1. Dilçiliyin obyekti, predmeti və vəzifələri



Yüklə 116,59 Kb.
səhifə4/64
tarix05.12.2023
ölçüsü116,59 Kb.
#173257
1   2   3   4   5   6   7   8   9   ...   64
dilciliye giris imtahan suallari

6.Sepir-Uorf hipotezi
Dil və təfəkkürün ayrılmaz vəhdəti onların eyniliyi demək deyildir.Məntiqi təfəkkürün nizamı bütün xalqlarda eyni olduğu halda,dünya dilləri ciddi şəkildə bir-birindən fərqlənir.Bu cür nadir dillərin öyrənilməsi Sepir-Uorf və ya linqvistik nisbilik prinsipinin yaranmasına səbəb oldu.Eduard Sepir və tələbəsi Bencamin Li Uorf bu hipotezlə dillərin müxtəlifliyi ilə bu və ya digər xalqların təfəkkürünün xarakteri arasında əlaqənin mövcud olub-olmaması haqqında suala cavab verməyə çalışıblar.Sepir düşüncə ilə dil arasında asılılığı müəyyənləşdirdi.Dil və düşüncə izomorfdur.Dillər müxtəlif olduğu üçün -insan təcrübəsi isə dildən asılıdır.Gerçəklik isə müxtəlif dillərfdə danışan insanlara müxtəlif şəkildə görünməlidir.Linqvistik nisbilik prinsipi də elə bundan ibarətdir.
Sepir və Uorf hipotezi təsdiqləmək üçün tez-tez Amerika hindularının dillərinə müraciət edərək onların təfəkkürünün xarakterinin avropalılarındakından nəzərə çarpacaq dərəcədə fərqləndiyini və bunu dildəki fərqlərdən asılı olduğunu sübut etməyə cəhd göstərirdilər.Hopi dilinin köməyi ilə konkret anlayışlar bazasında mücərrəd anlayışlar yaranan metaforanın olmaması B.L.Uorfda belə bir fikir yaratmışdır ki,bu xalqların təfəkkürü mücərrədləşdirmə və məntiqi kateqoriyalar yaratma qabiliyyətinə malik avropalı təfəkküründən fərqli olaraq hissi-əyani xarakter daşıyır.
Dilin bizim təfəkkürümüzə və davranışımıza təsirinin müəyyən həddi vardır.Dilinsanın dünyagörüşünü müəyyənləşdirə bilməz,çünki özü düşüncə alətidir.Müxtəlif dillərdə danışan insanlar eyni situasiyalarda özlərini tamamilə eyni şəkildə aparırlar.Hətta bir-birindən çox uzaq dillərdə ünsiyyət saxlayan insanların psixologiyası da burada əsas ola bilməz.Bütün bunlara istinadən tədqiqatçılar Sepir-Uorf hipotezini əsassız sayır.E.Sepir və B.L.Uorfun dünyanın dərk edilməsinin dilin xarakterindən asılı olması fərziyyəsi faktlarla təsdiq olunmur.

7.Dil və nitq fəaliyyəti
Dil termini həm dilin nizamını,quruluşunu,həm ədəbi normanı,həm də fərdi nitqi bildirir.Nitq dilə qarşı qoyaraq nitq termini ilə həm nitq bacarığı, həm nitq aktı, həm nitqin nəticəsi — mətn və hətta nitq fəaliyyətinin özü — dil qabiliyyəti (kompetensiya) və nitq davranışı bildirilir,
Danışanın nitq fəaliyyətinin sosial və psixofiziolofi tərəfləri vardır, Nitq fəaliyyətinin sosial cəhəti ondan ibarətdir ki, birincisi, o, insanın ictimai fəaliyyətinin bir hissəsidir, ikincisi, həm nitq aktı, həm də nitq şəraiti ümumi ünsiyyət dilini bilən nitq iştirakçılarının (danışanların), ümumi mədəniyyətin, ümumi mövzuların olmasını nəzərdə tutur. Nitq aktı psixofiziki proses kimi danışan (adresant) və dinləyən (adresat) arasında əlaqə olmaqla üç komponentin olmasını nəzərdə tutur: danışma (yazma), qavrayış və nitqin (mətnin) başa düşülməsi. Nitq aktı dialoq kimi həmsöhbətlər arasında əlaqə yaradılmasını nəzərdə tutur. Həmsöhbətin diqqətini söyləmin bu və ya digər məqamına cəlb etmə nitqin funksiyalarından biridir. Bu funksiya kontakt, təmas funksiyası adlanırNitq ünsiyyəti həmsöhbətlərin nitq aktnın tematik və kompozisiya şəraitinə, onun dialoji və monoloji kontekstinə daxil edilməsini nəzərdə tutur. Bu situativ funksiya ünsiyyətin məqsdləri ve şəraiti, söhbətin, müzakirənin ve hər hansı digər dialoq formasnın mövzusu ve məzmununa müvafiq olaraq, dil formaları və mənalarının aktuallaşdırılmasından, onlarn konkret fikirlərin, iradənin va hisslərin ifadəsi üçün istifadə edilməsindən ibarətdir.
Dilin mənimsənməsi və onun istifadə edilməsi seçimə əsaslanır.Dil vahidləri modellərini,sözlərin və ümümxalq leksikanın dəyişmə və birləşmə qaydalarını bilmək zəruridir.



Yüklə 116,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin