1. Dilçiliyin obyekti, predmeti və vəzifələri


Dilin inkişafının zahiri qanunları



Yüklə 116,59 Kb.
səhifə9/64
tarix05.12.2023
ölçüsü116,59 Kb.
#173257
1   ...   5   6   7   8   9   10   11   12   ...   64
dilciliye giris imtahan suallari

14.Dilin inkişafının zahiri qanunları
Dilin inkişafı cəmiyyətin inkişafı ilə, dilin istifadə olunduğu ictimai şəraitlə və dilin yerinə yetirdiyi sosial funksiyalarla sıx bağlıdır. Dilin sosial şərtlənməsi və sosial təbiətini yalnız dilin cəmiyyətə, onun təbəqələrinə və ayrı-ayrı şəxslərə təsiri nümunələrində deyil, həm də cəmiyyətin dilin fəaliyyəti və inkişafına təsiri nümunələrində göstərmək olar. Bu məsələləri xüsusi linqvistik fənn — dilin sosiologiyası və sosiolinqvistika öyrənir. .
Sosiolinqvistikanın çoxsaylı məsələlərindən dil şəraiti, dilin fəaliyyəti və inkişafının sosial şərtlənməsi, dilin inkişafının zahiri və daxili qanunauyğunluqları, onun daxili və zahiri strukturu haqqında təlim üzərində dayanmaq daha mühümdür. Dilin müasir cəmiyyətdə fəaliyyəti qanunlarını və onun tarixi inkişaf qanunlarını fərqləndirmək lazımdır. Dilin inkişafının zahiri qanunları onun funksiyaları və strukturunun dildən asılı olmayan səbəblərdən dəyişməsi qanunlarıdır. Onlara cəmiyyətin iqtisadi və sosial quruluşunun dəyişməsini, xalqların ticari əlaqələrini, onların bir yerdən başqa yerə köçmələrini, müharibələri aid etmək olar.Tarixi inkişafın zahiri qanunları ilk növbədə dilin zahiri strukturunu, məsələn, ədəbi-yazılı və xalq dilinin qarşılıqlı münasibətlərini dəyişdirir.
Dilin məkan, zaman və sosial variantlılığı onun zahiri strukturu adlanır. O, cəmiyyətin strukturu, onun fəaliyyəti və tarixi ilə şərtlənir. Dilin müasir vəziyyəti onun funksional üslubları, mövcudluq formaları, sosial və digər difersensiayası sistemidir. Tarixən dilin zahiri strukturu onun tarixi variantlarında təzahür edir. Məsələn, müasir ingilis dilindən əvvəl onun qədim mngilis dili variantı olmuşdur. Dilin daxili strukturu onun müxtəlif yaruslarından (səviyyələrindən) ibarət olur - səs səviyyəsi, leksik-semantik səviyyə, qrammatik səviyyə .

15.Dilin inkişafının daxili qanunları
Dilin inkişafının daxili qanunları dilin daxili strukturunun tarixi dəyişmələridir, dil vahidləri və kateqoriyalarının daxili dəyişmələridir. Məsələn, flektiv dillərin, o cümlədən, rus dilinin daxili qanunlarından biri sözün tərkibinin sadələşməsi, sıxılmasıdır. İndi koleco sadə söz kimi görünsə də tarixən koлo və -ec cəm şəkilçisindən ibarət olmuşdur .
Dilin materiyasının daxili inkişaf qanunlarının əsas tipləri fonetik qanunlar və morfolofi proseslərdir, Bu inkişaf qanunauyğunluqları müqayisəli-tarixi dilçilikdə müəyyənləşdirilmiş və izah edilmişdir.
Tarixi dəyişikliklər dilir bütün tərəflərinə — onun səs quruluşuna, qrammatik quruluşuna, lüğət tərkibinə toxunur, Zaman keçdikcə bu dəyişikliklər o qədər ciddi ohur ki, iki yaxın qohum dil haqqında danışmaq lazım gəlir. Məsələn, qədim yunan və Bizans dilləri, latın və italyan dilləri, qot və alman dilləri, qədim nus və müasir rus dili məhz belə münasibətdədir. Dilin əsasının uzun müddət saxlanması, qohum dillərin yaranması zamanı köhnə və yeni dillərin vəziyyəti arasında varislik, eləcə də qohum dillər arasında onların indiki vəziyyətində kök söz, morfem və fonetik qanunların qarşılıqlı əlaqədə olması dilin inkişafının mühüm tarixi qanunauyğunluqlarıdır.


Yüklə 116,59 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin