Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə12/41
tarix12.12.2019
ölçüsü1,8 Mb.
#29906
1   ...   8   9   10   11   12   13   14   15   ...   41
Dilcilik-institutunun-eserleri-1-2018

onların  mənşəyinin  müəyyənləşdirilməsi,  struktur  tiplərinin  təyin 
edilməsi  ilə  başlanmışdır.  Bu  tip  tədqiqatlarla  antroponimikanın  əsası 
qoyulmuşdur. Sonralar başqa bir qrupa məxsus xüsusi adlarla bağlı işlər 
üzə çıxmışdır. Coğrafi obyektlərin, daha çox insan yaşayış məskənlərinin 
adlarının  öyrənilməsi  toponimikanın  təşəkkülü  və  inkişafına  təkan 
vermişdir.  Məhz  bunun  nəticəsidir  ki,  onomastika  uzun  müddət 
antroponimika və toponimika zəminində inkişaf etmişdir. 
Fikrimizcə, xüsusi adlar sistemində antroponimikanın daha qədim 
olması  ehtimalını  irəli  sürmək  olar.  Antroponim  linqvokulturoloji  təhlil 
obyektidir.  Deskriptiv  -analitik  təsvir  metodu  ilə  həm  antroponimlərin 
funksiyalarını,  həm  də  onların  konkret  mədəniyyət  kontekstində 
reallaşma xüsusiyyətlərinin araşdırmaq mümkündür. 
İnsan  adı  onun  mövcudluğunun  ayrılmaz  hissəsidir.  Antroponim 
cəmiyyət üzvünü ona xas olan xüsusiyyət və əlamətlər əsasında təqdim 
edə  bilmir.  Çünki  insana  ad  uşaqlıqdan  verilir.  Bu  dövrdə  adın 
semantikasındakı  əlamətlər  müəyyən  niyyət,  arzu  və  s.  nəzərdə  tutulur. 
Antroponim  denotatı  olan,  digər  siqnifikatı  isə  olmayan  vahiddir.  Ad 
istifadə zamanı semantika və konnotasiya ilə zənginləşir 
Türklərdə  şəxsə  totem  adlarının  verilməsi  geniş  yayılmış  ənənə 
olmuşdur.  Qurd  qədim  türk  totemlərindən  biridir  və  bu  sözdən 
advermədə çox istifadə edilmişdir. Məsələn, Buri, Buriboy (özbəklərdə), 
Bori,  Boribay,  (qazaxlarda),  Bure  (başqırdlarda),  Bori,  Qurt 
(türkmənlərdə), Byorü (Qaraçay-balkarlarda), Çon (monqol-qalmıqlarda) 
şəxs adlarıdır [Bax: 5, s.20].  

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
116 
 
Təbii  ki,  “qurd”  sözü  ilə  bağlı  adlar  bir  qrup  təşkil  edir.  Hər  bir 
dildə  elə  ümumi  isimlər  vardır  ki,  onlar  antroponimik  sistemdə 
məhsuldarlığı ilə seçilirlər. Antroponimin əsasında duran appelyativlərin 
cinsə görə bölgüsü də müşahidə olunur. Kişi adlarında və qadın adlarında 
çoxişlənən  ümumi  isimlər  vardır.  Bu  cəhət  xüsusi  adların  tərkibindəki 
ümumi  ismin  semantikasının  antroponimin  seçilməsində  əhəmiyyətli 
olduğunu təsdiq edir. Hər bir antroponim yalnız kök sözdən ibarət olmur. 
Bu  baxımdan  antropoəsas  və  və  ona  artırılan  antropoformant 
fərqləndirilmişdir.  Antroponimin  antropoəsas  və  antropoformantdan 
təşkil olunması modelləşdirmənin bu iki vahidin iştirakı ilə qurmağa əsas 
verir.  Eyni  zamanda  belə  bölgü  dilin  antroponim  sisteminə  daxil  olan 
bütün  antropoformant  və  antropoəsasları  da  ayırmaq  imkanı  yaradır. 
Nəticədə  dilin  ilkin  adlar  sisteminin  tərkibindəki  antropoformant  və 
antropoəsasların toplanıb sistemləşdirilməsi, eləcə də hər iki alt sistemin 
təkamülünün  öyrənilməsi  mümkünləşir.  Qədim  yazılı  abidələrdəki 
antroponimlərin toplanması onların antropoəsas və antropoformant üzrə 
modellərinin qurulması qeyd edilən cəhətdən aktualdır.   
«Hind-Avropa  dillərinin  çoxunda  adlar  leksik  bircinsli  əsaslardan 
oxşar  modellər  üzrə  yaranmışdır.  Bu  onların  mənşəyinin  ümumiliyini 
təsdiqləməklə  yanaşı,  həmin  dillərin  hər  birinə  xas  olan  ənənənin  var-
lığının və adların həmin ənənə üzrə yaranmasının da göstəricisidir. Əgər 
adların repertuarı zaman keçdikdə dəyişirsə, onda leksik məna müəyyən 
çərçivədə qalır və bu zaman appelyativlərin sinonimlərinin işlək dairəsi 
genişlənir» [3, s. 25-26]. 
Adların  qədim  yazılı  abidələrdən  toplanması,  onların  semantika-
sının həm appelyativ əsas üzrə açılması, həm də adı daşıyan şəxsin müvafiq 
abidədəki keyfiyyətlərinin öyrənilməsi onların adın sonradan başqa şəxslərə 
verilməsinin təhlilə cəlb olunması olduqca aktual məsələdir. Ona görə də, 
deyək  ki,  Orxon-Yenisey  abidələrində  işlənən  adın  sonrakı  dövrlərə  dair 
hansı abidələrdə qeydə alınması əhəmiyyətlidir. Bununla yanaşı çoxkompo-
nentli  adlardakı  komponentlərin  mənalarını  açmaq  və  bu  mənaların  bütöv 
konstruksiyada  hansı  ümumi  mənanı  doğurmasını  da  araşdırmaq  vacibdir. 
Daha  bir  maraqlı  cəhət  isə  bu  və  ya  digər  antroponimin  müvafiq  dil 
daşıyıcılarının antroponimik sistemində hansı dövrədək yaşamasını, izlərini 
hansı  müasir  antroponimlərdə  saxlamasını  öyrənmək  tədqiqatın  gələcək 
istiqamətlərini təyin etmək üçün də əhəmiyyət daşıyır. 
 
 
 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
117 
 
ƏDƏBİYYAT: 
 
1.  Tanrıverdi Ə. Qədim türk mənbələrində yaşayan şəxs adları. Bakı, 
Nurlan, 2009, 440 s. 
2.  Hüseynzadə  Ç. Orta əsrlər ərəbdilli yazılı  abidələrdə türk mənşəli 
antroponimlər. Bakı, “Elm və Təhsil” 2011, 152s.  
3.  Суперанская  А.В.  Теория  и  методика  ономастических 
исследований Москва, Наука, 1986. 
4.  Подольская 
Н.В. 
Словарь 
русской 
ономастической 
терминологии. М.,Наука,  1978, 192 с. 
5.  Adilov M. Bəzi advermə adətləri haqqında//Dil və cəmiyyət. Bakı, 
ADU nəşri, 1985, s. 15-22 
Парвиз Исмайлов  
К вопросу изучения антропонимической системы в 
хронологической последовательности 
Резюме 
 
В  статье  рассматриваются  вопросы  сбора  архаичных  единиц, 
входящих в антропонимическую систему из различных источников 
и  их  изучения  в  сравнительном  аспекте.  Анализ  и  изыскания 
показывают,  что  существуют  исследования,  посвященные  моде-
лированию  антропонимов  согласно  различным  критериям.  Среди 
низ моделирование по участию антропооснов и антропоформантов и 
применение его в изучении архаичной антропонимической системы 
чрезвычайно значимо в исследовании эволюции антропонимов. 
 
Parviz Ismailov  
On the question of investigation of anthroponymic system in 
chronological sequence  
Summary 
 
In  the  article  had  been  considered  the  questions  of  collection  of 
archaic units forming  the  anthroponymic system  from  different sources 
and their investigation in comparative aspect. The analysis and research 
show  that  there  are  investigations  dedicated  to  the  modeling  of 
anthroponyms  in  accordance  with  different  criteria.  Among  them  the 
modeling  according  to  the  participation  of  anthropostems  and 
anthropoformant and its usage in the research of ancient anthroponymic 
system  is  very  significant  in  the  investigation  of  anthroponyms’ 
evolution. 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
118 
 
Rasim Heydərov 
AMEA Nəsimi adına Dilçilik İnstitutu, 
filologiya üzrə fəlsəfə doktoru, dosent 
dr.rasimheydarov@mail.ru
 
 
Azərbaycan dilinin orfoqrafiya qaydalarının tənzimlənməsinə 
dair 
 
Açar sözlər: Azərbaycan dili, orfoqrafiya, norma, lüğət 
Ключевые слова:Азербайджанский язык, орфография, норма, 
словарь 
Key words:Azerbaijani language, spelling, norm, dictionary 
 
Qloballaşan  dünyada  milli  dillərin  qorunması  və  inkişafı  dövlətin 
qarşısında  duran  əsas  məsələlərdəndir.  Nəzərə  alsaq  ki,  hər  il  dünyada 
neçə-neçə dil “ölü” adını qazanır, onda bu problemin nə dərəcədə ciddi 
olduğunu  bir  daha  şahidi  olarıq.  Doğrudur,  Azərbaycan  dili  bu  gün 
“dövlət  dili”  statusunu  daşıyır  və  bu  Azərbaycan  Respublikasının 
Konstitutsiy ası ilə təsdiq olunub, lakin bu heç də o anlama gəlməməlidir 
ki,  qloballaşmanın  dilimizə  heç  bir  təsiri  yoxdur.  Müstəqillik  illərində 
dilimizlə bağlı kifəyət qədər müsbət məqamlar olsa da, təəssüf doğuran 
məqamlar da az deyil. Son illər KİV-in dilində, reklam və afişalarda tez-
tez  dilimizin  normaları  pozulur,  dilimizə  yad  ünsürlər  daxil  olur.  Ölkə 
prezidentinin 9 aprel 2013-cu il tarixində “Azərbaycan dilinin qloballaşma 
şəraitində  zamanın  tələblərinə  uyğun  istifadəsinə  və  ölkədə  dilçiliyin 
inkişafına  dair  Dövlət  Proqramı”nı  təsdiqləməsi  də  bu  təsirlərin  qarşısının 
alınması  məqsədi  ilə  imzalanmışdır.  Prodqramda  dilimizin  qorunması  ilə 
bağlı  kompleks  tədbirlərin  görülməsi  nəzərdə  tutulmuşdur.  Bu  tədbirlər 
planının tərkib hissəsi kimi, dilimizin normalarının tənzimlənməsi xususi rol 
oynayır  (1).  Dilin  leksik  normalarının  tənzimlənməsində  isə  “Orfoqrafiya 
prinsip”ləri mühüm rol oynayır.  
Məlum olduğu kimi, müstəqillik illərində iki dəfə “Azərbaycan dilinin 
orfoqrafiya lüğəti” nəşr olunmuşdur (2; 3). Hər iki lüğət dilçiliyimiz üçün 
yeni  hadisə  olsa  da,  onlarda  müəyyən  qüsurlar  da  vardır.  Xüsusən,  eyni 
sözün  müxtəlif  formalarda  verilməsi,  dialektizmlərdən  istifadə  və  s.  bu 
lüğətlərin qüsurları sırasındadır. 
Amma bəzən lüğət haqsız tənqidlərə də məruz qalır. İlk olaraq qeyd 
olunmalıdır ki, orfoqrafiya lüğətləri iki qismə bölünür:  
I.  Akademik lüğətlər; 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
119 
 
II. Digər  lüğətlər  (bura  nisbətən  kiçik  həcmli  işlək  lüğətləri, 
məktəblilər üçün hazırlanan lüğətləri və s. aid etmək olar). 
Akademiyanın  hazırladığı  lüğətlər  Nazirlər  Kabinetinin  təsdiq 
etdiyi  qaydalar  əsasında  hazırlanır  və  digər  lüğətlər  üçün  əsas  rolunu 
oynayır.  Bu  tip  lüğətlərdə  dilin  bütün  leksik  qatı  öz  əksini  tapmalıdır. 
Yəni  burada  terminlər  də  daxil  olmaqla  dildə  işlənən  sözlərin  mütləq 
əksəriyyəti  əhatə  olunmalıdır.  Əlbəttə,  dialekt  sözləri  bura  daxil 
edilməməlidir.  Bu  tip  lüğətlər  daha  çox  elmi  ictimaiyyət  üçün  nəzərdə 
tutulur  və  onların  əsasında  digər  lüğətlər  hazırlana  bilər.  Bəzən, 
lüğətlərdə  verilən  sözlərin  anlaşılmazlığı  etiraz  doğurur.  Amma  nəzərə 
almaq lazımdır ki, dildəki sözləri hamı bilə bilməz. Məsələn, 2011-ci ildə 
nəşr olunan “Səməd Vurğunun bədii dilinin izahlı lüğəti”ndə (4) 8 minə 
yaxın  söz  və  ifadə  (6215  söz  və  1753  ifadə)  verilmişdir.  Azərbaycan 
dilinin  son  orfoqrafiya  lüğətində  isə  yüz  on  mindən  artıq  söz  (110563) 
verilmişdir. Əgər Səməd Vurğun təxminən altı min söz işlədirsə, deməli, 
gündəlik  istifadə  olunan  sözlər  10-15  mini  aşmadığı  halda  lüğətdə 
bundan  on  dəfədən  də  artıq  söz  verilir  və  bu  belə  də  olmalıdır.  Çünki 
lüğət  bütün  təbəqələr  üçün  nəzərdə  tutulur  və  onda  dilin  lüğət  tərkibi 
kifayət qədər əhatəli şəkildə əks olunmalıdır. 
Başqa  bir  misala  diqqət  edək.  Nizami  Cəfərov  Nüsrət 
Kəsəmənlinin “Seçilmiş əsərləri”nə yazdığı “Ön söz”də “laübalı” sözünü 
işlədir (5, s.4). Şübhəsiz, bu söz dilimiz üçün ümumişlək deyil. Məsələn, 
“Tərcümə mərkəzinin” rəsmi orqanı olan “Aydın yol” qəzetinin 8 avqust 
2016-cı  il  nömrəsində  “laübalı”  və  “laübalılıq”  sözləri  dilimizdə 
“İşlənməyən ərəb, fars, rus və digər əcnəbi sözlər”in siyahısında verilir 
(6).  Belə  çıxır  ki,  hər  hansı  bir  sözü  kimsə  anlamırsa,  deməli,  bu  söz 
dilimizdə artıq işlənmir. Bu tip sözlərə yüzlərlə nümunə göstərmək olar. 
Heç  şübhəsiz,  elə  bir  lüğət  olmalıdır  ki,  həmin  lüğətdə  istənilən  sözün 
yazılışı  öz  əksini tapsın və bu  lüğət dildə  işlənən  sözlərin  əksəriyyətini 
özündə cəmləyə bilsin. 
Digər  məsələ  isə  orfoqrafiya  qaydalarının  tənzimlənməsi  ilə 
bağlıdır.  Heç  kəsə  sirr  deyil  ki,  müstəqillik  illərində  istifadə  olunmuş 
qaydalar,  əsasən,  sovet  dövründə  istifadə  olunan  qaydaların  müəyyən 
qədər  təkmilləşdirilmiş  formasından  başqa  bir  şey  deyildi.  Doğrudur,  o 
zamandan bəri xeyli illər keçməsi, bəzi qaydaların köhnəlməsi, əlifbanın 
dəyişməsi və s. yeni qaydaların yaradılması zərurətini ortaya qoydu. Bu 
zərurət  nəzərə  alınaraq, yeni  orfoqrafiya  qaydaları  yaradıldı.  Bu  barədə 
danışarkən  Q.Kazımov  yazır:  “Yeni  “Qaydalar”ın  yaranması  yeni 
əlifbaya  keçilməsi  ilə  bağlı  olmuşdur:  “Azərbaycan  Respublikasının 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
120 
 
dövlət  dili  haqqında”  Azərbaycan  Respublikasının 1992-ci  il 22  dekabr 
tarixli  qanununa  müvafiq  olaraq  yeni  Azərbaycan  əlifbasının  tətbiqinə 
keçilmişdir.  Bununla  əlaqədar  Nazirlər  Kabinetində  Azərbaycan 
Respublikası  Baş  nazirinin  müavini  Elçin  Əfəndiyevin  sədrliyi  ilə 
Azərbaycan  Dövlət  Dilinin  Tətbiqi  üzrə  Hökumət  Komissiyası 
yaradılmış  və  komissiya  tərəfindən  yeni  orfoqrafiya  qaydaları  layihəsi 
işlənib  hazırlanmışdır.  “Hökumət  Komissiyası  layihənin  ictimai 
əhəmiyyətini  nəzərə  alaraq,  onu  geniş  müzakirəyə  çıxarmağı  lazım 
bilmiş,  buna  görə  də  layihə  mətbuatda  çap  olunmuşdur”.  (“Azərbaycan 
müəllimi”, 4 fevral 1999)” (7).  
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2004-cü il 
tarixli qərarı ilə təsdiqlənmiş “Azərbaycan dilinin orfoqrafiya qaydaları” 
əsasında dilimizin orfoqrafiya lüğəti yenidən hazırlandı və 2013-cü ildə 
lüğət  yenidən  nəşr  olundu  və  kitaba  110563  söz  daxil  edildi.  Bu  isə 
əvvəlki 2004-cü il nəşrinə nisbətdə 30 mindən artıq sözün əlavə edilməsi 
deməkdir.  Yeni  nəşrdə  əvvəlkidə  olan  müəyyən  mübahisəli  məqamlar 
aradan  qaldırılsa  da,  yeni  qaydalar  hazırlanmadı  və  lüğət  Nazirlər 
Kabinetinin  5  avqust  2004-cü  il  qərarı  ilə  təsdiqlənmiş  qaydalarına 
əsasən nəşr olundu. Bununla belə, anten, metafor, kompüter, feil, təbaşir, 
cəfəngiyyat, cüdo və s. sözlərin yazılışında korrektələr edildi.  
Lakin bu nəşrdə də müəyyən sözlərin yazılışında problemlər qalır. 
Belə ki, lüğətdə əvvəlki lüğətdə ekspress kimi verilən söz – ekspres kimi 
verilsə də, nədənsə superekspress sözü olduğu kimi saxlanılır.  
2004-cü  ilin  lüğətində  sürtgəc,  sürtgü,  ötgün,  ötgünlük  kimi  verilən 
sözlər dilin qaydalarına tabe edilərək, sürtkü, sürtkəc, ötkün, ötkünlük kimi 
verilir.  Qarmaqarış,  qarmaqarışıq  –  qarma-qarışıq,  qarma-qarışıqlıq  və 
zirzibil, zirzibilli, zirzibillik tipli bitişik yazılan sözlər isə zir-zibil, zir-zibilli, 
zir-zibillik şəklində defislə verilir. Bu tip nümunələri artırmaq da olar.  
Lakin  qeyd  olunmalıdır  ki,  lüğətdə  bu  düzəlişlərlə  yanaşı,  bir  sıra 
mübahisəli məqamlar da qalmaqdadır. Belə ki, alğı-satqı sözü lüğətdə səhv 
olaraq alqı-satqı şəklində verilib. Məlum olduğu kimi, dilimizin qaydalarına 
görə cingiltili samitlə bitən sözlər müvafiq olaraq -gi, -ğı kar samitlə bitən 
sözlər  isə  -qı,  -kü  şəkilçisini  qəbul  etməlidir.  Bu  qaydaya  əsasən  isə  bu 
sözün  düzgün  yazılışı “alğı-satqı”  şəklində  olmalıdır.  Ona  görə də  burada 
sözün kökündə (al) l cingiltili samit olduğu üçün ondan sonra -qı şəkilçisinin 
işlənməsi doğru deyil, deməli, bu sözün yazılışı “alğı-satqı” olmalıdır. 
“Orfoqrafiya  qaydaları”nın  22-ci  bəndində  əslində  quruluşca  sadə 
olan “yaxud”, “çünki”, “həmçinin” və “hərçənd” bağlayıcıları mürəkkəb 
bağlayıcılar hesab edilib. Mürəkkəb sözlərin tərkib hissələri baxımından 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
121 
 
yanaşıldıqda  bu  bağlayıcılar  mənşə  baxımından  mürəkkəb  hesab  edilsə 
də, indiki vəziyyətdə morfoloji quruluşu baxımından sadə bağlayıcılardır. 
Əsas məsələ isə, fikrimizcə, müstəqillik dövrü üçün dilimizin yeni 
orfoqrafiya  qaydalarının  hazırlanmasıdır.  Məlum  olduğu  kimi,  əvvəlki 
lüğətlərdə  alınma  sözlərin  yazılışında  bir  qayda  olaraq  ərəb  və  fars 
mənşəli  sözlər,  o  cümlədən  rus  dilindən  və  bu  dil  vasitəsi  ilə  dilimizə 
keçən sözlərin yazılışı öz əksini tapırdı. Bu da dövrün tələblərindən irəli 
gəlirdi.  Çünki  dilimizə  yeni  sözlər  rus  dilindən  və  rus  dili  vasitəsi  ilə 
keçirdi.  Artıq  müstəqillik  illərində  dilimiz  birbaşa  mənbə  dillərdən  söz 
alır.  Bu  səbəbdən  də  “orfoqrafiya  qaydaları”nda  bu  qaydalar  təsbit 
olunmalıdır. Məsələn, son illər dilimizə ərəb dilindən “əl” artiklı ilə bir 
neçə söz daxil olub, “əl-qaidə”, “əl-cəzirə” və s. Mətbuatda bu sözlərin 
müxtəlif  yazılış  formaları  mövcuddur  və  lüğətdə  bu  sözlərin  yazılışı 
təklif olunmalıdır. Əlbəttə bu tip sözlər az deyil: Məsələn, dilimizə son 
illər  daxil  olan,  veb-kamera,  vay-fay,  vatsap  və  s.  sözlərin  doğru 
yazılması üçün ingilis dilindəki “w” hərfinin dilimizdə necə yazılmasını 
bilmək lazımdır.  
Digər bir məsələ isə dildə alınmaların tənzimlənməsi və dilimizin 
qaydalarına uyğunlaşdırılmasıdır. Bu proses dildə həmişə olub və indi də 
davam  etməkdədir.  Məsələn,  biz  əsli  “şəhr”,  “qazeta”,  “vyodra”  və  s. 
olan  sözləri  dilimizin  fonetik  qaydalarına  uyğunlaşdıraraq  “şəhər”  və 
“qəzet”, “vedrə” kimi yazırıq. 2004-cü ildə apostrof işarəsi ləğv edilərkən 
bir çoxları bunun dilimiz üçün “fəlakət” olacağını deyirdilər, hətta indi də 
bununla bağlı narahatlıq keçirənlər var, amma keçən illər sübut etdi ki, 
bu addım doğru idi. 
Lüğətlər  hazırlanarkən  üç  prinsip  nəzərə  alınır:  fonetik,  morfoloji 
və  tarixi-ənənəvi  prinsip.  Azərbaycan  dili  üçün  isə  fonetik  prinsip 
əsasdır.  Yəni  biz  orfoqrafiya  lüğətlərini  hazırlayarkən  fonetik  prinsipi 
əsas  götürürük.  Bu  barədə  danışarkən  A.Axundov  yazır:  “Azərbaycan 
dilinin orfoqrafiya qaydalarının tərtibi zamanı fonetik prinsipə ona görə 
üstünlük  verilir  ki,  dilçilik  elmi  Azərbaycan  dilinin  iltisaqi  dil  olması 
barədə  bizə  nəzəri  əsas  verir”  (8,  s.118).  Lakin  bu  o  demək  deyil  ki, 
bizim  dilimizin  orfoqrafiya  prinsipləri  hazırlanarkən  digər  prinsiplər 
nəzərə  alınmır.  İlk  növbədə  onu  bilmək  lazımdır  ki,  fonetik  prinsip, 
əsasən,  alınma  sözlərin  yazılışında  nəzərə  alınır.  Məsələn,  Azərbaycan 
dilinin orfoqrafiya lüğətində “qayınana” sözü tarixi-ənənəvi prinsipə görə 
belə yazılır. Əgər biz bu sözü fonetik prinsipə görə yazsaq, onda bu söz 
“qaynana”  kimi  yazılmalıdır.  Bu  halda  isə  dilin  qrammatik  prinsipi 
pozulmuş  olacaq,  yəni  sözün  mənası  itəcək.  Bəzi  hallarda  isə  biz 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
122 
 
morfoloji prinsipə müraciət etməli oluruq, məsələn, “alğı-satqı” sözündə 
olduğu kimi. 
Artıq  qeyd  etdiyimiz  kimi,  Azərbaycan  dilinin  orfoqrafiya 
prinsipləri hazırlanarkən fonetik prinsip, əsasən, alınmalara şamil edilir. 
Alınma  sözlər  isə  zaman-zaman  dilə  uyğunlaşdırılır  və  bu  proses  daim 
davam etdirilməlidir.  
Təəssüflə qeyd olunmalıdır ki, dilimizdə çox vaxt rus dilinin təsiri 
ilə hazırlanmış və qəbul etdirilmiş qaydalar hələ də orfoqrafiyamız üçün 
norma  kimi  qəbul  edilməkdədir.  Müstəqillik  dövrü  üçün  isə  yeni 
qaydaların  tətbiqi  vacib  şərt  kimi  dilçiliyimizin  qarşısında  durur.  İlk 
növbədə  onu  qeyd  etmək  lazımdır  ki,  cənab  Prezidentin  imzaladığı 
“Dövlət  proqram”ına  uyğun  olaraq  dilimizin  transliterasiya  qaydaları 
hazırlanacaq və bu qaydalara uyğun olaraq əcnəbi dillərdən dilimizə keçən 
sözlərin yazılışı tənzimlənəcək.  
Sonda  dilimizin  orfoqrafiya  qaydalarının  tənzimlənməsi  üçün 
aşağıdakı qaydaların tətbiq olunmasını təklif edirik: 
1.   Hələ də rus dilinin təsiri ilə dilimizdə bəzi sözlər qoşa “o” hərfi ilə 
yazılır. Məsələn, kooperativ, kooperasiya, zoologiya. Fikrimizcə, bu sözlər 
digər sözlərlə eyniləşdirilərək bir “o” ilə yazılmalıdır. 
2.  Əvvəlki lüğətlərdə mürəkkəb söz kimi verilmiş ikinci növ təyini 
söz  birləşməsi  formasında  olan  bəzi  sözlər  (kələmdolması,  başağrısı  və 
s.)  cəmlənə  bilmədiyinə  görə  lüğətdən  çıxarılmalıdır.  Məlum  olduğu 
kimi, dilimizdə cəm şəkilçisi sözün sonuna artırılır. Belə sözlərdə isə bu 
alınmır.  Deməli,  “bir  vurğu  altında  deyilən  sözlər  bir  yerdə  yazılır” 
qaydası,  heç də  həmişə  özünü  döğrultmur. Məsələn,  “kələmdolmasılar” 
deyə bilmirik və kələmdolmaları deyirik və yazırıq. Bu isə dilin morfoloji 
prinsipinin  pozulması  ilə  nəticələnir  ki,  gələcəkdə  ciddi  fəsadları  ola 
bilər.  Bu  eyni  zamanda  “soyqırımı”  və  digər  sözlərə  də  aiddir.  Bu  söz 
əslində “soyqırım” olmalıdır, necə ki, “soyad” sözünü yazırıq. 
3.  Dilimizdə  orfoepik  norma  kimi  təsbit  olunan  “iki  kar  samit 
yanaşı  gələrkən  ikinci  kar  samit  cingiltiləşir”  qaydası  söz  kökündə 
işlənən bütün sözlərə şamil olunmalıdır. Məlum olduğu kimi, dilimizdə bu 
cür  yazılan cəmi  iki-üç  söz  var  (nisgil, əsginas,  əsgər,  əsgi,  pelasgi (-lər), 
fosgen və difosgen) ki, bu sözlərin “k” ilə yazılması məqsədəuyğundur. Bu 
tədrisdə  olduqca  vacib  amildir.  Qalan  hallarda  dilimizdə  işlənən  “sg”  və 
“şg”  istisna  hallarda  işlənir  ki,  bunlar  da  düzəltmə  və  mürəkkəb  szölərə 
aiddir. Məsələn, səsgücləndirici, yasgülü, dəsgirə, pərəstişgah, təxəllüsgötü-
rmə, onbeşgünlük, təşəbbüsgöstərmə. 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
123 
 
4.  Dilimizdə söz əvvəlində qoşa samit işlənmədiyinə görə hazırkı 
lüğətdə qoşa “s” ilə başlayan sözlər bir “s” ilə yazılsın. Məsələn, senari, 
senarist, ssenariçi və s.  
5.  Son  illər  əcnəbi  dillərdən  dilimizə  keçən  sözlərin  hamısının 
fonetik prinsipə əsasən yazıldığı qeyd olunsun. Məsələn, feysbuk, tvitter, 
sidi,  sidi-ve,  sivi,  sidi-erve,  vatsap,  fləş,  fləşkart,  pleysteşn,  vörd, 
vindous, fotoşop, corl-drou, avroviziya və s. 
6.  Lüğətdə sonu tək heca ilə yazılan hiss, küll, fənn və s. sözlərinə 
samitlə başlayan şəkilçilər artırılarkən samitlərdən birinin düşdüyü qeyd 
edilsin.  Məlumdur  ki,  indiyə  qədər  qrammatika  kitablarında  bu  məsələ 
mübahisəli  şəkildə  izah  edilirdi.  Belə  ki,  dilimizdə  həm  də  bir  hərflə 
yazılan his və kül sözləri olduğundan bu sözlərdə son samitin düşməməsi 
qeyd edilirdi. Bu isə əslində “dilimizin normalarını pozur. Fikrimizcə, bu 
kontekstdə məlum olduğundan” hissdən yazmağa ehtiyac yoxdur.  
7.  Məlum  olduğu  kimi,  abreviaturalara  (qısaltmalar)  şəkilçilər 
artırılarkən qısaltmanın son hərfinə uyğun yazılır. Məsələn, Azərbaycan 
Turizm  Təşkilatı  –  ATT-nin  və  s.  Bura  Amerika  Birləşmiş  Ştatları  - 
ABŞ-nin  (Bu  qısaltma  Azərbaycan  dilində  A-Be-Şe  şəklində  tələffüz 
edilməlidir) əlavə edilsin.  
8.   2013-cu  ilin  lüğətində  “anten”  kimi  yazılan  söz  antena  kimi 
yazılsın.  
9.  “şeir”,  “feil”  sözlərinə  saitlə  başlayan  şəkilçi  qoşularkən 
kökdəki son saitin düşdüyü qeyd edilsin. Məsələn, şerə, feli və s. 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin