1. Dilçiliyin obyekti, predmeti və vəzifələri


Dilin səviyyə və vahidləri



Yüklə 116,59 Kb.
səhifə11/64
tarix05.12.2023
ölçüsü116,59 Kb.
#173257
1   ...   7   8   9   10   11   12   13   14   ...   64
dilciliye giris imtahan suallari

18.Dilin səviyyə və vahidləri
Dilin vahidləri onun bir-birindən vəzifəsinə (təyinatına), nizamına və dilin sistemində yerinə görə fərqlənən daimi elementləridir. Öz təyinatına görə dilin vahidləri nominativ, kommunikativ və nizami vahidlərə bölünür. Dilin əsas nominativ vahidi söz (leksem), kommunikativ vahidi cümlə, onun sintaktik nümunəsidir. Dilin nizami vahidləri nominativ və: kommunikativ vahidlərin müəyyən şəklə salınması vasitəsidir. Nizami vahidlərə fonemlər və morfemlər, söz formaları və söz birləşmələri formaları daxildir.
Dilin vahidləri dilin kateqoriyaları və yarusları üzrə bölünür. Dilin kateqoriyaları dilin eynicinsli vahidlərinin qruplarıdır. Kateqoriyalar ümumi, kateqorial, adətən semantik əlamət əsasında birləşirlər, Azərbaycan dilində hal, zaman, növ, şəkil kimi kateqoriyalar vardır.Dilin yarusu dilin eynitipli vahidləri və kateqoriyalarının məcmusudur. Əsas yaruslar fonetik, morfolofi, sintaktik və leksik yaruslardır. İstər kateqoriya daxilində vahidlər, istərsə də yarus daxilində kateqoriyalar bir-birilə tip münasibətləri əsasında bağlanmışlar. Dil münasibətləri yaruslar və kateqoriyalar, vahidlər və onların hissələri arasında üzə çıxan qarşılıqlı əlaqələrdir.


19.Dil münasibətləri
Dil münasibətləri yaruslar və kateqoriyalar, vahidlər və onların hissələri arasında üzə çıxan qarşılıqlı əlaqələrdir. Bu münasibətlərin əsas tipləri paradiqmatik (yunanca nümunə, örnək) və sintaqmatik (yunanca birləşmiş), assosiativ (latınca, associo birləşdirirəm) və iyerarxik (yunanca əzəmətli, müqəddəs, başlanğıc, özülə) münasibətlərdir.
Paradiqmatik münasibətlər dil vahidlərini qruplarda, şöbələrdə,kateqoriyalarda birləşdirən münasibətlərdir, Məsələn, samitlər sistemi, hal sistemi, sinonim cərgəsi paradiqmatik münasibətlərə əsaslanır. Dildən istifadə edərkən paradiqmatik münasibətlər lazım olan vahidi seçməyə, eləcə də dildə olan sözlərlə analogiya üzrə sözlər və formalar yaratmağa imkan verir.
Sintaqmatik münasibətlər dil vahidlərini onların eyni zaman ardıcıllığında birləşdirir. Sözlər (morfem və hecaların məcmusu kimi), söz birləşmələri və analitik adlar, cümlələr (cümlə üzvlərinin məcmusu kimi) və mürəkkəb cümlələr sintaqmatik münasibətlər üzərində qurulur. Dildən istifadə edərkən sintaqmatik münasibətlər eyni zamanda dilin iki və daha artıq vahidindən istifadəyə imkan verir.
Assosiativ münasibətlər zaman baxımından təsəvvürlərin üst üstə duşməsi, yəni gerçəklik hadisələrinin obrazları əsasında yaranır. Üç növ assosıasıya fərqləndirilir: əlaqəyə, oxşarlığa və ziddiyyətə görə. Bu assosiasiyalar epitet və metaforaların işlənməsində, sözlərin məcazi mənalarının əmələ gəlməsində böyük rol oynayır.
İyerarxik münasibətlər eynicinsli olmayan elementlər arasındakı münasibətlər, onların ümumi və xüsusi, cins və növ, ən yüksək və ən kiçik kimi bir-birinə tabe olmasıdır. İyerarxik münasibətlər dilin müxtəlif yaruslarının vahidləri arasında, nitq hissələrində birləşdirilərkən sözlər və formalar arasında, sintaktik tiplərdə birləşdirilərkən sintaktik vahidlər arasında müşahidə edilir



Yüklə 116,59 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin