Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə40/41
tarix12.12.2019
ölçüsü1,8 Mb.
#29906
1   ...   33   34   35   36   37   38   39   40   41
Dilcilik-institutunun-eserleri-1-2018

out during the period of the republican period, but were one of the most 
discussed  issues  since  the  Ottoman  Empire.  Sometimes  these  debates 
were  so  intense  that  there  were  different  radical  groups  that  contradict 
each other. 
 
 
 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
369 
 
Resenziya 
 
AMEA Nəsimi adına Dilçilik İnstitunun Elmi işlər üzrə 
direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba 
Məhərrəmlinin “Dünya dillərində homogen sözlər”  
adlı kitabı haqqında 
 
  “Gələcək  bütün  böyüklüyü  və  gözlənilməzliyi  ilə  keçmişin 
sarsılmaz  özülü  üzərində  dayanır.  Gələcək  keçmişin  şagirdidir  və 
müəllimini nə qədər yaxşı dərk etsə, o qədər güclüdür. Nə qədər can atsa 
da, keçmiş adlı kökündən qopa bilməz və bütün yeni çalarlarına, boyalarına 
baxmayaraq,  o,  zaman-zaman  öz  keçmişini  təkrar  edir.  Buna  görə  də 
ilkinliyə gedən yol, əslində, gələcəyə gedən yola işıq salır” (2, s. 3). 
  Yaşadığımız yer planeti hər cəhətdən olduğu kimi dil sarıdan da çox 
zəngin və rəngarəngdir. Planetdə yaşayan 7 milyard əhali, təxminən, 6000 
müxtəlif dildən istifadə edir. Bu dillərin hər biri digərindən fərqli xüsusiyyət 
sərgiləyir. Bütün bunlar, yəni dillərin müxtəlifliyi və onların əmələ gəlməsi 
hər  zaman  alimləri  düşündürmüş  və  bu  yöndə  qızğın  mübahisələrə  yol 
açmış,  problemə  dair  müxtəlif  ideyalar,  görüş  və  mülahizələr  meydana 
çıxmışdır. “Bəzi dilçilər çox qədim zamanlarda ulu dilin mövcud olmasına 
inanırlar  və  onu  nostratik  dil  adlandırırlar  ki,  bu  da  hind-Avropa,  ural, 
Afroasiya və digər dil qruplarının ana dili kimi müəyyənləşdirilir. (100000 il 
qabaq  Şimali  Afrikadan  və  Ön  Asiyadan  baş  qaldıran  dil  böyük  ərazilər 
keçərək  yayılmağa  başlamışdır)  Fransız  dilçisi  və  etnoqrafı  Janson  qeyd 
edirdi  ki,  “Ulu  dil  mövcud  ola  bilər,  ancaq  onun  sözlərinin  hazırda 
mövcud olan dillərdən bərpası mümkün görünmür” (4, s. 41-42). 
  Amma  nə  yaxşı  ki,  bu  mumkünsüz  görünən  mövzu  ilə  bağlı 
araşdırmalar  aparmağa  cəsarət  etmiş  tədqiqatçılar  var.  Onların 
araşdırmalarının və tədqiqatlarının çətinliyini “samanlıqda iynə axtarmaq 
işi”nə  bənzətmək  olar.  Belə  tədqiqatların  son  dərəcə  böyük  zəhmət  və 
səbir  bahasına  ərsəyə  gəldiyini  yaddan  çıxarmaq  olmaz.  Bu  mənada 
filologiya  üzrə  fəlsəfə  doktoru,  dosent  Baba  Məhərrəmlinin  “Dünya 
dillərində  homogen  sözlər”  kitabı  nəinki  Azərbaycan,  eyni  zamanda, 
dünya dilçiliyinə ən qiymətli töhfələr sırasındadır. 
  Kitab  giriş  və  üç  fəsildən  ibarətdir.  Dos.  Baba  Məhərrəmli 
nostratik  dillə  bağlı  araşdırmalarının  bir  hissəsini  bu  kitabda  təqdim 
etmişdir.  Belə  ki,  kitabın  fəsilləri  müvafiq  olaraq,  “Dünya  dillərində 
eynimənşəli isimlər”, “Dünya dillərində eynimənşəli feillər”, “Homogen 
əvəzliklərdə  morfonoloji  və  semantik  dəyişmələr”  adlanır.  Fəsillərin 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
370 
 
adından da göründüyü kimi, müəllif bu kitabda isim, feil və əvəzliklərin 
homogenliyini faktlarla sübut etmişdir. 
  “Giriş”  hissədə  monogenez  ideyasının  meydana  gəlməsi,  onun 
tərəfdarları  və  əleyhdarları  barədə  geniş  məlumat  verilmişdir.  Burada 
dünya  dillərinin  vahidliyi  ideyasını  tədqiqatları  ilə  müdafiə  edən 
mütəxəssislər  müxtəlif  sferalarada  nəzərdən  keçirilmişdir.    Bu  xüsusda 
müəllif yazır: “İndiyə qədər nostratik nəzəriyyələrə əsaslanan iki dilçilik 
məktəbi  formalaşmışdır:  Moskva  məktəbi  və  Amerika  məktəbi.  Moskva 
məktəbinin əsas nümayəndələri V.M.İlliç-Svitiç, S.A.Starostin və A.B.Dolqo-
polski, Amerika məktəbinin əsas nümayəndəsi isə A.Bomharddır”. Bundan 
başqa müəllif türkologiyada tədqiqatlarını vahid dil nəzəriyyəsinin sübutuna 
kökləmiş  araşdırıcıları  da  diqqətdə  saxlamış  və  onlardan  E.Z.Kajibəyovu, 
R.R.Baytasovu,  O.Süleymenovu  xüsusi  qeyd  etmişdir.  Müəllif 
türkologiyada nostratik ideyanın əleyhdarları (K.M.Musayev, A.M.Şerbak, 
B.A.Serebrennikov,  N.A.Baskakov)  haqqında  da  məlumat  vermiş  və  bu 
qarşıdurmanı bir tərəfdən də “dövrün ideoloji siyasəti” ilə əlaqələndirmişdir. 
Baba  Məhərrəmli  Azərbaycan  dilçiliyində  nostratik  tədqiqatlar  aparan 
alimləri  (A.Məmmədov,  Q.Kazımov,  B.Xəlilov,  Ç.Qaraşarlı,  E.İnanc, 
F.Əlizadə) də yaddan çıxarmamış və onların araşdırmalarına da münasibət 
bildirmişdir.     
Bütövlükdə,  “Giriş”  hissədə  dünya  dilçiliyində,  türkologiyada  və 
Azərbaycan  dilçiliyində  nostratik  nəzəriyyə  tərəfdarları  və  onların 
tədqiqatları  təhlil  edilmiş  və  müəllif  yeri  gəldikcə  onlarla  müəyyən 
məqamlarda opponentlik də etmişdir. 
  Kitabın  birinci  fəsli  “Dünya  dillərində  eynimənşəli  isimlər” 
adlanır.  Müəllif  bu  hissədə  “isim  köklərinin  müxtəlif  qohum  olmayan  və 
yaxud  qohum  hesab  edilməyən  dillərdəki  morfonoloji  və  semantik 
uyğunluqlarını”  nəzərdən  keçirmişdir.  Müəllif  bu  fəsildə  qədim  kök 
morfemləri – ap, an, at, ar, ka, bod, kur, tam, tek, er və onların derivatlarını 
qohum və qohum olmayan dillərin materialları əsasında təhlil etmiş, dünya 
dillərində eyni mənşədən boy atdığını sübut etmişdir. Bu araşdırma zamanı 
müəllif zəngin dil materialı təqdim edir. Belə ki, ap kök morfeminin kişi və 
qadın semantikası üzrə şaxələnməsini çoxsaylı faktlarla sübuta yetirən alim 
onun  qədim  dillərdə  də  izlərini  gözdən  qaçırmamışdır.  Bundan  başqa 
müxtəlifsistemli dillərdəki “nəfəs, bədən, can, ruh, tanrı, insan, heyvan” 
semantikalı sözlərin əksəriyyətinin an kök morfemindən əmələ gəldiyi də 
bu  fəsildə  geniş  şəkildə  izah  edilmişdir.  Müəllif  seçdiyi  dil  materialını 
izah  edərkən  bu  istiqamətdə  araşdırmalar  aparmış  tədqiqatçıların 
əsərlərinə  müraciət  etmiş,  heç  də  onlarla  razılaşmamış,  yeri  gəldikcə 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
371 
 
polemikaya girmiş və tənqidi fikirlər səsləndirmişdir. Bu fəsildə ar kök 
morfemi  də  araşdırmaya  cəlb  edilmiş  və  dünya  dillərində  “su”  anlayışı 
bildirən sözlərin tərkibində saxlandığı həmin dillərdən gətirilmiş faktlarla 
sübut  olunmuşdur.  Kitabda  müəllifin  geniş  şəkildə  yer  ayırdığı  kök 
morfemlərdən  biri  də  ka  nostratik  sözüdür.  Alim  ka  kökünün  semantik 
şaxələrini izah etməklə yanaşı, derivatlarını da nəzərdən keçirmişdir. (ka – 
kal, kap, kay, kas, kar, kat, kam, kan). Eyni zamanda, ka anlautlu heyvan 
adları  da  tədqiq  olunmuş,  çox  geniş  bir  etimoloji  təhlil  aparılmışdır. 
Tədqiqatçının  su  sözünün  etimologiyası  ilə  bağlı  apardığı  araşdırmalar  da 
maraq  doğurur.  Belə  ki,  onun  müxtəlif  dillərdən  topladığı  faktlar  və  su 
sözünün  üzə  çıxardığı    yu//çu//tu//mu//bu//vu//ku  allomorfları,  onların 
semantik  inkişafı  etimologiya  sahəsində  aparılan  qiymətli  araşdırmalar 
sirasına daxil edilməlidir.  
  Kitabın ikinci fəsli “Dünya dillərində eynimənşəli feillər” adlanır. 
Bu fəsildə müəllif ən saf nitq hissəsi hesab olunan təkhecalı kök feillərin bir 
qismini  nəzərdən  keçirmişdir.  Burada  alım  ke  nostratik  kökü,  onun 
derivatları olan kay//kam//kan//gir//gəl//gəz//kas//get formalarını; ba, ye, öl, 
ir, kar, ya, onun derivatları yan//yak//yal//yaş//yar; ke nostratik feili və onun 
kas//ker 
//kar//kər//kur//kir//kat//kət//kal//kəl//kıl//kay//key//qıy//kap//qop//kan//
kaz  derivatları  geniş  şəkildə  təhlil  edilmiş  və  onların  dünya  dillərində 
homogenliyi tutarlı faktlarla sübut edilmişdir.  
  Kitabın  üçüncü  fəsli  “Homogen  əvəzliklərdə  morfonoloji  və 
semantik  dəyişmələr”  adlanır.  Müəllif  əvəzliklərin  araşdırma  materialları 
sırasına  daxil  etdiyi  sözlər  cərgəsinə  aid  etməsini  belə  izah  edir: 
“Protodillərin parçalanması, ayrılması dövrünü təxmini müəyyənləşdirməyə 
imkan  verən  qlottoxronoloji  nəzəriyyəyə  görə,  leksikostatistika  dildə 
müəyyən qədim və sabit söz qrupunu əhatə edir ki, onlar arasında şəxs və 
sual əvəzlikləri də var. Fikrimizcə, şəxs, işarə və sual əvəzliklərini ilkin kök 
morfemlərə aid etmək daha düzgündür. Əvəzliyin digər növləri isə sonradan 
yaranmışdır”(1, s. 214). 
  Müəllif türk dilləri 
 ilə qeyri-türk dillərindəki əvəzliklərin oxşar-
lığını eyni mənşə ilə əlaqələndirir, təsadüfiliyi qəti şəkildə inkar edir. Əvəz-
likləri ulu dilin ilk sözləri sirasında hesab edən alim qənaətlərini özünəqə-
dərki  sanballı  tədqiqatlara  və  seçib  qruplaşdırdığı  faktlara  sözykənərək 
qətiləşdirir.  Müəllifin  gəldiyi  yekun  qənaət  belədir  ki,  “türk  dillərindəki 
əvəzlik  kökləri  ilə  digər  dillərdəki  əvəzlik  köklərinin  analoji  paralelləri 
protodilin bütün xalqlar üçün eyni olduğunu təsdiqləyir”(1, s. 216). 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
372 
 
  Dos.  Baba  Məhərrəmlinin  sözügedən  kitabının  bu  fəslində  şəxs 
əvəzliklərinin hamısı (müxtəlif fonetik variantlarda), işarə əvəzliklərindən o 
və  bu  kök  morfemləri,  sual  əvəzliklərindən  kim  morfemi  geniş  şəkildə 
araşdırmaya cəlb edilmiş  və maraqlı nəticələr  əldə  edilmişdir.  Belə ki,  dil 
faktları ilə  sübut  olunmuşdur  ki, ilkin olaraq, işarə əvəzlikləri, daha sonra 
şəxs və sual əvəzlikləri yaranmışdır. Digər tərəfdən isə “əvəzliklərin digər 
növlərinin  məhz  şəxs  və  işarə  əvəzliklərindən,  bir  qisminin  isə  isim 
köklərindən törədiyini türk dillərinin faktları isbatlayır”(1, s.243). Müəllif 
dünya  dillərinə  aid  faktlara  söykənərək,  əvəzliklərin  homogenliyini  sübut 
etmiş  və  belə  bir  qənaətə  gəlmişdir  ki,  “tarixən  morfonoloji  inkişaf 
nəticəsində əvəzlik növlərinin bir-birinə keçidi baş vermişdir” (1, s. 252). 
  Müəllif dünya dilçiliyi üçün çox böyük əhəmiyyət daşıyan bir sıra 
elmi nəticələrə gəlmişdi. Onun fikrincə, dərin elmi təhlillər sübut edir ki,  
“dilçilikdə  ənənəvi  olaraq  işlədilən  qohum  dillər  məfhumu  şərti 
termindir.  Tipologiyasından  asılı  olmayaraq,  bütün  dillər  qohumdur, 
bütün dillərin mənşəyi eynidir.  
Dünya  dillərində  homogen  söz  kökləri  ən  çox  isim,  feil  və 
əvəzliklərdə müşahidə olunur. 
Nostratik  söz  kökləri  CV  (samit+sait),  V  (sait),  CVC 
(samit+sait+samit),  VC  (sait+samit)  formalarında  olmuşdur.  Nostratik 
araşdırmalarda bərpa edilən söz köklərinin ilkin quruluş modeli ən çox CV 
(samit+sait) şəklində uyğun gəlir”(1, s. 254-255). 
  Beləliklə,  dos.  Baba  Məhərrəmlinin  “Dünya  dillərində  homogen 
sözlər”  kitabını  oxuduqca  faktların  bolluğunda  fəslin  axırına  necə  gəlib 
çıxdığını hiss etmirsən. Kitab yazılarkən müəllifin yalançı vətənpərvərlikdən 
uzaq olduğu, ciddi faktlara söykənən soyuq elmi mühakimələrlə araşdırma 
apardığı  bir  daha  təsdiqini  tapır.  Bu  arada  qeyd  edək  ki,  yalançı 
vətənpərvərliyin    obyektiv  elmi  araşdırmalar  aparmağı  necə  tormozladığı 
müxtəlif səviyyələrdə çoxdan etiraf edilmişdir.  Belə ki, məşhur tədqiqatçı 
O.  Süleymenov  yazırdı:  “Milli  şüurun  inkişafı  nəticəsində  elm  bir  çox 
hallarda rəsmi, saxta vətənpərvərliyin quluna çevrilir və tarix həqiqətdən 
uzaqlaşmağa başlayır. Keçmişə mövcud baxışdan asılı olaraq, faktlar ya 
düzgün işıqlandırılmır, ya da saxtalaşdırılır. Tək şübhə hesabına elmi irəli 
aparmaq  mümkün  olmadığı  kimi,  təkcə  inam  gücünə  onu  inkişaf 
etdirmək  olmaz.  Əks  halda  tarix  nihilizmin  və  vətənpərvərliyin  bir 
atributuna  çevrilir.  Mənbəni  bilmək  mənbədən  nə  almaq  istədiyini 
bilməkdən qat-qat əhəmiyyətlidir.Əgər riyaziyyat və fizika da belə saxta 
vətənpərvərlik  təzyiqinə  məruz  qalsaydı,  bəşəriyyət  indi  də  kəl  arabası 
sürürdü” (3, s. 6-11). 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
373 
 
  Amma  biz  bu  əsəri  oxuduqca  müəllifin  elmin  inkişafı  naminə 
çalışdığının bir daha şahidi oluruq. 
Kitabın  dilinə  gəldikdə  qeyd  etmək  lazımdır  ki,  elmi  üslubun 
tələblərinə  əməl  edən  müəllif,  eyni  zamanda,  axıcılığı  qorumuş  və  bu  da 
əsəri oxunaqlı etmişdir. 
  Alim  kitabında  türk  dillərində  səs  keçidlərinin  sözlərin  etimoloji 
izahında  oynadığı  rolu  bütün  gücü  ilə  nəzərə  çarpdırır  və  bu  müəllifin 
bütövlükdə  morfonologiya  elminə  nə  qədər  dərindən  bələd  olduğunu  bir 
daha təsdiq edir. 
  Müəllifin  bu  əsəri  etimoloji  araşdırmalar  içərisində  ən  qiymətli 
tədqiqatlar  sırasındadır.  Oxucu  monoqrafiyanı  oxuduqca  indiyə  qədər 
sözlərin necə yaranması texnologiyasını dərk etməyə başlayır. 
Müəllif eyni zamanda, tədqiqatında müqayisəli-tarixi və müqayisəli-
tipoloji  metodları  kompleks  şəkildə  tətbiq  etmiş,  söz  yuvası  metodundan 
daha  çox  istifadə  edərək  qlobal  etimologiyaya  öz  töhfəsini  vermişdir.  Bu 
xüsusda  müəllif  yazır:  “Söz  yuvası  metoduna  əsasən  türk  və  qeyri-türk 
dillərində  işlənən  onlarla  homogen  sözün  arxetipini  bərpa  etmək 
mümkündür” (1, s. 199). 
  Elmin inkişafına son dərəcə qiymətli hədiyyə olan bu kitab zaman 
keçdikcə daha da dəyər qazanacaq və inanırıq ki, müəllif bu istiqamətli 
araşdırmalarını davam etdirəcək, nostratik dilçiliyə öz töhfəsini verəcək.  
Müəllifə bu şərəfli yolda uğurlar arzulayırıq! 
 
Ədəbiyyat 
 
1.  Məhərrəmli B. Dünya dillərində homogen sözlər, Bakı, 2017 
2.  Seyidov M.  Azərb. xalqının soykökünü düşüərkən,  Bakı, 1989 
3.  Süleymenov  O.  “Az-ya”, Bakı, 1993    
4.  Veysəlli F. Dilçiliyə giriş, Bakı, 2014 
 
Filologiya üzrə fəlsəfə doktoru, dosent 
Elçin Məmmədov 
 
 
 
 
 
 
 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
374 
 
Dəyərli tədqiqat 
 
Müasir  dövr  dilçilik  tədqiqatları  özünün  əhatəliliyi,  həll  olunan  
problemlərə kompleks yanaşılması, aparılan tədqiqatların daha qlobal və 
fundamental  xarakteri  ilə  seçilir.  Müxtəlifsistemli  dillərin  leksik  tərkibinin 
semantik  təhlili  müasir  dilçiliyin  ən  aktual  problemlərindən  biridir.  Bu 
mənada filologiya üzrə fəlsəfə doktoru Gülşən Axundovanın “Azərbaycan 
və  ingilis  dillərinin  məişət  leksikası”  adlı  monoqrafiyası  diqqətə  layiqdir. 
Monoqrafiya Azərbaycan və ingilis dillərinin məişət leksikasının müqayisəli 
struktur-semantik tədqiqinə həsr olunmuşdur.  
Tədqiqatda  Azərbaycan  dilçiliyində  ilk  dəfə  olaraq  müxtəlifsistemli 
dillərə  daxil  olan  Azərbaycan  və  ingilis  dillərinin  məişət  leksikasının 
semantik əlamətlərə görə taksonomik təsnifatı aparılış bu leksikanın hər iki 
dildə  yaranma  mexanizmləri  aşkar  edilmiş,  eləcə  də,  spesifik  cəhətləri 
müəyyən edilmişdir. 
Məlumdur ki, məişət leksikası xalqın həyatını, onun gündəlik qayğı-
larını,  xalqın  mədəni  səciyyəsini,  onun  müdrikliyini  əks  etdirir.  Məişət 
leksikası,  həmçinin,  xalq  təfəkkürünün  bütün  nailiyyətlərini,  əcdadımızın 
təcrübəsini, müşahidələrini nəsillər üçün mühafizə edir.  
Monoqrafiyada  məişət  leksikasının  dil  sistemində  yeri  müəyyən-
ləşdirilir.  Azərbaycan dilinin məişət leksikası dialekt və şivələr hesabına, 
ingilis  dilinin  məişət  leksikası  isə  daha  çox  alınmalar  hesabına  zəngin-
ləşir. Müəllif ey zamanda Azərbaycan dilinin məişət leksikasının mövcud 
olan dialekt və şivə sözlərinin bir qisminin qədim türk leksik layına aid 
olduğunu nümunələrdə qeyd edir. Monoqrafiyada Azərbaycan və ingilis 
dillərinin məişət leksikasının kontrastiv təhlili aparılır. Müəllif müxtəlif-
sistemli  dillərdə  məişət  leksikasının  kontrastiv  təhlilinin  nəinki  onun 
leksik-semantik  (taksonomik)  xüsusiyyətlərini  müəyyən  etməyə  bu 
leksikanın reallaşmasının xarakterini aşkar etməyə, həmçinin, hər iki xalqın 
mədəniyyəti, tarixi keçmişi, hazırki vəziyyəti və s. haqqında məlumat əldə 
etməyə imkan yaratdığını qeyd edir.  
Əsərdə  Azərbaycan  və  ingilis  dillərində  yemək  adlarının  kontrastiv 
təhlilinə  də  geniş  yer  verilmişdir.  Bildiyimiz  kimi  ksenonimlər  və  yaxud 
yemək adları məişət leksikasının mühüm hissəsini təşkil edir. Ümumiyyətlə, 
qida  istər,  Azərbaycan,  istərsə  də,  ingilis  xalqlarının  maddi  mədəniyyət-
lərinin əsas elementlərindən biri olub, bu xalqların, tarixini, adət-ənənəsini 
dərk etməkdə zəngin mənbədir. 
Müəllif  qeyd  edir  ki,  həm  Azərbaycan,  həm  də  ingilis  dillərində 
yemək  adları  və  yaxud  ksenonimlərin  yaranmasında  motivləşməsində 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
375 
 
müstəsna  rol  oynayır.  Əsərdə  Azərbaycan  dilçiliyində  yemək  və  xörək 
adlarının  öyrənilməsini  üç  istiqaməti;  1.  tarixi-etnoqrafik;  2.  regional-
oval;  3.  dialekt  və  şivələrin  tədqiqi  istiqamətləri  qeyd  olunur.  Əsərdə 
Azərbaycan və ingilis dillərində geyim adlarının kontrastiv təhlili də öz 
əksini  tapır.  Hər  bir  geyim  öz  dövrünün  güzgüsü  olmaqla,  dövrün 
ictimai-siyasi  xarakterini,  mühüm  mədəni  və  elmi  nəaliyyətlərini, 
insanların adət və psixologiyasını, onların estetik görüşlərini əks etdirir. 
Müəllifin fikrincə, dəbdə olan dəyişikliklər dillərə edə öz təsirini göstərir, 
hər bir dil ya yeni sözü öz lüğət fondu hesabına yaradır, ya da kalka və 
yaxud alınma sözlər vasitəsilə digər dillərdən alır. 
Azərbaycan  və  ingilis  dillərinin  leksik  tərkibinin  sistemli  təşkili, 
leksik  tərkibin  daxili  əlaqələr,  taksonomik  qruplar  üzrə  təsnifatı  və 
semantik  cəhətdən  kontrastiv-xarakteroloji  təsviri  və  təhlili  Azərbaycan 
dilçiliyi üçün olduqca əhəmiyyətlidir. Bu növ tədqiqatlar müxtəlif dillərin 
lüğət tərkibinin təşkilini dərk etməyə imkan verir. Məlumdur ki, məişət 
leksikası xalqın tarixini, mədəni inkişafını, mental dəyərlərini özündə əks 
etdirir. Məişət leksikasının öyrənilməsi, həmçinin, dil tarixinin öyrənilməsi 
baxımından  da  aktualdır.  Müxtəlifsistemli  dillərə  aid  olan  Azərbaycan  və 
ingilis dillərinin məişət leksikasının  kontrastiv-xarakteroloji təhlili dildə bir 
sıra  ümumi  və  fərqli  xüsusiyyətləri  müəyyən  etməyə  imkan  yaradır. 
Azərbaycan  və  ingilis  dillərinin  məişət  leksikasının  öyrənilməsi  nəinki 
leksik-semantik xüsusiyyətləri müəyyənləşdirməyə, həmçinin, bu leksikanın 
funksional  spesifikliyini  təyin  etməyə  imkan  yaradır.  Tədqiqatda  ikinci 
dərəcəli  nominasiya  və  yaxud  motivləşmənin  hər  iki  dildə  üsulları 
fərqləndirilmiş və bunlar zəngin dil materialı əsasında sübuta yetirilmişdir. 
Müəllif  məişət  leksikasının  dilin  terminoloji  sisteminin  zənginləş-
məsində rolundan da geniş bəhs etmişdir. 
Monoqrafiya dilçiliyin müxtəlif sahələri ilə məşğul olanlar, o cümlə-
dən, tipologiya, komparavistika,  leksikologiya,  dil  tarixi,  sosiolinqvistika 
problemləri ilə maraqlananlar üçün əvəzsiz mənbədir. 
 
Gülsüm Hüseynova 
Sosiolinqvistika və dil siyasəti şöbəsinin  
baş elmi işçisi, filologiya üzrə elmlər doktoru,dosent  
    
 
 
 
 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
376 
 
Personalia 
 
QÜDRƏT CƏFƏROV: DİLİMİZİN, ƏDƏBİYYATIMIZIN 
İSTEDADLI ARAŞDIRICISI 
 
1978-ci  ilin  sonlarında  Azərbaycan  Elmlər  Akademiyası  Res-
publika Əlyazmalar Fondunda (indiki M.Füzuli adına Əlyazmalar İnstitu-
tu)  çalışarkən  “XVI  əsr  Azərbaycan  tərcümə  abidəsi  “Şühədanamə” 
(paleoqrafiya,  orfoqrafiya  və  tərcümə  məsələləri)”  mövzusunda 
namizədlik  dissertasiyamı  bitirdim  və  müdafiə  üçün  Nəsimi  adına 
Dilçilik İnstitutuna təqdim etdim. Həmin vaxtlar elmi işimin müzakirəsi 
və müdafiəsi ilə əlaqədar adı çəkilən elmi-tədqiqat institutuna tez-tez baş 
çəkirdim  və  burada  bir  neçə  əməkdaşla  ünsiyyət  qurdum,  onlarla 
yaxından  tanış  oldum.  Həmin  insanlar  sırasında  istər  savadı,  istərsə  də 
mehribanlığı və istiqanlılığı ilə seçilənlərdən biri də Qüdrət Cəfərov idi. 
Hazırda  80  illik  yubileyini  qeyd  etməyə  hazırlaşan  filologiya  elmləri 
namizədi,  istedadlı  qələm  sahibi  Qüdrət  Cəfərovla  tanışlığımın  tarixi 
həmin  dövrdən  başlayır.  2015-ci  ilin  sonlarında  Dilçilik  İnstitutuna 
rəhbərliyə  təyin  olunarkən  məni  köhnə  tanış  kimi  səmimiyyətlə 
qarşılayanlardan,  bu  təyinata  sevinənlərdən  biri  də  elə  Qüdrət  müəllim 
oldu.  Bəlkə  də,  aramızda  olan  bu  səmimi  münasibətlərin  səbəblərindən 
biri  də  bu  idi  ki,  Qüdrət  müəllimmənim  orta  məktəbdə  sevimli 
müəllimim olmuş Qüdrət Camalova oxşayırdı... 
Qüdrət Cəfərovun özünün bu kitabın ön sözündə yazdığı kimi, o ilk 
məqaləsini  indiki  Bakı  Dövlət  Universitetinin  filologiya  fakultəsində 
oxuyarkən yazıb və məqalə də elə həmin vaxt mötəbər bir elmi jurnalda 
nəşr olunub. Bu mühüm faktın özü çox şeydən xəbər verir. Birincisi, sirr 
deyil ki, yalnız və yalnız ən istedadlı tələbələrin təhsil aldığı illərdə elmi 
məqalələri çap olunubdur. İkincisiisə, bu məqalə adi yazılardan deyil, o, 
rusların  məşhur  “İqor  polku  dastanı”nda  işlənmiş  türkmənşəli  bir 
sözünaraşdırmasına  həsr  olunmuşdur.  Həm  də  bu  məqaləyə  o  vaxtlar 
Əbdüləzəl  Dəmirçizadə  Mirəli  Seyidov  və  Kamil  Ramazanov  kimi 
tanınmış dilçi, ədəbiyyatçı alimlər müsbət rəy veribmişlər. 
Qüdrət müəllim Bakı Dövlət Universitetini bitirəndən sonra 1967-
1970-ci  illərdə  Moskvada  SSRİ  Elmlər  Akademiyasının  Dilçilik 
İnstitutunun aspiranturasında təhsil alaraq mükəmməl elmi məktəb keçib. 
Mütəxəssislər bilirlər ki, o vaxtlar Moskvada aspiranturada oxumaq hər 
kəsə  nəsib  olmurdu.  Yalnız  ən  seçilmiş  şəxsləri  Moskvaya  təhsil  üçün 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
377 
 
göndərirdilər. Həm də Moskvada SSRİ dilçilərinin qaymaqları, görkəmli 
simaları çalışırdılar. Belə bir elmi mühitdə təhsil almaq, təbii ki, Qüdrət 
Cəfərovun  elmi  potensialınınartmasında,  dünyagörüşünün  formalaş-
masında öz işini görmüş, müsbət rol oynamışdır. Məhz bunun nəticəsidir 
ki,  o,  1971-ci  ilin  dekabr  ayında  Moskvada  “Azərbaycan  dilində 
qohumluq  terminləri”  mövzusunda  namizədlik  dissertasiyasını  böyük 
uğurla müdafiə etmişdir. 
Bu işin elmi rəhbəri onu “bu mövzuda yazılmış elmi işlər içərisində 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin