AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


ALLAHIN KÖMƏYİ İLƏ HÜMAYUN MƏİYYƏTİN



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə17/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   13   14   15   16   17   18   19   20   ...   96

ALLAHIN KÖMƏYİ İLƏ HÜMAYUN MƏİYYƏTİN  

BİRİNCİ DƏFƏ GÜRCÜSTANA YÜRÜŞÜNÜN ZİKRİ 

 

Doqquz  yüz  qırx  yeddinci  ildə  (miladi  1540)  ədalətli  şah 



tərəfindən qəza və cəhad niyyəti qərara alındı, o nişat, seyr və şikar 

məqsədilə  Qarabağa  tərəf  yollandı,  oradansa  döyüşlər  sınağından 

çıxmış  bir  dəstə  igid  döyüşçü  ilə  Gürcüstana  hücuma  keçdi. 

Qaranlıq ürəklərdən də qara olan bir gecə vaxtı onlar  Tiflis şəhərinə 



179 

 

hücuma keçdilər və qaranlıq (zülmətabad) gecə vaxtı kafərlərə qarşı 



qarət və qətl alovu yandırıldı. Belə ki, onların kişiləri iti qılınca yem, 

qadın  və  qızları  isə  müzəffər  qazilərə  əsir  oldular.  Luvarsab 

tərəfindən  Tiflis  hakimi  olan  Kolbad  Gürcü  bir  dəstə  gürcü  ilə 

qalaya  sığınsa  da,  o,  islam  döyüşçülərinin  qorxusundan  aman 

istəyərək  oradan  çıxdı,  müsəlman  olmaq  səadətinə  yetişdi.  Bəzi 

gürcü əmirləri isə qələbə nişanlı əskərlərin qorxusundan olduqca uca 

və  möhkəm  olan  Berəbs  (?)

149


  qalasına  pənah  apardılar,  amma 

həmin qala fələk  məqamlı  və dünya  ehtişamlı padşahın fərmanı ilə 

islam  qoşununun  mübarizləri  tərəfindən  mühasirəyə  alındı. 

Qaladakılara  bərk  qorxu  üz  verdiyindən  onların  qalanı  təslim 

etməkdən başqa  çarələri qalmadı, qalibiyyətli qazilər də o  məkanda 

sakin  olan  kafirlərin  (gebran)  bütün  yerlərini  zəbt  etdilər.  Bəxtləri 

yar olan və kəlmeyi-şəhadətlərini deyən hər adam nicat tapdı, başqa 

kafərlərsə qətlə yetirildilər. Ləvarsab isə özünü başqa bir dəstə ilə o 

zəlalətli  (zəllal)  qaladan  Bumədkur  (?)  adlanan  bir  dağa  çatdırdı. 

Həmin dağ ucalıqda Əlborz dağı ilə bərabərlik iddiası edirdi. Dağın 

qülləsinə çıxmaqsa təsəvvürə belə  gəlmirdi. Mücahid bir qazi olan 

padşah  tam  şövkət  və  sərəfrazlıqla  öz  himmət  şahbazını  o 

zülmkarların  başçısına  (Luvarsaba  -  Ş.F.)  doğru  havaya  qaldırdı. 

İqbal əskərləri o dağa gedərək, Əlvənd dağına bənzər həmin qalanın 

qülləsinə  çətinliklə  qalxdılar  və  düşmənləri  ələ  keçirdilər.  Alçaq 

kafərlərin çoxu həmin çətin keçilən (məzayeq) dağda qətlə yetirildi, 

qalan  adamlarsa  öz  idbar  diyarlarında  sərgərdan  oldular.  Oradan 

qaçan  Luvarsab  özünü  sərt  dağlarla  və  ağaclarla  örtülü  meşələrə 

salmaqla  döyüş  meşəsi  şirlərinin  caynaqlarından  qurtardı. 

Gürcülərin  (64)  hamısına  qulaqburması  (gusmalı)  verildiyi  üçün, 

müzəffər  hümayun  ordu  Tiflisə  tərəf  hərəkətə  gəldi,  o  yerlər 

üsyankar  kafirlərin  çirkin  vücudlarından  təmizləndi,  qələbə  cilovu 

geriyə tərəf istiqamətləndi. 

 

HÜMAYUN CƏNNƏTMƏKAN ŞAHIN İKİNCİ  



DƏFƏ GÜRCÜSTANA YÜRÜŞÜNÜN ZİKRİ 

 

Əlqas  Mirzədən  müxalif  hərəkətlərin  baş  verdiyi  doqquz 



yüz əlli üçüncü ildə (miladi 1547) baş vermiş dövr hadisələri barədə 

[yuxarıda] məlumat verildi. [Yazıldı ki,] onu cazalandırmaqdan ötrü 

                                                           

149


 Qalanın adı düzgün yazılmamışdır, oxuya bilmədim - Ş.F.  

180 

 

qoşun  göndərildi  və  o,  anasını  aləmpənah  dərgaha  göndərərək, 



yalvarış  məqamında  oldu.  Buna  görə  də,  cənnətməkan  şah  Şirvan 

yürüşündən imtina edərək, başı asimanadək ucalan bayrağın kölgəsi 

altında  yığışmış  ağır  bir  ləşkəri  qışın  ortasında  günəşin  ceddi 

bürcündə*  olduğu  vaxt  Gürcüstan  qəzasına,  imansız  gürcülərin 

cəzalandırılması  üçün  Şurəgildən  rəvan  etdi.  İqbal  ordusu  Bəhram 

qəzəbli  döyüşçülərlə  irəliləyib  həmin  şəhərdə  dayandıqda,  Kaxetin 

Zekəm  və  Kerəminin  hakimi  Ləvənd  xan,  həmçinin  əhali  arasında 

"Boqrat"  kimi  məşhur  olan  Məlik  Boqrat  Başıaçıq  cahanpənah 

dərgaha gələrək, peşkəş və bac-xərac gətirirdilər. 

Həmin  iqbal  yürüşündə  o,  bir  qul  kimi  zəfər  şüarlı 

məiyyətin  mülazimi sifətində iştirak etdi. O  vaxtlarda qışın sərtliyi 

və  soyuğun  şiddəti  (sovrət)  elə  bir  həddə  gəlib  çatmışdı  ki.  Kür 

çayının suyu donmuş və həmin donmuş su möhkəmlikdə sonqe-xara 

(qranit — Ş.F.) ilə bərabərlik iddiası etməkdəydi gecə-gündüz yağan 

qarın  çoxluğundan  Gürcüstanın  dağ  və  düzənlikləri  gözlərə  eyni 

səviyyədə görünürdü. 

Belə  bir  vəziyyətdə  İslam  döyüşçüləri  küfr  və  zülm 

adamlarının  üzərinə  hücuma  keçdilər.  Onlar  imansız  gürcülərin 

yaşadıqları  yerlərə  çatdıqda,  qazilərin  Yəmən  qılıncı  parlamağa 

başladı  və  həmin  ölkənin  döyüş  meydanlarını  kafər  və  keşişlərin 

qanı  ilə  qızartdılar,  o  bədməzhəblərin  evlərini  qəhr  atəşlərinə 

yaxdılar,  kinli  qoşunun  əlinə  bol  qənimət  keçdi,  qalibiyyət  və  bol 

qənimətlərlə  həmin  iqbal  yürüşündən  qayıdaraq,  Bondiyə  (?) 

gəldilər. Yol əsnasında Məlik Başıaçıq izn alıb, qiymətli xələtlər və 

bol nəvazişlərlə öz ölkəsinə getdi. Amma, Ləvənd xan bir neçə gün 

kamyab şahın ordusunda mülazimətdə qaldı. Gəncə şəhərində onun 

sədaqəti  və  bəndəliyi  (qolamı)  yenidən  şahın  darülzərbində  (pul 

kəsilən emalatxanasında  — Ş.F.)  sikkə hüququ qazandı və şah onu 

[da]  qiymətli  xələt,  bol  ənam,  qızıl  iplərlə  toxunulmuş  paltar 

(səyab),  tazı  at  və  daş-qaşla  işlənmiş  silahlarla  sərəfraz  edərək,  öz 

vilayətinə göndərdi. Doğrusunu Allah bilir! 

 

FƏLƏK QƏDİR-QİYMƏTLİ VƏ BAŞl GÖYLƏRƏ UCALAN 



ŞAHIN ÜÇÜNCÜ DƏFƏ GÜRCÜSTANA YÜRÜŞÜ 

 

Şəki vilayətinin bu güclü dövlət övliyalarının əlinə keçdiyi 



doqquz  yüz  əlli  səkkizinci  ildə  (miladi  1551),  hələ  fələk  əzəmətli 

ordu  o  vilayətdə  olarkən,  Qərqərənin  oğlu  Keyxosrov  aləmpənah 



181 

 

dərgaha  belə  bir  məktub  göndərdi:  "Luvarsab,  Valhuş  və  Şərmzan 



Gürcü  onun  diyarına  öz  əzab  əllərini  uzadaraq,  bəzi  ölkələrini 

əlindən almışlar.  Oraya Rumdan gələn  İsgəndər paşa da Ərdvanuh 

(?) qalasını fəth etmişdir". Keyxosrov o həzrətə tabe olan  və xərac 

verən adamlardan olduğundan, şah öz  zərrin iqballı [şahin] quşunu 

ona  kömək  etmək  və  cəhad  mərasiminə  başlamaqdan  ötrü  həmin 

səmtə  pərvazlandırdı,  Şəkidən  hücuma  keçdi,  onlar  eniş-yoxuşlu 

nahamvar  yollardan  keçərək,    Gürcüstan  vilayətinə  daxil  oldular. 

Zəlalət  şüarlı  kafirlər  dağ  kəmərbəndlərini  və  darısqal  mağaraları 

özlərinə  aramgah  etdilər,  onların  bir  dəstəsi  keçilməz  meşələrə 

pənah apardı, böyük adamlardan  və aznaurlardan ibarət olan başqa 

dəstə isə qalalara sığındılar. İslam qoşununun mücahidləri öz igidlik 

və  mərdanəlik  qədəmlərini  həmin  müşriklərin*  olduqları  yerlərə 

çatdırdılar  və bir neçə  min  günahkar (fəccar)  adam qazilərin ox  və 

qılınc  zərbələri  ilə  gedər-gəlməz  yola  (bəsəl-məsir)  yollandı,  o 

vilayətin bir neçə qalası fəth olundu, çoxlu gürcü nejadlı hurilər və 

Yusif çöhrəli qılmanlar əsir  götürüldü,  müzəffər qoşunun əlinə bol 

qənimət  keçdi.  Gürcü  böyükləri  uca  bir  dağ  ətəyindəki  sal  daşlar 

üzərində  inşa  olunmuş  Dərnar  (?)  qalasına  və  oranın  kilsəsinə  

sığındılar.      Qalanın    hündürlüyü  Çərxi-Əxzərb**  bərabər,   

möhkəmliyi  isə  qəleyi-Xeybər***  kimidir.  Ali  məqamlı, 

cənnətməkan  həzrət  şah  Bədr  xan  Ustaclı  və  Şahverdi  Sultan 

Ziyadoğlunu  qüvvətli  bir  dəstə  ilə  həmin  qalanın  üstünə  yolladı, 

onlar  da  gedib  oranı  mühasirəyə  aldılar.  Bekar  qala  bilməyən 

bahadırlar və ad-san axtaran mübarizlər bellərində qılınc,  başlarında 

qalxan    qalaya    mərdanə  bir  hücum  edərək,  həzrət  Pərvərdigarın 

köməyi  ilə  hasarın  başına  (65)          çıxdılar.  Bunu  görən  nəsarilər 

(xristianlar  -  Ş.F)  çaşbaş  qaldılar,  aydın  dinin  (islamın)  ecazı  ilə 

onların  gediş-gəliş  yolları  bağlandı,  özlərində  nə  qaçış  yolu,  nə  də 

döyüş  qüdrəti  tapa  bildilər.  Onların  kişiləri  qılınca  yem,  qadın  və 

qızları  isə  əsir  oldular.  Həmin  qaladakı  kilsə  Pərvərdigarın  sənət 

əsərlərindəndir.  Bəşər  övladından  kiminsə  elə  sənətkarlıq  edə 

bilməsi əqlə sığmır. Xüsusilə, o qalanın ortasında bir dağın içərisi on 

gəz  hündürlüyündə  kəsilmişdir  və  orada  böyük  adamların 

yaşamaları  üçün  dörd  ədəd  geniş  otaqdan  (soffe)****  ibarət  (bir 

kilsə) düzəldilmişdir. Çöl  və daxili divarlar üzərində qızıl  və  mavi 

lacivərdlərlə  bütlərin  (əvsan  və  əsnam)  şəkilləri  həkk  olunmuşdur. 

İkinci otağın ortasında bir taxt vardır və o taxt üzərində qırmızı qızıl 

və  gözəl  cavahirlərdən  düzəldilən  bir  büt  əyləşmişdir  ki,  həmin 



182 

 

cansız bütün gözlərində iki qiymətli və parlaq ləl vardır. Qiymətləri 



yaxşı  bilən  cəvahirşünaslar  (cövhəryan)  o  ləllərin  hər  birinin 

qiymətini  əlli  tümən  məbləğində  qiymətləndirdilər.  Kilsənin 

içərisində,  kilsə  evləri  istiqamətinə,  yüz  əlli  zər  istiqamətinə  yaxın 

olduqca darısqal  və  ensiz bir qranit (cənge-xara)  yol  gedir. Zaman 

hadisələri  və  dövran  işlərinin  dəyişməsi  (enqelab)  nəzərə  alınaraq, 

burada  gizlənməkdən  ötrü,  iki  gizli  yer  (köşk)  də  hazırlanmışdır. 

Kilsənin  çöldəki  evlərində  polad  qapılar,  daxildə  isə  bir  qızıl  qapı 

düzəldilmişdir. 

Cənnətməkan  şah  bu  kilsənin  tamaşasından  sonra,  küfr 

ayinli həmin məbəddə dinsiz keşişlərin iyirmi nəfərini atəşyağdıran 

şəmşirlə  qəbr  evinə  göndərdi.  Yetmiş  mən*  ağırlığında  olan  və 

yeddi  dəfə  qaynadılmış  misdən  tökülən  kilsə  zəngini  [qızılbaşlar] 

gürcülərin həyat şüşəsi kimi sındırdılar, qızıl qapılarını zəbt etdilər, 

o həyatı puç düşmənlərin xəzinələrindəki başqa şeyləri  və ziynət  - 

cəvahiratı xozaneye amereyə** apardılar, qalanı dağıdaraq, hasarını 

yerlə  yeksan  etdilər.  Qala  deşiklərinə  soxulmuş  və  gizli  yerlərdə 

(nehanxanə)  gizlənən  Ənan  bəy,  Ləvay,  Şərmzan  və  başqa  gürcü 

əmirləri  dəfələrlə  gələrək,  şahın  ayağı  altındakı  yeri  öpmək 

səadətinə  yetişdilər.  Hümayun  ordunun  gəlişinə  görə  İsgəndər 

paşanın  və  Rum  əsgərlərinin  müdaxiləsindən  rahət  olmuş 

Qərqərənin  oğlu  Keyxosrov  cahanpənah  dərgaha  gələrək,  layiqli 

peşkəş  gətirdi,  şahanə  şəfəqqətə  və  iltifata  layiq  görüldü.  İki  idbar 

müxalifətçi  olan  Valhuş  və  Şərmzan  isə  qətlə  yetirildilər,  onların 

Lumək (?) və Ağşəhr [adlı] ülkalan Keyxovrova verildi. 

[Şah]  oradan  çıxaraq,  zəfərlə  Kartil  ölkəsinə  gəldi, 

müzəffər  qoşun  o  vilayətin  ətraf  yerlərini  tarac  edərək  Luvarsabın 

təbəələrindən  olan  və  ələ  keçən  hər  bir  adamı  cəhad  qılıncına 

tapşırdı. Həmin vilayətdən çoxlu mal ələ keçdi, saysız-hesabsız əsir 

götürüldü,  əzəmətli  qazilərin  əllərinə  xeyli  mal-qara  və  qənimət 

düşdü.  [Sonra]  yürüş  cilovu  Qarabağa  istiqamətləndi  və  hümayun 

qışlaq orada oldu. 

 

HƏZRƏT CƏNNƏTMƏKAN ŞAHIN DÖRDÜNCÜ 



DƏFƏ GÜRCÜSTANA LƏŞKƏR ÇƏKMƏYİ 

 

Xeyirli  bu  yürüşün  və  dördüncü  dəfə  keçirilən  bu  gözəl 



səfərin şərhi belədir: Həzrət cənnətməkan şah və Rum, Misir və Şam 

məmləkətlərin  hökmranı  Sultan  Süleyman  arasında  doqquz  yüz 



183 

 

yetmiş birinci ildə (miladi 1554) sülh sazişi (mosalehe) bağlandıqda 



sərhədlər  belə  müəyyənləşdirildi:  Hər  iki  tərəfdən  qətl  və  qarətə 

məruz  qalan  Gürcüstan  vilayətlərindən  Mesq,  Kartil  və  Kaxet  bu 

tərəfə aid edildi, Başıaçıq, Dadyan  və  Kuryan  Trabzon  və  Trablisə 

qədər Rum hökmranına verildi. Qızılbaş mübarizlərinin qılınclarının 

qorxusundan uca dağlara pənah aparan Kartil  valisi Luvarsab əlinə 

fürsət  düşdükcə  ayağını  ədəb  dairəsindən  kənara  çıxarır,  yaramaz 

hərəkətlər  edir,  Tiflis  vilayətinə  və  qızılbaşların  əllərinə  keçmiş 

mahallara  əl  uzadırdı.  O  yerlərin  əhalisi  də  məzhəb  və  millət 

baxımından bir olduqlarından onun tərəfinə keçirdi. [Buna görə də,] 

cahanı  bəzəyən  şah  məsləhəti  belə  oldu  ki,  fəth  ayəli  bayraqlar  o 

tərəfə dalğalansın, o bədməzhəb və alçaq fikirli adamları dəf edərək, 

Luvarsabın bütün  məmləkətlərini  İslam  məmləkətləri sırasına daxil 

etsin. Qərara alındı ki, Yəcuc və Məcuc kimi imansız müşriklərdən 

olan hər kəs, "Yəcuc və Məcuc yer üzündə fəsad edir"

150

 [ayəsində] 



deyildiyi kimi əgər  cizyə  verməzsə,  "müşriklər [sizinlə  müharibəyə 

gəldikləri kimi] siz də onlarla müharibəyə gedin"

151

 [ayəsinə] uyğun 



olaraq,  iti  qılıncın  hökmü  ilə  onun  həyat  kökü  o  vilayətdən 

təmizlənsin. Bu cür haqlı niyyətlə də fəth ayəli ordu o tərəfə doğru 

hərəkətə  başladı.  Tərablu  (?)  islam  qoşununun  dayanacaq  yeri 

olanda  o  diyarın  kafirləri  zəfər  nişanlı  qazi  qılınc  və  oxlarının 

qorxusundan,  piyadaların  və  süvarilərin  get-gəlləri  olduqca  çətin 

olan  meşə  və  çəngəlliklərə  səpələndilər,  onların  bir  dəstəsi  isə  uca 

dağlara  və  möhkəm  qalalara  sığındılar.  Cihad  meydanının 

mübarizləri  döşlərinə  təvəkkül  və  mərdanəlik  qalxanları  tutaraq, 

meşə və çəngəlliklərə üz tutdular və onları dəstə-dəsğə ələ keçirərək, 

təəssüf  bilməz  qılınclardan  keçirdilər.  Onların  qadın  və  övladlarını 

əsir götürüb, xeyli mal-qaraya və qənimətlə sahibləndilər. Luvarsab 

yüz hiyləgərliklə canını bu təhlükədən qurtarıb özünü qorxusuz bir 

yerə  çatdıra  bildi.  Tərablu  vilayəti  o  müşriklərin  şəriklik 

vücudlarından pak olduqdan sonra iqbal ordusu Luvarsabın paytaxtı 

olan Qoriyə tərəf yönəldi. [Onlar] çətin və ağaclarla dolu yollardan 

keçdilər  və  o  vilayət  də  həmin  yaramaz  kafirlərin  tör-

tökündülərindən təmizləndi. Gürcü aznaurlarının böyükləri bir neçə 

qala  və  hasarı  möhkəmlədərək,  o  yerlərə  döyüşkən  dəstələr 

topladıqları  üçün,  ölkələr  fəth  edən  bayraqlar  qalalar  səmtinə 

                                                           

150

 İfadənin ərəbcəsi: "İnnə Yəcucə və Məcucə mufsidunə fi-l-ardi". 



151

 İfadənin ərəbcəsi: "Qatilu-l-müşrikinə kaffətən..." 



184 

 

dağlalandı. Əvvəlcə Mərdabut qalasını  mühasirəyə  aldılar. Bu qala 



mühafizəçiləri  hasarın  möhkəmliyinə  arxayın,  olub  döyüşə  iqdam 

etdilər.  Şüarları  qəhrəmanlıq  olan  qazilər  hasarın  hər  tərəfindən 

cəngə 

başlayaraq, 



mühasirəyə 

düşənlərin 

vəziyyətlərini 

çətinləşdirdilər. Bədməzhəb gürcülər öz acizliklərini müşahidə edib, 

"əl-aman" deyərək fəryad etməyə başladılar. Qala kutvalı Parsədan 

bəy çölə çıxıb qalanı təslim etdi. O qalanın fəthindən sonra o yerin 

ən möhkəm qalalardan olan və Luvarsabın anasının yaşadığı Amdin 

qalası üzərinə yürüş etdilər. Amdin elə hündür qaladır ki, sanki onun 

memarı həmin qalanı göyün dairəvi səthində, hətta xəyal quşlarının 

belə  onun  hündürlüyünə  uçub  çata  bilməyəcəyi  bir  yerdə  bina 

etmişdir və əgər dövran hadisələrinin əli oraya uzansa belə heç onun 

toz-torpaqlı  ətəyinə  də  çata  bilməzdi.  O  möhkəm  qalanın 

qoruyucuları qazilərin dəfinə yönəldilər və döyüş tonqalı alovlandı. 

[Amma,]  iqbal  qüvvəsi  sayəsində  həmin  Xeybərə  bənzər  qala  da 

kiçik  bir  səy  ilə  fəth  olundu.  Luvarsabın  anası  aznaurların 

əksəriyyəti  kimi  əsir  alındı  və  o  dinsizləri  cahad  qılıncı  ilə 

cəhənnəmə  göndərdilər. Bir neçə qala  və hasar da Şahverdi Sultan 

Ziyadoğlunun  səyi  və  mərdanəliyi  ilə  dövlət  övliyalarının  əlinə 

keçdi. Bu yürüş zamanı dərya kimi dalğalanan döyüşçülər tərəfindən 

otuz min nəfərdən çox əsir götürüldü, onların arasında əyanların və 

aznaurların qadınları, qızları  və oğlanları da  vardı ki, onları xüms* 

əvəzinə şahın sərkarına verdilər. Luvarsab bu dəfə özünü elə gizlətdi 

ki,  onun  olduğu  yer  barədə  heç  nə  məlum  olmadı.  Buna  görə  də, 

gözəl  xüsusiyyətlərə  malik  (səfvətneşan)  dindar  padşah  yürüş 

cilovunu  Gürcüstandan  Qarabağa  döndərdi,  o  hüdudda  seyr  və 

şikardan  sonra  paytaxtı  [Təbriz]  zavalsız  dövlətin  dayanacaq  yeri 

oldu. 

 

SƏBƏBLƏR SƏBƏBİNİN (ALLAHIN - Ş.F.) İRADƏSİ VƏ 



İSTƏYİ, HƏMÇİNİN KAMYAB ŞAHIN İQBAL GÜCÜ İLƏ 

LUVARSABIN ÖLDÜRÜLMƏSİNİN ZİKRİ 

 

Gürcüstan valiləri zümrəsindən olan Luvarsab öz şücaət və 



dilavərliyi,  habelə  köməkçilərinin  (əvan)  və  təcrübəli  adamlarının 

çoxluğu ilə [başqalarından] üstün idi. Elə buna görə də, ondan daim 

əmrə  tabe  olmamaq  və  lovğalıq  əlaməti  zahir  olmaqdaydı,  itaətə 

gəlmir  və  xərac  verməkdən  boyun  qaçırırdı.  Həzrət  cənnətməkan 

şah onun dəfi üçün səy göslərmiş, yuxarıda yazıldığı kimi, bir neçə 


185 

 

dəfə  Gürcüstana  yürüş  etmişdi,  amma,  Luvarsabın  həyat  qədəhi 



(peymane)  hələlik  dolmadığından,  o,  ələ  keçmirdi.  Həzrət 

cənnətməkan  şahın  Gürcüstandan  dördüncü  qayıdışından  sonra 

Luvarsab  yenidən  Qoriyə  gəldi  və  müşriklərin  qalıqları  onun 

yanında toplaşdılar, bir-iki il ömür sürdülər.  Luvarsabın ömrü başa 

çatdığından o, yenidən itaətsizliyə başladı, dinpənah şahla müxalifət 

məqamında  israrlı  oldu.  Doqquz  yüz  altmış  üçüncü  ildə  (miladi 

1555)  Qoridən  çıxaraq,  bu  divanın  əlində  olan  Luhəs  (?)  qalasına 

gəldi, üsyana və tüğyana başladı. O sərhədin mühafizəsi ilə məşğul 

olan  Qarabağ  bəylərbəyi  Şahverdi  Sultan  Ziyadoğlu  Qacar  onun 

tüğyanından xəbər tutan kimi Qarabağ döyüşçülərini topladı və onun 

dəfinə yollandı. Yaşadığı qalaya yaxınlaşanda Luvarsab müqavimət 

gücünə  malik  olmadığı  üçün  hiyləgərliklə  fərar  etməyi  qərara  aldı. 

Qızılbaş  döyüşçüləri  gürcüləri  təqibə  yollanıb,  həmin  vilayətin  hər 

tərəfinə  səpələndilər,  qarətlə  məşğul  olmağa  başladılar.  Bu  əsnada 

Luvarsab məkr və hiyləgərlik pusqusundan (kəmin) çıxdı, bir dəstə 

aznaurla Şahverdi Sultan ləşkərinin mərkəzinə (qəlb) doğru hücuma 

keçdi.  Qızılbaşların  əksəriyyəti  pərakəndə  olduğundan,  Şahverdi 

Sultanın  yanındakı  az  miqdar  döyüşçü,  mərdanə  döyüşmələrinə 

baxmayaraq,  məğlub  oldular.  Döyüşçülük  qayda-qanununa  əməl 

edən  Ziyadoğlu  özünü  meydandan  sağ-salamat  çıxardı,  gürcülərsə 

qaziləri  təqib  etməyə  başlayaraq,  səkkiz  yüzədək  qızılbaşı  şəhadət 

dərəcəsinə  yetirdilər.  Bir  dəstə  incil*  oxuyan  (incilxan)  keşişlə 

birlikdə  Luvarsab  bir  qayaya  qalxaraq,  orada  dayanmışdı. 

Məhəmməd Sultan Mirçəni bir dəstə qazi ilə gedib onlarla rastlaşdı 

və  zərurət  üzündən  döyüşə  başladı.  Luvarsab  öz  igidlik  və 

mərdanəlik atını irəli sürərək, Məhəmməd Sultan Mirçəniyə həmlə 

etdi. İlahinin təqdiri ilə onun atı yıxıldı və Luvarsab atından ayrılmış 

oldu.  Çəni  qazilərindən  olan  Zakir  adlı  bir  adam  ona  bir  neçə  ağır 

yara vurdu və kafərlər onun üzərinə hücum etdilər. Luvarsabın atını 

tutan Məhəmməd Sultan ona süvar olub  aradan çıxdı, gürcülər  adı 

çəkilən  Zakiri  bir  neçə  çəni  qazisi  ilə  birlikdə  qətlə  yetirdilər. 

Luvarsalın da ömrü və dövləti devrildi, elə o ləhzə keçindi. Gürcülər 

Luvarsabın  cəsədini  götürüb  onun  mədfən  yerinə  arararaq  dəfn 

etdilər,  oğlu  Səmayunu  (Səmayun-Ş.F.)  onun  yerinə  hakimliyə 

çıxartdılar və Qoridə yaşamağa başladılar. 

 

 



 

186 

 

LUVARSABIN ÖLDÜRÜLMƏSİNDƏN SONRA 



GÜRCÜLƏRİN VƏZİYYƏTLƏRİNİN QISA TƏSVİRİ VƏ 

ONUN OĞLU SƏMAYUN XANIN ƏBƏDİ DÖVLƏT 

ÖVLİYALARININ ƏLİNƏ DÜŞMƏSİ 

 

Səmayun  xan  atasının  yerinə  Kartil  xristianlarının  hakimi 



olub,  dörd-beş  il  Qoridə  hakimiyyət  sürdü,  gürcü  didərginləri 

(pərakəndegan)  hər  tərəfdən  gəlib  ona  qoşuldular  və  onun  ətrafına 

çoxlu əhali yığıldı. Səmayun da elə atası kimi xilaf və üsyan yolunu 

tutdu.  Doqquz  yüz  altmış  səkkizinci  ildə  (miladi  1560)  boş  xəyala 

düşərək,  Tiflisin  fəthindən  ötrü  özünün  qaldığı  yerdən  hərəkətə 

başladı.  Başqa  xristian  hakimlərindən  də  kömək  istədiyindən, 

ətrafına  çoxlu  döyüşçü  topladı.  Ləvənd  xanın  oğlu  Gorgin  də 

atasının izni ilə Kaxetdən çıxdı, məzhəb təəssübü və xalqın tələbi ilə 

ona  çox  adam  qoşuldu.  Xülasə,  gürcü  əskərlərinin  sayı  olduqca 

çoxaldı. Bu xəbər Ziyadoğluya çatdıqda, o, Qarabığın əmirlərini və 

ora  yaxın  yerlərin  döyüşçülərini  toplayaraq,  müşriklərin  üzərinə 

yürüş  etdi.  Qazilər  gürcülərin  qazdıqları  arxı  torpaqla  doldurub, 

oradan adladılar,  müşriklərə  çataraq, həmin zəlil adamların önündə 

döyüş  səfi  qurdular.  İslam  dəstələrinin  çərxçiləri  gürcülərin  üstünə 

tökülüşdülər  və  cəng  başlandı.  Hər  iki  tərəfin  igidləri  dilavərlik 

edirdilər.  Şüarları  zəlalət  olan  kafərlər  öz  səbat  ayaqlarını  yerə 

dirəyərək, qazi həmlələrinin dəfinə başladılar. Kafərlərin hərbini və 

döyüş  meydanında  göstərdikləri  səbrini  müşahidə  edən  Şahverdi 

Sultan  Ziyadoğlu  birdən-birə  mərkəz  qoşunu  ilə  atını  gürcü 

qoşununun səfinə sürdü. Meydanın tozu iti fırlanmaqda olan çərxi-

fələyədək  ucalırdı.  Onun  hücumuna  tab  gətirə  bilməyən  gürcülər 

qaçmağa  başladılar.  Ləvənd  xanın  oğlu  Gorgin  min  nəfər  zəlil 

kafərlə  birlikdə  qətlə  yetirildi,  qalan  gürcülərsə  pərakəndə  oldular. 

Səmayun az miqdar adamla Qoriyə tərəf qaçdı, Ziyadoğlu isə zəfərlə 

Gəncəyə qayıtdı. 

Mötəbər gürcü əmirlərindən olan Xəcnə  (?) bəyi bir dəstə 

aznaurla əsir götürmüşdülər. Onları aləmpənah dərgaha göndərdilər. 

Ləvənd  xan  oğlunun  təziyəsini  saxlamaqdan  ötrü  çiyninə  qara  bir 

yun  arxalıq  (pəlas)  saldığına  görə  aznaurlar  və  Kaxetin  mötəbər 

şəxsləri  [də]  qaraya  büründülər,  matəmə  qərq  oldular.  Baş  verən 

hadisədən  sonra  Luvarsabın  Davud  adlı  oğlu  bir  dəstə  aznaurla 

atasına  qarşı  çıxaraq,  əqlinin  göstərişi  və  Allahın  hidayəti  ilə 

dünyaya  pənah  verən  dərgaha  üz  tutdu,  Qəzvin  darüssəltənəsində 


187 

 

ədalət və din padşahının ayağı altdakı torpağı öpməklə səadətləndi, 



müsəlman  olmaq  şərəfinə  yetişdi.  Cənnətməkan  şah  Davudu 

nəvazişləndirib  tərbiyə  etməyə  başladı,  onu  fərzəndlik  mərtəbəsinə 

qaldırdı,  ali  divanın  əlində  olan  Tiflis  vilayətini  və  oranın  ətraf 

təbəələrini  ona  bağışladı.  [Beləliklə,]  bir  neçə  müddət  dərgah 

əmirlərinin biri  Tiflis qalasının kutvalı kimi Davud xanın lələsi  və 

işlərinin  icraçısı  (rateq  və  fateq)  oldu.  Anıma  Səmayun  xan  və 

adamları da əvvəlki kimi müxalifətdə və inadkarlıqda qaldılar. Onlar 

Tiflis  qalasını  və  onun  ətraf  yerlərini  ələ  keçirməkdən  ötrü  öz  puç 

fikir və xəyallarından ayrıla bilmirdilər, elə buna görə də oraya iki-

üç  dəfə  hərəkətə  başladılar,  amma  heç  bir  iş  görə  bilməyərək  geri 

qayıtdılar.  Doqquz  yüz  yetmiş  beşinci  ildə  (miladi  1567/68) 

Səmayun  kafir  döyüşçülərini  toplayıb,  çoxlu  süvari  və  piyada 

əskərlə  Tiflisə  yollandı,  Davud  xan  da  özünün  tabeliyindəki 

aznaurlar  və  müsəlman  döyüşçüləri  ilə  birlikdə  şəhərdən  çıxaraq, 

qardaşı ilə hərbə yollandı. Tərəflər döyüşə başladılar. Qızılbaşlar və 

aznaurlar  düşmənin  çoxluğuna  tab  gətirə  bilməyərək,  vuruşmağı 

məsləhət  bilmədilər,  geri  qayıtmaq  və  qalanı  qorumaq  fikrinə 

düşdülər.  Qızılbaş  dəstəsinin  sərdarı  İbrahim  Xəlifə  Qaramanlı  öz 

cəhaləti  və  qüruru  üzündən  döyüşü  davam  etdirərək,  meydanda 

şəhid oldu. Davudun adamları "[Ey David], bu gün bizim gücümüz 

Calut və onun ordusuna  yetişməz"

152


  deyərək  fəryad  etdilər,  ondan 

dönüb,  zərurət  üzündən  qaçış  yoluna  düşdülər,  Tiflisə  gəldilər. 

Səmayun xan qardaşına  və onun adamlarına iki dəfə qalib gələrək, 

öz üsyan və tüğyanını artırdı. Elə güman edirdi ki, Tiflis əhalisi ona 

itaət edəcək və o, qalanı asanlıqla ələ keçirəcəkdir. [Buna görə də,] 

gürcü  döyüşçülərini  topladı,  çoxlu  adamla  Tiflisə  hücuma  keçdi, 

qalanı  mühasirəyə  aldı.  [Amma,]  qızılbaşlar  qalanın  mühasirəsi  və 

kutvallığına  başladıqlarından,  Səmayun  xan  özündə  qüvvət 

görməyərək,  qalanı  fəth  etmək  niyyətindən  daşındı.  O,  şəhər 

əhalisinin onu  müdafiə edəcəklərinə də ümid bəsləməyib,  qayıdış 

təbilini döydürərək Qoriyə getdi. 

Səmayunun tüğyanı  və onun  İslam sərhədlərindəki böyük-

kiçiyə  əl  uzatma  xəbəri  dərgaha  çatdıqda  belə  bir  fərman  verildi: 

Şəki hakimi Şamxal Sıütan Çərkəs qacar və başqa tayfa əmirləriylə 

birlikdə  Davud  xana  kömək  məqsədiylə  Gürcüstana  gedərək,  o 

yerləri  Səmavunun  şərindən  təmizləsin.  Əzəmətli  əmirlər  fərmana 

                                                           

152


 İfadənin ərəbcəsi: "La laqətə lən-əl-yovmə bi Calut və cünudihi". 

188 

 

əməl edib, doqquz yüz yetmiş altıncı ildə (miladi 1568) Gürcüstana 



ləşkər çəkdilər. Səmayun məsud döyüşçülərin gəlişindən agah oldu, 

özündə  müqavimət  gücü  görmədiyindən,  özünü  o  yerlərin  uca 

dağlarına çatdırdı. Müzəffər qazilər də, Əlborz dağına bərabər olan 

və Qaf dağının qülləsi ilə yarışan o dağa tərəf hərəkətə keçdilər  və 

onu  hər  tərəfdən  mühasirəyə  aldılar.  Həmin  möhkəm  məkanı 

özlərinə pənah və kömək yeri seçən imansız kafərlər qazilərlə hərbə 

başladılar və cəng atəşi alovlandı. Səmayun bir neçə adamla cəhalət 

və  qürura  qapanıb  qazilərə  hücum  edərək,  onların  bir-iki  nəfərini 

şəhadət izzətinə yetirdi. Şamxal Sultanın qulamlarından Cəmşid adlı 

bir  döyüşçü  yaxınlaşıb,  canüzən  oxla  Səmayunu  zillət  torpatına 

sərdi,  qazilərin  başqa  birisi  isə  köməyə  gələrək,  onu  əsir  etdi.  Öz 

sərdarlarını kəməndə  giriftar  görən  gürcülər qaçışı qənimət bildilər 

və meydandan üz döndərdilər. Səmayunun ətrafındakı döyüşçülərin 

bəzisi  öldürüldü,  bəziləri  isə  əsir  olundular.  Əzəmətli  əmirlərsə 

zəfərlə  Gürcüstan  qəzasından  geri  dönərək,  Səmayunu  başqa 

əsirlərlə  birlikdə  ali  dərgaha  yolladılar.  Səmayun  Qəzvin 

darüssəltənəsində  müzəffər  və  kamkar  xosrovun  nəzərinə  yetirildi. 

Onu  bir  neçə  vaxt  islama  dönəcəyi  niyyəti  ilə  hümayun  sarayda 

(dövləlxane)  saxladılar,  amma  o,  öz  xristian  məzhəbindən  (kişe-

nəsara)  dönmədi.  Nəhayət,  Səmayunu  Ələmut  qalasına  saldılar.  O, 

cənnətməkan  şahın  sağlığında  həmin  qalada  qalmaqdaydı.  İsmayıl 

Mirzənin  hakimiyyəti  vaxtı  onu  qaladan  azad  etdilər.  Mərhum 

İsgəndər  şanlı  nəvvabın  dövründəsə,  o,  səadətli  islam  məqamına 

(müsəlmanlığa  -  Ş.F.)  gəldi  və  möminlərin  qərarı  və  o  həzrətin 

təsdiqiylə  uca  “qardaş”  (“bəradər”)  ləqəbi  ilə  sərəfraz  oldu,  irsi 

mülkü ona qaytarıldı və bir müddət sonra Gürcüstana rəvan oldu. O, 

həqiqətən  də  İsgəndər  şanlı  nəvvabın  haqqını  unutmayaraq 

dövlətxahlıq etdi ki, bu haqda gələcəkdə bəyan olunacaqdır. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin