1. Dilçiliyin obyekti, predmeti və vəzifələri


Dil və digər ünsiyyət vasitələri



Yüklə 116,59 Kb.
səhifə8/64
tarix05.12.2023
ölçüsü116,59 Kb.
#173257
1   ...   4   5   6   7   8   9   10   11   ...   64
dilciliye giris imtahan suallari

12.Dil və digər ünsiyyət vasitələri
Səsli dil ilə yanaşı ,insanlar qədim zamanlardan bəri ünsiyyətin digər səsli vasitələrindən də istifadə etmişlər.Belə dillər müxtəlif xalqlarda müxtəlif cür kodlaşdırılmışdır.Sivilizasiyalı xalqlarda onların dillərinin kodlaşdırılması üçün əlavə ünsiyyət vasitələri,fikri çatdırma vasitələri mövcuddur.Bu əlavə dillər səsli və yazılı olur.Adi danışıq dili ilə yanaşı,müxtəlif siqnallardan istifadə edilir.Buraya həmçinin texniki ünsiyyət vasitələrini-səs yazısı,telefon,videotelefon,radio və s.əlavə etmək olar.
Əlavə yazılı vasitələr daha rəngarəndir.Onlar hamısı üçün xarakterik odur ki,dilin səs formasını görmə və hiss orqanlarının köməyi ilə qavrana biləcək formaya salırlar.Onlar xüsusilə aşağıdakılar aiddir
1)yardımçı dillər - əl ilə oxunan əlifba(daktilologiya,yunan daktil-barmaq,loqos-söz)nöqtə əlifbası
2)xüsusi siqnalizasiya sistemləri-teleqraf əlifbası(Morze),yol işarələri,bayraq-larla,raketlərlə siqnalizasiya və s.
3)Elmi simvolika: Məsələn :≠( qeyri-bərabərlik),-- (inkar)

13. Diqlossiya və bilinqvizm
Avropa dilçiliyində milli dillər ədəbi dilin fəaliyyəti, onun yerli və sosial dialektlərlə, dilin üslubları ilə və ünsiyyt sferaları ilə qarşılıqlı münasibətləri baxımından öyrənilirdi. Çoxmillətli ölkələrdə dövlət dili və millətin ana dili hüququ, ana dilinin qoruması məsələləri ortaya çıxır. «Dil şəraiti» termini ötən əsrin 30-cu illərində Asiya vƏ Afrika xalqlarinın dillərini, Asiya, Afrika və Amerika ölkələrində Avropa dillərinin fəaliyyətini öyrənən dilçilər və etnoqraflar tərəfindən işlədilməyə başlamışdır.
Diqlossiyanı (yunanca - «iki dəfə dil») bilingvizmdən (lat. bi[s] - «iki dəfə»,linqua - «dil») ayıraraq, dil şəraitləri arasında dildaxili və dillərarası şəraitlər fərqləndirilir. Diqlossiya eyni bir dilin (ədəbi dilin və yerli dialektin, ədəbi dilin və elmi dilin və s.) iki və ya üç variantının qarşılıqlı şəkildə fəaliyyətidir; dil daşıyıcısının nitq fəaliyyəti baxımından bu, sinonimiya və nitqin üslubiyyatı məsələləridir.
Bilinqvizm isə iki və ya üç dilin eyni bir dil kollektivində, eyni bir cəmiyyatdə (dil sosiumunda) qarşılıqlı şəkildə fəaliyyətidir. Əlbəttə, bilinqvizm sosial təzahür kimi və bilinqvizm danışan və ya yazanın nitq fəaliyyəti faktı kimi fərqləndirilməlidir.Sosial bilinqvizm xalqların və onların dillərinin tarixində dil kontaktlarıdır,dilin bir ölkədə müasir fəaliyyətidir. İki, bəzən də üç dilin bir ölkədə fəaliyyət göstərməsini, onların sosial iyearxiyasını, sosial təbiətini də dil şəraiti adlandırırlar.


Yüklə 116,59 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin