1. Dilçiliyin obyekti, predmeti və vəzifələri


Fonemin inteqral və diferensial əlamətləri



Yüklə 116,59 Kb.
səhifə14/64
tarix05.12.2023
ölçüsü116,59 Kb.
#173257
1   ...   10   11   12   13   14   15   16   17   ...   64
dilciliye giris imtahan suallari

24.Fonemin inteqral və diferensial əlamətləri
Fonemlərin akustik-artikulyasiya əlamətləri nitq axınında eyni dərəcədə dayanıqlı deyildir və fonemlərin özlərini bir-birindən fərqləndirmək üçün mühümdür. Məsələn, rus saitləri ləl və lo) təmiz saitlərdir, burun saitləri deyillər, lakin bu əlamət onları digər fonemlərdən fərqləndirmir, çünki rus dilindəki bütün saitlər burun saitləri deyillər. Deməli, bu, saitlərin ümumi əlamətidir. Dilin fonemlərini sərhədləndirmək üçün istifadə edilə bilməyən belə ümumi əlamətlər inteqral əlamətlər adlanır.
İnteqral əlamətlərə diferensial, yaxud fərqləndirici əlamətlər qarşı durur. Fonemlərin diferensial əlamətləri dedikdə, onların danışanlar tərəfindən qavranan fonemləri bir-birindən fərqləndirən, eləcə də sözləri və morfemləri tanımağa kömək edən akustik-artikulyasiya xassələri nəzərdə tutulur.
Beləliklə, fonem mürəkkəb səs vahidi, səs zəncirində müxtəlif şəkildə təzahür edən və müxtəlif şəkildə siqnifikativ funksiya yerinə yetirən müxtəlif akustik artikulyasiya xassələrinin məcmusudur. Fonem eyni zamanda dilin yalnız fonem tərkibini deyil, həm də səs birləşməsi zamani onların mümkün variantlaşmasını əhatə edən fonetik sistemin komponentidir.


25.Saitlərin təsnifi prinsipləri

Tələffüz zamanı səs axınının heç bir, yaxud da ciddi maneəyə rast gəlməməsi əsasında yaranan səslərə sait səslər deyilir. Müasir Azərbaycan ədəbi dilində doqquz sait səs vardır: a, ı, o, u, e, ə, i, ö, ü. saitlər onların əmələ gəlməsində iştirak edən üzvlərin – dilin, dodaqların və alt çənənin vəziyyətinə görə üç yerə bölünür.


Dilin hərəkətinin istiqamətinə (onun irəli və geri hərəkəti, yuxarı qalxaraq düşdüyü vəziyyətlərə) görə saitlər iki yerə bölünür: 1) dilönü saitlər, 2) dilarxası saitlər.
Dilin orta hissəsinin ön damağa doğru qalxması nəticəsində yaranan saitlərə dilönü saitlər deyilir. Müasir Azərbaycan dilindəki dilönü saitlər bunlardır:e, ə, i, ö, ü.
Dilin arxa damağa doğru qalxması nəticəsində yaranan saitlərə dilarxası saitlər deyilir. Azərbaycan dilindəki dilarxası saitlər bunlardır: a, ı, o, u.
Saitlər dodaqların iştirakı və vəziyyətinə görə iki yerə bölünür:1) dodaqlanan saitlər,2) dodaqlanmayan saitlər.
Dodaqların irəli uzanıb dairəvi şəklə düşməsi nəticəsində yaranan saitlərə dodaqlanan saitlər deyilir. Dilimizdəki dodaqlanan saitlər bunlardır:
o, ö, u, ü.
Dodaqların fəal iştirakı olmadan yaranan saitlərə dodaqlanmayan saitlər deyilir. Dilimizdəki dodaqlanmayan saitlər bunlardır: a, e ə, ı, i.
Alt çənənin vəziyyətinə görə saitlər iki yerə bölünür: 1) açıq saitlər, 2) qapalı saitlər.
Alt çənənin çox açılması nəticəsində yaranan saitlərə açıq saitlər deyilir. Dilimizdəki açıq saitlər bunlardır: a, e, ə, o, ö
Alt çənənin az açılması əsasında əmələ gələn saitlərə qapalı saitlər deyilir. Dilimizdəki qapalı saitlər bunlardır: ı, i, u, ü


Yüklə 116,59 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin