Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə41/41
tarix12.12.2019
ölçüsü1,8 Mb.
#29906
1   ...   33   34   35   36   37   38   39   40   41
Dilcilik-institutunun-eserleri-1-2018

bütün  türkologiyada  ən  düşünülmüş  əsər”  adlandırmışdır.  Qüdrət 
Cəfərovun  aspiranturada  olarkən  qazandığı  hörmət  və  nüfuzu  ondan 
bilmək  olar  ki,  onu  iki  yerdə  işə  dəvət  etmişlər;  Coğrafiya  sektoru  və 
Dilçilik İnstitutu. Bu zaman onun elmi rəhbərinin dediyi bir söz az şey 
demir: “Sən burda olsan, biz etimoloji lüğəti tez qurtaracağıq. Müəyyən 
səbəblərə  görə  Qüdrət  müəllim  həmin  təkliflərdən  heç  birini  qəbul 
etməmişdir. Eləcə də o, Coğrafiya İnstitutu üçün yazılmasında yaxından 
iştirak  etdiyi  və  sonra  çap  olunmuş  bir  kitabın  müəllifliyindən  yazılı 
surətdə  imtina  etmişdir.  Başqası  bunu  etməzdi.  Filologiya  elmləri 
namizədi  Qüdrət  Cəfərovun  oxuculara  təqdim  olunan  bu  topludakı 
məqalələrinə  nəzər  saldıqda  onların  ilk  növbədə  mövzu  rəngarəngliyi, 
əhatə dairəsinin genişliyi, elmi siqləti və sanballılığı dərhal diqqəti çəkir. 
Bu məqalələrdən bir çoxu ayrıca bir dissertasiya mövzusudur desəm heç 
də  yanılmaram.  Qüdrət  müəllimin  özünün  yazdığı  kimi,  hətta  bir 
məqaləsi  üzərində  düz  8  il  işləmişdir.  Bu  mühüm  amil  istedadlı  qələm 
sahibi  Qüdrət  Cəfərovun  öz  işinə  necə  böyük  məsuliyyətlə  yanaşdığını 
açıq-aşkar bir şəkildə sübut edir. 
Qüdrət Cəfərovun oxuculara, əsasən də peşəkar filoloqlara təqdim 
olunan  “Yüz  qarğaya  bir  kəsək”  başlıqlı  kitabı  –  elmi  publisistik 
məqalələr  toplusu  bir  növ  müəllifin  80  illik  yubileyi  ərəfəsində 
hesabatıdır.  Kitabda  müəllifin  müxtəlif  illərdə  Azərbaycan  və  rus 
dillərində qələmə aldığı və ölkəmizin nüfuzlu elmi jurnallarında, eləcə də 
ayrı-ayrı  qəzetlərdə  dərc  olunmuş  məqalələri  toplanmışdır.  Müəllifin 
məqalələri ilk növbədə elmi yeniliyi ilə diqqəti çəkir və müxtəlif sahələri 
əhatə  edir.  Onlar  sırasında  istər  ədəbiyyatla,  istərsə  də  dil  tarixi  və 
ümumiyyətlə, filologiya və türkologiya ilə bağlı məqalələr üstünlük təşkil 
edir.  Bu  baxımdan  Qüdrət  müəllimin  məqalələrini,əsasən  üç  başlıq 
altında  da  ümumiləşdirmək  olar:  dil  və  ədəbiyyat  tarixi,  folklor 
məsələləri və onun poetik dili, Azərbaycan filologiyası və türkologiyanın 
ümumi məsələləri. 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
378 
 
Müəllifin dil və ədəbiyyat tarixinə aid məqalələri (“Qətran Təbrizi 
və Naxçıvan”; “Xaqani hünəri”; “Ruzigarın yeganəsi”; “Füzulinin ləqəbi 
haqqında bəzi qeydlər”; “К происхождению псевдонима «Хатаи» Шах 
Исмаила”;  “Русь  и  тюркский  мир  в  «Искендер-наме»  Низами”  və 
s.)istər dilçilik, istərsə də ədəbiyyatşünaslıq baxımından xüsusilə diqqəti 
cəlb  edir.  Bu  məqalələri  eyni  zamanda  qədim  və  orta  əsr  Azərbaycan 
tarixinə  bir  nəzər  kimi  də  qiymətləndirmək  olar.  Məsələn,  “Qətran 
Təbrizi və Naxçıvan” adlı məqaləsində müəlliffarsdilli Azərbaycan saray 
və  divan  ədəbiyyatının  ilk  böyük  nümayəndələrindən    olan,    XI  əsrdə 
daha  çox  Rəvvadilərin  və  Şəddadilərin  himayəsində  yaşayıb-yaradan 
Qətran Təbrizinin Naxçıvanla, xüsusən Naxçıvan hakimi Məlik Müzəffər 
Əbudələflə  münasibətlərindən  söhbət  açır.  Qeyd  edir  ki,  Qətran 
Təbrizinin Naxçıvanda yazdığı və Naxçıvana göndərdiyi şeirlərdən cəmi 
dördü dövrmüzə gəlib çatıbvə mədhiyyələr sayca az olsa da, Azərbaycan 
tarixi,  xüsusən  də  Azərbaycan  mədəniyyət  tarixinin  öyrənilməsi 
baxımından  böyük  əhəmiyyət  daşıyır.  Çünki  bu  mədhiyyələrdə  XI  əsr 
Naxçıvan  tarixi,  hökmdar  Əbudələfin  apardığı  müharibələr,  onun 
sərkərdəliiyi və müdrik dövlət başçısı olması geniş işıqlandırılmışdır.   
Qüdrət  müəllim  “Xaqani  hünəri”  məqaləsində  görkəmli 
Azərbaycan  şairi  Xaqani  Şirvani  yaradıcılığının  mükəmməlliyindən, 
müəllifin  zəhmətsevərliyindən,  öz  ziddiyyətləri  ilə  tarixə  düşmüş 
Şirvanşahlar sarayındakı həyatından, saray çəkişmələrinin müdrik ustada 
sahibinə  verdiyi  iztirablardan  bəhs  etmişdir.  Şairin  əsərlərindən  verilən 
nümunələr XII əsr saray həyatının müsibətlərini dolğun əks etdirir. 
“Ruzigarın  yeganəsi”  məqaləsinin  mövsuzu  isə,həqiqətən  də, 
“könüllər fatehi” (Salman Mümtaz) olan Məhəmməd Füzulidir. Məqalə 
öz qeyri-adi girişi ilə (ölümündən sonra ustad Füzuliyə verilən ləqəb və 
ünvanların incələnməsi ilə) diqqəti çəkir. Bundan sonra Qüdrət müəllim 
eşqdən  söz  açırvə  Füzuli  zirvəsinin  təhlilinə  keçir.  Füzulinin  eşqi  nə 
qədər ilahi mahiyyətdədirsə, bir o qədər də realdır. Bu eşqə qovuşmağa 
nə qədər can atılsa da, ona yetməmək o qədər zövqvericidir. Buna görə 
də Füzuli əsərlərindəki qəhrəmanlardan da böyük aşiqdir. Bu aşiqlik şairi 
hamıdan fərqləndirir. Müəllif bu fərqlənməni Füzulinin üstünlüyü hesab 
edir. Füzuli 1) aşiqlik istedadına; 2) divanəliyin dərəcəsinə; 3) qəminin 
artıq olmasına, qəmə, möhnətə dözümlülüyünə və s. görə bütün sələf və 
xələflərindən  seçilir.  Geniş  təhlildən  sonra  Qüdrət  müəllim  maraqlı  bir 
nəticəyə gəlir: 
 “Füzulinin  türkcə və farsca divanlarının mütaliəsindən bizdə qalan 
ən davamlı təəssürat bundan ibarətdir ki, Füzulidə eşq real həyatda olan 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
379 
 
bayağılığa,  adiliyə,  düşüncə  və  duyğulardakı  bəsitliyə,  dayazlığa  qarşı 
çıxmaq vasitəsidir.” 
Topludakı  məqalələrin  mövzusundan  görünür  ki,  şifahi  xalq 
ədəbiyyatı  və  folklor  məsələləri  Qüdrət  müəllimi  həmişə  məşğul 
etmişdir. İstər bayatılardan, istər aşıq şeirindən, istər dastanlardan, istərsə 
də  folklorun  nəzəri  məsələlərindən  bəhs  edəndə  müəllifin  bu  sahəyə 
xüsusi vurğunluğu və peşəkarlığı diqqəti cəlb edir.  
Kitabdakı məqalələr sırasında “Koroğlu” dastanındakı “Misri qılınc” 
ifadəsinə,  eləcə də ayrı-ayrı folklor mətnlərinin təhlilinə aid məqalələr də 
elmiliyi və problemə yeni yanaşma baxımından diqqətçəkicidir. 
Topludakı məqalələr içərisində “Русь и тюркский мир в “Искендер-
наме” Низами”istər həcminə, istərsə də elmi dəyərinə görə xüsusi yer tutur. 
Təkcə  belə  bir  faktı  qeyd  etmək  kifayətdir  ki,  müəllif  bu  məqaləsində 
müxtəlif dillərdə olan qırx bir qaynaqdan istifadə etmişdir. 
Qüdrət  müəllimin  orfoqrafiya,  toponimika  və  leksikologiyaya  həsr 
olunmuş ayrı-ayrı məqalələri də peşəkar dilçi müşahidəsinin məhsulu kimi 
xüsusi aktuallıq kəsb edir.  
Biz  inanırıq  ki,  bu  toplu  oxucular,  xüsusilə  filoloqlar  tərəfindən 
rəğbətlə  qarşılanacaqdır.  Kitabın  müəllifini  həm  80  illik  yubileyi 
münasibətilə, həm də bu dəyərli toplusuna görə ürəkdən təbrik edir və ona 
yeni-yeni uğurlar arzulayırıq. 
 
 
 
akademik Möhsün Nağısoylu 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
380 
 
 
 
 
Azərbaycan dialektoqrafiyası – 60 
 
XX  əsrin  50-ci  illəri  Azərbaycan  dialektologiyasının  elm  kimi  
mərhələlər  üzrə  işlənməsi  dövrüdür.  Hələ  o  zaman  Azərbaycan 
Respublikası  Elmlər  Akademiyası    Nizami  adına  Ədəbiyyat  və  Dil 
İnstitutunun dialektologiya şöbəsində elmi-tədqiqat işləri üç istiqamətdə 
gedirdi. 1) Azərbaycan dili dialekt və şivələrinin monoqrafik tədqiqi 2) 
Azərbaycan  dilinin  dialektoloji  atlasının  hazırlanması  3)  Azərbaycan 
dilinin dialektoloji lüğətinin tərtibi.  
1957-ci  ildə  Türk  dillərinin    dialektologiyası  məsələlərinə  həsr 
olunmuş  I  Regional  Müşavirənin  qərarına  əsasən  Nizami  adına 
Ədəbiyyat  və  Dil  İnstitutunun  Dialektologiya  şöbəsi  qarşısında 
dialektoloji atlasın tərtibi planını hazırlamaq  məsələsi qaldırılır. 
Məlumdur  ki,  Azərbaycan  dilinin  ayrı-ayrı  dialekt  və  şivələrinin 
tədqiqi  dialektoloji  atlasın  tərtibinə  xidmət  edir.  İlk  təcrübə  kimi 
öyrənilməsi  əsasən  başa  çatmış  hesab  edilən  şərq  qrupu  dialekt  və 
şivələri dialektoloji atlas üçün obyekt seçildi. Bu iş 1957-ci ildə başlandı 
və 1965-ci ildə başa çatdırılması qərara alındı. 
 
ŞƏKİLDƏ: “Azərbaycan dilinin şərq qrupu dialektoloji atlası” nın 
bir xəritəsi. 
Sözsüz ki, atlasın tərtibi üçün ilk növbədə proqramın hazırlanması 
ən  vacib  məsələ idi.  Proqram  Azərbaycan  dilinin  şərq  qrupu  dialekt  və 
şivələrinin ən spesifik cəhətlərini özündə əks etdirməli idi. Bu tələblərə 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
381 
 
tam  mənası  ilə  cavab  verən  proqram  tərtib  olundu  və  1958-ci  ildə 
“Azərbaycan  dilinin  dialektoloji  atlasının  tərtibi  üçün  toplanan 
materialların  proqramı”    adı  ilə  çapdan  çıxdı.  Cəmi  197  sualdan  ibarət 
olan proqramda  56 sual fonetika, 47 sual qrammatika, 94 sual leksika bəh-
sinə  aid  idi.  Proqramın  fonetika  və  leksika  bölməsini  professor  M.Ş.Şirə-
liyev,  morfologiya  və  sintaksis  hissəsini  isə  dosent  R.Rüstəmov  tərtib  et-
mişdilər.  
Professor  M.Ş.Şirəliyev  1960-cı  ildə  çap  olunmuş  “Voprosı  dialek-
toloqii  tyurkskix  yazıkov”  jurnalınin  II  cildində  dərc  etdirdiyi  “Azer-
baydjanskaya dialektoloqiya na novom etape” adlı məqaləsində Azərbaycan 
SSR-in    şərq  rayonlarından  proqram  üzrə  material  toplanması  və  onların 
kameral işlənməsi prosesinin  getdiyindən bəhs edirdi. 
Qarşıya qoyulmuş plana əsasən 1961-ci ildə material toplanması  və 
kameral  işlənmə  başa  çatmalı  idi.  1962-ci  ildən  şərq  qrupu  dialekt  və 
şivələrinin  səciyyəvi  dialekt  fərqləri  dilin  fonetik,  qrammatik  və  leksik 
səviyyəsində 50 xəritədə kartoqrafiyalaşdırılmalı idi.  
Qeyd  etmək  lazımdır  ki,  şərq  qrupu  dialekt  və  şivələrinin  fonetik 
xüsusiyyətləri  24,  qrammatik  səciyyəsi  17,  leksik  cəhətləri  isə  cəmi  9 
xəritədə  öz  əksini  tapmalı  idi.  Atlasın  proqramına  görə,  şərq  qrupu 
dialekt  və  şivələrinin    səciyyəvi  fonetik  əlamətinin  11-i  sait  səslərin 
əvəzlənməsinə (a-ə; a-e; a-o; a-u; ə-i; ə-e; ə-ö; e-i; i-ı; u-ı; o-u; ö-ü), 9-u 
samit  səslərin keçidinə  (b-p; b-m;  d-t;  b-v; y-v; y-g;  x-g;  k-g;  z-s), 4-ü 
fonetik  hadisələrə  (söz  əvvəlindən  y  və  h  səslərinin  düşümü  və 
artırılması; söz ortasında və sonunda diftonqlaşma) aid idi. 
Azərbaycan  dilinin  şərq  qrupu  dialekt  və  şivələrinin  qrammatik 
əlamətlərinin  atlasda  əks  olunması    məqsədilə  tərtib  edilmiş  17  xəritədən  
11-i morfoloji, yalnız 4-ü sintaktik xüsusiyyətləri əhatə edirdi. 
Morfoloji dialekt xüsusiyyətlərinin 3-ü isimə, 2-si sifətə, 1-i əvəzliyə, 
7-si feilə aid idi. Tədqiq olunan şivənin sintaktik xüsusiyyətləri cəmi 4 sualla 
təmsil olunaraq yalnız söz birləşmələrinə  həsr olunmuşdu. Suallardan  2-si 
isimi, 2-si feili birləşmələrin səciyyəviliyini əks etdirməli idi. 
Leksika bölməsində nəzərdə tutulmuş məsələlər arasında əsas yeri ev 
və  məişət əşyalarının  adları,  həmçinin  insan  və  onun  əlamətlərini  bildirən 
sözlər  tuturdu. İctimai  birlik formalarının  (tayfa, tirə, coğa, oymağ və s.), 
yaşayış  sahəsinin(balxon,  eyvan,  artırma,  qulangəriş  və  s.),  bitki  adlarının 
(albalı,  qarğıdalı),  məişət  əşyalarının  (aşsüzən,  su  qabı),  həmçinin    xəsis, 
bekar,  kök  kimi  sifətlərin  şivə  variantlarının  yayılma  areallarını    əks 
etdirmək nəzərdə tutulmuşdu. 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
382 
 
Qeyd etmək lazımdır ki, Azərbaycan dilinin şərq qrupuna dair tərtib 
olunmuş proqram əsasında lal xəritələr üzərində iş aparılsa da, kartoqrafik 
işlənmə, atlas halında çap olunma həyata keçməmişdir. Yalnız müəyyən 
nümunələr  türk  dillərinin  dialektologiya  məsələlərinə  dair  ümumittifaq 
müşavirələri  ilə  əlaqədar  düzəldilmiş  sərgilərdə  nümayiş  etdirilmiş, 
mütəxəssislərin rəy və təklifləri öyrənilmişdir. 
Beləliklə,  1965-ci  ildə  Azərbaycan  dilinin  şərq  qrupu  dialekt  və 
şivələrinin dialektoloji atlasının tərtib işi yalnız ayrı-ayrı vərəqlər üzərində 
əlyazma formasında başa çatdı. 
1966-cı  ildən  “Azərbaycan  dilinin  dialektoloji  atlası”  nı  hazılamaq 
məqsədi  ilə  respublikanın  ərazisindən  material  toplanması  yenidən  davam 
etdirildi. 
Sonradan əməkdaşların 500-dən çox yaşayış məntəqəsindən topladıql-
arı materialların  409-dan  xəritədə istifadə olunmuşdur.  Dialektoloji  mater-
ialları  M.Ş.Şirəliyev,  M.İ.İslamov,  K.T.Ramazanov,  T.B.Həmzəyev, 
S.M.Behbudov,  Ə.Q.Ağayev,  Z.Ə.Xasiyev,  R.Ə.Kərimov  və  Ə.İ.Əliyev 
toplamışdılar. 
“Azərbaycan dilinin dialektoloji atlası” 128 xəritədən ibarət olub, dilin 
bütün  səviyyələrini  əhatə  edirdi.  Əsər  17  ildən  sonra  başa  çatmış    gərgin 
zəhmətin  uğurlu  nəticəsi  kimi  qiymətləndirilmişdir.  Atlasın  tərtibçiləri 
M.İ.İslamov,  Ə.Q.  Ağayev,  S.M.Behbudov,  T.M.Əhmədov,  N.X.Məm-
mədov, B.M.Tağıyev və Z.Ə.Xasiyev idi. 
Professor  M.İslamov  atlasa  yazdığı  girişdə  qeyd  edirdi    ki,  hər 
rayondan  orta  hesabla  7-8  kənd  (bəzi  iri  rayonlarda  10-12  kənd)  əhatə 
edilmişdir. Material toplanan obyektlər elə seçilmişdir ki, rayon əhalisinin 
bütün coğrafi cəhətlərini –qərb, şərq, cənub, şimal və orta hissələrini əhatə 
etsin.  Dialektoloji  material  toplanmış  kəndlər  arasındakı  məsafə  təxminən 
10-15 km. saxlanmışdır. 1975- ci ildə tərtib işi yekunlaşmışdır. “Azərbaycan 
dilinin dialektoloji atlası” ndakı 128 xəritədən 43-ü fonetik hadisələrə, 31-i 
morfoloji  xüsusiyyətlərə,  4-ü  sintaksisə,  50-si  leksika  məsələlərinə  həsr 
olunmuşdur. 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
383 
 
 
 
ŞƏKİLDƏ: “Azərbaycan dilinin dialektoloji atlası” . Bakı, “Elm”, 
1990. 
 
Atlas  yüksək  poliqrafik  tələblərə  cavab  verir.  Xəritələrin 
oxunmasını  asanlaşdırmaq  məqsədilə  köməkçi  acardan  istifadə  olunur. 
Bu atlas üzərində iş bir neçə istiqamətdə getmişdir: material toplanışı və 
kameral  işlənmə;  kartoqrafiya  məsələləri;  leqendaların  tərtibi  və 
kommentariyaların yazılması. “Azərbaycan dilinin dialektoloji atlası”nın 
tərtibində  Azərbaycan  Respublikasının  inzibati  və  fiziki  xəritələri, 
material  toplanmış  yaşayış  məntəqələrinin  adları,  informatorların 
siyahısı, onların yaşı və s. məsələlər əlavə olunmuşdur. 
Atlasın  tərtibində  fonetik  xüsusiyyətlər  narıncı,  qrammatik 
səciyyəvilik  bənövşəyi,  leksik  əlamətlər  isə  yaşıl  rəngli  səhifələrdə 
işlənmişdir. Bu da istifadə zamanı lazım olan dialekt xüsusiyyətini asan 
tapmağa  kömək  məqsədi  daşıyır.  Xəritələrin  mövzusuna  uyğun  tərtib 
olunmuş  leqendalarda  müəyyən  prinsiplərə  əməl  olunmuşdur.  Müxtəlif 
rəngli dairəciklər qara, qırmızı, göy, yaşıl, sarı və s. rənglə verilmişdir. 
Hər  bir  rəng  ədəbi  dilə  (qara  dairəcik)  nəzərən  fərqliliyi  bildirir. 
İzoqlosların  çox  olduğu  hallarda  başqa  həndəsi  fiqurlardan  da  istifadə 
olunmuşdur. 
Atlasın  Azərbaycanda  ictimai-siyasi  təbəddülatlar  zamanında  – 
məlum 1990-cı ildə çapdan çıxması səbəbindən onun öz layiqli qiymətini 
hələ də almaması təəssüf doğurur.  
“Azərbaycan  dilinin  dialektoloji  atlası”  2008-ci  ildə  Azərbaycan 
Respublikasının  Prezidenti  İlham  Əliyevin  “Azərbaycan  dilində  latın 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
384 
 
qrafikası  ilə  kütləvi  nəşrlərin  həyata  keçirilməsi  haqqında”  12  yanvar 
2004-cü il tarixli sərəncamı ilə “Azərbaycan dilinin dialektoloji atlası”nın 
(Bakı,  “Elm”,  1990)  ilk  nəşri  əsasında  təkrar  nəşrə  hazırlanmışdır. 
Atlasın  təkrar  çapı  zamanı  (Bakı,  “Şərq-Qərb”,  2008)  əvvəlki  nəşrin 
redaktorları  akademik  M.Ş.Şirəliyev  və  pofessor  M.İ.İslamovun  adları 
saxlanmaqla,  edilmiş bəzi dəyişikliklərə görə filologiya elmləri namizədi 
S.M.Behbudovun  adı  da  əlavə  olunmuşdur.  Atlasın  yeni  variantında 
yardımçı  açar-xəritə  ləğv  olunmuşdur.  Atlas  “CBS  –PP  MMC” 
mətbəəsində ofset üsulu ilə çapdan çıxmışdır. 
 
 
ŞƏKİLDƏ:  “Azərbaycan  dilinin  dialektoloji  atlası”.  Bakı,  “Şərq-
Qərb”, 2008. 
Azərbaycan  Respublikası  Prezidentinin  9  aprel  2013-cü  il  tarixli 
sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində 
zamanın  tələblərinə  uyğun  istifadəsinə  və  ölkədə  dilçiliyin  inkişafına 
dair” Dövlət Proqramının 6.3.5 bəndi bilavasitə dialektologiyanın aktual 
problemlərinə həsr olunmuşdur. Bu bənddə Azərbaycan dilinin müxtəlif 
dialekt  və  şivələrinin  müasir  dövrün  tələblərinə  uyğun  olaraq 
öyrənilməsinin təmin edilməsi qarşıya mühüm vəzifələr qoymuşdur. 
AMEA  Nəsimi  adına  Dilçilik  İnstitutunda  Dövlət  Proqramından 
irəli  gələn  vəzifələr  müzakirə  olunmuş  və  müvafiq  qərarlar  qəbul 
edilmişdir.  2014-cü  ildə  İnstitutun  direktoru,    mərhum  akademik  Tofiq 
Hacıyevin  bilavasitə  rəhbərliyi  altında  Azərbaycan  Respublikasının 
strateji ərazilərinin dialektoloji atlasını hazırlamaq işinə start verilmişdir. 
Bu  məqsədlə  dialektologiya  şöbəsinin  bir  qrup  əməkdaşından  ibarət 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
385 
 
Dialektoloji  Atlas  qrupu  yaradılmışdır.  Dövlət  Proqramının  icrası 
məqsədilə  ilk  tədqiqat  işi  Naxçıvan  Muxtar  Respublikasından 
başlamışdır.  Qrup  üzvləri  tərəfindən  “Azərbaycan  dilinin  Naxçıvan 
dialektoloji  atlasının  proqramı”  hazırlanmışdır  (Bakı,  “Elm  və  Təhsil”, 
2015).  Proqram  dörd  dildə  -  Azərbaycan,  türk,  ingilis  və  rus  dillərində 
işlənmişdir.  Azərbaycan  dilinin  Naxçıvan  qrupu  dialekt  və  şivələrinin 
səciyyəvi fonetik xüsusiyyətlərinə dair 64  morfoloji səciyyəviliyə görə 
110, sintaktik əlamətlərə dair 19, leksik xüsusiyyətlərə məxsus 57 xəritə 
sualı  yazılmışdır.    Proqram  əsasında  hazırlanmış  “Azərbaycan  dilinin 
Naxçıvan dialektoloji atlası”  2015-ci ildə “Elm və təhsil” nəşriyyatında 
nəfis  şəkildə  çapdan  çıxmışdır.  Atlasda  Naxçıvan  Muxtar 
Respublikasının  220  yaşayış  məntəqəsindən  151-nin  şivə  xüsusiyyətləri 
250  xəritədə  öz  əksini  tapmışdır.  K.İmamquliyeva  (Fonetika.  Xəritə  1-
64);  K.Quliyeva  (Morfologiya.  Adlar.  Xəritə  65-122);  Q.Qəmbərova 
(Morfologiya.  Feil.Köməkçi  nitq  hissələri.  Xəritə  (123-  175); 
M.Məmmədli  (Sintaksis.  Xəritə  176-194);  Z.Xasiyev  (Leksika.  Xəritə 
195-245); Ə.Quliyev (Leksika. 246-250). 
 
 
ŞƏKİLDƏ:  “Azərbaycan  dilinin  Naxçıvan  dialektoloji  atlası”, 
“Elm və təhsil”, 2015. 
Atlas  4  dildə  -  Azərbaycan,  türk,  rus  və  ingilis  dillərində  işlən-
mişdir. Əsəri türk dilinə K.Quliyeva, rus və ingilis dillərinə G.Axundova 
tərcümə  etmişlər.  Atlasın  kompüter  proqramçısı,  AMEA  Coğrafiya 
İnstitutunun  gənc  əməkdaşı  E.Əmrahovdur.  “Azərbaycan  dilinin  Nax-
çıvan  dialektoloji  atlası”  nəfis  şəkildə  çap  olunmaqla  bərabər,  onun 
elektron variantı da atlasa əlavə olumuşdur. Kompakt diskdə yerləşdirilən 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
386 
 
iki qovluğun biri atlasın səsli – hərəkətli kitab variantını, digəri  isə yerli 
əhalinin bəzi nümayəndələrinin canlı danışığını əhatə edir. 
Bu atlasda əvvəlki dialektoloji atlasların ən yaxşı tərtib  ənənələri 
qorunmaqla  bərabər,  xeyli  yeniliklər  də  əlavə  olunmuşdur.  Azərbaycan 
dilinin  Naxçıvan  dialekt  və  şivələrinin  fonetik,  qrammatik  və  leksik 
xüsusiyyətləri  müvafiq  olaraq  Azərbaycan  Respublikasının  üçrəngli 
bayrağının rəngləri ilə verilmişdir – fonetik xüsusiyyətlər göy, qrammatik 
səciyyəvilik  qırmızı,  leksik  əlamətlər  isə  yaşıl  rəngli  səhifələrdə 
verilmişdir.  Hər  bir  xəritənin  özünəməxsus  sualı,  leqendası  və  şərhi  4 
dildə  işlənmişdir.  Səhifələrdə  Naxçıvan  Muxtar  Respublikası  ərazisinin 
qədim  tarixini,  məişətini,  müasir  vəziyyətini,  relyefini,  adət-ənənələrini 
əks etdirən 188 rəngli fotoşəkildə öz əksini tapmışdır. Bu bölgədə atlasın 
tərtibi  məqsədi  ilə  nəzərdə  tutulmuş  suallara  cavab  verən  ən  yaşlı 
informatorun 104, ən cavanının isə 20 yaşı olmuşdur. Yerli inzibati ərazi 
nümayəndəlikləri  və  əhali  alim  qrupunun  bu  fəaliyyətinə  bacardıqları 
bütün köməyi göstərmişlər. 
“Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” qardaş Türkiyədə 
böyük  rezonans  doğurmuşdur.  Ankarada  çapdan  çıxan  beynəlxalq 
səviyyəli  “Dil  araşdırmaları”  toplusunun  2015  Güz,17  sayında  Türkiyə 
Qazi  Universitetinin  professoru,  doktor  Leyla  Karahanın  “Azərbaycan 
dilinin Naxçıvan dialektoloji atlası” adlı məqaləsi dərc olunmuşdur. Əsərin 
bütün  elmi  özəlliklərini  yüksək  qiymətləndirən  alim  yazır:”Gələcəkdə  bir 
Türkiyə  Türkcəsi  Ağızları  Atlası  hazırlanmasına  katılacak  olan  ağız 
araştırmacıları,  hem  eserden,  hem  de  eserin  hazırlayıcılarının  tecrübele-
rinden yararlanmak zorundadır”. 
Türkologiyada  bir  neçə  “ilk”  ləri  imzalamış  AMEA  Nəsimi  adına 
Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin əməkdaşlarının 
qardaş  ölkədəki    məsləkdaşlarından  belə  yüksək  qiymət  alması  çox 
qürurverici haldır.  
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, “Azərbaycan dilinin Naxçı-
van dialektoloji atlası” Türkiyənin Türk Dil Kurumuna, Türk Araşdırmaları 
Vakfına, İstanbulun İSAM  və Modern Kitabxanalarına, həmçinin İstanbul 
Universitetinin Ədəbiyyat bölümünə təqdim olunmuşdur. 
Ağır  və məsuliyyətli bir araşdırmanın son  nəticəsi  kimi  Azərbaycan 
dilinin Naxçıvan dialektoloji atlası”nın digər ölkələrin  elmi müəssisələrində 
də tanınması və  təqdimatı çox vacibdir.  Hal-hazırda  Azərbaycan dialekto-
logiyası  şöbəsinin  əməkdaşları  Azərbaycan  dilinin  Qarabağ  dialektoloji 
atlasının tərtibi məqsədi ilə kameral işlərlə məşğuldurlar. Əməkdaşlar artıq 
Qarabağ Regional Mərkəzinə daxil olan Bərdə, Ağdam, Ağcabədi, Tərtər, 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
387 
 
Füzuli, Beyləqan rayonlarında elmi ekspedisiyada olmuş, eyni zamanda 
Cəbrayıl,  Laçın, Ağdərə, Xocavənd rayonlarının sakinləri ilə görüşərək 
lazım  olan  dialektoloji  materialı  toplamışlar.  Hal-hazırda  Kəlbəcər, 
Xocalı, Qubadlı və Şuşa rayon əhalisi ilə görüşlər planlaşdırılır. 
 
 
Filologiya üzrə fələfə doktoru, dosent Qüdsiyyə Qəmbərova 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
388 
 
MƏQALƏ MÜƏLLİFLƏRİNİN NƏZƏRİNƏ 
 
QAYDALAR 
 
1. Jurnalda  məqalələr iki dildə (Azərbaycan və rus)  çap olunur.  
2. Məqalələrin mətnləri Azərbaycan dilində latın əlifbası, rus dilin-
də kiril əlifbası Times New Roman – 12 şrifti, 1 intervalla yığılmalıdır. 
3. Elmi məqalələrin sonunda elm sahəsinin və məqalənin xarakteri-
nə uyğun olaraq işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti və s. aydın şəkildə 
verilməlidir. 
4. Mövzu ilə bağlı elmi mənbələrə istinadlar olunmalıdır. Məqalə-
lərin  sonundakı  ədəbiyyat  siyahısında  son  5-10  ilin  elmi  məqalələrinə, 
monoqrafiyalarına  və  s.  istinadlara  üstünlük  verilməlidir.  Məqalənin 
sonunda    verilən  ədəbiyyat  siyahısı  əlifba  ardıcıllığı  ilə  deyil,  istinad 
olunan ədəbiyyatların mətndə rast gəlindiyi ardıcıllıqla nömrələnməli və 
məsələn, [1] və ya [1. S. 20] işarə olunmalıdır. Eyni ədəbiyyata mətndə 
başqa  bir  yerdə  təkrar  istinad  olunarsa,  onda  istinad  olunan  həmin 
ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir. 
5. Açar sözlər üç dildə verilməlidir. 
6. Məqalələrin müxtəlif dillərdə olan xülasələri bir-birinin eyni ol-
malı və məqalənin məzmununa uyğun olmalıdır. Məqalənin yazıldığı dil-
dən əlavə digər 2 dildə xülasəsi verilməlidir. 
7.  Məqalələrdə  müəllif(lər)in  işlədiyi  müəssisə  və  onun  ünvanı, 
müəllifin elektron poçt ünvanı göstərilməlidir. 
8. Plagiatlıq faktı aşkar edilən məqalələr dərc edilməyəcək.  
 
 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
389 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ 
 
№1 
 
 
 
 
 
 
 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
390 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ 
 
№1 
 
 
 
 
 
 
 
 
 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
391 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
«Elm vя тящсил» няшриййатынын директору: 
профессор Надир МЯММЯДЛИ 
 
Dizayn: Zahid Məmmədov 
Texniki redaktor: Yadigar Bagirova 
 
Чапа имзаланмыш 01. 05. 2018.  
Шярти чап вяряги24,5 Сифариш № 1 
Каьыз форматы 70х100 1/16. Тираж 300.  

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
392 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
jurnal “Elm və təhsil” няшриййат-полиграфийа мцяссисясиндя 
щазыр диапозитивлярдян чап олунмушдур.  
E-mail: elm. ve. tehsil@mail. ru 
Тел: 497-16-32; 055 426 -72-27 
Цнван: Бакы, Ичяришящяр, 3-ъц Магомайев дюнэяси 8/4.  
 
 
 
 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
393 
 
 
 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
394 
 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
395 
 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
396 
 
 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin