Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə2/41
tarix12.12.2019
ölçüsü1,8 Mb.
#29906
1   2   3   4   5   6   7   8   9   ...   41
Dilcilik-institutunun-eserleri-1-2018

mənşəlidir və həmin dildə quruluşca sadə sözlər sayılır. Məsələn: zərrab 
– sikkəurucu,həllac– pambıqatıcı, qəvvas– suyatalıcı, kəhhal – gözədər-
mansalıcı. Bəvazicinin sikkəvurucu kimi tərcümə etdiyi zərrab sözünün 
çağdaş  dilimizdəki  qarşılığı  pulkəsən,  sikkəvuran  leksemləridir. 
Göründüyü  kimi  sikkəvuran  sözü  ilə  Bəvazicinin  işlətdiyi  sikkəvurucu 
arasındakı əsas fərq şəkilçidədir, yəni –an əvəzinə -ucu işlənmişdir.  
Həllac(pambıqatan, yunatan) sözü isə indi də ədəbi dilimizdə işlə-
nir. Maraqlıdır ki, Bəvazici də həmin sözü əlyazmanın başqa bir yerində 
eynilə işlətmişdir. Aydındır ki, onun qarşılığı olaraq işlənmiş pambıqatıcı 
sözü Bəvazicinin söz yaradıcılığı sahəsindəki fəaliyyətinin məhsuludur. 
Qəvvas  –  suyatalıcı  sözləri  də  bu  qəbildəndir.  Belə  ki,  qəvvas 
köhnəlmiş sözlər sırasına daxil edilsə də, bu leksem klassik ədəbiyyatımızda 
son dövrlərə qədər işlənmişdir (3, I, 466). Onu da qeyd edək ki, Bəvazicinin 
öz yaradıcılığının məhsulu olan suyatalıcı sözünün əvəzində hazırda ədəbi 
dilimizdə  dalğıc  sözü  işlənir.  Tərcümədə  kəhhal  sözünün  qarşılığı  olaraq 
işlənmiş gözədərmansalıcı sözünü də Bəvazici özündən yaratmış və yazılı 
ədəbi dilimizə gətirmişdir. 
Yuxarıda qeyd olunan mürəkkəb sözlərdən  ayinəsalıcı, ipdəoynayıcı 
və  tavarsatıcı  sözlərini  isə  Bəvazici  fars  dilindən  kalka  şəklində  tərcümə 
yolu  ilə  yaratmışdır.  Bu  sözlərdən  birincisinin  farscası  ayinesaz, 
ikincisininki  rəsənbaz,  üçüncüsününkü  isə  soturforuş  sözüdür. 
Farsmənşəli hər üç söz isim və feil kökündən düzəlmişdir. Onların türkcə 
qarşılıqları da eynilə belədir. 
Bəvazici soturforuş sözü ilə oxşar quruluşlu farsmənşəli mürəkkəb 
sözlər  olan  miveforuş  (meyvəsatan)  və  bərdeforuş  (qulsatan)  sözlərinin 
qarşılıqları kimi yemişsatıcı və əsirsatıcı leksemlərini də işlətmişdir.  
Bəvazicinin  işlətdiyi  digər  mürəkkəb  sözlər  də  (əzabendirici, 
qaniçici, qeybətedici) fars dilindən kalka şəklində tərcümə olunmuşdur. 
Bəvazici  orijinaldakı  mürəkkəb  sözləri  nadir  hallarda  bir  neçə 
sözdən ibarət birləşmə şəklində də vermişdir. Belə tərcümə bir növ sözün 
izahı təsirini bağışlayır. Məsələn:nəmazgah-namaz qılacaq yer,tirdan- oq 
qoyacaq qab,dukdan - ig qoyacaq qab , udsuz- tüstü yakacaq qabvə s.  
Bəvazicinin  “Kəvamilüt-təbir”də  işlətdiyi  anadandoğma,  yolkəsi-
ci,gerçəksözlü, boğaztutar,çəribaşı, mürəkkəb sözləri də diqqəti çəkir. 
Anadandoğma  sözü  burada  elə  müasir  ədəbi  dilimizdə  daşıdığı 
anlamdadır.  Məlum  olduğu  kimi,  bu  söz  çağdaş  dilimizdə  həm  anada-
ndoğma, həm də anadangəlmə şəklində işlənir, lakin sonuncu daha işlək-

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
12 
 
dir.  Farsca  mətndə  onun  qarşılığı  madərzad  sözüdür  ki,  bu  leksemə  də 
hazırda  lüt-madərzad  şəklində  rast  gəlirik  (1,III,250).  Qeyd  edək  ki, 
farsmənşəli  madərzad  istər  mənaca,  istərsə  də  quruluşca  anadandoğma 
sözü  ilə  üst-üstə  düşür:  madərana  deməkdir,  zad  isə  zade  (doğulmuş 
övlad) sözünün qısaldılmış formasıdır. Maraqlıdır ki, anadandoğma mü-
rəkkəb sözü klassik türk mətnlərinə dair lüğətlərdə qeydə alınmamışdır.  
Bəvazicinin  işlətdiyi  yolkəsici  mürəkkəb  sözünün  orijinaldakı  əsli 
farsmənşəli  rahzən  sözüdür.  Bu  sözün  birinci  tərəfi  –rahismi  yol 
deməkdir,  zənisə  zədən(vurmaq)  felinin  köküdür.  Göründüyü  kimi, 
tərcümə ilə onun farsca əsli arasında müəyyən uyğunsuzluq var. Belə ki, 
rahzənsözünün ikinci tərəfinin daşıdığı mənanı nəzərə aldıqda gözləmək 
olardı ki, Bəvazici bu sözü yolkəsici kimi yox, yolurucu şəklində tərcümə 
etməlidir. Orta əsrlərə aid yazılı abidələrdə, o sıradan Nəsiminin dilində 
eyni mənada yolurucı, yoluransözlərinin işlənməsi (30,VI,4661), eləcə də 
Əs-sihahda(10,118) və daha bir neçə sözlükdə bu sözün  məhz yoluran, 
yolurucu  kimi  tərcümə  olunması  da  (30,VI,4661)  belə  düşünməyə  əsas 
verir.  Bununla  belə,  Bəvazici  rahzənmürəkkəb  sözünü  orijinal  bir 
şəkildə, həmin sözün bügünkü dilimizdəki qarşılığına yaxın bir biçimdə - 
yolkəsici kimi tərcümə etmişdir. Maraqlıdır ki, yolkəsici sözü nə qədim 
türk  mətnlərində,  nə  də  orta  əsrlərə  aid  türkdilli  əsərlərdə  qeydə 
alınmışdır. Bütün bunları göz önündə tutduqda istər-istəməz belə bir sual 
meydana çıxır: Bəvazici bu sözü nəyə görə yolkəsici kimi tərcümə etmiş-
dir? Fikrimizcə, bu məsələdə iki amil öz təsirini göstərə bilərmiş. Birin-
cisi,  zədənfeli  fars  dilində  yuxarıda  qeyd  etdiyimiz  əsas  mənasından 
başqa  kəsmək  anlamında  da  işlənir  (20,1,758).  İkincisi  isə  (bu  daha 
ağlabatandır),  Bəvazici bu sözü  farscadan  yox, ərəbcədən  tərcümə yolu 
ilə yarada bilərdi. Bu anlayış ərəbcə qüttaüt-təriqmürəkkəb sözü ilə ifadə 
olunur  ki,  onun  da  lüğəvi  mənası  elə  yolkəsəndir(4,II,1719).  Xatırladaq 
ki,  Bəvazici  yolkəsici  maddəsinin  əvvəlində  onun  ərəbcəsini  də  qüttaüt-
təriqkimi  göstərmişdir.  Deməli,  bu  sözü  o,  elə  birbaşa  ərəbcədən  tərcümə 
edə  bilərdi.  Bundan  əlavə,  qüttaüt-təriqsözü  ilə  farsmənşəli  rahzən  sözü 
arasında da məzmunca müəyyən oxşarlıq və yaxınlıq vardır, daha doğrusu, 
onlar sinonim sayıla bilər. Bu mənada ola bilsin ki, fars dilindəki bu sözün 
də  meydana  çıxması  onun  ərəbcə  qarşılığı  ilə  bağlıdır.  Hər  halda 
Bəvazicinin rahzən sözünü yolkəsici kimi tərcümə etməsi onun tərcüməçilik 
uğurudur.  Bu  amil  mütərcimin  dilimizi  zənginləşdirməsi  sahəsindəki 
səmərəli fəaliyyəti kimi diqqəti çəkir və təqdirəlayiq bir haldır.  
Gərçəksözlü  mürəkkəb  sözünə  gəldikdə  isə,  o,  yuxarıda  qeyd 
olunan anadandoğma və yolkəsici iki mürəkkəb sözlərindən tərkibindəki 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
13 
 
sözdüzəldici  şəkilçi  ilə  fərqlənir.  Bu  sözün  farsca  əsli  –rastkerdariki 
sözdən ibarətdir: düz, doğrumənalarını daşıyan rastsifətindən və iş, əməl 
mənalarında  işlənən  kerdarismindən.  Rastkerdarfars  dilində  doğrucul, 
əməlisaleh,  təmiz  (adam)  mənalarında  işlənir  (28,I,707).  Bəvazici  onun 
birinci  tərəfini  olduğu  kimi  -  gərçək  şəklində  tərcümə  etmiş,  ikinci 
tərəfini isə bir qədər başqa şəkildə vermişdir. Tərcüməçi kerdar isminin 
əvəzində sözlü düzəltmə sifətini işlətmişdir ki, bu da həm leksik, həm də 
qrammatik  məna  baxımından  farsca  əslindən  fərqlənir.  Sözsüz  ki, 
tərcüməçi  rastkerdar  sözünü  gərçəksözlü  kimi  tərcümə  edərkən  onun 
bütövlükdə  daşıdığı  mənasını  əsas  götürmüşdür.  Aydındır  ki,  gər-
çəksözlümürəkkəb sözü quruluşca bu sözdən müəyyən dərəcədə fərqlənsə 
də, daşıdığı məna baxımından ona tam uyğun gəlir, çünki əməli düz olan 
elə  sözü  düz  olandeməkdir.  Gərçəksözlü  sözünə  mürəkkəb  sifət  kimi 
qədim və orta əsr türk yazılı abidələri haqqındakı qaynaq və araşdırma-
larda  rast  gəlmirik.  Buna  görə  onu  da  Bəvazicinin  tərcüməçilik  fəaliy-
yətinin məhsulu kimi dəyərləndiririk.  
Bəvazici rastkerdar sözünün sinonimi olan rastqu(qu tərkibiqoftən 
demək, söyləmək felinin köküdür; rastqu düz danışandeməkdir) sözünü 
isə bir qədər başqa şəkildə − yenə də -yici şəkilçisinin iştirakı ilə - gər-
çəksöyləyici  şəklində  tərcümə  etmişdir  (12,12b).  Göründüyü  kimi,  gər-
çəksözlü bu fars mürəkkəb sözünə daha çox uyğun gəlir.  
Yuxarıdakı nümunələrdə  sıra ilə dördüncü  olanboğaztutar mürək-
kəb  sözü  isə  orijinal  quruluşa  malikdir.  Onun  tərkibindəki  -ar  şəkilçisi 
çağdaş  ədəbi  dilimizdən  fərqli  olaraq,  burada  feli  sifət  mənasını  daşıyır. 
Qeyd  edək  ki,  bu  şəkilçi  ilə  düzəlmiş  feli  sifətlər  yazılı  abidələrimizin 
dilində geniş yayıldığı kimi (bax: 13,275), müasir ədəbi dilimizdə də işlənir. 
Məsələn:  subasar,  suaxar,  sututar,  astabasar  və  s.  mürəkkəb  sifətləri  bu 
qəbildəndir.  Boğaztutar  sözünün  farsca  əsli  iki  tərkibdən  ibarətdir: 
gəlu(boğaz) ismi və gereftən(tutmaq) felinin kökü gir. Bəvazicinin olduqca 
dəqiq  çevirdiyi  bu  söz  dilmizdə  söz  yaradıcılığının  uğurlu  bir  nümunəsi 
hesab edilə bilər. Bu sözə də dil tarixinə aid qaynaqlarda rast gəlmirik. 
Bəvazicinin işlətdiyi çoxbilür mürəkkəb sözü də quruluşca boğaztutar 
lekseminə  oxşayır.  Bu  söz  də  mətndə  feli  sifət  anlamını  daşıyır:  çoxbilür 
kişi.  Bəvazici  onu  farsca  mətndəkibesyardanmürəkkəb  sözünün  besyar 
(çox)  vədanestən(bilmək)  felinin  kökü  danhissəciyindən  ibarətdir)  qar-
şılığı kimi işlətmişdir. Çoxbilür mürəkkəb sözünün də yazılı abidələrdə 
işlənməsinə  dair  bir  qeydə  rast  gəlmirik.  Deməli,  bu  sözü  də  ilk  dəfə 
yazılı ədəbi dilə gətirən Bəvazici olmuşdur.   
Nəhayət, yuxarıdakı nümunələrdə sonuncu yerdə dayanan çəribaşı 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
14 
 
mürəkkəb  sözünün  özü  və  farsca  əsli  də  maraq  doğurur.  Belə  ki,  bu 
sözün  farscası  sərhəngsər(baş)  və  həng(alay)  isimlərindən  ibarətdirvə 
fars dilində sərkərdə, alay başçısı mənalarında işlənir (28,II,1879). Bəva-
zicinin işlətdiyi çəribaşı mürəkkəb sözü də eyni sözlərdən - çəri (qoşun) 
və baş  isimlərindən ibatərdir. Fərq yalnız bu sözlərin yerindədir: sərhəng 
sözündənfərqli  olaraq,  onun  türkcəsində  baş  ismi  öndə  yox,  sondadır. 
Lakin  bu  quruluş  fərqinə  baxmayaraq,  Bəvazicinin  olduqca  uğurlu 
seçdiyi  çəribaşı  leksemi  sərhəng  sözünün  daşıdığı  mənaya  tam  uyğun 
gəlir  və  onun  mütləq,  birbaşa  qarşılığı  sayıla  bilər.  Bunu  həmin  sözün 
tarixən türk dillərində eyni mənada işlənməsi də sübut edir. Çəribaşı sözü 
qədim  türk  mətnlərində  işlənməsə  də,  bu  sözün  birinci  tərəfı  (çeriq) 
qeydə alınmışdır (25,144).  XIV-XVIII əsrlərə aid türkdilli yazılı abidə-
lərdə  də  bu  söz  bol-bol  işlənmişdir  (30,II,864-865).  Maraqlıdır  ki,  Əs-
Sihahda(10,91),  eləcə  də  Miftahül-lüğə  (XV  əsr)  və  Lüğəti-Nemətullah 
(XVI  əsr)  adlı  farsca-türkcə  sözlüklərdə  sərhəng  sözünün  qarşısında 
çəribaşı  yazılmışdır  (30,II,864-865).  Orta  yüzilliklərə  aid  yazılı 
abidələrdə  eyni  mə'nada  çəri  bəgi  ifadəsi  də  işlənmişdir  (20,II,866). 
Həsən  Zərinəzadə  Səfəvilər  dövründə  farsca  yazılmış  iki  tarixi  əsərdə 
eyni mənada alaybeygi sözünün də işlənməsini göstərir (22, 147). Qeyd 
edək  ki,  həmin  dövrdə  başı  tərkibi  ilə  düzəlmiş  onlarca  mürəkkəb  söz 
nəinki  dilimizdə  işlənmiş,  hətta  fars  dilinə  də  keçmişdir.  Məsələn: 
avçıbaşı,  qapuçıbaşı,  qurçibaşı,  eşikağasıbaşı,  saruqçıbaşı,  topçıbaşı, 
tofəngçibaşı,  keşikçibaşı,  minbaşı,yüzbaşı,  çavoşbaşı,  sübaşı  vəs.  (22, 
160,162,168,181,247,271,310,318,341,343,390,415).  Sonuncu  söz  - 
sübaşı  da  çəribaşi  sözününsinonimidir.  Bu  söz  qədim  türk  mətnlərində 
(25,516)  və  "Əs-Sihah”  lüğətindədə  (10,55)  işlənmişdir.  Bütün  bunlara 
baxmayaraq,  çəribaşı  sözü  çağdaş  ədəbi  dilimiz  üçün  arxaik  sayıldığı 
kimi,  başı  tərkibi  ilə  düzəlmiş  başqa  sözlər  də  dilmizdə  vətəndaşlıq 
hüququ qazana bilməmiş və unudulmuşdur. 
 
ƏDƏBİYYAT: 
 
1. Akademik Tofiq Hacıyev Seçilmiş əsərləri 1. I hissə. Bakı, Elm, 2016 
2.  Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı: Elm, 1964 
3. Azərbaycan dilinin izahlı lüğəti. I-IV cildlər.  
4. Ergin Muharrem. Dede Korkut Kitabı. I cilt, Ankara: 1958. 
5.  Əsirəddin  Əbu  Həyyan  əl-Əndəlusi.  Kitab  əl-idrak  li-lisan  əl-ətrak 
(Ərəbcədən  tərcümə  edəni:  akademik  Ziya  Bünyadov).  Bakı, 
Azərnəşr, 1992 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
15 
 
6.  ƏləsgərovaTeyyibə,  SadıqovaCəmilə.  Hüsaməddin  Xoyi.  Töhfeyi-
Hüsam. Bakı: Elm, 1996.  
7. Fərhəng-e feşorde-ye Soxən. Be sərpərəsti-ye doktor Həsən Ənvəri I-II 
cildlər. Tehran, 1382/2003 
8. Hacıyeva Zəminə. Suli Fəqih. Yusif və Züleyxa. Bakı, Maarif, 1991 
9.  Hinduşah  Naxçıvani.  Əs-Sihah  əl-əcəmiyyə.  Elmi-tənqidi  mətnin 
tərtibçiləri: Cəmilə Sadıqova və Teyyibə Əsgərova. Bakı: Şərq-Qərb, 
1993.  
10. Hübeyş Tiflisi. Kamilüt-təbir. Əlyazma. AMEA Əlyazmalar İnstitutu: 
B-4246 
11.  Xızır  Bəvazici.  Kəvamilüt-təbir.  Əlyazma.  AMEA  Əlyazmalar 
İnstitutu: D-13 
12. Mirzəzadə Hadi. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, ADU, 
1990 
13.  MövləviRüstəm.  Töhfətül-əxvan.  Çapa  hazırlayan:  Firuz  Refahi 
Ələmdari. Tehran, 2016. 
14. Nağısoylu Möhsün. Orta əsrlərdə Azərbaycanda tərcümə sənəti. Bakı, 
Elm, 2000 
15.  Nağısoylu  Möhsün.  XVI  əsr  Azərbaycan  tərcümə  abidəsi 
“Şühədanamə”. Bakı. Nurlan, 2003 
16. Nağısoylu Möhsün. Şirazinin “Gülşəni-raz” tərcüməsi. Bakı, Nurlan, 
2004. 
17. Nağısoylu Möhsün. XVI əsr Azərbaycan tərcümə əsəri “Kəvamilüt-
təbir”. Bakı, Elm və təhsil, 2011 
18.  NağısoyluMöhsün.  Orta  əsrlər  Azərbaycan  lüğətçiliyinə  bir  baxış/ 
AMEA Dilçilik İnstitutunun əsərləri, 2016, №1, s. 5-18.  
19. Nişati. Şühədanamə. Əlyazması. AMEA Əlyazmalar İnstitutu: M-259 
20. Şühədanamə. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, əlyazma: 
M-259. 
21.  Zərinəzadə  Həsən. Fars dilində Azərbaycan  sözləri.  Bakı.  Azərbay-
can SSR EA nəşriyyatı, 1963 
22. Абдуллаев Т.А. Тюркоязычный памятник XVI века “Кавамил ат-
табир”  Хызыра  ибн  Абдулхади  ал-Бавазиджи  и  его  лексика. 
Канд. дисс. Баку, 1991 
23. Будагов Л.Э. Сравнительный словарь тюркских наречий. Т. I-II, 
Санкт-Петербург, 1869-1871 
24. Древнетюркский словарь. Л., Наука, 1969 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
16 
 
25.  Изысканный  дар  тюркскому  языку.  Введение,  лексико-
грамматический  очерк,  перевод,  глоссарий,  грамматический 
указатель Е. И. Фазылова и  М.Т Зияевой. Ташкент: Фан, 1978.  
26.  Наджип  Е.  Н.  Историко-  справнительный  словарь  тюркских 
языков. XIV века. Книга I , Москва; Наука, 1979. 
27.  Персидско-русский словарь (под редакцией Ю.А. Рубинчика). т 
I-II, Москва, 1970 
28. Турецко-русский словарь. Москва, Наука, 1980 
29. XIII  Asırdan Günümüze  Kadar Kitaplardan  Toplanmış  Tanıklarıyle 
Tarama Sözlüğü. I-VI ciltler. Ankara, 1941-1945. 
 
Мохсун Нагисойлу 
Источники обогащения лексики азербайджанского языка 
(средние века) 
Резюме 
 
Среди важных источников обогащения азербайджанского язы-
ка  новыми  словами  и  терминами  в  средние  века  важное  значение  
имеют  переводы произведений  с персидского языка и классические  
арабо-турецкие  и персидской турецкие словари. С этой точки зрения 
особо  важным  источником    является  «Кавамилют-тябир»  («Самый  
совершенный  сонник») Бявазиджи  (XVI в.). Путём  калькирования с 
персидского языка Бявазиджи создал ряд новых  составных и сложных 
слов,  а  также  впервые  использовал  их    в  письменном  литературном 
языке.  Эти  слова  созданы  при  помощи  аффиксов    -ıcı,  -ici  и  в  
современном  азербайджанском языке эта группа  слов, относящаяся к 
архаизмам,  привлекает  особое    внимание.  В  статье  анализируются 
некоторых  составные  и  сложные  слова  тюркского  происхождения, 
созданные Бявазиджи в процессе словотворчества. 
 
Mokhsun Naghisoylu 
Enrichment sources of the Azerbaijani language vocabulary 
(The Middle Ages) 
Summary 
 
Among  the  most  important  sources  of  enrichment  of  the 
Azerbaijani  language  words  and  terms  in  the  Middle  Ages,  works 
translated  from  Persian  in  this  age  and  classical  Arabic-Turkish  and 
Persian-Turkish dictionaries are especially have great importance. From 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
17 
 
this point of view, the book “Kavamilut-tabir” (“The most perfect dream 
interpretation”),  translated  from  Persian  language  by  the  interpreter 
Bavazici of 16th century is a valuable source. In this classical translation 
model  on  dream  interpretation,  Bavazici  has  created  a  number  of 
derivative and compound words by loan translation from Persian and for 
the first time he has brought them into written literary language. Inside 
that words, formed with the affix -ıcı, -ici and a group of words carried 
archaic  character  for  modern  Azerbaijan  literary  language  is  especially 
draw  attention.  In  the  article  some  Turkic  origin  derivative  and 
compound  words  being  the  productive  result  of  Bavazici’s  word-
formation activity were analyzed. 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
18 
 
İsmayıl Məmmədli 
AMEA Nəsimi adına Dilçilik İnstitutu, 
filologiya üzrə elmlər doktoru, professor 
ismayilmammadli.1946@mail.ru 
 
                 “Kitabi-Dədə Qorqud” dastanının lüğət tərkibində 
                                        maddi-mənəvi leksika 
 
Açar  sözlər:  “Dədə  Qorqud  kitabı”,  etnoqrafiya,  folklor,  dastan, 
türk folklorşünaslığı. 
Ключевые  слова:  “Кнuгu  Деде  Горкуma”,  эmнографuя, 
фольклор, сказанuя, mуреuская фольклорuсmuка. 
Key  words:  “The  book  of  Dede  Gorgud”,  ethnography,  folklore, 
epos, Turkic folklore study. 
 
Hər  bir  dövrün,  zamanın  özünəməxsus  mərasimləri,  adətləri,  dəbi 
var. Bu adətlər, mərasimlər formalaşır, nəsildən-nəslə ötürülür və dövranın 
möhürü, sazağı, qızmarı hopur bu adətlərə, mərasimlərə, bu günümüzə gəlib 
çatır. Bunlar ona görə mənalıdır, əzizdir, uzunömürlüdür, əbədidir ki, xalqın 
mənəvi yaddaşını yaşadır, onun xarakterini təqdim efir, mənəvi mədəniyy-
ətini  əks  etdirir.  Bu  mənada  Azərbaycan  xalqının  ən  möhtəşəm  və  qədim 
abidəsi  olan  “Kitabi-Dədə  Qorqud”  dastanının  dilinin  lüğət  tərkibinin  ana 
xəttini  Azərbaycan  türklərinin  mənəvi  mədəniyyətinin  müxtəlif  sahələrini, 
adət-ənənələrini, ailə-məişət mərasimlərini, təqvimi-mövsümi mərasimləri, 
dini ayinləri, ayrı-ayrı bayramları, mifik görüşləri və s. əks etdirən söz, 
termin  və  ifadələr  təşkil  edir.  Bunları  araşdırmaq,  öyrənmək  isə  son 
dərəcə  vacib  və  qiymətlidir.  “Kitabi-Dədə  Qorqud”  dastanı  yalnız 
Azərbaycan  şifahi  və  yazılı  ədəbiyyatının  qədim  nümunəsi  deyil,  bu 
abidə  mənəvi  sərvət,  habelə  bir  çox  oğuz  türklərinin  yaratdığı  qədim 
mədəniyyətin ən zəngin, ən ulu qaynaqlarından biridir. 
“Kitabi-Dədə  Qorqud”  dastanı,  xüsusən  də  Azərbaycan  xalqının 
möhtəşəm  bir  mədəniyyət  abidəsi  olduğu  üçün  o,  dilçilər, 
ədəbiyyatşünaslar, sənətşünaslar, filosof, tarixçi və etnoqraflar və b.-nın 
maraq  və  tədqiqat  obyekti  olmuş,  bu  mənəvi  sərvəti  öyrənməyə  səy 
etmişlər.  Dastan  bu  günümüzdə  də  araşdırılır.  Əgər  “Kitabi-Dədə 
Qorqud” dastanı haqqında bu gün hələ də son söz deyilməyib söyləsək, 
heç  kəs  bu həqiqəti  inkar  etməz.  Hələ  bu  sahədə,  şübhəsiz  ki,  cild-cild 
kitablar yazılacaq, monoqrafiyalar yaradılacaq. 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
19 
 
“Kitabi-Dədə Qorqud” dastanı anadilli Azərbaycan ədəbiyyatı tari-
xində  yazıya  köçürülmüş  ilk  böyük  şifahi  ədəbi-bədii  abidədir.  Dastan-
dakı boylarda qəhrəmanlıq, qadına hörmət, vətən-yurd sevgisi hissi təbliğ 
olunur.  Qəhrəmanlıq,  bahadırlıq  ruhu  abidənin  əsas  qayəsini,  ideyasını 
təşkil  edir.  “Kitabi-Dədə  Qorqud”  dastanında  igidlər  yalnız  öz  şücaəti, 
yenilməzliyi ilə ad-san qazanırlar. Qəhrəmanlıq göstərməyənlərə ad belə 
verilmir. Burada qədim türklərə məxsus adqoyma ənənəsi vardır. 
Dilçilik  araşdırmaları  aparılarkən  leksikologiya  sahəsi  adətən  ilk 
növbədə  öyrənilir.  Bu  dastan  barədə  də  bunları  demək  olar.  Dastanın 
rəngarəng, zəngin lüğət tərkibi vardır.  Onun leksik tərkibi, əsasən,  türk 
leksik  layıdır,  alınma  sözlər  demək  olar  ki,  yox  dərəcəsindədir.  Bunu 
araşdırıcıların  da  əksəriyyəti  göstərmişdir.  Buradakı  leksikanın  əsas 
qismi  oğuz  türklərinin  –  qədim  Azərbaycan  türklərinin  dünyagörüşünü, 
məişətini,  maddi  və  mənəvi  dünyasını,  adət-ənənələrini,  məşğuliyyət, 
peşə və sənətlərini əks etdirən sözlərdən, dövrü səciyyələndirən hərbi söz 
və  terminlərdən  ibarətdir.  Buradakı  etnoqrafik  leksika  yemək,  geyim 
adlarını, ayrı-ayrı mərasimlərin, dini anlayışların adlarını, o dövrkü adət-
ənənələrimizi əks etdirən sözləri əhatə edir. Dastanın dili olduqca aydın 
və  anlaşıqlıdır.  Onda  rast  gəldiyimiz  sözlər  və  frazeoloji  ifadələr 
Azərbaycan  –  türkmənşəli  sözlərdir.  Məhz  bu  səbəbdən  də  bəzən 
dastanın dilini başqa xalqlara mənsub olan araşdırıcıların çox qismi heç 
də  həmişə  düzgün  anlaya  bilməmiş,  bir  çox  söz  və  deyimləri  yanlış 
yozmuşlar.  “Kitabi-Dədə  Qorqud”un  ən  yorulmaz  və  görkəmli,  aparıcı 
araşdırıcısı mərhum akademik Həmid Araslı da vaxtilə bu xüsusda belə 
yazmışdır: “...Əsər (dastan – İ.M) sırf Azərbaycan dilində yazıldığı üçün 
bir  çox  tədqiqatçılar  bu  əsərin  mətnini  doğru  oxuya  bilməmişlər.  Prof. 
Niyoldeke əsərin çox yerini oxuya bilmədiyi kimi, akademik Bartold da 
özünün etiraf etdiyi kimi, bir çox ifadə və kəlmələrin mənasını başa düşə 
bilməmişdir. Müəllim Rifət isə hər bir azərbaycanlının bildiyi bəzi kəl-
mələri belə yanlış hesab edir, “mənası anlaşılmadı”- deyə göstərmişdir.* 
(Həmid  Araslı.  Azərbaycan  ədəbiyyatı:  tarixi  və  problemləri.  Bakı, 
“Gənclik”, 1998, s.21) 
Görkəmli dilçi alim professor Əbdüləzəl Dəmirçizadə “Kitabi-Də-
də Qorqud” dastanlarının dili” monoqrafiyasında “Kitabi-Dədə Qorqud” 
dastanlarının  lüğət  tərkibi  fəslində-dördüncü  fəslində  belə  yazır: 
“Dastanların  lüğət  tərkibində  bir  sıra  sözlər  var  ki,  bunlar  o  dövrün 
istehsal  üsullarını,  adət-ənənələrini  tədqiq  etmək  nöqteyi  nəzərindən  də 
çox  maraqlıdır”  (2,  s.  123).  O  daha  sonra  sözünə  davam  edərək  həmin 
leksik  vahidlər  qrupunu  məzmunca,  və  mənaca  bir  çox  tematik  sözlərə 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
20 
 
ayırmışdır. Bunlardan yaşayış yeri, ləvazimatı, ictimai qayda, adət və s. 
məfhumları bildirən adları-sözləri göstərmişdir: Ağban ev, dam, alaçıq, 
çardaq,  köşk,  seyvan,  otaq,  taxt,  eşik,  qala,  cəbəxana,  dəgirman, 
mətbəx, ocaq, günlük, şami, ayaq yolu, tövlə ağıl (ağayıl), qaytaban, 
dügün,  toy,  duvaq,  gərdək,  adaxlu,  yavuqlu,  gəlin,  yengə,  sağdıç, 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin