1. Dilçiliyin obyekti, predmeti və vəzifələri


Beynəlxalq, regional və süni dillər



Yüklə 116,59 Kb.
səhifə7/64
tarix05.12.2023
ölçüsü116,59 Kb.
#173257
1   2   3   4   5   6   7   8   9   10   ...   64
dilciliye giris imtahan suallari

11.Beynəlxalq, regional və süni dillər
Regional dillər - Bir dilin bir neçə xalqı əhatə etdiyi hallarda həmin dilin milli variantları yaranır, həmçinin ədəbi-yazılı dilə çevrilmiş dilin bütün əhalini heç də tam əhatə etməməsi baş verir. Məsələn, meksikalılar xalq kimi ispanlarla yerli hinduların qarışığından yaranmişdır. Dilin rolu o, yazılı-ədəbi formaya malik olduğu zaman daha da artır, çünki o indi yalnız bilavasitə təmas nəticəsində deyil, həm də kitab, radio və televiziya vasitəsilə yayılır. Dilin geniş yayılması onu əlavə funksiyalar yerinə yetirməyə gətirib çıxarır. Beləcə regionlararası ünsiyyət dilləri və ümumdünya miqyaslı dillər yaranır. Onlar vasitəçi dil rolunu oynayır.Çoxmillətli dövlətin iqtisadi, siyasi ve mədəni əlaqələri nəticəsində millətlərarası və regional ünsiyyət dilləri yaranir.
Beynəlxalq dillər-Millətlərarası ümumi ünsiyyət dili və regional dillərlə yanaşı, çoxmillətli ölkələrdə beynəlxalq ünsiyyət dilləri, yəni müxtəlif ölkələrin xalqları arasında rəsmi ünsiyyətin həyata keçirilməsi üçün istifadə olunan dillər mövcuddur. Bele dillər dünya miqyaslı dillər adlanır.XVII-XVIII əsrlərde ispan, fransız və alman dilləri, XX əsrdə ingilis, XX əsrdə isə həmçinin rus dili dünya miqyasında geniş yayılmışdır.Beynalxalq miqyaslı dillər xalqları bir-birinə yaxınlaşdırır, elmin, texnikanın nailiyyətlərinin dünya miqyasında yayılmasına imkan verir.Hal-hazırda ingilis dili geniş yayılmış dildir.
Süni dillər- Heç bir xalqın dilini kölgə altına almadan, dünya xalqlarının böyük əksəriyyətinin başa düşəcəyi bir dil yaratmaq ideyası süni beynəlxalq dillərin yaranmasına gətirib çıxartmışdır.Süni beynəlxalq dilin mövcud dilin (dillərin) sadələşdirilmiş variantı əsasında yaradılmasına Basic English(-British American Scientific International Commercial) nümunə ola bilər. Bu dil sadələşdirilmiş ingilis dilidir, leksikonunda məişət ve ticari məqsədlərlə istifadə olunan 850 söz vardır. Həmin dil 1932-ci ildə C.Orgen tərəfindən yaradılmışdır. Sonralar fransız və alman dillərinin belə sadələşdirilmiş variantları yaradıldı.
Bir neçe Avropa dili əsasında yaradılmış volyapük və esperanto süni dilləri daha geniş yayıldı. Volyapük dili 1880-ci ildə İ.M.Şleyer tərəfindən yaradıldı.Esperanto polyak həkim-poliqlot LM.Zomenhof tərəfindən yaradılmışdır.«Esperanto» sözü onun 1897-ci il ildə çıxmış Lingvo internacia kitabının müəllifi kimi ləqəbindən götürülmüşdür.


Yüklə 116,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin