1. Dilçiliyin obyekti, predmeti və vəzifələri



Yüklə 116,59 Kb.
səhifə13/64
tarix05.12.2023
ölçüsü116,59 Kb.
#173257
1   ...   9   10   11   12   13   14   15   16   ...   64
dilciliye giris imtahan suallari

22.Nitq aparatı
Nitq aparatı insan orqanizminin səsli nitqi yaratmaq və qəbul etmək üçün uyğunlaşmış orqanlarıdır. Geniş mənada nitq aparatı mərkəzi sinir sistemi, səsləri qəbul etmək və səs yaradılmasını korreksiya etmək üçün zəruri olan eşitmə (və görmə) orqanları və nitq səslərini yaratmaq üçün zəruri olan nitq orqanlarını əhatə edir. Nitq orqanları və ya nitq aparatı nəfəs orqanları,qırtlaq,qırtlaqüstü boşluqlardan ibarətdir.
Nəfəs orqanlarına ağciyər, bronxlar və traxeya (nəfəs borusu) daxildir. Ağciyər və bronxlar nitq səsini yaradan tələffüz aparatı orqanlarının tərəddüdünə səbəb olan hava axınının mənbəyi və ötürücüsüdür. Nəfəsalma öz-özlüyündə qeyri-ixtiyaridir. Normal nitq tenəffüsü zamanı səslənən nitqin əmələ gəlməsinin (fonasiya) başlanğıcı nəfəsvermənin başlanğıcı ilə üst-üstə düşür
Qırtlaq (larinkst traxeyanın (nəfəs yolu, nəfəs borusu) yuxarı genişlənmiş hissəsidir. Səs aparatı da qırtlaqda yerləşir. O, ximirçək və əzələlərdən ibarətdir. Ximirçəyin yuxarı hissəsində piramidaşəkilli iki kiçik ximirçək də vardır, onlar mərkəzə doğru irəliləyə bilən və çəkilən üçbucaq formasındadır. Piramidaşəkilli və qalxanabənzər ximirçəklərin arasında səs telləri yerləşir.
Ağız boşluğu-burada müxtəlif küylər və tembr yaradılması üçün mühüm olan rezonator tonları əmələ gəlir.Ağız boşluğunda nitqin yaradılmasında iştirak edən üzvlər : dişlər,alveollar,sərt damaq,yumşaq damaq,dilçək,dil.
Səslərin tələffüzündəki roluna görə nitq orqanları aktiv və passiv orqanlara bölünür.Aktiv orqanlar səs telləri,dil,dodaqlar,yumşaq damaq,dilçək,əsnəyin arxa kürəkciyi,alt çənə daxildir.Passiv orqanlar dişlər,alveollar,sərt damaq,bütün üst çənə daxildir.


23.Nitq səslərinin artikulyasiyası
Artikulyasiya nitq orqanlarının səsin tələffüz edilməsi üçün zəruri olan işinə deyilir.Nitq səsinin artikulyasiya xarakteristikası çoxölçülüdür.Səsin artikulyasiyası prosesdir.Nitq səsinin artikulyasiyasında üç mərhələ fərqləndirilir : başlanğıc,davamlılıq,qayıdış.
Artikulyasiyanın başlanğıcı və ya ekskursiyası ondan ibarətdir ki, nitq orqanları sakit və ya əvvəlki səsin artikulyasiya edilməsi vəziyyətindən müəyyən səsin tələffüz edilməsi üçün zəruri olan vəziyyətə keçir. Məsələn, (t) səsinin artikulyasiyasına başlanğıc ondan ibarətdir ki, səs telləri aralanır və boşalır, damaq pərdəsi qalxır və əsnəyin arxa kürəkciyinə, dilin ucu isə üst dişlərə sıxılır. Davamlılıq səsin tələffüz edilməsi üçün zəruri olan vəziyyətin saxlanmasıdır. Kar kipləşən samitlərin, məsələn,(t) səsinin tələffüz edilməsində akustik cəhətdən davamlılıq sıfıra bərabərdir, kar uzun, xüsusən də cingiltili samitlərin, sonorların və saitlərin tələffüzündə davamlılıq çox aydın hiss olunur. Artikulyasiyanın qayıdışı nitq orqanlarının sakit vəziyyətə dönməsindən və ya növbəti səsin artikulyasiyasına başlanğıcdan ibarətdir.
Artikulyasiyanın mərhələli xarakteri bir tərəfdən dildə affrikat və diftonqların olmasını,digər tərəfdən isə nitq axınında səslərin bir-birinə qarşılıqlı təsirini assimlyasiya,dissimlyasiya və s.fonetik hadisələri izah edir.


Yüklə 116,59 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin