ABĠd tahġRLĠ



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə17/43
tarix31.01.2017
ölçüsü4,4 Mb.
#6963
1   ...   13   14   15   16   17   18   19   20   ...   43

 
 
 
 
 
 

 
140 
«Əkinçi»dən «ulduz»lara, «kral»lara və  
«Ģair»lərə bir mesaj 
 
Azərbaycan milli mətbuatının özülü və Ģah əsəri «Əkinçi»nin 1 sentyabr 
1877-ci il tarixli 18-ci nömrəsindəki bir material diqqətimi çəkdi və çox aktual 
olduğu  üçün  onu  olduğu  kimi  oxucuların  diqqətinə  təqdim  etməyi  lazım 
bildim. 
 

 

 

 
 
Məlumdur ki, hər kəsin mahnıdan xoşu gəlir və bir yaxşı sövtü (səsi – T.A.) 
olmayan da özü mızıldamağa durur. Bu səbəbə mahnı çərəndiyat hesab olunur isə 
də,  çox  vacib  şeydir.  Ona  binaən  (görə  –  T.A.)  onun  mənasını  yaxşılaşdırmaq 
səyinə düşmək lazımdır. 
Hər  tayfanın  vətəndarlıq  və  millətin  keçmişində  olan  yaman  və  yaxşı 
günlərini  şərh  edən  mahnıları  olur  ki,  bu  mahnılar  ağızdan-ağıza  düşüb  milləti 
birləşdirməyə  bais  olur.  Amma  bizim  mahnılara  baxan  gərək  təəccüb  eləsin  ki, 
xudavənda, onları kim və nə üçün düzəldib. Onların çoxunun ki, avam çağırır, heç 
mənası olmur. Məsələn: 
 
 
 
 
 
 
Ağacda oturub sərçə
 
 
 
 
Niyə uzunsan, ay küçə? 
 
 
 
 
Sən harda qaldın, ah beçə, 
 
 
 
 
Ey yar, ey yar, ay qaragöz. 
 
Belə çağıranların barəsində doğru deyiblər ki, eşşəyin anqırmağı özünə xoş 
gəlir,  amma  çifayda,  eşşək  anqıra  gəzir  və  onu  belə  anqırmaqdan  xilas  etmək 
səyinə düşən yoxdur. Bizim kamallı hesab olunan qardaşlarımız Hafiz, ya Sədinin 
bu məzmunda şeirlərini oxuyurlar: meyi düsalə və yar çəhardəh salə və ya məkün 
təkyə bərmali-dünya və püşt (İkiillik şərab və on dörd yaşında məşuqə və ya dünya 
malına belə bağlamaq) ki, bunlar avam çağıran mahnılardan da yamandır. Avamın 
ağzına  qeyr  mahnı  da  salmaq  olur,  amma  məkün  təkyə  bərmali-dünya  çağıran 
qardaş vəfat edib, öz ağlaşmasını çağırır və onun sağalmağına ümid yoxdur. 
Belədə  yaxşı  olurdu  ki,  bizim  şüəralar  bir-birini  həcv,  ya  mədh  etmək 
əvəzinə zikr olan məzmunda mahnılar düzəldeydilər ki, onlar ağızdan-ağıza düşüb 
xalqı nadanlıqdan danalığa (biliyə, elmə – T.A.) təhrik etməyə bais oleydi. 
 
 
 
“Ədəbiyyat qəzeti” , 3 oktyabr 2003 
 
 
 
 

 
141 
 
Dissertasiya və avtoreferatlara rəylər 
 
 
Filologiya elmləri namizədi Cahangir Əbdüləli oğlu Məmmədovun 
(Məmmədlinin) “Azərbaycanda jurnalistikanın müasir inkiĢaf meylləri” 
mövzusunda filologiya elmləri doktoru alimlik dərəcəsi almaq təqdim etdiyi 
dissertasiyanın avtoreferatına 
R  Ə  Y 
 
        30  ildən  də  çoxdur  ki,  Azərbaycan  jurnalistikasının  elmi-nəzəri  və  praktik 
problemləri  sahəsində  çalışan  mütəxəssislər  sırasında  Cahangir  Məmmədov 
özünəməxsus  dəst-xətti,  mövqeyi  olan  tədqiqatçı  –  pedaqoq  kimi  tanınır.  Son 
illərdə  isə  C.  Məmmədov  müasir  dövr  jurnalistikasının  qurucusu  və  mahir 
təşkilatçısı funksiyasını bacarıqla yerinə yetirməkdədir. Əlbəttə, belə bir missiyanı 
daşıyan  təcrübəli  mütəxəssisin  “Azərbaycanda  jurnalistikanın  müasir  inkişaf 
meylləri”  mövzusunda  doktorluq  dissertasiyası  yazması  təqdirəlayiqdir,  sahənin 
inkişafına sanballı töhfədir. 
       Dissertasiyanın  avtoreferatı  müasir  tələblərə  uyğun  tərtib  edilmişdir.  Burada 
mövzunun  aktuallığı  kifayət  qədər  ciddi  dəlillərə  əsaslandırılmış,  tədqiqatın 
məqsəd  və  vəzifələri  konkret  və  aydın  şəkildə  göstərilmiş,  problemin  öyrənilmə 
tarixi  və  səviyyəsi,  tədqiqatın  metodoloji  əsası,  onun  nəzəri-təcrübi  əhəmiyyəti, 
elmi  yeniliyi  geniş  şərh  edilmiş,  dissertasiyanın  quruluşu  və  aprobasiyası  barədə 
məlumat verilmişdir. 
       Avtoreferatda  tədqiqatın  qısa  məzmunu  tam  əksini  tapmışdır.  Üç  fəsildən 
ibarət  dissertasiyanın  I  fəsli  “Jurnalistikaya  dair  nəzəri  baxışların  və 
konsepsiyaların  formalaşma  prosesi”  adlanır.  Bu  fəsil  “Azad  sözü  tirajlayan 
jurnalistika  və  hakimiyyətin  ona  qarşı  senzura  tədbirləri”,  “Azərbaycanda  yeni 
jurnalistikaya  keçid  dönəmində  mətbuatın  funksional  xarakteri”,  “Nəzəri 
konsepsiyaların  modelləşmə  prosesi  və  onların    Azərbaycan  jurnalistikasında 
təzahür  formaları”,  “Jurnalistika  hakimiyyətin  əbədi  opponenti  rolunda”  adlı  4 
bölmədən  ibarətdir  ki,  avtoreferatda  bu  bölmələrin  hər  biri  ayrılıqda  qısaca  şərh 
edilir.  “Peşə  etikasının  formalaşması  və  KİV-in  hüquqi  bazasının  yaradılması  
Azərbaycan  jurnalistikasının  inkişafında  yeni  mərhələdir”  adlanan  ikinci  fəsildə 
peşə  etikası,  KİV-in  hüquqi  tənzimlənməsi,  eləcə  də  informasiya  janrları  və 
onlarda baş verən dəyişikliklər tədqiqat müstəvisinə cəlb olunmuş və elmi-nəzəri 
baxımdan uğurla işlənmişdir. 
       Dissertasiyanın  III  fəsli  “Jurnalistikanın  beynəlxalq  standartları  Azərbaycan 
KİV  məkanında”  adlanır  və  bu  fəslin  4  bölməsində  yeni  dövr    jurnalistikasının 
başlıca  cəhətləri,  məziyyətləri  göstərilir  və  bu  kontekstdə  müasir  Azərbaycan 
jurnalistikasının  inkişaf  meylləri  ümumiləşdirilir,  təhlil  olunur,  xarakterizə  edilir, 
dəyərləndirilir. 
       Jurnalistikanın elmi-nəzəri problemlərinə həsr olunan mövcud ədəbiyyatı xeyli 
zənginləşdirən, müəyyən  mənada ona  yeni  ruh  verən  bu tədqiqat  işinin  nəticələri, 

 
142 
eləcə  də  jurnalistikanın  inkişafını  əngəlləyən  problemlər  avtoreferatda  bir-bir 
sadalanır.   
       Avtoreferatda  müəllifin  dissertasiyanın  əsas  məzmununu  özündə  ehtiva  edən 
kitab, monoqrafiya,  dərslik, dərs vəsaiti və  elmi  məqalələrinin, eləcə də tədqiqata 
dair çap əsərlərinə yazılmış məqalələrin siyahısı verilmişdir. 
       Beləliklə,  hesab  edirəm  ki,  C.  Məmmədovun  “Azərbaycanda  jurnalistikanın 
müasir  inkişaf  meylləri”  adlı  doktorluq  dissertasiyasının  avtoreferatı  AAK-nın 
bütün tələblərinə uyğun tərtib edilmişdir və avtoreferatın müəllifi filologiya elmləri 
doktoru alimlik dərəcəsini almağa tam layiqdir. 
 
                                                                                  
 
Abid Tahirli 
                                                                               filologiya elmləri doktoru 
 
       
 
Qahirə Müslüm qızı Hüseynovanın «Azərbaycanın müstəqilliyi uğrunda 
mübarizə dövründə Naxçıvan Muxtar Respublikasında demokratik 
mətbuatın təĢəkkülü və inkiĢafı (1988-1993)» mövzusunda namizədlik 
dissertasiyasına 
 
R  Ə  Y 
 
 
Bugünkü  tələblər  və  dəyərlər  baxımından  Azərbaycan  mətbuat  tarixinin 
tədqiqi,  dəyərləndirilməsi  aktual  və  əhəmiyyətlidir.  Nəzərə  alsaq  ki,  bu  iş  çar 
Rusiyası  dövründə  həvəskar  səviyyədə  və  pərakəndə  halda,  Sovet  dövründə 
rejimin  və  bolşevik  ideologiyasının  müəyyənləşdirdiyi  prinsiplər  əsasında,  dar 
çərçivədə,  başqa  sözlə,  predmetə,  tədqiqat  obyektinə  elmidən    daha  çox  sinfi  və 
partiyalı  münasibətin  hakim  olduğu  şəraitdə  həyata  keçirilmişdir  –  problemin 
həllinin  nə  qədər  vacib  olduğu  daha  qabarıq  üzə  çıxar.  Digər  tərəfdən  isə 
Azərbaycan mətbuat anlayışının Cənubi Azərbaycanda, eləcə də mühacirətdə nəşr 
olunan  mətbu  orqanları  da  əhatə  etməsi  mövzunun  elmi,  sistemli,  dərindən  və 
ardıcıl  araşdırılmasının  zəruriliyini  şərtləndirir.  Bütün  bunları  qeyd  etməkdə 
məqsəd  mövcud  tədqiqatları  təftiş  etmək,  onların  dəyərini  azaltmaq,  yaxud 
üstündən xətt çəkmək yox, əksinə, fədakar alimlərimizin ağır şərtlər altında ərsəyə 
gətirdikləri  irsə  diqqətli,  qayğılı  münasibət  bəsləyib,  onların  obyektiv  səbəblərə 
görə  deyə  bilmədiklərinə  diqqəti  çəkmək,  Azərbaycan  mətbuatının  keçdiyi  tarixi 
yolu qərəzsiz, hər cür saxtakarlıqdan uzaq şəkildə araşdırmağın, dəyərləndirməyin 
vacib  olduğuna  diqqəti  çəkməkdir.  Şübhəsiz  ki,  H.Zərdabinin,  F.Köçərlinin,  Əli 
bəy 
Hüseynzadənin,  M.Ə.Rəsulzadənin,  N.Nərimanovun,  Ü.Hacıbəylinin, 
C.Hacıbəylinin, A.Səhhətin mətbuatla, onun yaranması, inkişafı ilə bağlı fikirləri, 
xatirələri,  mühakimələri  böyük  maraq  doğurur,  əhəmiyyətlidir.  Sonrakı  dövrlərdə 
M.B.Məmmədzadə,  Əziz  Şərif,  A.Zamanov,  Ə.Mirəhmədov,  Q.Məmmədli, 
Ş.Qurbanov,  N.Zeynalov,  N.Axundov,  X.Məmmədov,  Ş.Hüseynov,  S.Rüstəmova 
və  bu  kimi  başqa  görkəmli  alimlərin  mətbuat  tarixi,  ayrı-ayrı  nəşrlər,  naşirlər, 
publisistlər ilə bağlı araşdırmaları bu gün də dəyərli mənbələrdir. 

 
143 
Tədqiqatçı  Qahirə  Hüseynovanın  müraciət  etdiyi  dövr  və  tədqiqat  obyekti 
tamamilə  yenidir  və  dissertantın,  eləcə  də  mövzunu  təsdiq  edən  Bakı  Dövlət 
Universiteti  Jurnalistika  fakültəsinin  mətbuat  tarixi  və  ideoloji  işin  metodları 
kafedrasının bu təşəbbüsü təqdirəlayiqdir. Dissertasiyanın «Giriş»inin «Mövzunun 
tədqiqi  tarixi»  hissəsində  tədqiqatçı  haqlı  olaraq  az  qala  şikayətlənir  ki,  son 
dövrlərdə  demokratik  mətbuatın  təşəkkülü  və  inkişafı  ilə  bağlı  çox  az  sayda 
araşdırmalar  aparılmışdır  ki,  onlarda  da  «Naxçıvan  mətbuatı  barədə  söhbət  belə 
getmir».  Müəllifin  mövqeyi  ilə  razılaşmamaq  olmur.  Doğrudan  da,  mətbuat 
tariximizin ən zəngin, ən şərəfli, eyni zamanda ağır və ziddiyyətli mərhələlərindən 
olan ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində işıq üzü görən mətbu 
orqanlar,  müstəqillik  illərinin  qəzet,  jurnalları,  onların  mövzu,  dil,  üslub, 
sənətkarlıq  problemləri,  demək  olar  ki,  fundamental  şəkildə  araşdırılmamış, 
Azərbaycan  mətbuatı  tarixi  kontekstində  dəyərini  almamışdır.  Bu  baxımdan, 
Q.Hüseynovanın  peşəkarlıqla,  çox  ciddi  və  məsuliyyətlə  ərsəyə  gətirdiyi 
dissertasiya işi diqqəti çəkir və fikrimizcə, dissertant qarşısına qoyduğu vəzifənin 
öhdəsindən layiqincə gəlmişdir.  
Dissertasiya  «Giriş»,  hər  biri  3  yarımbənddən  ibarət  «Yenidənqurma 
illərində  cəmiyyətdə  gedən  demokratikləşmə  prosesi  və  onun  mətbuata  təsiri»  və 
«Dövlət  müstəqilliyinin  bərpasında  demokratik  mətbuatın  rolu»  adlı  2  fəsildən, 
«Nəticə» və «İstifadə edilmiş ədəbiyyatın siyahısı»ndan ibarətdir. 
«Giriş»də  dissertant  mövzunun  aktuallığını  tutarlı  dəlillərlə  əsaslandırır, 
tədqiqatın  məqsəd  və  vəzifələrindən,  tədqiqi  tarixindən  bəhs  edir,  tədqiqat 
obyektini göstərir, işin nəzəri və metodoloji əsasları, elmi yeniliyi barədə söz açır, 
tədqiqatın aprobasiyası, dissertasiyanın quruluşu haqqında məlumat verir.  
I  fəsildə  yenidənqurma  illərində  Azərbaycandakı  mövcud  ictimai-siyasi 
vəziyyət,  o  cümlədən  Dağlıq  Qarabağda  ermənilərin  separatçı  hərəkatı, 
respublikada  genişlənən  azadlıq  mübarizəsi  və  bütün  bunların  kontekstində 
Naxçıvanda  nəşr  olunan  mətbu  orqanlar,  onların  cəmiyyətdə  cərəyan  edən 
hadisələrə  təsiri,  «Şərq  qapısı»,  «Varlıq»,  «Ağrıdağ»,  «Türk  yurdu»,  «Haray» 
qəzetlərinin  timsalında  mətbuatda  baş  verən  yeniliklər  tədqiqata  cəlb  olunmuş, 
konkret faktlar, materiallar əsasında araşdırılmışdır. 
II  fəsildə  dövlət  müstəqilliyinin  elan  olunmasından  sonra  Naxçıvanda  nəşr 
olunan  qəzetlərdə  baş  verən  kəmiyyət  və  keyfiyyət  dəyişiklikləri,  mətbuatın 
demokratiya,  insan  haqları,  respublikanın  ərazi  bütövlüyü  uğrunda  mübarizəsi, 
eləcə  də  Muxtar  Respublikada  milli-mənəvi  dəyərlərin  qorunması  istiqamətində 
KİV-nin fəaliyyəti öyrənilir, elmi-nəzəri baxımdan dəyərləndirilir. 
Diqqətçəkən  və  təqdirəlayiqdir  ki,  Sovet  hakimiyyətinin  iflasa  uğradığı 
ərəfədə  və  Azərbaycanın  öz  müstəqilliyini  yenidən  bərpa  etdiyi  ilk  illərdə 
Naxçıvan Muxtar Respublikasında nəşr olunan mətbu orqanlar, onların mövzuları, 
problemə  yanaşma  tərzi,  mətbuatın  cəmiyyətə  təsir  gücü, hər  hansı  hadisə  barədə 
ictimai rəy yaratmaq təcrübəsi, səriştəsi, eyni zamanda qəzetlərin senzura, maliyyə 
və  sair  problemləri  tədqiqatçı  tərəfindən  konkret  mənbələrə  istinad  etməklə, 
onlardan  sitat  gətirməklə  müqayisə  edilir,  təhlil  olunur  və  bu  zaman  müəllif  öz 
münasibətini, rəyini də bildirməyi unutmur. 

 
144 
Hər  iki  fəsildə  qəzet  materialları  mövzusuna,  problemə  yanaşmaya  görə 
məharətlə  ümumiləşdirilir,  yeri  gəldikcə  nümunələrə  müraciət  edilir,  dərindən 
təhlil edilir, mülahizələr, qənaətlər əsaslandırılır. 
Qahirə  Müslüm  qızı  Hüseynovanın  elmi-tədqiqat  işinin  dəyərini  artıran  bir 
neçə cəhətin üzərində xüsusi dayanmaq istəyirəm: 
1.  Müraciət  olunan  dövr  Azərbaycanın,  o  cümlədən  Azərbaycanın  qədim, 
zəngin  mədəniyyət  mərkəzlərindən  birinin  –  Naxçıvanın  tarixində  və  taleyində 
xüsusi bir mərhələdir, istiqlal uğrunda Sovet imperiyası ilə mücadilə illəridir; 
2.  Fəaliyyət  göstərdiyi  müddətdə  informasiya  ötürücüsü  funksiyanı  daşıyan 
KİV  illər  ötdükcə  tarixin  yaddaş  mənbəyinə,  əvəzsiz,  mötəbər  məxəzə  çevrilir. 
Dissertant  bu  irsə  elmi-nəzəri  baxımdan  professionallıqla  yanaşmış,  mətbu 
orqanları mövzular, problemlər üzrə sistemləşdirmiş, təhlil süzgəcindən keçirmiş, 
onların  cəmiyyətdəki  yeri  və  rolunu  konkret  fikirlər  və  qənaətlərlə 
dəyərləndirmişdir.  Cəsarətlə  demək  olar  ki,  dissertant  haqqında  bəhs  olunan 
dövrün elmi salnaməsini yazmışdır; 
3. Qahirə xanım müstəqil mətbuatın meydana gəlməsinin müşahidəçisi yox, 
iştirakçısı  olmuş,  bu  işə  öz  töhfəsini  vermişdir,  obrazlı  ifadə  ilə  desək,  sətirlərin 
arxasından  dissertantın  özü  görünür.  Bu  isə  prosesi  daha  yaxından  dərk,  hiss 
etməyə  fikir,  mühakimələr  və  qənaətlərdə  reallığa,  obyektivliyə,  belə  demək 
mümkünsə, daha münbit zəmin yaradır; 
4. Dissertant Q.Müslümovada çoxsaylı faktların içərisindən daha xarakterik, 
daha maraqlı olanını seçmək bacarığı var, bu da obyektin dərin, hərtərəfli təhlili, 
faktların elmi-nəzəri baxımdan qiymətləndirilməsi, ümumiləşdirilməsi üçün vacib 
şərtlərdəndir; 
5.  Dissertant  elmi-nəzəri  qənaətlərində,  fikirlərində  ardıcıl,  qətiyyətli  və 
prinsipialdır; 
6.  Q.Hüseynova  ilk  dəfə  Mətbuat  xidmətinin  fəaliyyətini  tədqiqata  cəlb 
etmiş,  onun  yaradılması  məqsədi,  qarşısında  duran  vəzifələr,  fəaliyyət 
istiqamətləri,  ictimaiyyətlə,  KİV-lə  əlaqəsi  haqqında  geniş  bəhs  etmişdir,  belə 
demək  mümkünsə,  Mətbuat  xidmətinin  nümunəvi  əsasnaməsinin  konturlarını 
işləmişdir. 
Bütün  söylənilənlər  dissertantın  səriştəli  qələm  sahibi,  bacarıqlı  tədqiqatçı, 
elmi-tədqiqat işinin isə kamil əsər olduğuna dəlalət edir. 
Bununla  belə,  mövzunun  yeniliyindən,  problemin  aktuallığından,  tədqiqat 
obyektinin  genişliyindən  qaynaqlanan  bir  sıra  irad  və  tövsiyələr  var  ki,  onlardan 
bəzilərinin üzərində dayanmağı lazım bilirəm: 
1. Elmi-tədqiqat işinin I fəslinin 1.1-ci bəndinin adı «SSRİ-də siyasi, iqtisadi 
və  mədəni  tənəzzülü doğuran  səbəblər  və  onların  aradan  qaldırılması  üçün  edilən 
cəhdlər» olsa da, orada daha çox və həm də doğru olaraq, Azərbaycandakı ictimai-
siyasi  proseslərdən,  Azadlıq  hərəkatından  və  Dağlıq  Qarabağ,  onun  ətrafında 
cərəyan  edən  hadisələrdən  bəhs  olunur.  Odur  ki,  bəndin  adının  redaktəsinə  ciddi 
ehtiyac hiss edilir. 
2.  Hesab  edirəm  ki,  dissertasiyanın  heç  olmazsa,  bir  yarımbəndində 
Azərbaycan mətbuat tarixinə dair tədqiqatlara qısaca nəzər salınmalı, Sovet dövrü 

 
145 
araşdırmaları  ilə  bugünkü  tədqiqatlar  arasında  nəzəri  və  metodoloji  baxımdan 
oxşar, fərqli cəhətlər göstərilməli idi.  
3.  Mətbu  materialların  dili,  üslubu  və  sənətkarlıq  problemlərinin  tədqiqata 
cəlb  edilməsi,  janr  xüsusiyyətlərinin  daha  geniş  araşdırılması  elmi-tədqiqat  işinə 
sanbal gətirər, onu daha da dəyərli edərdi. 
4.  Qəzetlərin  təsnifatında  bir  qədər  yanlışlığa  yol  verilmiş,  dissertant  bəzi 
müəlliflərin qeyri-dəqiq bölgüsünü əsas tutaraq KİV-i «rəsmi» və «qeyri-rəsmi» ad 
altında iki yerə ayıraraq təhlil etmişdir. 
Bu həqiqətdir ki, müstəqillik illərində nəşr olunan bütün qəzetlər rəsmi, yəni 
leqal olmuşdur, əvvəllər Mətbuat və İnformasiya Nazirliyindən, o ləğv edildikdən 
sonra  Ədliyyə  Nazirliyindən  rəsmən  qeydiyyatdan  keçmiş  və  fəaliyyətinə  rəsmi 
icazə verilmişdir. Azərbaycanda qeyri-rəsmi, başqa sözlə desək, gizli, yaxud qeyri-
leqal  qəzetlər,  nəşrlər  çar  Rusiyası  dövründə  («Nina»  mətbəəsində)  və  Sovet 
hakimiyyətinin  ilk  illərində  (məs.:  «İstiqlal»  qəzeti)  buraxılmışdır.  Meydan 
hərəkatı  dövründə  bəzi  gizli,  qeyri-rəsmi  vərəqələr  buraxılırdı,  onları  isə  qəzet 
adlandırmaq  olmazdı.  Fikrimizcə,  məzmununa,  proqramına,  istiqamətinə, 
mənsubiyyətinə,  maliyyə  mənbəyinə  görə  mətbu  orqanların  şərti  olaraq  dövlət, 
müstəqil və partiya orqanı kimi təsnifatını aparmaq olar. 
5.  Görünür,  tədqiqatçının  peşəsindən  və  mövzunun  doğmalığındandır  ki, 
bəzən  mətnə  publisistik  üslub  hakimlik  edir.  Hərdən  akademizm,  elmi  üslub 
ritorik, emosional çalarların içində sanki əriyir, yox olur. 
Elmi-tədqiqat  işinin  ünvanına  söylənilən  irad,  tövsiyələr  Q.Hüseynovanın 
maraqlı mənbələr, zəngin sənədlər əsasında səriştə və məsuliyyətlə ərsəyə gətirdiyi 
dissertasiyanın sanbalına, elmi-nəzəri dəyərinə qətiyyən xələl gətirmir. Ümid edir, 
inanırıq ki, tədqiqatçı gələcək axtarışlarında deyilənləri nəzərə alacaqdır. 
Fikrimizi  yekunlaşdırsaq,  bu  nəticəyə  gəlmək  olar  ki,  elmi-tədqiqat  işi   
AAK-ın  tələblərinə  bütünlüklə  cavab  verir  və  onun  müəllifi  Qahirə  Müslüm  qızı 
Hüseynova  iddiasında  olduğu  fəlsəfə  doktoru  alimlik  dərəcəsi  almağa  tamamilə 
layiqdir. 
 
 
 
 
 
  
 
Rəsmi opponent: Abid Tahirli 
 
 
 
 
 
 
 
    filologiya elmləri doktoru 
30.04.2010 
 
 
Ataxan Əvəz oğlu PaĢayevin «XIX-XX əsrlərdə ermənilərin  
azərbaycanlılara qarĢı törətdikləri soyqırımları və deportasiyalar (arxiv 
sənəd və materialları əsasında)» adlı doktorluq dissertasiyasının 
avtoreferatına 
 
R  Ə  Y 
 
Avtoreferatdan  aldığım  təəssürata  əsasən,  deyə  bilərəm  ki,  təcrübəli, 
istedadlı tədqiqatçı A.Paşayev Azərbaycan tarixinin son 200 illik bir dövrünün ən 
təlatümlü, ən ağrılı, ən mürəkkəb, eyni zamanda ən qaranlıq və qərəzə tuş gəlmiş, 
saxtalaşdırılmış  bir  mövzusunu  fundamental  şəkildə,  özü  də  istisnasız  olaraq  ilk 

 
146 
mənbələr,  məxəzlər,  sənədlər  əsasında  araşdırmaq  kimi  çox  çətin  və  məsuliyyətli 
bir işin öhdəsindən uğurla gəlmişdir. 
Sovet dövründə – elmə də sinfi, partiyalı münasibət bəslənildiyi bir şəraitdə 
ermənilərin  azərbaycanlılara  qarşı  törətdiyi  tarixi  cinayətlər  haqqında  bəhs 
edilməmişdir,  erməni  vəhşiliyi  ört-basdır  olunmuş,  erməni  vandalizminin  xalqın 
yaddaşından  silinməsi  üçün  təbliğat  maşını  bütün  qüvvəsi  ilə  işə  salınmışdır, 
xalqlar  dostluğu,  beynəlmiləl  tərbiyə  pərdəsi  adı  altında  keçmişin  üzərinə  qara 
pərdə  çəkilmişdir.  Bizdə  tarixi  həqiqətlər  bu  istiqamətdə  saxtalaşdırılmışdır. 
Ermənilər də tarixi saxtalaşdırmaqla məşğul idilər – lakin tamamilə başqa səmtdə. 
Onlar öz vəhşiliklərini ört-basdır edir, özlərini yazıq, biçarə, əzab və işgəncələrə,  
məhrumiyyətlərə  məruz  qalan  millət  kimi  təqdim  edir,  eyni  zamanda  türklərə-
azərbaycanlılara qarşı nifrət, kin, qisasçılıq ruhunda sərhədsiz ideoloji, təbliğat işi 
aparırdılar.  Sovet  dövründə  bu  qəbildən  işıq  üzü  görən  minlərlə  nəşrdən  yalnız 
birinə  –  Con  Kirokosyanın  böyük  tirajla  rus  dilində  də  buraxılan  «Mladoturki 
pered  sudom  istorii»  («Gənc  türklər»  tarixin  məhkəməsi  qarşısında»)  kitabına 
baxmaq kifayətdir. 
Bizdə  isə  susurdular,  bu  mövzuda  yazmaq  yasaq  idi.  Yalnız  xaricdə 
məskunlaşmağa  məhkum,  məcbur  edilən  Azərbaycanlı  mühacirlər  öz  nəşrlərində 
ermənilərin  vəhşilikləri  haqqında  yazırdılar.  Onların  bu  fəaliyyətini  obrazlı  ifadə 
ilə  «susdurulmayan  tək  səs»  də  adlandırmaq  olardı.  Azərbaycan  müstəqilliyini 
bərpa  etdikdən  –  1991-ci  ildən  sonra  bu  mövzu  aktuallaşmağa,  müasir  tələblər 
baxımından araşdırılmağa başlandı. Hələ o vaxtdan bu mövzuda tez-tez yazan, ona 
yeni  tələblər  baxımından  yanaşan,  onu  istiqamətləndirən,  tarixi  sənədlər  əsasında 
zənginləşdirən  A.Paşayev  sonralar  bu  sahədə  tədqiqat  meydanını  bir  qədər  də 
genişləndirdi, araşdırmalarını sistemli, ardıcıl şəkildə davam etdirdi. 
Avtoreferatdan  da  göründüyü  kimi,  A.Paşayev  böyük  bir  enerji,  həvəslə, 
eyni  zamanda  məsuliyyət  hissi  ilə  yüzlərlə  arxiv  sənədini  araşdırmış, Azərbaycan 
tarixşünaslığında  ilk  dəfə  olaraq  azərbaycanlıların  ermənilər  tərəfindən  soyqırımı 
və deportasiyaya məruz qalması məfhumunu gündəmə gətirmiş, müxtəlif dövrlərdə 
ermənilərin törətdiyi cinayətləri, o cümlədən 1905, 1918-ci illərdə, eləcə də 1988-
ci ildən sonrakı dövrlərdə mənfur qonşularımızın Azərbaycanda həyata keçirdikləri 
soyqırımları,  eləcə  də  bir  neçə  mərhələdə  Ermənistan  adlanan  ərazidən 
azərbaycanlıların  deportasiyasını  təhlil,  şərh  etmiş,  onun  miqyasını  göstərmiş, 
ermənilərin  ərazi  iddialarının  əsassız  və  mif  olduğunu  tutarlı,  təkzibolunmaz 
sənədlərlə sübut etmişdir. 
Avtoreferatın məzmunu, müddəaları, quruluşu tədqiqat barədə tam təsəvvür 
yaradır  və  tələblərə  cavab  verir.  Burada  mövzunun  aktuallığı,  tədqiqi  tarixi  və 
səviyyəsi,  əhatə  dairəsi,  tədqiqatın  məqsəd  və  vəzifələri,  elmi  yeniliyi,  nəzəri  və 
praktik  əhəmiyyəti,  digər  problemlər  yığcam,  eyni  zamanda  sanballı  şəkildə 
işıqlandırılmışdır. 
Avtoreferatda  dissertasiyanın  əsas  məzmunu  aydın  və  fəsillər  üzrə 
proporsional qaydada öz əksini tapmışdır. Burada dissertasiyanın 4 fəslinin hər biri 
haqqında  –  «Çar  Rusiyasının  Qafqaz  siyasətində  erməni  amili»,  «Çarizmin 
süqutundan  sonra  ermənilərin  Güney  Qafqazda  türk-müsəlmanlara  qarşı 
törətdikləri soyqırım və deportasiyalar (1917-1920)», «Sovet hakimiyyəti illərində 

 
147 
ermənilərin  Azərbaycan  torpaqları  hesabına  öz  ərazilərini  genişləndirərək  həmin 
ərazilərdən  azərbaycanlıların  deportasiyası  (1920-1990)»,  «Dağlıq  Qarabağ 
hadisələri,  SSRİ-nin  dağılması,  azərbaycanlıların  Ermənistandan  deportasiyası, 
Ermənistanın  Azərbaycana  hərbi  təcavüzü,  Dağlıq  Qarabağ  və  ətraf  rayonların 
erməni silahlı qüvvələri tərəfindən işğalı» barədə kifayət qədər məlumat verilir və 
fəsillərin məzmunu şərh edilir. 
Deyilənlərdən  bu  qənaətə  gəlmək  olar  ki,  «XIX-XX  əsrlərdə  ermənilərin 
azərbaycanlılara  qarşı  törətdikləri  soyqırımları  və  deportasiyalar  (arxiv  sənəd  və 
materialları  əsasında)»  mövzusunda  doktorluq  dissertasiyası  səriştə  ilə  işlənmiş 
kamil,  son  dərəcə  aktual  və  əhəmiyyətli  elmi  əsərdir,  Ali  Attestasiya 
Komissiyasının bütün tələblərinə cavab verir və onun müəllifi Ataxan Əvəz oğlu 
Paşayev tarix elmləri doktoru alimlik dərəcəsi almağa tam layiqdir. 
 
 
 
 
 
 
 
 
 
 
Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin