1. Dilçiliyin obyekti, predmeti və vəzifələri


Dilin sistemi və strukturu



Yüklə 116,59 Kb.
səhifə10/64
tarix05.12.2023
ölçüsü116,59 Kb.
#173257
1   ...   6   7   8   9   10   11   12   13   ...   64
dilciliye giris imtahan suallari

16.Dilin sistemi və strukturu
Dilin mühafizə olunması onun səs və qrammatik quruluşunun dayanıqlılığı ilə izah edilir, Dilin dayanıqlılığı həm də dilin yarusları arasında, kateqoriyaları və vahidləri, onun hissələri arasında münasibətlərin daimiliyi ilə izah olunur, başqa sözlə, dilin dayanıqlılığı onun sistemliliyi və strukturluluğuna söykənir.Sistem və struktur terminləri ilk baxışda sanki eyni mənaya malikdirlər, sinonimdirlər. Onlar çox zaman bir-birini əvəz edirlər, bununla belə, heç də həmişə mənaca üst-üstə düşmürlər. Lüğətlərdə göstərilir ki, sistem sözü yunan mənşəli olub “hərfən tərkib hissələrindən ibarət bütöv” deməkdir, struktur sözü isə latın mənşəlidir (struktura) və hərfən quruluş, nizam, düzümə anlamına gəlir (müq. et: struktura verborum “sözlərin düzülüşü”). Sistem sözünun daha çox mənası vardır, onun mənası yalnız bir halda struktur sözünün mənası ilə üst-üstə düşür:qanunauyğun şəkildə düzülən və fəaliyyət göstərən hisssələrin vəhdətindən ibarət quruluş,struktur,nizam.
Dilin sistemi və ya dilin strukturu dedikdə, biz bir daha qeyd edirik ki, dil daxili nizama, hissələrinin vəhdətinə malikdir. Lakin biz sözün strukturu, amma hallanma sistemi deyirik, Deməli, sistemlilik və strukturluluq dili və onun vahidlərini bir bütöv kimi müxtəlif tərəflərdən xarakterizə edir. Dilin sistemi onun tip münasibətlərinə görə kateqoriyalar və yaruslarda birləşmiş vahidlərinin inventarıdır, dilin strukturu vahidlərin yarusları və hissələri arasında münasibətlər yaradır. Deməli, dilin - strukturu dilin sisteminin əlamətlərindən yalnız biridir. Dilin vahidi, dilin kateqoriyası, dilin yanısu, dil münasibətləri anlayışları üst-üstə düşmür, lakin onlar hamısı dilin sistemi anlayışını açmaq üçün mühümdür.

17.Dilin kateqoriyaları
Dilin sistemi onun tip münasibətlərinə görə kateqoriyalar və yaruslarda birləşmiş vahidlərinin inventarıdır, dilin strukturu vahidlərin yarusları və hissələri arasında münasibətlər yaradır. Deməli, dilin strukturu dilin sisteminin əlamətlərindən yalnız biridir. Dilin vahidi, dilin kateqoriyası, dilin yarusu, dil münasibətləri anlayışları üst-üstə düşmür, lakin onlar hamısı dilin sistemi anlayışını açmaq üçün mühümdür.
Dilin vahidləri dilin kateqoriyaları və yarusları üzrə bölünür. Dilin kateqoriyaları dilin eynicinsli vahidlərinin qruplarıdır. Kateqoriyalar ümumi, kateqorial, adətən semantik əlamət əsasında birləşirlər. Azərbaycan dilində hal, zaman, növ, şəkil kimi kateqoriyalar vardır.
Dilin yarusu dilin eynitipli vahidləri və kateqoriyalarının məcmusudur. Əsas yaruslar fonetik, morfolofi, sintaktik və leksik yaruslardır. İstər kateqoriya daxilində vahidlər, istərsə də yarus daxilində kateqoriyalar bir-birilə tip münasibətləri əsasında bağlanmışlar. Dil münasibətləri yaruslar və kateqoriyalar, vahidlər və onların hissələri arasında üzə çıxan qarşılıqlı əlaqələrdir.


Yüklə 116,59 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin