Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə19/41
tarix12.12.2019
ölçüsü1,8 Mb.
#29906
1   ...   15   16   17   18   19   20   21   22   ...   41
Dilcilik-institutunun-eserleri-1-2018

" character time", " author time", "reader time", "story time", " event and 
events  time".  Most  of  these  concepts  are  determined  by  artifacts  as  a 
result  of  various  criteria  according  to  various  criteria.  Artistic  time  is 
considered  as  collective times of events that depict the work created by 
the author. 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
180 
 
Gülnara  Сəfərova (Əliyeva) 
AMEA Nəsimi adına Dilçilik İnstitutu, 
gulnarajafarova@yahoo.com 
 
Leksik semantikada sözün komponentlərinə görə təhlili 
 
Açar sözlər: semantika, komponent, təhlil, leksik vahid, məna, söz, 
xüsusiyyət 
Ключевые слова: семантика, компонент, анализ, лексическая 
единица, значение, слово, характеристикa 
Key words: semantics, component, analysis, lexical unit, meaning, 
word, characteristics 
 
Görkəmli dilçi alimlərimizdən Afad Qurbanov dilin komponentlərinin 
zaman  keçdikcə  müntəzəm  şəkildə  inkişaf  etdiyini,  dəyişikliyə  uğradığını 
qeyd etmişdir. Fonetik sistemə və qrammatik quruluşa nisbətən, dilin leksik 
tərkibinin daha çox dəyişkən olduğunu, dilin lüğət tərkibinin daima inkişaf 
etdiyini söyləmişdir [1,193]. 
Dilin  leksikonu  həmin  dilin  bütün  sözlərinin  toplumu  kimi  başa 
düşülür. Afad Qurbanov dediyi kimi dil vahidlərdən ibarətdir. Vahidlərsiz 
hər  hansı  bir  dilin  mövcudiyyətini,  onun  varlığını  təsəvvür  etmək  qeyri-
mümkündür.  Bəzən  söz  leksik  vahid  və  yaxud  leksem  də  adlandırılır. 
Semantikanın bir sahəsi olan leksik semantika sözün mənasından bəhs edir.  
Leksik  semantika  söz  mənaları  arasındakı  əlaqələri  təhlil  edir. 
Məsələn,  aşağıdakı  yarımfəsildə  rastlaşacağımız  kimi,  Leksik 
semantikada bir tərəfdən “ər” və  “arvad” sözləri arasındakı əlaqə, digər 
tərəfdən  isə  bu  sözlərin  “insan”  sözü  ilə  əlaqəsi  araşdırılır.  “Açıq”  və 
“bağlı” sifətlərinin eyni qrupa aid olmasına və bu kimi sözlər arasındakı 
əlaqəyə baxmayaraq onlar arasındakı fərq, “gec” və “tez” sözləri arasın-
dakı müxtəliflik və bu kimi bir çox məsələlər araşdırılır.  
Leksik semantika dilin leksikonunun necə təşkil olunduğunu, leksik 
vahidlərin  mənalarının  bir-biriləri  ilə  necə  qarşılıqlı  əlaqəyə  girdiyini 
öyrənir. Leksik semantikanın əsas məqsədi sözlər arasında əlaqə tiplərini 
kateqoriyalara  ayıraraq,  dil  leksikonunun  strukturu  üçün  modellər 
qurmaqdır. Leksik semantika linqvistik mənaya əsaslanır. Bu baxımdan 
leksik semantikanın semantik təhlildə xüsusi əhəmiyyəti vardır. Belə ki, 
yuxarıda qeyd olunduğu kimi semantikanın sahələrindən biri olan leksik 
semantika  sözün  mənasından  bəhs  edir,  söz  və  ya  söz  birləşmələri 
arasındakı  əlaqələri  təhlil  edir.  Bütün  bunlar  semantik  təhlilin  işini 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
181 
 
asanlaşdırır. Semantik təhlil zamanı lazım olan məna işlənmə yerinə görə 
müəyyənləşdirilir. 
Leksik  semantikada  komponentlərinə  görə  təhlil  semantik  təhlilin 
işini  asanlaşdırır.  Komponentlərinə  görə  təhlil  semantik  təhlilin  müasir 
istiqamətlərindən  biridir.  Komponentlərinə  görə  təhlil  mənanı  ən  kiçik 
komponentlərinə  ayırır  və  təhlil  edir.  Mənanın  komponentlərinə  görə 
yanaşması  dilçilikdə  uzun  müddətdən  bəri  mövcuddur.  Komponentlərinə 
görə  təhlil  metodunu  təklif  edən  ilk  tədqiqatçılardan  Amerika  dilçiləri 
F.G.Lounsbury  və  W.H.Goodenough  və  başqalarının  adlarını  qeyd  edə 
bilərik. Bir çox dilçi alimlər komponentlərinə görə təhlillə əlaqədar olaraq 
kifayət qədər araşdırmalar aparmışlar: J.Fodor, J.Katz, E.A.Nida, U.Wein-
reich,  I.V.Arnold,  R.S.Ginzburg,  E.M.Mednikova,  O.N.Seliverstova, 
I.A.Sternin və s. adlarını qeyd edə bilərik.  
Komponentlərinə görə təhlilin xüsusi xarakteristikası ondan ibarətdir 
ki, bu təhlil yalnız eyni semantik sahə  çərçivəsində  yerinə yetirilir.  Bütün 
lüğət  bazası  çərçivəsində  komponentlərinə  görə  təhlili  genişləndirmək 
mümkün deyildir.   
Sem semantik komponent hesab olunur. Bu, sözün leksik-semantik 
variantı və ya ən kiçik məna elementi kimi qeyd edilir.  
Semdən  fərqli  olaraq,  semem  kontekst  çərçivəsində  daha  geniş 
məna elementidir. Hər bir leksik-semantik variant və ya semem mənanın 
ən  kiçik  komponentlərinə  bölünür  ki,  bu  da  sem  adlanır.  Dilçi  alimlər 
sem  anlayışını  müxtəlif  formalarda  qeyd  edirlər:  sem,  semantik 
komponent, semantik funksiya, semantik anlayış, semantik amil və s. bu 
kimi adları nəzərə çatdırmaq olar.  
Semantik  xüsusiyyətlər  semantik  işarələr  və  fərqləndiricilərlə 
klassifikasiya  edilir.  Semantik  işarə  bəzi  tədqiqatlarda  semantik  marker 
də  adlanır.  Semantik  marker  başqa  leksik  vahidlərlə  ümumi  səciyyə 
daşıyan  leksemdən  ibarət  semantik  xüsusiyyətə  malikdir.  Fərqləndirici 
element isə başqa sözlərin leksik mənalarında mövcud olmayan semantik 
xüsusiyyətləri özündə əks etdirir. Sintaktik marker isə sözlərin aid olduğu 
nitq hissəsini müəyyən edir. 
    Komponentlərinə  görə  təhlil  lüğətdəki  sözlərin  izahı  əsasında 
yerinə yetirilir. Bu baxımdan bəzən komponentlərinə görə təhlili “izahlı 
təhlil”  də  adlandırırlar.  Komponentlərinə  görə  təhlil  semantik  təhlilin 
yerinə yetirilməsində  əhəmiyyətli rola malikdir. Bu, sözlərin mənalarının 
öyrənilməsində  semantik  tədqiqat  metodu  kimi  inkişaf  etdirilmişdir. 
Komponentlərinə  görə  təhlil  polisemantik  sözlərin,  sinonimlərin, 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
182 
 
antonimlərin və bu kimi başqa növ klassifikasiyaların təhlilində istifadə 
edilir.  
Mənanın  komponentlərinə  görə  təhlili  məsələsində  müxtəlif 
yanaşmalar  mövcuddur.  Dildəki  sözlərin  mənaları  bir-birilə  daxili 
əlaqəyə  girir  və  dildəki  başqa  sözlərlə  əlaqələrinə  görə  müəyyən  edilir. 
Eyni  semantik  sahə  kimi  təhlil  aparılarkən  sözlər  oxşar  və  fərqli 
xüsusiyyətlərinə  görə  xarakterizə  edilir.  Bir  sözün  mənasını  ən  kiçik 
fərqləndirici  xüsusiyyətlərinə  bölmək  üçün  mənanın  komponentlərinin 
təhlili ən düzgün yanaşmadır. Komponentlərinə görə təhlil bir sözün və 
ya leksemin tərkib hissələrinin aşkarlanmasıdır. Baxmayaraq ki, mənanın 
komponentlərinə  görə  təhlili  zamanı  bir  sıra  çətinliklər  yaranır,  amma 
hələ də bu təhlil növü müasir dilçilikdə geniş tətbiq edilir.  
F.R.Palmer  qeyd  edir  ki,  sözün  ümumi  mənası  mənanın  bir  neçə 
fərqli  elementləri  və  komponentləri  baxımından  müəyyən  edilə  bilər 
[3,85].  Sözün  komponentlərinə  görə  təhlilində  fərqləndirmə  funksiyası 
mövcuddur və bu bir leksemin mənasını semantik cəhətdən əlaqəli olan 
leksemlərdən  fərqləndirir.  Daha  dəqiq  desək,  eyni  semantik  sahədə 
yerləşən leksemlərin mənaları arasında fərqlənmə aparır.  
Hər hansısa bir formanın mənasını müəyyən etmək lazım gəldikdə 
ziddiyyətliliyi aşkara çıxarmaq lazımdır. 
Howard  Jackson  “Words  and  their  meaning”  və  Nida  Eugene 
“Componential  analysis  of  meaning”  adlı  əsərlərində  komponentin  iki 
əhəmiyyətli növünü qeyd edirlər: ümumiləşdirmə komponenti (common 
component) və fərqləndirmə komponenti (distinctive component). 
1.  Ümumiləşdirmə  komponenti  (common  component)  –  eyni 
semantik və leksik sahədə yerləşən bütün leksemləri birləşdirən mərkəzi 
komponentdir. 
2.  Fərqləndirmə komponenti (distinctive component) – eyni leksik 
və  semantik  sahədə  olan  leksemləri  mənalarına  görə  bir-birindən 
fərqləndirir.  Məsələn,  sadə  bir  nümunə  ilə  hər  iki  növ  arasındakı  fərqi 
görə  bilərik.  Geoffrey  Leech  “Semantics”  adlı  dərsliyində  belə  bir 
nümunə verir: 
 
Komponentlər 
ər 
arvad 
oğlan 
qız 
(insan) 




(gənc) 




(kişi) 




(qadın) 




 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
183 
 
“Ər,  arvad,  oğlan,  qız”  sözlərinin  semantik  sahəsində  “insan” 
komponenti  ümumiləşdirmə  komponentidir.  “Gənc,  kişi,  qadın” 
komponentləri  isə  fərqləndirmə  komponentləridir.  Hətta  hər  bir  sözün 
ayrıca mənası aşağıdakı xüsusiyyətlər vasitəsilə də birləşə bilər: 
ər+insan-gənc+kişi 
arvad+insan-gənc-qadın 
oğlan+insan+gənc+kişi 
qız+insan+gənc-qadın 
Komponentlərinə  görə  təhlildən  öncə  fərqləndirmə  komponentləri 
vasitəsilə mümkün qədər fərqləri müəyyən etmək əhəmiyyətlidir [5,38].  
Komponentlərinə  görə  təhlil  semantik  komponentlərdən  ibarət  olan 
sözün mənasının təhlilini əks etdirir.  
Mənanı aşkara çıxaran əsas xüsusiyyətlər semantik səviyyədə mövcud 
olan vahidlərdir. Komponentlərinə görə təhlildə minimal komponentlərin ən 
kiçik bölünməz vahidlərini göstərmək mümkündür [2,92].  
Komponentlərinə  görə  təhlil  eyni  semantik  sahədə  olan  və  yaxud 
semantik  cəhətdən  bir-biri  ilə  əlaqəli  olan  leksemlərin  mənalarını 
fərqləndirmək  üçün  tətbiq  olunur.  Burada  əsasən  sözün  mənasını  aşkara 
çıxarmaq
 üçün sözün ən minimal fərqləndirici xüsusiyyətləri müəyyənləşdirilir 
[6,48]. Bunlar aşağıdakılardır: 
1) 
Ümumi  xüsusiyyətləri  müəyyən  etmək,  məlum  olan  müvafiq 
fərqlilikləri  forma  halında  sıralamaq  və  bu  kimi  əlaqədar  funksiyaları 
aşkarlamaq; 
2) 
Bir-biri ilə əlaqəli xüsusiyyətləri müəyyən etmək; 
3) 
Fərqləndirici  xüsusiyyətlər  dəstini  qurmaq  və  uyğunluq 
baxımından bunu yoxlamaq. 
Bütün  bu  sadalananlardan  başqa,  Nida  Eugene  (Yuceyn)  bir-biri  ilə 
əlaqəli mənalar dəstinin komponentlərini təhlil etmək üçün əhəmiyyətli olan 
daha üç addım irəli sürmüşdür [7,54-61]. 
1) Ümumi komponentləri özündə əks etdirən semantik sahədə bir-biri 
ilə əlaqəli olan mənaların ilkin seçimini təşkil etmək
2) Sahəyə  aid  olan  hər  bir  mənalara  uyğun  bütün  xüsusi  istinadları 
qruplaşdırmaq; 
Bəzi  xüsusi  situasiyalarda  bir  məna  hətta  bütün  istinadları  siyahıya 
alır. 
3) Bir  və  ya  bir  neçə  terminlərin  mənalarına  uyğun  olan 
komponentləri müəyyənləşdirmək; 
4) Hər bir mənaya uyğun fərqli komponentləri müəyyən etmək; 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
184 
 
5) İlk  mərhələdə  əldə  edilən  məlumatlarla  çarpaz  yoxlama 
aparmaq; 
6) Fərqləndirici  xüsusiyyətlərin  əsasında  bu  xüsusiyyətlərə  malik 
olan istinadlara düzgün terminləri tətbiq etmək; 
7) Sistemli şəkildə fərqləndirici xüsusiyyətləri təsvir etmək. 
Hər bir məna üçün fərqləndirici xüsusiyyətlər qruplaşdırıla bilər. 
Komponentlərinə  görə  təhlil  struktur  semantikanın  ənənəvi 
metodudur. Burada mənaların struktur təhlili aparılır. Beləliklə, bu yolla 
sözləri fərqləndirmək üçün əhəmiyyətli xüsusiyyətlər aşkara çıxır. 
Real  linqvistik  prosedurlar  və  ya  üsullar  komponentlərinə  görə 
təhlil  zamanı  həyata  keçirilir  və  bu  üsullar  dörd  qrupa  əsasən  yerinə 
yetirilir: adlandırma, aydınlaşdırma, təyin etmə və təsnifləndirmə.  
a) Adlandırma  –  bu  proses  istinada  bənzəyən  müəyyən  bir 
mərhələdir.  İstinad  adətən  istinad  olunan  sözlər  arasında  qurulmuş 
əlaqələr kimi təsvir edilir. Adlandırma prosesi istinadı təyin edən xüsusi 
metoddur. 
b) Mənanı açma – bu mərhələ çox mühüm linqvistik funksiyadır və 
bu  istənilən  bir  semantik  vahidin  fərqli  xüsusiyyətlərini  aşkara  çıxara 
bilir. Məsələn, “bibi” sözü “atanın bacısı kimi”, “xala” sözü isə “ananın 
bacısı kimi” frazalara ayrılır və mənanı aşkara çıxarır.  
c) Müəyyənləşdirmə  -  bu  proses  mənalarına  görə  frazalara 
ayrılmanın  başqa  forması  kimi  görünə  bilər,  amma  bu  metod  nadir 
hallarda  aktual  dil  situasiyalarında  istifadə  edilir.  Bu,  xüsusi  mənanın 
fərqləndirici komponentlərindən asılı olan tək bir ifadədə bütün spesifik 
frazaların və ya ifadələrin birləşməsindən ibarətdir.  
d) Qruplaşdırma  –  bu  növ  üç  mərhələni  özündə  birləşdirir:  1) 
ümumən  müəyyən  xüsusiyyətlərə  malik  vahidləri  birləşdirmə;  2)  bir-
birindən fərqlənən vahidləri ayırma; 3) həmin qruplar üçün baza yaratma. 
Komponentlərinə 
görə 
təhlil 
leksemlərin 
mənalarının 
birləşdirilməsində  xüsusi  rol  oynayır  [4,91-92].  Gəlin  bəzi  yanaşmalara 
nəzər yetirək:  
a) Sinonimliyin  dərki  –  Bir  cüt  sinonimlər  dəsti  eyni  semantik 
komponentlər  dəstini  bölüşür.  Məsələn,  ingilis  dilində  “adult”  və 
“growing-up” sözləri eyni komponentlərə malikdir.  
b) Antonimliyin dərki – antonimlər dəsti adətən bir komponentdən 
başqa  qalan  bütün  komponentləri  bölüşürlər;  məsələn,  “ər”  və  “arvad” 
sözləri  “konkretlik”,  “canlılıq”,  “insan”  komponentlərini  bölüşürlər, 
amma “qadın” komponenti ziddiyyət yaradır.  

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
185 
 
Nida  Eugene  qeyd  edir  ki,  komponentlərinə  görə  təhlil  tərcümə 
zamanı  faydalı  olan  leksik  məna  vahidlərinin  əsas  xüsusiyyətlərini 
müəyyən edir [8,7].  
 
ƏDƏBİYYAT: 
 
1.  Afad Qurbanov. Müasir Azərbaycan ədəbi dili, I cild [2 cilddə], 
Bakı – “Nurlan” – 2003, 450səh., səhifə 193 
2.  Aitchison Jane. Linguistics, London: Hodder and Stoughton, Ltd. 
2003, page 92 
3.  F.R.Palmer. Semantics, (2nd edition), Cambridge: Cambridge 
University Press, 1983, page 85 
4.  Howard Jackson. Words and their Meaning, New York: Addison 
Wesley Longman Inc., 1996, page 91-92 
5.  Nida Eugene. Componential Analysis of Meaning, Belgium, 
Mouton, 1975, page 38 
6.  Nida Eugene. Componential Analysis of Meaning, Belgium, 
Mouton, 1975, page 48 
7.  Nida Eugene. Componential Analysis of  Meaning, Belgium, 
Mouton, 1975, page 54-61 
8.  Nida Eugene. Componential Analysis of Meaning, Belgium, 
Mouton, 1975, page 7 
 
Гюльнара Джафарова 
Компонентный анализ слова в лексической семантике 
Резюме 
 
В  статье  дана  роль  лексической  семантики  в  семантическом 
анализе. Лексическая семантика изучает формирование лексической 
структуры  языка,  взаимодействие  значений  лексических  единиц 
друг  с  другом.  Очень  важно  установить  модели  для  структуры 
лексики  языка  в  Лексической  семантике.  Компонентный  анализ  в 
лексической  семантике  облегчает  работу  семантического  анализа. 
Компонентный анализ используется при анализе многозначных слов, 
синонимов, антонимов и других видов классификаций, таких как это. 
Компонентный  анализ  отделяет  слово  от  наименьших 
компонентов  и  анализирует  его.  Слова  также  анализируются  для  их 
значений  в  семантическом  анализе.  Для  этой  цели  компонентный 
анализ настолько важен для выполнения семантического анализа. В 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
186 
 
статье  рассматриваются  вопросы  компонентного  анализа  слова  в 
лексической семантике. 
 
 
Gulnara Jafarova 
Componential analysis of the word in the lexical semantics 
Summary 
 
The role of the lexical semantics in the semantic analysis is given 
in the article. Lexical semantics learns the formation of lexical structure 
of the language, the interaction of meanings of the lexical units with one 
another. It is so important to set up the models for the structure of lexicon 
of  the  language  in  the  lexical  semantics.  Componential  analysis 
facilitates  the  work  of  the  semantic  analysis  in  the  lexical  semantics. 
Componential analysis is used in the analysis of the polysemantic words, 
synonyms, antonyms and other kind of classifications such as this.  
Componential  analysis  separates  the  word  to  the  smallest 
components and analyzes it. The words are analyzed for their meanings 
in the semantic analysis, too. For this purpose, componential analysis is 
so important in the accomplishment of the semantic analysis. The article 
is dealt with the issues of the componential analysis of the word in the 
lexical semantics. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
187 
 
Mətanət Ağasıyeva 
Sumqayıt Dövlət Universitetinin dissertantı 
agasiyeva1983@gmail.com
 
 
Qantəmir nəsrinin sintaktik-üslubi xüsusiyyətləri 
 
Açar  sözlər:  sintaksis,  sual  cümləsi,  ara  sözlər,  ismi  birləşmələr, 
həmcins xəbərlər 
Ключевые  слова:синтаксис,  вопросительное  предложение, 
вводные слова, однородные сказуемые 
Key  words:  syntax,  interrogative  sentence,  parenthesis,  noun 
combinations, homogeneous predicative 
 
Yazıçının  fərdi  yaradıcılıq  üslubunun  müəyyənləşməsində  onun 
dilinin  sintaksisi  ən  başlıca  vasitədir.  Eyni  zamanda,  yazıçı  dilinin 
sintaksisinin müəyyənləşməsində onun  mənsub olduğu bədii yaradıcılıq 
metodu da istiqamətverici funksiya daşıyır.   
"Dil  materialı  məhz  sintaksis  vasitəsilə  dinamika  qazanır,  nitqə 
çevrilir"  [8,146].Dil  materiallarının  nitqə  çevrilməsi  prosesi  bədii 
yaradıcılıq müstəvisində müxtəlif sənətkarlarda fərqli şəkildə baş verir.   
Qantəmir  nəsrində    sintaksisin  sadəliyini  şərtləndirən  digər  amil 
onun  möv-zusudur.  V.P.Belyanin  yazır  ki,  “Bədii  mətnin  dili  onun 
mövzusu, problemi və ideyası ilə bağlıdır. Məsələn, mövzu seçimi əsərin 
dil həcmini və ideyanın dil reallaşmasını müəyyənləşdirir…Mövzu həm 
də sintaktik konstruksiyaların seçimini müəyyənləşdirir” [1, 2]. 
Qantəmirin  nəsr  dilinin  sintaktik  üslubu  da  onun  mənsub  olduğu 
realist-satirik bədii yaradıcılıq metodunun müəyyənləşdirdiyi istiqamətdə 
formalaşmışdır.  Məlumdur  ki,  realist-satirik  üslubun  sintaksisi,  adətən, 
xalq danışıq dili üslubunda qurulur. Qantəmirin nəsr dili özünün xalq dili 
elementləri  ilə  zəngindir.  Ümumiyyətlə,  onun  nəsr  dilinin  xalq  danışıq 
ifadələri  ilə  zənginliyi  bədii  sintaksisini  fərqləndirən  vasitədir:  Beş 
manatı  alıb  qoydum  cibimə.  Bacım,  anamın  gözünü  oğurlayıb,  arağımı 
gətirdi.  Çünki  o  bilir  ki,  mən  vurmamış  şəhərə  çıxan  deyiləm.  Yumurta 
boyda  bir  qırmızı  pamidoru  yarı  bölüb  üstünə  bir  çimdik  duz  səpdim. 
Arağı atdım, gözüm yaşardı, lap ağzımı pörtlədi. Bir tikə çörəyi tutdum 
burnuma, pamidoru da ötürdüm getdi [7, 187]. 
Qantəmir  yaradıcılığında  mövzu-problem  xalq  məişətindən 
gəldiyindən onun məzmunu  çoxqatlı  sintaktik birləşmələr  və  çoxgedişli 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
188 
 
cümlələr tələb etmir.   Xalq məişəti problemlərinin zahiri sadəliyi həm də 
sintaksisin sadəliyini şərtlən-dirmişdir. 
Yazıçı  nəsr  əsərlərinin  bədii  sintaksisini  mümkün  qədər  ritmik 
qurmağa  çalışmış,  bunun  üçün  azsözlü  cümlə  tiplərindən  istifadə 
etmişdir. Belə cümlələrə istər müəllif təhkiyəsində, istərsə də obrazların 
nitqində rast gəlirik. 
Obraz nitqində: 
-Xeyr,  qardaş!  Məndən  başqa  bir  ağ  çarşablı  arvad  da  var.  Evə 
getdi ki, qab gətirsin. Bax, qardaş! O... mənim dalımdır. Bir qoca arvad 
da mənim qabağımda var. O da bu urusun dalıdır. Mən ondan dalıyam 
[7, 275]. 
Müəllif nitqində: 
Demək, ağ çarşablı arvad bu imiş. Heç bəlkə, buraya gəlməyibdir. 
Özü də evdə çörək  bişirir [7, 275]. 
Qantəmir yaradıcılıığında xalq danışıq dilinin mühüm əlamətlərindən 
biri  də  söz  sırasıdır.  Xəbərin  önə  keçməsi  çox  zaman  müəllif  təhkiyəsini 
canlı danışıq dilinə yaxınlaşdırır:  Xülasə, gələk mətləb üstünə[7, 274]. 
Çox vaxt Qantəmir nəsrində nağılvarı bir təhkiyə tərzinə rast gəlinir.  
Adam  da  var,  adam  da.  Kiminin  dili  var,  qələmi  yoxdur,  kiminsə 
qələmi var, dili yoxdur. Və kiminin nə dili var, nə qələmi  [7, 169]. 
Bu  cümlələr  gələcək  hadisələrə  maraqlı,  sirli  bir  müqəddimə  kimi 
çıxış edir.  
Qantəmir  nəsrində  müşahidə  olunan  maraqlı  məqamlardan  biri  də 
hökmün əksərən ismi xəbərlə ifadəsidir.  
Amma o, məharətlidir, zəkidir, gözüaçıqdır, cəld və zirəkdir [7, 176]. 
Onun boyu azca uzun, şalvarı azca qalife, çənəsi azca yastı, bədəni 
azca arıqdır [7, 176]. 
Ümumiyyətlə, Qantəmirin yaradıcılığında həmcins xəbərlərə üstünlük 
veril-diyini müşahidə edirik. Onun əsərlərində ismi və feili xəbərlərin daha 
çox  həmcinsləşdirildiyini görürük. 
Sən xamsan, nabələdsən, bişməmisən [7, 176]. 
Kobudam, yonulmamışam, bəlkə doğrudur 7, 159]. 
Nəsr  dilinin  imkanları  çərçivəsində  nəsr  dilinin  poetik  gücünüartır-
mağa çalışan Qantəmir yaradıcılığında xəbərin bədii təkririgeniş yer tutur. 
"Eyni sözlərin, ifadələrin əsərdə ustalıqla, şüurlu təkrarı təkrir adlanır. Təkrir 
lüzumsuz təkrardan fərqli olaraq, bədii əsəri mənaca daha da genişləndirir, 
onun dilini və üslubunu daha da qüvvətləndirir”.  
İşlər sürətlə dəyişir, Aybikə də dəyişir, onun fikri də dəyişir [7, 322]. 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
189 
 
Adam  lap  ürəkdən  kommunist  olsun,  millətbaz  olsun,  idealist, 
sofiməzhəb  olsun,  şeyx  olsun,  peyğəmbər  olsun,  nə  olur-olun,  yenə  Hacı 
Əliqulu ona lazım olur. 220 
Nə  isə  qonaqların  hamısıağıllı  idi,  hamısının  gözlərindən  od 
yağırdı,hamısı ciddi bir mübahisəyə hazırlanıb gəlmişlər kimi görünürdü [7, 
161]. 
Kitab şkafı hara, arvad hara, açarı hamama aparmaq hara? [7, 283]. 
Bu  cümlələrdə  dəyişmək,  olmaq,  hamı,  hara  sözlərinin  təkrarı  dilin 
bədiiliyini qüvvətləndirmişdir.  
Ə.Dəmirçizadə  “Gülmək  və  şarlatanlar”  məqaləsində  yazır: 
“Qantəmirin  cümlələri  heç  də  rus,  fars  dillərinin  təsiri  altında  qalan 
yazıçıların cümlələrinə bənzəmir. Bu cümlə bugünkü canlı dilimizin doğma 
cümlələridir” [3, 40]. 
Qantəmir  yaradıcılığında bədii  dilin canlılığını təmin  edən  vasitələr-
dən biri də xalq danışıq  dilindən gələn ara sözlərdir.   

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin