ABĠd tahġRLĠ


Azərbaycan Respublikasının Təhsil Nazirliyinin



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə20/43
tarix31.01.2017
ölçüsü4,4 Mb.
#6963
1   ...   16   17   18   19   20   21   22   23   ...   43
 Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 
“Azərbaycan dili və ədəbiyyatı tədrisi” elmi-metodik jurnalı, 2-ci nömrə  
2010. 
 
 
 
 
 
ƏDƏBĠYYAT 
 
1.
 
Ağayev  İslam.  Cəlil  Məmmədquluzadə  və  XX  əsrin  əvvəlləri 
Azərbaycan ədəbi-ictimai fikri.  «Ədəbiyyat qəzeti», 26 iyun 2009. 
2.
 
Axundov N. Azərbaycanda dövri mətbuat, Bakı, «Elm», 1965. 
3.
 
«Azərbaycan arxivi» jurnalı. Sənədlər. «Molla Nəsrəddin» jurnalının 66 
illiyi münasibətilə. № 1, 1972. 
4.
 
 Azərbaycan  Respublikası  Dövlət  Arxivi  (ARDA),  f.411,  siy.3,  iş  339, 
v.2. 
5.
 
Əhmədov Bəşir. «Molla Nəsrəddin» niyə bağlandı. «Ədəbiyyat qəzeti», 1 
fevral 1991. 
6.
 
Əziz  Şərif.  Cəlil  Məmmədquluzadə.  Rus  dilində.  İki  cildlik  «Seçilmiş 
əsərləri»nə müqəddimə. I cild, Bakı, 1966. 
7.
 
Həbibbəyli  İsa.  Cəlil  Məmmədquluzadə:  mühiti  və  müasirləri. 
Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1997. 
8.
 
Məmmədquluzadə 
Həmidə. 
Mirzə 
Cəlil 
haqqında  xatirələrim. 
Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1967. 
9.
 
Məmmədli  Qulam.  Molla  Nəsrəddin  (Cəlil  Məmmədquluzadənin  həyat 
və fəaliyyətinin salnaməsi), Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1966. 
10.
 
 Məmmədzadə Mirzə Bala. Milli Azərbaycan hərəkatı. Ankara, 1991. 
11.
 
 Mirəhmədov  Əziz.  Dahi  yazıçının  ədəbi  irsi.  Cəlil  Məmmədquluzadə, 
əsərləri,  6  cilddə,  I  cild.  Müqəddimə.  Bakı,  Azərbaycan  Dövlət 
Nəşriyyatı. Bakı, 1983. 
12.
 
 Mirəhmədov  Əziz.  «Molla  Nəsrəddin»:  dünən,  bu  gün,  sabah.  «Molla 
Nəsrəddin» 10-cildliyin birinci cildinə yazdığı «Ön söz». Bakı, 1987. 
13.
 
 Molla Nəsrəddin. Təbriz – 1921. «Adiloğlu» nəşriyyatı, Bakı, 2006. 
14.
 
 Nəbioğlu  Sabir.  «100  yaşlı  cavan  «Molla  Nəsrəddin».  «Kredo»  qəzeti, 
28 aprel 2007. 
15.
 
 Paşayev Ataxan. Açılmamış səhifələrin izi ilə. «Azərbaycan» nəşriyyatı, 
Bakı, 2001. 
16.
 
 Tahirli A. Azərbaycan mühacirət mətbuatı. Bakı, I hissə 2002,         II 
hissə 2003. 
17.
 
 Tahirli A. Azərbaycan mühacirət mətbuatında publisistika (1921-1991). 
Bakı, CBS nəşriyyatı, 2005. 
18.
 
 Tahirli A. Mühacirət mətbuatı. Məlumat-soraq kitabı. Bakı, «Çinar-Çap» 
nəşriyyatı, 2007. 

 
176 
 
 
 
 
 
Azərbaycan mühacirət mətbuatı və digər nəĢrləri 
Azərbaycan  mühacirət  jurnalistikasının  tarixi  XIX  əsrin  sonlarından 
başlanır.  Həmin  dövrdə  böyük  şərqşünas-alim,  publisist,  tənqidçi,  ideoloq, 
görkəmli ictimai və siyasi xadim Əhməd bəy Ağaoğlu, hələ sağlığında «bütün türk 
dünyasının mücahidi» adını qazanmış qüdrətli qələm sahibi, böyük mütəfəkkir və 
ideoloq Əli bəy Hüseynzadə, yazıçı-publisist, tərcüməçi, naşir və redaktor Ceyhun 
Hacıbəyli,  Mirzə  Bala  Məmmədzadənin  təbirincə,  «milli  qurtuluş  hərəkatının 
ideoloqu və lideri Məmməd Əmin Rəsulzadə, «ilk istiqlal şairi» (Məhəmməd Hadi) 
mühacirət jurnalistikasının ilk və parlaq nümunələrini yaratmışlar. 
Mühacirət  mətbuatının  yaranması  isə  sonrakı  dövrə  təsadüf  edir.  Sahənin 
tədqiqatçıları  bir  qayda  olaraq  böyük  qələm  sahibi,  ömrünün  sonunadək 
Azərbaycanın  istiqlalı  uğrunda  ideoloji  mübarizə  aparan  azadlıq  aşiqi  Mirzə  Bala 
Məmmədzadənin  1937-ci  ildə  qələmə  aldığı  «Milli  Azərbaycan  hərəkatı»  adlı 
əsərindəki  «Yeni  Qafqasya»  yalnız  azərbaycanlıların  deyil,  rus  əsarəti  altındakı 
bütün  türklərin  xaricdə  çıxardıqları  ilk  məcmuə  idi»  fikrinə  istinadən  mühacirət 
mətbuatının başlanğıcını həmin tarixdən - 1923-cü ildən götürürlər. Lakin qüdrətli 
ideoloq  M.B.Məmmədzadə  özü  həmin  əsərin  əvvəlində  verilmiş  «Başlayarkən» 
adlı  məqaləsində  təvazökarlıqla  etiraf  edərək  yazır  ki,  mühacirət  həyatında, 
məhdud məxəz və sənədlərə əsaslanaraq meydana gətirilmiş olan bu əsərin qüsurlu 
olacağını  dərk  edirik.  Azərbaycan  Milli  hərəkatında  misilsiz  xidmətləri  olan 
M.B.Məmmədzadənin zəngin və dərin irsinə məhəbbət və hörmətimizi bildirməklə 
yanaşı, zənnimizcə, mühacirət mətbuatı tarixinin dəqiq və qərəzsiz tədqiqi ilə onun 
da tövsiyəsinə əməl etmiş olarıq. 
Biz  Rusiya  imperiyası  dövründə  Simferopol,  Batum,  İrəvanda  çıxan  mətbu 
orqanları,  yaxud  Tiflisdə  nəşr  edilən  çoxlu  sayda  qəzet  və  jurnalları  haqlı  olaraq 
mühacir  mətbuatı  hesab  etmirik.  Səbəb  aydındır:  həmin  nəşrlər  Azərbaycanın  da 
daxil  olduğu  bir  dövlətin  –  Rusiya  imperiyasının  ərazisində  buraxılırdı.  Yaxud, 
M.Ə.Rəsulzadənin 1908-11-ci illərdə Tehranda fars dilində nəşr etdiyi «İrani nev» 
qəzeti də İran Demokrat Partiyasına mənsub olduğu üçün mühacir mətbuatı hesab 
olunmur. 
Lakin fikrimizcə, böyük Mirzə Cəlilin 1921-ci ildə qədim Azərbaycan şəhəri 
Təbrizdə  –  İranda  nəşrini  davam  etdirdiyi  «Molla  Nəsrəddin»  artıq  mühacir  nəşr 
idi. Çünki Mirzə Cəlil bir dövlətdən başqa bir dövlətin ərazisinə keçmişdi ki, bu da 
mühacirətdir  (ətraflı  bax:  A.Tahirli,  Azərbaycan  mühacirəti  haqqında  düşüncələr, 
«Odlar yurdu» qəzeti, №28, 2 oktyabr 1992-ci il).  

 
177 
Mühacirət irsinin dəyərli tədqiqatçılarından Xaləddin İbrahimli də bu barədə 
doğru yazır: 
«…    «mühacirət»  anlamının  mahiyyətindən  aydın  olur  ki,  vətəndən-vətənə 
mühacirət olur. ….  Hər ikisi qeyri-müstəqil olan bir Azərbaycandan o birinə keçid 
sözün  rəsmi  mənasında  SSRİ-dən  İrana  mühacirət  idi».  Xaləddin  İbrahimli. 
Azərbaycan siyasi mühacirəti. Bakı, «Elm», 1996-cı il, səh.10). 
Başqa bir mənbədə Mirzə Cəlilin mühacirəti ilə bağlı oxuyuruq: 
«…fevral  və  oktyabr  inqilabları»  adı  ilə  məşhurlaşan  hadisələrin  imperiya 
xalqlarına,  o  cümlədən  azərbaycanlılara  xoşbəxtlik  gətirə  bilməyəcəyini  dərk 
edirdi; arvadı Həmidə xanımın malikanə, torpaq, məktəb sahibi olması, «mülkədar 
–  xeyriyyəçi  qadın»  kimi,  qardaşı  Ələkbərin  isə  İran  inqilabı  fədailərindən  və 
Səttarxanın  yaxın  silahdaşlarından  biri  kimi  tanınması,  erməni-daşnak  canilərin 
Qarabağdakı  vəhşilikləri  zamanı  silah  götürüb  Xankəndindəki  vuruşlarda  iştirak 
etməsi  və  s.  kimi  səbəblər  ədibin  Təbrizə  müraciətini  labüd  etmişdi» 
(Ə.Mirəhmədov.  «Molla  Nəsrəddin:  dünən,  bu  gün,  sabah.  «Molla  Nəsrəddin» 
faksimeli.  10  cilddə.  1  cild  (1906-1907).  Beləliklə,  hesab  edirik  ki,  mühacir 
mətbuatının nəşr tarixi də həmin dövrdən və «Molla Nəsrəddin»lə başlayır.  
1927-ci  ildə  «Yeni  Qafqasya»  Sovet  İttifaqının  Türkiyə  hökumətinə 
təzyiqlərindən sonra öz fəaliyyətini dayandırdı. Lakin 1932-ci ilədək – Azərbaycan 
mühacirləri Türkiyədən çıxarılanadək onlar bu və digər adlar altında öz nəşrlərini 
buraxmağa  müvəffəq  olmuşlar.  Həmin  müddət  ərzində  Azərbaycan  mühacirləri 
İstanbulda «Azəri türk» (1928-1930), «Yaşıl yarpaq» (1928), «Odlu yurd» (1929-
1931) məcmuələrini və «Bildiriş» qəzetini (1930-1931) nəşr etmişlər. 
«Yeni  Qafqasya»nın  94,  «Azəri-türk»ün  30,  «Yaşıl  yarpağ»ın  2,  «Odlu 
yurd»un  31,  «Bildiriş»in  58  nömrəli  işıq  üzü  görmüşdür.  «Yeni  Qafqasya»dan 
sonrakı  nəşrlər  onun  davamçısı  olduqlarını  qeyd  edirlər.  Həmin  nəşrlərin 
proqramlarında  cüzi  dəyişikliklər  edildiyindən  «Yeni  Qafqasya»nın  proqramını 
göstərməklə  kifayətlənirik.  Beləliklə,  «Yeni  Qafqasya»  öz  proqramında  elan 
edirdi: 
1. «Yeni Qafqasya» milliyyətçi, radikal və demokatdır. 
2.  «Yeni  Qafqasya»  türkçüdür,  türklərin  harsi  tarixlərini,  mədəni 
irtibatlarını, mənəvi vəhdət və istiqlallarını istihdaf edər. 
3.  «Yeni  Qafqasya»  türk  dünyasının  azəri  cəbhəsini  müdafiəyə  mükəlləf 
Azərbaycan istiqlalçılarının mürəvvici-əfkarıdır. 
4. «Yeni Qafqasya» Qafqasya millətlərinin Rusiya əsarətindən qurtulmasını 
və  mustakbel  Rusiya  istilasına  qarşı  müvəffəqiyyətlə  durmasını  təmin  üçün 
Qafqasyanın konfederasiya şəklində birləşməsinə tərəfdardır. 
5.  «Yeni  Qafqasya»  yalnız  azərbaycançılıq,  türkçülük  və  qafqazçılıqla 
qalmaz;  o  Şərqdəki  milli  istiqlal  hərəkatını  da,  tərviç  etdiyi  əfkari  mənzuməsinin 
cüzi  tamı  olaraq  mənimsər,  Şərqin  radikal  bir  surətdə  asriləşməsini  bütün 
səmimiyyətilə istiqbal edər. 
6.«Yeni  Qafqasya»  xüsusilə,  Rusiya  imperializminə  qarşı  mücadilə  edər,  o 
çarizmi olduğu qədər bolşevizmi də türk dünyası üçün muzır və Qafqaza düşmən 
görür («Yeni Qafqasya», 1925, №1). 

 
178 
Jurnalda  imtiyaz  sahibi  və  məsul  müdir  kimi  əvvəlcə  Seyid  Tahir,  sonra 
Əhməd Haqqının adları göstərilsə də, nəşrə rəhbərliyi Məmməd Əmin Rəsulzadə 
etmişdir. 
«Yeni  Qafqasya»  ərəb  əlifbası  ilə,  «Azəri-türk»ün  ilk  20  nömrəsi  ərəb, 
sonrakı 10 nömrəsi latın əlifbası ilə buraxılmışdır. «Azəri-türk»dən sonrakı bütün 
nəşrlər  latın  əlifbası  ilə  buraxılmışdır.  İstanbul  nəşrlərinin  («Yeni  Qafqasya», 
«Azəri-türk»,  «Yaşıl  yarpaq»,  «Odlu  yurd»,  «Bildiriş»  nəzərdə  tutulur  –  T.A.) 
müəllifləri  əsasən  aşağıdakılardır:  M.Ə.Rəsulzadə,  M.B.Məmmədzadə,  A.Battal, 
Əbdülqədir, Ə.Z.Validi, Əli Mərdan, Ayaz İsaqi, Gültəkin, Şəfi bəy Rüstəmbəyli, 
Ə.Cəfəroğlu, Krımlı Cəfər Seyid Əhməd, Məmməd Sadıq, Abdulla Cövdət, Hilal 
Münşi, Kamal, Seyid Əhməd, M.Ağaoğlu və s. 
30-cu  illərədək  Türkiyədə  mühacirlər  Azərbaycan  nəşriyyatı  adı  altında  7 
kitab  (M.Ə.Rəsulzadə.  Azərbaycan  Cümhuriyyəti.  İstanbul,  1341,  Əsrimizin 
Siyavuşu,  İstanbul,  1342,  İstiqlal  məfkurəsi  və  gənclik.  İstanbul,  1925,  Rusiyada 
siyasi  vəziyyət.  İstanbul,  1925,  Mirzə  Bala  Məmmədzadə.  Azərbaycan  Misaqi 
millisi. İstanbul, 1927, Ermənilər və İran. İstanbul, 1927, Şerlər məcmuəsi: İstiqlal 
uğrunda. İstanbul, 1928). 
Versal  Sülh  Konfransına  yola  düşən  nümayəndə  heyəti  də  nəşr  sahəsində 
faydalı və fədakar fəaliyyət göstərmişlər. Onlar qısa vaxt ərzində Fransada 3 kitab, 
12 bülleten nəşr etmişlər. 
30-cu  illərdə  azərbaycanlı  mühacirlərin  Türkiyədə  yeganə  mətbu  orqan 
prof.Əhməd  Cəfəroğlunun  redaktorluq  etdiyi  «Azərbaycan  yurd  bilgisi»  (AYB) 
adlı  ədəbi-nəzəri-elmi  tədqiqat  jurnalı  olmuşdur.  AYB-nin  1-ci  nömrəsi  1932-ci 
ildə işıq üzü görmüş və 1934-cü ilə kimi cəmi 36 nömrəsi çap olunmuşdur. 20 illik 
fasilədən sonra 1954-cü ildə 37-ci və həm də son nömrəsi buraxılmışdır. 1984-cü 
ildə  jurnalın  bütün  nömrələri  ilə  birlikdə  Ə.Cəfəroğlunun  bəzi  əsərləri  3  cilddə 
İstanbulda nəşr edilmişdir. 
«Azərbaycan  Yurd  Bilgisi»  jurnalında  Azərbaycan  xalqının  tarixi,  dili, 
ədəbiyyatı,  mədəniyyəti,  incəsənəti,  coğrafiyası,  hətta  iqtisadiyyatı  ilə  bağlı  çox 
sanballı materiallar, bir sıra türkdilli xalqların mədəni irsi, görkəmli xadimləri və 
istiqlal  qəhrəmanları  barədə  yazılar  çap  olunmuşdur.  Jurnalla  F.Körpülüzadə, 
A.Battal,  Ə.Z.Validi,  Ayaz  İshaki,  X.Nemətulla,  X.Xasməmmədli,  S.Əhməd, 
M.H.Türkəqul,  M.B.Məmmədzadə,  M.Ergin,  Mustafa  Vəkilli,  Nağı  Şeyxzamanlı, 
M.Ə.Rəsulzadə,  S.Təkinər,  Ş.Rüstəmbəyli  kimi  tanınmış  xadimlər  də  əməkdaşlıq 
etmişlər. 
Azərbaycanlı  mühacirlərin  xaricdə  əcnəbi  dildə  nəşr  etdikləri  ilk  jurnal 
1926-cı  ildə  Parisdə  C.Hacıbəylinin  redaktorluğu  ilə  buraxılan  «Azərbaycan» 
jurnalı olmuşdur. 
Azərbaycanlı mühacirlər Türkiyədən çıxarıldıqdan sonra M.Ə.Rəsulzadənin 
redaktorluğu  ilə  Berlində  «İstiqlal»  (1932-1934)  qəzetini  və  «Qurtuluş»  jurnalını 
(1934-1939) nəşr etmişlər. 
«İstiqlal» 10 gündə bir dəfə olmaqla «İnsanlara hürriyyət, millətlərə istiqlal» 
şüarı ilə çıxmışdır. «Qurtuluş» jurnalı ayda bir dəfə olmaqla cəmi 51 nömrəsi çap 
olunmuşdur.  Mühacirlər  30-cu  illərdə  Fuad  Daryalın  tərtib  etdiyi  «Qafqaz 

 
179 
almanaxı»nın  2 nömrəsini,  Müsavat  Partiyasının  3 bülletenini  və  30-40-cı illərdə 
aşağıdakı kitabları nəşr etmişlər: 
Nağı Şeyxzamanlı. Biz və onlar, İstanbul, 1934. 
Şəfi Rüstəmbəyli. Yıxılan bütlər, İstanbul, 1934. 
Şəfi Rüstəmbəyli. M.Ə.Rəsulzadənin fəci süqutu. İstanbul, 1935. 
K.N.Arran. 1918-ci il  28 May. İstanbul, 1926.  
M.B.Məmmədzadə. Milli Azərbaycan hərəkatı, Berlin, 1938. 
M.Ə.Rəsulzadə. Das problem Azerbaidschan, Berlin, 1938. 
Ə.Cəfəroğlu. Azərbaycan. İstanbul, 1940. 
Sənan Azər. İran türkləri. İstanbul, 1942. 
Azərbaycan tarixindən. Münhen. 1947. 
M.S.Arran. Türkün altın kitabı “Kutadğı bilig”. İstanbul, 1944. 
30-cu  illərin  sonlarında  mühacirlər  Avropada  “Açıq  söz”  (cəmi  2  nömrə, 
1936),  “Kutlu  od”  (cəmi  2  nömrə,  1937),  “Aydın  yol”  (cəmi  1  nömrə,  1937), 
“Doğru söz” (cəmi 2 nömrə, 1937), “Həqiqət” (cəmi 1 nömrə, 1937), “Vətən səsi” 
(cəmi 1 nömrə, 1937), “Vətən diləyi” (cəmi 2 nömrə, 1937), “Milli atəş” (cəmi 1 
nömrə,  1938),  “Millət  andı”  (cəmi  1  nömrə),  “Yasamız”  (cəmi  1  nömrə,  1938), 
“İlham qaynağı” (cəmi 1 nömrə, 1938), “Müqəddəs odlar ölkəsi” (cəmi  1 nömrə, 
1938), “Haqqın səsi” (cəmi 1 nömrə, 1938), “Dilək” (cəmi 4 nömrə, 1939), “Haqq” 
(cəmi 1 nömrə, 1939), “Həmlə” (cəmi 1 nömrə, 1939) adlı jurnallar nəşr etmişlər. 
İkinci  Dünya  müharibəsi  ərəfəsində  və  dövründə  mühacirlərin  fəaliyyəti 
sönük və xüsusi mərhələdir. Vermaxt öz nüfuz dairəsindəki ərazilərdə mühacirlərin 
bütün,  o  cümlədən  nəşri  fəaliyyətlərinə  yasaq  qoyduğundan  həmin  dövrdə 
Azərbaycanlı  mühacirlərin  fəaliyyəti  hiss  olunacaq  dərəcədə  zəifləyir.  Lakin 
Hitlerin  göstərişinə  əsasən  yaradılan  Azərbaycan  Rabitə  Heyətinin  fəaliyyətə 
başlamasından,  Azərbaycan  legionerlərinin  təşkilatlanmasından,  xüsusilə  1943-cü 
il  noyabr  ayında  Berlində  Azərbaycan  Milli  Birlik  mərkəzinin  təşəbbüsü  ilə 
keçirilən  Azərbaycanlıların  qurultayından  sonra  azərbaycanlıların  nəşri  fəaliyyət 
sahəsində  müəyyən  canlanma  əmələ  gəlir.  Legionerlər  1942-1945-ci  illərdə 
“Azərbaycan”, “Hücum”, qəzetləri, “Milli birlik” jurnalını Berlində nəşr etmişlər. 
Müharibə  bitdikdən  sonra,  xüsusilə  soyuq  müharibə  başlanandan 
Azərbaycan  mühacirləri  yenidən  təşkilatlanmağa,  bolşevizmə  və  sovet  rejiminə 
qarşı  amansız  ideoloji  mücadiləyə  girişdilər.  1949-cu  ildə  Ankarada  Azərbaycan 
Kültür dərnəyi təsis edildi. 1952-ci il aprelin 1-dən Dərnəyin aylıq “Azərbaycan” 
adlı jurnalı “Birlik-dirilikdir” şüarı ilə nəşrə başladı. 
Elə həmin tarixdən də Münhendə azərbaycan və rus dillərində Milli Birliyin 
orqanı  “Azərbaycan”  jurnalı  çıxmağa  başladı.  50-ci  illərdə  Azərbaycan  Kültür 
Dərnəyi 11 kitab nəşr etmişdir. M.Ə.Rəsulzadənin “Azərbaycan kültür gelenekləri” 
(Ankara, 
1949), 
“Çağdaş 
Azərbaycan 
ədəbiyyatı” 
(Ankara, 
1950), 
“M.F.Axundzadənin  həyatı  və  əsərləri”  (Ankara,  1950),  “Azərbaycan  dram 
ədəbiyyatı”  (Ankara),  “Sabirin  Azərbaycan  ədəbiyyatındakı  yeri”  (Ankara), 
“Azərbaycan ədəbiyyatında Vidadi və Vaqifin yaradıcılığı” (Ankara, 1952), Mirzə 
Balanın  “Azərbaycan  tarixində  türk  Albaniya”  (Ankara,  1951),  Kərim  Odərin 
“Azərbaycan  iqtisadiyyatı”  (Ankara,  1952),  Almaz  İldırımın  “Seçilmiş  şerlər”i 

 
180 
(Ankara, 1953), prof. dr. Ə.Cəfəroğlunun “Azərbaycan dil və ədəbiyyatının dönüm 
nöqtələri” (Ankara, 1953) əsərləri həmin dövrün məhsuludur. 
Bundan  əlavə  Mirzə  Balanın  tərtib  etdiyi  Gültəkinin  “Buzlu  cəhənnəm” 
(İstanbul, 1948), bir qrup Azərbaycan ziyalılarının yazdığı “Azərbaycan türklərinin 
milli  bayramı”  (Ankara,  1953),  M.Ə.Rəsulzadənin  “Nizami”  (Ankara,  1951) 
əsərləri də nəşr olunmuşdur. 
Azərbaycan mühacirləri arasında hələ 20-ci illərdən başlanan intriqalar 50-ci 
illərdə qarşılıqlı ittihamlarla yenidən güclənməyə başladı. Və nəşrlər də münaqişə 
meydanına çevrilmişdi. “Türk yolu” (1951-1955, cəmi 7 nömrə, redaktor və sahibi 
Məmməd  Sadıq  Aran),  “Ergeneqon  yolu”  (1951,  cəmi  1  nömrə  (sahibi  və 
redaktoru  M.S.Aran),  “Türk  izi”  (Azərbaycan  milliyyətçilər  dərnəyinin  orqanı, 
1952-ci  ildən  Çingiz  Göygölün  redaktorluğu  ilə  nəşr  edilmişdir),  “Mücahid” 
(sahibi və nəşriyyat müdiri Çingiz Göygöl, 1955-1958) kimi nəşrlər “Azərbaycan” 
(Ankara)  və  “Azərbaycan”  (Münhen)  jurnalları  ilə  yanaşı  50-ci  illər  mühacirət 
mətbuatı tarixində istiqlal uğrunda ideoloji mücadilə ilə yanaşı bu mövzularla bağlı 
da müəyyən iz qoymuşdur. 
60  və  70-ci  illər  Azərbaycan  mühacirət  və  xüsusilə  mühacirət  mətbuatı 
tarixində süstlük, dalğınlıq və durğunluq dövrü kimi xarakterizə edilə bilər. Həmin  
illərdə  yalnız  “Azərbaycan”  jurnalı  (Ankara),  özü  də  böyük  fasilələrlə,  birləşmiş 
nömrələrlə nəşr olunurdu. 
70-ci  illərin  sonu  80-ci  illərin  əvvəllərində  mühacirlərin  fəaliyyətində 
nisbətən  canlanma  yarandı.  1979-80-ci  illərdə  İran  İslam  inqilabından  sonra 
hakimiyyətə gələn Xomeyni rejiminin siyasəti yüz minlərlə azərbaycanlını ölkədən 
didərgin  saldı.  1985-86-ci  illərdə  SSRİ-də  başlanan  aşkarlıq  və  yenidənqurma 
siyasəti imperiyanı süquta sürükləyən milli-azadlıq hərəkatının başlanmasına səbəb 
oldu.  Mənfur  ermənilərin  Dağlıq  Qarabağdakı  separatçı  fəaliyyəti  və  onların 
azərbaycanlılara  qarşı  ağlasığmaz  vəhşilikləri  ölkə  daxilində  olduğu  kimi, 
xaricdəki  azərbaycanlıların  da  kəskin  etirazına,  qəzəbinə  səbəb  oldu.  Mühacir 
nəşrlərin başlıca mövzusu Azərbaycanın azadlığı, ərazi bütövlüyü və eyni zamanda 
erməni vəhşiliyinin ifşası idi.  
1978-1990-cı illər ərzində yalnız Azərbaycan Kültür dərnəyinin xətti ilə 30-a 
yaxın  kitab,  bir  neçə  risalə  çap  edilmişdir.  M.Ə.Rəsulzadənin  (Milli  təsanüd. 
Ankara,  1978,  Azərbaycan  kültür  gelenekləri  və  çağdaş  Azərbaycan  ədəbiyyatı. 
Ankara, 1984, Əsrimizin Siyavuşu. Ankara, 1989), Cemender Arslanoğlu və prof. 
dr.  İsmayıl  Kayabalının  (Azərbaycan  türkləri  kültür  tarixinin  ana  xətləri.  Ankara, 
1978,  Doxsan  üç  savaşı.  Ankara,  1978,  Türk  milli  kültürü.  Ankara,  1981,  Bolqar 
türkləri. Ankara, 1985), Cemender Arslanoğlunun (Cənub Qərbi Qafqaz hökuməti 
Müvəqqəti Milliyəsi. Ankara, 1986, Türklərin islam dininin qəbulu və Quzey Doğu 
Anadoluda  türk  islam  mədəniyyəti.  Ankara,  1986),  Əhməd  Qaracanın 
(Azərbaycanın yaxın tarixinə qısa bir baxış. Ankara, 1982), dr.A.Baycanın (Könül 
sazından.  Ankara,  1983,  Dağ  çiçəkləri.  Ankara,  1987),  Şükrü  Kaya  Səfəroğlu  və 
Adnan  Müderrisoğlunun  (Türk  dövlətləri  tarixi.  Ankara,  1986),  prof.  dr.Orxan 
Türkdoğanın  (Doğu  Anadolunun  sosyal  yapısı.  Ankara,  1987),  İshak 
Süngüroğlunun  (Harput  yollarında  (Seçmələr).  Ankara,  1987),  dos.  dr.  Ənvər 
Konukçunun  (“Koroğlu”ya  qədər  Bingöl.  Ankara,  1987),  Cəmil  Ünalın  (Türk  və 

 
181 
islam  aləmində  Azərbaycanın  yeri.  Ankara,  1987),  Sadi  Bayramın  (Güney  Doğu 
Anadoluda prota-türk izləri. Ankara, 1988), prof. dr.Ədhəm Ruhi Fığlalın (Atatürk 
və  din.  Ankara,  1988),  prof.  dr.  Əbdurrəhman  Güzel  və  Kaya  Səfəroğlunun  
(Atatürk  və  milli  birlik.  Ankara,  1988),  Yılmaz  Öztunayın  (XX  yüzilliyin  son 
çeyrəyində  Şərq  məsələsi.  Ankara,  1989),  Məlahət  Altunbayın  (Hürriyyətə  uçan 
türk. Ankara, 1989), prof. dr. Mehmet Sarayın (Qiyafət və layiqlik. Ankara, 1989) 
qələmə  aldığı  əsərlər,  habelə  üç  hissədən  ibarət  “Azərbaycan  türk  ədəbiyyatı 
tarixində  abidə  şəxsiyyətlər”  (Ankara,  1987),  “Səltənət  və  xəlifəlik  qaldırılmalı 
idimi?  (Ankara, 1988),  “Basınımızda  Türkiyə  məsələləri  (Ankara, 1989), “Dağlıq 
Qarabağ:  xəyallar  və  gerçəklər”  (Ankara,  1989)  kimi  kitablar  Azərbaycan 
mühacirlərinin  fəaliyət  dairəsinin  genişliyinə  dəlalət  edir.  Bunlardan  əlavə 
mühacirət  nəşrləri  sırasında  Nağı  Keykurun  (Şeyxzamanlı  –  kursiv  T.A.-
nındır)“İstiqlal  mücadiləsi  xatirələri”  (İstanbul,  1969),  Hüseyn  Baykaranın 
“Azərbaycan  yeniləşmə  hərəkatları:  XIX  yüz  il,  Ankara,  1966),  “Azərbaycan 
istiqlal  mücadiləsi  tarixi”  (Ankara,  1975),  “İran  inqilabı  və  azadlıq  hərəkatları” 
(İstanbul,  1978),  Kərim  Odərin  “Azərbaycan”,  Taha  Akyolun  “Azərbaycan 
Sovetlər  və  ötəsi”  (İstanbul,  1990),  Əhməd  Mehribaninin  tərtib  etdiyi  “Dağlıq 
Qarabağ: tarixi sənədlər” (Fransa, 1989) və digər kitablar da diqqəti çəkir. 
Azərbaycan  öz  müstəqilliyini  yenidən  bərpa  etmək  uğrunda  mübarizə 
apardığı illər – 80-ci illərin sonu 90-cı illərin əvvəllərində mühacirət mətbuatı öz 
inkişafında  yeni  mərhələyə  qədəm  qoyur.  Həmin  dövrdə  və  müstəqilliyin  ilk 
illərində  “Azərbaycan  (Ankara)  jurnalı  ölkədə  gedən  ictimai-siyasi  prosesləri, 
xüsusilə Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələri diqqətlə izləyir və 
dərhal  reaksiya  verir.  Türkiyədə  (“Azərbaycan  türkləri”,  “Xəzər”  İstanbul, 1990), 
İsveçdə  (“Araz”,  Lund, 1991,  “Azərbaycan”,  Stokholm),  İngiltərədə  (“Aydınlıq”, 
1988,  London,  “Odlar  ölkəsi”,  1988,  Edinburq),  Almaniyada  (“Azər”,  1990, 
Berlin, “Ana dili”, 1984, Bonn, “Savalan”, 1967, Berlin, “Ərk”, 1375), İspaniyada 
(“Dədə Qorqud”, 1988, Madrid), Belçikada (“Qürbət” 1984, Brüssel, “Odlu vətən, 
Brüssel,  1992),  habelə  keçmiş  SSRİ  məkanında  –  Rusiya  Federasiyasında 
(“Azərros”,  “Azərbaycan  XXI  əsr”,  Moskva,  “Azərbaycan  media”,  İvanova, 
“Bizim  qəzet”,  Kemerovo  “Yurd”,  Saratov,  “İnam”,  Sankt-Peterburq, 
“Azərbaycan”,  Vladivostok,  “Dərbənd”,  Dərbənd),  Estoniyada  (“Ocaq”,  Tallin), 
Ukraynada (“Savalan”, Dnepetrovsk, “Exo Azerbaydjana”, “Qolos Azerbaydcana” 
Kiryev,  “Millət,  “Simferepol”),  Moldovada  (“Araz”,  Kişinyov)  nəşr  edilən  qəzet 
və jurnallar mühacirət mətbuatı tarixində müəyyən iz qoymuşlar. 
 
“Ədəbiyyat məcmuəsi”, AMEA  Nizami  adına 
 Ədəbiyyat  İnstitutunun əsərləri, 18 –ci cild ,2004, 
“Elm və həyat” jurnalı, 6-cı nömrə 2004 
 
 
Milli ideologiya və mühacirət problemi,  
yaxud qurultay düĢüncələri 

 
182 
 
 
Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyevin  mayın  23-də 
«Dünya  Azərbaycanlılarının  I  qurultayının  keçirilməsi  haqqında»  Sərəncamı 
mühacirət mövzunu yenidən aktuallaşdırmışdır. Kütləvi informasiya vasitələrində 
(KİV)  cəmiyyətin  müxtəlif  təbəqələrinin  nümayəndələri  bu  problemlə,  xüsusilə 
qurultayın  keçirilməsi  ilə  bağlı  öz  fikir  və  mülahizələrini  söyləyir,  istək  və 
arzularını bildirirlər. 
Bütövlükdə  cəmiyyətdə,  o  cümlədən  KİV-də  mühacirətə  münasibət 
birmənalı deyildir: kimi Azərbaycan diasporunun təsir gücünü tamamilə inkar edir, 
ondan ümidini üzür, kimi bu qüvvəni həddən artıq şişirdir, hətta lobbiçilikdən bəhs 
edir. 
Fikrimizcə,  Azərbaycan  mühacirəti  haqqında  onun  tarixini,  formalaşma 
mərhələlərini  və  səbəblərini,  sosial  tərkibini,  sayını,  maliyyə  imkanlarını, 
coğrafiyasını,  həyat  və  düşüncə  tərzini,  mətbuat  və  mədəniyyət  mərkəzlərinin 
Proqramını  öyrənmədən,  araşdırmadan  doğru-dürüst,  dolğun,  sanballı  mülahizə 
yürütmək problemə qeyri-ciddi münasibətdən başqa bir şey deyildir. 
Azərbaycan  mühacirəti  ümummilli  mənafe  ətrafında  təşkilatlanmalıdır. 
Təşkilatlanmaq 10-15, lap elə 100-150 nəfər azərbaycanlının güc-bəla ilə bir yerə 
toplanması,  ocaq,  əncümən,  mədəniyyət  mərkəzi,  yaxud  kültür  evi  təsis  etməsi 
demək  deyildir.  Belə  təşkilatlar  demək  olar  ki,  azərbaycanlılar  yaşayan  bütün 
ölkələrdə, şəhərlərdə var. Lakin onların Proqramı bir qayda olaraq məhdud, yalnız 
mədəni-kütləvi  tədbirlər  keçirməyə  yönəldilən  və  ona  xidmət  edən  bir  səviyyədə 
olur.  
Həmvətənləri  birləşdirən  nə  qədər  cəmiyyət  varsa,  o  qədər  də  Proqram  və 
Əsasnamə  var.  Mövcud  Mədəniyyət  cəmiyyətlərinin  fasiləsiz,  inadlı,  qətiyyətli, 
məhsuldar  və  ümummilli  mənafeyə  yönəlmiş  ardıcıl  fəaliyyətindən,  vahid 
Proqramından  danışmaq  hələ  tezdir.  Aydın  və  perspektivli,  milli  ideologiya  və 
milli  dövlətçilik  prinsiplərini  əsas  tutan  Proqramı,  böyük  təbliğat  maşını  -  KİV 
şəbəkəsi,  geniş  maliyyə  imkanları,  həmvətənlərin  siyasi  baxış  və  partiya 
mənsubiyyətindən, düşüncə və həyat tərzindən asılı olmayaraq Azərbaycan ideyası 
ətrafında  birləşdirməyə  qadir  bir  təşkilatın  yaranması  və  fəaliyyətindən  sonra 
mühacirət təsirli, güclü qüvvəyə çevrilə bilər. 
 
 
 
 
Mühacirət tariximizdə belə dövr olmuşdur. Həmin dövrü öyrənmək vacibdir. 
Əvvəla,  «hələ  çox  zəif  öyrənilən  mühacirət  irsinə,  mühacirlərin  həyat  və 
fəaliyyətinə  aid  aparılan  hər  bir  araşdırma  Azərbaycan  tarixinin,  mədəniyyətinin 
milli  ideologiyasının  dolğunlaşması  yolunda  atılan  addımdır.  Mühacirət  irsi 
Azərbaycan tarixinin, mədəniyyətinin, bütövlükdə milli-mənəvi sərvətimizin tərkib 
hissəsidir»  (Xaləddin  İbrahimli,  Azərbaycan  siyasi  mühacirəti,  Bakı,  «Elm» 
nəşriyyatı, 1996-cı il, səh.6) . Digər tərəfdən «milli idealın nəsildən-nəslə keçməsi 
və Azərbaycan milli istiqlalının qurulub dünya durduqca yaşaması üçün yeni nəslin 
möhtac  olduğu  tərbiyə  baxımından  da»  (M.B.Məmmədzadə,  Azərbaycan  Milli 
hərəkatı,  1937-ci  il)  bu  irsin  öyrənilməsi  zəruridir.  Mühacirətin  görkəmli 
simalarından  sayılan  Nağı  Şeyxzamanlı  özünün  «Azərbaycan  istiqlal  mücadiləsi 
xatirələri» adlı əsərində yazırdı ki, xalqımız dastan dolu şanlı keçmişi öyrənəcək və 

 
183 
yurdun 
istiqlalı  uğrunda  fədakarca  çalışmış  babalarını  minnətdarlıqla 
xatırlayacaqlar.  Mühacirətin  fəallarından  hesab  olunan  Hüseyn  Baykara  bu 
məsələnin  –  istiqlal  mücadiləsi  tarixinin  öyrənilməsinin  vacibliyini  dərk  edərək 
qələmə aldığı «Azərbaycan istiqlal mücadiləsi tarixi» və «Azərbaycanda yeniləşmə 
hərəkatı»  adlı  əsərlərinə  işarə  vuraraq  uzaqgörənliklə  yazırdı:  «Azərbaycan 
xalqının keçmişini və mücadiləsini bilənləri və yaradanları zaman əritməkdədir. O 
halda  gələcək  nəsil  bu  davaları  necə  və  haradan  öyrənəcəkdir?  Bax,  bu  kitabları 
mənə  yazdıran  səbəblər  bunlardır»  (H.Baykara,  Azərbaycan  istiqlal  mücadiləsi 
tarixi, İstanbul, 1975-ci il).  
 
 
 
 
 
 
 
 
1920-ci  il  aprelin  27-28-də  baş  verən  məlum  hadisələrdən  sonra 
M.B.Məmmədzadənin  təbirincə  desək,  «Azərbaycandan  yeni  mühacirlər  seli 
axırdı» (M.B.Məmmədzadə, Milli Azərbaycan hərəkatı, Bakı, «Nicat», 1992-ci il, 
səh.175).  Lakin  onları  birləşdirən,  fəaliyyətə  sövq  edən  təşkilat  olmadığından 
«mühacirət  başsız  və  intizamsız,  pərişan  bir  mənzərə  ərz  edirdi»  (Yenə  orada). 
Yalnız M.Ə.Rəsulzadə Türkiyəyə mühacirət etdikdən və 1923-cü ildə orada güclü 
təşkilat  yaratdıqdan,  «Yeni  Qafqasya»  adlı  «millətçi,  radikal,  demokrat,  türkçü» 
(«Azərbaycan» jurnalı, Ankara, sentyabr, 1952-ci il) qəzetin nəşrə başlanmasından 
sonra Azərbaycan mühacirəti özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Məhz 
bu  təşkilat  və  qəzetin  fəaliyyəti  SSRİ  kimi  bir  dövləti  silkələyirdi.  Təsadüfi  deyil 
ki,  SSRİ-nin  Xarici  İşlər  Komissarlığı  bu  təşkilatın  və  qəzetin  fəaliyyətinin 
dayandırılması üçün dəfələrlə Türkiyə Hökumətinə müraciət etmiş və yalnız 1932-
ci ildə istəyinə nail olmuşdur.    
 
 
 
 
 
 
 
Həmin  dövrdə  istiqlal  aşiqləri  Sovet  imperiyası  kimi  bir  dövlətə  qarşı 
ideoloji  mübarizə  aparırdılar.  Bu  gün  mühacirlərin  arzusu  çin  olmuşdur: 
Azərbaycan  istiqlala  qovuşmuşdur.  Lakin  10  yaşlı  milli  dövlətimizin  qarşısında 
çox ciddi problemlər var: ölkənin ərazi bütövlüyünün təmin edilməsi dövlətin və 
millətin  qarşısında  duran  əsas  məsələdir.  Bu  və  digər  problemlərin  həlli  üçün 
mühacirətdəki həmvətənlərimiz də fəal, faydalı, ardıcıl iş aparmalıdır. Bunun üçün 
isə ilk növbədə yuxarıda qeyd etdiyimiz kimi milli ideologiya və milli dövlətçilik 
prinsiplərini rəhbər tutan Proqram hazırlanmalı, təşkilat yaradılmalıdır. 
 
Həmin  Proqramın  və  onun  əsasında  fəaliyyət  göstərən  təşkilatın  başlıca 
vəzifəsi,  məqsədi  mühacirəti  müstəqil  Azərbaycan  naminə  səfərbər  etmək, 
birləşdirmək olmalıdır.   
 
 
 
 
 
 
Həmvətənlərin fəaliyyətində yaşadıqları ölkə, yaxud şəhərə uyğun müəyyən 
taktiki  dəyişikliklər  isə  yolveriləndir.  Lakin  bütün  həmvətənlər,  onları  birləşdirən 
cəmiyyətlər mərkəzi təşkilatın tövsiyyə və tapşırığı ilə çevik və intizamlı fəaliyyət 
göstərməlidir.  Bunu  hər  şeydən  əvvəl  ali,  müqəddəs  məram  –  Azərbaycan 
mənafeyinə xidmət tələb edir.   
 
 
 
 
 
 
 
Tutaq ki, hər hansı bir hökumətin, yaxud beynəlxalq təşkilatın Azərbaycanın 
mənafeyinə  zidd  hərəkətinə  etiraz  etmək,  bu  hadisə  ətrafında  beynəlxalq  aləmdə 
rəy  yaratmaq  lazımdır.  Mərkəzi  Təşkilatın  işarəsi  ilə  həmvətənlər  dünyanın 
müxtəlif  yerlərində  eyni  forma  və  məzmunda  etiraz  aksiyası  təşkil  edirlər. 
 
Müxtəlif  informasiya  kanalları  və  mənbələrinin  çoxaldığına,  internet  kimi 
məlumat  mübadiləsi  vasitəsinin  mövcudluğuna  baxmayaraq,  həmvətənləri 
birləşdirərək  səfərbər  və  təşkil  edəcək  KİV-ə,  xüsusilə  qəzetə  böyük  ehtiyac  var. 

 
184 
Belə  bir  qəzet  dünya  Azərbaycanlılarının  əlaqə  və  əməkdaşlığı  üçün  son  dərəcə 
vacib  amildir.  Tam  əminliklə  və  məsuliyyəti  dərk  edərək  bildiririk  ki,  bütün 
bunların və mühacirətin digər problemlərinin həllində noyabrda Bakıda keçiriləcək 
Dünya Azərbaycanlılarının qurultayı tarixi yol oynayacaqdır.   
 
 
Bu  tədbir  diasporun  təşkilatlanması,  vahid,  güclü  bir  qüvvəyə  çevrilməsi 
istiqamətində  həlledici  və  tarixi  addım  olacaqdır.  Bütün  bunları  yazarkən 
niyyətimiz həmvətənlərlə indiyədək görülmüş işlərin dəyərini azaltmaq yox, əksinə 
görülən işlərin nəticəsi kimi qiymətləndirməkdir.   
 
 
 
 
Bu  mənada  1987-ci  ilin  sonu  –  1988-ci  ilin  əvvəllərində  yaradılan  Xarici 
Ölkələrdəki  həmvətənlərlə  mədəni  əlaqələr  Cəmiyyəti  –  «Vətən»  Cəmiyyətinin 
tarixi  rolu  və  xidmətləri  əvəzsizdir.  Doğrudur,  Cəmiyyət  sovet  rejiminin  necə 
deyərlər, xeyir-duası ilə yaranmışdı. Lakin unutmaq olmaz ki, 1985-86-cı illərdən 
start götürmüş aşkarlıq və yenidənqurma siyasəti bu rejimi belə bir addımı atmağa 
məcbur və məhkum etmişdi.    
 
 
 
 
 
 
 
Bu  gün  həmvətənlərlə  əlaqə  yaratmaq,  əməkdaşlıq  etmək  üçün  yeni,  daha 
çevik, üsul, metodlar tələb olunsa da, «Vətən» Cəmiyyətinin bu sahədəki təcrübə 
və ənənələrindən faydalanmaq vacibdir.  
 
 
 
 
 
 
Fərqli  həyat  və  düşüncə  tərzi,  siyasi  baxış  və  partiya  mənsubiyyəti  olan 
mühacir  həmvətənləri  Azərbaycan  məfkurəsi  ətrafına,  bir  bayraq  altına  toplamaq 
üçün ciddi ideoloji iş aparılmalı, şüura təsir göstərilməlidir.    
 
 
Dövlət  quruluşu  müxtəlif  olan  ölkələrdə  doğulan,  böyüyən,  fərqli  şəraitdə 
tərbiyə  və  təhsil  alan,  nəhayət  Vətəni  tərk  edib  qürbətdə  məskunlaşan 
həmvətənlərin  bir  qismi  üçün  bizim  milli  ideologiya  bəzən  nəinki  anlaşılmaz  və 
yad,  hətta  qeyri-məqbul  və  qəbuledilməz  olur.  Onların  bəziləri  bu  ideologiyaya 
düşmən gözü ilə baxır, ona qarşı amansız mövqe tuturlar. Bu təəssüf doğurur, lakin 
həqiqətdir.  Odur  ki,  belə  hallara  da  hazır  olmaq  lazımdır.  Həmvətənlərlə  işləmək 
şərəfli  olduğu  qədər,  məsul  və  çətindir.  Milli  şüur,  milli  özünü  dərk  və  milli 
təəssübkeşlik  hissi  zəif  olan,  yaxud  səbatsız,  eyni  zamanda  pula  həris 
həmvətənlərin  xarici  ölkə  kəşfiyyat  xidmətlərinin  toruna  düşmək  təhlükəsi  var. 
Fransa,  ABŞ,  Almaniya,  İsveç  və  başqa  ölkələrdə  yayılan  «Rüzegare  no»  (Yeni 
dövran)  adlı  qəzetdə  Murtəza  Azərbaycani  (!)  adlı  bir  müəllifin  məqaləsi  çox 
mətləblərdən  xəbər  verir.  Həmin  məqaləyə  «Vətən»  Cəmiyyətinin  orqanı  olan 
«Odlar  yurdu»  qəzeti  vaxtında  münasibət  bildirmişdi  («Yeni  dövran»ın  köhnə 
havaları, «Odlar yurdu» qəzeti, №14, iyul, 1991-ci il).    
 
 
 
Adı  çəkilən  müəllif  bir  yazısında  S.Vurğunun  məşhur  «Ayrılarmı,  könül 
candan  Azərbaycan,  Azərbaycan»  beytindən  hiddətlənir  və  dünyaya  səpələnmiş 
azərbaycanlıları milli mənafe ətrafında birləşdirməyi «şeytani xəyallar» adlandırır. 
Təəssüf ki, belə misallar çoxdur…    
 
 
 
 
 
«Vətən» Cəmiyyəti öz işini bir neçə istiqamətdə qururdu:  
 
 
 
-  həmvətənlər  arasında  Azərbaycan  dilini,  tarixini,  ədəbi,  mədəni irsi təbliğ 
təşviq edir, öyrədir və sevdirirdi;  
 
 
 
 
 
 
 
 
- həmvətənləri imkan düşdükcə Azərbaycana dəvət edir, onları respublikada 
gedən  ictimai-siyasi  proseslərlə,  mədəni  həyatla  yaxından  tanış  edir,  Bakıda  və 
başqa şəhər və rayonlarda görüşlər, kütləvi tədbirlər keçirir, məlumatlandırırdı;  
 
-  həmvətənlərlə  onların  məskunlaşdıqları  ölkənin  tanınmış  xadimləri 

 
185 
arasında  sıx,  işgüzar,  mehriban  münasibətlərin  yaranmasına,  onların  əlaqə  və 
əməkdaşlığına köməklik göstərirdi;    
 
 
 
 
 
 
 
-  xaricdəki  həmvətənlərin,  o  cümlədən  tanınmış  rəssamların,  yazarların, 
incəsənət xadimlərinin Bakı ilə yaradıcılıq əlaqələrini gücləndirirdi;    
 
 
-  respublikada  tanınmış  elm,  ədəbiyyat,  mədəniyyət  xadimlərini 
həmvətənlərin, onları birləşdirən kültür dərnəklərinin dəvətinə əsasən xaricə ezam 
edirdi;  
 
 
 
 
 
 
 
 
 
 
 
 
- cəmiyyət ayrı-ayrı həmvətənlərlə müntəzəm yazışır, onların ünvanına küllü 
miqarda qəzet, kitab, digər çap məhsulları göndərirdi:    
 
 
 
 
-  həmvətənləri  birləşdirən  mədəniyyət  mərkəzləri,  əncümən  və  ocaqları  ilə 
əlaqə saxlayır, onlara KİV və başqa nəşrlər ünvanlayırdı; 
 
 
 
 
-  mühacir  mətbuat  orqanları  ilə  yazışır,  «Odlar  yurdu»  qəzetində  onların 
mətbuat xülasəsini dərc edirdi;   
 
 
 
 
 
 
 
 
- əcnəbi azərbaycanşünaslarla sıx əlaqə saxlayır, əməkdaşlıq edirdi;    
 
-  həmvətənlərin  vasitəsilə  xarici  ölkələrdə  tanınan  dövlət,  elm,  mədəniyyət 
xadimləri ilə əlaqə saxlayır, onları Azərbaycana dəvət edirdi.    
 
 
 
Hələ  1988-ci  ildə  –  dahi  mütəfəkkir  və  ədib  M.F.Axundzadənin  175  illik 
yubileyi  qeyd  olunanda  Sovet  Azərbaycanının  70  ilə  yaxın  tarixində  ilk  dəfə 
«Vətən»  Cəmiyyəti  bu  əlamətdar  hadisə  ilə  bağlı  tanınmış  həmvətənləri 
respublikaya dəvət etmiş və böyük toplantı keçirmişdir.   
 
 
 
Xarici  ölkələrdə  Azərbaycan  ədəbiyyatı  və  mədəniyyətini  yaşadan, 
yorulmadan  təbliğ  edən,  öyrənən  həmvətənlərimizdən  professorlar  S.Tanilli, 
İ.Məlikoff, Q.S.Təbrizi, Ş.Ənsari, İ.Persinəjad, məşhur rəssamlar Davud və Əyyub 
İmadiyan qardaşları, tanınmış fotoqraf R.Diqqəti, yazıçı Y.Feyzioğlu ilə «Vətən» 
Cəmiyyətindəki  tarixi  görüş  yaddaşlardan  uzun  müddət  silinməyəcək.  Elçinin, 
Anarın,  B.Vahabzadənin,  Əzizə  Cəfərzadənin,  Polad  Bülbüloğlunun,  Fərhad 
Xəlilovun  və  digər  xadimlərin  də  iştirak  etdiyi  həmin  görüş  zamanı  mühacirətlə 
əlaqə və əməkdaşlığın yolları haqqında fikir mübadiləsi edilmiş, bu işin əhəmiyyəti 
qeyd olunmuşdu.    
 
 
 
 
 
 
 
 
 
Bu tədbirdən təxminən bir il sonra – 1989-cu il noyabr ayında həmvətənlərlə 
növbəti görüş zamanı dünya şöhrətli rəssam İbrahim Əhrari «Vətən» Cəmiyyətinin 
sədri Elçinə müraciətlə deyirdi:  
 
 
 
 
 
 
 
«Bu  cəmiyyət  bizlərin  gözünə  nur,  dizinə  qüvvət,  beyninə  ruh  verdi» 
(«Odlar  yurdu» qəzeti, № 22, noyabr 1989-cu il).  
 
 
Ümumiyyətlə, «Vətən» Cəmiyyətinin diasporla bağlı fəaliyyəti istər xaricdə 
yaşayan  həmvətənlər  və  istərsə  də  Respublika  ictimaiyyəti  tərəfindən  həmişə 
yüksək  qiymətləndirilmişdir.  Müxtəlif  dövrlərdə  cəmiyyətin  işi  ilə  əlaqədar 
səslənən fikirlər də bunu təsdiqləyir. «Bakı» axşam qəzeti özünün 3 sentyabr 1990-
cı il tarixli nömrəsində yazırdı: «Vətən» Cəmiyyəti yarandığı iki il yarımda xaricdə 
yaşayan minlərlə azərbaycanlı ilə əlaqə yaratmış, onları respublikamızın bugünkü 
həyatı  ilə,  tarix,  ədəbiyyat,  incəsənət,  mədəniyyət  sahəsindəki  nailiyyətlərimizlə 
tanış  etmişdir.  Cəmiyyətin  əlaqə  saxladığı  həmvətənlər  arasında  dünya  şöhrətli 
rəssamlar,  şərqşünaslar,  ədəbiyyat,  incəsənət  xadimləri,  biznesmenlər  vardır» 
(«Qəlbimiz vətənlə vurur» adlı məqalədən).  
 
 
 
 
Azərbaycan  mühacirəti  haqqında  sanbalı  ilə  diqqəti  çəkən  «Azərbaycan 

 
186 
siyasi  mühacirəti»  adlı  kitabda  (X.İbrahimli,  Bakı,  «Elm»  nəşriyyatı,  1996-cı  il) 
müəllif yazır: «… obyektivlik naminə qeyd etməliyik ki, mühacirlərimizin vətənlə 
əlaqəsinin  yaranmasında  (bu  əlaqə  özlüyündə  mühacirət  probleminə  diqqəti 
artırırdı),  mühacirət  probleminin  aktuallaşmasında,  elmi-nəzəri  axtarışlara  ilk 
təşəbbüslərin meydana gəlməsində Elçinin rəhbərlik etdiyi «Vətən» Cəmiyyətinin, 
bu  cəmiyyətin  orqanı  olan  «Odlar  Yurdu»  qəzetinin  ayrıca  xidmətləri  olmuşdur» 
(səh.11).  Lap  bu  yaxınlarda  isə  mühacirətlə  bağlı  maraqlı  materiallar  dərc  edən 
«Ayna»  qəzeti  80-ci  illərin  sonuna,  90-cı  illərin  əvvəllərinə  işarə  vuraraq  yazır: 
«Bu dövrdə diasporla məqsədyönlü iş aparan və buna görə də xalq arasında böyük 
nüfuza  malik  olan  «Vətən»  Cəmiyyətinin  və  onun  orqanı  olan  «Odlar  Yurdu» 
qəzetinin  xidmətlərini  xüsusi  qeyd  etmək  lazımdır»  (Məhərrəm  Zülfüqarlı, 
Azərbaycan  diasporu:  alternativlik  problemi,  «Ayna»  qəzeti,  1  iyun  2001-ci  il). 
«Vətən»  Cəmiyyəti  Azərbaycan  istiqlal  mücadiləsinin  iştirakçılarını,  Ankaradakı 
Azərbaycan  Milli  Mərkəzinin  və  Ankaradakı  Azərbaycan  Kültür  Dərnəyinin  baş 
katibi,  «Azərbaycan»  jurnalının  redaktoru  Əhməd  Qaracanı,  həmin  cəmiyyətin 
məsul  üzvü  Yəhya  Daşdələni  Bakıya  ilk  dəfə  dəvət  etdi.  Respublikanın  bütün 
sahələrdən  olan  tanınmış  xadimləri  ilə  mühacirətin  ən  güclü,  nüfuzlu 
nümayəndələrinin  görüşünü  təşkil  etdi,  Azərbaycan  diasporunun  problemləri 
müzakirə olundu. Hələ 1991-ci ildə keçirilən həmin görüşdə Ə.Qaraca demişdir ki, 
Türkiyədəki Milli Mərkəzin 40 illik fəaliyyəti ilə bu ölkədə yaranmış Azərbaycan 
lobbisinin  Qərbə  «ixracı»  son  dərəcə  aktualdır.  Natiq  problemlə  bağlı  öz 
təkliflərini  də  söyləmişdi  (ətraflı  bax:  A.Tahirli  «Vətən»  Cəmiyyətində  görüş, 
«Odlar  yurdu»  qəzeti,  №2,  yanvar  1991-ci  il).  Bundan  xeyli  əvvəl  isə  «Vətən» 
Cəmiyyətinin sədri Elçinin şəxsi təşəbbüsü və səyi ilə M.Ə.Rəsulzadənin silahdaşı, 
onun işinin ən məhsuldar, yorulmaz davamçısı Məhəmməd Gəngərli Bakıda qonaq 
olmuşdur.  Bu  gün  –  müstəqillik  dövründə  bu  çox  adi,  rahat  məsələdir.  Amma 
həmin  vaxt  –  Sovet  rejiminə  qarşı  qatı  və  amansız  ideoloji  mübarizə  aparan 
mühacirin Bakıya dəvət olunması ən azı böyük cəsarət tələb edirdi.    
 
«Ana  dili»  qəzetinin  (Bonn)  naşiri  və  redaktoru  N.Qərəvinin,  dünya 
miqyasında  tanınmış  rəssamlar  Ə.Behkəlamın  (Berlin),  Davud  və  Əyyub 
İmdadiyan  qardaşlarının  (Paris),  görkəmli  şərqşünas  professor  İ.Melikoffun 
(Paris), Stokholmdakı Azərbaycan kültür əncüməninin nümayəndəsi M.Kəriminin, 
Azərbaycan  dili  və  ədəbiyyatı  üzrə  tanınmış  mütəxəssis  Əli  Yavuz  Akpınarın 
(İzmir),  London  Universitetinin  professoru  T.Gənceyinin,  Tolido  Universitetinin 
professoru 
Ş.Ənsarinin,  məşhur  Ə.Bəndəroğlunun  (Bağdad),  Edinburq 
Universitetinin  professoru  Q.S.Təbrizinin  …  «Vətən»  Cəmiyyətinin  dəvəti  ilə  ilk 
dəfə Bakıya gəlməsi, respublika ilə tanışlığı təbii ki, mühacirətlə aparılan ardıcıl və 
faydalı fəaliyyətin bəhrəsi idi.    
 
 
 
 
 
 
 
Qeyd  etdiyimiz  kimi,  həmvətənlərlə  bərabər  «Vətən»  Cəmiyyəti  xaricdəki 
əcnəbi dövlət, mədəniyyət, ədəbiyyat-incəsənət xadimlərini də ölkəmizə dəvət edir, 
bununla da respublikanın, onun ədəbi, mədəni xəzinəsinin  tanımasına və xüsusilə 
Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr haqqında Qərbdə düzgün rəy 
yaradılmasına çalışırdı.    
 
 
 
 
 
 
Mədəniyyətimizin yaxın dostu, professor C.Bellinceri (İtaliya), Konnektikut 
Universitetinin  professoru  xanım  Odri  Altstadt,  professor  T.Svyataxovski  və 

 
187 
başqaları  ilə  əlaqə  və  əməkdaşlıq  bir  tərəfdən  xaricdə  azərbaycanşünaslığın                                                                 
inkişafına  təkan  vururdusa,  digər  tərəfdən  respublikada  baş  verən  ictimai-siyasi 
hadisələrin  olduğu  kimi  yayılmasına  kömək  edirdi.  Bu  mənada  «Vətən» 
Cəmiyyətinin  dəvəti  ilə  ABŞ  Konqresinin  üzvü,  görkəmli  siyasi  xadim, 
Demokratlar partiyasının liderlərindən biri Cim Mudinin 1990-cı ildə Bakıya səfəri 
xüsusilə əhəmiyyətli olmuşdur.  
 
 
 
 
 
 
«Vətən»  Cəmiyyətinin  sədri  Elçin  Cim  Mudini  qəbul  edərkən  «əgər  səhv 
etmirəmsə, bu ABŞ  Konqresinin üzvünün Azərbaycana ilk səfəridir və buna görə 
də tarixi əhəmiyyət kəsb edir» demişdir. C.Mudi isə söyləmişdir ki, onun ölkəsinin 
ictimaiyyəti  və  siyasi  dairələri  Azərbaycanda  və  ümumiyyətlə  SSRİ-də  baş  verən 
hadisələri diqqətlə izləyir və əsl həqiqəti öyrənmək istəyir. C.Mudi əmin olduğunu 
bildirmişdir  ki,  onun  səfəri  Azərbaycan  haqqındakı  informasiya  azlığının  aradan 
qaldırılmasında böyük rol oynayacaqdır.    
 
 
 
 
 
Yeri  gəlmişkən  deyək  ki,  Cim  Mudi  Şəhidlər  Xiyabanını  ziyarət  edən  ilk 
rəsmi,  xarici  dövlət  xadimidir.  Konqresmenin  ABŞ-a  qayıtdıqdan  sonra  siyasi 
dairələr  qarşısında  əsl  həqiqəti  əks  etdirən  çıxışları,  şübhəsiz  ictimai  rəyə  az  da 
olsa, təsir etmişdir.  
 
 
 
 
 
 
 
 
 
Hələ  SSRİ  mövcud  ikən  «Vətən»  Cəmiyyəti  keçmiş  sovet  məkanındakı 
həmvətənlərlə  də  sıx  əlaqə  saxlayır,  yazışır,  informasiya  mübadiləsi  edirdi. 
Estoniyada,  Ukraynada,  Latviyada,  Moskvada,  Sverdlovskda,  Saratov  və  başqa 
yerlərdə  fəaliyyət  göstərən  Azərbaycan  mədəniyyət  mərkəzləri  ilə  əməkdaşlıq 
sayəsində  Azərbaycan  mədəniyyəti,  ədəbiyyatı,  incəsənəti  geniş  təbliğ  olunurdu. 
«Vətən» Cəmiyyətinin fəaliyyəti bilavasitə həmvətənlərlə mədəni əlaqələrlə bağlı 
olsa da, Azərbaycanda baş verən ictimai-siyasi proseslər, xüsusilə Dağlıq Qarabağ 
və  onun  ətrafındakı  hadisələr  haqqında  beynəlxalq  ictimaiyyətə  operativ  və 
obyektiv  məlumat  ötürür,  xaricdə  Azərbaycan  həqiqətini  yayır,  mövcud 
informasiya blokadasını yarmağa çalışırdı.    
 
 
 
 
 
Bu  mənada  «Vətən»  Cəmiyyəti  Rəyasət  Heyətinin  sədri  Elçinin  ABŞ 
senatının xarici işlər üzrə Komitəsinin noyabrın 17-də Dağlıq Qarabağ haqda qəbul 
etdiyi bədnam qətnaməyə sərt münasibətini, qəzəbini ifadə edən «Həqiqət naminə» 
(«Odlar  yurdu»,  №22,  noyabr  1989-cu  il),  «Siyasi  naşılıq  nümunəsi»  («Odlar 
Yurdu»,  №22,  dekabr  1989-cu  il)  adlı  yazıları  diqqəti  xüsusi  ilə  cəlb  edir.  Bu 
yazılar  bir  yazıçı  qələminin  məhsulu  olsa  da,  torpağının  toxunulmazlığı  uğrunda 
ayağa qalxan xalqın bağrından qopan haqq səsi, hayqırtısı, hiddəti idi: «Və hərgah 
bu gün Amerika Birləşmiş Ştatları senatının xarici işlər komissiyası Azərbaycanın 
ayrılmaz  tarixi  bir  hissəsi  olan  Dağlıq  Qarabağ  haqqında  yalan  məlumatlara  və 
saxta sənədlərə əsaslanan tamamilə birtərəfli qətnamə qəbul edirsə, bu – Azadlığın 
ziddi, qaranlığın təntənəsidir.    
 
 
 
 
 
 
 
Hərgah bu gün daşnaksutyunun ən qatı və qəddar üzvləri Amerika Birləşmiş 
Ştatlarında özlərinə cismani məskən tapmışlarsa, bunu bəlkə də ölkədəki Azadlıqla 
izah  etmək  olar,  lakin  həmin  daşnaklar  orada  özlərinə  mənəvi  məskən  də 
tapmışlarsa, bu – Azadlığın, işığın yox, qara əməllərin ifadəsidir. 
 
 
Hərgah  daşnak  əqidəsi,  daşnak  dünyabaxışı  Amerika  Birləşmiş  Ştatlarının 
senatına  təsir  edə  bilirsə,  bu  –  Azadlığa  xəyanətdir,  Azadlıq  ideallarının 
tapdanması  deməkdir»  («Həqiqət  naminə»  adlı  yazıdan).  Yaxud,  müəllif  «Siyasi 

 
188 
naşılıq  nümunəsi»  adlı  məqaləsində  yazırdı:  «…Cənab  senatorlar!  Siz  Dağlıq 
Qarabağda  «ermənilərə,  yəhudilərə  və  digər  etnik  qruplara  qarşı  mütəşəkkil 
zorakılıqdan»  danışırsınız.  Hansı  fakta,  hansı  sənədə  əsaslanıb,  misal  üçün, 
yəhudilərə  qarşı  zorakılıq  göstərildiyini  iddia  edirsiniz,  Axı,  söhbət  ABŞ  kimi 
böyük  və  azadpərvər  bir  dövlətin  senatından  gedir,  Sizin  ermənilərin  də, 
yəhudilərin də, «digər etnik qrupların» da təəssübünü çəkməyiniz yaxşı hadisədir, 
lakin  nə  üçün  Siz  bunu  əslində  Azərbaycan  xalqına  qarşı  düşmənçilik  hesabına 
edirsiniz,  Azərbaycanlılar  Sizə  nə  etmişlər,  Azərbaycan  xalqı  ABŞ  senatı 
qarşısında hansı qəbahətin sahibidir, hər hansı bir xalqı müdafiə etmək başqa bir 
xalqın  hüquqlarının  tapdanması,  mənəviyyatının  alçaldılması  sayəsindəmi 
olmalıdır? Doğrudanmı, daşnak təbliğatı Sizi – qüdrətli bir ölkənin senatorlarını bu 
dərəcədə  hipnoz  etmişdir,  Yoxsa,  Siz  özünüz  bu  hipnozdan  çıxmaq  istəmirsiniz?
 
…  Siz  «törədilmiş  cinayət  hərəkətlərinin»  təhqiqatından  danışırsınız, 
«qətllərdə və qan tökülməsində günahkar olanların aşkara çıxarılmasına və cinayət 
məsuliyyətinə  cəlb  edilməsinə»  çağırırsınız.  Qətnamənin  bütün  pafosundan, 
mülahizələrinizin  təmayülündən  yenə  də  tamam  aydındır  ki,  Siz  bu  ümumi 
kontekstdə  cinayət  hadisəsini  yalnız  ermənilərə  qarşı  azərbaycanlılar  tərəfindən 
zorakılıq kimi qiymətləndirirsiniz. Siz hansı mənəvi haqla bu cür birtərəfli mövqe 
tutursunuz?  Tərəf  –  müqabilin,  indiki  halda  Azərbaycan  xalqının  mənəvi  və 
cismani sarsıntılarına, Azərbaycan xalqına qarşı yönəldilmiş mütəşəkkil cinayətkar 
fəaliyyətə,  azərbaycanlıların  qətlə  yetirilməsinə,  işgəncələrə  və  təhqirlərə  məruz 
qalmasına, yüz minlərlə azərbaycanlının öz doğma torpağından qovulmasına bələd 
olmadan  bu  dərəcə  məsuliyyətli  bir  qərar  qəbul  etmək  hansı  beynəlxalq  hüquq 
normaları ilə bir araya sığır!    
 
 
 
 
 
 
 
Cənab senatorlar!   
 
 
 
 
 
 
 
 
Bu  Qətnamə  yenicə  istiqlaliyyət  əldə  etmiş,  təcrübəsiz  bir  ölkənin,  yaxud 
qəsbkar  bir  dövlətin  yox,  Amerika  Birləşmiş  Ştatları  kimi  böyük  və  azadlıqsevər 
bir məmləkətin iradəsini ifadə edir, daha doğrusu, ifadə etməlidir. Lakin Siz həmin 
Qətnamə ilə məhz azadpərvərlik ideyalarına ləkə vurmursunuzmu?»   
 
Yəqin  hörmətli  oxucu  bu  sətirlərin  1989-cu  ildə  qələmə  alındığının  fərqinə 
də vardı… 1990-cı il 20 yanvar qırğını, 1992-ci il 26 yanvar Xocalı soyqırımı ilə 
bağlı «Vətən» Cəmiyyəti, onun orqanı «Odlar Yurdu» qəzeti nəinki həmvətənləri, 
onların  vasitəsi  ilə,  yaxud  birbaşa  dünyanın  nüfuzlu  informasiya  kanallarını 
operativ və dolğun məlumatlarla təmin edirdi.  
 
 
 
 
 
Söhbətimizin  əvvəlinə  qayıdaraq  bir  daha  qeyd  etmək  istərdim  ki, 
həmvətənlərlə  işin  indiki  mərhələsində  bu  sahədə  toplanmış  təcrübədən, 
formalaşmış ənənələrdən istifadə etmək vacibdir. Əlbəttə, indiki şərait, dövr 10-12 
ildəkindən  xeyli  fərqlidir,  bu  –  Azərbaycanın  müstəqilliyi  faktoru  həmvətənlərlə 
əlaqəni bir tərəfdən asanlaşdırırsa, digər tərəfdən məsuliyyəti də artırır.  
 
 
Bu  gün  KİV-də  «Qurultay  lazımdırmı»  sualı  yox,  bu  ali  orqanda  müzakirə 
ediləcək  problemlər  müzakirə  predmeti  olmalıdır.  Fikrimizcə,  qurultayda 
Həmvətənlərə iş üzrə Milli Proqram qəbul edilməlidir. Bu Proqramda ilk növbədə 
dünyanın  müxtəlif  ölkələrinə  səpələnmiş  həmvətənlərin  təşkilatlanması  üçün 
təxirəsalınmaz tədbirlər müəyyənləşdirilməlidir.    
 
 
 
 
Mövcud  mədəniyyət  mərkəzlərinin  proqramları  Milli  Proqrama 

 
189 
uyğunlaşdırılmalıdır.  Qurultay  mədəniyyət  mərkəzlərinin  tərkibinə  yenidən 
baxmağı tövsiyə etməlidir.  
 
 
 
 
 
 
 
 
Mədəniyyət  Mərkəzlərinin  Koordinasiya  Şurası  təsis  edilməlidir.  Şura 
mərkəzlər  arasında  operativ  əlaqə  yaratmaq,  həmvətənləri  hər  hansı  məsələ 
ətrafında səfərbər etmək üçün tədbirlər müəyyənləşdirməlidir.   
 
 
Qurultayda  dünya  Azərbaycanlılarının  qəzetinin,  jurnalının  buraxılması, 
internet səhifəsinin açılması qərara alınmalıdır.    
 
 
 
 
 
Ən  qısa  müddətdə  nümayəndələrə  təmsil  etdikləri  ölkələrdəki 
azərbaycanlıların  sayı,  sosial  tərkibi,  həyat  tərzi,  dünyagörüşü  və  s.  kimi 
informasiyalardan  ibarət  məlumat  bankının  Koordinasiya  Şurasına  təqdim  etməsi 
tövsiyə olunmalıdır.  
 
 
 
 
 
 
 
 
 
Qurultay  Dağlıq  Qarabağ  problemi  və  mövcud  vəziyyətlə  bağlı  dünya 
azərbaycanlılarına, bütün ölkələrin parlament və hökumət rəhbərlərinə, beynəlxalq 
təşkilatlara, dini konvensiyaların başçılarına müraciət qəbul etməlidir.  
 
Müxtəlif ölkələrdə, ilk öncə Rusiya Federasiyasında, ABŞ-da, Almaniyada, 
Fransada,  İsveçdə,  Hollandiyada  Azərbaycan  lobbisi  yaradılması  üçün  tədbirlər 
müəyyənləşdirilməlidir.   
 
 
 
 
 
 
 
 
Qurultayda  həmvətənlərin  məskunlaşdığı  ölkələrdəki  hakimiyyət  orqanları, 
beynəlxalq  təşkilatlar  ilə,  habelə  digər  millətlərin,  xüsusilə  Türkiyə  türklərinin 
diasporu ilə iş birliyi yaradılması yolları müəyyənləşdirilməlidir.  
 
 
Azərbaycanın  iqtisadi  cəhətdən  inkişafına  yardım  edəcək  təkliflər  ətrafında 
fikir mübadiləsi aparılmalı, həmvətənlərin ölkə iqtisadiyyatına sərmayə qoymasına 
şərait yaradılması üçün müvafiq Proqramlar tərtib edilməlidir.   
 
Mühacirətdə yaranan mədəni irsin Vətənə gətirilməsi yolları araşdırılmalıdır.
 
Xarici  ölkə  kitabxanalarına  Azərbaycan  KİV  və  ədəbiyyat  nümunələrinin 
fasiləsiz, sistemli ötürülməsinin təmin etmək üçün plan hazırlanmalıdır.  
 
Bunlar qurultayda toxunulması vacib olan məsələlərin bir qismidir. 
 
Ən vacibi odur ki, qurultay dünyanın müxtəlif ölkələrində məskunlaşan hər 
bir  mühacirin  mənəvi-milli  pasportuna  çevriləcək,  əqidə  və  məsləyinə  hakim 
kəsiləcək  milli  ideologiya  ətrafında  birləşməsinə  zəmin  yaradacaq,  təkan 
verəcəkdir.  Azərbaycanın  tarixi  torpaqlarının  tanınmasının  və  bərpa  olunmasının, 
müstəqilliyinin  əbədiyyətə  çevrilməsinin,  dinamik  inkişafının,  ayrılıqda  hər  bir 
Vətən  övladının,  bütövlükdə  xalqın  firavan  həyatının  təminatçısı  olan  bu  sərvət  - 
müqəddəs  «Qurani-Kərim»dən  ilhamlanan,  ana  kitabımız  «Dədə-Qorqud»dan 
mayalanan,  C.Əfqani  və  M.F.Axundzadənin  mənəvi  dünyasından  pərvazlanan, 
İ.Qaspiralı,    Ə.Topçubaşı  və  Y.Akçuraoğlu  məsləyindən  qidalanan,  H.Zərdabi, 
Ə.Hüseynzadə,  Ə.Ağaoğlu,  M.Ə.Rəsulzadə,  M.B.Məmmədzadə,  A.Səhhət, 
M.Hadi,  C.Məmmədquluzadə,  Ö.F.Nemanzadə  dühası  ilə  cilanan,  formalaşan, 
türkçülüyü  (millətçiliyi,  vətənçiliyi,  istiqlalçılığı,  islamçılığı  (ittihadçılığı), 
tərəqqini  (müasirlik  və  mədəniyyəti)  ehtiva  edən,  ondan  yaranan,  ona  söykənən, 
Ə.Hüseynzadənin təbirincə desək, «türk hissiyatlı, islam etiqadlı, Avropa qiyafəli» 
milli  idealogiyadır.  Bu  idealogiyadan  kənarda,  yaxud  onun  fövqündə  heç  bir 
hərəkat  və  cərəyan  məqbul  deyildir.    Təsadüfi  deyil  ki,  M.Ə.Rəsulzadə  bütün 
təbəqələrdən  olan  Azərbaycan  xalqını  nəzərdə  tuturaq  1922-ci  ildə  qələmə  aldığı 
«İstiqlal məfkurəsi» adlı məqaləsində (M.Ə.Rəsulzadə, Azərbaycan Cümhuriyyəti: 

 
190 
keyfiyyəti  təşəkkülü  və  şimdiki  vəziyyət),  İstanbul,  1990-cı  il,  səh.124)  yazırdı: 
«İstiqlal xaricində onun üçün bir Azərbaycan yoxdur». 
 
“525-ci qəzet”, 24 iyun 2001 
 
 
Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin