Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə22/41
tarix12.12.2019
ölçüsü1,8 Mb.
#29906
1   ...   18   19   20   21   22   23   24   25   ...   41
Dilcilik-institutunun-eserleri-1-2018


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
208 
 
olar,  Məmalik  mülkünün  yarısını  Ərməğana  verəndə?  –  Hülakulara?  – 
üçün hülakulara, öz nəvələrinizə! (S.Rəhimov). 
  Qeyd  olunmalıdır  ki,  tarixi  (qədim)  cümlələr  də  yalnız  bir 
informativ  üzvdən  ibarət  olmuşdur,  insanlar  “Su!,  Od!”  və  s.  demişlər. 
Bu  vahidlərdə  məqsəd  intonasiya  vasitəsilə  verilirdi.  O  üzvün  adı 
çəkilirdi  ki,  informasiyanın  əsas  semantik  yükü  onun  üzərinə  düşürdü. 
Get-gedə  feil  +  ad  diferensiasiyası  sadə  cümlənin  müasir  tiplərinin 
yaranması  üçün  şərait  doğurur.  Feillərin  avtonomiyasının  güclənməsi 
onların təsriflənməyən növlərinin də əmələ gəlməsi üçün imkan verir. Bu 
isə  artıq  o  deməkdir  ki,  düşüncədə,  bunun  ardınca  isə  dildə 
mücərrədləşmə artmışdır. 
İngilis  dilinin  bu  tip  nida  cümlələri  xüsusi  quruluşda  özünü 
göstərir, bunlar nida sözləri ilə (what, how) əlaqələnir. Məsələn: – How 
well he writes! –O necə yaxşı yazır! – What mistakes you make! –Siz nə 
səhvlər etmisiniz? (danışıq dilində) 
Müxtəlif  sistemli  dillər  olan  ingilis  və  Azərbaycan  dillərində 
yarımçıq  cümlənin  kommunikativ  tiplərinin  müqayisəli  tiplərinin  təhlili 
qarşılaşdırılan hər iki dildə insan nitqinə, başqa sözlə desək nitqin ifadə 
olunma,  səslənmə  intonasiyasına  görə  nəqli,  sual,  əmr  və  nida 
cümlələrindən  ibarət  yarımçıq  cümlələr  şəklində  təzahür  etdiyini 
sərgiləyir.  Hər  iki  dildə  yarımçıq  cümlələr  məlumatvermə,  soruşub- 
öyrənmə,  məlumat  vermə,  tələb,  təkib  etmə  məqsədləri  daşıyaraq 
reallaşır. Hər iki dildə yarımçıq cümlələr  dialoq və monoloq formasında 
gerçəkləşir.  İngilis  və  Azərbaycan  dillərində  yarımçıq  cümlənin  nəqli, 
sual,  əmr  və  nida  cümlələri  kimi  kommunikativ  tiplərinin  nitqdə 
reallaşması  arasında  olan  fərqlər  həmin  dillərin  morfoloji  və  sintaktik 
quruluşunun müxtəlifliliyinə əsasən baş verir. 
 
ƏDƏBİYYAT: 
 
1.  Müasir Azərbaycan dili: 3 cilddə, III c., Sintaksis. Bakı: Elm, 1981, 
443 s. (39) 
2.  Yusifov G.N. Azərbaycan atalar sözlərinin leksik-üslubi 
xüsusiyyətləri: Filol. elm. nam. ... dis. Bakı, 1969, 208 s. (47) 
3.  Musayev O.İ. İngilis dilinin qrammatikası. Bakı: Maarif, 1979, 348 
s. (37) 
4.  Məmmədova R.M. Dialoji və monoloji nitqin psixoloji-linqvistik 
əsasları (Azərbaycan dili materialları əsasında): Filol. elm. nam. ... 
dis. avtoref.  Bakı, 2012, 26 s. (35) 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
209 
 
5.  Шведова Н.Ю. К изучению русской диалогической речи 
(реплики-повторы) // Вопросы языкознания, 1956, № 2, с.68-71 
(145) 
6.  Francis V.N. The Structure of American English. New.York, 1958, 
206 p. (156) 
7.  Ağayeva F. Azərbaycan danışıq dilində nominativ konstruksiyalar. 
Bakı: ADU nəşri, 1983, 97 s. (5) 
8.  Дмитриев Н.К. Грамматика башкирского языка. М.-Л.: Изд-во 
АН ССР, 1948,328 с. (89) 
9.  Həbibova K.Ə. Müasir Azərbaycan dilində elliptik cümlə. 
Bakı:Elm və təhsil, 2009, 192 s. (25) 
10.  Babaxanova K.E. Əmr cümlələrinin mətnyaratma funksiyaları 
(ingilis dilinin materialları əsasında): Filol. elm. nam. … dis. 
avtoref. Bakı, 2008, s.21 (11) 
11.  Bağırov Ə.A. Sadə cümlələrin üslubi xüsusiyyətləri. Bakı: ADU 
nəşri, 1975, 78 s. (12) 
12.  Беляев О.В. Неполные предложения в структуре теста (на 
материале французской публицистика): Дис. … канд. филол. 
наук. Л., 1982, 200 с. (67) 
13.  Нурмаханова А.Н. Типы простого предложения в тюркских 
языках. Ташкент: Наука, 1965, 190 с. 
 
 
ПарванаАббасова  
Коммуникативные типы неполных предложений 
Резюме 
 
Эта статья рассказывает о коммуникативных типах неполных 
предложений.  Согласно  цели  выражения  и  интонации  неполные 
предложения  разделены  на  следующие  коммуникативные  типы: 
декларативных,  вопросительных,  побудительных  и  восклицательных 
предложений.  Каждый  тип  неполных  предложений  проанализирован 
на  основе  фактических  материалов  обоих  сравненных  языков. 
Способы  формирования  этих  коммуникативных  типов  неполных 
предложений  изучены  в  этой  статье.  Здесь  также  говорится  ороли 
эллипсиса в этих предложениях. 
 
 
 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
210 
 
Parvana Abbasova 
The communicative types of the incomplete sentences 
Summary 
 
This article deals with the communicative types of the incomplete 
sentences.  According  to  the  purpose  of  expression  and  intonation  the 
incomplete  sentences  are  divided  into  the  following  communicative 
types: the incomplete sentences consist of the declarative, interrogative, 
imperative  and  exclamatory  sentences.  Each  type  of  the  incomplete 
sentences  are  analyzed  on  the  basis  of  the  factual    materials  of  both 
compared languages. The ways of the formation of these communicative 
types of the incomplete sentences are studied. The role of ellipsis within 
these sentences are dealt as well. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
211 
 
İlhamə Sadıqlı  
Gəncə Dövlət Universiteti 
ilhame.haci@mail.ru
  
 
Entonim komponentli frazeologizmlərin kvantitativ təhlili 
 
Açar sözlər: frazeologizm, kvantitativ, entonim, linqvostatistika, 
leksem. 
Ключевые 
слова: 
фразеологизмы, 
квантитативный, 
энтонимы, лингвостатистика, лексемы. 
Key words: phraseological units, quantitative, entonyms, linguistic 
statistics, lexemes. 
 
Frazeologizmlər  komponentləri  bütövlükdə  və  ya  qismən  mənasını 
dəyişmiş ən azı iki sözün birləşməsindən yaranan vahidlərdir. Frazeologiz-
min ifadə etdiyi məna onu təşkil edən komponentlərin müstəqil mənasının 
cəmi olmasa da, ümumi məna müəyyən qədər komponentlərin məzmunun-
dan  asılı  olur  (1,  S.69).  Bu  baxımdan  frazeologizmi  təşkil  edən  komp-
onentlərin təhlili   belə mürəkkəb təbiətli vahidlərin leksik-semantik, struktur 
və  hətta  funksional  baxımdan  səciyyələndirilməsi  üçün    imkan  yaradır. 
Frazeoloji  vahidlərin  həm  semantik,  həm  də  quruluş  etibarlə  kəmiyyət 
baxımından  təhlili  isə  onların  işləkliyi  ilə  bağlı  bəzi  məqamların 
aydınlaşdırılmasında xüsusilə əhəmiyyətə malikdir.  
Elmi araşdırmalarda kvantitativ metodun tətbiqi XX əsrin əvvəllərinə 
təsadüf edir. İlkin dövrlərdə təbiət elmləri və sosial istiqamətli  tədqiqatlarda 
istifadə  olunan  statistik  metodlar  XX  əsrin  50-ci  illərindən  başlayaraq 
tədricən  bütün  elm  sahələri  üçün  əvəzsiz  təhlil  üsuluna  çevrilməyə 
başlamışdır.  Linqvistik  tədqiqatlarda  müəyyən  dil  hadisələrinin  kəmiyyət 
baxımdan  səciyyələndirilməsi  məqsədilə  statistik  üsullardan  istifadə  dilin 
inkişafı  və  funksionallığı  ilə  bağlı  maraqlı  faktların  aşkarlanmasına  şərait 
yaradır.  Belə  ki,  dilin  bir-biri  ilə  əlaqəli  olan  bəzi  vahidlərinin  müxtəlif 
səbəblərlə  bağlı  kəmiyyət  göstəriciləri  prosesin  müxtəlif  istiqamətlərdən 
izlənilməsi,  statistik  göstəricilərdə  əks  olunan  dil  qanunu  və  inkişaf 
tendensiyasını  müəyyən  etmək  imkanı  verir.  Hər  bir  tədqiqat  obyektin 
daxili  strukturunu  və  mahiyyətini  öyrənməyə  yönəldiyindən  kvantitativ 
metodun tətbiqi də statistik mənzərə əsasında təsəvvürün əldə olunmasını 
nəzərdə  tutur. Z. Dornyenin də qeyd etdiyi  kimi,  “Kvantitativ  metodlar 
rəqəmlərdə ifadə olunan məna”nı əks etdirir (2, s.2). Müəllifin fikrincə, 
dil vahidlərinin keyfiyyət dəyişmələrinin rəqəmlərlə ifadəsi yalnız ayrı-

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
212 
 
ayrı  vahidləri  deyil,  onların  qarşılıqlı  əlaqəsindən  meydana  çıxan 
məqamları  da  əhatə  edir  (2,  s.2).  Kvantitativ  metodun  ən  mühüm 
üstünlüyü onun dəqiqliyi və nəticələrin birmənalı olmasıdır. Bu isə irəli 
sürülən fikrin əminliklə ya təsdiq, ya  da inkar edilməsi üçün əsas verir. 
Tətbiqi dilçiliyə daxil olan kvantitativ dilçilik riyazi statistik metodların 
tətbiqi ilə dilin müxtəlif səviyyələrində baş verən dəyişmələri, onların baş 
vermə səbəblərini və ümumi  mənzərəsini müəyyən etmək imkanı verir. 
Bu metodun tətbiqi digər səviyyələrlə yanaşı, leksik səviyyədə baş verən 
prosesləri  izləmək,  müxtəlif  söz  qruplarının  işləkliyi,  inkişaf 
xüsusiyyətləri  ilə  bağlı  nəticə  çıxarmaq  üçün  əlverişli  üsullardandır. 
Frazeoloji  birləşmələrin  tədqiqində  kvantitativ  üsulların  tətbiqi  həm 
müasir  səviyyədə,  həm  də  tarixi  baxımdan  onların  izlənilməsinə  şərait 
yaradır, frazeologizmlərin istifadəsində tezlik xüsusiyyətlərinin müəyyən 
olunmasına imkan verir. A. Lazaratonun fikrincə, “Kvantitativ metod dil 
hadisələrinin  tezliyini,  keyfiyyət  metodları  isə  bunun  səbəblərini 
müəyyən etmək imkanı verir” (3, s.7).  
Dil  vahidləri  xalqın  mədəniyyəti,  dünyagörüşü  ilə  bağlı  mühüm 
faktları,  gerçəklik  fraqmentlərini  qoruyub  saxlayır.  Milli  mədəniyyətin 
əks  olunduğu  vahidlərdən  biri  kimi,  frazeologizmlər  dil  mənzərəsini 
üsusi boyalarla əks etdirməsi ilə diqqəti cəlb edir. Leksik səviyyədə dil 
vahidləri  arasındakı  münasibətlər  fərqli  yanaşmalarla  –  müqayisəli 
(sintaqmatik), qarşılaşdırmalı (paradiqmatik), funksional baxımdan təhlil 
olunur. Leksik-semantik sistemin bu şəkildə parametrik təhlili ilə yanaşı, 
əldə olunan faktların kvantitativ təhlilə cəlb olunması daha dəqiq  nəticə 
çıxarmaq üçün faydalıdır. Funksional parametrin müəyyən olunmasında 
başlıca  meyar  leksik  vahidin  uzunluğu  hesab  olunur:  sözün  uzunluğu 
onun  istifadə  tezliyi  ilə  tərs  mütənasibdir.  Nəzərə  almaq  lazımdır  ki, 
frazeologizmlər  xüsusi  söz  qruplarıdır  və  xalqın  etnomədəni  irsini, 
təfəkkür tərzini, dünyagörüşünü əks etdirir. Bu söz qrupunun kvantitativ 
təhlilində  meyarlar  da  fərqli  olmalıdır.  Xalqın  təfəkküründə  yer  alan 
təsəvvürlərin, ətraf aləmlə bağlı fikirlərin, müxtəlifyönlü münasibətlərin 
dil vasitəsilə kəmiyyət göstəricilərini nəzərdən keçirmək mümkündür (4, 
s.42).  Kvantitativlik    kateqoriyası  riyazi,  məntiqi,  psixoloji,  fəlsəfi  və 
linqvistik səciyyə daşıyır.   
Frazeologizmlərin  kvantitativ  baxımdan  təhlilində  leksik  layın 
sintaqmatik  stratifikasiyası  da  xüsusi  maraq  doğurur.  “Sintaqmatik 
parametr  dilin  leksik  nüvəsinin  parametrik  təhlilində  sistemyaradıcı 
amillərdən biri kimi çıxış edir” (5, s.23). Sintaqmatik baxımdan fəallığı 
ilə  diqqəti  cəlb  edən  leksik  vahidlərin  müəyyən  olunması  xalqın 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
213 
 
təfəkküründə özünə yer tapan  aparıcı obrazların müəyyən olunmasına da 
şərait  yaradır.  Hətta  bəzən  leksemin  xalqın  təfəkküründəki  mövqeyi 
baxımından  frazeologizmin  komponenti  kimi  çıxış  edən  vahidin  
obrazlılığı bütövlükdə frazeologizmin ifadə etdiyi məna tutumundan daha 
əhəmiyyətli hesab olunur: “... onların hər hansı nominativ vahidlə bağlı 
kəmiyyəti  və  tezliyi  dil  mənzərəsini  daha  çox  əks  etdirir,  nəinki  onda 
ifadə olunan və daha geniş mənada dünyagörüşü ilə bağlı olan hikmət” 
(6, s.19).  
Entonim  komponentli  frazeologizmlərin  komponentar  təhlili  bəzi 
entonimlərin digərlərinə nisbətən daha fəal olduğunu göstərir: 
 
Diaqramdan  göründüyü  kimi,  milçək  (25,71%)  və    qurd  (20%) 
komponentli  frazeologizmlər  digərlərindən  kəmiyyət  baxımından  xeyli 
üstündür.  Daha  sonra  arı  (8,57%),  birə  (5,71%),  qarışqa  (5,71%), 
hörümçək  (5,71%)  və  zəli  (5,71%)  komponentli  frazeologizmlər  gəlir. 
Cırcırama  (2,86%)  və  pərvanə  (2,86%)  komponentli  frazeologizmlərin 
kəmiyyət  baxımdan  azlığı  bu  entonimlərin  əsasən  bədii  ədəbiyyatdan 
gəlmə  obrazlarla  bağlı  olması  ilə  izah  oluna  bilər.  Yüksək  işlənmə 
tezliyinə  malik  entonimlər  mühitə  uyğun  olan,  məişətdə  çox  təsadüf 
olunan həşəratlarla bağlıdır.  
Məlum  olduğu  kimi,  entonim  komponentli  frazeoloji  vahidlər 
zoonim  komponentli  frazeologizmlərin  tərkibinə  daxildir.  Zoonim 
komponentli frazeoloji vahidlər tədqiqata cəlb etdiyimiz 7000 frazeoloji 
birləşmənin 3, 59%-ni təşkil edir: 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
214 
 
 
  Zoonim  komponentli  frazeologizmlərin  13,55%-i  entonim 
komponentli frazeoloji vahidlərdən ibarətdir.  
 
 
Entonim  komponentli  frazeologizmlər  emotivliyin  ifadəsi 
baxımından  fərqli  şəkildə  qruplaşdırıla  bilər.  Onların  bir  qismi  müsbət, 
bir  qismi  mənfi,  digəri  isə  ambivalent  məzmun  ifadə  etməsi  ilə  diqqəti 
cəlb edir. 
 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
215 
 
 
İngilis  dilində  komponentlərindən  biri  rəng  bildirən  söz  olan 
frazeologizmlərin  56%-nin  mənfi,  18%-nin  müsbət,  26%-nin  neytral 
dəyərləndirmə  məzmunu  daşıdığı  bildirilir (7).  Ümumiyyətlə,  frazeoloji 
sistemdə mənfi mənalı vahidlərin üstünlük təşkil etməsi müşahidə olunur. 
Bunu  “insanların  mənfi  hadisələrə  daha  həssas  və  kəskin  emosional 
münasibət  göstərməsi”  ilə  əlaqələndirən  A.  Rayxşteynin  fikrincə, 
insanların stress vəziyyətində hazır nitq vahidlərindən istifadə ehtiyacı da 
mənfi  məzmunlu  frazeologizmlərin  meydana  çıxmasını  şərtləndirmişdir 
(8, s.61). 
Müasir  dövrdə  müxtəlif  statistik  kompüter  proqramları  vasitəsilə 
dil  vahidlərinin  kvantitativ  təhlilini  aparmaq  mümkündür.  frazeoloji 
vahidlərin  işlənmə  xüsusiyyətlərini  izləmək  məqsədilə  yaradılmış 
“Ngram  Viewer” proqramı təxminən 8 dildə axtarış imkanına  malikdir. 
Dil  korpusu  əsasında  işləyən  proqramın  Azərbaycan  dilində  axtarış 
imkanı olmasa da, entonim komponentli bəzi frazeologizmlərin 1800-cü 
ildən 2000-ci ilədək işləklik səviyyəsini nəzərdən keçirməyə çalışdıq. 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
216 
 
 
as brisk as a bee – arı kimi cəld. 
Göründüyü  kimi,  ifadə  1820-ci  illərdə  işləkliyinin  ən  yüksək 
həddinə  çatmış,  1980-ci  illərdən  sonra  işləkliyini,  demək  olar  ki, 
itirmişdir.  Qeyd  edək  ki,  Azərbaycan  dilində  “arı  kimi  çalışqan” 
ifadəsinin işlənməsinə təsadüf olunur. 
 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
217 
 
Presidential  bee  “presidentlik  arısı”,  və  ya  “prezidentlik 
tutması, sancısı”. 
Bu ifadə “dəf edilməz prezidentlik iddiası, prezident olmaq həvəsi” 
anlamını  əks  etdirir.  Göründüyü  kimi,  1880-ci  illərdən  işlənməyə 
başlayan ifadə işləkliyinin pik nöqtəsinə XX əsrin 30-cu illərində çatmış, 
1990-cı illərdən sonra işləkliyini itirmişdir.  
 
happy as a clam - “molyusk kimi xoşbəxt olmaq” - “çox xoşbəxt 
olmaq”. 
have  a  grasshopper  mind  -  bir  cırcırama  ağılına  sahib  olmaq, 
“cırcırama  ağlı”  frazeologizmində  olduğu  kimi,  bu  ifadə    müvafiq 
spektrli  neqativ  anlam  kəsb  edir.  Maraqlıdır  ki,  təxminən  1830-cu 
illərdən işlənməyə başlasa da, ifadə 1980-ci illərdən sonra daha yüksək 
işlənmə tezliyi qazanmışdır.  
Nəticə  olaraq,  demək  olar  ki,  dilçiliyin  kvantitativ  və  keyfiyyət  
metodları  qarşılıqlı  əlaqədə  olmaqla,  hər  biri  özünəməxsus  üstün 
xüsusiyyətlərə  malikdir.  Frazeologizmlərin  hərtərəfli  öyrənilməsi  üçün 
müasir metodların hamısından əlaqəli şəkildə istifadə etmək zəruridir. 
 
 
ƏDƏBİYYAT: 
 
1.  Бажутина,  Т.  В.  Лексико-семантические  группы  имен 
существительных  в  составе  фразеологизмов  русского  языка  /  Т.  В. 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
218 
 
Бажутина // Актуальные проблемы русской фразеологии : Межвуз. 
сборник науч. трудов. – Ленинград, 1983. – С. 68-76. 
2.  Dornyei Z. Research Methods in Applied Linguistics. OUP. 
2007. 
3.  Lazaraton A. Quantitative and qualitative ap-proaches to 
discourse analysis // Annual Review of Ap-plied Linguistics. 2002. № 
22. 
4.  Мелерович, А.М. Проблемы семантического анализа 
фразеологических единиц современного русского языка / А.М. 
Мелерович. – Ярославль, 1979.  
5.  Титов, В.Т. Принципы квантитативной лексикологии (на 
примере романских языков) [Текст]: Автореф. … докт. филол. наук. 
10.02.20 – Сравнительно-историческое, типологическое и 
сопоставительное языкознание / В.Т. Титов. – Тверь, 2005. – 36 с. 
6.  Алпатов В. М. Что такое картины мира и как до них 
добраться / В. М. Алпатов // Язык. Константы. Переменные. Памяти 
Александра Евгеньевича Кибрика.– СПб. : Алетейя, 2014. – С. 11–
21. 
7.  Е.В. Люкина. Количественные исследования 
фразеологизмов с компонентами цветообозначения в немецком и 
английском языках. // 
https://publications.hse.ru/articles/205624987
  
8.  Райхштейн А.Д. Сопоставительный анализ немецкой и 
русской фразеологии. - М.: Высшая школа, 1980.  
 
Ильхама Садыхлы  
Квантитативный анализ фразиологизмов с энтонимным 
компонентом 
 
Резюме 
 
В  статье  содержится  анализ  квантитативной  вариантности 
фразеологических  единиц  с  энтонимными  компонентами.   
Исследуется  универсальные  черты  восприятия  количества  и 
национально-специфические черты, что подчеркивает уникальность 
количественных представлений нации.  
 
 
 
 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
219 
 
Ilhama Sadykhli 
 
Quantitative analysis of phraseological units with an 
entomogeneous component 
Summary 
 
The  article  contains  an  analysis  of  the  quantitative  variability  of 
phraseological  units  with  entomogeneous  components.  The  universal 
features  of  the  perception  of  quantity  and  national-specific  features  are 
explored,  which  underlines  the  uniqueness  of  the  quantitative 
representations of the nation. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
220 
 
Vəfa İbişova 
AMEA  Nəsimi adına Dilçilik İnstitutu 
vafa.ibisova@mail.ru
 
 
Mətnin partiturluq
*
 kateqoriyasının müəyyənləşməsində 
etnomədəni və psixoloji amillərin rolu 
(Kamal Abdullanın “Tarixsiz gündəlik” əsəri əsasında) 
   
Açar  sözlər:  kateqoriya,  partiturluq,  psixolinqvistika,  aktiv  və 
passiv nitq 
Ключевые  слова:  категория,  партитурность,  психолингвис-
тика, активный и пассивный речь 
Keywords: category, partition, psycholinguistics, activ and passiv 
speech 
 
Mətn  lazım  olan  ölçüdə  daxili  enerji  ehtiva  edən,  həmin  enerji 
əsasında yaranan, öz-özünə inkişaf edən, inkişaf etdirilən və sözün tam 
mənasında  mədəniyyətlə  qidalanan  bir  prosesdir.  Danışan  və  dinləyən, 
yazıçı  və  oxucu  mətn  quruculuğu  prosesinin  ayrı-ayrı  konseptual-
intellektual  komponentləri  ilə  müəyyən  olunur.  Kommunikativ 
fəaliyyətin məhsulu olan mətn özünəməxsus xüsusiyyətlərlə səciyyələnir. 
Bədii  mətndəki  bədii-estetik  informasiyanın  daha  aydın  şəkildə 
çatdırılması  məqsədilə  dil  vahidlərinin  və  üslubi  vasitələrin  xüsusi 
şəkildə seçimi tələb olunur.  
“Mətnə funksional-linqvistik baxımdan yanaşma hər bir mətnin dil 
sisteminə  istiqamətlənərək  bu  dildə  mövcud  olan  vahidlərdən  müəllifin 
nəzərdə tutduğu fikirlərə uyğun olanları, baxışını və dünyagörüşünü əks 
etdirənləri seçərək təqdim etməsinə əsaslanır” (1, s. 2). 
K.Abdulla  kommunikasiya  prosesində  mətnin  əhəmiyyətini  belə 
qiymətləndirir:  “Mətn  elə  bir  sintaktik  kompleksdir  ki,  başqa  sintaktik 
kompleksin,  yəni,  cümlənin  onun  məna  nöqteyi-nəzərdən  nisbi  qeyri-
bitkinliyini, müəyyən semantik naqisliyini aradan götürür” (2, s. 237.). 
Mətndə  mövcud  olan  funksional-semantik  sahə  dilin  müxtəlif 
leksik-qrammatik  vasitələrinin  semantik  baxımdan  vəhdətinə  əsaslanır. 
Mətn  strukturunun  təsviri  zamanı  konkret  mətndə  funksional-semantik 
sahənin  formalaşması  ilə  yanaşı,  əsas  kimi  “mətn  toru”  anlayışından 
                                                 
*
Musiqişünaslıqdan dilçiliyə transfer olan termin, mətni bütövləşdirən bir kateqoriya 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
221 
 
istifadə  olunur.  Sintaqmatik  anlayış  olan  “mətn  toru”  yalnız  konkret 
mətnə daxil olan dil vasitələrini (leksik, morfoloji, sintaktik) əhatə edir. 
Mətnin 
formal-qrammatik, 
struktur-semantik, 
funksional-
kommunikativ, məntiqi-semantik  bütövlüyünün təmin edilməsində mətn 
kateqoriyaları  mühüm  vasitələr  hesab  olunur.  Həmin  kateqoriyalar 
mətnin  komponentləri,  tərkib  hissələri,  diskurs  və  abzaslarını 
əlaqələndirir  və  kateqoriyalar  əlaqəliliyin  təzahür  forması  kimi  ortaya 
çıxır.  Məhz  bu  əlaqəlilik  də  mətni  əmələ  gətirir  və  onu  formalaşdırır. 
Mətn  kateqoriayaları  mətnin  qrammatik,  kommunikativ,  məntiqi  və 
semantik aspektdən bir bütöv və tam kimi formalaşmasında iştirak edir,  
sıx qarşılıqlı əlaqədə funksionallaşır və  sanki mətni “əlaqə toru”na salır. 
Bu bütövlük yalnız ayrı-ayrı mətn kateqoriyaların birliyinin nəticəsində 
mümkün olur. Dilçiliyin müasir və aktual sahəsi olan mətn sintaksisinin 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin