Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə4/41
tarix12.12.2019
ölçüsü1,8 Mb.
#29906
1   2   3   4   5   6   7   8   9   ...   41
Dilcilik-institutunun-eserleri-1-2018

Часть предложений, типы предложений на диалектах северной 
группы азербайджанского языка и элементы Кипчака в них 
Резюме 
 
Одной  из  наиболее  противоречивых  и  плохо  исследованных 
тем  диалектов  азербайджанского  языка  является  синтаксис 
диалектов.  В  этой  статье  рассматривается  синтаксические 
особенности  и  Кыпчакские  лингвистические  элементы  диалектов 
Северной  группы  азербайджанского  языка.  Здесь  также  показаны 
основные  части  предложений,  вторичные  части  предложений, 
совместимость  между  субъектом  и  предикатом,  а  также 
последовательность  слов  в  предложении,  особенности  междометия 
и восклицания и способы их использования на диалектах Северной 
группы  азербайджанского  языка  (Шеки,  Гах,  Загатала  и  Балакан 
частично в Огузе). Также в статье рассматривается некоторые виды 
предложений  -  вопросительные  предложения,  восклицательные 
предложения  и  как  вид  простых  предложений  -  не  персональные 
предложения,  неопределенное  личное  предложение,  общая  личное 
предложение на диалектах Северной группы. 
 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
43 
 
Konul Samedova 
 
Part of sentences, types of sentence in the North Group dialects 
of Azerbaijani language and and Kipchack elements in them 
Summary 
 
One of the most controversial and poorly investigated topics in the 
Azerbaijani  language  dialects  is  the  dialect  syntax.  İn  this  article  is 
investigated  syntactic  features  and  Kipchak  linguistic  elements  of  the 
North Group dialects of Azerbaijani language. Here also is shown main 
parts of sentences, secondary parts of sentences , compatibility between 
subject and predicate, as well as the sequence of words in the sentence, 
specific features of interjection and exclamations and ways of their use in 
in  the  North  Group  dialects  of  Azerbaijani  language  (Shaki,  Gakh, 
Zagatala,  and  Balakan  partly  in  Oguz).  Also  in  the  article  is  explored 
some kinds of sentences-interrogative sentences, exclamatory sentences, 
and  as  a  type  of  simple  sentences-  inpersonal  sentences,  indefinite 
personal  sentence,  common  personal  sentence  in  the  North  Group 
dialects. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
44 
 
Vahid Adil Zahidoğlu 
AMEA Nəsimi adına Dilçilik İnstitutu, 
filologiya üzrə fəlsəfə doktoru, dosent  
vahid.zahidoglu@rambler.ru 
 
 
“Kitabi- Dədə Qorqud”un “Qan Turalı boyu”ndakı bir 
soylama haqqında 
 
Açar sözlər:“Kitabi - Dədə Qorqud”, “Qan Turalı boyu”, soylama, 
yanlışlıqlar, düzəltmələr. 
Ключевые слова: Китаби Деде Коркут, сойлама, Кан Турали,  
неточности, поправки 
Key words:The Book of Dada Gorgud, “The Story of Gan Turali”, 
fragment written in verse, errors, corrections. 
 
Yazılı abidələrin,  o cümlədən də müxtəlif  tarixi dövrlərə aid yazılı 
dastanların  mətni  üzərində  aparılan  tədqiqatların  etibarlılığı  bu  və  ya 
digər  dərəcədə  həmin  abidələrin  müxtəlif  istiqamətlərdən  hərtərəfli 
araşdırılması ilə sıx şəkildə bağlıdır. Yazılı abidənin elmi-tənqidi mətni 
mətnşünaslıq, dilçilik, ədəbiyyat, tarix elmlərinin baxış bucaqları altında 
yaranmalı və hər bir leksik vahid etimoloji araşdırma süzgəci vasitəsilə 
yoxlamadan  keçirilməlidir.“Kitabi-  Dədə  Qorqud”un  elm  aləminə 
tanıdıldığı vaxtdan keçən 2 əsrə yaxın bir müddət ərzində dastanın mətni 
üzərində  səmərəli  tədqiqatlar  aparılmışdır.  Bu  müddətdə  abidənin  bir 
neçə müəllif tərəfindən ayrı - ayrılıqda elmi- tənqidi mətni hazırlanmış, 
sözlərin  oxunuşu  və  qüsurlu  mətn  parçalarının  bərpası  və  bütövlükdə 
mətnin struktur - semantik parametrlərinin dəqiqləşdirilməsi baxımından 
bir  çox  əhəmiyyətli  işlər  görülmüşdür  .  Lakin  bununla  belə,  abidənin 
mətnində  oxunuşu  və  mənası  mübahisə  doğuran  bir  sıra  sözlərə  və 
qüsurlu  mətn  parçalarına  bu  gün  də  təsadüf  edilməkdədir.  Bu  cəhətlər 
dastandakı  mənzum  parçalarda  (soylamalarda)  xüsusilə  nəzərə  çarpır. 
Bəllidir ki, nəzm hissələri çox hallarda dastanın rüşeym kimi yarandığı 
ilkin  dövrlərdə  ortaya  çıxır  və  sonralar  bu  nəzm  parçaları  ümumi  mətn 
daxilində  bir  növ  paylaşdırılır.  Bununla  əlaqədar  olaraq  dastan 
mətnindəki mənzum parçalar nəsr hissələrinə nisbətən daha qədim tarixi 
xüsusiyyətləri  özündə  əks  etdirir  və  onların  tərkibində  arxaik  sözlər  və 
qrammatik  formalar  uzun  müddət  dəyişilməz  şəkildə  qorunub  saxlana 
bilir.  Bu  qədimliyi  ,  ilkinliyi  bilavasitə  dastanın  semantik  -  qrammatik 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
45 
 
strukturunu,  təhkiyə  axarının  spesifik  xüsusiyyətlərinə  məxsus 
qanunauyğunluqları  müəyyənləşdirməklə  təsbit  etmək  mümkündür.  Bu 
xüsuslar  diqqətə  alınaraq  “Kitabi  -Dədə  Qorqud”un  “Qan  Turalı 
boyu”nda  keçən  və  yoldaşlarının  Qan  Turalı  haqqında  söylədikləri  bir 
soylama  sistemli  şəkildə  nəzərdən  keçirilmiş,    katib  xətalarının 
düzəldilməsinə, 
sözlərin 
düzgün 
oxunuş 
variantlarının 
və 
etimologiyasının  müəyyənləşdirilməsinə  cəhd  göstərilmiş,  cümlələr 
arasındakı  məntiqi  bağlılığın  bərpasına  və  bütövlükdə  soylamanın 
məzmununun  dəqiqləşdirilməsinə  çalışılmışdır.  Həmin  parça  abidədə 
aşağıdakı şəkildədir: 
 
Yigitləri  Qan  Turalıyı  ögüb  soylamış,  görəlüm,  xanım,  nə 
soylamış:  
1.Qab qayalar başında yuva tutan 
2. Qadir, ulu taŋrıya yaqın uçan 
3. Mancılığı ağır taşdan ğızıldayub qatı enən 
 4. Arı gölüŋördügin şaqıyub alan 
5. Qıya üyigə/ öykə dib yürürkən tartub üzən 
6. Qarıncuğı ac olsa qalqub uçan 
7. Cümlə quşlar sultanı çal-qara quş 
8. Qanadıyla, saqsağana kəndüzinşaqıdurmı? 
9.  Alp  yigitlər  qırış  güni  qarımından  qayururmı?  –  dedilər  (D. 
188). 
Göründüyü kimi, soylamanın əksər misralarında az anlaşılan və ya 
heç  anlaşılmayan bir - iki söz olsa da,  3- cü,  5- ci və 8- ci misralarda 
fikir  bütünlüklə  qarışıq  şəkildə  ifadə  olunmuşdur.  Buna  görə  də  biz 
soylamanın  bütün  misralarını  ayrı-ayrılıqda  nəzərdən  keçirməyi  daha 
münasib hesab etdik. 
1.Qab qayalar başında yuva tutan 
Nəşrlərdə  qap/qab  sözü  əksər  hallarda  “yüksək,  uca”  mənasında 
izah edilmişdir (F. Zeynalov-S. Əlizadə -“sərt”). Bu  məna, görünür ki, 
M.  Kaşğrlı  lüğətindəki  kapa  “qaba  və  yüksək  olan  hər  şey”  sözünə 
əsaslanır  (17,  III,s.  217).  KDQ-də  köksi  gözəl  qaba  dağ  ifadəsində  də 
qaba  sözünün  “yüksək”  mənasını  fərqləndirmək  mümkündür.  Lakin  o 
halda  nə  üçün  söz  qab/qap  şəklində  işlənmiş  olsun?  Qab/qap  söz ü 
abidənin  başqa  bir  yerində  də  işlənmişdir:    Qab  بﺎﻗqayalar  oynamadın 
yer obrıldı / Qarı bəglər ölmədin el boşaldı (D. 192). Fikrimizcə, hər iki 
nümunədə fonetik tərkib və mənaca eyni olan bu sözü  altaycada, V. V. 
Radlov və L. Budaqov sözlüklərində qeydə alınmış kapçal “dik, sıldırım” 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
46 
 
sözü  ilə  bağlamaq  mümkündür.  Tədqiqatçılar  kapçal  sözünü  monqol 
mənşəli hesab edirlər (12, s. 273). Lakin sözü türk dillərinin materialları ilə 
də  izah  etmək  olar:  qap/qab  +  -çal  /-cıl.  Misrada  izahına  ehtiyac  duyulan 
ikinci  söz  tut-  feilidir.  Adətən,  yazılı  abidələrdə  və  müasir  türk  dillərində 
yuva tut- ifadəsi yerinə  yuva qur- ifadəsi işlənir. Burada isə yuva sözü tut- 
feili ilə birləşmə təşkil edərək yuva tut- şəklində verilmişdir.  Tut- feili yuva 
tut-  ifadəsinin  tərkibində  “qurmaq,  düzəltmək,  təşkil  etmək,  tərtib  etmək” 
mənası  bildirir.  Eyni  mənada  bu  feilə  “Kitabi-  Dədə  Qorqud”da  bir  neçə 
yerdə təsadüf edilir: Bəkil razı oldı. Qalqdı yer öpdi. Dədəm Qorqud himmət 
qılıcın  belinə  bağladı.  Çomağı  omuzına  bıraqdı.  Yayı  qarusına  keçürdi. 
Şahbaz  ayğırı  (mətndə:  ayğırlı)  çəkdürdi,  buda  bindi.  Xısımını,  qavumını 
ayırdı, evini çözdi, Oğuzdan köç eylədi. Bərdəyə, Gəncəyə varub vətən tutdı 
(D. 236); Qalın Oğuz bəgləri Beyrək içün əzim yas tutdılar (D. 92); Yad 
qızı halaluma dəstur versün! / Maŋa tutangərdəgə ayruq girsün! (D. 144). 
Sonuncu nümunədə gərdək tutmaq ifadəsinin tərkibindəki tut- feili tutul- 
(maŋa  tutulan)  şəklində  qayıdış  növ  mənasında  anlaşılmalıdır. 
Tərkibində  tut-  feili  iştirak  edən  bu  tipli  mürəkkəb  sözlərə  müasir 
Azərbaycan  dilində  də  təsadüf  edilir:  yas  tutmaq,  matəm  tutmaq,  oruc 
tutmaq.  Birləşmələrdə  tut-  feilini  asanlıqla  qur-  feili  ilə  əvəz  etmək 
mümkündür. M. Şəhriyar dilində  bu feil  qırx tutmaq , toy tutmaq, yas 
tutmaq, bayram tutmaq, matəm tutmaq, xətm tutmaq mürəkkəb feillərinin 
yaranmasında  iştirak  edir:  Heydərbaba  kəndin  toyun  tutanda,  Qız-
gəlinlər  həna,  piltə  satanda  (25,  s.12);  Heç  bilmədim  nə  vaxt  tutuldu 
toyun (25, s.128); İndi bizə bayram tutmaq, Sədməsi var kəramətə (25, 
s.175); Əcəl kəsdi yanıvı, Axır aldı canıvı, Qırxıvı tutan gecə, Oxudum 
elanıvı  (25, s.135);  Navarın  kisin  tutduq,  İqbalın  səsin  tutduq,  Navarda 
toy tutmamışİqbalın yasın tutduq (25, s.133); Toy tutub kətsayağı, alma 
da atmış gəlinə (25, s.120); Görərdin toy tutuldu, güllər açdı, qaş-qabaq 
öldü  (25,  s.145);  Öldürür  xəlqi,  sora  xətmin  tutub  ‘Yasin’  oxur  (25, 
s.188) və s.  
Bu misallardakı yas tut-, matəm tut-, eləcə də oruc  tut-  mürəkkəb 
feilləri  Şimalda  da  işlənir.  Bayram  tut-,    xətm  tut-,  qırx  tut-  mürəkkəb 
sözlərinə  Şimalda  rastlanmır.  Toy  tut-  ‘toy  eləmək’  sözü  Şimalda  bir 
qədər fərqli məcazi mənada ‘kiməsə dərs vermək, cəzalandırmaq’ mənası 
ifadə edir. Aydın görünür ki, bu mürəkkəb sözlərin tərkibindəkitut- feili 
müasir Azərbaycan dilindəki tut- ‘tutub saxlamaq’ feili ilə eyni fonetik 
tərkibə  malik  olsa  da,  fərqli  sözlərdir.  Göstərilən  mürəkkəb  sözlərin 
tərkibindəki  tut-  feili  ‘qurmaq,  düzəltmək,  təşkil  etmək’  mənası  ifadə 
edir. Eyni mənalı feilə qədim türk yazılı abidələrində rastlanır: İl tutsıkyir 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
47 
 
Ötükən  Yış  ermiş  “El  qurulacaq  (təşkil  ediləcək)  yer  Ötükən  Yış 
imiş”(Köl Tigin abidəsi); Olurıpan türk bodunın ilin, törüsin tutabirmis, 
iti bermıs “Məskunlaşıb türk xalqının elini, qanununu təşkil etmiş, tərtib 
etmiş”  (Köl  Tigin  abidəsi).  Bunlara  əsasən  misradakı  yuva  tut-  ifadəsi 
“yuva qurmaq” mənasında anlaşılır. 
     2. Qadir, ulu taŋrıya yaqın uçan .  
    3. Mancılığı ağır taşdan ğızıldayub qatı enən. Misranı qrammatik 
cəhətdən  izah  etmək  mümkün  deyil.  Bu  anlaşılmazlıq  həm  yanlış  oxunuş 
variantlarından,  həm  də  katib  xətalarından  qaynaqlanmışdır.  Drezden 
nüsxəsindəki həmin misra haqqında  S. Tezcan yazır:“Mancılığı ağır taşdan 
ğızıldayup  qatı  enen.  Bozuk  bir  anlatımdır;  nasıl  düzeltmek  gerektiğini 
kestiremiyorum.  Anlatılmak  istenen  şudur:  ‘Ağır  mancınık  taşı  gibi 
gızıldayarak  sert  biçimde  dalış  yapan  (kartal)’.  İlk  sözcük  bir  sıfat 
gibimancılığī okunursa anlam verilebiliyor, fakat bu da iyi bir çözüm değil” 
(26, s. 259).İfadəyə  D. 233-də Təpəgözün dilindən verilmiş soylamada da 
təsadüf edilir: Ağır mancılıq taşla atam derdim...  Mancılıq sözü mancınıq 
və  mancılıq  variantlarında  Anadolu  yazılı  abidələrində  geniş  şəkildə 
işlənməkdədir:Nefs-i  şum  mancılığıbizi  kaldırıp  atmadın,  sürülmüş  şeytan 
bize  gülüp  temaşamıza  bakmadın...(Saat.  XV);    El-  mencenıku  (arap.). 
Mancılık  dedikleri  alettir  ki  hisarın  içine  taş  atarlar  (Terceman.  XV); 
Mancılığ ile Kelas’ı aldı ol / Çıkuban tekfurü hizmet kıldı bol (Enver. XV); 
İbrahim  Peyğamber  manclıkında  ne  var  idi  (Cennet.  XV);  Kendini  bela 
mancılığına koya ve kaza denizine koya (Envar. XV); Pelken (fars.): Türkçe 
mancılıkderler  (Ni‘meti.  XVI);  Kıra  (fars):  Mancınıktır  ki  selefte  ceng 
alatındandır,  anınla  hisar  içre  taş  atarlar,  amme  mancılık  derler  (Bürh. 
XVIII-  XIX)  və  s.  (19,  IV,  s.2795-2796).  D.  233-dəki  mancılığı  ağır 
taşdan  ifadəsini  necə  başa  düşmək  olar?  Ağıla  gələn  variantlardan  biri 
mancılığı  sözündəki  -ı  şəkilçisinin  yiyəlik  və  ya  mənsubiyyət  şəkilçisi 
olmasıdır:  mancılığı  “mancılığa  aid,  mancılığa  məxsus”.  Əski  monqol 
dilində n samiti ilə bitən sözlər yiyəlik halda -un, -ün şəkilçisi yerinə -u, -
ü şəkilçisi qəbul edir (22, s.412). Bəzi qıpçak dillərində, o cümlədən də 
karaçay-balkar  və  kumık  dillərində  isimlər  I  və  II  şəxs  mənsubiyyət 
şəkilçilərindən sonra yiyəlik halda -ın, -in şəkilçisi yerinə -ı, -i şəkilçisi 
ilə işlənir: tenqim+in “yoldaşımın” yerinə tenqim+i(24, s. 67; 27, s. 219). 
Lakin  bu  faktlar  göstərilən  variantın  doğruluğunu  təsdiq  etmək  üçün 
yetərli  görünmür.  Ən  başlıcası  isə,  nə  “Kitabi-Dədə  Qorqud”da,  nə  də 
başqa  yazılı  abidələrdə  -ı,  -i  şəkilçisinin  yiyəlik  və  ya  mənsubiyyət 
şəkilçisi məzmununda çıxış etməsinə aid nümunə tapmaq mümkün deyil. 
Bunun  əksinə  olaraq    D.  233-dəki  mancılıq  taş  ifadəsi  abidələrdə 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
48 
 
mancılıq taşı / mancınıq taşları kimi II növ təyini söz birləşməsi şəklində 
keçir: Cövr oxları ki qəmzən könül evinə atar / Mancınıq taşlarıdur ki, 
yöni  Turxalədürür  (Q.  Bürhanəddin).  Bizcə,  mancılıq  sözü  ilə  bağlı  D. 
188  və  D.  233-  də  işlənmiş  hər  iki  ifadə  katib  tərəfindən  yanlış 
köçürülmüşdür.  Yoldaşlarının    Qan  Turalı  haqqında  söylədiyi 
soylamadakı  (D.  188-dəki)  Mancılığı  ağır  taşdan  ğızıldayub  qatı  enən 
cümləsində  yerləri  dəyişik  yazılmış  sözləri  normal  söz  sırası  ilə  verib 
mancılıq taş ifadəsini mancılıq taşı şəklində düzəltməklə mətn parçasının 
anlaşıqlığı bərpa olunur: Ağır mancılıq taş[ın]dan qatı ğızıldayub enən. 
Bu yerdəyişmə nəticəsində növbəti misraların sonundakı ...şaqıyub alan, 
...tartub  üzən,  ...qalqub  uçan  ifadələri  ilə  ğızıldayub  enən  ifadəsi 
arasındakı sintaktik paralelizm və poetik simmetriya da bərpa olunur. D. 
233-dəki “Ağırmancılıq taşla atam derdim” cümləsində də  düzəliş etmək 
lazım gəlir. Buradakı Ağırmancılıq taşlaatam der idüm cümləsi Mancılıqla 
ağır  taş  atam  der  idümşəklində  düzəldilməlidir.  Çünki  mancılığın  daşla 
atılması bir məna ifadə etmir. Görünür, köçürmə prosesində katib sözlərin 
yerini  dəyişik  salmış  və    -la  şəkilçisini  səhvən  taşsözünə  birləşdirmişdir.  
Düzəldilmiş misra ilə birlikdə mətn parçasının aşağıdakı kimi olmasını daha 
düzgün  hesab  edirik:  Qalqubanı  yerümdən  turam  der  idüm/  Qalın  Oğuz 
bəglərindən  əhdüm  bozam  der  idüm  /  Yeŋidən  toğanın  qıram  der  idüm  / 
Qalın  Oğuz  bəgləri  üzərümə  yığılub  gələ  der  idüm  /  Qaçubanı  Salaxana 
qayasına  girəm  der  idüm  /  Mancılıqla  ağır    taş  atam  derdim/  Enüb  taş 
başuma düşübən öləm der idüm... (D. 233).  
       4. Arı gölüŋördüginﻦﯿﮐودروا şaqıyub بﻮﯿﻗﺎﺷalan . 
Mətndə  ördük  şəklində  yazılmış  söz    D.  280-də  ördək  şəklində 
keçir: Ağ sunqur quşı erkəgində bir köküm var / Ala ördək, qara qazuŋ 
uçurmaya (D. 280). 
S.Tezcan  ördük  yazılışının  səhv  olduğunu  irəli  sürmüş  və  sözə 
digər nümunədəki ördək formasına uyğun olaraq düzəliş vermişdir (25,s. 
259).  Lakin  KDQ-də  ördük  formasının  işlənməsi  mümkündür.  Ördək 
sözü  altaycada  örtök,  özbək  dilinin  dialektlərində  ördük  /  öyrük, 
qırğızcada  ördök    şəkillərində  qeydə  alınmışdır  (11,  I,  s.547).  İlk 
hecadakı  yuvarlaq  ö  saitinin  assimilyativ  təsiri  ilə  ikinci  hecadakı  ə 
saitinin ö/ü saitinə çevrilməsi elə bir çətinlik törətmir.  
Misrada mənası mübahisə doğuran ikinci söz şaquyub formasıdır. 
Bu  söz  8-ci  misrada  şaqıt-  şəklində  keçir:  Qanadıyla  saqsağana 
kəndüzinşaqıdurmı?  Şaqı-  (eləcə  də  şaqıt-)  feili,  çox  güman  ki, 
Azərbaycan  dilində  işlənən  şığı-  feili  ilə  bağlıdır.  Şakı-  feili  abidədə 
bundan başqa daha iki yerdə keçir: Gökdən ıldırım ağ  ban evüm üzərinə 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
49 
 
şaqır  gördüm.  Düm  qara  pusarıq  ordumuŋ  üzərinə  tökilür  gördüm  (D. 
43) ; Asimanlu gökdə qara bulud oluban / Kafirüŋ üzərinə gurlayayım / 
Ağ yıldırım olub şaqıyayım / Kafiri qamış kibi od oluban yandurayım (D. 
147). V. V. Radlov şakı- feilinin “1. şüalarla işıqlandırmaq, işıq saçmaq  
2.  ötmək,  oxumaq  (bülbül  haqqında)”  mənalarında  işləndiyini  göstərir 
(21, IV,1, s.932). 
O.  Ş  .  Gökyay  şakı-  feilinə  aid  türk  dilinin  dialektlərində,  W. 
Redhousevə  “Tarama  Sözlüğü”ndə  qeydə  alınmış    “şimşek  çakmak, 
şimşek  gibi  çakmak,  parlamak,  yalabımak;  herhangi  bir  sancı  sert  ve 
keskin  saplanmak;  ağrımak;  çıkışmak,  azarlamak”  mənalarını  vermiş, 
şakıt- feilinin qarşısında  isə “süpürmek, temizlemek” mənalarını yazaraq 
sözün konkret izahını sual işarəsi ilə cavabsız  buraxmışdır(14, s.285). 
Müasir  türk  dilində  şakı-  feili  “ötmək,  oxumaq”  şəklində  işlənir. 
Görünür, məhz buna görə də M. Ergin şakı- feilini “şakımak, ötmek, avı 
yakalarken  çığlık  atmak,  şimşek  çakmak”  şəklində  izah  etmişdir.  (9, 
s.277).  Onun  şakıt-  feilinə  verdiyi  izah  da  buna  yaxındır:  “şakıtmak, 
öttürmek, çığlık attırmak” (9, 278). S. Özçelik şakıt- feilini “kaptırmak, 
kendini yakalatmak, yenilmek” mənasında izah etmişdir (20, s. 223).                                                   
“Tarama  Sözlüğü”ndə  şaqı-  feilnə  aid  15  nümunə  verilmiş  və  bu 
feil  “şimşek  ve  yıldırım  gibi  çakmak,  parlamak”  mənasında  izah 
edilmişdir. Nümunələrin, demək olar ki, hamısında şaqı- feili yıldırım və 
ya  şimşək  sözləri  ilə  birgə  işlənir:  Ve  gök  gürlemek  vardır  ve  şimşek 
şakımak vardır (Cev. Es. XV); Gök gürledi, cihan karanu oldu, yıldırım 
şakıdı (Cennet XV); Kılıçlar yıldırım gibi şakıya (G. Ra. XV); El-buruk. 
Bir  nesne  şakımak  ve  yıldıramak  (Ah.  XVI);  Tevfik  ile  inayet  yoldaş 
olursa yıldırım şakıdığından tizrek geçe (Ta. Şahi. XVI); At yıldırım gibi 
şakıyup (Ev. XVIII) və s.(19, V, s.3644-3645).  
S. Tezcan şakı- və şakıt- sözləri  haqqında yazır:  “Cümle kuşlar 
sultanı  çal  kara  kuş/  Kanadıyıla  saksağana  gendüzin şakıdırmı?  Burada 
şakı- eylemi için Ergin II, 277’de ‘şakımak, ötmek, avı yakalarken çığlık 
atmak’,  s.  278’de  şakıt-  için  ‘şakıtmak,  öttürmek,  çığlık  attırmak  ’ 
karşılıkları  verilmiştir.  Gökyay  hiç  ilgisi  olmayan  birkaç  anlam  daha 
sıralamıştır.  Ergin’in  verdiği  karşılıkların  da  metin  bağlamına  uygun 
olduğu söylenemez. Burada beklenen anlam ‘saldırmak, yukarıdan aşağı 
dalış  yaparak  hücum  etmek’  olmalıdır.  Azerbaycan  Türkçesi  şığı-  ve 
şuğu-  ,  DerS  şuğu-  “saldırmak  ”,  Altayca  ve  Lebedcede  şuŋu-  “(doğan 
için)  atılarak  ,  saldırarak  aşağı  yukarı  uçmak”  (Radloff  c.  4,  759)  bu 
anlama gelen eylemlerdir. Ancak bunları şakı- ile birleştirmek mümkün 
değildir. DKK’ndaki şakı- çözülmemiş bir problem olarak kalıyor, belki  

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
50 
 
şakı- ‘yıldırım çakmak’tan, yıldırım’ın düşmesine benzetme ile ‘yıldırım 
gibi dalış yapmak (?)”(25, s.262). S. Tezcan mətnin ümumi məzmununa 
görə  şaqı-  feilinin  “yuxarıdan  aşağı  sürətlə  enərək  hücum  etmək” 
anlamında  işlənməli  olduğunu  ehtimal  şəklində  irəli  sürməkdə  haqlıdır. 
Lakin onun bu feili Azərbaycan dilindəki şığı- feilindən ayırması və  V. 
V. Radlov lüğətinə istinadən altaycadakı suŋ-  “gah yuxarı qalxıb, gah da 
aşağı  enərək  havada  süzmək”  (Müəllif    yanlış  olaraq  bu  sözü  şuŋu- 
şəklində  təqdim  edir)  feili  ilə  müqayisə  etməsi  inandırıcı  görünmür. 
Altaycadakı  suŋ-    feili  nə  fonetik  tərkibcə,  nə  də  semantikasına  görə 
şaqı-  və  şığı-  feilləri  ilə  müqayisə  edilə  bilməz.  Şaqı-  və  şığı-  feilləri 
“yuxarıdan aşağı sürətlə enərək hücum etmək”,  suŋ-  feili isə “havada 
süzmək” mənası ifadə edir. Bu sözlər arasında semantik baxımdan  əlaqə 
qurmaq    heç  vəchlə  mümkün  deyil.  Digər  tərəfdən,  V.  V.  Radlov  özü  
suŋ-  formasını çoŋ- /çuŋ- “havada süzmək”  feili  ilə əlaqələndirir (21, 
IV, 1,  s.759). Buradan aydın olur ki, şaqı- və şığı- feilləri ilə suŋ-  feili 
arasında  nə  fonetik  cəhətdən,  nə  də  semantik  cəhətdən  heç  bir  bağlılıq 
yoxdur. Şaqı- və şığı- feilləri arasında isə həm fonetik, həm də semantik 
cəhətdən  bağlılıq  vardır.  Fikrimizcə,  hər  iki  feil  səs  təqlidi  mənşəlidir. 
Azərbaycan  dilində  şığı-  feili  “çox  böyük  sürətlə  enərək  hədəfə  hücum 
etmək  ,  üzərinə  atılmaq”  və  “çaxmaq  (ildırım)”  mənalarında  qeydə 
alınmışdır: 1-ci mənada: İki qartal qıy vuraraq şığıyır və qəzəblə didişirdi 
(Ə.  Sadıq);  Təyyarələr  düşmən  üzərinə  şığıdılar;  2-ci  mənada:  Hava 
qaralır, ildırım şığıyır, göy guruldayır (Ə. Haqverdiyev); Dağlar  titrədi, 
göy qübbəsini doğrayan ildırımlar şığıyıb qızıl saçlarını qılınc qayaların 
təpələrinə sancdı (Ə. Məmmədxanlı) və s. (3, IV, s.530). Bundan əlavə, 
S. Vurğunun dilində işlənmiş səs təqlidi mənşəli  şaqqı- feili də birbaşa 
şaqı-  feili  ilə  bağlıdır:  Göydə  nə  ay,  nə  ulduz,  bütün  dünya  qapqara  / 
İldırımlar  şaqqıyır  tərpənməyən  dağlara  (S.  Vurğun)  (3,  IV,  s.495). 
Azərbaycan dilində gün şaxımaq ifadəsinin tərkibində işlənən şaxı- feili 
də  şaqı-  feilinin  fonetik  variantıdır:  Gün  dik  adamın  təpəsindən 
şaxıdığından biz qayıdıb otağa girdik (İ. Əfəndiyev); Nə yağış yağır, nə 
gün  şaxıyır  (Ə.  Məmmədxanlı)  (3,  IV,  s.502)  .  Burada  şaxı-  feili 
“günəşin zenitdə (ən yüksək nöqtədə) olduğu zaman şüalarının sürətlə bir 
şeyin  üzərinə  düşməsi”  mənası  ifadə  edir.  Bu  məna  KDQ-dəki  şaqı- 
feilinin mənası ilə tam üst-üstə düşür. Müq. et: Gökdən ıldırım ağ  ban 
evüm üzərinə şaqır gördüm.  
Bizə    belə  gəlir  ki,  şaqı-    feili  ilkin  mərhələdə  ildırım  və  şimşək 
çaxdığı zaman yuxarıdan düşən (enən) səsi bildirmiş, sonradan bu məna 
əsasında  “parlamaq,  işıldamaq”  mənası  yaranmışdır.  İkinci  mənanın 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin