Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə5/41
tarix12.12.2019
ölçüsü1,8 Mb.
#29906
1   2   3   4   5   6   7   8   9   ...   41
Dilcilik-institutunun-eserleri-1-2018


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
51 
 
meydana  çıxmasında  ildırım    və  ya  şimşəyin  parlaması,  işıldaması 
əhəmiyyətli  rol  oynamışdır.  Başqa  sözlə  desək,  ildırım  və  ya  şimşəyin 
daima  parıltı  effekti  ilə  assosasiya  yaratması  şaqı-  feilinin  həm 
“şaqqıldayaraq  yuxarıdan  (göydən)  enmək”,  həm  də  “parıldamaq  ” 
mənalarının  formalaşmasına  təsir  göstərmişdir.  Daha  sonra  bu  söz 
məcaziləşərək başqa əşyalara da aid edilmiş, Azərbaycan dilindəki şığı-
“çox  böyük  sürətlə  yuxarıdan  aşağı    enərək  hədəfə  hücum  etmək  , 
üzərinə atılmaq”mənası meydana çıxmış və eyni kökdən yaranmış şaxı- 
və  şığı-  feillərində  semantik  diferensiallaşma  baş  vermişdir.    Bütün 
bunları nəzərə alaraq, misradakı şaqı- feilini “şığımaq, çox böyük sürətlə 
yuxarıdan aşağı  enərək hədəfə hücum etmək , üzərinə atılmaq” şəklində 
izah etmək lazım gəlir:Arı gölüŋ ördügin şaqıyub alan... “Təmiz (duru) 
gölün ördəyini şığıyıb alan...” 
      5. Qıya üyigə/ öykə dib yürürkən tartub üzən . Bu  misranı M. 
Ergin Kaba üyge dip yorır - iken tartup üzen, O.Ş. Gökyay Kaba üyge 
dip yürir iken tartup üzen ,  H. Araslı Qaya öykə dib yürürkən tutub üzən 
,  F.  Zeynalov-S.  Əlizadə  Qaba  öykə    dib  yürürkən  tartub  üzən,  Ş. 
Cəmşidov  Qaba  öynə-  deyib  yürəgin  dartub  üzən  ,  S.  Tez can  -  H. 
Boescoten  Kaba  ümge  dıb  [dıb]  yöririken  tartup  üzen  ,  A.  Schmiede 
Kaba evine deyip yürürken tönüp üzen, S.Özçelik  Kaba ümge dıp [dıp] 
yöririken  tartup  üzen,  M.  S.  Kaçalin  Kaba  ivik  dıp  dıp  yürürken  tartıp 
üzen    şəklində  oxumuşlar.  M.  Ergin  mətndə  üyge  kimi  verdiyi  sözü 
“İndeks - Gramer” bölümündə sual işarəsi ilə “üveyke (üyge, ivike ?) bir 
kuş;  üveyik  kuşu,  (veya)  ibibik  kuşu,  (veya)  baykuş”  şəklində  izah 
etmişdir  (9,  s.  307).  Müəllif  sözün  ilkin  formasını  düzgün  bərpa  edə 
bilməsə  də,  onun  quş  adları  arasında  verdiyi  “üveyik  kuşu”  mənası 
doğrudur.  “Bayquş”  mənasını,  görünür,  o,  tarixən  bir  sıra  yazılı 
abidələrdə  işlənmiş  ﯽﮐواügi  “baykuş  cinsinden  olan  puhukuşunun  bir 
çeşidi” sözünə əsasən ehtimal şəklində irəli sürmüşdür  (19,VI, s. 4059 - 
4060).  Lakin  imla  cəhətdən  bu  sözü  mətndəki  yazılışla  eyniləşdirmək 
mümkün  olmadığı  kimi,  semantik  cəhətdən  də  misranın  ümumi 
məzmununa  uyğunlaşdırmaq  çətindir;  bayquş  gecə  həyatı  keçirən  bir 
quşdur,  qartalın  gecə  vaxtı  onu  ovlaması  imkansız  kimi  görünür. 
Abidədəki    ﮫﮑﯾ  واyazılışı  iki  ehtimalı  göz  önünə  gətirir:  1.  Qrafik 
kompleksi yazıldığı kimi – üveyik +ə şəklində oxumaq. Bu halda tarixən 
ügeyik “çöl göyərçini” şəklində olan sözün müasir türk dilindəki üveyik 
fonetik variantını əsas götürmək lazım gəlir. V. V. Radlov bu sözü ﮏﯿﮐوا 
və  ﮏﯾوا  şəkillərində  verir  (21,    I,  2,  s.  1911).  Lakin  “Kitabi-  Dədə  
Qorqud”la eyni dövrə aid başqa Oğuz abidələri üçün söz ortasında  g > v 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
52 
 
fonetik  əvəzlənməsini  xarakterik  xüsusiyyət  hesab  etmək  bir  qədər 
çətindir.  Dastanda  da  bu  tipli  fonetik  əvəzlənməyə  aid  heç  bir  nümunə 
yoxdur. 2. Sözün yazılışında diqqətsizliyə yol verilmiş, katib ﮏﯿﮐوا kimi 
yazmalı olduğu sözün tərkibindəki iki ک [kəf] hərfindən birini yazmağı 
unutmuşdur.  Sonuncu  ehtimal  bizə  daha  inandırıcı  görünür.  “Tarama 
Sözlüğü”ndə  ﮏﯿﮐوا qrafik kompleksi ögeyik şəklində oxunmuş və XVI 
əsrə  aid  iki  lüğətə  istinadən  onun  farsca  faxtə  “çöl  göyərçini”  sözünün 
türkcə qarşılığı olduğu nümunələrlə təsbit edilmişdir (19, V, s. 3057). K 
samiti  ilə  bitən  sözə  yönlük  hal  şəkilçisi  artırıldıqda  iki  sait  arasında 
cingiltiləşmə  baş  verdiyini  nəzərə  alaraq  abidədəki  ﮫﮑﯿﮐوا  formasını 
ügəyigə  kimi  oxumaq  lazım  gəlir.  ﺎﯿﻗ  qrafik  kompleksini  qıya,  ﺐﯾد 
yazılışını isə deyüb şəklində transliterasiya edərək sonuncu sözü ügəyigə 
sözündən  əvvələ  keçirdikdə  misra  məntiqi  və  qrammatik  cəhətlərdən 
anlaşıqlı  şəklə  düşür:  Qıya  deyüb  ü[g]əyigə  yürürken  tartub  üzen 
“Qıyya  çəkib  çöl  göyərçininə  hücum  edərkən  dartıb  üzən”.  Qıya  söz ü 
Azərbaycan dilində qıy vurmaq, qıy qoparmaq, qıy çəkmək, qıyyaçəkmək 
birləşmələrinin  tərkibində  “qışqırmaq,  bağırmaq,  uca  səslə  səslənmək” 
mənası  ifadə  edir.  Qıy  vurmaq  ifadəsi  daha  çox  qartalla  bağlı  olaraq 
işlədilir. Mətndəki qıya demək ifadəsi qıy vurmaq ifadəsinin sinonimidir. 
Qıy  və  qıyasözləri  səs  təqlidi  mənşəlidir.  Bizim  bərpa  etdiyimiz    Qıya 
deyüb  ü[g]əyigə  yürürkən  tartub  üzən  misrasında  qartalın  qıyya  çəkib 
çöl göyərçininə hücum edərkən nəyi dartıb üzdüyü məlum olmur. Buna 
görə  də  tartub  üzən  ifadəsindən  əvvəl  mətnə  boğazın  sözünü  də  əlavə 
etmək lazım gəlir: Qıya deyüb ü[g]əyigə yürürkən[boğazın] tartub üzən. 
     6. Qarıncuğı ac olsa qalqub uçan 
    7. Cümlə quşlar sultanı çal - qara quş 
    8.  Qanadıyla  saqsağana  kəndüzin  şaqıdurmı?  Bu  misra 
soylamanın  ən  çox  mübahisələrə  səbəb  olan  hissələrindən  biridir. 
Misradakı    ﮫﻠﯾ  د  ﺎﻨﻗ  yazılışını  əksər  naşirlər  kanadı-y-ile  /  kanadıyıla  / 
qanadıyla/ qanadilə “qanadıyla”şəkillərində transliterasiya etmiş və onu 
qanad söz kökündən, ı mənsubiyyət şəkilçisi və ilə qoşmasından ibarət 
forma  kimi  izah  etmişlər.  Həmin  sətri  V.  V.  Bartold  “Разве  даст  он 
ударить  себе  крылом  сороке?”  şəklində  çevirmiş  (4,  s.  69), 
müasirləşdirdikləri mətnlərdə  M. Ergin “Kanadıyla saksağana kendisini 
bağırtır mı?” (10, s. 134), O. Ş. Gökyay “Kanadıyla saksağana kendisini 
şakıdır mı?” (13, s. 114), F. Zeynalov- S. Əlizadə “Özünü heç sağsağana 
vurdurarmı?”(30, s. 188) kimi vermişlər. Ş. Cəmşidov bir qədər əlahiddə 
mövqe  tutaraq  adi  qrafik  -  fonetik  yazı  prinsiplərinə  məhəl  qoymadan 
sözü  qanadı  ala  şəklində  oxumuşdur    (6,  s.  371).  Bu  oxunuş  variantı 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
53 
 
qətiyyən  mümkün  deyil,  çünki  ala  sözü  əlif’lə  yazılır,  mətndə  isə  lam 
hərfindən əvvəl yə hərfi vardır. Sözün qanadıyla şəklində oxunuşunu isə 
məntiqi  cəhətdən  izah  etmək  çətindir:  Bu  halda  cümlə  ya  qartalın  öz 
qanadıyla və ya saqsağanın qanadıyla özünü şaqıtması şəklində anlaşıla 
bilər ki, bunların heç birisini normal məntiqə  sığdırmaq mümkün deyil. 
S.  Tezcan  bütövlükdə  bu  cümlə  haqqında  yazır:  “Drs.  96a.  12’de 
kanadıyıla ya da kanadıla okunacak biçimde yazılmış olan sözcüğü Ergin 
ve Gökyay “kanadı ile ” anlamına kabul etmişlerdir. Anlam veremediğim 
için bu yorumu şüpheli sayıyorum. Burada bir kuş adı olması gerekirdi; 
anlaşılmamış bu yüzden değiştirilmiş olabilir: “ka... (kuşu) ile saksağanın 
saldırısına uğratır mı kendisini?” (26,s. 262). S. Özçelik isə M. Ergin və 
O.  Ş.  Gökyayın  oxunuş  variantlarını  doğru  hesab  edərək  bu  fikrə  qarşı 
çıxır:  “S.  Tezcan’ın  belirttiği  yerde  (kanadıyla  yerine)  bir  kuş  adının 
bulunması gerekmez” ( 20, s. 224). Fikrimizcə, S. Tezcan haqlıdır. Bunu 
da  xatırladaq  ki,  S.  Tezcandan  bir  neçə  il  əvvəl  (1999  cu  ildə)  çap 
etdirdiyimiz  bir  məqalədə  qanadıyla  şəkilində  oxunmuş  sözü  biz 
qanadilə  /  qonadilə  (qanadil  /  qonadil  “qutan  quşu”+yönlük  hal 
şəkilçisi)  kimi  oxumuş  və  müvafiq  abidələrdən  gətirdiyimiz    faktlarla 
etimologiyasını müəyyənləşdirməyə çalışmışdıq  (29, s. 279 – 281). Bu 
gün də biz vaxtilə qonadilin quş adı olması haqqında söylədiyimiz fikrin 
doğru  olduğu  qənaətindəyik.  Misrada  qonadil  sözünü    quş  adı  və 
saqsağana  sözüylə  eyni  sintaktik  vəzifədə  işlənən  həmcins  tamamlıq 
kimi  qiymətləndirmək  daha  məntiqli  görünür.    Konadil  quş  adı  M. 
Osmanovun 1883-cü ildə Sankt-Peterburqda nəşr etdirdiyi “Ногайские и 
кумыкские  тексты”  (“Noqay  və  kumık  mətnləri”)  adlı  əsərində  keçir.  
Edige dastanının noqay variantında işlənmiş bu sözün qarşısında müəllif  
“hansısa  bir  quş”  izahını  vermişdir  [Каракаев  Ю.  И.  Языковые 
особенности  героического  эпоса  “Предание  о  Тохтамыш  хане”  (на 
материале  М.  Османова,  www.turkolog.narod.ru].  Fikrimizcə,  bu  söz 
etimoloji  və  semantik  cəhətlərdən    “Qutadgu  bilig”də  işlənmiş  konday  
sözü ilə bağlıdır: Kuğu konday ersə ya turna yuğak / Ya toy tut ya yügdik 
ya todlıc ya kak / Kalıkta uçuğlı kara kuş yorı / Seningdin keçümez aya 
kök böri “Qu, konday, durna, yuğak/ Yaxud  toy quşu, yügdik, dodlıc və 
qaz / Havada uçan qaraquş yürüyərkən / Səndən yan keçə bilməz, ey boz 
qurd”  (QB,  5377-5378).  Maraqlıdır  ki,  konday  sözünə  yalnız  Herat 
nüsxəsində təsadüf edilir. Abidənin Namanqan nüsxəsində həmin sözün 
yerində  korday  forması  durur.    Bu  söz  M.  Kaşğarlı  divanında  da 
işlənmişdir. B. Atalay nəşrində söz “kuğu kuşu; kuğu kuşu cinsinden bir 
kuş”  şəklində,  “Qədim  türk  lüğəti”ndə  isə  “qutan  quşu”  kimi  izah 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
54 
 
olunmuşdur (17, İndeks, s. 346; 7, s. 458). Bizcə, “Qədim türk lüğəti”ndə 
verilmiş məna doğrudur. Mətndən göründüyü kimi korday və kuğu fərqli 
quşlardır:  Korday  kuğu  anda  uçup  yumğın  öter  “Orada  qutanlar,  qu 
quşları uçar və birlikdə ötərlər” (7, s. 458) . “Qutadgu bilig”də işlənmiş 
konday  sözünü V. V. Radlov da “hansısa bir quş” şəklində izah etmişdir 
(21. II, 1,s. 544 ). “Qədim türk lüğəti”nin tərtibçiləri konday və korday 
formalarının  hər  ikisini  doğru  olaraq    “qutan  quşu”  mənasında  izah 
etmişlər  (7,  s.  455,  458).  Qonday  /  konday  və  qonadil  /  qanadil 
formalarında  qon  /  qan  kökünü  fərqləndirmək  mümkündür.  Bu  söz 
kökünə  bir  sıra  başqa  quş  adlarında  da  təsadüf  edilir:  karaçay-balkar. 
kangaz “qu quşu”, L. Budaqov.  qan-kərə “qartal” (monqolca xan-kerey 
“qu quşu”), yakut. xoŋor “qaz; Sibir qazı” və s. Fikrimizcə, buradakı qon 
/ qan forması rəng anlayışı bildirir: (tünd-sarı (?). Həmçinin qon kökünün 
birbaşa  qonur  sözü  ilə  bağlılığı  ola  bilər.  Qonadil  sözündəki  -dil 
şəkilçisini  qonday  sözündəki  -day  hissəciyi  ilə  müqayisə  etmək 
mümkündür. -Tay / -day şəkilçisi bir şeyin (və ya əlamətin) mövcudluğu , 
aidliyi  mənasında  -lıq  /  -lik  şəkilçisinin  məzmununu  ifadə  edir  (18,  s. 
113) .  - Dil şəkilçisinin də bu şəkilçilərlə eyni mənalı şəkilçi olduğunu 
təxmin  edirik.  Həmin  şəkilçiyə  ı  Q.  Bürhanəddin  divanında  və 
Azərbaycan  dilinin  Qazax  dialektində  (2,  s.  36)quş  adı  kimi  işlənən 
anadil  sözündə  də  təsadüf  edilir  :  Anadildür  tanux  inanmaz  isən  /  Ki 
düşdi  eşqün  ilə  dər  ana  dil  (Q.Bürhaneddin,  s.302);  Anadil  gülşən  içrə 
çağırurlar  /  Ki  düşmişdür  yenə  əndər  ana  dil  (Q.Bürhaneddin,  s.  463).  
Edige dastanının noqay variandında Nuradil şəxs adı keçir. Çox güman 
ki,  həmin  şəxs  adı  da  etimoloji  cəhətdən  quş  adı  ilə  bağlıdır.  Bütün 
bunlara  əsasən  qonadil  sözünün  mətndə  “qutan  quşu”  mənasında 
işləndiyini  güman  edirik.  Əlavə  edək  ki,  qutan  quşu  “uzun  və  nazik 
boğazlı, gödək qıçlı, uzun dimdikli, ayaqları enli və pərdəli bir quşdur” 
(3,  I,  s.  588).  Qutan  quşunun  qartalla  müqayisə  olunmasını    başqa 
abidələrdə, o cümlədən Velyaminov- Zernovun XIX əsrdə çap olunmuş 
“Çağatayca-türkcə  lüğət”ində  də  müşahidə  etmək  mümkündür:  Qutan 
saka kuşına derler: Kutanın ulı kuş ara sanı var / Veli sungur alıda ni 
canı  var?  “Qutan  quşunun  böyük  quşlar  arasında  şöhrəti  var  /  Ancaq 
sungur  quşunun  qabağında  onun  nə  canı  var?”  (21,  II,  1,s.  607). 
Beləliklə, qonadil “qutan quşu” şəklində müəyyənləşdirdiyimiz  formanı 
mətnə  daxil  etməklə  cümlə  aşağıdakı  kimi  səslənir:  Bütün  quşların 
sultanı çal-qara quş / Qonadilə, saqsağana kəndüzin şaqıdurmı? “Bütün 
quşların sultanı qartal / Özünü qutana, sağsağana şığıdarmı?” 
9. Alp yigitlər qırış güni qarımından qayururmı? – dedilər. 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
55 
 
Misradakı  qırış  sözü  “döyüş”  mənasında  olub,  qır-  feilindən 
törənmişdir: Müq. et: döy+üş. Söz eyni mənada D. 231-8, 231-13, 269-6-da 
da işlənmişdir.  
Mətndə ﻢﯾﺮﻗşəklində yazılmış növbəti formanı Azərbaycan naşirlərinin 
hamısı  qırım,  türk  naşirləri  isə  karım  “rəqib,  düşmən”  kimi  oxumuşlar. 
Həmin formanın qırım şəklində oxunması özünü doğrultmur. Çünki: 1) qır- 
feilindən “rəqib, düşmən” mənalı qırım sözünün yaranması semantik cəhət-
dən mümkün deyil; 2) söz Vatikan nüsxəsində bütün hallarda ilk hecada 
fəthə  ilə  hərəkələnmişdir  və  bunu  yalnız  qa  hecası  kimi  oxumaq 
mümkündür; 3) söz Drezden nüsxəsində iki yerdə- D. 58 və D. 205-də ğ 
(ğayn) hərfi ilə yazılmışdır. Bu, onu göstərir ki, söz ərəb mənşəlidir; türk 
mənşəli  sözlər  heç  bir  zaman  ğayn  hərfi  ilə  başlanmır.  Buna  görə  də 
həmin yazılışı qarım kimi oxumaq  lazım  gəlir. Belə  bir  cəhəti də  qeyd 
edək ki, قvə غhərfləri ilə başlanan ərəb mənşəli sözlərin ilk hecası adətən 
Azərbaycan  dilinin  spesifik  xüsusiyyətlərinə  uyğunlaşdırılaraq  qə- 
şəklində  transliterasiya  edilir:  qədəh,  qədəm,qəm,  qələbə  və  s.    Lakin 
sonrakı  sözlə  (qayururmı)  alliterasiyanı  (qa  hecasının  yanaşı  gələn 
sözlərdə təkrarını) nəzərə alaraq biz  bu formanı qərim kimi deyil, qarım 
kimi oxumağı daha münasib hesab edirik. Həmin söz ərəb dilində مر◌غ
َ ِ َ  
[ğarımə]  “1.  ödəmə  (vergi,  cərimə);  2.  ziyana  düşmək,  zərər  eləmək” 
kökündən  olub  ﻢﯾر◌غ
ْ ِ َ   şəklində  “rəqib,  düşmən”  mənasında  işlənir.  Söz 
eyni mənada Drezden nüsxəsində 15 dəfə qaf hərfi ilə, 2 dəfə ğayn hərfi 
ilə  yazılmışdır:  Qara  polad  öz  qılıcı  çalmayınca  qarım  dönməz  (D.  3); 
Haman  burada  Qazan  at  meydana  sürdi,  qarım  dilədi  (D.  286);  Mən 
qarımuma varmadın ol maŋa baş gətürmək gərək (D. 81); Oğlan babasına 
muştuçı göndərdi, qarımum aldum dedi (D. 252); Alp ərənlər qarımından 
qayururmı olur? (D. 181). Burada Selcən xatun at saldı, qarımın basdı, 
qaçanın  qovmadı,  aman  deyəni  öldürmədi  (D.  194);  Yayxan  keşiş 
oğlından oğlı toğar, biz anı saŋa ğarım qoruz,- dedilər (D. 58); ... ğarıma 
yetdügində kimsin deyü sormayan Qıyan Səlcük oğlı Dəlü Tondar sənüŋ 
ilə bilə varsun, -dedi (D. 205) və s. Söylədiklərimizə əsasən igidlərinin 
Qan  Turalı  haqqında  söylədiyi  soylamanın  bərpa    edilərək  aşağıdakı 
şəkildə oxunmasının daha doğru olacağı qənaətindəyik: 
Yigitləri  Qan  Turalıyı  ögüb  soylamış,  görəlüm,  xanım,  nə 
soylamış:  
1.Qab qayalar başında yuva tutan 
2. Qadir, ulu taŋrıya yaqın uçan 
3. Ağırmancılıq  taş[ın]dan qatı ğızıldayub enən 
 4. Arı gölüŋördügin şaqıyub alan 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
56 
 
5. Qıya deyüb ü[g]əyigə yürürkən[boğazın] tartub üzən. 
6. Qarıncuğı ac olsa qalqub uçan 
7. Cümlə quşlar sultanı çal-qara quş 
8. Qonadilə, saqsağana kəndüzinşaqıdurmı? 
9.  Alp  yigitlər  qırış  güni  qarımından  qayururmı?  –  dedilər  (D. 
188). 
İgidləri Qan Turalını öyüb söyləmişlər, görək, xanım, nə demişlər: 
“Dik və sıldırım qayaların başında yuva quran
Qadir, ulu tanrıya yaxın uçan, 
Ağır mancanaq daşından möhkəm qıjıldayıb enən, 
Duru gölün ördəyini şığıyıb alan, 
Qıy vurub çöl göyərçininə hücum edərkən dartıb boğazını üzən, 
Qarnı ac olsa, qalxıb uçan, 
Bütün quşların sultanı qartal 
Qutan quşuna, sağsağana özünü şığıdarmı? 
Aip igidlər döyüş günü rəqibindən qorxub çəkinərmi?”-dedilər . 
 
 
                                                   ƏDƏBİYYAT: 
 
1. 
Araslı  H.  Kitabi - Dədə Qorqud. Azərbaycan Dövlət Nəşriyyatı, 
Bakı,  1962. 
2. 
Azərbaycan dilinin dialektoloji lüğəti. Azərbaycan EA nəşriyyatı, 
Bakı, 1964. 
3. 
Azərbaycan dilinin izahlı lüğəti. IV, “Elm”, Bakı, 1987. 
4. 
Бартольд  В.В.  Книга  моего  Деда  Коркута.  Изд.  -  во  АН 
СССР, М. - Л.:  1962. 
5. 
БудаговЛ.З.  Сравнительный  словарь  турецко  -  татарских 
наречий, I, Санкт-Петербург, 1869; II, 1871. 
6. 
CəmşidovŞ.  Kitabi - Dədəm Qorqud. Elm, Bakı, 1999. 
7. 
Древнетюркский словарь. “Наука”, Ленинград, 1969. 
8. 
Ergin  Muharrem  .  Dede  Korkut  Kitabı,  I,  Giriş  -  Metin  - 
Faksimile, Türk Tarih Kurumu Basımevi, Ankara,1958. 
9. 
Ergin Muharrem . Dede Korkut Kitabı,II, İndeks - Gramer. Türk 
Tarih Kurumu Basımevi, Ankara,1963. 
10. 
 Ergin  Muharrem  .  Dede  Korkut  Kitabı.  Boğaziçi  Yayınları, 
İstanbul, 1995. 
11. 
 Этимологический  словарь  тюркских  языков,  I,  “Наука”, 
Moсква,1974. 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
57 
 
12. 
Этимологический словарь тюркских языков. V, Издательство 
РАН, Moсква,1997. 
13. 
Gökyay Orhan Şaik.  Dede Korkut Hikayeleri. 4. Baskı, Dergah 
Yayınları, İstanbul,1995. 
14. 
Gökyay  Orhan  Şaik  .  Dedem  Korkudun  Kitabı.  Milli  Eğitim 
Basımevi, İstanbul, 2000. 
15. 
Kaçalin  Mustafa  S.  Oğuzların  Diliyle  Dedem  Korkudun  Kitabı.  
Kitabevi Yayınları, İstanbul, 2006.  
16. 
Каракаев  Ю.  И.  Языковые  особенности  героического  эпоса 
“Предание  о  Тохтамыш  хане”  (на  материале    М.  Османова,  www. 
turkolog.narod.ru 
17. 
Kaşgarlı  Mahmud. Divanü Lugat - it - Türk. Çeviren: B. Atalay , 
4. Baskı, Türk Dil Kurumu Yayınları, Ankara,1998. 
18. 
Котвич    В.    Исследование  по  алтайским  языкам,  Изд-во 
иностранной литературы, Москва, 1962. 
19. 
XIII  Yüzyıldan  Beri  Türkiye  Türkçesiyle  Yazılmış  Kitaplardan 
Toplanan  Tanıklarıyla  Tarama  Sözlüğü,  2.  Baskı,  Ankara:  Türk  Dil 
Kurumu Yayınları, 1996. 
20. 
Özçelik  Sadettin.  Dede  Korkut.  Araştırmalar  /  Notlar  /  Dizin  / 
Metin, Gazi Kitabevi, Ankara, 2005. 
21. 
Радлов В.  В.  Опыт словаря тюркских  языков. С.  Петербург, 
1893-1905. 
22. 
Ринчине А. Р. Краткий монгольско-русский словарь,  Изд-во 
иностранных и национальных словарей, Москва,1947. 
23. 
SchmiedeAhmedH. 
“Kitab- 
ı 
 
DedemKorkut” 
DestanlarınınDresdenNüshası, Türkiye Diyanet Vakfı Yayınları, Ankara, 
2000. 
24. 
Сравнительно-историческая  грамматика  тюркских  языков  
(морфология) ,“Наука”, Москва,1988. 
25. 
Şəhriyar  Məhəmmədhüseyn.  Divani-türki.  “Ozan”  nəşriyyatı, 
Bakı, 1997.  
26. 
Tezcan    Semih  .  Dede  Korkut  Oğuznameleri  Üzerine  Notlar.  1. 
Baskı, Yapı Kredi Yayınları, İstanbul, 2001. 
27. 
Tezcan  Semih  -  Boeschoten  Hendrik  .  Dede  Korkut 
Oğuznameleri. 1. Baskı, Yapı Kredi Yayınları, İstanbul, 2001. 
28. 
Тюркские языки. Изд-во “Наука”, Москва,1966. 
29. 
Zahidoğlu Vahid . “Kitabi - Dədə Qorqud”un leksikası haqqında 
bəzi  qeydlər  (III  məqalə)  //  Kitabi  -  Dədə  Qorqud  (məqalələr  toplusu), 
Elm, Bakı,1999. 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
58 
 
30. 
Zeynalov F. R.- Əlizadə S. Q. Kitabi - Dədə Qorqud, “Gənclik”, 
Bakı,  1988. 
Вахид  Адил Захидоглу 
Об одном стихотворном отрывке в рассказе Кан Турали 
«Китаби Деде Коркут» 
Резюме 
 
В  тексте  «Китаби  Деде  Коркут»,    встречаются  слова  и  некоторые 
отрывки,  которые  до  сих  пор  являются  объектом  научных 
дискуссий.  В  особенности,  они  привлекают  внимание  в 
стихотворных  отрывках  (сойлама).  В  некоторых  из  этих 
полустиший,  слова,  ввиду  невозможности  их  досконального 
изучения,  обозначены  вопросительным  знаком,  в  некоторых 
изданиях,  несмотря  на  наличие  искусственных  поправок  в  тексте, 
точные  научные  результаты  не  получены.  Принимая  во  внимание 
эти  особенности,  автор  статьи  берет  на  себя  смелость  исправить 
имеющиеся  в  наличии  описки,  дает  варианты  правильного 
прочтения слов, а так же, делает попытку восстановить логическую 
связь  между  предложениями  и  дать  более  точное  воспроизведение 
содержания одного из этих стихотворных отрывок. 
 
                                                                      Vahid Adil Zahidoglu 
On a fragment written in verse in “The Story of Gan Turali” 
in “The Book of Dada Gorgud” 
Summary 
 
        The  words  incorrectly  read  in  the  text  of  “The  Book  of  Dada 
Gorgud”  are  met  mainly  in  the  fragments  written  in  verse.  Some 
fragments  written  in  verse  in  “The  Story  of  Gan  Turali”  of  the  epic 
monument may be estimated as defective parts of such type. In majority 
of publications, these fragments were replaced with a question mark, as 
the researchers couldn't read them correctly or the text was supplied with 
considerations not having any relation with the text of the epos. Taking 
into  account  these  factors,  we  have  endeavored  to  determine  the  new 
correct reading version of a fragment in verse in that story and to restore 
the  structural  and  logical,  as  well  as  the  gramamtical  and  stylistic 
relations.  
 
 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
59 
 
Qətibə Quliyeva 
AMEA Nəsimi adına Dilçilik İnstitutu, 
filologiya üzrə fəlsəfə doktoru 
gatibevaqifkizi@yahoo.com 
 
 
Qədim uyğur mətnləri kontekstində xitabların  
üslubi-ekspressiv funksiyaları 
Açar sözlər: Xitab, qədim uyğur, türkologiya, üslubi-ekspressiv 
funksiya 
Ключевые  слова:Oбращение,  древнеуйгурских,тюркология, 
стилистически-выразительные функции 
Keywords:  Adresses,  Аncient  Uigur,  Turkology,  stylistic-
expressive functions 
 
Dilçilikdə  qrammatik  cəhətdən  cümlə  üzvləri  ilə  bağlı  olmayan 
sözlərdən  bəhs  edilərkən  cümlə  üzvlərindən  fərqli  olaraq,  cümlənin 
əmələ  gəlməsində  bilavasitə  iştirak  etməyən,  heç  bir  suala  cavab 
verməyən  sözlər  və  söz  qrupları  nəzərdə  tutulur  (1,  s.216).  Cümlənin 
qurulmasında  iştirak  edən  bu  ünsürlər  əsasən  fikrin  dəqiq  və  düzgün 
çatdırılmasına xidmət edir. Bunlara vokativlər, intonasiya ilə bağlı olan 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin