1. Dilçiliyin obyekti, predmeti və vəzifələri


Dillərin diferensiasiyası və inteqrasiyası



Yüklə 116,59 Kb.
səhifə6/64
tarix05.12.2023
ölçüsü116,59 Kb.
#173257
1   2   3   4   5   6   7   8   9   ...   64
dilciliye giris imtahan suallari

9.Dillərin diferensiasiyası və inteqrasiyası
Dillərin ayrılması və dillərin və dialektlərin birləşməsi dilin inkişafının iki əsas prosesidir.Bu prosesləri xüsusi terminlərlə-diferensiaya (divergensiya,ayrılma) və inteqrasiya(integrare -birləşdirmək ,convergere uygunlaşma) terminləri ilə bildirirlər.Bu proseslər bir-birinə ziddir.
Diferensiya zamanı dil daşıyıcılarının ərazi və sosial paylaşması baş verir və bunun nəticəsində qohum dillər və dialektlər yaranır.İnteqrasiya isə,elə tarixi prosesdir ki,bu prosesdə dillərin və dialektlərin birləşməsi baş verir.Diferensiasiyası nəticəsində dillərin sayı çoxalır,inteqrasiya nəticəsində isə azalır.İnteqrasiyanın xüsusi halı kimi dil kontaktlarını göstərmək olar.Bu kontaktlar nəticəsində leksik alınma prosesi baş verir və dillərarası leksik zonalar yaranır.
Diferensiya və inteqrasiya sosial dil prosesləridir ,çünki dillərin ayrılması və yaxınlaşması iqtisadi,hərbi ,siyasi ,mədəni və elmi səbəblərlə izah edilir.Məhz bu amillər ayrı-ayrı dillərin konkret özünəməxsusluğunu izah edir.Dil tarixi tayfa dialektlərinin diferensiasiyası və tayfa ittifaqının ümumi dilinin yaranması ilə başlayıb.Dilin bu vəziyyəti və inkişaf istehsal qüvvələrinin aşağı səviyyəsi ilə,tayfaların say etibarılə az olması ilə ,əhalinin sıxlığının aşağı olması ilə izah edilirdi.


10.Picin və kreol dilləri
Picin(ingilis dilindəki business sözünün təhrif olunmuş formasıdır) dillərin kollektiv şəkildə qədim daşıyıcıları olmayan və mənbə dilin strukturunun ciddi şəkildə sadələşdirilməsi yolu ilə inkişaf edən struktur-funksional tipidir.Belə dillər qarışıq əhali yaşayan ərazidə etnik qruplar arasında ünsiyyət vasitəsi kimi ifadə edilir.Picin dilin təbii tarixi inkişafının nəticəsi deyil,onun müntəzəm və kütləvi etnodil kontaktları şəraitində təkrar dəyişməsinin nəticəsidir,yəni genetik kateqoriya yox,areal-tipoloji kateqoriyadır.Picinlər linqua-franca kimi və ya müəyyən regionlarda,bəzən isə çox geniş ərazilərdə koyne kimi fəaliyyət göstərir.Bəzi hallarda rəsmi dil statusu ala bilir.Struktur cəhətdən picinlərin formalaşması prosesi dilə müxtəlif dərəcədə toxuna bilən picinləşmə adlanır.Picinləşmə hər şeydən əvvəl mənbə dilin mürəkkəb qrammatik modellərinin dağılması və sadələşməsində ,analitizmin inkişaf etməsində təzahür edir.Bu formalar Cənub-Şərqi Asiya,Okeaniyada,Afrikada,Amerikada yayılmışdır.Leksik-qrammatik sistemin xarakterinə görə bir dilə və müəyyən arealın qohum dillərinə əsaslanan picinlər və müxtəlif qohum olmayan dillərin qarşılıqlı əlaqəsi nəticəsində yaranmış picinlər mövcuddur.
Kreol dilləri picinlərin əsasında formalaşmışdır və onıarın daşıyıcılarının onunla oxşar olmayan başqa dilin və ya dillərin daşıyıcıları məhdud kontaktları şəraitində baş verir.Kreol dilləri müvafiq etnosun növbəti nəsilləri üçün ana dili olur.Kreol dilləri Afrika,Amerika,Okeaniyada yayılmışdır.Kreol dillərin əksəriyyətinin qrammatik quruluşu sözdəyişdirici paradiqmatikanın olmaması ilə xarakterizə edilir.Sözlərin çoxu birmorfemlidir.Kökün semantikası öz-özlüyündə sözün sintaktik valentliyini müəyyənləşdirmir.Bütün picinlərdə və kreol dillərinin əksəriyyətində lüğət fondunun 90 faizi mənbə dilin leksik materialı əsasında formalaşmışdır. Kreol dilləri yazısız dillərdir,lakin onların bəziləri üçün beynəlxalq fonetik transkripsiyadan işarələr əlavə edilməklə latın qrafikası əsasında yazı hazırlanmışdır.Kreol dillərinin öyrənilməsi XIX əsrin sonlarından başlamışdır.



Yüklə 116,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin