1. Dilçiliyin obyekti, predmeti və vəzifələri



Yüklə 116,59 Kb.
səhifə16/64
tarix05.12.2023
ölçüsü116,59 Kb.
#173257
1   ...   12   13   14   15   16   17   18   19   ...   64
dilciliye giris imtahan suallari

27.Supraseqment vahidlər
Vurğu əzələ gərginliyinin və hava axını təzyiqinin gücləndirilməsi və ya səsin yüksəkliyinin dəyişdirilməsi yolu ilə səsin, hecanın və sözün ayrılmasıdır. Ayrılma obyektinə görə heca vurğusu, söz vurğusu və fraza vurğusu olur.Akustikartikulyasiya xarakteristikasına görə vurğu monotonik və politonik (musiqili) olur.
Monotonik vurğu səsin gücünün və davamlılığının dəyişməsi ilə xarakterizə edilir. Bu vurğu dillərin əksəriyyətinə adidir. Ekspirator vurğu dinamik və kvantitativ olur. Dinamik vurğu zamanı heca hava axınının gücü ilə, kvantitativ vurğu zamanı isə davamlılıq ilə ayrılır.Politonik vurğu tonun yüksəkliyinin onun musiqililiyi ilə əvəz olunması ilə xarakterizə edilir. Politonik vurğu qədim yunan dilində olmuşdur, indi Çin dilində vardır. Burada eyniköklü sözlərin çoxu heca tonunun hərəkəti ilə fərqlənir.Politonik vurğu tonun yüksəkliyinin onun musiqililiyi ilə əvəz olunması ilə xarakterizə edilir. Politonik vurğu qədim yunan dilində olmuşdur, indi Çin dilində vardır. Burada eyniköklü sözlərin çoxu heca tonunun hərəkəti ilə fərqlənir.
Vurğu söz ilə sıx bağlıdır, onun əlamətidir. Söz vurğusu sözdə hecalardan birinin ayrılması vəlqalan bütün vurğusuz hecaların ona tabe olmasıdır.Vurğulu heca vurğusuz hecadan gücü, davamlılığı və saitin keyfiyyəti ilə fərqlənə bilər. Çoxhecalı sözlərdə, xüsusilə də iki kökdən ibarət sözlərdə əsas vurğu ilə yanaşı, əlavə (ikinci dərəcəli) vurğu da olur. Vurğu yerinə görə daimi və sərbəst olur. Məsələn, çex, latış, macar dillərində vurğu birinci heca üzərinə, fransız və türk dillərində son heca üzərinə düşür. Sərbəst vurğu, məsələn, rus dilində istifadə olunur. Burada sözlərin bir qismi daimi vurğulu olduğu halda, əsas hissəsi sərbəst vurğuludur.
Fraza vurğusu və məntiqi vurğu heca vurğusundan və söz vurğusundan xeyli fərqlənir. Fraza vurğusu fonetik və semantik-sintaktik rol oynayır və sözləri taktlar və frazalarda birləşdirir. Məntiqi vurğu (və ya məna vurğusu) frazanın tələffüzü zamanı sözləri və taktları ayırır. Fraza vurğusu intonasiya ilə bağlıdır və onun komponentidir.


28.Heca
Səsli nitq yalnız nitq səslərindən deyil, həm də heca və daha böyük vahidlər olan takt və frazalardan ibarət nitq axınıdır. Heca nitq səslərinin tələffüzünün minimal təbii vahididir. Sözləri deyərkən, danışan onları ayrı-ayrı nitq səslərinə deyil, hecalara bölür. Heca akustik və artikulyasiya vəhdətidir.
Bir neçə heca nəzəriyyəsi mövcuddur. Onlar arasında ikisi — sonor və əzələ nəzəriyyələri daha geniş yayılmışdır. Sonor nəzəriyyəsinə görə, hecaya daha gur səsli (melodik) elementin daha zəif səsli elementlə birləşməsi kimi baxılır. Hecayaratma qabiliyyəti baxımından nitq səsləri müxtəlif dərəcəli gurluğa görə bölünür — saitlər, sonor samitlər, cingiltili samitlər, kar samitlər, novlu və partlayışlı samitlər. Əzələ gərginliyi nəzəriyyəsinə görə heca onun əvvəlində gərginliyin yüksəlməsi və gurluğun güclənməsi və hecanın sonunda onların enməsinin vəhdətindən ibarətdir.
Heca ağız boşluğunun açılması və ya qapanmasının vəhdət ilə xarakterizə edilir. Bu baxımdan hecalar açıq və qapalı hecalara bölünür. Açıq heca elə hecadır ki, onun tələffüzü zamanı ağız boşluğu açılır və hecanın zirvəsi, onun hecayaradan elementi hecanın əvvəlində olur,ondan sonra isə gərginlik və sonorluq davam enir.Qapalı heca ilə yanaşı örtüklü-qapalı hecalar da mövcuddur.



Yüklə 116,59 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin