Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə3/41
tarix12.12.2019
ölçüsü1,8 Mb.
#29906
1   2   3   4   5   6   7   8   9   ...   41
Dilcilik-institutunun-eserleri-1-2018

beşik-kərtmə,  yevərmək,  donatmaq,  doyurmaq,  doyum,  armağan, 
sadağa, yığlamaq, dağlamaq, ağırlamaq, baş endirmək, əl açıb (salıb) 
oynamaq,  şadlıq  çalmaq,  sağraq  sürmək,  dilbənd  salmaq,  ov 
ovlamaq, at səgirtmək, nişana atmaq, aşıq oynamaq, süfrə çəkmək, 
yüzük keçirmək, alqış, qarğış, ərgənlik, kəsim, pəncyek, ilğar, xərac, 
əsrük, buyruq, tutsaq, yesir, çəri, çavuş, tümən, ləşkər, yağı, qırım, 
ortac, oynaş, nökər, naib, dayə, ərən, əvrən, aqınçı, qırış günü, sağış 
günü, ayna günü, çayır, çəmən, bağ, bostan və s. (2, s.136). 
Dastanda  etnoqrafik  leksikaya  aid  olan  silah,  yaraq-əslihə  və  alət 
adları: Dəynək, çomaq, çəkən, köndər, sapan, gürz, yay, ox, dəmrən, 
yalman,  cida,  süngü,  qılınc,  qalxan,  sadağ,    qamçı,  qəbzə,  topuz, 
biçaq, çaqmaq, sancaq, ələm, tuğ, qanara, çəngəl, iyər, üzəngi, cilov, 
duşaq,  buqağu,  yügən,  nal,  sicim,  kəndir,  qazan,  küpə,  külüng, 
yüzüg,  ələk,  dağarcıq,  badiyə,  ayaq,  surahi,  naqara,  zurna,  kos, 
davul,  qopuz,  aqça,  batman,  ipək,  qulp,  qusqun,  xaliçə,  qalı,  keçə, 
dəstmal, bez, yorğan, döşək, yasdıq və s. (2, s.136). Görkəmli professor 
Ə.Dəmirçizadə  son  olaraq  monoqrafiyasında  göstərir  ki,  “Kitabi-Dədə 
Qorqud” dastanlarının lüğət tərkibi haqqında bəhs açarkən, əlbəttə, lüğət 
tərkibini  təşkil  edən  sözlərin  hər  qrupundan  danışmaq  lazım  gələrdi. 
Lakin  biz  belə  etmədik.  Biz  burada,  daha  çox  Azərbaycan  ümumxalq 
dilinin  təşəkkül  etmə  dövrünü  və  prosesini,  eləcə  də  “Kitabi-Dədə 
Qorqud” dastanları ilə bilavasitə bağlı olan bir sıra məsələləri aydınlaşdı-
rmaq  nöqteyi-nəzərindən  birinci  dərəcəli  əhəmiyyətli  saydığımız  söz 
qruplarından müxtəsərcə bəhs etməklə hələlik kifayətləndik.” (2, s.136-
137). Azərbaycan dilində habelə başqa türk dillərində tarixən işlənmiş bir 
çox  yemək  adları  da  var  ki,  bəziləri  müasir  dilimizin  lüğət  tərkibində 
müşahidə olunmur. Məsələn, yəxni, top, şişlik, qəylə, qaurma, bazlamac 
(bozlamac  variantınada  təsadüf  edilir).  “Kitabi-Dədə  Qorqud” 
dastanlarında yemək adlarına bol-bol rast gəlmək olur: Aş, azuq, ayran, 
süd,  qaymaq,  penir,  qımız,  un,  yoğurd,  köməc,  ətmək,  şülən,  şişlik, 
sucu, yəxni, boğma, bozlamac, şərab və s. 
“Kitabi-Dədə Qorqud”un dilində işlənmiş bir çox yemək adlarının 
təhlilini vermək istərdik. “Kitabi-Dədə Qorqud” dastanının səyfələrindən 
gətirdiyimiz bəzi parçalarda şişlik sözü geniş işlənmişdir.  

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
21 
 
                       Ağayıldan tümən qoyun vergil,-  
                       Bu oğlana şişlig olsun, ərdəmlidir! 
                                                            /FZ,SƏ, KDQ,s.36/ 
                       Ağayılda tümən qoyun sənin, gedər, 
                       Mənimdə içində şişligim var, 
                       [Qomağım] yoq qırq namərdə! 
                       Ağ üzlü, ala gözlü gəlin sənin
1
 gedərsə, 
                       Mənim dəxi içində nişanlım var,  
                                                           /FZ,SƏ, KDQ,s.41/ 
 
“Yəxni”  sözünün  “Kitabi-Dədə  Qorqud”  dastanında  qovurma 
(qourma  şəklində  işlənmişdir)  mənasında  işlənməsinə  təsadüf  olunur: 
kəsə-kəsə yeməkə yəxni yaxşı (FZ,SƏ, KDQ,s.96); “Oğulluları ağ otağa, 
qızluyu qızıl otağa, oğlı-qızı olmuyanı qara otağa qondurun
1
, qara keçə 
altına  döşən
1
,  qara  qoyun  yəxnisindən  önünə  gətürün
1
;  yersə-yesün, 
yeməzsə,  tursun-getsün.  Anun

kim  oğlı-qızı  olmuya,  tən
1
ri-təala    anı 
qarğayubdur,  biz  dəxi  qarğarız”  –  demiş.  Gəlubəni  qarşuladılar,  qara 
otağa qondurdılar, qara keçə altuma döşədilər, qara qoyun yəxnisindən 
ögimə götürdilər. “Oğulı-qızı olmıyanı tən
1
ri-təala qarğayıbdır, biz dəxi 
qarğarız, bəllü, bilgil” – dedilər. “Səndənmidir, bəndənmidir, tən
1
ri-təala 
bizə  bir  yetiman  oğıl  verməz,  nədəndir?”  –  dedi.  Soyladı...  (FZ.SƏ. 
KDQ,s.35)  Naxçıvan  şivələrində  “yəxni”  sözü  “soyutma  ət”  xörəyi 
mənasında bu gün də işlənir.  
Dastanda  bu  günümüz  üçün  arxaizm  qəlibində  olan”şülən”  sözü 
daha çox qədim bir adət və mərasimlə bağlı olan və bütün xalqa verilən 
ümumi ziyafət mənasında işlənmişdir. 
“Kitabi-Dədə  Qorqud”  dastanında işlənən  yemək  adlarından  biri  də 
“aş” sözüdür. Dastanda “aş” sözü ümumiyyətlə, “yemək, xörək” mənasını 
verir:Umanına-usanına  aş  yedirdim  (KDQ,  s.  73).  “Kitabi-Dədə  Qorqud” 
dastanında  “bazlamac”  sözünə  “sac  üstdə  fətir”  mənasında  rast  gəlirik: 
gəldin  ol  kim  soldıran  soydur,  sapadanca  yerindən  uru  turar,  əlin-yüzün 
yumadan toquz bazlamac ilən bir küvlək yoğurd gəvəzlər toyınca tıqa-basa 
yeyər, əlin bögrinə urar, aydır. (s. 33). Məqalənin əvvəlində göstərmişdik ki, 
“Kitabi-Dədə Qorqud” boylarında “şişlig” sözü də gen-bol işlənir.  
Burada “şişlig” sözü bu gün işlətdiyimiz “kabab” yemək adını əvəz 
etmişdir.  Tarixi  inkişaf  nəticəsində  şişlik  türk-  Azərbaycan  mənşəli  söz 
yerini  “kabab”  fars  məbşəli  sözə  güzəşt  etmişdir.  Rus  tədqiqatçısı  V.V. 
Poxlyobkin  isə  tarixi  faktlara,  məxəzlərə  əsaslanmadan  belə  söyləyir: 
“Şaşlıq” sözündə (o, başqa xörək adlarından da bəhs etmişdir – İ.M.) isə 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
22 
 
məsələ  başqa  cürdür.  Bu  xörək  Rusiyada  və  bütün  dünyada  səciyyəvi 
Qafqaz xörəyi hesab olunur. Ümumiyyətlə, bu, bir çox maldar xalqlara, o 
cümlədən  də  dağlılara  daha  çox  tanışdır.  Şaşlıq  sözünün  adına  gəlincə, 
baxmayaraq ki, o heç bir şübhə yeri olmayan türk mənşəlidir, Qafqazda, 
hətta türkdilli Azərbaycanda (belə çıxır ki, türkdilli olmayan Azərbaycan 
da  var  –  İ.M.)  öz  dillərinin  lüğət  ehtiyatından  çıxış  edib  onu  izah  edə 
bilməz”.* (V.V. Poxlyobkin Naçionalnıe kuxni naşıx narodov. M.Leqka i 
pişeva promışlennost. 1983, s. 118) 
Bugünkü  ədəbi  dilimizin  lüğət  tərkibində  bir  çox  arxaikləşmiş 
yemək  adlarına  rast  gəlmirik.  Təbiidir  ki,  onlar  nə  vaxtsa  işlək  olmuş, 
xalqın məişətində, mətbəxində geniş yer tutmuşdur. Bunlardan eləsi var 
ki,  mənaca  daralmış  (məsələn,  aş  sözü  kimi),  bəziləri  isə  ədəbi  dilimiz 
üçün köhnəlmişdir. Tamam köhnəlmiş “Kitabi-Dədə Qorqud”da işlənmiş 
yemək adlarından bəzisinə nəzər salaq: 
Bazlamac  (bozlamac)  variantına  da  təsadüf  edilir.  “Kitabi-Dədə 
Qorqud”  dastanlarında  sac  üstə  bişən  fətir  mənasında  bazlamac  sözünə 
rast gəlirik: Gəldin ol kim soldıran soydır, mapadanca yerindən uru turar, 
əlin-yüzin  yumadan  toquz  bazlamac  ilən  bir  küvdək  yoğurd  kəvəzlər, 
toyınca tıqa-basa yeyər, əlin bögrinə urar, aydır (FZ,SƏ, KDQ, 33). 
Bozlamaş  indiki  Gülüstan  is.  –doğramac...  Güllü  qarı  bir  boşqab 
bozdamaş qayırıb. /ADDL, 84-85/. 
V.V.Radlovun  lüğətində  isə  bazlama  şəklində  işlənir:  bazlama 
/osm./ Pirojnoe s iz sloenoqo testa s medom – qatlama şəkilli ballı pirojna 
/Radl.  T.  IV,  ç.2,  s.1546/.  Hinduşah  Navçıvaninin  “Sihah  ül-əcəm” 
lüğətində “bozlamac-yağlı çörək” mənasında qeyd olunmuşdur. 
“Bozlamac”  adının  mənşəyi  maraqlıdır.  “Buz”  sözü  Midiyada 
“kefləndirici içki” mənasında işlənmişdir. Midiyada buslar adlı bir qəbilə 
olub  ki,  bu  da  kefləndirici  içki  hazırlayan  deməkdir.  Azərbaycanlılarda 
isə maya sözünün acıtma və xama şəklində olması da maraqlıdır. “Xama” 
termini  isə  Midiya  dilindı  “Xuoma”  xatırladır  ki,  bu  da  müqqədəs 
“şənləndirici içki” deməkdir”. Zənnimizcə, fətir və içki sözləri arasında 
heç bir yaxınlıq yoxdur, bu ancaq olsa-olsa bir ehtimaldır. 
Azərbaycan  dilinin  lüğət  tərkibində  ən  qədim  vahidlərdən  olan 
geyim  adlarına  da  “KDQ”  boylarında  tez-tez  rast  gəlirik:  kəpənək 
(yapıncı),  çəpkən,börk,  don,  kaftan  (qaptan),  kürk,  ədük,  külah  və  s. 
“KDQ”  boylarında  milli  türk  sözlərilə  yanaşı  külah  (baş  geyimi)  fars 
alınmasına da təsadüf edirik: 
Altmış ərkəc dərisindən kürk eləsə, topuqlarını örtmiyən, altı erkəc 
dərisindən  külah  etsə,  qulaqlarını  örtmiyən,  qolı-budı  xırancə  ,  uzun 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
23 
 
baldırları incə, Qazan bəgün tayısı – At ağızlu Aruz qoca çapar yetdi (c. 
49-50). 
Möhtəşəm  mənəvi  abidəmiz  “Kitabi-Dədə  Qorqud”da  toy 
mərasiminə, habelə müxtəlif milli adət-ənənlərimizə də aid qiymətli sətir-
lər  çoxdur.  Dastanda  elçilik  “kiçik  düyün”,  toy  “ulu  düyün”,  “ağır  dü-
yün”  adlandırılır.  Bu  gün  el  arasında  işlənən  “beşikkərtmə”,  “beşik-
kəsmə”,  nişanlı  ifadəsi  “Kitabi-Dədə  Qorqud”  boylarında  öz  əksini 
tapmışdır: “Baybican bəg aydır: “Bəglər, allah-təala mana bir qız verəcək 
olursa,  siz  tanıq  alın:  Mənim  qızı  Bayborə  bəg  oğlına  beşikkərtmə 
yavuqlu olsun.- dedi” (Kitabi-Dədə Qorqud. Bakı, 1988, s. 52) 
“Dügün”  sözünün  ədəbi  dilimizin  tarixində  işlənmə  mənzərəsini, 
müddətini öyrənmək baxımındam aşağıdakı mülahizə də razılıq doğurur: 
“dügün  –  ziyafət,  böyük  qonaqlıq.  Bu  söz  XX  yüzilliyin  əvvəllərinə 
qədər toy sözü ilə  çox tez-tez sinonim kimi paralel şəkildə  işlənmişdir, 
indi isə bir sıra dialekt və şivələrdə təsadüf olunur. Ehtimal ki, toy feil 
əsasına  aiddir.  bunun  fonetik  inkişafını  belə  təqdim  etmək  olar:  toy- 
toyun- tuyun, tüyün- düyün- dügün (V.İ. Aslanov. İstoriçeska leksikoloqi 
azerbadjanskoqo yazıka. Dok. Disş, Baku, 1973, s. XIX). 
Milli adət-ənənələrimizdən olan toy mərasimindəki başlıq- toy xərci 
istəmə  adəti  də  qədim  tarixə  malikdir.  Bu  adət  “Kitabi-Dədə  Qorqud” 
boylarında da təsvir edilmişdir. Banıçiçəyin qardaşı Dəli Qarçar başlıq kimi 
aşağıdakıları  istəyir:  “Dəli  Qarçar  aydır:  “Bin  buğra  gətürün  kim,  maya 
görməmiş ola. Bin dəxi ayğır gətirün kim, heç qısrağa aşmamış ola. Bin dəxi 
qoyun görməmiş qoç gətirün. bin dəxi bürə gətirün mana”- dedi” (c. 56). 
“Kitabi-Dədə  Qorqud”  dastanı  Azərbaycan  türklərinin  qədim 
məişətini dolğun əks etdirən əvəzsiz abidədir. dastanın  boylarında bir  çox 
məişət əşyalarının və ev avadanlıqlarının adlarına da rast gəlmək olar: Aya 
(sapandın daş qoyulan yeri), ayaq (qədəh, piyalə), badya, ban ev (hündür 
çadır), buqağu-buxov, qaytaban (dəvələrin saxlandığı yer), dolama beşik 
(nənni),  süylük  (şiş,  kabab  şişi),  tənəf  (çadır  ipi),  çəlbir  (qantarğa) 
(Gətirdiyimiz  məişət əşyalarının adlarını akad. H.Araslının 1962-ci ildə 
nəşr  etdirdiyi  “KDQ”  dastanından  seçmişik).  “Kitabi-Dədə  Qorqud” 
dastanının lüğətində məişət leksikasının, etnoqrafik sözlərin, xalqımızın 
mənəvi  və  maddi  varlığı  ilə  əlaqədar  söz  və  deyimlərin  bolluğu  diqqəti 
çəkir:  Əlbəttə,  bütün  bunları  aşkarlamaq  üçün  əsaslı,  ciddi  araşdırmalar 
zəruridir. Yazımızı belə bir nikbin sonluqla bitririk. 
“KDQ” boylarında işlənmiş etnoqrafizmlərin milliliyi, ümumişləkliyi, 
habelə xalqımızın məişətini, həyat tərzini, məşğuliyyətini və nəhayət, özgün-
lüyünü ifadə etməsi həmin tematik qrupların söz və termin yaradıcılığında 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
24 
 
da  aparıcı  rol  oynamasına  və  müxtəlif  amillər,  əlaqə  və  münasibətlər 
nəticəsində  bir  çox  başqa  dillərə  də  keçməsinə  (əvvəlcə  ekzotik  sözlər, 
sonradan isə alınmalar kimi) səbəb olmuşdur. 
 
                                               ƏDƏBİYYAT: 
 
Araslı  Həmid.  Azərbaycan  ədəbiyyatı:  tarix  və  problemləri.  Bakı, 
Gənclik, 1998  
Dəmirçizadə  Ə.  “Kitabi-Dədə  Qorqud”  dastanlarının  dili.  Bakı,  “Elm”, 
1999 
Kitabi-Dədə Qorqud (tərtibçiləri F.Zeynalov və S.Əlizadə) Bakı, 1988 
В.В. Похлебкин. Национальные кухни наших народов. М., 1983 
Асланов В.И. Историцеская лексикология азербайджанского языка. 
Док. дисс. Баку, 1973 
Исмайл Маммадли 
Место материально-духовной лексики в словарном 
составе эпоса «Книги Деде Коркута» 
Резюме 
 
   «Книга  Деде  Коркута»  один  из  самых  древних  памятников 
общетюркской  устной  литературы.  Дастан  по  своей  структуре 
состоит  из  синтеза  поэзии  и  прозы.  В  этом  произведении  особое 
внимание привлекают средства художественной изобразительности, 
а  также  этнографические  термины  и  выражения.  В  докладе  к 
исследованию привлечены лексические единицы из  сказаний эпоса, 
анализированы  лексико-семантические  оттенки  слов  и  названий 
традиционно-обрядовых церемоний.       
Ismail Mammadli 
Material-spiritual Lexicology in the Vocabulary of 
“The Book of Dada Gorgud” 
Summary 
 
“The Book of Dada Gorgud” is one of the most ancient monuments 
in  Turkic  oral  literature.  According  to  the  epos  structure  it  consists  of 
versification  and  prose.  In  the  poetical  parts  illustrated  art,  expression, 
colorful  ethnographic  terms  and  phrases  attracks  the  attention.  In  the 
lecture  lexicological  units  used  in  the  parts  of  “The  Book  of  Dada 
Gorgud”  are  investigated  and  lexical-semantic  meanings,  traditional 
names are analyzed. 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
25 
 
Gülsüm Hüseynova 
AMEA Nəsimi adına Dilçilik İnstitutu, 
filologiya üzrə elmlər doktoru,  
gulsum.huseynova27@mail.ru
 
 
 
İran dillərində hal kateqoriyası 
 
Açar  sözlər:  kateqoriya,  hal,  vasitəsiz  hal,  ümumi  hal,  əsas  hal, 
vasitəli hal, fleksiya 
Ключевые слова: категория, состояние, косвенное состояние, 
общее состояние, основное состояние, прямое состояние, флексия.  
Key  words:  category,  condition,  indirect  condition,  common 
condition, main condition, direct condition, flexes.  
 
İsmi  qrammatik  kateqoriyalar  arasında  hal  özünəməxsus  yer 
tutmaqla  yanaşı,  istər  təyin  olunmasına,  istər  qrammatik  və  linqvistik 
statusuna, istərsə də ifadə üsullarına münasibətdədaim elmi mübahisələr 
doğuran  kateqoriyadır.  Bu  kateqoriya  dilə  dair  elmi-nəzəri  fikirlərin  irəli 
sürüldüyü ən qədim dövrlərdən diqqəti cəlb etmişdir. Aristotel rabitəli nitqdə 
adların  rast  gəlinən  və  addan  fərqlənən  formalarına  münasibət  bildirərkən 
yazmışdır:«Nə  insandır,  nə  addır.  Onu  adlandırmaq  olmur.  Çünki  o  nə 
nitqdir, nə də inkar. Qoy qeyri-müəyyən ad adlansın. «Filonun», «Filona» və 
buna oxşar olanlar ad deyil, adların hallarıdır” [1, s. 92]. 
Hal  barədəən  qədim  fikir  hind  alimi  eramızdan  əvvəl  V-II  əsrlərdə 
yaşaması  güman  edilən  Paniniyə  aiddir.  Onun  “Səkkizlik”  (səkkiz  kitab) 
əsəri  sanskrit  qrammatikasına  həsr  olunmuşdur  və  burada  ad  formasının 
cümlədə dəyişməsinə görə  7 hal – adlıq, yiyəlik, yönlük, təsirlik, alətlik,-
ablativ, yerlik hallarıqeyd olunmuşdur [2, s. 79].  
Hal sisteminə universal linqvistik hadisə kimi baxılmamış, hər bir 
dilin  hal  sisteminin  yaradılmasına  fərdi  şəkildə  yanaşılmışdır.  Müasir 
dilçilikdə hal kateqoriyasına dair araşdırmalarda ziddiyyətli və mübahisə 
doğuran fikirlərin çoxluğunun bir səbəbini də bunda axtarmaq olar. 
L.Yelmslev  adların  cümlədə  dəyişmə  səbəblərini  öyrənərkən 
müxtəlif  dillərdə  sözlərin  mümkün  əlaqə  modellərini  qurmuş  və  216 
nəzəri mümkün hal müəyyənləşdirmişdir. Bu hallardan hər biri müvafiq 
məna  əsasında  təyin  edilmişdir[3,  s.  57].  Qeyd  edək  ki,  L.Yelmslev 
mümkün  nəzəri  halları  təyin  edərkən  mənaya  əsaslanmışdır  və 
ümumiyyətlə, sözlərarası əlaqə məna ilə bağlıdır. Təsadüfi deyil ki, hal 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
26 
 
konsepsiyasının  banisi  sayılan  Ç.Fillmor  da  halı  məna  münasibətlərini 
yaradan  vasitə  olduğunu  qəbul  etmişdir.Ç.Fillmor  altı  hallıq  sistem 
qurmuşdur [4, s. 404-405]. Hal sistemi sonralar da ardıcıl olaraq tədqiq 
edilmişdir.  Bu  tədqiqatlarda  həm  konkret  dilin  hal  sisteminin 
qurulmasına, həm də ümumiyyətlə, hal anlayışının təyin edilməsinə həsr 
edilmişdir.  Ümumiyyətlə,  dilçilikdə  hala  aid  araşdırmalar  kifayət  qədər 
çoxdur.  Hal  kateqoriyasına  xeyli  sayda  tərif  verilmiş,  bu  anlayış  izahla 
təyin olunmuşdur. «Hal söz birləşmələrində və cümlədə isimlərin başqa 
sözlərləəlaqəsini  göstərən  qrammatik  kateqoriyadır.  Hal  şəkilçiləri 
qoşulduqları  sözləri  cümlənin  başqa  üzvləri  ilə  bağlayır,  başqa  sözlə, 
onlar  arasında  sintaktik  əlaqə  yaradır»[5,  s.  48].  O.S.Axmanovanın 
lüğətində hala belə tərif verilir: “Hal – ismin adlandırdığıpredmetin gerçək-
liyin digər predmetlərinə münasibətini ifadə edən və deməli həmin ismin hal 
kateqoriyaları formasında cümlənin digər üzvlərinə münasibətini müəyyən 
edən  qrammatik  kateqoriyadır.  Hallanma  isə  ismin  və  digər  substantiv 
sözlərin hallar üzrə dəyişmə paradiqmasıdır” [6, s. 416]. 
M.Hüseynzadə hal barədə yazmışdır: «İsimlərin hallanması formaca 
morfoloji, vəzifəcə sintaktik tələblərdən irəli gəlir. Daha doğrusu, hallanma 
qrammatikanın  həm  morfoloji  bəhsinə,  həm  də  sintasis    bəhsinə  aid  bir 
məsələdir. Morfologiya bəhsində ismin yalnız hal şəkilçilərindən danışmaq 
mümkündür»[7, s.53]. 
"İsimlərin  halları  onların  dəyişmə  formasıdır.  Bu  da  istər  cümlədə, 
istərsə də müəyyən tərkib daxilində feillərin və başqa sözlərin tərkibindən 
(idarəsindən) asılı olaraq meydana gəlir. Bunu daha yaxşı başa düşmək üçün 
Azərbaycan  dilində  ismin  adlıq  halı  ilə  başqa  hallarını  müqayisə  etmək 
kifayətdir. Məsələn, kitab, kitabın, kitaba, kitabı, kitabda, kitabdan sözlərini 
nəzərdən keçirdikdə aydın olur ki, kitab sözü ismin adlıq halında daha çox 
müstəqildirsə, qalan hallarda bu müstəqillik yoxdur" [8, s.187]. 
«Azərbaycan  dilində  hal  kateqoriyası  hallana  bilən  sözləri  əhatə 
edir. Hallana bilən sözlər söz birləşməsi və cümlə daxilində fel, qoşma və 
adların (ismin, sifətin, sayın, əvəzliyin, o cümlədən zərfin) tələbinə görə 
müxtəlif  formalara  düşür.  Bu  zaman  hallanan  sözlərin  qəbul  etdiyi 
şəkilçilər hal şəkilçiləri olur»[9, s. 152]. 
Hala müxtəlif tərif və izahların verilməsi məsələsi də tədqiqatçıların 
diqqətindən  yayınmamışdır.  Məsələn,  R.Heydərov  yazır:  “Hal  kateqori-
yasına  dilçilikdə  müxtəlif  təriflər  verilsə  də,  prosesin  özü  digər  sözlərin 
(əsasən, fellərin) tələbi ilə ismin, və digər isimləşmiş sözlərin bir haldan 
digər hala düşməsi ilə səciyyələnir. Dünya dilçiliyində hal kateqoriyasına 
münasibət  fərqlidir.  Belə  ki,  müxtəlif  dillərdə  halların  sayı  tam  fərqli 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
27 
 
göstərilir.  Bəzi  dillərdə  hal  kateqoriyasının  olmamasına  rəğmən  (fars, 
tacik, çin), digər dillərdə 40-dan çox hal göstərilir”[10, s. 168]. 
Qədim  İran  dilləri  inkişaf  etmiş  hal  sisteminə  malik  olmuş  və 
sözdəyişmənin  bu  növü bütün adlara (isim, sifət,  əvəzlik  say),  eləcə  də 
feili  sifət  və  məsdərləri  əhatə  etmişdir.  Avesta  dilində  8  hal  (adlıq, 
təsirlik, yiyəlik, yönlük, alət, yerlik, çıxışlıq, çağırış) halları qeydə alınır. 
Qədim İran dilində bu sayı altıya qədər azalmışdır [11, s. 116].  
Qədim hind dillərində də halların sayı 8 olmuş və demək olar ki, 
Avesta dilinə uyğun gəlir. Bu baxımdan prairan dili üçün 8 hallıq sistemi 
bərpa etmək olur. 
Qədim İran dillərində halın ifadə vasitələri müstəqil, ön şəkilçi və 
ya  qoşmalarla  işlənərək  adların  cəmdə  mürəkkəb  sintaktik  əlaqələrinin 
qurulmasına  xidmət  etmişdir.  Qədim  İran  dillərində  çağırış  halı  istisna 
olmaqla,  digər  hallar  çoxfunksionallığı  ilə  diqqəti  cəlb  etmişdir.  Buna 
görə də, bu və ya digər halın funksiyalarını onun hansısa bir mənası üzrə 
təyin etmək olmur. Halın əsas mənası və təyinatından ümumiləşdirilmiş 
şəkildə bəhs etmək mümkündür.  
Qədim İran dillərindəndaha arxaiki olan Avesta dilində mövcud hal 
sisteminin dağılması əlamətləri həm formal-morfoloji, həm də məzmun-
funksional  planda  müşahidə  olunur.  Formal  planda  aşağıdakı  əlamətlər 
qeyd  olunur:  1)  müəyyən  hal  formalarının  yaranmasında  tematik  qrupa 
daxil  olmayan  əsasların  tematik  hallanması;  məsələn,  “zam”  –  torpaq; 
yerlik  hal,  tək  zəme:  gözlənilən  forma  isə  sonu  “-a”  əsaslı  olan  köklər 
üçün  “zami”,  “zəmi”  olmalı  idi;  2)  qeyri-tematik  əsasların  hallanması 
zamanı saitlərin əvəzlənməsi qaydalarının pozulması [11, s. 135]. 
S.N.Sokolov  bu  əlamətin  meydana  çıxmasını  zəif  əsasların  güclü 
əsaslar sahəsinə daxil olmasında görür [12, s.61].  
Məzmun  planında  mənanın  sürüşməsi  və  bununla  əlaqədar  bəzi 
halların    funksional  qarşılıqlı  əvəzlənməsi  hal  sisteminin  dağılma  təsiri 
kimi  qeyd  olunur.  Qədim  fars  dilində  hal  sisteminin  dağılması  daha  da 
güclənmişdir.  Yönlük  hal  Avesta  dilində  xüsusi  formaya  malik 
olmuşdursa, qədim fars dilində belə forma yoxdur və onun funksiyasını 
yiyəlik  hal  yerinə  yetirir.  Qədim  fars  dilində  çıxışlıq  halın  da  müstəqil 
forması yoxdur. Çıxışlıq cəmdə adlıq və təsirlik halla üst-üstə düşür.  
Avesta  dilində  özünün  qrammatik  hal  forması  olan  sözlərin 
qazandığı  qrammatik  məna  müəyyən  ön  şəkilçi  və  ya  qoşma  ilə  əldə 
olunur.  
Arxaik İran dillərində hal sisteminin dağılma prosesi sonradan daha 
da  sürətlənmişdir.  Bu  prosesə  təsir  edən  iki  amil  xüsusi  qeyd  olunur. 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
28 
 
Birinci amil vurğunun xarakteri və yeridir. Belə hesab olunur ki, arxaik 
dillərdə vurğu güclü olmuş, adətən, sondan üçüncü hecaya, yaxud ikinci 
heca  qısa  olduqda,  sondan  ikinci  hecaya  düşmüşdür.  Belə  hallarda  hal 
şəkilçiləri  vurğusuz  qalır  və  bu  da  onların  reduksiyasına  və  düşməsinə 
səbəb olmuşdur. Ikinci amil köməkçi sözlərdən ön şəkilçi və qoşmaların 
istifadə olunması ilə əlaqələndirilir. İlk dövrlərdə hal formalarının dəqiqləş-
dirilməsinə və onların sintaktik istifadə dairəsini genişləndirməyə xidmət ön 
şəkilçi  və  qoşmalar  tədricən  relyativ  funksiyaları  yerinə  yetirən  başlıca 
vasitələrə çevrilmişlər. Bu hal formalarının funksional əhəmiyyətinin zəiflə-
məsinə və aradan çıxmasına səbəb olmuşdur.  
Qədim  İran  dövründən  sonra  hal  sisteminin  təkamülünü  aşağıdakı 
istiqamətlər  üzrə  getdiyini  qeyd  edirlər:  1)  adların  sözdəyişmə  sisteminin 
unifikasiyasının  ümumi  ənənələri  ilə  əlaqədar  hallanma  tiplərinin  sayının 
azalması;  2)  halların  sayının  tədricən  ixtisarı;  3)  bəzi  halların  funksiya  və 
mənalarının genişlənməsi[11, s. 137]. Qeyd olunan hallar artıq xotansak və 
soqdi dillərində ifadəsini tapmışdır. Xorəzm dillərində bu proses bir qədər 
ləng getmişdir.Yeni İran dilləri  dövründə sözdəyişmə  sistemində  də əsaslı 
şəkildə  dəyişmələr  baş  vermişdir.  Bu  dəyişmələr  aşağıdakı  istiqamətlərdə 
getmişdir:  1)  hal  sistemində  yeni  dəyişmələr  baş  vermişdir;  2)  ikinci 
sözdəyişmə bazasında innovativ hal sisteminin yaranması baş vermişdir. Bu 
iki prosesdən birincisi ümumi səciyyəli olub, bütün yeni İran dillərinə aid 
olursa, ikincisi yalnız bəzi yeni İran dillərini əhatə edir. 
Yeniləşmiş hal sistemi olmayan dillər üçün ikihallı və azlığı ilə diqqəti 
cəlb edən üçhallı sistem səciyyəvidir. İkihallı sistemə vasitəsiz və vasitəli, 
üçhallı sistemə vasitəsiz, vasitəli və çağırış halları daxildir. Yeniləşmiş hal 
sistemli  dillərdə  ikihallı,  üçhallı,  dördhallı  və  hətta  beşhallı  sistemlər  də 
qeydə alınır. Bununla yanaşı, yeni İran dillərinin bir qismində (fars, tacik, 
şuqnan, Mərkəzi və Cənubi İran dialektləri) hal sistemi tam eliminasiyaya 
uğramışdır.Yeni  İran  dillərində  adların  sözdəyişmə  vasitələri  biri-birindən 
xeyli dərəcədə fərqlənir. Onlardan bəzilərində hal formalarının yaranmasının 
flektiv  tipi  qalmaqdadır.  Bəzi  dillərdə  isə  fleksiya  bütünlükləaqqlütinasiya 
ilə əvəzlənmişdir. Müəyyən qisim dillərdə artikllə əmələ gələn analitik hal 
formaları  vardır.  Qeyd  olunanlar  sözdəyişmə  prosesinin  qeyri-müntəzəm 
getdiyini  təsdiq  edir.  Bir  sıra  dillərdə  hal  sistemi  bu  və  ya  digər  xüsu-
siyyətlərinə görə qədim İran dillərinin hal sistemi ilə tipoloji oxşarlığını 
saxlayırsa, digərlərində belə oxşar cəhətlər tamamilə silinmiş, yeni sistem 
formalaşmışdır.  Yeni  İran  dillərinin  hal  sisteminin  müqayisəsi  yeni  hal 
sisteminin  formalaşmasının  hansı  yolla  getdiyini  öyrənməyə  kömək 
edəcəkdir.  

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
29 
 
Flektiv  tipli hallanma hazırda puştu, qurani, kürd, zaza, cənubi tat, 
semnan, muncan dillərində qalmışdır. Ümumi flektivlik əlaməti ətrafında 
birləşən bu dillərdə hal sistemi bir-birinə o qədər də yaxın deyildir. Puştu 
dili  hallanmanın  çoxtipli  olması  ilə  fərqlənir.  Qurani  dilinin 
dialektlərindən biri olan avramani, eləcə də kürd, cənubi tat və muncan 
dillərində  hallanma  yalnız  cinsi  əlamətinə  görə  seçilir.  Semnan  və  talış 
dillərində hallanma tam unifikasiya olunmuşdur. R.Heydərov talış dilində 
hal kateqoriyasından bəhs edərkən göstərir ki,bu dildə hal kateqoriyasının 
olması  isə  ziddiyyətli  məsələlərdən  sayılır.  Nəinki  hal  sistemi, 
ümumiyyətlə,  bu  dilin  qrammatik  quruluşunun  az  araşdırılması  özünü, 
xüsusən  də,  hal  sisteminə  münasibətdə  göstərir.  Talış  dilində  artıq  cins 
kateqoriyasına  rast  gəlinmir.  İki  hal  –  vasitəli  və  vasitəsiz  hal  yalnız 
təkdə işlənir[10]. 
Ə.Rəcəbli  talış  dilində  əsas  (adlıq  hal)  və  vasitəli  halın  olduğunu 
qeyd etmişdir [13, s. 36-40]. Bir çox tədqiqatçılar vasitəsiz adlandırdığı 
halı Ə.Rəcəbli əsas və ya adlıq hal adlandırır. 
Fars  dilində  hal  kateqoriyasına  aid  monoqrafiyasında  A.Kərimov 
yazır: “Bir çox tədqiqatçılar kimi, fars dilində halların məna üzrə təsnifini 
versək  (  vasitəli,  vasitəsiz  və  s.  hallar)  onda  biz  bununla  hal 
kateqoriyasının fars dilində mövcud olduğunu qəbul etmiş oluruq. Biz isə 
bununla razılaşmırıq” [14, s. 80].  
Daha  əvvəl  apardığımız  tədqiqat  işində  əldə  olan  materiallara 
istinad edərək tat dilinin Lahıc ləhcəsində isimlərin üç halın – ümumi hal
obyekt hal və yiyəlik halın olduğunu qeyd etmişik [15, s. 73].  Aparılan 
tədqiqat  və  təhlil  bir  daha  təsdiq  edir  ki,  yeni  İran  dillərində  hal 
kateqoriyasının  mövcudluğu  haqqında  konkret  nəticəyə  gəlmək  hələlik 
bir çox cəhətdən çətindir. Buna baxmayaraq, İran dillərinin əksər və əsas 
tədqiqatçılarının  fikirlərini  nəzərə  alaraq  hal  kateqoriyasının  yeni  İran 
dillərində  bu və ya başqa şəkildə qaldığını söyləməli oluruq.   
Yeni İran dillərinin hal sistemindəki formalar kəmiyyət əlamətinə 
görə  də  fərqlənir.  Puştu,  avromani,  semnan,  muncan  və  cənubi  tat 
dialektlərinin  çoxunda  həm  təkdə,  həm  də  cəmdə  xüsusi  hal  formaları 
vardır. Kürd dilinin mukri dialektində, talış dilində və tat dilinin takistani, 
eləcə də, danisfuni dialektlərində vasitəli və vasitəsiz hallar formal olaraq 
yalnız ismin təkinin hallanmasında fərqlənir.  
Tat  dilinin  cənub  dialektlərində  artikl  kateqoriyası  inkişaf 
etməmişdi və hallanma unifikasiyaya daha çox məruz qalmışdır. Bununla 
belə,  tat  dilinin  bu  dialektlərində  cins  fərqləri  təkdə  qalmaqdadır.  Bu 
dialektlərdə ikiüzvlü hal sistemi istifadə olunur. Vasitəsiz hal və vasitəli 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
30 
 
hallar  mövcuddur.  Çali,  caqzabadi,  xiaraci,  xozini,  əsfarvarini, 
əbrəhəmabadi  dialektlərində  həm  təkdə,  həm  də  cəmdə  ikiüzvlü  hal 
sistemi  yalnız  kişi  cinsi  üçün  tətbiqini  tapır.    Qadın  cinsinə  aid  olan 
isimlər təkdə vasitəli hal şəkilçisini itirmiş və yalnız cəmdə hallanır. Bu 
zaman  istifadə  olunan  şəkilçi  kişi  cinsindəki  sözlərdə  işlənənlərlə  eyni 
olur. Bu baxımdan tat dilində hal sisteminin dağılma istiqamətində irəli 
getdiyini söyləmək mümkündür.  
Ümumiyyətlə,  İran  dillərinin  hal  sistemini  sinxron  və  diaxron 
planda  öyrənmək  o  qədər  də  sadə  məsələ  deyildir.  Yeni  İran  dilləri,  o 
cümlədən də tat dili İran dilləri hal sisteminin qədim dövrlərinə aid bəzi 
əlamətləri  saxlamışdır.  Bu  cəhət,  fikrimizcə,  tat  dilinin  dialektlərində, 
həmçinin Azərbaycan tatlarının dilində də müşahidə oluna bilər. 
 
ƏDƏBİYYAT: 
 
1. Аристотель. Поэтика. Риторика. Санкт-Петербург., Азбука, 2000, 
348 с. 
2.  Античнаятеорияязыка  и  стиля.  Санкт-Петербург,  Алетея,  1996, 
362 с. 
3.  Елмслев  Л.  Язык  и  речь//  Звегинцев  В.А.  история  языкознания 
ХIX и XX веков в очерках и извлечениях. Ч.2. Москва, Прогресс, 
1960, с. 56-66. 
4.  Филлмор  Ч.  Дело  о  падеже//  Лингвистика  ХХ  века:  система  и 
структураязыка. Ч.II. Москва, Изд-во РУ дружбанародов, 2004, с. 
75-97   
5. Adilov M.İ., Verdiyeva Z.N., Ağayeva F.M. İzahlı dilçilik terminləri 
lüğəti. Bakı, Maarif, 1989, 362 s.  
6.  Ахманова  О.С.  Словарьлингвистическихтерминов.  Москва,Сов. 
энциклопедия, 1969, 608 с. 
7.  Huseynzadə  M.  Müasir  Azərbaycan  dili.  Morfologiya.  Bakı,  Maarif, 
1973 
8. Məmmədov N., Axundov A. Dilçiliyə giriş Bakı, Maarif, 1980, 316 s.  
9.  Xəlilov  B.  .  Müasir  Azərbaycan  dilinin  morfologiyası.  Bakı,  Elm, 
2000 
10.  Heydərov  R.  Azərbaycan  və  talış  dillərində  hal  kateqoriyası// 
Filologiya məsələləri. Bakı, “Elm və Təhsil, 2013, N 6, s. 168-173 
11.  Керимова  А.А.,  Расторгуева  В.С.  Категория  падежа//  Опыт 
историко-типологического  исследования  иранских  языков.  Т.2.. 
москва, Наука, 1975, с. 117-200 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
31 
 
12.Соколов С.Н. Авестийскийязык. Москва, Наука, 1961. 
13. Rəcəbli Ə. Talışlar və talış dili. Bakı: BDU, 1994, 81 s. 
14. Kərimov A. Hal münasibətlərinin fars dilində ifadə vasitələri (tarixi 
aspektdə). Bakı, Adiloğlu, 246 s.  
15. Hüseynova G. Lahıc tatlarının dili. Bakı, Nurlan, 2002, 198 s. 
 
Гюльсум Гусейнова 
 
Категория состояния в иранских языках 
Резюме 
В статье исследуются вопросы категории состояния в древних 
и  современных  иранских  языках.  Исследование  показывает,  что  в 
современных  иранских  языках  наблюдается  разрушение  системы 
условия в иранских языках вместо существования и многочисленных 
категорий  состояния.  Существуют  серьезные  расхождения  мнений  у 
исследователей  в  связи  системы  состояния  в  современных  иранских 
языках, возможное их число и в наименовании этих состояний. Этот 
аспект  подтверждает  необходимость  проведения  сравнительных  ис-
следований, диахронное и синхронное  изучение проблемы  категории 
состояния на основе материалов отдельных иранских языков.  
   
Gulsum Huseynova 
 
Category of condition in İranian languages 
Resume 
 
The article investigates category of condition questions in ancient 
and  modern  Iranian  languages.  The  research  discovers  that  disperse  of 
category of condition is observed in modern İranian languages instead of 
their existence and multitudinous of category of condition. There are strict 
disagreements  between  researchers  in  regard  with  condition  system  of 
Iranian  languages,  their  naming  and  possible  number  of  these  conditions. 
This  aspect  justifies  necessity  of  comparative  research,  diachronic  and 
synchronic study of problems covering conditional category of the Iranian 
languages on the bases of separate materials of the Iranian languages.  
 
 
 
 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
32 
 
Könül Səmədova  
Azərbaycan Dövlət Pedaqoji Universiteti,  
filologiya üzrə fəlsəfə doktoru, dosent, 
samadovakonul74@mail.ru
 
 
Azərbaycan dilinin Şimal qrupu dialektlərində cümlə üzvləri, 
cümlə tipləri və onlarda qıpçaq elementləri 
 
Açar sözlər: dialekt, qıpçaqlar, cümlə üzvləri, mübtəda, xəbər 
Ключевые  слова:  диалект,  кипчаки,  часть  предложений, 
подлежащее, сказуемое. 
Key words: dialect, Kipchacks, part of sentences, subject, 
predicate. 
 
Azərbaycan dili dialekt və şivələri sintaksisinin hər tərəfli tədqiqi 
isə xüsusi əhəmiyyət kəsb edir. Belə ki, böyük yazı ənənəsi, çox inkişaf 
etmiş sintaktik quruluşla bərabər, bu dilin keçmiş SSRİ-də və Yaxin Şərq 
ölkələrində  geniş  ərazidə  yayılmış  mürəkkəb  dialekt  sistemi  vardır. 
Genetik  cəhətdən  müxtəlif  türk  (Oğuz,  Qıpçaq,  güman  ki,  Xəzər  və 
başqa) tayfa dialektləri ilə bağlı olan Azərbaycan dili dialekt və şivələri 
mükəmməl  sintaktik  sistemi:  sadə  və  mürəkkəb  cümlə  strukturları, 
bağlanma  vasitələri,  söz  birləşmələri,  feili  tərkiblərin  rəngarəngliyi,  bir 
çox  maraqlı  xüsusiyyətləri  diqqəti  cəlb  edir.  Bu  baxımdan  dialekt 
qrupları nəinki yazılı ədəbi dildən, həm də bir –birindən seçilir. [2, s. 5] 
Şimal  qrupu  dialektlərinin  digər  dialekt  qruplarından  fərqli  olaraq 
cümlə  üzvlərində  baş  üzvlərlə  bərabər  ikinci  dərəcəli  üzvlərin  də 
özünəməxsus xüsusiyyətləri vardır. 
 Mübtəda. Mübtəda  cümlənin  elə  bir  baş  üzvüdür  ki,  qrammatik 
cəhətdən cümlənin digər üzvlərindən asılı olmayıb, adlıq halda, adətən, isim, 
əvəzlik,  substantivləşmiş  digər  nitq  hissələri  və  söz  birləşmələri  ilə  ifadə 
olunub, əlaməti xəbərlə müəyyən olunan əşyanı, şəxsi bildirir [5, s. 134]. 
Dialekt  və  şivələrimizi  sintaktik  cəhətdən  ədəbi  dildən  ayıran 
fərqlərdən biri də I və II şəxs, bəzən də III şəxslə ifadə olunan mübtədanın 
çox vaxt cümlədə özünü göstərməməsidir. Xəbərdə olan subyekt vasitəsilə 
ilə iş, hərəkətin kimə aid olduğu bəlli edilir. 
Mübtədasız cümlələrə çox vaxt dialoqlarda, əmr cümlələrində, xitab 
cümlələrində, atalar sözlərində, alqış və qarğışlarda təsadüf edilir. –Yeylağa 
malları aparıyam (Zaq.): – Qalmışam belə qoryubanı (Zaq.): – Səhər tezdən 
durup,  əl-üz  yuyub  işə  başdirem  (Zaq.):  –Çətin  dərdderqormıy-

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
33 
 
asan! (Zaq.): Oğlunun toyunu qorasan! (Qax): –Qapıdan baxa dureysan 
(Qax): –Ömrün  uzun,  yaman  qunqormiyəsən!  (Qax-İ.  Su):  - Çağırdı 
camātın  umum  iclasın (Zaq.):  – Oturuy  sərin  yerdə,  yiyə-içə  kef  çəkə 
(Qax – İlisu)  
 Ədəbi dil və dialektlərdə mübtəda daima adlıq halla ifadə olunur. 
Lakin  ən  maraqlısı  budur  ki,  şimal  qrupu  dialekt  və  şivələrində  müb-
tədanın yiyəlik halla ifadəsinə Zaqatala rayonunun Aşağı Tala kəndində 
təsadüf olunmuşdur: – Menin qoymuram. 
Türk dilinin qrammatik strukturunda mübtədanın, əsasən, xəbərdən 
əvvəl işlənməsi məlum faktdır. 
Bu  Ə.  Tanrıverdiyevin  «XVI  əsr  qıpçaq-poloves  dilinin 
qrammatikası»  kitabında  qıpçaqlara  aid  olan  sənədlərin  dilində  də  öz 
əksini  tapmışdır.  Bu  mətnlərdə  mübtədanın  xəbərdən  əvvəl  və  sonra 
işlənməsi  müşahidə  edilir.  Sənədlərdə  həmçinin  nitq  hissələri  ilə  ifadə 
olunan sadə mübtədalarla yanaşı, təyini söz birləşmələri ilə ifadə olunan 
mürəkkəb mübtədalar da müşahidə edilir [8, s. 87]. 
Xəbər. Şimal  dialektlərində  cümlənin  başqa  üzvlərinə  nisbətən 
xəbərin işlənməsində daha çox fərqli xüsusiyyət nəzərə çarpır. Ona görə 
də  burada  ancaq  xəbərin  işlənməsində  müşahidə  olunan  fərqli  cəhətlər 
çoxdur.  Xəbər  cümlənin  elə  bir  baş  üzvüdür  ki,  qrammatik  cəhətdən 
yalnız mübtədadan asılı olub, mübtədanın ifadə etdiyi əşyanın əlamətini 
bildirir,  adətən,  feilin  dəyişən  şəkilləri  ilə,  həmçinin  adlarla  və 
birləşmələrlə ifadə olunur. Xəbərin qrammatik cəhətdən mübtədadan asılı 
olması  onun  şəxsə və kəmiyyətə görə  mübtəda ilə uzlaşması  deməkdir. 
Xəbər ifadə vasitəsinə görə feili və ismi xəbər olur. Quruluşuna görə də 
iki cür olur: nitq hissələri ilə ifadə olunan sadə xəbərlər, söz birləşmələri 
və mürəkkəb adlarla ifadə olunan mürəkkəb xəbərlər. 
Aydındır ki, qədim və müasir türk dillərində feil xəbərli cümlələr 
ismi xəbərli cümlələrə nisbətən üstünlük təşkil edir. Ə. Tanrıverdiyev də 
qeyd  edir  ki,  feili  xəbərli  cümlələr  qıpçaqlara  aid  XVI  əsr  məhkəmə 
sənədlərində də çox işlənmişdir. Bu, « bir tərəfdən, feilin özünün bir nitq 
hissəsi  kimi  zənginliyi,  başqa  bir  tərəfdən  isə  cümlələrin  çox  vaxt  fəal 
hərəkətlə bağlı olaraq meydana çıxması hadisəsi ilə bağlıdır» [6, s. 183]. 
M. Şirəliyev dialektlərdə işlənən xəbər haqqında qeyd edir ki, ədəbi 
dildən  fərqli  olaraq  şivələrdə  bəzi  hallarda  xəbər  və  ya  xəbərlik 
kateqoriyası düşür. Bu halda predikat intonasiya vasitəsi ilə ifadə olunur: 
məs: -İşdəməyə  də  köməy,  yiməgə  də  köməy (Sal.):  - Quli,  haçarari 
mənə (Ş.): - Sən dedigün başqa, ōndedigi başqa (Ş.). 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
34 
 
Bəzən xəbər şəkilçilərinin və ol köməkçi felinin düşməsi hallarına da 
təsadüf  edilir:  məs: –  Öünavadan (Sal.):  – Sənin  sağ  əlin  mənim  başıma-
 (Qar.):  – Oğul,  sən  gedən  yollara  anan  qurban!  (Qaz.):  – Qoznanpolo: 
olmaz,  yağnandügigərəg (Sal.  -Beş.):  – Dlr  ki,  hal-  ehvalat  belə (Sal.  -
Sey.): – Atası mülküm qoca, anası yayma xatın, oğlu oba dəlisi, qızı dünya 
gözəli (Z. -Muğ.): – Baxdı gördi ki, qıza bağışdadığıüzik (Bal.): – Yol bo: 
gündü, su kiçigün(Bal.). 
 Ədəbi  dildən  fərqli  olaraq  şimal  qrupu  dialektlərində  bəzən  feili 
bağlamalarla  əmələ  gələn  mürəkkəb  xəbərlərə  də  təsadüf  edilir. -
Ola köməkçi  feili  yalnız  feili  bağlamalarla  deyil,  feilin  xəbər  şəkli  ilə  də 
işlənərək  mürəkkəb  xəbər  əmələ  gətirir  və  sual  yerində  işlənir:  məs:  –
 Görəsən,  gəlif ola?  (Bal.):  - Çayniyə  xata  salıb ola?  (İsm.):  - Fatma  xala 
öydədi  ola?  (İsm.):  – Arxa  su  gəlif ola?  (İsm.):  - Kağızı  yazdı ola?  (Ş.): – 
Dərman sabaişdiyəcək ola? (İsm.): – Uşaxdersdəngəlif tapar (Zaq.)  
Bəzən ola əvəzinə tapar sözü də işlənir: gəlib tapar, oxiyif tapar. Bu 
forma daha çox Zaqatala, Qax, Balakən rayonlarında geniş yayılmışdır. 
Ədəbi dildən fərqli olaraq dialekt və şivələrimizdə elə əmr cümlələrinə 
təsadüf edilir ki, burada cümlənin xəbəri iki müstəqil sözlə (çox vaxt II şəxs 
əmr şəkli ilə) ifadə olunur: məs: – Var get burdan! (Tov.): – Kitabi get gə-
vər mənə//mə (B.): – Eşşəyi gət gəl: –Dərə ağıldan su get gə (B. -Güz.). 
Bəzən  dialekt  və  şivələrimizdə  mürəkkəb  xəbər  tərkibində baş-
lamaq feli ilə birlikdə gələn məsdər, tərkibindən çıxaraq həmcins xəbər kimi 
işlənir:  məs: – Bığdani  əkmək  üçün  biz onibaşdıruğ//başdērüg  şum  elirüg, 
sürürüg(Muğ.): –Onnanso: ra yetişən vaxdibaşdi: ruğbiçirük(Şəki.): – Taxıl 
boğaz olannansōra başdır yetişir (Muğ.). Ədəbi dildə yuxarıdakı cümlələri 
belə  ifadə  etmək  olar: Buğdanı  əkmək  üçün  biz  onu  şum  eləməyə, 
sürməyə başlayırıq. Ondan sonra yetişən vaxtı biçməyə başlayırıq. Taxıl 
boğaz olandan sonra yetişməyə başlayır. 
Şərq  qrupu  dialekt  və  şivələrində  nəzərə  çarpan  xüsusiyyətlərdən 
biri  də  budur  ki,  burada  təkrarlı  feili  xəbərlərə  geniş  yer  verilir.  Bu 
təkrarlı feili xəbərlər həmişə inkar şəklində özünü göstərir. 
Bunların  həm  bağlayıcı,  həm  də  intonasiya  ilə  bağlanan  tiplərinə 
təsadüf edilir. Bağlayıcı ilə bağlanan feili xəbərlər formaca bir-birindən 
fərqlənmədiyi  halda,  intonasiya  ilə  bağlanan  feili  xəbərlər  bir-birindən 
seçilir. Belə ki, birinci xəbər indiki zamanla, ikinci xəbər isə əmr şəkli ilə 
ifadə  olunur:  məs:  – Nə  qədər  nəsiət  elədim,  adam  olmadı ki olmadı 
(Şəki.): – Hamı uturuban umun ağzına baxadu, uda heç nə dimiyədük ki 
dimiyədü(Qax.): – Mən neynimozi bilər, dimir, diməsün (Bal.): – Gid una 
de ki, isdəmiyədüisdəməsün, üzünüz alaruğ (Qax.). 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
35 
 
Bəzən  təkrar  olunan  feili  xəbərlər  arasında qoy ədatı  da  özünü 
göstərir: məs: 
– Buraxmiyədü qoy buraxmasun, unda mən üzüm tək gidərəm, ya 
da birgə gidəruğ (Qax.). 
Dialekt və şivələrimizdə bir neçə sözdən əmələ gələn mürəkkəb xə-
bərlər də işlədilir: məs: – Əgər qızuiverməgün olmış olsa, deginən (Şir.)  
Şimal  qrupu  dialektlərində  isə  mürəkkəb  xəbərlərin  tərkibində 
bəzən  zaman  şəkilçiləri  işlədilir.  Mürəkkəb  feili  xəbərlərdə  müşahidə 
edilən  bu  xüsusiyyət  «Kitabi-Dədə  Qorqud»  dastanlarında  da  müşahidə 
edilmişdir: İki  ayağının  üzərinə  durdu  kişnədi.  Ağ  meydanın  ortasında 
baxdı durdu. [1, s. 235]. 
Bundan əlavə M. İslamov Şəki dialektlərində işlənən xəbər cümlə 
üzvünə məxsus xüsusiyyətləri aşağıdakı kimi qruplaşdırır. 
1.  Bəzi  hallarda  xəbərlik  şəkilçisi  düşür. məs.  O  da,  məə  kimi 
kefqum. 
2.  Cümlədə  xəbərin  tamamilə  düşməsinə  də  rast  gəlirik.  Daha 
doğrusu, xəbəri ifadə olunmayan cümlələr Nuxa dialektində çox işlədilir. 
məs. Hara  elimizi  çaldıxdəstəynənçuvux.  Əkin  yeri  neqederdesen  bizim 
dağlarda. Bu cümlələrdə xəbərlərburaxılmışdır. 
Şəki//Nuxa dialektlərində çox zaman həmcins xəbərlərin birincisi işlə-
nilir,  ikincisi  işlənmir.  məs. Atdarın  bir  illiyinə  quluxdiyillər,  sora  erkey-
idayçə, dişisı qulan. (Baş Göynük). Bəzən isə həmcins xəbərlərin hər ikisi 
ifadə olunur. məs. İynənin kiçik ucunu özüa batır, bööyucunuözgiyə batır. 
Maraqlı cəhətlərdən biri də odur ki, cümlədə xəbər həmcins üzvlərin 
sayı qədər təkrara edilir. məs. Buğda əkrdilər, darı əkərdilər, çəltiy əkərdilər. 
Mən də işdirəm, arvat da içdiiir. uşaxlar da işdiir. 
Bəzən  cümlədə  xəbərin  iki  dəfə  təkrar  olunduğuna  təsadüf  edilmir. 
yəni mənaca bir-birinin eyni olan xəbər yanaşı işlənilir. məs. Yağış diyəsən 
əl şəkmicaxdı, dincəlmiçaxdı. 
Dialekt və şivələrimizdə müşahidə olunan xüsusiyyətlərdən biri odur 
ki, mürəkkəb xəbərin tərkibindəki hər iki feil zaman şəkilçisi qəbul edir Şəki 
dialektində də belədir. məs. Oğlan çatar görer qaranlıq qarəşıfdi. 
Bu  xüsusiyyətə  Şəki  dialektlərində  çox  rast  gəlmək  olur.  Bundan 
başqa mürəkkəb xəbərin tərkib hissələrinin öz yerini dəyişdiyinə də təsadüf 
olunur. Bu halda çox zaman tərkib hissələr arasına başqa sözlər daxil olur. 
Belə bir xüsusiyyət tərkib hissələrindən bir başlamaq feilindən ibarət olan 
mürəkkəb  xəbərlərdə  müşahidə  olunur.  -Deli  qardaş  başdiyərkeçiyin 
getdiyi  yeri  qazmağa.  Qız  gidər  fikrə  öz-özüünədiyər:  yeddi  il  buun 
zəhmətini çehdimmaa qismət olmadı, başdiyifyığliyər. (B. Göy). 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
36 
 
Bəzən olur ki, istər  Azərbaycan, istərsə  də  bir sıra türk  dillərində 
cüttərkibli  cümlələrin  şəxs  əvəzlikləri  ilə  ifadə  olunan  mübtədası 
buraxılır.  Dialekt  və  şivələrdə  isə,  ümumiyyətləişlədilmir.  Müxtəlif 
isimlərlə ifadə olunan mübtədalar mümkün olduqca buraxılır. 
Beləliklə dialekt və şivələrdə mübtədası zahirdə olan cümlələrə də 
təsadüf  edilir.  Ona  görə  də  bu,  dialekt  və  şivələri  ədəbi  dildən  ayıran 
fərqlərdən biri olur. 
Bu cəhətdən Zaqatala-Qax şivəsi müstəsnalıq təşkil edərək nəinki 
dialekt və şivələrdən hətta ədəbi dildən də fərqlənir. Mübtəda ilə xəbərin 
şəxsə  görə  uzlaşmasının  tez-tez  pozulduğu  bu  şivədə  şəxs  əvəzliyi  ilə 
ifadə edilən mübtədanın cümlədən saxlanılması bir növ zərurət olur. 
Şimal  qrupu  dialektlərində  xəbərin  bəzi  xüsusiyyətləri  də  diqqəti 
cəlb edir. 
Cümlənin xəbəri iş feilləri əvəzinə, bəzən ele köməkçi feili ilə ifadə 
olunur.  Bu  da  əsasən  qadınların  məişətlə  bağlı  danışığında  olur.  məs. 
Pişmişeləmisənmi axşama. Bu xüsusiyyət dialekt və şivələrdə cümlənin 
xəbəri  ara-sıra  feillərlə  analitik  şəkildə  ifadə  olunur.  Bu  baxımdan 
Dərbənd dialekti özünəməxsus səciyyəvidir. 
Şimal qrupu dialektlərində baş verən maraqlı xüsusiyyətlərdən biri 
də  mübtədanın  xəbərdən  sonra  işlənməsidir. məs.  Axşam  gec  geetdi 
yatmağa Əli. Vaxtında ekilirdiheryerdə taxıl. vəs. 
Tamamlıq. Tamamliqlar  feili  xəbərlə,  həmçinin  sifət,  qeyri-sifət, 
qeyri-müəyyən say, Say bəzi zərf və isimlərlə ifadə olunan ismi xəbərə 
aid  olur.  Tamamlıqlar  ismin  adlıq  və  yiyəlik  hallarından  başqa,  digər 
hallarla, bəzi qoşmalarla işlənən isim, əvəzlik, eləcə də substantivləşmiş 
digər  nitq  hissələri,  söz  birləşmələri  və  tərkiblərlə  ifadə  olunub  əşya 
bildirir [5, s. 159]. Tamamlıqlar quruluşca sadə və mürəkkəb olur. İfadə 
vasitəsinə görə vasitəli və vasitəsiz olmaqla iki yerə ayrılır. 
Qıpçaq  dilinə  aid  sənədlərdə  vasitəli  və  vasitəsiz  tamamlıqlar 
mətnlərin demək olar ki, hamısında işlənmişdir. Daha çox II və III növ 
təyini söz birləşmələri ilə ifadə olunan vasitəli və vasitəsiz tamamlıqlar 
da  daha  çox  işlənmişdir: berdimalarqa  bir  türk  atı,  soninqpayinqini-
beripvzvolitetkoysen. 
Şimal  qrupu  dialektlərində  tamamlıq  xəbərdən  sonra  da  işlənə  bilir. 
Məs.  Sel  cırt  yaaribölüfdü  kəndi.  Tutu  sirkəliyirdi  şala.  Başına 
zolluyicəmhabıdeyenəyi. vəs. 
Təyin. Bildiyimiz  kimi  təyin  cümlədə  əşya  ifadə  edən  hər  hansı  bir 
sözə  –  üzvə  aid  olub,  onun  əlamət,  keyfiyyət  və  kəmiyyətinin  bildirən 
ikinci dərəcəli üzvdür. Təyin də quruluşca sadə və mürəkkəb olur. Şimal 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
37 
 
qrupu  dialekt  və  şivələrində  də  həm  sadə,  həm  də  mürəkkəb  növlərinə 
rast gəlinir. Təyinin keyfiyyət, miqdar, sıra, işarə, hərəkət, zaman, məkan 
bildirən növləri vardır. 
Sifət, say, feili sifətlə ifadə olunan təyinlər Qıpçaq dilli (XVI əsr) 
məhkəmə  sənədlərinin  dilində  də  işlədilir. Məsələn, Kokçekmandan  da  1 
dələfutponuçXalqan:  Kumuştuvmalarıbila  da. Sayla  ifadə  olunan  təyin-
lərə..eki kişi tavkonu da lazarnı da sordular. və s. 5 lotdan az eksik və s. (8.)  
Zərflik.  Bəllidir  ki,  zərfliklər  hərəkətin  əlamətinin  icra  tərzini, 
zamanını,  yerini,  miqdarını,  səbəbini,  məqsədini  bildirən  ikinci  dərəcəli 
üzvdür.  Digər  ikinci  dərəcəli  üzvlərdən  –  əşyanın  əlamətini  bildirən 
təyinlərdən,  müstəqim  və  qeyri-müstəqim  obyekt  olan  tamamlıqlardan 
fərqlənir.  Zərfliklər  də  quruluşca  sadə  və  mürəkkəb  olur.  Zərfliyin 
müxtəlif məna növləri vardır. Sonuncu bölgüdə doqquz məna növü əsas 
götürülür.  Qədim  və  müasir  türk  dillərində  olduğu  kimi  Qıpçaq 
mətnlərdəki zərfliklərdə də zəngin məna növləri ilə diqqəti cəlb edir. 
Şimal qrupu dialektlərində zərfliyin müxtəlif növləri işlədilir. Şimal 
qrupu dialektlərində zərflik də xəbərdən sonra işlənilir. 
Yer  zərfliyinə  aid.  məs. Un-unbir  adam  gidiy  qız  öynə.  Ot  biş-
mağagidəsiyəmbaxçiyə. 
Zaman zərfliyinin xəbərdən sonra gəlməsinə aid. məs. Maşinnərgəli-
yhəyindi. Un dörd yaşında olaydım həyindivəs. 
Tərz-hərəkət  zərfliyinin  xəbərdən  sonra  gəlməsi. məs.  Xoşbaxyeşi-
yillər, kefi kök. və. s. 
Səbəb-məqsəd  zərfliyinin  xəbərdən  sonra  gəlməsi.  Məs. Qarı 
gidərşikaateləmağanaxırçıyə.  İkisidə  getdilər  su  doldurmağa.  Gidər 
dəryadan balıx tutmağa. Dağa geerəm odun qırmağa. 
Cümlədə  sözlərin  sırası.  Məlum  məsələdir  ki,  dialekt  və  şivələrdə 
ədəbi  dildə  olduğu  kimi  cümlədə  sözlərin  sırası  gözlənilə  bilməz.  Bəzən 
mübtəda  xəbərdən  sonra  işlənir: məs:  –  Hindi  gələlləruşaxla(Zaq):  – 
Dadaneydapdabaycüceye(Zaq- Qımır). 
Tamamlıq  xəbərdən  sonra  gəlir:  məs: –  Sabahisi  oglan  ova  getdi 
yoldaşlarıynan(Zaq. Aşağı tala). 
 Zərfliklər  bəzən  xəbərdən  sonra  gəlir:  məs: –Mənim  üç  ip  var 
orda (Zaq.): – 
Gəlirihöyümüzəyuxuluyurux, yatırıx gecə (Qax.): –Qapı qapıdan çıxır 
yəvəş-yəvəş(Qax): – Savaxdanduruf gedirəm herin üstə (Qax-Almalı.). 
Bəzən  təyin  təyin  olunan  sözdən  sonra  işlənir  Burada  çox  vaxt 
bəxtəvər,  bədbəxt,  qoçaq,  yazıq,  fağır,  zalım,  biçarə,  sözləri  ilə  ifadə 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
38 
 
olunan  təyinlərdən  istifadə  olunur:  məs:  – Gəlin  yazıq  başına  nə  kül 
töksün (İsma.)  
Hətta təyinin söz birləşmələrində belə birinci tərəfin ikinci tərəfdən 
sonra gəlməsinə də təsadüf edilir: məs: – Bu oglan ondan uzax yerdə olur 
çox: – Sən kar idün, neeşitdin gəməgün qarınin (Şə.). 
Şimal  qrupu  dialektlərində  qrammatik  cəhətdən  cümlə  üzvləri  ilə 
əlaqəsi olmayan sözlər də geniş işlənilir. (xitablar və ara sözlər). 
M.  Şirəliyev  qeyd  edir  ki,  dialektin  əsasında  dialoq  olduğundan 
xitab və əlavələrin işlədilməsinə bir o qədər də ehtiyac hiss edilmir, çünki 
iki  şəxsin  üz-üzə  durub  danışması,  bir  də  bunların  bir  birinin  adını 
çəkməyə ehtiyac yaratmır. 
Xitab.çox zaman da çağırış nidaları ilə birgə işlədilir. Şimal qrupu 
dialektlərində çağırış nidasının a gedə forması daha çox işlədilir. «Gedə» 
deyəndə oğlan uşağı nəzərdə tutulur. 
Ara  sözlər  və  cümlələr. Şimal  qrupu  dialekt  və  şivələrində  ara 
sözlər  bir  o  qədər  də  geniş  yayılmamışdır.  Ən  çox  işlənən  ara  sözlər 
bunlardır: mən bilən, sən bilən, elə bil, bəli, gərək ki, deməli ki, diyax ki, 
tutax ki, diyasan və s. 
Mövcud dialektoloji materiallar göstərir ki, dialekt və şivələrdə ara 
sözlərin bolluğu özünü göstərir. 
Şimal qrupu dialektlərində ən çox işlənən sözlərdən «tapar» (deyəsən, 
görünür) sözüdür ki, bu söz Şəki, Zaqatala, Qax, Balakən üçün səciyyəvidir. 
Bu  ara  söz  cümlənin  əvvəlində  və  sonunda  daha  aktiv  işlənilir.  məs.  Ho, 
uşax dərsdən, gəlif, tapar. Qonşunu çağırdım, cavaf verən olan olmadı. Ta-
par rayona gediflər. 
Yaraf (görəsən) -bu ara sözü də Şimal qrupu dialektləri üçün olduqca 
aktivdir.  Həm  əvvəldə  həm  də  sonda  işlədilir.  məs.  Bu  qunmellim  dərs 
keçəsidimi, yaraf? Yaraf, uşaxlargalıf. və s 
Şimal qrupu dialektlərində maraqlı cümlə tipləri də vardır. 
Ümumiyyətlə,  dialektlərə  nəzər  salanda  görürük  ki,  şifahi  nitqin 
xüsusiyyətləri ilə bağlı olaraq nitqdə ən çox işlənən cümlələr sadə yarımçıq 
cümlələrdi. İntonasiyaya görə dialektlərdə rast gəlinən cümlə tipləri sual 
və nida cümlələridir. 
Sual cümlələri. M. Şirəliyev sual cümlələrinin iki tipini qeyd edir: 
1. Sual cümlələri sual modallıq əlaməti ilə deyil, yalnız intonasiya 
və  sual  sözləri  ilə  ifadə  olunur  və  bu  qrupa  Bakı,  Şamaxı,  Şəki, 
Naxçıvan, Ordubad, Təbriz dialektləri və Muğan şivələri daxildir. 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
39 
 
2.  Sual  cümlələri  intonasiyadan  əlavə,  çox  vaxt  sual  modallıq 
əlaməti  və  sual  sözləri  ilə  ifadə  olunur.  Buraya  da  Qazax,  Gəncə, 
Qarabağ dialektləri daxildir. 
M. Hüseynova sual cümlələrini bədii mühitdə fikir və düşüncələrə 
xüsusi  çeviklik,  sürət  və  intensivlik  gətirən  sintaktik  vahidlərdən  biri 
olduğunu qeyd etmişdir. [3, s. 93]. 
Şimal  qrupu  dialekt  və  şivələrində  işlənən  sual  cümlələrinə  aid 
nümunələr:  – Ana  ,  məni  qonaxediysənmi?:  –Habu  yana  niyə  yıxıliy? 
(Qax-Almalı). – Niyə qapıdə baxa durur san? 
Su, gölə axmaginən, 
Qayalar yıxmaginən, 
Qozəldənqozmi doyar, 
Uzaxdanbaxmağiynən? (Qax, Əmrcan)  
Şimal qrupu dialektlərində həm sual intonasiyası ilə, həm də -mı, -mi, 
mu, -mü. (-bı, -bi, bu. bü) sual ədatı ilə ifadə olunan sual cümləsi işlənilir. 
a) Sual intonasiyası ilə ifadə olunan sual cümləsi. məs. Nəvaanişannə-
din  sən?  O  vaxti  müselmannan  soldat  yoxiydiheledöylü.  Saaağaş  lazım 
döylü? . 
b) Sual ədatı ilə ifadə olunan sual cümləsi. məs. Buqqədir adamı hoöy 
tutarmı?  Öydəoturufbaxmağisdəmiyimi?  Dağdan  düşüfsammı?  Qırdınızmı 
ipi? Və. s. 
Nida cümlələri. Şimal qrupu dialekt və şivələrində nida cümləsi xitab 
və nida sözləri ilə, alqış və qarğış səciyyəli cümlələr şəklində, çox vaxt 
nida  intonasiya  ilə  müşahidə  olunur.  Nümunələr:  – Adə,  buraya 
gə! (İsm.):  – Oğul,  sən  gələn  yollara  anan  qurban! (Qax):  – Ha  burda 
otrur!  (Qax):  – Boya  –başa  gidesan! (Zaq.  Aş.  T):  –Boyuna  Varxiyan 
qamışı ölçüm! (Zaq., Qax, Bal.,Şə.) və s. 
Şəxssiz cümlələr. Şəxssiz cümlələr. Məlum olduğu kimi mübtədası 
olmayan cümlələrə şəxssiz cümlələr deyilir. Şimal bölgəsindən toplanan 
folklor nümunələrində belə cümlə tiplərinə rast gəlmək mümkündür. 
Şəxssiz cümlələrin iki formasına rast gəlmək olar: 
1)  xəbəri  isimlə  ifadə  olunanlar.  məs. Eşdə  yaman  qarandıxdı. 
Havıuşaa yaman soyuxdi. 
2) Xəbəri feillə ifadə olunan şəxssiz cümlələr. 
məs. Öydə-eşdə salamtdıxdı. Qaranquşun gələn vaxıdı. Qışın ömrünə 
az qalıtdı. və. s 
 Xəbəri feillə ifadə olunan şəxssiz cümlələr özü də iki tipə ayrılır: 
 a)  xəbəri  məlum  feillərlə  ifadə  olunan  şəxssiz  cümlələr  (–Bu 
əhvalatdan bir az keçdi): 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
40 
 
b) xəbəri məchul feillərlə ifadə olunan şəxssiz cümlələr. (ooun işinə 
dünən baxıldi.) [4. s. 170] 
Qeyri-müəyyən şəxsli cümlələr. Şimal qrupudialekt və şivələrində 
ən  çox  rast  gəlinən  cümlə  tiplərindən  biri  də  qeyri-müəyyən  şəxsli 
cümlələrdir. Bu cümlələrin də iki tipinə daha çox rast gəlinir: a) xəbərin 
çox indiki və qeyri-qəti gələcək zamanın III şəxsin cəmi ilə ifadə olunan 
qeyri –müəyyən şəxsli cümlələr: məs: – Belə revayətediylər(Şəki.). 
b)  Xəbəri  əmr  şəklinin  ikinci  şəxs  təki  ilə  ifadə  olunan  qeyri-
müəyyən  şəxsli  cümlələr:  məs: –  Dikən  olufayağəbatincə,  gül  ol, 
yaxıyəsəncil (Şə.): – Çəpərin 
möhkəm 
tut, 
qooşunogrigörma: 
–Elinnəngalmiyan 
işi, 
dilinlasöylama (Qax).  
Şəki dialektlərində isə daha çox xəbərin üçüncü şəxsin cəmi ilə ifadə 
olunan  növü  daha  çox  işlənilir. məs.  Bizi  göndərdilər  kəndə.  Deeermanın 
suyunu kesitdilər. Suyu üşyereayırıtdılar. SavaxTeyfuğun işinə baxılasıdı. 
Ümumi şəxsli cümlələr. Ümumi şəxsli cümlələrə əsasən atalar sözləri 
və  məsəllər  daxil  edilir.  Bu  tip  cümlələr  Şimal  qrupu  dialektində  də  işlə-
dilir. məs. Əzazil adama heç irəhmətdiməzdər. Acı dindirmə, toxu tərpətmə. 
Cücəni payızda səniyəllər. Uzax yerin döyməcini balnandöyəllər. və s. Bir 
adama yüz söyləmə, yüz adama bir söylə. Az əx çox suvar. [2, s. 164]. 
Həmcins üzvlü sadə cümlələr.Şimal qrupu dialekt və şivələrində ən 
çox rast gəlinən həmcins üzvlü sadə cümlələrdir. M. Şirəliyev bu cümlənin 
tiplərinə gəlincə qeyd edir ki, həmcins xəbərli sadə cümlələr o biri tiplərə 
nisbətən  daha  çox  işlənilir.  Belə  cümlələrə  iş-hərəkətin  təsvirini  bütün 
təfərrüatı ilə verərkən təsadüf edilir. [7, s. 305] 
Nümunələr: –Unigətürrüğ,  buğur  teşti  gətürrüğ,  əliyirüğ,  suigətir-
rüğ,  tökürüg  unun  üssə,  xəmir  yoğırruğ,  asırığ  sacı,  oxloyigətürrük, 
nazik-nazik  yayıruğ,  təpitmə  düzəldürüg(Şə.  -Göynük): –  Səkkiz  uşaq 
oxutmuşam,  məktəbi  qutartmişam:  –  Hunda  balta  yox,  dəhrə  yox, 
kirdabıl  yox (Qax  -İlisu.): –Savax  tezdən  dururam,  əlimi,  üzümü  yuyuf, 
şörəx' yiyif, gedirəm çöl işinə (Qax- Qıpçaq kəndi). 
Şimal  qrupu  dialekt  və  şivələrində  feilibaglamlarla  əmələ  gələn 
həmcins  üzvlü  sadə  cümlələrə  də  çox  təsadüf  olunur:  məs: –Mən  də 
başdadimbagiişdemegə (Bal.): –  Ayi  tez  qucağində  ulan  balasıni  bu 
tərəfə qoyub, başdadi u üzdəkinin dalıncangidmağa (Qax). 
Şimal qrupu dialekt və şivələrində ədəbi dildən fərqli olaraq dialekt 
və şivələrimizdə bağlayıcılı həmcins üzvlü sadə cümlələrə də az təsadüf 
edilir. Həmcins üzvlü sadə cümlələrdə ən çox aşağıdakı bağlayıcılara rast 
gəlmək  olur.  bunlara  cümlə  daxilində  nəzər  salsaq:  məs: – Gah  oxiyiir, 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
41 
 
gah oxumir, heç unun işindən baş çıxarmaxolmii: – Meni də çağir, oni də 
(Bal.). 
Həmcins xəbərlərdən birincisi təsdiq, digəri inkar şəklində olarsa, 
bəzən ikinci xəbər işlənmir və bunu yox sözü əvəz edir: məs: – Qarrasa 
pis olar, qarramasa yox (Şə.). 
Ədəbi dildə olduğu kimi, bəzən şimal qrupu dialekt və şivələrində 
də  bəzən  həmcins  üzvlü  sadə  cümlələrdə  həmcins  xəbərlərdən  biri 
buraxılır,  lakin  fərq  bundadır  ki,  ədəbi  dildə  birinci,  şivədə  isə  axırıncı 
həmcins xəbər buraxılır: məs: – Onun ya ölisinivər, ya dirisini(Bal.). 
Bundan  əlavə  M.  Cəfərzadə  dialekt  və  şivələrin  sintaksisində 
həmcins  üzvlü  cümlələrin  mühüm  yer  tutduğunu  qeyd  etmiş.  Belə 
cümlələrə  həm  monoloji  həm  də  dialoji  nitqdə  təsadüf  edildiyini  qeyd 
etmişdir. Fərq burasındadırki, dialoji nitqdə cümlələr lakonik olub çoxlu 
söz  işləməsinə  yol  vermir.  Ona  görə  həmin  cümlələrdəki  həmcins 
üzvlərin  sayının  ikidən  artıq  olması  bir  üzvün  digər  üzvə  görə 
təkrarlanması  əslində  mümkün  deyil.  Monoloji  nitqdə  isə  çoxlu  üzv 
işlətməyə  bu  və  ya  digər  üzvü  dəfələrlə  təkrar  etməyə  imkan  vardır. 
Xüsusən iş və hadisə geniş veriləndə bunlardan istifadə edilir. [2.] 
Dialekt  və  şivələrdə  həmcins  üzvlü  sadə  cümlələrin  çoxu 
bağlayıcısızdır.  lakin  bağlayıcılı  cümlələrdə  xeyli  işlənilir.  bağlayıcılı 
həmcins  üzvlər  arasında  aşağıdakıbağlayıcılar  işlənir.  ara,  ya,  nə,  da 
bəzən də gah, həm bağlayıcılarından, habelə başqa vasitələrdən istifadə 
edilir.  məs  ara  bağlayıcısı  bir  qədər məhdud olsada amma  Şimal  qrupu 
dialektlərində işlədilir. məs Qax rayonu ərazisində. məs. Ərə mən, ərə Əli 
gidiy  qoyuna. Bu  erə//ərə  sözləri  arada  sözünün  fleksiyaya  uğramış 
formasıdır. həmçinin ara bağlayıcısı da. məs. Bıları apar, ara öz xatrıva, 
ara menimxatrıma və sairə. 
  
ƏDƏBİYYAT: 
 
1.  Azərbaycan  dilinin  Dərbənd  dialekti.  Bakı  «Elm  «  2009,  448 
səh. 
2.  Cəfərzadə  M.  Azərbaycan  dilinin  dialekt  sintaksisi.  Azərnəşr. 
Bakı. 1990. 350 səh. 
3.  Hüseynova  Mahirə  «Aşıq  və  el  şairlərinin  üslubi 
leksikası. « Bakı 2016, ADMİU. 200 səh. 
4.  İslamov Musa. Azərbaycan dilinin Nuxa dialekti. AMEA. Bakı. 
1968. 275 səh. 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
42 
 
5.  Müasir  Azərbaycan  dilinin  sintaksisi.  IV  hissə.  Maarif,  Bakı, 
1972, 476 səh. 
6.  Şükürlü  Ə.  Qədim  türk  yazılı  abidələrinin  dili.  Bakı,  Maarif, 
1993. 
7.  Şirəliyev  M.  Azərbaycan  dialektologiyasının  əsasları.  Şərq-
Qərb. Bakı. 2008. 416 səh. 
8.  Tanrıverdiyev  Əzizxan.  «  XVI  əsr  qıpçaq  (Poloves)  dilinin 
qrammatikası. Bakı, 2009, «Nurlan» nəşriyyati, 119 səh, 
 
   
Конуль Самедова 
 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin