Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə10/41
tarix12.12.2019
ölçüsü1,8 Mb.
#29906
1   ...   6   7   8   9   10   11   12   13   ...   41
Dilcilik-institutunun-eserleri-1-2018

də  məhz  bu  funksiyanın  daha  rahat  və  əlverişli  şəkildə  həyata 
keçirilməsinə  hesablanmalıdır.  Dildə  gedən  proseslər  onun 
təbiətini  əks  etdirdiyindən  müxtəlif  istiqamətli  və  mürəkkəb 
olması ilə diqqəti cəlb edir. Bu proseslərdən bir qismi nitq prose-
si ilə birbaşa bağlı olur və dil daşıyıcılarının nitqində meydana 
çıxan variantların tədricən norma statusu qazanması ilə nəticə-
lənir. Dil ictimai-siyasi, eləcə də sosial hadisələri özündə əks 
etdirdiyindən  və  tarixi  kateqoriya  olduğundan    bəhrələndiyi 
mənbələr  əsasında  zənginləşir  və  dəyişir.  Dil  mürəkkəb  bir 
sistemə  malik  olduğu  üçün  nəinki  bir  səviyyənin  daxilindəki 
dəyişmələr,  hətta  dilin  müxtəlif  səviyyələrindəki  dəyişmələr 
zəncirvarı  şəkildə  bir-birinə  təsir  edir,  bir  hadisə    digərini 
şərtləndirir.  Odur  ki,  norma  məsələsini  izlədikdə  də  bu  halı 
diqqətdə  saxlamaq,  dilin  daxili  qanunlarını  və  eləcə  də  onun 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
96 
 
inkişafına  təkan  verən  ekstralinqvistik  amilləri  nəzərə  almaq 
lazımdır.  Təsadüfi  deyil  ki,  dil  dəyişmələrini  şərtləndirən 
səbəblərdən biri  kimi adətən gücə və vaxta qənaət prinsipinin 
tələbi göstərilir. Lakin bəzi hallarda dəyişmələrin səbəbi daxili 
yox, kənar təsirlərin nəticəsi olur. Sosial amillərdən asılı olaraq 
baş  verən  belə  dəyişmələr  də  o  zaman  dildə  möhkəmlənir  ki, 
dilin öz başlıca funksiyasını yerinə yetirməsinə əngəl yaratmasın. 
30 sentyabr 2002-ci il tarixində qüvvəyə minən "Azərbay-
can  Respublikasında  dövlət  dili  haqqında"  Azərbaycan  Res-
publikası qanununda Orfoqrafiya lüğətinin 5 ildə bir dəfədən az 
olmayaraq  nəşrinin  təmin  edilməsi  təsbit  edilmişdir  (13-cü 
maddə).    Bu  təsadüfi  deyil.  Dil  norması  dəyişkən  kateqoriya 
olduğundan, dilə yeni termin, söz və ifadələr daxil olduğundan, 
...müəyyən  dövrdən  sonra  mövcud  dil  dil  mənzərəsi  mütəxəs-
sislər  tərəfindən  dəyərləndirilməli,  canlı  proseslər  monitorinq 
aparılaraq  müəyyən  olunmalı  və  müzakirə  olunaraq  ehtiyac 
olduğu  halda  dilin  tətbiqi  ilə  bağlı  “konstitusiya”  kimi  çıxış 
edən “Orfoqrafiya lüğəti”ndə əksini tapmalıdır. Belə təsəvvür 
yaranmasın  ki,  hər  beş  ildə  mütləq  nələrsə  dəyişilir  –  müasir 
texnika  dövründə  yeni  terminlərin  dilə  daxil  olma  sürətini 
nəzərə almasaq, “Qaydalar”da dəyişiklik o qədər də tez-tez baş 
verən  hal  deyil  -  əgər  müəyyən  dövr  ərzində  problemlər  həll 
olunmamış qalıb və dil canlı nitqlə ayaqlaşa bilmirsə, müəyyən 
“durğunluq” və dili “buxovlayan” məqamlar təbii inkişafa maneə 
yaradırsa, bu dəyişiklik və əlavələr zəruri görünür... AMEA-nın 
müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyevin qeyd etdiyi 
kimi, “Qaydalar”ın belə bir geniş miqyasda müzakirəsi ilk dəfə 
ötən  əsrin  50-ci  illərində  əvvəlcə  akademik  Səməd  Vurğunun, 
ikinci dəfə isə akademik Mirzə İbrahimovun sədrliyi ilə həyata 
keçirilmiş və o dövr üçün mükəmməl bir orfoqrafiya qaydaları 
hazırlanmışdır. Həmin vaxt qəbul edilən “Qaydalar” Orfoqrafiya 
lüğətlərinin bütün sonrakı nəşrlərinin (1960, 1975, 2004, 2013) 
əsası  olmuşdur.  Onu  da  əlavə  etmək  zəruridir  ki,  “Qaydalar” 
ötən əsrin 50-ci illərindən sonra ilk dəfədir ki, belə bir geniş 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
97 
 
müzakirəyə  çıxarılır.  Dildə  baş  verən  dəyişikliklər  dil 
səviyyələri  üzrə  kəmiyyət  və  tezlik  baxımından  fərqli  olduğu 
kimi (leksik səviyyə dəyişmələrə qarşı  daha həssas, qrammatik 
səviyyə  daha  sabitdir),  dövrdən,  sosial-mədəni  durumdan  asılı 
olaraq da proses müxtəlif şəkildə təzahür edə bilər: daha stabil və 
durğun  mühitdə,  “qapalı”  şəraitdə    dil  dəyişmələri  də  o  qədər 
diqqəti  cəlb  etmir.  Müasir  qloballaşma  dövrünün  özünəməxsus 
əlamətlərindən  biri  də  iqtisadi  sahə  ilə  yanaşı,    mədəni 
“inteqrasiya”nın  gündəmə  gəlməsidir.  Qloballaşma  bir  tərəfdən 
ümumi bəşəri dəyərlərin yaranması şəklində təzahür edirsə, digər 
tərəfdən  milli  mədəniyyətlərin,  eləcə  də  dillərin  sıxışdırıl-
masına  gətirib  çıxarır.  Bu  baxımdan  qloballaşma  dilə  və  dil 
siyasətinə  təsir  göstərən  iki  əks  amili  aktuallaşdırır:  ünsiyyət 
ehtiyacı,  tələbi  (bunun  üçün  ortaq  modellər)  və  dil 
müstəqilliyi,  milliliyi  qorumaq  meyli.  Hər  bir  dilin  kökündə 
xalqın  böyük  mədəniyyəti  dayanır.  Dillərin    qloballaşmanın 
mənfi  təsirindən  qorunması  dünyada    mədəni  rəngarəngliyin 
təmin olunması deməkdir. . Hazırda dünyada 6700 “canlı” dilin  
qeydə alındığını  ---- YUNESKO-nun dünyanın dil mənzərəsi ilə 
bağlı təqdim etdiyi statistik məlumatlara görə,  hər 14 gündən bir 
dünyada  mövcud  dillərdən  biri  “ölür”.  Mütəxəssislərin 
proqnozlarına görə, 2050-ci ilə qədər mövcud dillərin təxminən 
yarısı  tarixə  çevriləcək.  Belə  təsəvvür  yarana  bilər  ki, 
qloballaşmanın  zərərli  təsirindən  yalnız  “kiçik”  dillər  əziyyət 
çəkir.  Lakin  təcrübə  göstərir  ki,  proses  olaraq  bu  meyillər  ən 
geniş  yayılmış  dillərdən  belə  yan  keçmir.  Dünyada  ingilis 
mədəniyyətinin yayılması missiyasını həyata keçirənlərdən biri – 
dilçi  Devid  Qreddol  Britaniya  Şurasına  məruzəsində  hazırda 
dünyada  ingilis  dilində  doğma  və  ya  ikinci  dil  olaraq 
danışanların sayının milyarda çatdığını, bunun ibtidai sinifdən 
öyrədilməsinə  nail  olunacağı  təqdirdə  “Ümumdünya  ingilis 
dili  layihəsi”  çərçivəsində  yaxın  10  il  ərzində  dünyada  2 
milyard  ingilisdilli  insanın  olacağını  proqnozlaşdırır.  Jan-Pol 
Nerrer  1500  sözə  əsaslanan  bu  dili    “Qlobiş”  adlandırıb  

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
98 
 
(qlobal ingilis dili) və deyib ki,  qlobiş dil deyil, süni ünsiyyət 
vasitəsidir,  bu  dildə  bədii  ədəbiyyat  olmayacaq,  sadəcə 
gündəlik  ünsiyyət  vasitəsi  kimi  işlənəcək...  D.  Qreddol  etiraf 
edir ki, bu dil normal, düzgün ingilis dili deyil və yeni yaranan 
variant əsl dili sıxışdıra bilər...  Müasir rus dilində gedən bəzi 
proseslər, xüsusilə gənc nəslin nitqində müşahidə olunan güclü 
reduksiya (yalnız qapalı yox, həm də açıq saitlərlə bağlı...) və 
bu kimi hallardan ciddi narahatlığın nəticəsidir ki, hətta ictimai 
nəqliyyat vasitələrində (xüsusilə  metroda) ölkənin ən nüfuzlu 
dilçilərindən  birinin  –  dil  norması  üzrə  mütəxəssisin  şəkli  və  
“Gəlin  rus  dilində  düzgün  danışaq!”  şüarının  əks  olunduğu 
plakata rast gəlmək mümkündür... 
Dildə  sistem  şəklində  dəyişmələrin  meydana  gəlməsinə 
bir  sıra  amillər  təsir  göstərir:  funksional  üslublarda  struktur 
dəyişikliklər  –  yüksək  üslubun  aradan  qalxması;  yersiz 
alınmaların  dilə  gətirilməsi;  (təfəkkürdə  rabitənin  qırılmasına 
gətirib çıxarır ki, nəticədə dildə olan sözlərin itməsinə və milli 
təfəkkürün  sıradan  çıxmasına  səbəb  olur);  vulqar  və  kobud 
leksikadan  istifadə;  (təfəkkürlə  bağlı  məsələdir  –  dilə  olan 
hörmət,  ona  münasibət  dəyişir;  qəzet  ştamplarından  həddən 
artıq istifadə; müasir dövrün nəbzini tutmaq baxımından (sürət 
əsrinin  tələbinə  uyğun  olaraq)  «tələsik»  nitq  formasının 
yaranması;  Sosial  proseslər  və  “elektron  ünsiyyət”dən  irəli 
gələn  proses  kimi  dil  normalarına  bir  çox  hallarda  əməl 
olunmaması...  Göründüyü  kimi,  qeyd  olunan  məsələlər 
qloballaşma dövründə, demək olar ki, bütün dünyada təsadüf 
olunan  prosesin  əsas  istiqamətlərindəndir.  Bu  gün  ədəbi  dil 
normasının müəyyənləşməsində aparıcı rola malik olan kütləvi 
informasiya vasitələrində və deməli, bu yükü çiynində daşıyan 
publisistik üslubda müşahidə olunan və  dil situasiyasına təsir 
göstərən    bu  prosesləri  dil  üzrə  mütəxəssis  olmadan  belə, 
izləmək    mümkündür.  Təsadüfi  deyil  ki,  son  illər  ərzində 
müxtəlif  dillərin  tətbiqi  və  inkişaf  istiqamətinin  düzgün 
dəyərləndirilməsi  məqsədilə  “Dövlət  Proqramı”  qəbul  olun-

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
99 
 
muşdur (məs., bu  layihələrin icra müddəti Qazaxıstanda 2011-
2020-ci  illəri,  Rusiyada  2016-2020-ci  illəri  əhatə  edir). 
“Azərbaycan  dilinin  qloballaşma  şəraitində  zamanın  tələblərinə 
uyğun  istifadəsinə  və  ölkədə  dilçiliyin  inkişafına  dair  Dövlət 
Proqramı”nın  təsdiq  edilməsi  haqqında  sərəncam  da  (layihə 
2013-2020-ci illəri əhatə edir) bu zərurətdən irəli gəlmiş,  Azər-
baycan dilinin və dilçilik elminin inkişafına hesablanmışdır. 
2018-ci  ildə  “Orfoqrafiya  lüğəti”nin  yeni  nəşri  nəzərdə 
tutulmuş,  qaydalara  yenidən  baxılmış,    müzakirələr  nəticəsində 
bəzi  qaydaların  mövcud  dil  mənzərəsini  əks  etdirməməsi 
aşkarlandığından    müəyyən  dəyişikliklər  təklif  olunmuş,  geniş 
ictimaiyyətin müzakirəsinə təqdim olunmuşdur. F. de Sössürün 
qeyd etdiyi kimi,  “Nitq həmişə dili qabaqlayır... dil eyni zaman-
da  nitqin  həm  aləti,  həm  də  məhsuludur”  (1,  s.57).  Məhz  bu 
baxımdan meydana gələn  dəyişikliklərin qaydalarla tənzimlən-
məsi təbii qarşılanmalıdır. 
Müzakirəyə təqdim olunan layihədə mübahisə doğuran iki 
bəndə münasibət bildirmək istərdik.  
22.  Aşağıdakı  sözlərin  mənbə  dildəki  yazılışı  əsas 
götürülərək,  k  hərfi  ilə  yazılması  məqsədəuyğun  sayılır: 
əskər, əskinas, İskəndər, işkəncə və s. 
Qeyd:  Bu  sözlər  dilimizdə  məhz  tələffüzlərinə  əsasən 
indiyədək  g  hərfi  ilə  yazılmışdır.  Belə  ki,  mənbə  dildə 
yanaşı gələn kar samitlərdən (sk, şk) ikincisi (k) tələffüzdə 
cingiltiləşərək, onun cingiltili qarşılığına (g) keçmişdir. 
  Ümumiyyətlə,  orfoqrafiyanın  məlum  prinsiplərindən 
əlavə  (Azərbaycan  dili  üçün  fonetik,  morfoloji  və  tarixi-
ənənəvi), dil norması hər bir dilin tipoloji quruluşundan, tarixi 
inkişaf  xüsusiyyətlərindən  qaynaqlanan  qanunauyğunluqlarla 
tənzimlənir,  universal  prinsiplərdən  olan  qənaət  prinsipi  də 
nəzərə alınmaqla “cilalanan” variantlar dildə mövcud qəliblərə 
uyğun olaraq analıgiya prinsipi ilə qruplaşdırılır. Qeyd olunan 
məsələdə - əskər, əskinas, İskəndər, işkəncə kimi sözlərin yazı 
qaydasının  tənzimlənməsində  bu  tipli  sözlərin  iki    qrupa 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
100 
 
ayrılması daha düzgündür: burda sözdə bir-birini izləyən səslər 
arasında  özünü  göstərən  qanunauyğunluq  nəzərə  alınmalıdır. 
Nitq  axını  səslərin  “donuq”,  süni  birləşməsi  olmadığından, 
tələffüz zamanı səslərin məxrəci bir-birinə uyğunlaşır – birinci 
səs  özündən  sonrakı  səsin  qəlibinə  uyğunlaşaraq  onun 
müəyyən  əlamətlərini  də  öz  üzərinə  götürür  (“boz”  və  “bir” 
sözlərində  b  səslərinin  keyfiyyəti  onlardan  sonrakı  səslərin 
əlamətlərindən  asılı  olduğundan  fərqlidir...  ).  Əskər,  əskinas, 
İskəndər, işkəncə sözlərində yanaşı işlənən sk, şk samitləri kar 
olsa  da,  fonotaktik  durum  sonra  gələn  saitin  keyfiyyəti  ilə 
müəyyənləşir:  sk,  şk  samitlərindən  sonra  qapalı  sait  gələrsə, 
yazıda  ikinci  samit  kar  (əskinas,  niskil,  təşkil...),  açıq  sait 
gələrsə, cingiltili yazılmalıdır (Əsgər, İsgəndər, işgəncə...). 
İnformasiya təhlükəsizliyində, eləcə də  kriminalistikada 
hər  bir  insan  üçün  fərdi  olan  xüsusiyyətlərdən  –  biometrik 
əlamətlərdən  istifadə  olunur.  Barmaq  izi,  gözün  torlu  qişası 
kimi  insanın  səsi  də  fərdi  biometrik  səciyyəyə  malikdir.  
Müxtəlif dillərin “yaşaması”, ölü dilə çevrilməməsi də hər bir 
dildə  -  hətta  qohum  dillərdə  belə  -  fərdi,  unikal  “cizgilərin” 
olması  ilə  bağlıdır.  Bu  özəlliklərin  aradan  qalxması  dilin  də 
tarix  səhnəsindən  silinməsinə  gətirib  çıxarır.  Bu  əlamətlərlə 
bağlı xüsusi tədqiqatlar olmasa da (təəssüf ki...) linqvostatistik 
araşdırmaların  nəticələri  və  əldə  olan  bir  çox  faktlar  onların  
bəzilərini  müəyyən  etməyə  imkan  verir.  V.  fon  Humboldtun 
fikrincə,  dilə  özünəməxsusluq  qazandıran  əsas  başlanğıc 
təfəkkürdə  mövcud  olan  ilkin  milli  kimlik,  xarakter,  yəni, 
qazanılmış  təcrübə,  hissiyyat  və  əhval-ruhiyyədir.  Müasir 
tədqiqatlardan  çıxış  edərək,  belə  xüsusiyyətlərdən  hər  bir  dil 
üçün özəl əlamət kimi səs tezliyi və intonasiyanı xüsusilə qeyd 
etmək istərdik.  
Dilin  səs  mənzərəsinin  dəqiq  təsviri  bir  çox  nəzəri  və 
praktik sualların cavablandırılması baxımından əhəmiyyətlidir. 
Bunun  səbəblərindən  biri,    yəqin  ki,  onun  artikulyasiya 
bazasından  birbaşa  asılı  olmasıdır.  Belə  ki,  hər  bir  etnosun 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
101 
 
artikulyasiya  aparatı  müəyyən  incəliklərə  görə  fərqlənir.  Dil 
daşıyıcılarının  artikulyasiya  xüsusiyyətlərinin  formalaşmasına 
təsir  göstərən  çoxsaylı  amillər  isə  onun  fərdi  və  fərqli 
keyfiyyətlər  qazanmasını  şərtləndirir.  Bura  təbii  mühitdən 
tutmuş,  etnik  tərkibə  qədər  müxtəlif  amillərin  təsiri  daxildir. 
Odur  ki,  qohum  dillərdə  belə  (hətta  eyni  dilin  müxtəlif 
dialektlərində  belə),  kiçik  fərq  və  cizgi  çalarları  fonoloji 
sistemdə  fərqlərə  və  özünəməxsus  əlamətlərin  meydana 
gəlməsinə  səbəb  olur.  Azərbaycan  dili  fonemlərinin 
funksionallığı  və  inkişaf  xüsusiyyətləri  ilə  bağlı  statistik 
araşdırmalar  mövcuddur  (A.  Axundov,  A.  Məmmədov,  C. 
Rəhmanov və b.) 
Azərbaycan  dilində  danışıq  səslərinin  işlənmə  tezliyini 
müəyyən  etmək  məqsədilə  Milli  Korpusun  tərkibinə  daxil 
olacaq mətn kimi seçdiyimiz  bədii nümunənin (İ. Şıxlı “Dəli 
Kür”)  statistik  təhlili  zamanı  dilimizin  fonoloji  səciyyəsi 
baxımından diqqətəlayiq faktlarla  qarşılaşdıq.   
 
 
Əldə  etdiyimiz  nəticələr  Azərbaycan  dili  mətnlərinin 
statistik-distributiv baxımdan təhlili ilə bağlı  C. Rəhmanovun 
(2,  s.8)  gəldiyi  qənaətlə,  demək  olar  ki,    üst-üstə  düşdü:  ən 
yüksək tezliyə malik fonemlərin ardıcıllığı belədir:  a, ə, i, n, d, 
r, l, m.  
Fonem tezliyinə görə hətta dillərin qohumluq dərəcəsini, 
dilin estetik təbiətini  (məsələn, saitlərin və sonorların işlənmə 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
102 
 
tezliyi  yüksək  olan  dillər  partlayan  samitlərin  tezliyi  yüksək 
olanlardan ahəngdarlığı ilə seçilir) belə müəyyən etmək  müm-
kündür. Göründüyü kimi, ən yüksək tezliyə malik olan səslər sait 
və sonor səslərdir (d samiti istisnadır, lakin o da cingiltili samit-
dir).  Bu  fakt  Azərbaycan  dilinin  səslənməsindəki  ahəngdarlıın 
səbəbini açıqlayır. Müqayisə üçün qeyd edək ki, Qazax dilində, 
qohum  dil  olmasına  baxmayaraq,  Azərbaycan  dili  ilə  müqa-
yisədə  səslərin  tezliyində  müəyyən  fərqlər  nəzərə  çarpır  ki,  bu 
da,  zənnimizcə,  artikulyasiya  bazasını  formalaşdıran  etnik  baş-
lanğıcla  əlaqədardır.  Azərbaycan  dilində  olduğu  kimi,  qazax 
dilində də a saiti işlənmə tezliyi baxımdan  digər səsləri üstələyir. 
Lakin ikinci yerdə n samiti gəlir. Növbəti sıralanma isə belədir: ı, 
e, i, p, t, l, d... (3). 
Rus  dilində  işlənmə  tezliyinə  görə  o  səsi      e  və  a  səsini 
üstələyir. Növbəti pillələrdə i, n, t, s, r, v, l  səsləri dayanır (4). 
Söhbət  dildən  -  sabit  strukturdan  gedir:  bir  elementin 
dəyişilməsi,  yersiz,  qanunauyğun  olmayan  əlavə  ümumilikdə 
sistemin pozulmasına – xaosa gətirə bilər.  Bu kiminsə “zövqü”-
nə uyğun olub-olmamaqla yox, konkret dilin qanunauyğunluqları 
– tipoloji quruluşdan irəli gələn tələblər və prosodiya məsələləri 
(dilin  ruhunu  təşkil  edən  intonasiya,  vurğu,  ...)  ilə  müəyyən 
olunur. Əgər alınmalar dilin qanunlarına uyğunlaşdırılmırsa, bu 
tədricən səslərin işlənmə tezliyi ilə bağlı dəyişikliyə səbəb olur.   
Səslərin  yanaşı  işlənmə  tezliyini  müəyyən  etməklə    dildə 
işlənmə tezliyi yüksək olan  fonem birləşmələrini də aşkarlamaq 
olar.  Bu da bir çox hallarda mövcud variantlardan hansının ana-
logiya prinsipi əsasında norma səciyyəli olduğunu və dilin daxili 
qaydalarına uyğun olduğunu müəyyən etməyə imkan verər.  
Samitlərin  fizioloji-akustik  təhlilindən  bəhs  edərkən  fəal 
danışıq üzvünün iştirakına və əmələ gəlmə yerinə görə “q” və 
“k” samitləri arasında, demək olar ki, heç bir fərq olmadığını 
yazan A. Axundov eyni sözləri k və g ilə bağlı da deyir:  “k” 
və  “g”  samitlərinin  məxrəcində  səs  tellərinin  iştirakı  nəzərə 
alınmazsa,  heç  bir  fərq  yoxdur”  (5,  s.187).  Fəal  danışıq 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
103 
 
üzvünün  iştirakına  görə  dilarxası  samit  olan  “q”-nin  əsasən 
dilarxası saitlərlə yanaşı işlənməsi ahəng qanununun möhkəm 
olduğu Azərbaycan dili üçün heç də təəccüblü deyil. Dilortası 
samiti olan “g” isə əsasən incə saitlərlə yanaşı işlənir ki, bu da 
dilimizin qanunları üçün təbii haldır. 
Səslərin  dil  sistemində  müəyyən    işlənmə  tezliyi  olduğu 
kimi,  onların    bir-biri  ilə  münasibətində,  qarşılıqlı  təsir 
şəraitində  işlənməsində  də  özünəməxsus  əlamətlər  meydana 
çıxır.  Bundan  asılı  olaraq    səslərin  yanaşı  işlənmə  tezliyi  də 
müəyyənləşir. Bəzi səs birləşmələrinin işləkliyi yüksək olduğu 
halda,  başqa  səs  birləşmələrinə  az  təsadüf  olunur.  Məhz  bu 
kombinasiyaların fərqli məqamlarda müxtəlif  şəkildə işlənməsi 
məhdud  səs  sisteminə  malik  olan  dil  sisteminin  imkanları  ilə 
istənilən  fikri  ifadə  edə  biləcək  konstruksiyaların  qurulmasına 
şərait yaradır.  Azərbaycan dilində  bu proses  əsasən dilin daxili 
inkişaf  istiqamətini  tənzimləyən  və  idarə  edən  ahəng  qanunu 
vasitəsilə  qaydaya  salınır.  Azərbaycan  dilinin  fonemlər 
sistemində arxa sıra saitləri (a, ı, o, u) və samitləri (ğ, x, q, kʹ), 
eləcə  də  ön  sıra  sait  (ə,  i,  ö,  ü,  e)  və  samitləri  mövcud 
olduğundan  ahəngin  qorunması  üçün  həmcins  səslərin  yanaşı 
işlənməsi daha məqsədəuyğundur. Bundan başqa, dil sistemində 
modellərin meydana çıxmasında, daxili qaydaların və nəhayət, 
normanın  formalaşmasında  başlıca  rol  oynayan  prinsiplərdən 
biri – qənaət prinsipi də bunu tələb edir. Nitqdə dil arxasında 
formalaşan səsdən sonra dərhal dil önündə  əmələ gələn səsin 
tələffüz  olunması  artikulyasiya  aparatına  təzyiq  göstərməklə 
fiziki baxımdan çətinlik yaradır ki, bu da müxtəlif dillər və dil 
daşıyıcıları üçün fərqlidir. Belə ki, artikulyasiya aparatı tarixən 
xalqın  formalaşması  prosesi  ilə  birgə  təkmilləşir  və  etnik 
xüsusiyyətlərlə  yanaşı,  bir  sıra  dildənkənar  amillərlə  də 
əlaqədardır.  Türk  dillərindən  biri  kimi,  Azərbaycan  dilində 
saitlərlə  samitlər  arasındakı  uyğunlaşma  gözlənilir  və  müasir 
dövrdə də norma səciyyəsi qazanmış variantlarda bu “seçim” 
müşahidə olunur. Başqa sözlə, sait səslərlə samitlərin, eləcə də 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
104 
 
samitlərin  ahəngi  əsasında  qurulan  modellər  normanın 
müəyyənləşməsi  üçün    baza  rolunu  oynayır.  Bədii  mətn 
üzərində  (Anar  “Otel  otağı”  –  116139  işarə)  apardığımız 
araşdırmadan  alınan statistik nəticələrə görə,   q və g-nin qalın 
və incə saitlərlə yanaşı işlənmə tezliyində  ahəngin, demək olar 
ki, əksər hallarda qorunması müşahidə olunur.  
 
Dildə işlənmə tezliyi yüksək olan  fonem birləşmələrinin 
aşkarlanması  bir  çox  hallarda  mövcud  variantlardan  hansının 
analogiya prinsipi əsasında norma səciyyəli olduğunu və dilin 
daxili  qaydalarına  uyğun  olduğunu  müəyyən  etməyə  imkan 
verir.  
Dilin  morfoloji  və  sintaktik  laylarına  nisbətən  daha  də-
yişkən olan fonoloji sistem nəticədə bütövlükdə dildə zəncirvarı 
dəyişmələrə - sistemin elementlərində fərqli qanunauyğunluq və 
inkişaf  meyillərinə  səbəb  olur.  “Müşahidələr  göstərir  ki,  Azər-
baycan dilinin morfonoloji quruluşu son min ildə çox az dəyiş-
mişdir. Fonotaktikadakı cüzi fərqləri, bəzi söz və morfemlərdəki 
səs dəyişmələrini istisna etsək, demək olar ki, qədim abidələrin 
morfonologiyası  ilə  müasir  morfonologiya  arasında  elə  bir 
ciddi fərq özünü göstərmir. Morfoloji quruluşdakı bu stabillik 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
105 
 
mükəmməl mexanizmi pozulmağa qoymayan, onu yaşadan və 
təkmilləşməsinə imkan verən vasitədir” (6, s.33).  
Maraqlıdır ki, “q” və “g” samitlərinin bəzi fonotaktik mə-
qamlarda  əvəzlənməsi  müxtəlif  dillərdə  müşahidə  olunur. 
Hətta “g” samitinin olmadığı rus dilində istisna hal kimi bəzi 
məqamlarda “q” ilə yazılan samitin “g” kimi tələffüzü norma 
hesab olunur: бог – о боге [о bоgе]. 
Layihənin müzakirəsi zamanı mübahisələrə səbəb olan di-
gər məqam -iyyat,- iyyət və -iyyə şəkilçili sözlərin yazılışı ilə 
bağlıdır.  
37. Əvvəlki orfoqrafiya lüğətlərində tərkibində -iyyat,- 
iyyət və -iyyə şəkilçisi olan sözlər qoşa yy samiti ilə yazılmış-
dır.  Hazırda  həmin  sözlər  bir  [y] ilə  tələffüz  olunur.  Buna 
görə də fonetik prinsipə əsaslanaraq tərkibində həmin şəkil-
çilər olan sözlərin bir y ilə yazılması məqsədəuyğun sayılır. 
Məsələn: cərrahiyyə - cərrahiyə, dövriyyə – dövriyə, ədəbiyyat 
– ədəbiyat, fəaliyyət – fəaliyət, maliyyə – maliyə, üslubiyyat – 
üslubiyat və s. 
Qeyd: Qəyyum,  səyyah,  səyyar,  səyyarə,  təyyar kimi 
sözlər  istisnadır. Ehtiyat,  mərsiyə,  saniyə,  təhkiyə,  tərbiyə, 
təziyə,  tövsiyə kimi  sözlər  isə  indiyədək  bir y ilə  yazılmışdır 
və onların yazılışı olduğu kimi qalır. 
Daxili  qanunauyğunluqları  ilə  idarə  olunan  dil  dayanıqlı 
olduğu  qədər  də  həssasdır.    Daxildən  tənzimlənən  sistem  ol-
masına  baxmayaraq,  insan  faktoru  ilə  birbaşa  bağlı  olan  dilə 
psixoloji,  fizioloji,  sosioloji  faktorların  təsiri  izsiz  ötüşmür, 
müxtəlif  səbəbli  dəyişikliklər  sistem  daxilində  biri  digərini 
şərtləndirir.  Milli təfəkkürün və varlığın ifadəçisi kimi  kifayət 
qədər  əhəmiyyətli  və  incə  məqamlarla  bağlı  olan  dilə  bəzi 
tarixi məqamlarda, müasir qloballaşma dövründə  olduğu kimi, 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin