Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə18/41
tarix12.12.2019
ölçüsü1,8 Mb.
#29906
1   ...   14   15   16   17   18   19   20   21   ...   41
Dilcilik-institutunun-eserleri-1-2018

 
171 
 
Z.Y.Turayeva  temporallığı  mətn  kateqoriyası  hesab  edir  və  onu 
zaman  münasibətlərinin  ötürülməsinə  xidmət  edən,  dil  elementlərini 
əlaqələndirən,  onları  funksional  və  semantik  cəhətdən  birləşdirən 
münasibətlər şəbəkəsi kimi təyin edir (15, s. 86). A.V.Bondarko isə mətn 
zamanından  bəhs  edərkən  semantik  kateqoriyalar  kompleksini  ortaya 
qoyur.  Bura  temporallıq,  aspektuallıq,  taksis,  zaman  lokallaşması  və 
zaman ardıcıllığı (временной порядок) kimi kateqoriyaları daxil edir (4, 
s. 24-25). 
Ümumiyyətlə, temporallıq həm daha yüksək tərtibli, həm də mətnin 
müstəqil  kateqoriyası  kimi  təqdim  olunur.  Temporallıq  zamanın  dil 
vasitələri  ilə  əks  etdirmək  üçün  təbii  dildə  istifadə  olunan  qrammatik 
zamanı özünə tabe edən daha yüksək ranqlı kateqoriyadır (14, s. 36).  
M.N.Levçenkoya  görə,  temporallıq  mətnin  müstəqil  kateqoriyası 
olub  öyrənilən  mətnin  bütün  eksplisit  və  implisit  zaman  göstəricilərini 
onların funksional və semantik ümumiliyinə əsasən əhatə edir (11, s. 21). 
 İ.Tahirov  temporallığı  müxtəlifsistemli  dillərin  materialları  əsasında 
tədqiq  edərək  və  onunla  bağlı  elmi-nəzəri  fikirləri  nəzərdən  keçirərək 
göstərir  ki,  “temporallıq  zaman  anlayışı  ilə  əlaqədar  olan  hər  bir  şeyin 
müəyyən vasitə və üsullarla dildə ifadə edilməsidir. Həmin vasitə və üsullar 
isə  çox  çeşidlidir.  Belə  ki,  zaman  anlayışı  dildə  şəkilçilər,  sözlər,  söz 
birləşmələri və cümlələrlə ifadə oluna bilər” (1, s. 36).  
Tədqiqatçılar  obyektiv,  qrammatik  və  bədii  zaman  arasında  əlaqəni 
aydınlaşdırmağa  çalışırlar.  Obyektiv  və  qrammatik  zamanın  təyin 
olunmasında fikir birliyi müşahidə edilsə də, bədii zaman və mətn zamanına 
münasibətdə bunu söyləmək çətindir. T.İ.Deşerieva bədii zamanı “konteks-
tual zaman” adlandırır (7, s. 112). Kontekst mətnin götürülmüş, ayrılmış və 
ya  oxunan,  canlandırılan  hissəsidir.  Yuxarıdakı  nümunələrdə,  qeyd  olun-
duğu  kimi,  mətnin  müxtəlif  hissələrində  və  deməli,  kontekstlərində  fərqli 
zamanlar hərəkətdədir.  
Bəzi  hallarda  mətnin  müxtəlif  yerlərində  eyni  bir  zaman,  eyni  bir 
məkan təsvir olunur. Məsələn, Qan Turalının hekayəsində Gülgünün nəql 
etdiyi  parçadakı  “anam  mənimlə  Gülnürəni  Şaxta  Babanın  yanına 
apardı”,  Şaxta  Babanın  hekayətindəki  “Bir  gün  iki  qızla  anası  gəldi: 
qızın biri balaca idi, o birisi böyük”, Nailənin danışığındakı “Qızlarımı 
götürüb  apardım  parka.  Şaxta  babaya  şeir  dedilər”  kontekstlərində 
zaman  və  məkan  eynidir.  Lakin  bu  kontekstlər  hekayənin  müxtəlif 
yerlərindədir. 
V.V.Sıçkovun  fikrinə  görə,  bədii  zaman  linqvistik  (qrammatik  və 
leksik)  zamanı,  mətn  zamanını  (bədii  aləmin  daxili  zamanı,  obrazın 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
172 
 
zamanı)  və  ekstralinqvistik  amilləri  (müəllif  zamanı  və  oxucu  zamanı) 
özündə birləşdirir (13, s. 18). 
Q.A.Zolotova,  P.K.Onipenko,  M.Y.Sidirova  bədii  zamanı  mətn 
zamanı  ilə  eyniləşdirir.  Onlar  belə  hesab  edirlər  ki,  mətn  zamanı  orada 
təsvir  olunan  hadisələrin  zamanıdır  (9,  s.  23).  Təbii  ki,  bu  halda  mətn 
zamanı  həmin  mətndə  təsvir  olunan  müxtəlif  hadisələrin  zamanları 
toplusu  olur.  Əslində,  «bədii  zaman»  dedikdə  zamanın  müəyyən  anı, 
məqamı  nəzərdə  tutulmamalıdır.  Burada  fərqli  zamanlar  mövcuddur. 
Bədii mətn «dəyişkən və axıcı» (6, s. 50) olub «hərəkət əlaməti»nə (5, s. 
18)  malikdir.  Bədii  mətn  zaman  münasibətlərini  ifadə  edən  nitq 
kateqoriyaları ilə reallaşır (16, s. 18).  
“Mətn zamanı” və “bədii zaman” anlayışlarını bir-biri ilə müqayisə 
etdikdə  həm  “mətn”  sözünün,  həm  də  “bədii”  sözünün  daşıdığı 
terminoloji  mənanı  nəzərdən  keçirmək  lazım  gəlir.  Mətn  mürəkkəb  bir 
tamdır. Janr və funksional üsluba aidlik baxımından müxtəlif mətnlərdən 
danışmaq olar. Elmi məqalə, texnikanın müəyyən sahəsinə aid təlimat da 
mətn  kimi  qəbul  oluna  bilər.  Lakin  bu  cür  mətnlərdə  zaman,  əksər 
hallarda  fakültətivdir.  Lakin  bədii  yaradıcılıq  nümunələrində  zaman  və 
məkan aparıcıdır. Çünki bədii əsərlərdə müxtəlif hadisələr təsvir olunur. 
Hekayə, novella, povest, roman janrlarında müəllifin nəql etdiyi hadisələr 
zaman və məkan çərçivəsində baş verir. Bu hadisələrin əksəri bir-biri ilə 
bağlanır. Lakin mətn daxilində elə hadisələr də olur ki, onlar mətnin bir 
yerində açılıb qapanır və orada da qalır. Müəllifin və ya onun yaratdığı 
personajın bu hadisəni nə üçün nəql etməsini istənilən halda izah etmək 
mümkün  olsa  da,  ümumi  mətndə  bu  hadisənin  rolu  vacib  əhəmiyyət 
daşımır. 
İncəsənət  Universitetində  oxuyanda  ən  böyük  arzum  Aydını 
oynamaq  idi.  Təyinatımı  M.  şəhərindəki  teatra  verəndə  belə  kefim 
pozulmadı.  O  qədər  böyük  aktyor  sənətə  əyalətdən  başlayıb  sonra 
parlayıb  ki…  Amma  burada  işlərim  düz  gətirmədi,  çünki  səhnəyə  düz-
əməlli bir tamaşa qoyulmurdu (Qan Turalı. Şaxta babanın qətli). 
Hekayədə personajın nəql etdiyi bu fraqmentdə birinci üç cümləni 
hadisənin  başvermə  vaxtına  görə  zaman  oxunda  yerləşdirsək  belə  bir 
ardıcıllıq  alırıq:  İncəsənət  Universitetinin  aktyorluq  fakültəsini  bitirən 
“X-Şaxta Baba” M. rayonuna işə göndərilir. Birinci cümlədə “İncəsənət 
Universitetində  oxuyanda”,  “Aydını  oynamaq”  sintaqmları  “aktyorluq 
fakültəsi”  və  ya  “aktyorluq”  ixtisasında  oxumaq”  informasiyasını 
formalaşdırır.  Fraqmentdəki  “Aydını  oynamaq”  arzusu,  həmçinin  bu 
fraqmentin  götürüldüyü  abzasdakı  “Toya  tamada  getməyə  ürəyim 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
173 
 
gəlmirdi. Bütün boş vaxtlarımı kitab oxuyurdum. Rayon kitabxanasında 
əlimdən  keçməmiş  bir  kitab  belə  qalmamışdı.  Axırda  evə  internet 
çəkdirib  kompüterdə  oxumağa  başladım”  (QanTuralı.  Şaxta  babanın 
qətli)”  kontekstində  təsvir  olunan  hadisə  ümumi  məzmun  üçün  aparıcı 
deyildir.  Lakin  hər  iki  hadisənin  zaman  lokallaşması  vardır. 
“Universitetdə oxuyanda ən böyük arzum Aydını oynamaq idi”. Zaman 
personajın tələbəlik dövrünü əhatə edir. Fon biliklərinə görə bu müddətin 
maksimal həddi dörd-beş ildir. Lakin ən böyük arzunun oynama zamanı 
bəlli  deyil.  Hekayə  bitmiş,  başa  çatmış  əsərdir.  Onun  yazılma  vaxtı  da 
oxucuya  bəlli  deyildir  və  əslində,  müəyyən  mənada  bunun  oxucu  üçün 
əhəmiyyəti  yoxdur.  Ümumiyyətlə,  nəql  olunan  hadisə  keçmiş  zamana 
aiddir.  Bu  keçmişin  özündə  də  keçmişə  qayıtmalar  vardır.  Məsələn, 
“universitetdə oxuyanda”.  
Başqa  personajların  nəql  etdikləri  hadisələrdə  də  keçmişə 
qayıtmalar vardır. Məsələn: 
“Gülgün:- Üç yaşım vardır. 
…Nailə:- Məktəbdə yaxşı oxuyurdum. 
…Elman:  Əmim  əsgərlikdən  sonra  Moskvada  qalmışdı.  Əvvəlcə 
böyük,  sonra  ortancıl  qardaşım  onun  yanına  getdi.  Mən  hələ  məktəbdə 
oxuyurdum.  Əmimin  qızını  alan  böyük  qardaşım  kəndə  gəlmişdi.  Dedi: 
məktəbi qurtar, əsgərlik işini düzəldək, gəl yanımıza” (Qanturalı). 
Hekayədə dörd əsas personaj var və hər personajın özünün zaman oxu 
qeydə alınır. Onlardan ikisinin - Şaxta-baba və Nailənin həyatı qırılır. 
Hekayə  dörd  personajın  danışdıqları  üzərində  qurulmuşdur.  Artıq 
həyatda  olmayanları  da  müəllif  danışdırır.  Dörd  personaj  həyatlarının 
keçmiş zamanına aid bir vaxtında baş vermiş bir hadisəyə qədər olanları 
nəql  edirlər.  Yalnız  Elman  bu  hadisədən  sonra  baş  verənlər  barədə  cüzi 
məlumat verir, zaman oxunu təqribən 12 il də irəli çəkir. 
Oxucu  zamanı  onun  hekayəni  oxuduğu  andan  başlanır  və  ya 
tamamladığı  andan  sonra  hekayənin  təsiri  altında  qaldığı  müddətə  qədər 
davam edir. 
Müəllif  zamanı  dörd  personajdan  üçünün  -Şaxta  baba,  Nailə  və 
Elmanın  nəql  etdiyi  uzaq  keçmişdən  başlanır  və  Elmanın  qapadığı 
zamanda  bitməyib  davam  edir.  Çünki  Elmanın,  eləcə  də  hekayənin  son 
cümləsi belədir: “İndi Gülgünün 15 yaşı, Gülnurun 18…” (Qanturalı). 
Mətn hissələrə parçalanır. Abzas mətnin hissələrindən biridir. Abzas 
daxilində bir və ya daha artıq mürəkkəb sintaktik bütöv yerləşir. Mətnin 
ən kiçik vahidi kimi mürəkkəb sintaktik bütövü götürsək, hər mürəkkəb 
sintaktik  bütövdə  müəyyən  zaman  fasiləsi  vardır.  Hadisə  başlanır  və 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
174 
 
tamamlanır.  Hadisənin  başlanma  və  tamamlanma  müddəti  mürəkkəb 
sintaktik bütövün zamanını təşkil edir. Mətn zamanı isə mətnin oxunma 
prosesindəki  zamanlar  ardıcıllığıdır.  Mətn  zamanı  zaman  oxunda 
keçmişdən gələcəyə doğru axmır. Mətn zamanı dəyişkəndir, keçmişə və 
gələcəyə doğru müntəzəm, eləcə də sıçrayışlı hərəkət edir. Bütün hallarda 
personajın  zamanı  oxucunun  zamanı  ilə  müqayisədə  keçmiş  zamandır. 
Deməli, personaj üçün indiki zaman olan oxucu üçün keçmiş zamandır. 
Bədii zaman qeyri-xətti inkişaf edir, onun strukturu və funksionallığı 
müəllifin  niyyəti,  onun  ədəbi  dünyasının  spesifikliyi  ilə  bağlıdır.  Qeyd 
olunduğu  kimi,  bədii  zamanın  təşkiledicilərinin,  subkateqoriyalarının 
konkret sayı verilmir. D.S.Lixaçev bədii zamanı bir-biri ilə qarşılıqlı əlaqədə 
olan cütlər şəklində verir. Onun fikrinə görə, bədii  zamanın  real zaman - 
təsvir  olunan  zaman, subyektiv zaman -  obyektiv  zaman,  oxucu  zamanı  - 
personaj zamanı, süjet zamanı - müəllif zamanı əlaqəli cütləri vardır (12, s. 
235-241). 
 Z.Y.Turayeva isə bədii zamanın dörd təşkiledicisini ayırmışdır: süjet, 
müəllif, oxucu və personajların fərdi zamanlarını ayrmışdır (15, s. 53).  
Bədii zamanın təşkilediciləri haqqında tədqiqatçıların başqa fikirlərinə 
də  rast  gəlinir.  Araşdırmalarda  müəllif  zamanı  -  süjet  zamanı,  yaşanılan 
zaman  -  fon  zamanı,  süjet  zamanı  -  fabula  zamanı,  müəllif  zamanı  - 
personajların  zamanı,  tarixi  zaman  -  məişət  zamanı,  səhnə  zamanı  və 
dramatik zaman, real və irreal bədii zaman, bioqrafik zaman, emotiv zaman 
anlayışları qeydə alınır. Bədii zamanın başqa təşkiledicilərinin də varlığının 
irəli sürülməsi istisna oluna bilməz.  
Bütün bu fikirlərdə diqqəti cəlb edən cəhət bəzi zaman formalarının 
təkrarlanmasıdır.  Məsələn,  müəllif  zamanı,  oxucu  zamanı,  süjet  zamanı, 
personajların  zamanı  kimi  təşkiledicilər  əsas  özəyi  təşkil  edir.  Digər 
formalar bədii əsərin özündən, yazılma manerasından, janrdan irəli gəlir. 
Fikrimizcə, bioqrafik zaman müəyyən obrazın fərdin və ya tarixi şəxsin 
həyatına həsr olunmuş əsərlərdə ayrılandır. Ümumi şəkildə götürüldükdə 
isə  bədii  əsərdə  əsas  personajların  və  ya  qəhrəmanların  bioqrafik 
zamanını  izləmək  mümkündür.  Bütün  bioqrafik  zamanın  əsərdə  üzdə 
olması bu əsərin məqsədindən asılıdır. Məsələn, Cek Londonun «Martin 
Iden» əsərində Martinin bioqrafiyası bütün detallları ilə təsvir olunmasa 
da,  onun  həyatı  əsərin  aparıcı  xəttində  durur.  V.Hüqonun  «Səfillər» 
əsərində Canvalcanın həyatı da bioqrafik zaman səciyyəsi daşıyır. Anarın 
«Macal»  povesti  əsas  qəhrəman  -  Fuadın  bioqrafik  zamanını  müəyyən 
səviyyədə  əhatə  edir.  Təbii  ki,  bioqrafik  zaman  bəzən  doğulmadan 
başlayaraq  ölümə  və  ya  həyatın  müəyyən  dövrünə  qədər  konkret  şəxs 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
175 
 
üçün  əhəmiyyətli  hadisələrin  xronoloji  ardıcıllıqla  verilməsi  təsəvvürü 
bağışlayır.  Lakin  «görkəmli  adamların  həyatı»  seriyasına  aid  əsərlərdə 
konkret  tanınmış  şəxsin  həyatı  təsvir  olunur.  Burada  bioqrafik  zaman 
amili  aparıcıdır.  Belə  əsərlərdə  bioqrafik  zaman  real  zamanla  uzlaşır. 
Bədii  əsərlərdə  də  müəllif  bir  obrazı  və  ya  qəhrəmanı  seçmək,  onun 
həyatını təsvir etmək imkanına malikdir. Belə əsərdə də bioqrafik zaman 
aparıcı  ola  bilər.  Lakin  qəhrəman  müəllif  yaradıcılığının  məhsuludursa, 
onda  bioqrafik  zaman  və  real  zaman  bir-birindən  fərqlənmiş  olacaqdır. 
Bədii zaman çoxcəhətlidir. Bu, bədii mətnin təsəvvür olunan reallığının 
qurulması ilə əlaqədardır. Konkret bədii əsərdəki zamanın real zamanın 
hansı dövrünə  aidliyi  barədə təsəvvür yaradıla da  bilər, yaradılmaya  da 
bilər.  Qan  Turalının  yuxarıda  nümunələr  verilmiş  hekayəsinin  konkret 
zamanı yoxdur. Lakin əsər bu zamanı müəyyən dövr çərçivəsinə salmağa 
imkan  verir.  Bu  imkan  fon  biliklərindən  irəli  gəlir.  Deyək  ki,  əsərdə 
İncəsənət Universitetini bitirməkdən söhbət getdiyindən oxucu onu belə 
bir  Univernsitetin  fəaliyyət  göstərdiyi  dövrə  aid  etmək  imkanı  qazanır. 
Əsərin qəhrəmanlarından birinin Rusiyaya iş dalınca getməsi, Rusiyada 
işləməsi  dövrün  hüdudlarını  zaman  oxunun  hər  iki  tərəfindən  sıxmağa 
zəmin  yaradır.  Bu  dövr  Azərbaycanın  müstəqilliyini  bərpa  etməsindən 
sonrakı    dövrdür  və  fon  bilikllərinə  görə  XX  əsrin  90-cı  illərinin 
ortalarından  başlanır.  Hekayə  qəhrəmanlarından  bəzilərinin  yaşının 
verilməsi  zaman  oxunu  yuxarıdan  sıxmağa  əsas  verir.  Elə  burada  da 
başqa bir cəhət üzə çıxır. Hekayənin yazılma dövrünü bilməyən və onu 
iki  il  bundan  əvvəl  oxumuş  və  bu  gün  oxuyan  oxucu  zaman  oxunun 
gələcəyə  doğru  hərəkət  edən  tərəfini  fərqli  illərə  görə  sıxır.  Məsələn, 
2014-cü  ildən  və  ya  2016-cı  ildən.  Hekayə  on  il  bundan  sonra 
oxunacaqsa,  bədii  zamanı  konkret  zaman  istiqamətində  dəqiqləşdirmə 
fərqli səciyyə qazanacaqdır. 
Bədii  zaman  təsəvvür  olunan  zaman  və  ya  müəllif  tərəfindən 
yaradılan  zamandır.  Bir çox hallarda onun real zamanla  heç  bir əlaqəsi 
olmur. Lakin əsəri oxuyan oxucu mütləq ona müəyyən zaman hüdudunda 
baxır.  Oxucu  təsəvvüründə  zamanın  konturları  yaranır.  Lakin  bu 
konturlar  dəqiq  koordinatlara  malik  deyildir.  Əsər  oxucunun  yaşadığı 
dövrlə də səğyyələnə bilər, keçmişə, yaxud gələcəyə aidliyi ilə də diqqəti 
cəlb edə bilər. Y.Səmədoğlunun “Qətl günü” əsərində lap keçmişə, XX 
əsrin  30-cu  illərinə  aid  dövrlər  ayrılır.  Üçüncü  dövr  isə  müasirləşir  və 
oxucunun yaşadığı dövrə yaxınlaşır. Burada bədii zamanın oxucu zamanı 
ilə yaxınlaşması baş verir. Yenə də iki cəhətə diqqət yetirmək lazım gəlir. 
Müəllifin  nətqletməsi  elə  qurula  bilər  ki,  oxucu  özünü  müəllif 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
176 
 
mövqeyində  hiss  və  ya  təsəvvür  edə  bilər.  Bu  cəhət  müəllif  zamanının 
oxucu  zamanı  ilə  tam  üst-üstə  salınmasına  aparıb  çıxarır.  “Qətl  günü” 
əsəri Yusif Səmədoğlu tərəfindən qələmə alınmışdır. Oxucu nəqledənin 
hadisələrin  iştirakçısı  və  əsas  qəhrəmanı  olduğunu  qəbul  edirsə,  onda 
oxucu fon bilikləri ilə Yusif Səmədoğlunun yaşadığı dövrə qayıtmış olur. 
Bədii  əsərin  temporal  strukturunda  nəqletmənin  əsas  planı  çox 
zaman  mətnin  başlanğıcında  müəyyənləşir.  Lakin  müəllif  hadisələrin 
xronoloji inkişafında kəsilmə və sıçrayışlara yol verilir. Qeyd etdityimiz 
kimi, bədii zaman üçün zaman oxunda irəli və geri sıçraışlar səjiyyəvidir. 
Bu  sıçrayışları  əldə  etmək  üçün  müəllif  müxtəlif  vasitələrdən  istifadə 
edir.  Əsas  vasitələr  arsenalını  dilin  zamanlarının  ifadə  vasitələri  təşkil 
edir. Təbii ki, digər vasitələr az deyildir. Y.Səmədoğlunun “Qətl günü” 
əsəri epiqrafları nəzərə almasaq belə başlanır:   
“Hələ  ulduzlar  təkəmseyrəkdi  -  boz   səmada  boz umtul  işıq  vardı, 
gah  öləziyirdi,  elə  bil,  sönmək  istəyirdi,  gah  da  par-par  parıldamağa 
başlayırdı.  Külək  hələ  əsmirdi,  hərdən  qoşa  vələsin  kəlləsində 
ləpədöyənin  səsinə  bənzər  bir  səs  qopurdu,  deyirdin,  yaxınlıqda  dəniz 
var,  amma  bu  səsdən  adam  diksinirdi.  Burada  kim  vardısa,  bilirdi  ki, 
çox-çox uzaqlarda, hardasa dünyanın o başında bir külək yatağından baş 
qaldırır,  Baba  Kahanın  zülmətində  gərnəşir,  ordan  çıxıb,  ağır-ağır, 
sürünə-sürünə,  batman  ləngəri  ilə  torpaqda  dərin  şırımlar  açırdı,  daş-
qayanın  gövdəsində  uğultu  sala-sala  bu  başıbəlalı  dünyaya  meydan 
oxumağa  hazırlaşırdı.  Burada  kim  vardısa,  hələ  çox-çox  uzaqlarda 
həmləyə  hazırlaşan  küləyin  qarğışını  eşidirdi:  ay  ikiayaqlı  bəndələr, 
kökünüz kəsilsin sizin!” (Səmədoğlu). 
Əsərin  növbəti  abzası  “İnsanlar  küləkdən  bezmişdi,  külək  də 
insanlardan.  Qoşa  vələsdən  uzaqlarda,  dağ  döşündən  başlanan  meşənin 
seyrəkliyində,  ağacların  arasında  bir  qoca  canavar  qulaqlarını  şəkləyib 
şöngümüşdü” cümlələri ilə başlanır.    
Hər iki abzasda idi köməkçi feili ilə ifadə olunan mürəkkəb xəbər 
şəkli, mürəkkəb xəbərin hekayəsinin işlənməsini görürük. “İdi” köməkçi 
feili  keçmiş  zamandan  sonra  işləndikdə,  bir  tərəfdən  şahidlik,  digər 
tərəfdən işin keçmişdə icra olunub bitməsini və onun haqqında sonradan 
məlumat  verildiyini  bildirir.  Beləliklə  müəllifin  istifadə  etdiyi  vasitələr 
zaman reqressiyası yaradır. Müəllif zamanı ilə hadisələr zamanı arasında 
fərq əmələ gəlir.  Bəhs edilən əsərdə birinci ayırmadan sonrakı abzas isə 
belə başlanır:  
“Kimdirsə,  yaman  deyib,  atalar  sözünə  oxşayır:  azar  batmanla 
gələr, misqalla çıxar. Hə, düzdür, atalar sözüdür, Əbülqasımın topladığı 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
177 
 
kitabda da var. Arvadın başı açılan kimi deyim ona, o kitabı versin mənə, 
yenə baxım”.   
Bu abzas oxucunu müəllif zamanına qaytarır. Əsər boyu bu zaman 
sıçramaları bir-birini əvəz edir. 
Beləliklə  mətn  zamanı  haqqında  müəyyən  ümumiləşdirmələri 
aparmaq olur. Hər şeydən öncə, müasir linqvistikada mətn səviyyəsində 
zaman  kateqoriyasının  öyrənilməsinə  müxtəlif  yanaşma  üsulları  vardır. 
Bu  tədqiqatlarda  ümumi  cəhət  zaman  kateqoriyasının  mətnyaratma 
vasitələrinə  aid  edilməsidir.  Mətndə  zaman  kateqoriyasının  aşkara 
çıxarması  bədii  zamanla  bağlıdır.  Bədii  zamanın  şərtiliyi,  onun  real 
zamana  uyğun  gəlmədiyi  qəbul  olunur,  mətn  zamanının  sistemliliyi 
şübhə doğurmur. 
 
ƏDƏBİYYAT: 
 
1.  Tahirov İ.M. Azərbaycan və ingilis dilində zaman kateqoriyası. Bakı, 
Nurlan, 2007. 
2.  Ахундов  М.Д.  Концепции  пространства  и  времени:  истоки, 
эволюция, перспективы. М.: Наука, 1982. 
3.  Бахтин М.М. Формы времени и хронотопа в романе // Вопросы 
литературы  и  эстетики:  Исследования  разных  лет.  М.:  Худож. 
литература, 1975. с. 234-407. 
4.  Бондарко  А.В.  Введение.  Аспектуальность.  Временная 
локализованность. 
Таксис 
// 
Теория 
функциональной 
грамматики. Л.: Наука, 1987. 
5.  Гальперин  И.Р.  Текст  как  объект  лингвистического 
исследования. М.: Высшая школа,1981. 
6.  Гришунин  А.Л.  Исследовательские  аспекты  текстологии.  М.: 
Наследие, 1998. 
7.  Дешериева  Т.И.  Лингвистический  аспект  категории  времени  в 
его  отношении  к  физическому  и  философскому  аспектам  // 
Вопросы языкознания. 1975. № 2, c. 111-117. 
8.  Золотова Г.А. Категории времени и вида с точки зрения текста // 
Вопросы языкознания. 2002. № 3, c. 8-29. 
9.  Золотова  Г.А.,  Онипенко  П.К.,  Сидорова  М.Ю.  Коммуника-
тивная грамматика русского языка. М.: Изд-во МГУ, 1998. 
10. Иванов В.В. Категория времени в искусстве и культуре ХХ века 
//  Ритм,  пространство  и  время  в  литературе  и  искусстве.  Л.: 
Наука, 1974. c. 39-65. 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
178 
 
11. Левченко 
М.Н. 
Темпорально-локальная 
архитектоника 
художественных текстов различных жанров. Aвтореф. дис. ... д-
ра филол. наук. М., 2003. 
12. Лихачев  Д.С.  Поэтика  древнерусской  литературы  //  Избранные 
работы: в 3 т. Т. 1. Л.: Худож. лит., 1971, c. 235-241. 
13. Сычков  В.В.  Языково-стилистическое  выражение  категории 
времени в творчестве Ш. Бодлера: Автореф. дис. … канд. филол. 
наук. Л., 1977. 
14. Тарасова  Е.В.  О  многоаспектной  природе  времени  (время 
физическое,  перцептуальное,  языковое,  художественное  и 
лингвистическое)  //  Вестник  Харьковского  Университета. 
Харьков, 1989. № 339, c. 33-37. 
15. Тураева З.Я. Категория времени. Время грамматическое и время 
художественное. М.: Высш. школа, 1979.   
16. Федосова  Т.В.  Темпоральная  структура  текста  как  компонент 
идиостиля  автора  (на  материале  произведений  К.  Воннегута  и 
Дж.Фаулза): Автореф. дис. ... канд. филол. наук. Горно-Алтайск, 
2005. 
 
Гюлара Гулиева 
 
Темпоральные особенности организации художественного 
текста   
Резюме  
 
Проведенные  лингвистические  исследования  текста  дают 
основания  для  выделения  временной  категории  текста. В  исследова-
ниях, связанных с художественным текстом, к «текстовому времени» и 
«художественному  времени»  осуществляется  подход,  как  к  разным 
понятиям.  Здесь  за  основу  берутся  причины,  вытекающие  из  вида  и 
жанра  текста.  Художественное  время  –  это  время  в  художественном 
произведении. При определении лингвистического времени  возникает 
необходимость  проявлять  отношение  к  таким  разным  понятиям,  как 
«текстовое  время»,  «авторское  время»,  «время  читателя», 
«контекстуальное  время»,  «образное  время»,  «сюжетное  время», 
«события  и  время  событий».    Большинство  из  этих  понятий 
определяется  в  результате  классификации  времени  по  различным 
критериям.  В  статье  художественное  время  рассматривается  в 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
179 
 
качестве  совокупности  времен  реализации    отражаемых  в 
произведении событий.  
 
 
Gulara Guliyeva 
Temporal characteristics of the organization of literary text 
Summary  
 
Linguistic  research  on  the  text  attaches  importance  to  the  time 
category of the text. In researches related to artistic text, "text time" and 
"artistic time" are approached as different concepts. The reasons for the 
type  and  style  of  the  text  are  based  here.  Artistic  time  is  the  time  in 
literary  work.  In  determining  the  linguistic  time,  it  is  necessary  to  be 
informed about different concepts such as "text time", "contextual time", 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin