Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə38/41
tarix12.12.2019
ölçüsü1,8 Mb.
#29906
1   ...   33   34   35   36   37   38   39   40   41
Dilcilik-institutunun-eserleri-1-2018

yağ payını (i-ba), geyim payını (tud-ba) o verməlidir).  
Tonyukuk abidəsində ba sözü bağlamaq və qatılmaq, iştirak etmək 
anlamlarında işlənmişdir (6,s.305).  
Hazırda  türk  dilində  bir  şeyi  ağzına  kimi  doldurmağa  siləbəsilə 
deyilir. Qabın ağzına qoyulan parça da silə adlanır. Bu söz Şumer dilində 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
350 
 
si-si  şəklində işlənmişdir: barağ-ga na-mu-un  si-si-ig-de  (qoy  o mənim 
zənbilimi taxılla siləbəsilə doldursun).  
Bayram  Əhmədov  yazır  ki,  Azərbaycan  dilinin  şivələrində  samit-
sait quruluşlu cu, bə, li, ho, bö, ba, qo, so, sa, co, do və s. kimi müstəqil 
mənalı sözlər var (3,s.21). Doğrudan da Azərbaycanın bəzi bölgələrində  
bəs  əvəzinə  bə,  sən  əvəzinə  sa  deyilir.  Ho  sözü  isə  hətta  bir  atalar 
sözündə yaşayır: Ho-ho var, dağa qaldırar, ho-ho var, dağdan endirər. 
Holavar,  hodaq  və  hodaqçı  sözləri  ho  kökündən  yaranmışdır.  Bunu 
sözlərin hecalara bölünməsi də təsdiqləyir: ho-la-var; ho-daq; ho-daq-çı. 
Deməli, qədim dildə samit-sait quruluşlu bir hecalı sözlər indikindən qat-
qat çox olmuşdur.  
Söz yaradıcılığının üçüncü mərhələsində sait-samit quruluşlu (01
*

bir  hecadan  və  iki  səsdən  ibarət  sözlərin  əvvəlinə  samitlərin  qoşulması 
yolu  ilə  yeni  sözlər  əmələ  gəlmişdir.  Bu  yolla  dildə  daha  çox  sözlər 
yaranmışdır, çünki sait-samit quruluşlu (01) bütün sözlərin əvvəlinə əksər 
samit səsləri artırmaq olur. Məsələn: 
ağ=bağ, dağ, çağ, cağ, yağ, tağ, sağ, mağ, zağ, vağ, lağ, 
ad=bad, dad, cad, yad 
ol=bol, dol, yol, sol, kol, qol 
al=bal, dal, lal, mal, yal, sal, zal, nal, qal, şal, fal, kal, val, çal, xal, hal 
Bu  yolla  yaranmış  sözlərin  böyük  əksəriyyəti  hazırda  dilimizdə 
işlənir. Bundan başqa, hazırda Azərbaycan dilinin Gəncə-Qazax şivələrində 
hör, hörmək, hörgü, hörük sözləri h səsi olmadan deyilir. Bu da onu göstərir 
ki,  həmin  sözlərin  ilk  hecası  əvvəlcə  ör  şəklində  olmuş,  sonra  əvvəlinə  h 
samiti  artırılmaqla  hörə  çevrilmişdir.  Hazırda  dilimizdə  vur,  vurmq, 
vuruşmaq  kimi  işlənən  sözlərə  qədim  yazılı  qaynaqlarda  ur,  urmaq, 
uruşmaq şəkillərində rast gəlinir ki, bu da onların ur kökünə v samitinin 
sonradan  artırıldığını  göstərir.  Üstəlik,  bugünkü  iki  və  daha  çox  hecalı 
sözlərin  də  çoxu  qədim  dildə  bir  hecalı  olmuşdur.  Buna  M.Kaşğarinin 
“Divan”ında  və  digər  yazılı  abidələrimizdə  çox  rast  gəlinir.  Məsələn, 
M.Kaşğari  “Divan”da  kəsək  sözünü  kəs  (10,s.343),  qurşaq  sözünü    kur 
(10,s.339),  yoxuş  sözünü  yok  (10,s.122)  şəkillərində  yazmışdır.  “Dədə 
Qorqud”da  yedək  söz ü  yed,  dünən  sözü  dün  şəkillərində  işlənmişdir. 
Qatar-qatar qızıl dəvələrini yetdilər (yedəklədilər). Nağah qovma-qaçma 
olarsa  birisini  minəm,birisini  yedəm  (2,s.52).  Orxon-Yenisey 
abidələrində  də  yedəkləmək  sözü  yet  kimi  verilmişdir.  Bundan  başqa, 
Orxon-Yenisey abidələrində pozuq sözü buz, yaxın sözü yak,yığıntı sözü 
                                                 
*
 0 sait, 1 samit səsləri göstərir.  

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
351 
 
yığ,  günəş  sözü  gün,  qoymaq  sözü  ko,  qoyun  sözü  koy,  tapınmaq  sözü 
tap, doğulmaq sözü toğ (13,s.352,358,361,365,368,376,378), yoxsul sözü 
yok, boran sözü bor, qırmaq sözü kır, pozmaq sözü boz (6,s.327,307,313) 
şəkillərində  yazılmışdır  ki,  bunlar  bugünkü  çoxhecalı  sözlərin 
başlanğıcda bir hecalı olduğunu göstərir. Soruş sözü sor, soruşmaq sözü 
sormaq,  dünən  sözü  dün,  günəş  sözü  gün  şəkillərində  hazırda  canlı 
danışıq dilində çox işlənir.  
Söz  yaradıcılığının  dördüncü  mərhələsində  samit-sait  quruluşlu 
(10)  iki  fonemli  bir  hecalı  sözlərin  sonuna  samitlərin  qoşulması, 
artırılması  yolu  ilə  yeni  sözlər  alınır.  Bu  sözlər  də  samit-sait-samit 
quruluşlu olur (101). Məsələn: 
Sa=sağ, sal, sam, say, saz, san, saç, sat  
Ba=bağ, bal, bay, baz, bax, bat, baş, bas, bad, bab, ban, bar 
Bu sözlər eyni zamanda sait-samit quruluşlu (01) sözlərin əvvəlinə 
samit  səslərin  artırılması  yolu  ilə  də  yarana  bilir.  Ona  görə  də  söz 
yaradıcılığının  üçüncü  və  dördüncü  mərhələləri  ilk  baxışda  bir-birini 
təkrarlayır. Lakin  onlar  söz  yaradıcılığının  eyni  yolu  deyildir.  Məsələn, 
sağ sözü ağ  kökünün əvvəlinə  s samiti  və sa  kökünün  sonuna ğ  samiti 
artırmaqla  yarana  bilir.  Burada  həmin  sözün  hansı  yolla  yarandığını 
müəyyənləşdirmək  də  çətindir.  Ancaq  bir  şey  dəqiqdir  ki,  söz 
yaradıcılığında hər iki üsuldan istifadə edilmişdir. 
Bəzi alimlər belə hesab edirlər ki, iki fonemli sözlərin əksəriyyəti üç 
fonemli sözlərin əvvəlindəki və ya sonundakı samit səsin düşməsi yolu ilə 
yaranmışdır.  Məsələn,  saz  sözünün  əvvəlindəki  s  samitinin  düşməsi 
nəticəsində  az  sözü  əmələ  gəlmişdir.  Doğrudur,  dildə  səsartımı  kimi, 
səsdüşümü  də  var.  Lakin  söz  yaradıcılığının  başlanğıc  mərhələlərində  bu 
üsulla  yeni  sözlərin  yaranması  ağlabatan  deyil.  Əgər  ilk  sözlər  tək  sait 
səslərdən ibarət olmuşdursa, onda başlanğıcda yeni sözlər almaq üçün yalnız 
onların  əvvəlinə  və  sonuna  samit  səslər  artırılmışıdır.  Söz  yaradıcılığının 
ilkin  mərhələlərində  səs  düşümünün  mövcudluğu  sözlərin  mürəkkəb 
quruluşdan  sadə  quruluşa  doğru  dəyişdiyini  göstərir.  Halbuki  başlanğıcda 
belə olmamışdır. Səs düşümü hadisəsi dilin sonrakı inkişaf mərhələlərində 
olmuşdur və onun nə vaxt meydana çıxdığını müəyyənləşdirmək olar.  
Göründüyü kimi, həm tək sait səslərin, həm də onlardan yaranmış iki 
fonemli, bir hecalı sözlərin əvvəlinə və sonuna samit səslərin artırılması yolu 
ilə külli miqdarda yeni sözlər əmələ gəlmişdir. Dildə səs artımı samitlərlə 
məhdudlaşmamışdır. İki fonemli sözlərin əvvəlinə və sonuna sait səslərin 
artırılması  yolu  ilə  də  çoxlu  yeni  sözlər  yarana  bilərdi.  Tutaq  ki,  sait-
samit  quruluşlu  (01)  iki  fonemli  sözlərin  sonuna  saitlər  qoşulmuşdur: 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
352 
 
an+a=ana;  at+a=ata;  ar+a=ara;  ay+a=aya;  ad+a=ada;  uc+a=uca; 
ur+a=ura; ut+u=utu; al+a=ala; od+a=oda; ul+u=ulu. Lakin bu yolla 
söz yaradıcılığı heca qanununun tələblərinə uyğun gəlmir.  Ona görə də 
bu  yolla  söz  yaradıcılığı  şübhə  doğurur.    Bu  qəbildən  olan  sözlərin 
yaranmasının  ikinci yolu da var. Bu da samit-sait quruluşlu (10) sözlərin 
əvvəlinə  sait  səslərin  artırılmasıdır:  a+ya=aya;  u+ru=uru;  u+ca=uca. 
Burada da hansı sözün hansı yolla yarandığını dəqiq müəyyənləşdirmək 
ilk baxışda xeyli çətinlik törədir. Lakin heca qanununu tətbiq etdikdə bu 
çətinlik aradan qalxır. Bu məqsədlə həmin sözləri və onlara sözdüzəldici, 
sözdəyişdirici  şəkilçilər  qoşulmaqla  yaranmış  sözləri  hecalara  bölmək 
kifayətdir.  Məsələn:  uca=u+ca;  ura=u+ra.  Əgər  söz  hecalara 
bölünərkən əvvəldəki sait səs təklikdə qalırsa, onda həmin sözlərin hansı 
tərkib hissələrindən ibarət olduğu aydın görünür. Bu çox vacibdir, çünki 
sözün  tərkib  hissələrinə  düzgün  bölünməsi    onun  kökünü  tapmağı 
asanlaşdırır. Türk dilində  söz önlükləri olmadığına görə, bütün hallarda 
birinci heca sözün köküdür.  Məsələn, ara sözünü götürək. Ondan aralı, 
araqçın,  araba,  aravuran,  aralıq,  aralamaq,  aralanmış,  arasında  və  s. 
kimi  yeni  sözlər  əmələ  gəlmişdir.  Onların  hamısı  hecalara  bölünərkən 
birinci a səsi təklikdə müstəqil heca olur: a-ra-lı, a-raq-çın, a-ra-ba, a-
ra-vu-ran, a-ra-lıq, a-ra-la-maq, a-ra-lan-mış. Deməli, heca qanununun 
tətbiqi  yolu  ilə  sözləri  düzgün  tərkib  hissələrinə  bölmək  və  bunun  da 
əsasında  onların  necə  yarandığını  müəyyənləşdirmək  olur.  Burada 
səsartımı yoxdur. Əslində yuxarıdakı sözlərin əvvəlində gələn və təklikdə 
heca  əmələ  gətirən  a  səsi  iki  fonemli  sözün  əvvəlinə  artırılmış  sait 
olmayıb,  kök  funksiyası  daşımışdır.  Samit-sait  quruluşlu  iki  səsli 
morfemlər isə bu mərhələdə sözdüzəldici şəkilçiyə çevrilərək tək saitdən 
ibarət  söz  köklərinə  qoşulmuşdur.  Bunun  təsdiqi  üçün  ta  hissəsinin  altı 
cür yazılan şəkilçi olduğuna diqqət yetirmək kifayətdir: 
 ta-a+ta, bu+ta, or+ta, bal+ta;  
tə-kə+tə, küf+tə, sif+tə, müf+tə,ö+tə, nöq+tə;  
tı-al+tı, qar+tı, ba+tı, ça+tı, qa+tı, pa+rıl+tı, qı+zar+tı; 
ti-pi+ti, i+ti, kə+rən+ti, ə+rin+ti, pin+ti; 
tu-qu+tu, tu+tu, u+tu, lo+tu, gu+rul+tu, u+ğul+tu; 
tü-ü+tü, kö+tü, ü+zün+tü, gö+rün+tü, çü+rün+tü, tüs+tü.      
Şumer  dilində  də  bu  cür  yaranmış  sözlər  yetərincə  çoxdur. 
Məsələn,  u-ru,  u-tu,  a-ba,  a-ma,  İ-nan-na  və  s.  Bu  sözlərin  hamısının 
kökü  birinci  saitdir.  Ulu  sözünü  götürək.  U  yuxarıda  deyildiyi  kimi, 
Şumer və türk dillərində ağıllı, bacarıqlı, lu isə insan anlamı bildirmişdir 
(14,s.227). Göründüyü kimi, Şumer və türk dillərində ilk sözlərin və səs 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
353 
 
artımı  yolu  ilə  yeni  sözlərin  yaranması  arasında  çox  yaxın  səsləşmələr, 
eyniliklər var. Deyilənlər əsasında Şumer və türk dillərində ilk sözlərin 
yaranma yollarını aşağıdakı kimi ümumiləşdirmək olar: 
1.Şumer  və  türk  dillərində  ilk  sözlər  tək  sait  səslərdən  ibarət 
olmuşdur. 
2.Sait səslərin sonuna samitlər atrırılmaqla yeni sözlər yaranmışdır 
(01). 
3.Sait  səslərin  əvvəlinə  samitlər  artırılmaqla  yeni  sözlər 
yaranmışdır (10). 
4.Alınmış  sait-samit  quruluşlu  (01)  iki  fonemli  sözlərin  əvvəlinə 
samitlərin artırılması yolu ilə yeni sözlər əmələ gəlmişdir (101). 
5.Alınmış  samit-sait  quruluşlu  (10)  iki  səsdən  ibarət  sözlərin 
sonuna samitlərin artırılması yolu ilə yeni sözlər yaranmışdır (101). 
6.Alınmış  samit-sait  quruluşlu  (10)  iki  səsli  sözlərin  tək  sait 
səslərdən ibarət söz köklərinə qoşulması yolu ilə yeni sözlər yaranmışdır 
(010). 
Beləliklə,  Şumer  və  türk  dillərində  ilk  sözlər  tək  sait  səslərdən 
ibarət  olmuş,  onların  hər  biri  sonradan  semantik  yuvaya  çevrilmiş,  söz 
yaradıcılığının ilk mərhələsində həmin saitlərə səsartımı yolu ilə yüzlərlə 
yeni sözlər yaranmışdır.  
 
ƏDƏBİYYAT: 
 
1.  Sadıq İ. Türk dilində heca qanunu//”Sivilizasiya” jurnalı. Bakı. 2016. 
№ 1. səh. 27-33; “Kaspi” qəzeti. 27-29 fevral 2016. Səh.21. 
2.  “Kitabi-Dədə  Qorqud”  (Tərtib  edəni:  Həmid  Araslı).  “Gənclik”!. 
Bakı. 1978. 
3.  Əhmədov  B.  Azərbaycan  dili  şivələrində  fono-semantik  söz 
yaradıcılığı. BDU nəşriyyatı. Bakı. 1994. 
4.  Этимологический  словарь  тюркских  языков  (составитель 
Э.В.Севортян), Москва, «Наука», 1974. 
5.  Sadıq İ. Şumer ədəbiyyatı, “Azərnəşr”, Bakı, 2013. 
6.  Şükürlü Ə. Qədim türk yazılı abidələrinin dili, “Maarif”, Bakı, 1993. 
7.  Ergin M. Orhon abideleri, 7 baskı, İstanbul,1980. 
8.  Aslanov V. Daxili bərpa üsulu və Azərbaycan dilinin yazıyaqədərki 
fonomorfoloji  və  leksik-semantik  mənzərəsinin  öyrənilməsi// 
Azərbaycan filologiyası məsələləri. II kitab. “Elm”. Bakı. 1984. S.38-
44. 
9.  Древнетюркский словарь. Москва.1969. 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
354 
 
10. Mahmud  K. Divanü-luğat-it  türk  (tərcümə edəni:  Ramiz  Əsgər). IV 
cilddə. I c. Bakı. 2006. 
11. Məmmədov  Y.  Müstəqilliyini  itirən  köklərin  çoxhecalılığa  doğru 
inkişafı  haqqında//  Azərbaycan  filologiyası  məsələləri.  II  kitab. 
“Elm”. Bakı. 1984. S.59-66. 
12. Малов  С.Е.  Памятники  древнетюркской  письменности, 
Москва,1951. 
13. Rəcəbov  Ə.;  Məmmədov  Y.  Orxon-Yenisey  abidələri,  “Yazıçı”, 
Bakı, 1993. 
14. Sadıq İ. Şumerdə izim var, “Azərnəşr”, Bakı, 2008.  
 
Ислам Садыг 
Первичные слова и словообразование посредством прибавления 
звуков в шумерском и тюркском языках 
Резюме 
 
Первичные слова в шумерском и тюркском языках состояли из 
гласных  звуков-a,ı,i,e,u.  Затем  образовались  новые  слова  путем 
присоединения  к  ним  согласных  звуков.  В  данной  статье  все  эти 
вопросы подробно изучены. 
 
Islam Sadig   
Primary words and word-formation by adding the sounds in the 
Sumerian and Turkic languages 
(Summary) 
 
Primary  words  were  consisted  from  the  odd  vowel  sounds  in  the 
Sumerian and Turkic languages. Then new words are formed by adding 
consonant sounds. In the article these questions are studied in detail. 
 
 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
355 
 
Aynel Məşədiyeva 
AMEA Nəsimi adına Dilçilik İnstitutu, 
 filologiya üzrə fəlsəfə doktoru, dosent 
aynel.meshadiyeva@mail.ru
 
UOT 811.512.1 
 
Türk dillərində feili bağlamaların və feili sifətlərin 
öyrənilməsinin nəzəri problemləri 
 
Açar  sözlər:  feili-bağlama,  feili-sifət,  öyrənilmə,  türk  dilləri, 
nəzəri problemlər 
Ключевые  слова:  деепричастие,  причастие,  изучение, 
тюркские языки, теоретические проблемы 
Keywords: gerund, participle, study, Turkic languages, theoretical 
issues 
 
Türk dillərində və onların dialektlərində feili bağlama kateqoriyası 
çoxdan  alimlərin  tədqiqat  obyekti  olmuşdur  və  özündə  mühüm 
qrammatik  kateqoriya  kəsb  edir.  Türk  dillərində  feilin  feili  bağlama 
forması sistemi ümumi və fərqli əlamətləri ilə xarakterizə olunur.   
Türk  dillərində  feili  bağlama  formalarının  bu  cür  müqayisəli-tarixi 
aspektdə öyrənilməsi türkologiyanın aktual məsələlərindən biridir. Belə ki, 
müqayisəli-tarixi tədqiqat vasitəsilə feili bağlamaların fonetik, morfoloji və 
sintaktik əlamətlərinin tarixi inkişafı açılır, həmçinin onların təşəkkül tapma-
sının  və  formalaşmasının  bəzi  məsələləri  araşdırılır.  Feili  bağlama 
kateqoriyası  bir  çox  namizədlik  və  doktorluq  dissertasiyalarının  tədqiqat 
obyekti olmuşdur: V.M.Askarova (1950), A.M.Xosrovi (1950), İ.P.Pavlov 
(1953),  A.Tursunov  (1958),  Y.D.Canmavov  (1965),  H.H.Məmmədov 
(1967),  M.M.Tekuyev  (1973),  A.Annaurov  (1979),  V.H.Əliyev  (1989), 
İ.A.Nevskaya  (1990),  İ.Syuya  (1995),  M.B.Əsgərov  (2004),  Y.Q.Erqin 
(2007),  E.Məmmədova  (2015),  Ş.A.Musayevanı  (2015)  və  başqalarını 
göstərmək olar.  
Bundan  əlavə,  türk  dillərinin  feili  bağlama  formaları  İ.A.Pavlov 
(1953,  1955,  1957),  K.Mundi  (1955),  Q.F.Babuşkin  (1959,  1964), 
İ.A.Andreyev  (1964),  A.M.Şerbak  (1960),  K.A.Xacıolova  (1970), 
A.A.Yuldaşev  (1976-1977),  M.  İ.  Çeremisina  (1977,1999,2000,2001), 
Y.İ.Korkina  (1983,1985),  N.E.Hacıəhmədov  (1984),  İ.A.Nevskaya  (1986), 
L.Yoxanson  (1988), V.Əliyev  (1989),  Q.R.Abdullina  (2009),  A.V.Qatıpova 
(2009)  L.M.Xasanova  (2010),  V.İ.Rassadin  (2012),  L.M.Ulmezova  (2011), 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
356 
 
V.Q.Kondratyev  (1990),  M.Uğurlu  (1996,2000),  M.Onər  (1999,2007), 
B.Yücəl  (2000),  A.Aktaş  (2001),  Q.Gülsevin  (2002,2010),  Y.Arıkoğlu 
(2004),  A.Karadoğan  (2004),  N.Bayraktarın  (2004)  və  başqalarının  bir  sıra 
elmi məqalələrində işıqlandırılmışdır. 
V.Əliyevin Azərbaycan dilində feilin təsriflənməyən formalarının təd-
qiqinə həsr edilmiş doktorluq dissertasiyasını (V.H.Əliyev, Bakı, 1989) və 
onun “Azərbaycan dilində feili bağlama” (1989) adlı dərs vəsaitini xüsusi 
olaraq  qeyd  etmək  lazımdır.  Həmin  mənbələrdə  Azərbaycan  dilində  feili 
bağlama formalarının ümumnəzəri və spesifik xüsusiyyətləri müəyyənləşdi-
rilmişdir.  
Məlumdur ki, feili sifət formaları bir sıra spesifik əlamətlərə malik-
dir və həmişə xüsusi şəkilçilərlə yaranır.  
Türkoloji ədəbiyyatda bəzi tədqiqatçılar feili bağlama şəkilçilərini 
sözdüzəldici  şəkilçilər  adlandırırlar,  başqaları  isə  formadüzəldici 
şəkilçilər hesab edirlər.  
Y.D.Canmavov  və  İ.P.Pavlov  feili  bağlama  şəkilçilərini  formadü-
zəldici şəkilçilərə aid edirlər [8, s.2].  
N.A.Baskakovun  fikrincə:  Feili  bağlamalar  xüsusi  sözdüzəldici 
şəkilçilərin birləşməsi vasitəsilə yaranır [1, s.460].  
Biz həmçinin bu nöqteyi-nəzərlə razılaşır və feili bağlama şəkilçilə-
rini formadüzəldici şəkilçilərə, yəni sözün sintaktik işlənməsi ilə bağlı ol-
mayan müxtəlif qrammatik formalar yaradan şəkilçilərə aid edirik.  
Bir qayda olaraq, feili bağlamalara başqa hərəkəti aydınlaşdıran kö-
məkçi hərəkət ifadə edən feilin dəyişməyən forması kimi baxılır. M.Aska-
rova, A.M.Şerbak, N.P.Dırenkova, İ.P.Pavlov, A.Tursunov və başqaları bu 
fikiri  bölüşürlər.  Türk  dillərində  feili  bağlamaların  təsviri  dəyişməz  forma 
kimi, bir sıra linqvistlərin əsərlərində tənqidə məruz qalmışdır.  
Bu cür fikir mülahizəsi, bizim nöqteyi-nəzərimizlə, türk dillərində feili 
bağlamaların mahiyyət və mənasını tam açmır. Bu tərifi müasir türk dillə-
rində feili bağlamalara aid etmək olduqca müşküldür.  
Türk  dillərində  feili  bağlamalar  tamamilə  feilin  dəyişməyən forması 
deyildir. Ayrı-ayrı türk dillərində bəzi feili bağlamaların şəxs və kəmiyyət 
şəkilçilərini qəbul etmələri faktlarının təzahür etməsi bizi bu nəticəyə gətirir.  
Yakut dilində feili bağlamaların şəxs və kəmiyyət  şəkilçilərini qə-
bul  etməsi  feili  bağlamaların  dəyişməsi  barədə  faktdır.  Müasir  yakut 
dilində doqquz feili bağlamadan yalnız -bıtınan və -bıçça şəkilçili ikincili 
feili bağlamalar şəxs şəkilçiləri qəbul etmir. Bu cür hallara başqa müasir 
türk  dillərində  də  rast  gəlmək  mümkündür:  məsələn,  qaraçay  –  balkar 
dilində келгенлейинче (kelqenleyinçe)- yalnız sən bura gəlincə [9, s.79]; 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
357 
 
özbək  dilində ёзгунимча (yozqunimça) -hələ  mən  yazmayınca;  türkmən 
dilində  -qelyençem  -mən  gəlməyincə  [4,  s.  414-417];  tula  dilində 
kelqijemçe – mən gəlməyincə.  
Qeyd  edək  ki,  bir  sıra  türk  dillərində  feili  bağlama  formaları  hal 
şəkilçilərini  qəbul  edirlər.  Belə  hallar  başqırd,  qumıq,  tuva  və  başqa 
dillərdə müşahidə olunur. Məsələn, başqırd dilində kıytkastan –ğаs, -qəs; - 
каs, - кəs, - gedərkən; tuva dilində -kelqeşte, -kelqeşten  -gələrkən; qumuq 
dilində -  aytqınçadan berli – sən danışandan bəri və s. göstərmək olar.  
 Türkiyə türkcəsində -  (у)  alı
2
  beri qoşması ilə  işləyərkən  çıxışlıq 
halın şəkilçilərini qəbul edə bilər. Məsələn, ben mektubunuzu alalı (dan) 
beri  iki  hafta  oldu  –  Sizin  məktubu  alandan  sonra  iki  həftə  keçib. 
A.N.Kononov  qeyd  edir  ki,  qədim  osman  mətnlərində  -  (y)  alı
2
şəkilçili 
feili bağlamalar çıxışlıq halında beri qoşmasız işlənir [5, s. 481]. 
Bu hal XIV-XIX əsr Azərbaycan dilinin yazılı abidələrində də müşa-
hidə  olunur.  Məsələn,  XIV  əsrin  görkəmli  Azərbaycan  şairi  Nəsiminin 
əsərlərində -alı/-əli şəkilçili feili bağlama forması çıxışlıq halın -dan/-den 
şəkilçiləri ilə işlənir. Misal üçün: Saçların düşəlindən bədri-zülfün tabına; 
Ey latə tapici sənə eyb etməzəm nədən; düşəlidən – düşərək [6, s. 16]. 
Türk dilinin Rizə dialektində -arak/-erek şəkilçili feili bağlamaların 
həm çıxışlıq, həm də yerlik halların şəkilçiləri ilə işlənməsi halları qeydə 
alınmışdır.  Misallar:  “gelu,  diyor,  şindi  nerdeyse,  diyerekten  buni  nasi 
duydisamiktat diyanamadi ...; Bindi, bi şey yaptı, bi marifet yaptı, kuşlar, 
bağladi  attina  ustine  et  kodi  falan  diyerekte...  [12,  s.  267];  Tek-tek 
basaraktan,  bade  süzerekden,  ince  dizerekten,  gel  yarim,  gel  aman; 
diyerekte-deyərək, süzerekten-süzərək [11, s. 431]. 
Birincili feili bağlamaların hal şəkilçiləri ilə birləşməsi faktı türk dillə-
rinin dialekt və şivələrində, həmçinin xalq-danışıq dilində daha çox qeydə 
alınmışdır. Misallar: Qızarıfdan yerə keçmərsən, hələ üzümə də baxersan? – 
Qızarıb yerə keçmirsən, hələ üzümə də baxırsan?[10, s. 98-99]. 
Türk dillərində feili sifətlərin tədqiqinə ötən əsrin 50-ci illərində baş-
lanmışdır. Bu müddət ərzində türkoloqlar feili sifətlərin əsas morfoloji xüsu-
siyyətlərini, sintaktik quruluşunu tədqiq etmişlər. Müasir türk dillərində ək-
sər feili sifət formalarının təsnifatı aparılmış, etimologiyası aşkar edilmişdir.  
Buna  baxmayaraq  türkoloqlar  hələ  də  türk  dillərində  feili  sifətlərin 
qrammatik  xüsusiyyətlərinin  öyrənilməsinə  eyni  yanaşma  işləyib  hazırla-
mamışlar.  Hər  ehtimala  qarşı  bu,  türk  dillərində  feili  sifət  formalarının 
funksional-semantik  əlamətlərinin  spesifikasının  interpretasiyası  zamanı 
müxtəlif yanaşmalardan istifadə etməklə bağlıdır. Bununla birlikdə, ümu-
mi  dilçilikdə  sintaksisin  əsas  ideya  və  konsepsiyalarının  elmi  cəhətdən 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
358 
 
dəqiq  tədqiq  edilməməsi  həmçinin  qohum  dillərdə  kondisiya  hallarının 
yanlış  izahına səbəb olur.  
Türk dillərində feili sifətlər daha çox aşağıdakı istiqamətlərdə tədqiq 
olunur: modal,  zaman formaları və feilin şəkilləri tədqiq edilərkən; təsadüfi 
yaranan  feil  və  feili  sifət  formalarının  tədqiqi  zamanı;  xüsusilə  mürəkkəb 
cümlənin təhlili zamanı sintaksis tədqiq edilərkən.  
V.V.Vinoqradovun fikrinə görə, feili sifətlər mürəkkəb törəmədir. 
Belə ki, onda “iki ünsür” – sifət və feil toqqaşır. Özünün iki tərəfə meyilli 
olduğuna  görə,  feili  sifət  dilin  sintaktik  quruluşu  nöqteyi-nəzərindən  xeyli 
tez uzlaşandır. 
Türkologiyada  feili  sifətlərin  öyrənilməsinə  ayrılıqda  çoxlu  tədqiqat 
işləri  və  türk  dillərinin  qrammatikalarında  bölmələr  həsr  edilmişdir.  Mə-
sələn,  A.N.Kononov,  A.A.Axundov,  V.İ.Aslanov,  T.İ.Hacıyev,  Q.Ş.Ka-
zımov, V.H.Əliyev, İ.B.Kazımov, A.M.Cavadov, A.V. Tanrıverdi, B.A.Xəl-
ilov,  R.Ə.Rüstəmov,  S.Ə.Abdullayeva,  B.A.Serebrennikov,  L.A.Pokrovs-
kaya,  L.N.Xaritonov,  A.M.Şerbak,  D.M.Hasilov,  P.İ.Kuznetsov, 
V.Q.Quzev,  D.Q.Tumaşeva,  İ.A.Andreyev,  N.A.Baskakov,  R.İ.Baysurina, 
M.Z.Jamyanova,  L.A.Şamina,  Q.Q.Filippov,  A.R.Anderxil,  F.Y.Yusupov, 
M.İ.Çeremisina,  V.Q.Kondratyev,  C.M.Xanqişiyev,  S.N.Abdullayev, 
U.B.Əliyev,  S.N.İvanov,  V.H.Quliyev,  K.M.Meliyev,  H.İ.Mirzəyev, 
S.J.Musayev,  Ş.Ç.Sat,  A.Z.Abdullayev,  Z.İ.Budaqova,  A.A.Quliyev, 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin