Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə7/41
tarix12.12.2019
ölçüsü1,8 Mb.
#29906
1   2   3   4   5   6   7   8   9   10   ...   41
Dilcilik-institutunun-eserleri-1-2018

 
 
 
 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
70 
 
Müasir Azərbaycan dili və terminologiya 
 
Tünzalə Baxşıyeva  
AMEA Nəsimi adına Dilçilik İnstitutu, 
filologiya üzrə elmlər doktoru  
tunzale-111@mail.ru
 
 
Mifonimlər 
 
Açar sözlər: mifonim, mifoantroponimlər, mifotoponimlər, 
mifozoonimlər, leksem 
Kлючевые слова:  мифоним, мифоантропонимы, 
мифотопонимы, мифозоонимы, лексема.  
Key  words:  mythonim,  mythanthroponyms,  mythoponyms, 
mythozoonyms, lexemes 
 
Azərbaycan şifahi xalq ədəbiyyatı mifonimlərlə zəngindir. Mifonim – 
adətən qədim miflərdə, əsatir, əfsanə,  nağıllarda  işlədilən və hər hansı bir 
onomastik  sahəyə daxil olan uydurma obyekt adı. Buraya ən çox mifoantro-
ponimlər, mifotoponimlər, mifozoonimlər, mifofitonimlər, mifopersonimlər,  
habelə  teonimlər daxildir. (1.s.300) İnsan mifik təfəkkürünün məhsulu olan 
mifik  obrazların, obyektlərin və s xüsusi adların tədqiq  edən sahə mifoni-
miya  adlanır.  Mifik  adlar  mili  mədəniyyətimizin  bir  hissəsi,  parçasıdır.
 
Mif xalq mədəniyyətinin əsasını təşkil edir və miflərdə dünya, təbiət, 
həyat  haqqında  xalqın  düşüncəsi  əks  olunur.Mifoloji  leksika  xüsusi  tip 
semantik adlar toplusudur. Leksikanın digər layları ilə müqayisədə mifoloji 
leksika daha sabit və az dəyişəndir.Mifologiyanı qədim insanların təbiətin, 
cəmiyyətin sirlərinin  bədii izahı adlandıra bilərik. Mifoloji leksika çox geniş 
anlayış  ifadə  edir.  Mifonimlər  zəngin  semantikalı  sözlərdir.  Onların  əhatə 
dairəsi genişdir.  
Mifonimlər  Azərbaycan  folklorunda  qorunub  saxlanan  çox  əsrlik 
yaradıcılıq  məhsuludur.  Xalqımızın  rəngarəng  fantaziyası  mifonimlərdə 
özünü daha qabarıq  göstərir.  Onlar qədim dövrlərə aid xalqın düşüncəsi, 
təfəkkürü, dünyagörüşü haqqında aydın və dolğun təsəvvür yaradır. Əsrlər 
boyu  xalqın  yaddaşında    bu  günümüzə  qədər  gəlib  çatan  folklor 
nümunələrini mifonimlərsiz təsəvvür etmək mümkün  deyil.  Mifonimlərin 
tədqiqi  etməklə  xalqımızın  əski  milli-mədəni  təsəvvürləri  müəyyənləş-
dirmək mümkündür. 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
71 
 
Mifoloji  leksikanın  araşdırılması  linqvokulturoloji  baxımdan 
dəyərlidir. Mifoloji görüşlər insanların inancları və sitayiş etdikləri dinin 
görüşləri,  düşüncələri  ilə  bağlıdır.  Nağıl  və  dastanlarda,  rəvayətlərdə, 
əfsanələrdə    işlənən  mifonimlər  mətnə  xüsusi  gözəllik  verir,  spesifik 
cəhətlər,  keyfiyyətlər  gətirir.  Azərbaycan    onomastikasının    son 
dövrlərdəki  nailiyyətlərinə  baxmayaraq  mifonimlər  hələ  az  öyrənilmiş 
sahələrdəndir.  Mifonimlər  dil  vahidləri  kimi  dil  sistemində  əhəmiyyətli 
rola malik olub dilin incəliklərini özündə yaşadır. 
Mifoloji  leksika  ilə  bağlı  araşdırmaların  məqsədi    dilin  keçdiyi 
tarixi inkişaf yolunu, dilin lüğət tərkibini tədqiqi etməkdir.  Dilimizdəki 
mifonimlərin  tədqiqi  bir  çox  leksemlərin  səciyyəvi  xüsusiyyətini 
dəqiqləşdirməyə,  müxtəlif  folklor  mətnlərinin  leksikasını  araşdırmaq, 
onların səciyyəvi xüsusiyyətərini müəyyən etməyə geniş fürsət yaradar. 
Alimlər belə nəticəyə gəlirlər ki, tarixi inkişafın ilkin mərhələsində bütün 
xalqlar  mif  yaratmışdır.  Miflərin  tarixi-müqayisəli  tədqiqi  ilə  müəyyən 
edilmişdir ki, ilkin miflər ən çox təbiət  hadisələrinə heyvanlara və səma 
cisimlərinə aid idi. (2. s 103)  
S.  Abdullayevanın  mifonimlərlə  bağlı  verdiyi  bölgü  diqqəti  cəlb 
edir. Müəllif mifonimlərə aşağıdakı adları aid edir: 
1.   Peyğəmbər və əfsanəvi şəxsiyyət adları. 
2.  İlahə və pəri adları 
3.  Div adları. 
4.  Div cinsindən  olan yarı əfsanəvi pəhlivan adları 
5.  Cin, dərviş adları. 
6.  Qeyri-real məkan, yer adları. 
7.  Qeyri – real şəraitdə doğulan qəhrəman adları. 
8.  Əfsanəvi quş və heyvan adları (3. s. 16) 
Bəzən  nağıllarda  mifik  adların  yaranması  izah  olunur. 
Məsələn,“Bənidaş şəhərinin sirri”  nağılında şəhər barədə məlumat verilir 
ki,  tilsim  nəticəsində  şəhərdə  hər  şey  daşa  dönüb,  bircə  nəfər  şəhərin 
ortasında yarıya qədər daş, qurşaqdan yuxarı adam qalıb. Buna görə də 
şəhər  Bənidaş  adlanıb.  Bəni  ərəb  dilində  “övlad”,  “nəsil,  tayfa” 
mənalarını ifadə edir. (4. s.50) 
Azərbaycan  dilinin  lüğət  tərkibindəki  sözlər  mənşəyinə  görə  iki 
qrupa  bölünür:  türk  mənşəli  sözlər,  alınma  sözlər.  Dilimizdəki  sözlərin 
böyük  əksəriyyəti  türk  mənşəlidir.  Folklorumuzdakı  mifonimləri 
mənşəyinə  görə  araşdırdıqda  məlum  olur  ki,  onların  tərkibində  türk 
mənşəli  sözlərlə  yanaşı  alınma  sözlərə  təsadüf  edilir.    Folklor 
nümunələrindəki  mifonimlərin  tərkibində  ərəb  və  fars  mənşəli  sözlərə 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
72 
 
rast  gəlmək  mümkündür.  Türk  mənşəli  mifonimlərə  Nar  qızı  Nardan 
Xatun, Təpəgöz, Kəlləgöz, ərəb və fars mənşəli mifonimlərə Səməndər, 
Hürizad,  Pərizad,  Şəms  Qəmər,  Səlsəbil  və  başqalarını    nümunə 
göstərmək olar. 
Azərbaycan  folklorunda  rast  gəlinən  alınma  onomastik  vahidlərin 
arasında  mifohidronimlərin  özünəməxsus  yeri  vardır.  Mifohidronimlərə 
mifik su obyektlərinin adları  aiddir. Folklorda Dirilik suyu, Abi-həyat, 
Abi-kövsər  və  s.  mifohidronimlərə  rast  gəlinir.  Mifik  təsəvvürə  görə, 
dirilik  suyundan   kim  içsə,  o  bir  andaca  ölümsüz  olur  deyirlər.  Dirilik 
suyu haqqında mifik  təsəvvürlərə  başqa xalqların folklor nümunələrində 
təsadüf olunur.  
Abi-həyat mifohidroniminə Azərbaycan folklorunda daha çox rast 
gəlinir. İnsan həmişə həyat və ölüm məsələsi barədə düşünmüş və bu da  
ədəbi həyatı əldə etmək mifik ideyalarının yaranmasına səbəb olmuşdur. 
Bununla  bağlı  müxtəlif  mifik  təsəvvürlər  yaranmışdır.  Əfsanəyə  görə, 
zülmətdə olan bir çeşmənin suyu, dirilik suyu Abi-həyat adlanır. Bu suyu 
içən  nə  qocalır,  nə  də  ölür.  “Əsli  və  Kərəm”  dastanında  “Abi-həyat” 
bulağının adı çəkilir: 
Abi-həyat kimi daim axarsan, 
Haqqın camalına hərdən baxarsan
olana-dolana evlər yıxarsan, 
Mənim Əslim buralardan keçdimi? 
“İskəndərin  qaranlıq  dünyaya  getməsi”  nağılında  Abi-həyat 
bulağının  suyundan  Xızır    içir.  N.Gəncəvinin  “İskəndərnamə” 
poemasının  “Şərəfnamə”  hissəsində  İskəndərin  dirilik    suyunu 
axtarmasından danışılır. Iskəndər  zülmətdəki dirilik  suyunu  (Abi-həyat) 
axtarmağa gedir. Bu səfərə ona Xızır köməklik edir. Xızır dirlik bulağını 
tapır: 
Doyunca həm çimdi,  həm də yuyundu. 
Doyunca içdi o həyat suyundan 
Əbədi içdi o həyat suyundan 
Əbədi həyata çatdı arayan (5.s.251) 
  Folklorda rast gəlinən mifhidronimlərdən biri də abi-kövsərdir. 
Abi-kövsər  cənnətdə  Kövsər  bulağının  suyudur.  “Qurbani”  dastanında 
abi-kövsər mifohidroniminə təsadüf olunur.  
Qəflətdən ayıldım, açdım gözümü,  
Xaki-övliyaya sürtdüm üzümü, 
Dindirdilər, haqq danışdım sözümü,  
Al, iç abi-kövsərdən, qan, dedilər.  

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
73 
 
Folklorda Abi-kövsər mifohidronimi yanaşı Kövsər də işlənir. Abi-
kövsər,  Kövsər  bulaq  adlarının  folklorda    işlənməsi  islam  dini  ilə 
bağlıdır. 
Səyyad deyər, sənə namə gətirdim,  
İçmişəm Kövsərdən bada, gəlmişəm. (Səyyad və Sədət) 
Bir aya bənzər qabaq,  
Kövsərə bənzər dodaq. (Tahir və Zöhrə) 
İslam dini ilə əlaqədar folklorumuzda işlənən mifohidronimlərdən 
biri də Səlsəbildir. Səlsəbil cənnətdə yüngül,  dadlı sulu çeşmənin adıdır. 
Girdim bağa, bağım təğayir oldu, 
Xoryat əli dəydi, tağ ayir oldu. 
Gözüm gördü, ağlım təğayir oldu. 
Çayi-səlsəbilin zülalın gördüm. (Novruz) 
Nağıllarda  mifik  heyvanların  adına  tez-tez  təsadüf  olunur.  
Mifozoonim  –  Real  həyatdan  mövcud    olmayan,  əsatiri  səciyyəli 
canlının,  varlığın  xüsusi  adı:    Div,  ağ  div,  qara  div,  Ağ  qoç,  Simurq, 
Əjdaha,  Nasnaq,  Səməndər,  Qaqnus,  Dülbül,  Ədabil  (quşu),  Hüthütə 
Huma Cənnət quşu, Qızıl öküz, Yer öküzü, Yusif-Nəsib. (1 s. 300). 
Azərbaycan folklorundakı mifozoonimlərdən biri də divlərdir.  Əksər 
hallarda    div  mənfi  surətdir.  “Azərbaycan  dilinin  izahlı  lüğəti”ndə  fars 
mənşəli  div  sözü  belə  izah  olunur:  Div    -  şərq  nağıllarında  müsbət  qəh-
rəmanlara qarşı qoyulan çirkin, eybəcər, həddən artıq cəsamətli, buuynuzlu 
əfsanəvi vücudlu heyvan (6, s. 650). Nağıllarımızda  divlərə maraqlı adlar 
verilir: Ağ div, Qara div, Kərə div, Əş-əş div, Devi-cadu və s. 
Azərbaycan  folklorunda  geniş  yayılmış  mifonimlərdən  biri  də 
Səməndər quşunun adıdır. “Moltanı padşahı” nağılında əfsanəvi Səməndər 
quşunun  adına  rast  gəlirik.  Nağılda  göyərçinlər  söhbət    edərkən  deyirlər:  
“Ay bacılı, gərək o oğlan o qədər gözləyə ki, Səməndər quşu od tutub yana, 
onun külünün içindən bir  qor kimi yumurta çıxa, o külün  qırağınnan bir 
çiçək göyərə, o çiçək  Səməndər çiçəyidir. Özü də onu köklü  qopartmax 
olmaz, onda  o  adam  özü  də  yanıb, kül  olar.  Gərək  çiçəyi elə  qoparda  ki, 
kökü yerdə qala”. 
Əfsanəyə  görə,  Səməndər  quşu  dərya  kənarında  yaşarmış.  Dimdiyi 
poladdan, ayaqları daşdanmış. Səməndər hər dəfə ayaqlarını dimdiklədikdə 
oradan    qığılcım  qalxar  və  quşu  alov  basarmış.  Quş  alovlanıb  yandıqda  
özünü  suya  atarmış.  Başqa  bir  əfsanəyə  görə,    Səməndər  nəhəng  bir 
quşdur.  Yeddi  ildən  bir  yumurta  yumurtlayır,  özünü  yumurtaya  sürtüb, 
oradam qığılcım çıxardardı. 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
74 
 
 “Ərəb  və  fars  sözləri  lüğəti”ndə  fars  mənşəli  səməndər  sözünün  
İran  əsatirində  odda  yaşayan  bir  heyvan,    su  kərtənkələsi  mənalarını 
daşığıdı qeyd edilir. (4.s 548) Səməndər quşunun istər əfsanələrdə, istərsə 
də nağıllarda odla əlaqədar  olduğu  göstərilir. Dastanlarımızda səməndər 
quşundan bəhs edilir.  
Çoxu aşıqlığı asan şey sandı, 
Cəfasını gördü, çox tez usandı, 
Abbas bir pərinin oduna yandı, 
Görənlər dedilər: bax, səməndərdi. (Abbas və Gülgəz) 
Aşıq Ələsgərin yaradıcılığında səməndər mifoniminə rast gəlinir:  
Qaldım səməndərtək qəm dəryasında;  
Yandı balü-pərim nara dəyməmiş.  
Dastanlarda  təsadf  olunan  mifozoonimlərdən  biri  də  Düldüldür. 
Düldül Həzrət Əlinin atının adıdır. 
Mərdi iyid mərd deyər mərd oğlu mərddən,  
Sərraf olan seçər ləli gövhərdən,  
Düldülün sahibi ya Şahi-mərdan, 
Ağa, məni dərdə salan gəlindi! (Seydi və Pəri) 
Azərbaycan nağıllarında təsadüf olunan mifozoonimlərdən  biri də 
dara,  çətinə  fəlakətə  düşənlərin  xilaskarı  Zümrüd  quşudur.  Bu  quş 
qəhrəmanları  yeraltı    dünyadan  işıqlı  dünyaya    çıxardır,  tükünü 
yandırdıqda köməyə  gəlir. Zümrüd ərəb  mənşəli  söz  olub, “yaşıl  rəngli 
qiymətlil  daş”  mənasında  işlənir.  Görünür,  xilaskar  quş  yaşıl    rəngdə 
təsəvvür etdiklərdindən ona bu adı vermişlər.  
Nağıllarımızda  Simurq  quşu  adına  da  rast  gəlirik.  Bu  quşun  adı 
nağıllarda Zümrüd quşu ilə əvəz  edilir. Quşların hər ikisi eyni işi görür, 
xeyirxahdır.  Tədqiqatçılar  Simurq  quşu  haqqında  maraqlı  fikirlər 
söyləmişlər:  “Simurq  quşunun  böyüklüyü,  qoçaqlığı  tədqiqatçıları  belə 
qənaətə gətirmişdir ki, çoxluğun işini gördüyündən ona Simurq, yəni otuz 
quş adı vermişlər. Bəzi alimlər isə bunu siyah  mürğ (qara quş) kimi izah 
edirlər.” (7. s.262) 
  Nağıllarda  rast  gəlinən  mifozoonimlərə  at  adları  da  aiddir. 
Nağıllardakı  qeyri-adi,  möcüzəli  atlardan  biri  dəryadan  çıxdığı  üçün) 
“Şah oğlu Bəhrəmin nağılı”nda Dərya atı adlanır.   
 
Folklorda  rast  gəlinən  mifik  obrazlardan  biri  də  pərilərdir.  
Folklorumuzda  pərilər  gözəllik  rəmzi,  simvoludurlar.  Məsələn,  Başına 
döndüyüm,  ay  qəşəng  pəri;  Adətdir,  dərərlər  yaz  bənövşəni!  (Qurbani) 
Misilsiz gözəlliyi  təsəvvür edərkən belə bir  ifadə işlənir: “Aya deyir sən 
çıxma  mən çıxım, günə deyir sən çıxma mən çıxım”. Pəri fars  mənşəli 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
75 
 
leksik vahiddir. Azərbaycan dilinin izahlı  lüğətində pəri sözü belə izah 
olunur:  “Pəri-  əsatirdə  cinlərin  çox  gözəl  və  cazibəli  şəkildə  təsəvvür 
olunan qismi” (6 s. 498). 
D.Əliyeva pəri mifonimi barədə yazır ki, mifonim pəhləvi dilində 
Pairk formasında  işlədilir, cin, qadın cin mənalarını verir. “Avesta”da bu 
mifonim  Pairika  formasında  işlədilir  və  çox  eybəcər  qadın  kimi  təsvir 
edilir. Zərdüşt ona düşmən kəsilən üç varlığı lənətləyir ki, onlardan biri 
də Pəridir.  (8.s.107) 
Əksər Azərbaycan nağıllarında pərilər su ilə bağlıdırlar. Nağılların 
çoxunda  onlar    göyərçin  cildində  olurlar,  bəzən  ceyran  cildində  çay 
sahillərinə və ya bulaq başına gəlirlər. “Tapdıq” nağılında xeyirxah pəri-
göyərçin obrazına rast gəlinir. Pərilər cildlərini çıxardandan sonra onlar 
gözəl  qıza  çevrilirlər.    Pərilərin  geyimlərini  ələ  keçirəndən  sonra  onlar 
çılpaq  qalmasınlar  deyə,  bir  sıra  işləri  yerinə  yetirməyə  razılaşırlar. 
Folklorda bəzən pərilər  öz cildlərini çıxardıb adi qız kimi qəhrəmanlara 
ərə  gedirlər  “Məlik  Cümşüdün  nağlı”nda  Fəxri-süleymanda  padişahlıq 
edən pərilər padşahının qızı  Məleykə Cahan Əfruz  xanımın divlərdən, 
pərilərdən  ibarət  qoşunu  vardır.  “Hatəmin  nağılı”nda  pərilər  ölkəsi  
Gülüstanı  –  İrəm  yer  adına,  pərilər    padşahının  qızı  Mələkxatun  
mifoniminə  rast gəlirik. Onun qarovulçuları divlərdir. 
Nağıllarımızda  pərilər  çox  gözəl  qızlar  kimi  təsvir    edildiyindən 
zaman  keçdikcə  pəri  sözü  də    gözəl  qız    mənasını  ifadə  edən  söz  kimi 
işlənmişdir.  Görünür,    bu  nağıllarımızda  pərilərin  öz  göyərçin  donunu 
çıxardıb,  ya  da  adi  qız  kimi  qəhrəmanlara  ərə  getməsi  ilə  bağlıdır. 
Nağıllarda  misilsiz  gözəlliyi    təsəvvür  edərkən  belə  bir    ifadə  işlənir: 
“Aya deyir sən çıxma mən çıxım, günə deyir sən çıxma mən çıxım”.  
Folklorumuzda pərilər gözəllik rəmzi, simvoludurlar. Buna görə də 
müasir dövrdə pəri leksik vahidindən şəxs adı kimi geniş istifadə olunur. 
Pəri leksik vahidi antroponimlərin tərkibində tək işlənməklə yanaşı, həm 
də iki kompanentli şəxs adlarının tərkibində də işlənir. Məsələn, Nazpəri, 
Gülpəri, Aypəri və s.  
 “Kəl Həsənin nağılı”nda Pərizad pəri adına rast gəlinir. Pərizad bu 
gün də Azərbaycanda qız adı kimi  işlənməkdədir. Pərzad /Pərizad – fars  
mənşəli olub, pəri+zad (ə) sözlərindən ibarətdir.  “Pəridən doğulmuş, pəri 
balası”  mənasında,  məcazi  anlamda  “gözəl  ananın  gözəl  balası” 
deməkdir.  
Folklorda pərilərin oxşar variantı olan hurilər öz əksini tapmışdır. 
Huri  ərəb  mənşəli  sözdür  və  “cənnət  qızı”  mənasını  ifadə  edir.  Huri 
sözündən gözəlin epitetlərindən biri kimi istifadə edilir. Məsələn, Səndən 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
76 
 
qeyri  huri  görsəm,  sevmərəm;  Qaldır  rübəndini,  görüm  gül  üzünü 
(“Koroğlu”  dastanı)  “Bəxtiyarın  nağılı”nda  Hurizad  pərilər  padşahının 
qızıdır. Azərbaycanda Hürzad şəxs adı işlənməkdədir. Huri leksik vahidi 
mələk sözü ilə semantik əlaqəyə girərək mürəkkəb söz yaradır. Məsələn, 
huri-mələk sözü dilimizdə işlənməkdədir.   
Azərbaycan    nağıllarında  çoxlu  mifotoponimlərə  təsadüf  olunur. 
Mifotoponim  –adətən,  qədim  miflərdə,  əfsanələrdə,  əsatir  və  nağıllarda 
işlənən  toponimlərdir.  “Şah  oğlu  Bəhrəmin  nağılı”nda    Qaf  dağı, 
“Hatəmin  nağılında    Gülüstani-İrəm”,  “Reyhanın  nağılı”nda,  “İbrahim” 
nağılında  Ənbərquh  dağ  adına,  “Bənidaş  şəhərinin  sirri”    nağılında  
Bənidaş, “İskəndərin Qaranlıq dünyaya getməsi”nağılında  Qaranlıq dünya 
və s. mifotoponimlərə  rast gəlinir. “Hatəmin nağılı”nda pərilər ölkəsi olan  
Gülüstani  –  İrəm  yer  adına    təsadüf  olunur.  Gülüstani  –  İrəm    -  1)  Şərq 
əsatirində -Yəməndə olduğu rəvayət edilən əfsanəvi bir bağ, 2) məc. behişt, 
cənnət.  (4. s. 247) 
 
Azərbaycan  nağıllarında  rast  gəlinən  mifik  onomastik  vahidlər 
arasında mifofitonimlərin özünəməxsus yeri vardır. Adətən qədim miflərdə, 
əsatir  və  nağıllarda  işlənən  fitonimlər  mifofitonimlər  adlanır.  “Tapdığın 
nağılı”nda  möcüzəli  Xəbər  ağacı  vardır.  O,  hər  şeyi  görür  və  hər  şeydən 
xəbərdardır.  Xəbər ağacı baş vermiş hadisələri Şəms xanıma danışır.  
Azərbaycan  nağıllarında  mifik  bitki  adlarına  rast  gəlinir.  “Yetim 
İbrahim” nağılında Səməngül mifofitoniminin  adı çəkilir. Qeyri-adi olan bu 
çiçək  torpaqda bitmir, divin dustaq etdiyi qızın qanından əmələ gəlir.  Qızın 
burnundan  axan  hər  damla    Səməngülə  çevrilirdi.  Fars  dilində  səmən  
“yasəmən ağacına və gülünə” deyirlər. Səməngül “yasəmən gülü” deməkdir.
 
(4 s. 548) 
Folklordakl mifonimləri tədqiq etmək onu yaradan türklərin mənəvi, 
psixoloji  xüsusiyyətlərini  öyrənmək,  əski  dünaygörüşünü  araşdırmaq 
deməkdir. 
 
ƏDƏBİYYAT: 
 
1.  M.Adilov  A.Paşayev.  Azərbaycan  onomastikası  (izahlı 
terminoloji lüğəti). Bakı: Nurlan, 2005, 487 s.  
2.   R.Qafarlı. Mif və nağıl. Bakı. 1999. ADPU. 448 s. 
3.  Abdullayeva.  S.    Mifonimlər.  Azərbaycan  onomasitkası  
problemləri. V konfrans. 1995. 
4. Ərəb-fars  sözləri lüğəti. Bakı: Azərb.SSR Elmlər Akademiyası 
nəşriyyatı, Yazıçı.  1984. 1036 s. 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
77 
 
5. N.Gəncəvi. İskəndərnamə. Bakı. 1983, Bakı. 648 s.    
6. Azərbaycan dilinin izahlı lüğəti.III c., Bakı: Elm, 1983, 555 s. 
7. V.Vəliyev.  Azərbaycan folkloru.  Bakı. Maarif. 2005.s. 368 
8.  Əliyeva  D.  Onomastik  fahidlərin  folklorda  təzahürü.    Bakı: 
Maarif, 2016, 320 s. 
        Тунзала Бахшиева 
Мифонимы 
Резюме 
 
  В  статье  исследуются  мифонимы,  встречающиеся  в 
фольклоре.  Мифонимы  подразделены  на  группы: мифоантропонимы, 
мифотопонимы,  мифозоонимы,  мифогидронимы,  разъясняются  их 
значения.  Исследование  мифонимов  представляет  интерес  для 
изучения  мировозрения,  моральных  принципов    азербайджанского 
народа    в  древнейшие  времена.  Семантика  мифонимов  сложна.  Они 
широко распространены. Исследования, связанные с мифологической 
лексикой  позволяют  проследить  исторический  путь  развитие  языка, 
дают  возможность  исследовать  словарны  состав.  Исследования 
мифонимов помагают уточнять характерные особенносты ряда лексем, 
исследовать  лексику  различных  фольклорных  текстов,  выявлять  их 
характерные черты.  Изучение мифонимов лингвокультурологичес-
кой точки зрения имеет  большую ценность.   
 
Tunzala Baxshiyeva 
Mythonims 
Summary 
 
  Mythonims encountered in folklore are researched in the article. 
Mythonims are derived into the following groups as mythanthroponyms, 
mythoponyms,  mythozoonyms,    mythophytoneum  and  myhohydrons. 
Investigation  of  mythonims  is  important  from  the  point  of  learning the 
world-outlook,  moral  world  of  ancient  Azerbaijanis.  Mythonims  are 
semantically rich words. Their coverage is very large. Researches related 
with  mythological  lexicology  give  opportunity  to  analyze  the 
development  of  the  language  and  its  lexicography.  Investigation  of 
mythonims  in  our  language  also  gives  opportunity  to  define  more 
precisely  the  specific  features  of  lexems,  to  analyze  the  vocabulary  of 
folklore  texts  and  define  their  typical  characteristics.  Analysis  of 
mythonims is very valuable from linguo-cultural aspect.  

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
78 
 
Nərgiz Hacıyeva  
AMEA Nəsimi adına Dilçilik İnstitutu,  
filologiya üzrə fəlsəfə doktoru, dosent 
nergiz.haciyeva1961@mail.ru 
 
“Quş” zooniminin metaforlaşması və frazeologizm 
yaranmasında rolu 
(II məqalə) 
 
Açar  sözlər:  quş,  metaforlaşma,  obraz,  müqayisə,  zoomorfizm, 
assosiasiya, frazeologizm 
Ключевые  слова:  птица,  метафоризация,  образ,  сравнение, 
зооморфизм, ассоциация, фразеологизм 
Key  words:  bird,  metaphorization,  image,  comparison,  zoomor-
phism, association, phraseology 
 
Zoomorfizm  –  metaforlaşmanın  universal  xüsusiyyətlərindən 
biridir.Bu    proses  insan  təcrübəsinin  assosiativ  əlaqələrinə  əsaslanır. 
Heyvan  və  quş  adlarının  insanların  üzərinə  köçürülməsi  onların  xarici 
görünüşünə və xarakterik xüsusiyyətləri əsasında həyata keçirilir.  
Məlumdur  ki,  quşlar  insanların  və  təbiətin  həyatında  mühüm  rol 
oynayır.  Onlar  qədimdən  bəri  insanları  hər  yerdə:  əməkdə,  ovda, 
arzularda müşaiyət edir. Qanadlılar bütün xalqların  miflərinin, nağıl və 
nəğmələrinin,  əfsanə  və  rəvayətlərinin  qəhrəmanlarıdır.  Get-gedə 
ornitonimlər  çoxplanlı  simvolikanın  rəmzləri  olaraq  təfəkkürün  milli-
mədəni  xüsusiyyətlərini  əks  etdirir.  “Quş”  sözünün  ifadə  etdiyi  məna 
assosiasiyaları təkcə uçmaq mənası vermir, habelə bir çox digər mənalara 
malikdir.  Quşun  davranışında  olan  xüsusiyyətlər  situasiyadan  və 
danışanın    intensiyasından  asılı  olaraq  həm  mənfi,  həm  də  müsbət 
keyfiyyətlərlə  şərh  oluna  bilər.  Quşun  davranışındakı  müxtəlif 
xüsusiyyətlər metaforik mənanın əsasında durur.  
Quşlarla  əlaqədar  frazeologizmlər  Azərbaycan  dilinin  qədim 
qatlarına  məxsusdur,  bununla  da  dil  daşıyıcılarında  onların  semantik 
məzmunu  və  geniş  istifadə  imkanları  açıq  ifadə  olunur.  Dilin  digər 
sahələrində  olduğu  kimi,  bu  frazeologizmlərin  formalaşmasına  da 
ekstralinqvistik  faktorlar  təsir  edir.  Azərbaycan  dilində  quş  komponenti 
ilə  işlənən  frazeologizmlərə  dair  bir  sıra  tədqiqat  işləri  olsa  da,  onların 
üslubi  xüsusiyyətləri  və  hansı  məqamlarda  işləndiyi  hərtərəfli 
göstərilməmişdir.  Bu  tədqiqatlar  daha  çox  ingilis  dili  ilə  müqayisə 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
79 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin