Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə21/41
tarix12.12.2019
ölçüsü1,8 Mb.
#29906
1   ...   17   18   19   20   21   22   23   24   ...   41
Dilcilik-institutunun-eserleri-1-2018

9.  Üçüncü komponenti götür və onun qarşılığını tap. 
10.  Üçüncü komponentin qarşılığını ikinci mövqedə yaz. 
11. Birinci komponentin qarşılığını avtomatik lüğətdən tap 
12.  Birinci komponentin qarşılığını birinci mövqedə yaz. 
13. İkinci komponenti “shall” sözünə görə yoxla. 
14. Əgər “shall” olarsa, onda keç 15, olmazca keç 17 
15. Üçüncü  komponentin  qarşılığını  morfoloji  təhlili  nəzərə  almaqla 
tap 
16. Üçüncü komponentin qarşılığını ikinci mövqedə yaz. 
17.  Cümlənin bitməsini yoxla. 
18. Əgər bitibsə keç 1. 
Qeyd etmək lazımdır ki, ingilis dilində modal “will” feili də ikinci 
mövqedə və üçüncü mövqedə işlənə bilər. Eyni zamanda bu modal feilin 
keçmiş zaman forması “would” da eyni mövqelərdə işlənə bilər. Deməli, 
alqoritmin normal işləməsi üçün bu komponentlər üzrə də yoxlama tələb 
olunur.  Buradan  belə  nəticə  çıxır  ki,  alqoritmə  ya  əlavə  addımlar  daxil 
edilməli,  ya  da  iki  komponentdən  ibarət  qrammatik  formalar  üzrə  yoxla-
malar üçün əlavə blok formalaşdırılmalıdır. Avtomatik tərcümə prosesinin 
sadələşdirilməsi  və  təkmilləşdirilməsi  məqsədilə  iki  istiqamətdə  təhlilin 
aparılması sınaqdan çıxarılmalıdır. Birinci istiqamət cümlədə sözlərin və ya 
komponentlərin  sayına  əsasən  alqoritm  qurmaqdırsa,  ikinci  istiqamət 
mümkün  formaların  hər  birini  nəzərə  alan  ümumi  alqoritmin  tərtibidir. 
Mətnin  cümlələrə  avtomatik  seqmentasiyası  ayrıca  alqoritm  əsasında 
reallaşırsa,  fikrimizcə,  cümlədə  sözlərin  sayına  istinad  etməklə  avtomatik 
tərcüməni  həyata  keçirmək  daha  sadə  təsir  bağışlayır.  Bunun  üçün  ingilis 
dilində  üç  komponentdən  ibarət  bütün  mümkün  cümlə  formaları 
müəyyənləşdirilməli və onların avtomatik tərcüməsi üçün müvafiq alqoritm 
qurulmalıdır.    
Mətnin  cümlələrə  seqmentasiyası  üzrə  apardığımız  araşdırmalar 
göstərir ki, cümlənin sonu “nöqtə” [.], “üç nöqtə” [...], “nida işarəsi” [!], 
sual  işarəsi  [?],  nida+sual  işarəsi  [!?],  sual+  nida  işarəsi  [?!],  nida+  iki 
nöqtə [!..], qoşa nöqtə [:] ilə işarələnə bilir. Təhlil göstərir ki, cümlənin 
sonunun işarələnməsində istifadə olunan əsas simvollar qeyd edilənlərdir. 
Mətndə  cümlələri  ayırma  alqoritmini  bu  simvollara  istinadla  aşağıdakı 
kimi qurmaq mümkündür: 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
199 
 
I  addım:  mətnin  birinci  simvolunu  götürmək  və  onun  “abzas” 
işarəsi olmasını yoxla. Əgər abzas işarəsidirsə keç ikinci addıma, abzas 
işarəsi deyilsə, keç  III addıma. 
II addım: Mətndəki sonrakı simvoldan başlayaraq [.], [?], [...], [!], 
[!?], [?!], [!..], [:] işarələrindən hər hansı birinə qədərki hissəni ayır və bu 
hissəni cümlə blokuna daxil et.  
III  addım:  Əgər  işarə  [.],  [?],  [...],  [!],  [!?],  [?!],  [!..],  [:] 
işarələrindən  hər  hansı  biridirsə  ondan  sonrakı  işarənin  probel  olmasını 
yoxla. 
IV addım: Əgər probeldirsə, keç V addıma, probel deyilsə, keç VI 
addım addım.  
V addım: mətndəki sonrakı simvoldan başlayaraq [.], [?], [...], [!], 
[!?],  [?!],  [!..],  [:],  [abzas]  işarələrindən  hər  hansı  birinə  qədər  olan 
hissəni ayır və bu hissəni cümlə blokuna daxil et.  
VI  addım:  Mətnin  sonrakı  işarəsini  yoxla,  əgər  abzasdırsa,  keç  I 
addım, abzas deyilsə keç VII addım. 
VII addım: Qalan hissədə birinci simvol [.], [?], [...], [!], [!?], [?!], 
[!..], [:] hər hansı biridirsə, sonrakı işarənin probel olmasını yoxla. 
VIII  addım:  əgər  probeldirsə,  mətndəki  sonrakı  simvoldan 
başlayaraq  [.], [?], [...], [!],  [!?], [?!], [!..],  [:],  [abzas] işarələrindən  hər 
hansı birinə qədər olan hissəni ayır və bu hissəni cümlə blokuna daxil et. 
IX  addım:  Əgər  probel  deyilsə,  mətnin  sonunu  göstərən  işarəyə 
görə yoxla 
X  addım:  Əgər  mətnin  sonunu  göstərən  işarədirsə  işi  dayandır. 
Əgər deyilsə,  keç VI.  
Verilmiş  alqoritm  mətnin  cümlələrə  seqmentasiaysı  məsələsini 
ümumən  həll  edir.  Belə  alqoritmin  reallaşmasından  sonra  cümlənin 
komponentlər  sayını  da  avtomatik  təyin  etmək  mümkündür.  Bundan 
sonra  iki  və  üç  komponentli  cümlələrin  obyekt  dildəki  söz  sırasını 
müəyyənləşdirmək üçün alqoritmi təkmilləşdirmək olar.   
 
ƏDƏBİYYAT: 
 
1.  Ахманова  О.С.  Словарь  лингвистических  терминов.  –Москва: 
Советская энциклопедия, 1966. -606с.  
2.  Budaqova Z. Adlıq cümlə //Müasir Azərbaycan dili III h. -Bakı: Elm, 
1980. - S.275-284 
3.  Лайонз  Дж.  Введение  в  теоретическую  лингвистику.  –  Москва: 
Прогресс, 1978. -543с.  

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
200 
 
 
Натаван Азизли 
Автоматическое построение слов в предложении при 
машинном переводе на целевой язык 
Резюме 
 
В статье решаются вопросы автоматизации построения слов в 
целевом языке на основе группирования компонентов по их числу. 
С этой целью проводится автоматическая сегментация предложений 
текста,  затем  определяется  число  компонентов  предложений.  Так 
как двухкомпонентные предложения английского языка передаются 
на  азербайджанском  языке  в  таком  же  порядке,  то  появляется 
необходимость  формирования  алгоритма  в  целевом  языке  для 
компонентов трехкомпонентных предложений.    
 
Natavan Azizli 
 
Automatic compartmentalization of word order in automatic 
translation into a target language 
Resume 
 
In the article, solution of automation of word ordering in a target 
language  is  considered  on  the  base  of  grouping  of  sentences  in 
accordance  with  number  of  components.  With  this  aim,  automatic 
segmentation of a text into sentences is carried out and then number of 
components  of  the  sentences  is  defined.  As  two-component  English 
sentences being translated into Azerbaijani language with the same word 
order,  need  is  revealed  for  formation  of  algorithm  of  triple  component 
sentences in a target language.  
 
 
 
 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
201 
 
Pərvanə Abbasova  
AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı, 
pervane485@mail.ru
 
 
Yarımçıq cümlələrin kommunikativ tipləri 
 
Açar sözlər: yarımçıq cümlə, təktərkibli, kommunikativ tip, nəqli 
cümlə, sual cümləsi, nida cümləsi, əmr cümləsi. 
Keywords: incomplete sentence,  one- member,  communicative type, 
the declarative sentence, the interrogative sentence, the exclamatory sentence, 
the imperative sentence. 
Ключевые  слова:  неполное  предложение,  одночленные,  ком-
муникативный  тип,  повествовательное  предложение,  вопросительное 
предложение,  восклицательное  предложение,  повелительное  предло-
жение. 
 
Danışıq dilində geniş istifadə edilən, kommunikativ situasiyaların çox 
böyük  spektri  üçün  səciyyəvi  olan  yarımçıq  cümlələr  elə  sintaktik 
konstruksiyalardır  ki,  heç  zaman  mövqeyi  dəyişmir,  müəyyən  üzvlər  o 
tərkibdən  buraxılsa  da,  fikri,  mənanı  qoruyub  saxlayır.  Kontekstdən  təcrid 
edilsə də, belə cümlələrdə aydınlıq görünür, konkret nitq aktını təmin edir. 
İnsanın  normal  nitqinin  kommunikativ  istiqamətdə  məqsədi 
aşağıdakı kimidir: 1) məlumatvermə, 2) soruşub-öyrənmə; ç) təkid-tələb. 
Yarımçıq  cümlələr  vasitəsilə  də  məlumat  verilir,  soruşulub 
öyrənilir, təkid-tələb olunur. Məsələn: 
Məlumat ötürülür:– Məni deməyiblər. – Xeyr, deyiblər, çünki siz də 
adama bənzəyirsiniz (Mir Cəlal). 
They haven’t called me. – No, they have, because you also look like 
a human. 
Soruşulub-öyrənilir: How were the races? –Fine (E.Hemingway); 
Where is the gacoline park now? –At the same place (E.Hemingway). 
Təkid-tələb olunur: – Anama seçki bülleteni verəcəklər ya yox? – 
Verəcəklər! (Mir Cəlal). 
 It  is  necessary  to  speak  about  teacher.  –  Listen,  that’s  awfully 
important!  
Yarımçıq  cümlə  də  ifadə  məqsədinə  əsasən  müəyyən  bölgülərə 
ayrılır. Buraya intonasiya da daxil edilir. Yəni yarımçıq cümlələr də həm 
dialoq,  həm  də  monoloq  nitqində  müxtəlif  məqsədlər  üçün  istifadə 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
202 
 
olunur.  Həmin  məqsədlər  yarımçıq  cümlənin  bir  sıra  kommunikativ 
tiplərini əmələ gətirir. 
Z.Budaqova yazır ki, “nəqli, sual və əmr cümlələri cümlənin ifadə 
məqsədinə  və  intonasiyaya  görə  növlərindən  başqa  bir  şey  deyildir. 
Cümlələri  modallığa  görə  təsnif  edərkən  ifadə  məqsədini  deyil,  fikrin 
ifadə tərzini əsas götürməliyik; yəni cümlədə söylənilən fikir nə şəkildə 
öz  ifadəsini  tapır?  Ehtimal  olunurmu,  qəti  şəkildə  söylənilirmi, 
zəruridirmi, vacibdirmi?” [1, 146]. 
Nəqli  cümlədən  ibarət  yarımçıq  cümlələr.Məlumdur  ki,  nəqli 
cümlələr  ən  geniş  yayılmış  tiplərdəndir.  Onlar  məzmun  və  strukturca 
zəngindir.  “Təkcə  obyektiv  gerçəkliyə  münasibətdə  məzmun  tutumuna 
görə  deyil,  öz  modal  xarakterinə,  yəni  bu  məzmunun  real 
qiymətləndirilməsinə  əsaslanan”  [2,  164]  bu  tip  cümlələrdə  əks  olunan 
informasiyalar  (məlumatlar)  təsdiq  və  inkarda  reallaşır;  yeni  məlumat 
əldə olunur. 
Yarımçıq nəqli cümlələr adi intonasiya ilə söylənilir. Məsələn: 
– Müəllimə barəsində danışmaq lazımdır. – Lazımdır yox, vacibdir! 
(Mir Cəlal). 
I wonder if there is someone to give a ballot-paper to my mother? – 
Don’t worry! She will be given! 
İnkar cümlə-cavab kimi: Is it going to rain? – I hope not. 
– Deyəsən Qədiri çağırdılar, deyəsən ona nəyi isə tapşırdılar, təkid 
etdilər. – Deyəsən (Mir Cəlal). 
It seems that Gadir was invited and given a task, they insisted. 
Yeah, itseems. 
Nəqli təktərkibli yarımçıq cümlələrdə müəyyən bir rəy, fikir deyilir 
və yaxud nə isə barədə informasiya verilir. Bunların bir çoxu atalar sözü 
və hikmətli sözlərdən qurulur: 
Qızı  qoysalar  öz  kefinə  ya  zurnaçıya  gedər,  ya  halvaçıya!  (Mir 
Cəlal) 
Sual  cümləsindən  ibarət  yarımçıq  cümlələr.Müxtəlifsistemli 
dillərdə  cümlələrin  yarımçıq  növünün  sual  cümləsi  şəklində  olması 
təsdiqlənmişdir.  Hər  cür  sual  cümləsi  nitqdə  xüsusi  aydınlaşdırıcı 
vəzifəyə  malikdir.  Bunlar  dilin  xüsusi  leksik-qrammatik  və  intonasiya 
vasitələrinin  iştirakı  ilə  nəyi  isə  dəqiqləşdirir,  nə  barədəsə  öyrənməyə 
cəhd göstərir. 
Bu  cür  sual  cümlələri  (The  Interrogative  Sentence) 
“bilmədiklərimizi öyrənmək və ya təxmini bildiklərimizi dəqiqləşdirmək 
məqsədilə” [3, 26] işlədilir. 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
203 
 
Son  illər  dilçilər  dialoq  probleminə  maraq  göstərərək,  həmçinin 
yarımçıq  və  təktərkibli  sual  cümlələrinin  dialoq  nitqindəki  spesifik 
xüsusiyyətlərini  təyin  etmişlər.  Sual  cümlələri  nəqli  cümlə  bazası 
əsasında  yaranır,  transformasiya  olunur,  intonasiya  cəhətdən  fərqlənir. 
Sual intonasiyası intonasiya baxımından cümlənin morfosintaktik əlaməti 
kimi diqqəti çəkir. 
Dialoq  dilin  sonradan  qazanılan  formasıdır  [4,  7].  Dialoqun  sual 
cümlələri açıq, alternativ, təhrik və ritorik səciyyəlidir. 
Alternativ səciyyəli suallarda iki fikirdən birini müəyyənləşdirmək, 
dəqiqləşdirmək məqsədi güdülür. Belə suallar ingilis dilində, əsasən, iki 
və daha artıq ümumi sualdan ibarət olur və “or” (“və ya”) bağlayıcısı ilə 
əlaqələnir:  –  Hər  məxluqun  bir  xaliqi  olur,  ya  olmur?  –  Olur  (danışıq 
dilində); – Onu gördülər, ya görmədilər? – Görmədilər (danışıq dilində); 
– Do you like tea or coffee? – Will the meeting start at five or at six? 
Xüsusi sual cümlələri ingilis dilində mübtəda və onun təyininə aid 
suallardan, həmçinin də qalan üzvlərə aid suallardan ibarət olur. Məsələn: 
– Who told you this? (subject);– Who can speak English? (subject). 
Sual  cümləsi  nəqli  cümlənin  çevrilmə  bazası  əsasında  yaranır, 
xüsusi  intonasiya  ilə  ifadə  olunur.  Sual  cümləsindən  ibarət  olan 
təktərkibli yarımçıq cümlələr təkrar replikada meydana çıxır. “Təkrar –
bu,  şifahi  nitq  qaydaları  əsasında  yaranmış  ikinci  replikadır,  söylənilən 
fikrə  müqabil  ekspressiv  calara  malik  reaksiyanı,  öz  strukturuna  əsasən 
əvvəlinci  replikanın  tərkibindəki  elementlərdən  birini  əks  etdirir  və 
formal cəhətdən birinci replikadan asılı durumda olur” [5, 69]. Məsələn, 
təkrarlar aşağıdakı replikalarda özünü göstərir: 
–Bizə mərkəzdən yazırlar. 
– Mərkəzdən? (sualdan ibarət qeyri-müəyyən yarımçıq cümlə) 
–Sanki böyük bir dünyanı mənə bağışladılar. 
– Sənə? (M.İbrahimov) 
Bu replikada “sənə” sualdan ibarət qeyri-müəyyən şəxsli yarımçıq 
cümlədir. 
–Sözünün yerini bilməyənin gərək dərsini verəsən. 
– Dərsini verəsən? (sualdan ibarət müəyyən yarımçıq cümlə) 
–Gözəl may axşamı idi. 
– May axşamı? (sualdan ibarət şəxssiz yarımçıq cümlə). 
–Dənizdə küləkdir. 
– Küləkdir? (sualdan ibarət şəxssiz yarımçıq cümlə) 
Təkrar replika elə ikinci replikalara deyilir ki, onların strukturunda 
birinci replikaya məxsus bu və ya başqa söz (birləşmə, cümlə) təkrarlanır 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
204 
 
və beləliklə, hər iki replika bir dialoq vahidi əmələ gətirir. Təkrar replika 
özlüyündə  yeni  informasiya  ötürmür,  söylənilən  fikrə  qarşı  danışanın 
münasibətini inikas etdirir, onun verdiyi qiyməti təzahür etdirir. 
Azərbaycan  dilində  sual  şəklində  olan  qeyri-müəyyən  şəxsli 
cümləyə aid olan cümlə də sualdan ibarət olur. Suala qarşı sualla reaksiya 
bildirilir. Məsələn: 
–Məndən inciməyiblər ki? 
– Nədən ötrü? (İ.Şıxlı). 
–Təzə  çarpayı  və  əməlli-başlı  yorğan-döşək  veriblər,  amma  yata 
bilmirəm. 
– Niyə? (İ.Şıxlı) 
–Bəs  şəriət  müəllimindən  qorxmursan?  –Yox.  –Bəs  inspektordan 
necə? –Ondan da qorxmuram. –Bəs məndən? (İ.Şıxlı) 
 Dialoq  və  monoloq  nitqində  sual  əsasında  formalaşan  cavab 
yarımçıq cümlələr mətndə “yeni”ni aktuallaşdıran vasitə kimi çıxış edir. 
–Necə yaşayırlar? – Yaxşı. 
–Haraları gəzdilər? – Dağları. 
Sual  replikalarının  qrammatik  ifadə  vasitələri  sual  əvəzlikləri  və 
replikanın birinci hissəsində işlənmiş dil vahidləridir. Məsələn: 
– Hara belə (...) 
Sən də belə? 
– Qızım, səhər-səhər hara belə? 
–  Bəs  İldırım  Bəyazidin  binası  nə  üstündə  bərqərardır?  Bəs 
Teymurun səltənəti?! (İ.Hüseynov) 
–Əsgərlər acizdirlər? 
– Necə?! Dünyaları fəth edən əsgər?! (İ.Hüseynov). 
–Teymurun  hüzurundakı  Fəzl  müridi  kimdir?  Mənsəbi,  adı? 
(İ.Hüseynov) 
–Elə adamların adlarını gizlin saxlayırlar. 
– Dost Əmin Məhrəmdən də? (İ.Hüseynov) 
–Elm öyrənirlər. 
– Sənin təklifinlə? (İ.Hüseynov) 
–Şamaxıda,  Bakıda,  Şəkidə,  Dərbənddə  əsnaf  əhlinin  hamısı  və 
Fəzl müridləri ilə üns bağlayan rəiyyətin də hürufi elmini tədris edir. 
– Rəiyyətim də?! (İ.Hüseynov) 
İbrahim diksindi. 
– Bəşəriyyəti bəşəriyyətə?! (İ.Hüseynov). 
–Cənnət bizim öz dünyamızdır. 
– Yəni harda?!.. (İ.Hüseynov). 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
205 
 
Sual  mənasında  işlənmiş  bu  örnəklər  kommunikasiya  prosesində 
təzahür  etdikləri  məzmuna  əsasən  bir-birindən  seçilir.  Bəziləri  cavab 
almaq  üçün  işlənmiş,  bəzilərində  isə  danışan  öz  müsahibinə  istehza  ilə 
yanaşmışdır. 
Müəyyən  şəxsli  cümlələrdən  ibarət  sual  cümlələrinin  cavabı 
yarımçıq şəkildə olur. Məsələn: 
–“Başxanım” çalımmı səndən ötrü? – Çal (İ.Hüseynov) 
–Elə burdan da qulaq asaram. 
– Niyə burdan? 
–Özüm  də  bilmirəm,  Tapdıq...  Cümrüyə  baxanda  adam  birtəhər 
olur. 
– Nə təhər? 
– Belə...vahimələnən kimi... (İ.Hüseynov) 
Bir xeyli matdım-matdım hacıya baxdılar: – Yenə?! (İ.Hüseynov) 
–Nə üçün yığışıblar? 
Gövhərşah sakitcə dedi: 
–Silah istəyirlər, şahım. 
– Silah?! (İ.Hüseynov). 
Əgər biz vədimizə əməl etməyib, Fəzlin səlamətliyini qorumasaq, 
hurifilər  bizdən  dönərlər,  şahımın  səkkiz  ildə  zəhməti  və  siyasəti  bəhrə 
verməz, Təbriz təxti ilə birgə cəmi Azərbaycan və o cümlədən Şirvan da 
Miranşaha  qarşı  hürufi  bayrağı  altında  ittifaq  bağlayanların  ixtiyarına 
keçər. 
– Şirvan da?! (İ.Hüseynov) 
–Deməli,  silahı  da  məxfi  verməliyik  –  Bəs  bu  izdiham?! 
(İ.Hüseynov) 
–Təslim hökmü çıxarıblar. 
– Nə haqda? (İ.Hüseynov) 
Müasir  Azərbaycan  dilində  da//də  ədatı,  adətən,  təktərkibli  sual 
cümlələrində modal sözlərlə birlikdə konfiqurasiya yaradır. Məsələn: 
–İşim çox olu – Yəni axşamlar da? (İ.Hüseynov). –Onlara kömək 
edirlər. – Məgər sən də? (İ.Hüseynov). 
Beləliklə, tədqiq olunan dillərdə yarımçıq sual cümləsinin iki növü 
özünü  göstərir:  1)  yarımçıq  sual  cümləsi  sual  əvəzlikləri  bazasında 
yaranır;  2)  yarımçıq  sual  cümləsi  əsas  cümlənin  bu  və  ya  başqa  üzvü 
əsasında qurulur. 
Əmr  cümləsindən  ibarət  yarımçıq  cümlələr.Bu  tip  yarımçıq 
cümlələr  danışan  şəxsin  fikirlərini,  arzu  və  istəyini,  işə,  hərəkətə 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
206 
 
münasibətini  müxtəlif  çalarda  ifadə  edir.  Belə  cümlələrin  quruluşu 
cüttərkibli və təktərkibli ola bilir. 
V.N.Fransis  feilsiz  əmr  cümlələrinin  quruluşunu  ənənəvi  olaraq 
araşdırır.  O,  «Your  attention,  please!»  qəbildən  olan  cümlələrdə  feilin 
buraxılmasına  baxmayaraq,  onun  gizli  formada  dərk  edildiyini  göstərir 
[6]. 
“İradi  cümlə  probleminin  bir  hissəsi”  [7,  75]  olan  bu  formaların 
cümlə statusu da qazanması təzadlı olub. Amma bu ziddiyyətli fikirlərə 
qarşı  türkoloq  N.K.Dmitriyevin  fikirləri  tutarlıdır:  «Cümlə  öz  içərisinə 
ancaq o sözləri daxil edə bilər ki, qarşılıqlı məntiqi əlaqələrinə görə hər 
hansı  bir  hökm  ifadə  edir,  yəni  onlarda  hər  hansı  bir  yeni  bitmiş  fikir, 
yaxud əqli nəticə olur» [8, 202]. 
K.Həbibovanın fikrincə, “feilsiz əmr cümlələri istək və xahiş deyil, 
daha yüksək iradi impulsla müşayiət olunan əmr bildirir” [9, 105]. 
Təsiri  güclü  olan  əmr  cümləsinin  mühüm  xüsusiyyətlərindən  biri 
emfatik  sıraya  və  emfatik  intonasiyaya  malik  olmasıdır,  onun  qısa  və 
yığcam  olması  da  əsas  şərtlərdəndir.  Bununla  bağlı  olaraq,  bəzən  feil 
olmayan,  başqa  nitq  hissələrinə  aid  söz  və  ifadələr  də  əmr  cümlələri 
əmələ  gətirə  bilir,  həm  də  əmr  cümlələrində  bu  və  ya  digər  cümlə 
üzvünün  ellipsisi  təbii  hal  hesab  olunur.  Mövqeyinə  və  bəzi  digər 
əlamətlərinə  əsasən,  yarımçıq  əmr  cümləsi  yarımçıq  nəqli  və  sual 
cümləsindən  seçilir.  Hər  şeydən  öncə,  bu  fərq  özünü  onda  göstərir  ki, 
yarımçıq  əmr  cümlələri  monoloji  şəraitdə  yaranır.  Belə  cümlələrdə 
buraxılmış üzvü mövcud cümlələrin öz məzmunu ilə təyin etmək lazım 
gəlir. Yarımçıq nəqli, sual və nida cümlələrində isə buraxılmış üzv ondan 
öncəki cümlələrdə işlənmiş olur. 
“Mətn yalnız həqiqəti əks etdirmir, eləcə də onun haqqında məlu-
mat verir. Mətnin semantikası nominativ və kommunikativ komponent-
lərdən ibarətdir. Mətndə dilin kommunikativ və koqnitiv əmr funksiyaları 
kəsişir” [10]. 
Yarımçıq  əmr  cümlələrində  təşviqedicilik  cəhəti  çox  olur.  Bu  cür 
cümlələr bu və ya digər şəxsi müəyyən bir iş görməyə məcbur edir. 
Əmr  cümləsinin  xəbəri  əksər  hallarda  feilin  əmr  şəklində  işlənir. 
Belə  xəbərlər  nə  zaman  buraxılsa,  o  zaman  elliptik  əmr  cümlələri 
meydana gəlir. Məsələn: – Mənə bir stəkan kofe! – Uşaqlara yemək! – 
Mənə  bir  qurtum  su!  (burada  vermək,  gətirmək-əmr  şəklində  olan  feili 
xəbərlər buraxılmışdır). 
Danışıqda, dialoqlarda bu tip cümlələrdən çox istifadə olunur: – Öp 
deyirəm sənə! 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
207 
 
– Get deyirəm sənə! 
– Səni telefona! 
– Telefona! 
– Sizə belə mənim canım qurban! Ay belə sizə mən qurban! 
Əmr cümləsinin xəbəri buraxılır. Bununla, bir tərəfdən, sözə qənaət 
edilir,  digər  tərəfdən,  əmr  tonu  bir  qədər  də  qüvvətlənmiş  olur.  Bəzən 
əmr  cümlələrində  xəbərin  düşməsi  yüksək  əhval-ruhiyyə,  təntənə  və 
başqa hissləri ifadə etməyə xilmət göstərir [11, 461]. 
İngilis  və  Azərbaycan  dillərinin  əmr  cümlələrində,  adəti  üzrə, 
mübtədadan  istifadə  edilmir.  Məsələn:  “Show  him  some  more  of  your 
pictures,” she said. (S.Maugham). 
Bəzən  danışıqda  ingilis  dilində  əmr  cümlələrinin  əvvəlində  olam 
feil  düşür,  yəni  cümlə  ellipsisə  uğrayaraq  yarımçıq  cümlə  şəklini  alır. 
Məsələn:  “Don’t  say  a  word,”  she  said  quickly…    (Don’t  say)“Not  a 
single  word!”  (A.J.Cronin);  (Don’t  say)“Not  a  word  of  explanation  or 
regret” (S.Maugham). 
Come here! Open your books, please!. Let him close the door! Let 
us begin our lesson! (danışıq dilində) 
Camaat hiddətlənmişdi: – Bu saat iclasdan çıxmalıdır! –  Bu saat! 
(Mir Cəlal) 
Belə  cümlələr  də,  yuxarıda  deyildiyi  kimi,  işləkdir,  effektivdir  və 
kommunikasiya prosesində fəaldır. 
 
Nida  cümləsindən  ibarət  yarımçıq  cümlələr.Nida  cümlələri 
söyləmin məqsədini deyil, danışanın emosional-ekspressiv durumunu əks 
etdirir,  prinsip  etibarilə,  özlərinin  kommunikativ-məqsəd  təyinatlarını 
dəyişmədən nəqli və sual cümlələri də nida cümləsi ola bilir. 
O.Belyayev  nida  cümlələrindən  ibarət  yarımçıq  cümlələrin 
emosional nitqdəki rolunu yüksək qiymətləndirir [12]. 
Doğrudan  da,  nida  cümləsindən  ibarət  olan  yarımçıq  cümlələr  də 
rəngarəng  emosiyaları  ifadə  edir.  “Bu  tip  cümlələr  leksik-qrammatik 
vasitələrlə formalaşan, ona müxtəlif duyğular; sevinc, qəzəb, təəccüb və 
s. verən nidalar və intonasiyadır” [13,  89]. 
– What fine weather! –Necə də gözəl hava! 
– How wonderful! –Çox gözəl! 
– Hökmdar!.. Hökmdar, ölüm istəyirəm!.. Ölüm!... (İ.Hüseynov) 
 Nida  cümləsi  şəklində  olan  yarımçıq  cümlə  nida  intonasiyası  ilə 
söylənilir: –Bəs, hara gedib, ağa? – Qaçaq qovmağa! (S.Rəhimov); –Nə 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin