1. Dilçiliyin obyekti, predmeti və vəzifələri


Samitlərin təsnifi prinsipləri



Yüklə 116,59 Kb.
səhifə15/64
tarix05.12.2023
ölçüsü116,59 Kb.
#173257
1   ...   11   12   13   14   15   16   17   18   ...   64
dilciliye giris imtahan suallari

26.Samitlərin təsnifi prinsipləri

Tələffüz zamanı hava axınının müəyyən maneələrə rast gəlməsi nəticəsində yaranan səslərə samit səslər deyilir. Azərbaycan dilində 24 samit vardır. Həmin


samitlər bunlardır: b, v, q, ğ, d, j, z, y, k, g, l, m, n, p, r, s, t,f, x, h, ç, c, ş, k′.Müasir Azərbaycan ədəbi dilindəki samitlər dörd prinsipə əsasən aşağıdakı şəkildə təsnif olunur:I. Əmələgəlmə yerinə görə, II. Əmələgəlmə üsuluna görə, III. Səs tellərinin vəziyyətinə görə, IV. Tərkibə görə
I. Müxtəlif samitlərin formalaşmasında danışıq üzvlərindən bu və ya digəri daha mühüm rol oynayır. Bu cəhətdən samitlər üç qrupa bölünür: dil samitləri, dodaq
samitləri, boğaz samitləri.
1) Dil samitləri. Dilin fəal iştirakı ilə əmələ gələn samitlər dil samitləri adlanır. Bu samitlərdən bəzilərinin əmələ gəlməsində dilin ön hissəsi, bəzilərində orta, bəzilərində isə arxa hissəsinin xüsusi rolu vardır. Buna görə də dil samitləri üç cür olur: a) dilönü, b) dilortası, c) dilarxası samitlər.
a) Dilönü samitlər. Dilin ön hissəsinin fəal iştirakı ilə yaranan samitlərə dilönü samitlər deyilir. Dilimizdə on bir dilönü samit vardır. Həmin samitlər bunlardır: t, d, s,z, ş, j, c, ç, l, n, r.
b) Dilortası samitlər. Dilin orta hissəsinm yuxarı qalxması nəticəsində yaranan samitlərə dilortası samitlər deyilir. Dilimizdə üç dilortası samit vardır:
k, g, y.
c) Dilarxası samitlər. Dilin arxa hissəsinin arxa damağa
doğru qalxması əsasında əmələ gələn samitlərə dilarxası samitlər deyilir. Dilimizdə dörd dilarxası samiti var q, ğ, x, k′.
II. Dodaq samitləri. Dodaqların fəal iştirakı ilə yaranan samitlər dodaq samitləri adlanır. Dodaq samitlərinin bəziləri ancaq hər iki dodaqların, bəziləri isə yalnız alt dodağın və dişlərin vasitəsilə yaranır
III.Müasir Azərbaycan ədəbi dilində əmələgəlmə üsuluna görə samitlər iki cürdür: 1) partlayan samitlər, 2) sürtünən samitlər.
Partlayan samitlər. Tələffüz zamanı hava axınının qarşısını kipləşərək kəsmiş danışıq üzvlərinin birdən açılması nəticəsində yaranan samitlərə partlayan samitlər
deyilir. Tələffüz zamanı danışıq üzvlərinin yaxınlaşıb növ əmələ gətirməsi, yaxud da kipləş-miş üzvlərin yavaş-yavaş aralanması nəticəsində yaranan səslərə sürtünən samitlər deyilir.
Belə bir cəhətə görə samitlər iki yerə bölünür:a) kar samitlər, b) cingiltili samitlər.
a) Kar samitlər. Səs tellərinin gərginləşməsi nəticəsində yaranan səslərə kar samitlər deyilir. Dilimizdə 10 kar samit vardır: p, k, s, t, ç, ş, h, f, x, k'.
b) Cingiltili samitlər. Səs tellərinin gərginləşməsi və səs cığırının daralması nəticəsində yaranan səslərə cingiltili samitlər deyilir. Dilimizdə 14 cingiltili samit vardır. Həmin samitlər bunlardır: b, v, q, ğ, d, z, j, y, g, l, m, n, r, c.
IV.Dilimizdəki səslərin hamısı tərkibcə eyni deyildir.
Belə ki, bəzi samitlər bir səsdən, bəzi samitlər isə iki səsin
qovuşmasından ibarətdir. Bu cəhətinə görə dilimizdəki samitlər iki yerə bölünür: saf samitlər və qovuşuq samitlər.


Yüklə 116,59 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin