1. Dilçiliyin obyekti, predmeti və vəzifələri



Yüklə 116,59 Kb.
səhifə1/64
tarix05.12.2023
ölçüsü116,59 Kb.
#173257
  1   2   3   4   5   6   7   8   9   ...   64
dilciliye giris imtahan suallari


1. Dilçiliyin obyekti, predmeti və vəzifələri
Dilçilik termini latınca “dil” mənasını verən lingua sözündəndir. Deməli, dilçilik dil haqqında elmdir. O, dilin reallığın digər hadisələri arasında necə seçildiyi, onun element və vahidlərinin nədən ibarət olduğu, dildə necə və hansı dəyişikliklərin baş verdiyi haqqında məlumat verir. Dilçilik elmini iki yarımqrupa - intralinqvistika və bölmək olar. İntra­linqvistika dili daxildən araşdırmağa üstünlük verir. Digər bir təsnifatda dilçilik - xüsusi, ümumi və tətbiqi dilçiliklərə bölünür. Nəzəri dilçilik daxi­lində ümumi və xüsusi dilçilk fərqləndirilir. Xüsusi dilçilik ayrı-ayrı dillərlə, yaxud da qohum dillərlə məşğul olur.
Dilçiliyin yeganə obyekti dil və onun müxtəlif mə­qam­lar­da təzahür formalarıdır.
Dil­çiliyin əsas məqsədi ondan ibarətdir ki, istər bir dilin, istərsə bir neçə dilin və ümu­milikdə bəşər di­linin ümumi cəhətləri və dildə ünsiyyət mexanizmi barədə biliklər sis­temi əldə etməkdən ibarətdir. Bu da dilçilik elminin predmetini təşkil edir.
Dilçilik insan dilinin ümumi xüsusiyyətlərilə məşğul olur. O, dilin mahiyyəti, təbiəti, onun mənşəyi problemi, ümumi inkişaf qanunları ilə məşğul olur. Dilçiliyin tərkibində tipoloji dilçilik fərqləndirilir ki, onun da əsas vəzifəsi qohum və qohum olmayan dillər arasında tutuşdur­malarla aparmaqdır. Dilçiliyin əsas vəzifələrindən biri də dilçillik elmini əməliyyat apardığı termin və anlayışların elmi tərifini, şərhini verməkdir.
2.Dilçiliyin sahə və şöbələri
Dilçilik elm kimi ümumi və xüsusi,nəzəri və tətbiqi dilçilik sahələrinə ayrılır.Xüsusi dilçilik ayrıca bir dil haqqında elmdir.Dil haqqında ümumi məlumatlardan ibarət olur,dilin xassələrini əks etdirir.Xüsusi dilçilik elə məlumatlara sahib olur ki,onlar yalnız həmin konkret halda doğru ola bilir,bütün dillər üçün məqbul deyil.
Xüsusi və tətbiqi dilçiliyi qarışdırmaq olmaz.Tətbiqi dilçilik linqvistik biliklərin praktik fəaliyyətdə tətbiqidir.Dilçilərin praktik fəaliyyətinin mühüm sahələrindən biri bir dildən başqa dilə tərcümə,terminologiyanın işlənib hazırlanması,əlifba və orfoqrafiyanın təkmilləşdirilməsi və s.dir.Son dövrlərdə tətbiqi dilçiliyin mühəndis dilçiliyi kimi mühüm sahəsi yaranmışdır ki,buraya təlim prosesində texniki vasitələrdən istifadə edilməsi,maşın tərcüməsi və s.daxildir.
Ümumi dilçilik bütün dillər üzrə məlumatları sistemləşdirir və dillərin nəzəri və tətbiqi yöndən öyrənilməsi zamanı tətbiq edilən nəzəriyyələri müəyyənləşdirir.Ümumi dilçilik 3 əsas bölmədən ibarətdir :zahiri dilçilik(o,dili ictimai hadisə kimi öyrənir,o,dilin sosial və təfəkkür funksiyalarını öyrənir),daxili dilçilik və müqayisəli dilçilik(komparativistika)
Daxili dilçilik dilin sistemini,vahidləri və kateqoriyalarını,onun səviyyələrini və onların strukturunu öyrənir.Onun obyektinə yazını,dilin səs quruluşunu,qrammatik quruluşunu,onun lüğət tərkibini aid etmək olar.
Komparativistika dilin fonetikasını və hind-Avropa dillərinin morfologiyasını öyrənir.Müqayisəli dilçilik müqayisəli-tarixi və qarşılaşdırmalı dilçiliyə ayrılır.
Struktur dilçiliyin əsas bölmələri qrammatologiya,fonetika,leksikologiya,qram-matikadır.Qrammatologiya yazılı dili və semiotik baxımdan nitqi tədqiq edən əsərlərdə işlədilir.Fonetika,qrammatika,leksikologiya və dilçiliyin digər xüsusi sahələri dilin strukturunu onun işlənməsini nəzərə almadan öyrənir


Yüklə 116,59 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin