1. Dilçiliyin obyekti, predmeti və vəzifələri



Yüklə 116,59 Kb.
səhifə22/64
tarix05.12.2023
ölçüsü116,59 Kb.
#173257
1   ...   18   19   20   21   22   23   24   25   ...   64
dilciliye giris imtahan suallari

39.Orfoqrafiya prinsipləri
Orfoqrafiya sözünün hərfi mənası yunanca) düzgün yazıram deməkdir, Orfoqrafiya sözlərin və onların hissələrinin normativ yazılışı üçün nəzərdə tutulmuş qaydalar toplusudur, orfoqrafiya həmçinin sözlərin bitişik, ayrı, yarımbitişik (defislə) yazılışını, sözlərin sətirdən sətrə bədi keçirilməsi və ixtisarı qaydalarını müəyyənləşdirir. Geniş mənada düzgün yazılış qaydaları həm də durğu işarələrinin işlənməsi qaydalarını əhatə edir. Orfoqrafiya və durğu işarələri qaydaları müxtəlif dillərdə bir çox ümumi cəhətlərə malik olur, lakin onların fərqli cəhətləri də vardır. Orfoqrafiyanın əsas hissəsi nitq səslərinin sözlərin və morfemlərin tərkibində hərflərlə verilməsi qaydalarıdır. Bu qaydalar orfoqrafiya prinsiplərinə — fonetik, morfolofi, tarixi, ideoqrafik və alınma sözlər prinsiplərinə əsaslanır. Orfoqrafiyanın əsas prinsipləri fonefik və morfolofi prinsiplər hesab olunur.
Yazının fonetik prinsipi səsin qrafikası və orfoepiyasına istinad edir. Bu — prinsipin mahiyyəti ondan ibarətdir ki, sözlər tələffüz edildiyi kimi yazılır. Fonetik prinsip geniş şəkildə belorus, serb-xorfvat və s. dillərdə istifadə edilir.Azərbaycan orfoqrafiyasında əsasən fonetik prinsip (morfolofi və tarixi-ənənəvi prinsiplə yanaşı) tətbiq edilir.
Orfoqrafiyanın morfolofi prinsipi eyni bir morfemin onun toleffüzündən asılı olmayaraq eyni şəkildə yazılmasını nəzərdə tutur.Rus dilində başqa yazılışların əksəriyyəti dolayısı yolla, sözün dəyişdirilməsi və fonemin əsas variantının müəyyənləşdirilməsi yolu ilə yoxlanır. Morfolofi prinsip prefikslər, suffikslər və flekskiyaların yazılışında daha aydın təzahür edir. Morlemlərin variantlı yazılışları və fonetik baxımdan yoxlana bilməyən morfemlər tarixi baxımdan izah edilə bilər.
Orfoqrafiyanın tarixi-ənənəvi prinsipi ondan ibarətdir ki, sözlərin elə yazılışları saxlanır ki, onlar öz motivliliyini itirmişdir.
Orfoqrafiyanın ideoqrafik (və ya simvolik) prinsipi digər prinsiplərdən onunla fərqlənir ki, o, oxşar yazılışların məna fərqliliklərinə əsaslanır.Alman orfoqrafiyasında bütün isimlər böyük hərflə yazılır, bu, yazıda onları fellər və sifətlərdən ayırır.
Orfoqrafiyada alınma sözlərin yazılışı prinsipi də mövcuddur.Alınma sözlər prinsipi coğrafi adlar və şəxs adlarının yazılışında əhəmiyyətli rol oynayır.


Yüklə 116,59 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin