbn Bəzzazın  yoluyla  gedərək, 

özünün zərrin qələminin köməyi ilə "Abmara" [kitabının] səhifəsini 

o həzrətin (Firuzşahın - Ş.F) zikri ilə bəzəyir. 



Firuzşah  Zərrinkolah'':  "Səfvətüs-səfa"  [kitabının] 

müəllifi  yazır:  "Təriqət  sultanının  fərzəndlərindən  biri  İbrahim 

Ədhəmdir.  O,  mülk  tutmaq  bayraqlarını  qaldıraraq  daim  qəza 

(müqəddəs  müharibə  -  Ş.F)  və  cihadla  məşğul  idi.  O  vaxtlarda 

Muğan, Aran və o hüdudda yerləşən yerlərin əhalisi iman zinətindən 

kənar,  islam  şərəfindən  bəhrəsiz  idilər.  Peşəsi  qəza  olan  o  sultan 

(sultane-qəzapişe)  kəskin  qılıncının  şöləsi  ilə  o  vilayətin  hər  yerini 

islam  nuru  ilə  işıqlandırdı,  küfr  və  zalimlik    qaydasını    (rosum)  

aradan  götürdü,  zahiri  (suri) və mənəvi cəmiyyət [üzvləri] arasında 

həm dini, həm də dünyəvi idarəçilik qabiliyyəti olan Əmir Firuzşahı 

Ərdəbilin  və  oraya  tabe  olan  yerlərin  sərvəri  və  əmiri  etdi.  Onun 

var-dövləti,  qoşunu,  heyvanı  və  qənimətləri  o  qədər  çox  idi  ki, 

Ərdəbilə sığınırdı. Oradan çıxıb  Gilan  meşəsinin kənarına  getdi  və 

yaxşı bir yerdə dayandı (rəhle-eqamət əndaxt), həmin vilayətdə dini 

məsələlərin  təlqini  ilə  məşğul  oldu,  fəzilət  və  ənam  süfrəsini  açdı. 

Əmir  Firuzşah  dünyadan  köç  cilovunu  əcəlin  əlinə  verdikdə,  onun 

igid (rəşid) oğlu Əvəzül-xəvas sədaqətli adamların işlərinin icrası və 

sərvərliklə  məşğul  oldu,  həmin  yerdən  Ərdəbilə  tabe  olan 

Əsfərəncan  kəndinə  (qərye)  getdi,  qoşun  və  təbəələri  ilə  orada 

məskunlaşdı.  O  da,  böyük  atası  kimi  öz  səxavəti  (kərəm)  və 

qonaqpərvərliyi  ilə  xalq  arasında  (beynəl-comhur)  məşhurlaşdı. 

                                                           

75

  İfadənin ərəbcəsi: "Bi məntiq va-ş-şəms va-d-duha hə". 



54 

 

Ənam süfrəsini ziyafət və səxavət evində bağlayıb, üqba (axirət evi - 



Ş.F) mehmanxanasına getdikdə, onun bənzərsiz oğlu Məhəmməd əl-

Hafiz atasının  yerində qaimməqam oldu. Qəribə hadisələrdəndir ki, 

o,  yeddi  yaşında  ikən  atasının  evindən  çıxmışdı  və  ondan  heç  bir 

xəbər-ətər yoxdu. Həmin xanədanın üzvləri nə qədər axtardılarsa da 

onu  tapmadılar,  məyus  olub  təziyəsini  tutdular.  Yeddi  il  keçəndən 

sonra on dörd gecəlik ay cövza bürcündə* görünərkən o, ata evinin 

qapısı  önündə  zahir  oldu.  Onun  ayrılığından  göz  yaşları,  ah-nalə 

içərisində olan o sülalənin xidmətçi və müridləri asiman kəramətlə o 

ayı  (bədr)  o  ərazidə  gördükdə  s.10  öz  təziyələrini  şadlıqla  əvəz 

etdilər,  ondan  başına  gələnləri  (8)  soruşdular.  Dedi:  "Doğru  yol 

silkinə mənsub olan (salek) bir dəstə  müsəlman cini (əcinnə)  məni 

öz yanlarına apardılar, üzümə şəfəq qapılarını açaraq şəriət və Quran 

öyrətdilər,  beləliklə  də  mən  yeddi  il  onların  arasında  yaşayıb 

fəzilətlərlə  (fəzayel)  məşğul  oldum,  hal-hazırda  isə  vətənə 

qayıtmışam". İradət (istək) yolunun adamları onun bu zəruri gedişini 

dini  və  dünyəvi  səadət  üçün  səmərəli  sayaraq,  onu  əzəmətli 

babalarının hidayət taxtına əyləşdirdilər. O da alinejad əcdadı kimi 

yaşayıb, öz qövmünün hidayət və irşadı ilə məşğul oldu. Həyatı sona 

yetdikdə ata-babalarının  vəzifəsi  möhtərəm  fərzəndi  Səlahəddin ər-

Rəşidə  çatdı,  o,  hidayət  və  kəramət  taxtını  əzəmətli  əcdadı  kimi 

zinətləndirdi,  Ərdəbilin  Kəlxaran  adlı  yerində  məskunlaşdı,  iradət 

ərbablarının  verdikləri  nəzir  və  hədiyyələrdən  gözünü  çəkdi, 

əkinçiliyə (ziraət)  meyl etdi, özünün dost (əshab)  və təbəələrini də 

əkinçiliyə həvəsləndirdi, əhali tarlasında məhəbbət və şəfqət toxumu 

becərdi.  Ömrünün  mərhələlərindən  yetmiş  mərhələ  bitdiyi  vaxt  öz 

varlıq  yükünü  axirət  mənzilinə  apardı.  Möhtərəm  oğlu  Əmir 

Qütbəddin*  öz  alimiqdar  atasının  qaimməqamı  oldu,  həmin 

müqəddəs nəslin sərvərinə və rəhbərinə çevrildi, bu sülalə üzvlərini 

öz  nəvazişi  və  şəfqəti  altına  alaraq,  qiymətli  əcdadı  kimi  irşad 

yolunu tutdu. O ləyaqətli əmirin sağlığında  gürcü hakimlərinin biri 

bir  dəstə  kafir  döyüşçü  ilə qəfildən  Ərdəbil  vilayətinə  hücum  etdi, 

bu  hücumdan  islam  əhlinə  çox  zərər  yetişdi.  Onların  qorxusundan 

Əmir Qütbəddin öz iffət sarayının qadınlarını Ərdəbil darülirşadına 

köçürərək onları etibarlı bir yerdə gizlətdi. Bir gün axşam çağında o, 

onları yoluxmaq məqsədilə gizləndiyi yerdən çıxdıqda kafirlərin biri 

qarşısına  çıxıb  o  sərvəri  ağır  yaraladı,  əmir  yaralı  halda  öldürülən  

adamların  arasında  qaldı.  Baş  vermiş  bu  qorxulu  vaqiədən  sonra 

cərrahlar onun müalicəsinə başladılar, yara sağaldı və onun mübarək 



55 

 

zatı  sağ-salamat  qaldı.  Bu  hadisədən  sonra  hidayət  və  irşad  taxtı 



[yenə] onun vücudunun işığı ilə zinətləndi, əhalinin müşkülatı onun 

dürlər  çəpən  dili  ilə  öz  həllini  tapdı.  Bir  neçə  il  nəvəsi  Səfiəddin 

İshaqın  (səftil-həqq  və-1-həqiqə)  səadətli  təvəllüdü  dövründə 

həyatda  qaldı,  bir  neçə  il  qiymətli  [nəvəsini]  gördü.  Sözün  qısası, 

ölümünə  az  qalmış  həmin  gözəl  xasiyyətli  əmir  öz  qiymətli 

əcdadından miras qalan və qorunan o irfan və irşad cəvahirini istəkli 

fərzəndi Seyid Salehə* verərək, bu aşağı dünyaya vida etdi və onun 

pak ruh quşu ülvi aləmə pərvazlandı. Seyid Saleh  vəlayət  və irşad 

bəhrindəki  sədəflərin  incisi,  hidayət,  məsləhət  və  mürşidlik 

bürcündəki      dürlərdəndi.  O,  möhtac      adamların      vəziyyətlərinin   

yaxşılaşdırılmasına atasından daha çox çalışdı. Xalq indiyəcən onun 

şan-şöhrəti barədə danışmaqdadır. Onun səadətli qapısı həmişə fəqir 

və  möhtac  adamların  üzünə  açıq  olurdu  və  heç  vaxt  onların 

çoxluğundan  şikayətlənmirdi.  Seyid  Salehin  dünyadan  köçmə 

zamanı  yaxınlaşanda  axirət  səfərinə  hazırlaşdı,  şərafətli  ruhu  saleh 

və  sadiq  adamların  ruhlarına  qoşuldu,  həyat  bağının  cavan  tingi 

(novnehal)  Seyid  Cəbrayıl*  o  həzrəti  Kəlxaran  darülamanında  dəfn 

etdi. 


Sultan  Seyid  Cəbrayıl***:  Allahı  tanıyıb  onun  səcdəsinə 

əyləşən  şəxslərin  (səccadeneşinane-xoda)  ən  məşhuru  idi.  Təqva 

(dindarlıq, möminlik, zahidlik - Ş.F.) pəhrizkarlıq, taət (Allaha itaət) 

və ibadətdə ali dərəcəli adamdı. Öz alicənab atası kimi, doğulduğu 

Ərdəbil  Kəlxaranında  qaldı.  O  diyarın  camaatı  o  möhtərəmin 

müqəddəs  nəfəsindən  səadət  nurları  əxz  etməkdəydi.  Nəhayət 

Allahın  mərifət  zövqü  onu  zəmanənin  qeyri  adamlarının 

söhbətlərindən kənara çəkdi, ona mücahidlik və pəhrizkarlıq, ziyarət 

rəsmini öyrətdi, zahirini və batinini irfan nuru ilə işıqlandırdı, dilini 

xamuşluq kamına çəkdi. Adamlarla az danışardı. Məqamının şöhrəti 

hər  yana  yayıldı.  Hörmətli  və şərafətli tayfa əyanından doğulan  və 

dövrün Rabiəsi olan Dövləti adlı bir banu o alinejadla həyat qurdu... 

onların  birliyindən  o  iffətli  [xanım]  övliyalar  və  seçkin  şəxslərin 

sultanı  səfiül-həqq  və-1-həqiqət  vəddin  İshaqdan  hamilə  oldu. 

Hamiləlik  dövründə  o  mübarək  camallı  qadın  aləmi  o  qədər 

işıqlandırırdı  ki,  sanki  dövlətübhü  və  səadət  nurları  onun  işıqlı 

alnından  parlayırdı.  İbn  Bəzzaz  "Səfvətüs-səfa"  kitabında  Sultan 

Sədrəddin      dövründəki  fəzilət  sahiblərindən  olan  Movlana 

Məhyəddinin*  dilindən  Seyx  Səfiəddin*  və  onun  kamalına  dair, 

həmçinin onun doğulması  və südəmərliyi (reza) dövründəki qəribə 



56 

 

nişanələr  və  əlamətlər  haqqında  o  qədər  məlumat  vermiş  və  söz 



açmışdır  ki,  həmin  məlumatlar  bu  kitaba  yerləşməz.  Xülasə,  aləmi 

işıqlandıran  o  nur  (yəni  Şeyx  Səfiəddin  -  Ş.F.)  elə  ki,  səadət 

üfüqündən doğuldu, altı yaşında olarkən möhtərəm atasına Allahdan 

"onu  darüssalama  çağıran  "Vallah"  nidası  gəldi"

76

  və  o,  dünyasını 



dəyişdi,  elə  o  yerdə  də  -  böyük  atasının  məzarının  yanında  dəfn 

olundu.  Həqiqətən  də,  o  həzrətin  mübarək  qəbri  işıq  və  rəhmət 

zöhrəsi  kimi  sanki  cənnətin  bir  parasıdır.  Əlahəzrət  zilləllah  şah  o 

qəbrin  üstündəki  onun  gözünə  həqir  görünən  (mohəqqer)  sabiq 

imarətin üstünü götürüb, onu olduqca səliqə-səhmanlı (təkəllof)  və 

gözəl  bir  gümbəzlə  əvəz  etdi.  O  həzrətin  [Sultan Şeyx  Cəbrayılın] 

fərzəndi  hidayət  taxtının  sultanı,  pakların  pakı  və  övliyaların  dəlili 

(bürhanı) olan Şeyx Səfiül-millət vəd-dindir. Onun ali məqam və ali 

tərifini saymaqla qurtarmaz. [Şeyx Səfiəddinin] nurlu qəbri feyz və 

rəhmət  nurunun  məskən      tutduğu  məkandır.  Böyük  atasının 

vəfatından sonra, möhtərəm anası İlahinin işıqlandırdığı [Səfiəddini] 

böyütməklə məşğul oldu. Hələ cocuqluq vaxtından başlayaraq, onda 

Allah  kəramətinin  işartıları  görünürdü  və  asiman  onun  hümayun 

nurundan  parlayırdı.  Ondan    həmişə    qəribə    işlər    müşahidə  

olunurdu  (məsələn  qəbirlərin  kəşfi,  ölüm  hallarının  təsviri  və  bu 

kimi  başqa  xüsusiyyətlər).  O,  bunları  anasına  danışar  və  anası  da 

yetişəcəyi  yüksək  mərtəbələr  və  böyük  dərəcələr  münasibətilə 

oğluna  müjdə  verərdi.  Fəzilət  və  kəmalət  öyrənməklə  bir  müddət 

vaxt keçdi. Məna aləmindən zövq almaq, bu aləmi müşahidə etmək 

və  mənimsəmək  şövqü  şeyxə  üstün  gəldi,  o,  mücahidə  və 

pəhrizkarlıq  vadisinə  qədəm  basdı,  çünki  bilirdi  ki,  irşad  sahibinin 

(mürşid)  köməyi  olmadan  kamal  zirvəsinə  yüksəlmək  mümkü  n 

deyildir.  [Buna  görə  də]  arabir  hər  ikisi  Şeyx  Cüneyd  Bağdadi 

nəslindən  olan  Şeyx  Fərrux  Ərdəbili  və  Şeyx  Əbu  Səidin 

məzarlarını  ziyarət  edər,  orada  ibadətlə  məşğul  olar,  hərdənbir  də 

vaxtını  ilahi  (rəbbani)  mərifətə  qovuşmuş  Şeyx  Səhabəddin 

Mahmud  Amerinin  qəbrinin  üstündə  keçirər,  özünə  kamil  mürşid* 

axtarışında  olardı.  O,  Şeyx  Nəcibəddin  Bozegş  (?)**  Şirazinin 

vəziyyətini  və  onun  fəzələt  dərəcələrinini  çoxluğunu  bildikdə  onu 

görmək istəyi ilə Şiraza  yola düşdü. Özündən böyük olan,  Şirazda 

var-dövlət  və  etibar qazanan  varlı  və şan-şöhrətli bir şəxsin qızı ilə 

evlənərək  bu  şəhərdə  də  qalan  öz  böyük  qardaşı  Səlahəddinlə 

                                                           

76

 İfadənin ərəbcəsi: "Vallah yəd'u ib dan-s-sələmi" 



57 

 

görüşməyi  bəhanə  etmiş  şeyx  mehriban  anasından  icazə  almış  və 



Şiraza  rəvan  olmuşdu.  Yolda  rastlaşdığı  hər  bir  Allah  adamıyla, 

dərvişlərlə,  Allah  əhli  (əhlüllah)  ilə  söhbət  edər,  onların  sözlərini 

diqqətlə  dinləyərdi.  Şiraza  gəldiyi  vaxt  Şeyx  Nəcibəddin  Bozeğş 

artıq  dünya  evindən  köçmüşdü.  O,  bu  diyarın  şeyxləri  ilə 

görüşdükdə  istəyində  olduğu  feyz  işığını  onlardan  ala  bilmədi.  O 

əsnada  şeyx  zəmanə  üləmalarından  olan  Mövlana  Rəziəddinlə 

görüşdü,  “Zəlzələ”  surəsinə  qədər  Qur'anın  təfsirini  birlikdə 

müzakirə  etdi,  ondan  təfsir  dərsinin  icazəsini  aldı.  [Sonra]  Şeyx 

Müslihəddin  Sədi***  ilə  söhbət  etdi,  amma  onunla  həmsöhbət 

olmaqdan xoşlanmadı.  Şeyx Səfiəddini  - əxlaqda, hərəkət tərzində, 

davranışda (süluk) özlərindən yüksək görən o vilayətin dərvişləri və 

hidayət sahibləri onu seyidlər zümrəsi və dövrün bilikli adamlarının 

on biliklisi olan Əmir Abdullahın yanına göndərdilər. Elə ki, onunla 

görüşdü, həqiqətən də onda hərtərəfli biliyə və kamala malik sifətlər 

müşahidə  etdi,  cəlal  və  camal  təcəssümü  (məzhər)  gördü.  Həzrət 

Şeyx  Səfiəddin  başına  gələnləri  ona  danışdı.  O  isə  bir  ləhzə  fikrə 

getdikdən sonra dedi:  “Ey cavan türk”.  Sənin indiyədək riyazət  və 

mocahede**** (nəfsin tərbiyəsi  - Ş.F) barədə öyrəndiklərin  mənim 

bəsirət  gözümü  hələ  cəlb  etməmişdir.  Sənin  böyük  işlərin  hələ 

qabaqdadır,  amma  sən  axtardığın  malları  bu  bazarda  tapa 

bilməyəcəksən. Bu gün sənin gözlərindən örtüyü qaldırmağı bacaran 

bir adam  var ki, o da ilahi maarif arifi olan  və sizin  vilayətə yaxın 

yerdə  -  Gilanda  dərya  kənarında  inzivaya  (xəlvət)  çəkilən  və 

xəlvətgahı olan Şeyx Zahid Gilanidir".*  [Beləliklə]   Şeyx Zahidin 

gözəl    xüsusiyyətləri  barədə  ona  çox  danışdı.  O,  həzrət  də,  Fars 

şeyxlərini  tərk  edərək  Şeyx  Zahidin  saf  daxili  aləmindən  kömək 

diləyib  vətəninə  yollandı.  Qardaşının  ona  qiymətli  şeylər  vermək 

istəyinə baxmayaraq, o həzrət onları qəbul etmədi  və tələb ayağını 

məqsəd  yoluna atdı, Allah-təalanın aman  vermək zəmanəti ilə sağ-

salamat  gəlib  Ərdəbil  darülirşadına  çatdı.  Şeyx  Zahid  o  həzrətin 

zöhdə (zahidliyə - Ş.F.) və batini elmə malik olduğunu kəşf yoluyla 

bilib,  üzünü  müridlərinə  tutaraq  dedi:  "Həqiqət  axtarışıyla 

Ərdəbildən  buraya  bir  cavan  adam  gələrək,  mənimlə  görüşmək 

istəyir.  Onunla  həzrət  Rəbb  arasında  təkcə  bir  pərdə  (hicab) 

qalmışdır."  Xülasə,  Şeyx  Səfiəddin  Şeyx  Zahidin  olduğu  yeri 

öyrənib  oraya  üz  tutdu,  onun    kəramətli    xanəgahına  çatdı, 

ibadətgahda  (sovmee)  namaz  qılmaqla  məşğul  oldu.  Mübarək 

ramazan  ayı  idi.  Şeyx  Zahidin  belə  bir  adəti  vardı:  O  mübarək  ay 



58 

 

gələn  vaxt  öz  məhrəm  otağına  (hərəmsəra)  təşrif  aparar  və  gecə-



gündüz  taət  və  ibadətlə  məşğul  olardı.  İftarı  öz  əhli-əyali  ilə  açar, 

fitrə  bayramınadək  müridlər  zümrəsi  ilə  görüşməzdi.  Şeyx 

Səfiəddinin  o  ali  yerə  gəlib  çatdığı  gün  Şeyx  Zahid  öz 

xəlvətgahından çıxıb bir xidmətçisinə dedi: "Bu gün ruzigarın haqq-

tələb  adamlarından  biri  bizə  qonaq  gəlmiş  və  ibadətgahda  namaz 

qılmaqdadır.  Namazını  qurtardıqdan  sonra  onu  mənim  yanıma 

gətir". Xidmətçi haqq yolunun o arif yolçusunu (salik) gətirdi və o, 

şeyxlə  görüşdən  şərəfləndi.  Şeyx  ona  "Səfiəddin"  deyə  xitab  etdi, 

onun  yüksək  mərtəbələrə  və  böyük  məqama  yetişəcəyi  barədə 

deyilənlərin  həqiqət  olduğunu  gördü,  bağlılıq  əlini  onun  ətəyindən 

asdı və ləyaqətli xidmətinə görə  onun  xüsusi  məhrəmlərindən  biri 

oldu. Nəfsinin  təmizliyi (təzkiye)" və pəhrizkarlığı  (rəyazət) həzrət 

Şeyx Səfiəddini həftədə bir yol deyil, üç gündə bir kərə ifrat açmağa 

sövq etdi. Şeyx onun bu adətini də dəyişdi və o, hər gün iftar etmək 

barədə  qərar  verdi.  Amma,  Şeyx  Səfiəddin  fəqət  bir  loğma  quru 

düyü çörəyi ilə kifayətlənib, bol çeşidli yeməklərdən sərfnəzər etdi 

və  qətiyyən  ət  yemədi.  [Ümumiyyətlə]  Şeyx  Səfiədinin  adət  və 

kəramətləri  haqda  çoxlu  məlumat  vardır  ki,  bunlar  haqqında 

"Səfvətüs-səfa"  və  Yəməni  Herəvinin*  kitablarında  daha  çoxdur. 

Sözün  qısası,  o  kamil  sifətləri  olan  zat  daim  ruhlar  və  kabuslar 

(əşbah) aləmi barədəki dərki çətin məsələləri öz bəsirət gözü ilə açır 

və  doğru  yuxular  (röyaye-sadeqe)  görürdü.  Onlardan  biri  beləydi: 

Bir  gecə  yuxuda  gördü  ki,  belində  qılınc,  başında  isə  samur 

dərisindən  bir  papaq  var.  Papağı  başından  çıxaran  kimi  onun 

hümayun başının düz ortasından (fərq) aləmi işıqlandırmaqdan ötrü 

bir  günəş  parlayırdı.  O,  gördüyü  yuxunu  Şeyx  Zahidə  danışdı  və 

onun yozumunu (təbir) ondan xəbər aldı. İşıqlı fikri olan şeyx onun 

yuxusunu təbir edərək buyurdu: "Qılınc və günəş güclü bir padşahın 

zühuru  və  aradan  getməsinin  (zühur  və  xüruc)  əlamətidir.  Yaxın 

vaxtlarda sənin belindən (solb) bəxti günəş kimi hamıya işıq saçan, 

iti qılıncı isə ərbabların zülmünü yox edən bir şəxs peyda olacaqdır". 

Xülasə, Şeyx Səfiəddin mübarizə və pəhrizkarlıqda çox inkişaf etdi 

və  onun  işıqlı  batinində  ilahi  sirlər  nuru  parlamağa  başladı.  Şeyx 

Zahid  onu  öz  kəşflərindən  (mosaherat)  agah  edərək,  Zöhreyi-

Zəhradan  (Məhəmməd  Peyğəmbərin  qızı  -  Ş.F.)  işıqlanan  Fatimə 

adlı pak qızını onunla evləndirdi. Baxmayaraq ki, Şeyx Zahid hələ 

sağlığında  ona  irşad  və  səcdəyə  oturma  icazəsi  (mürşidlik  -  Ş.F.) 

vermişdi,  amma  o,  bunu  qəbul  etmirdi.  Həmin  hidayət  və  vəlayət 



59 

 

taxtının  sahibi  (Şeyx  Zahid  -  Ş.F.)  vəfat  edərkən  o  həzrətlə  əhd 



edərək,  onun  qabiliyyət  qamətinə  həmin  köynəyi  geyindirdi  (yəni 

onu mürşid elan etdi - Ş.F). Qərəzkar adamlar Şeyx Zahidə etirazla 

dedilər:  "Sənin  sadiq  oğlun     kamallı  və  yetkin  Cəmalləddin  Əlini 

irşadla  şərəfləndirməkdənsə,  niyə  Şeyx  Səfiəddini  bu  ali  taxta 

qaldırırsan?" Şeyx  müridlərin şübhəsini aradan qaldırmaq  və onları 

sakitləşdirməkdən  ötrü  oğlunu  və  Şeyx  Səfiəddini  sınamaq 

məqsədilə  dedi:  "Oğlumun  xəlvət  yeri  haradır?"  Dedilər: 

"Xanəgahın  məhrəm  yerində."  Buyurdu:  "Səfinin  xəlvət  yeri 

haradır?" Dedilər:  "Şeyx Səfiəddinin yerindən oraya yarım fərsəx* 

yol var." Dedi: "İndi mən onların hər ikisini buraya çağıracağam, siz 

onların hansının bu rütbə və məqama layiq olduğunu görəcəksiniz." 

O,  oğlunu  üç  dəfə  səslədisə  də  ondan  səs  gəlmədi,  amma  Səfini 

çağırmaqla ondan cavab eşidildi: "Ləbbeyk, ey şeyx, ey mürşid" və 

özü də gəlib çıxdı. Şeyx soruşdu: "Səfi, sən haradaydın?" Dedi: "Öz 

xəlvət  yerimdəydim. Şeyxin şövqlü nidasını eşidib onun xidmətinə 

gəldim."  Şeyx  üzünü  qohumlarına  tutub  dedi:  "Mənim  nəzərimcə, 

"Allah-təala"

77

  mənim  nəzərdə  tutduğumu  Səfiyə  vermişdir, 



Cəmaləddinə yox. Mən də Allahın əmanətinə xəyanət etmədən onu 

öz  sahibinə  verdim."  Xülasə,  Şeyx  Zahid  Gilanın  Savrud  adlı 

yerində yeddi yüzüncü ildə (miladi 1300/01) üqba aləminə yollandı 

və elə vəfat etdiyi yerdə də dəfn olundu. Həzrət sultanül-övliya Şeyx 

Səfiəddin  iradəti,  geyim-keçimi  (xirqə)  və  irşadı  (mürşidlik 

nişanələridir -Ş.F.) baxımından Şeyx Zahiddən, Şeyx Zahid - Seyid 

Cəmaləddindən,  Seyid  Cəmaləddin  -  Şəhabəddin  Mahmud 

Ameridən, Şeyx Şəhabəddin - ondan yeddi nəsil əvvəl yaşamış Şeyx 

Cüneyd  Bağdadidən,  Şeyx  Cüneyd  -  Səri  Səqətidən,  Səri  Səqəti  - 

"Kerexi-Xadim" kimi tanınan Həzrət İmam Əbülhəsən Əli İbn Musa 

ər-Rizadan  götürmüşdür.  Nəticə  etibarilə  [deyə  bilərik  ki,]  Şeyx 

Zahidin  vəsiyyətinə  görə  həzrət  Şeyx  Səfiəddin  hidayət  və  irşad 

taxtına əyləşdi, əhalini şəriət, təriqət və həqiqətin müstəqim (doğru) 

yoluna  çatdırmağa  başladı.  O  həzrətin  Şeyx  Zahidin  qızından 

Sədrəddin Musa*  adlı bir fərzəndi doğuldu. Həzrət Şeyx Səfiəddin 

pəhrizkarlığının çoxluğundan zəiflədi və bir müddət öz dini dərdinin 

darmanını təsəvvüf aləmində tapdı  və buna sevindi. Nəhayət, onun 

zəifliyi  qüvvətləndi,  şcyx  natəvanlıq  yatağına  düşdü.  Xəstəlik 

vaxtında ağrıdan narahatlığına baxmayaraq, Şeyx Zahidin uyuduğu 

                                                           

77

 İfadənin ərəbcəsi: "Allah sobhanə və təalə" 



60 

 

ətirli (möəttər) qəbrin ziyarətinə gedərək, orada bir az arxayınlaşdı, 



vəziyyəti  yüngülləşdi.  Bir  gün  ağrının  şiddətindən  möhtərəm 

zövcəsinə  (həbilə)  dedi:  "Məni  mənim  evimə  aparın".  O  həzrətin 

xidmətçiləri ona dedilər:  "Siz öz  evinizdəsiniz." Buyurdu:  "Mənim 

əsl  evim  oradadır",  (yəni  Şeyx  Zahidin  yanındadır  –  Ş.  F.). 

[Beləliklə,] Şeyxi oraya apardılar. Bu hal bir neçə dəfə təkrarlandı. 

Vəfat  edən  vaxt  müqəddəs  nişanlı  səfəviyyə  müridlərini  bir  yerə 

topladı, səhabələrinə  və övladlarına pak şəriət  yolundan  və şeyxlər 

təriqətindən  dönməməyi  buyurdu,  kasıblara  (füqəra)  ənam 

vermələrini  vəsiyyət etdi. Şeyx Sədrəddin Musa haqqında isə dedi: 

"Səcdəyə  oturmaq  və  irşad  hüquqi  fərzəndim  Sədrəddinə  çatır". 

Sonra  möizə  və  nəsihətlərə  başladı.  Nəhayət,  gücünü  qeyb 

aləmindən  alan  ecazkar  dili  danışıqdan  qaldı,  son  sözü  bu  oldu:  

"Ona (Məhəmməd Peyğəmbərə  - Ş.F.)  salavat göndərin  - gözəl bir 

salam"


78

  Yeddi  yüz  otuz  beşinci  ilin  (miladi  1334)  məhərrəmül-

həram  ayının on ikisində, düşənbə günü sübh namazından sonra o, 

əcəl  saqisinin  əlindən  şərbət  içdi,  dünya  aləminin  iztirab  evini 

(aşubxanə)  müşahidə  etməkdən  gözünü  çəkdi.  Onun  möhtərəm 

xanımı  da,  Allah  dərgahından  etdiyi  dua  və  xahişə  görə  on  səkkiz 

gündən  sonra  vəfat  edərək  həzrətlə  birləşdi,  cənnət  bağçasına 

yollandı. "Mən  Allaha  mənsubam  və ona da qayıdacağam.  Allahın 

övliyaları ölmürlər, lakin dəyişirlər"

79

 



 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin