Yeni TƏLİm texnologiyalari. FƏal və İnteraktiv təLİM Əhatə olunan məsələlər



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə5/11
tarix30.12.2019
ölçüsü1,42 Mb.
#30030
1   2   3   4   5   6   7   8   9   10   11
YENİ TƏLİM TEXNOLOGİYALARI.


 

Anlayışın çıxarılması üsulu 

 

MəqsədYeni anlayışların müstəqil olaraq çıxarılması. 

Hər  hansı  vacib  anlayışın  dərk  edilməsi  müəllimdən  çox  zaman  böyük  zəhmət 

tələb  edir.  Təklif  olunan  üsul  anlayışın  çıxarılması  və  daha  dərindən 

mənimsənilməsini  təmin  edir.  Bu  üsul  oyun-tapmaca  formasında  keçirildikdə 

şagirdlərdə  həmişə  yüksək  fəallıq  yaradır  və  onların  həm  məntiqi,  həm  də  tənqidi 

təfəkkürü fəallaşır. 



Alqoritm: 

Addım  1.  Lövhədə  3  müxtəlif  rəngli  dairəvi  kartoçkalar  asılır.  Müəllim 

gizlənilmiş  anlayışların  altında  onlara  aid  2  və  ya  3  yönəldici  söz  (anlayışların 

xüsusiyyətləri) yazır. 

Müəllim:  “Bu  kartoçkaların  arxa  tərəfində  3  anlayış  yazılıb.  Siz  bu  sözləri 

tapmalısınız. Sizə kömək etmək üçün mən hər bir anlayışa məxsus olan 1 xüsusiyyət 

yazıram.” 

Anlayışlar  müvəqqəti  olaraq  ya  nömrələnir,  ya  da  öyrənilən  anlayış  “bəli”  və 

ona əks olan anlayışı “xeyr” sözləri ilə adlandırılır. 

 

1 variant: 

 

 

2 variant: 



 

 

Addım 2. Şagirdlərdə ilk fərziyyələrin yaranması. 

Müəllim: “Bu xüsusiyyətlərin əsasında siz gizlətdiyim sözləri tapa bilərsinizmi? 

Sizdə hər hansı fərziyyələr yarandımı?” 

Addım  3.  Müəllim  tərəfindən  gizlənilmiş  anlayışlara  aid  yeni  xüsusiyyətlərin 

təqdim edilməsi və şagirdlər tərəfindən onların təsnifatı (anlayışlara aid edilməsi). 

Müəllim şagirdlərin cavablarını dinləyəndən sonra yeni xüsusiyyətləri səsləndirir 

və  xahiş  edir  ki,  şagirdlər  bu  xüsusiyyətləri  öz  fərziyyələrinə  uyğun  olaraq  dairələrin 

(anlayışların) birinə aid etsinlər. 

Addim  4.  Şagirdlərdə  yeni  fərziyyələrin  yaranması.  Müəllim  bu  sözlərin 

düzgün olub-olmamasını qiymətləndirdikdən və şagirdlərin vasitəsi ilə onları lazımi 

dairələrə aid etdikdən sonra yenə bu anlayışların tapılmasını xahiş edir və fərziyyələri 

dinləyir. 



Addım  5.  Şagirdlər  tərəfindən  anlayışa  (fərziyyəyə)  uyğun  olan  yeni 

xüsusiyyətlərin  təklif  edilməsi  və  müəllim  tərəfindən  düzgün  olub-olmamasının 

qiymətləndirilməsi. 

Bəli 




Xeyr 









Müəllim  seçilən  anlayışlara-fərziyyələrə  aid  olan  daha  çox  yeni  xüsusiyyətləri 

təklif etməyi şagirdlərdən xahiş edir. 



Addım 6. Şagirdlər tərəfindən anlayışın çıxarılması və müzakirəsi. Şagirdlər 

öz  xüsusiyyətlərini  dedikdən  sonra  müəllim  bu  tapmacanın  tapılıb-tapılmamasını 

hamıya çatdırır və kartoçkalarda yazılan sözləri açır. 

Addım  7.  Anlayışın  müəllim  tərəfindən  təsdiq  və  ya  daxil  edilməsi,  onun 

tərifinin verilməsi. Müəllim xahiş edir ki, şagirdlər bu anlayışlara daha da geniş tərif 

vermək üçün onlara aid olan yeni xüsusiyyətlər və misallar əlavə etsinlər. 

Şərtlər: 

 

Anlayışlar təxminən, şagirdlərə tanış olmalıdırlar, lakin onların tam tərifi aydın 



olmamalıdır. 

 

Müəllim  tərəfindən  seçilən  xüsusiyyətlər  şagirdlərə  fərziyyələr  irəli  sürməyə 



imkan verməlidir, lakin anlayışı bir başa tapmağa qoymamalıdır. 

 

Bu üsula təxminən 10-15 dəqiqə vaxt ayrılmalıdır. 



 

Üsul bütün siniflə aparılır. 



Vasitələr: Rəngli dairəvi kartoçkalar, anlayışın açıqlaması üçün xüsusiyyətlər. 

Yarana biləcək problemlər: 

 Səs-küy; 

 

Anlayışın çətin olması; 



 

Müzakirənin uzanması. 

 

Kub strategiyası 

 

Kublaşdırma  (Kovan  E.  və  Kovan  C.,  1980)  mövzunun  hərtərəfli  öyrənilməsi 

məqsədilə şagirdləri onu təsvir və müqayisə, əlaqələndirmə, təhlil, tətbiq və mübahisə 

etməyə istiqamətləndirir. 

 

Məqsəd: 

1. Mövzuya müxtəlif cəhətlərdən nəzər salmağın planlaşdırılması; 

2. Məntiqi və tənqidi təfəkkürün inkişafı; 

3. Cisim və ya hadisəyə hərtərəfli baxışın formalaşdırılması; 

4. Qiymətləndirmə bacarığının formalaşdırılması; 

5. Təhlil prosesinin inkişaf etdirilməsi; 

6. Əməkdaşlıq vərdişlərinin formalaşdırılması; 

Bu metod müəllim mövzusunu, situasiyanı və s. tədqiq etmək istədikdə istifadə 

olunur.  Bununla  da  şagirdlər  mürəkkəb  və  inteqrativ  yanaşmalar  üçün  tələb  olunan 

bacarıqları inkişaf etdirmək imkanı əldə edirlər. 



 

Alqoritm: 

1. Kub düzəltmək (kiçik, 15-20sm tili olan, kağızdan hazırlanır) 

2. Kubun  hər  üzünə  verilən  altı  qısa  göstərişdən  birini  yazmaq:  Təsvir  et; 

Müqayisə et; Əlaqələndir; Təhlil et; Tətbiq et; Lehinə yaxud əleyhinə mübahisə et. 

 

 


 

 

 



 

 

 



 

 

 



 

 

3. Müzakirə olunan cisim və ya hadisəni müəyyənləşdirmək



4.  Sinfi  6  qrupa  bölmək  və  tapşırıq  mövzuları  vermək.  Hər  qrup  kubun  1 

göstərişi üzrə iş aparır. 

5. Şagirdləri təlimatlandırmaq (nümunə, hər bir addımın izahı); 

6. Şagirdlər təsvir, müqayisə, əlaqələndirmə, təhlil, tətbiq, mübahisə edir: 

a) Təsvir etmək: rənglər, formalar, ölçülər və s. 

b) Müqayisə etmək: oxşar və fərqli cəhətlər hansılardır? 

c)  Əlaqələndirmə  (assosasiya  yaratmaq):  Bu  sizi  nə  haqda  düşünməyə  vadar 

edir? Nəyi xatırladır? 

d) Təhlil etmək: onun nədən və necə hazırlandığını təsvir et. 

e)  Tətbiq  etmək:  Sən  onunla  nə  edə  bilərsən?  Sən  ondan  necə  istifadə  edə 

bilərsən? 

f)  Onun  lehinə  və  ya  əleyhinə  çıxış  et  və  öz  mövqeyini  dəstəkləmək  üçün 

arqumentlər təqdim et: O yaxşıdır yoxsa pisdir? Niyə? 

7. Təqdimat edirlər; İştirakçılar mövzu haqqında sonradan təqdim edəcəkləri bir-

iki paraqraflıq təqdimata daxil edə biləcəkləri yeni ideyalar axtara bilərlər. İştirakçılar 

yekun paraqraflar ilə bölüşə bilərlər. 

8. Nəticə çıxarırlar, ümumiləşdirmə aparırlar; 

9. Yekun iş lövhədən və ya sinif otağının divarlarından asıla bilər. 



Şərtlər: 

1. Kiçik qruplar və bütün siniflə; 

2. Bilik və bacarığının səviyyəsinin mövcudluğu; 

3. 20-25 dəqiqə (materialdan və yaş səviyyəsindən asılı olaraq); 

4. Ümumiləşdirmə, inteqrativ blok dərs; 

5. Dərsin mərhələləri – tədqiqat mərhələsində; 



Vasitələr: lövhə, markerlər, iş  vərəqləri, kağız, paylayıcı  materiallar, tablolar  – 

anlayışları  açmaq  üçün,  ensiklopediya,  dərslik,  əlavə  ədəbiyyat,  maqnitofon, 

audiokaset, şəkillər, videofilm, qutular; 

Yarana biləcək problem: 

1. 


Vaxt çatışmazlığı; 

2. 


Nəticə çıxarılmasında problemlər; 

3. 


Tam əhatə olunmaması. 

 

 

1.Təsvir 

et 

2.Müqa-


yisə et 

3.Assosi-

asiya yarat 

4.Təhlil et 

5.Tətbiq 

et 


6.Lehinə və 

ya əleyhinə 

çıxış

 

et 



Suallar 

 

Məqsəd: 

Şagirdlərdə idrak fəallığının artırılması və həmçinin təfəkkürün inkişafı üçün bu 

tapşırıqların  böyük  rolu  var.  Biliyin  əldə  edilməsində  və  xüsusən  tədqiqatın 

aparılmasında sualların böyük əhəmiyyəti var. O tədqiqat zamanı tədqiqat işinə təkan 

verən amil kimi çıxış edir. 

Dəqiq  sualı  vermək  və  alınan  məlumatları  tutuşdurmaq  bacarıqları,  məntiqi  və 

tənqidi təfəkkürü formalaşdırır. 

 Sual verməyin keyfiyyətini bilmək üçün aşağıdakı meyarlardan istifadə etmək 

olar: 


1. Sualların sayı; 

2. Məntiqi ardıcıllığı; 

3. Orijinallığı; 

4. Təsviri və ya “dərin” suallar; 

5. Sualın məzmununun əhəmiyyətliliyinin dərəcəsi; 

6. Açıq və qapalı suallar; 



Təlimat:  Bu  tapşırıqları  yerinə  yetirərkən  siz  sualların  təlim  prosesində  olan 

əhəmiyyətini  daha  da  aydın  hiss  edəcək  və  sualların  arasında  olan  fərqi  dərk 

edəcəksiniz, çünki sualların çətinlik dərəcəsi fərqlidir. Hər tapşırığı yerinə yetirəndən 

sonra  sizə  verilən  qiymətləndirmə  meyarları  əsasında  onların  yerinə  yetirilməsinin 

səviyyəsini müəyyənləşdirə bilərsiz. 

 

Tapşırıq 1. Sən nə öyrənmək istərdin

TəlimatHansı suallara sən cavab tapmaq istərdin? 

Qiymətləndirmə meyarları:  1)  Aşağı:  Sualların  az  miqdarı. Suallar  stereotipdir 

(oxşar və təkrarlanan). 

2) Orta: Sualların çox olması. Suallar xüsusiyyətlərə, funksiyalara, növlərə və s. 

görə fərqlənir. Suallar faktoloji xarakter daşıyır: “Nə?”, “Harada?”, “Nə zaman?” 

3)Yüksək: Sualların çox olması. Suallar  əşyalar və hadisələr arasında əlaqələrin 

seçilib ayrılmasına yönəlib. (“Necə?”, “Nəyə görə?”, “Hansı əlaqə var?”) 



Tapşırıq 2. Açar sözlərin köməyi ilə sual ver. 

Təlimat:  “Hansısa  bir  əşya  və  ya  hadisə  seç  və  bu  əşya  və  ya  hadisə  haqqında 

hansısa yeni bir şey öyrənmək üçün açarların köməyi ilə sual ver”. 



 

Tapşırıq 3. Şəkil üzrə sualları ver. 

Təlimat: “şəkilə bax və bu şəkil üzrə hekayə qurmaq üçün sualları ver”. 

Qiymətləndirmə meyarları: 1) Suallar xaotik xarakter daşıyır. 

2) Suallar şəklin əsas anlarını qeyd edir. 



 

Tapşırıq 4. Sualları başqa cür ifadə et. 

Təlimat“İlkin sualı necə dəyişdirmək olar?” 

Məsələn: Siz yağışa necə yanaşırsınız? 



Qiymətləndirmə meyarları: 1) Tapşırığın mənasını başa düşmür. 

2)“Yağış yağanda Sizdə hansı hisslər oyanır?, 



“Yağış zamanı Siz özünüzü necə hiss edirsiniz?” kimi suallar verir. 

 

Tapşırıq 5. Sualların yaradıcı şəkildə dəyişdirilməsi. 

Təlimat: “Qapalı” sualı “açıq” suala çevir. 

 

Tapşırıq 6. Tədqiqata yönələn suallar: “Bu nədir?” 

Təlimat: “Fotoşəklə baxın. Bunun nə olmasını başa düşmək üçün suallar verin. 

Daha çox müxtəlif suallar verməyə çalışın”. 



Qiymətləndirmə meyarları1) “Bu nədir?”, “Harada?”, “Nə zaman?”, “Haraya 

Haradan?”,  “Necə?”,  “Nəyə  görə?”  suallar  sistemsiz,  xaotik  şəkildə  və  ya  əşyada 

olmayan  əlamətlərini  (xüsusiyyətlərini)  qeyd  edir;  2)“Bu  nədir?”,”Necədir?”, 

“Harada?”, “Nə zaman?”,“Haraya?”,Haradan?”,“Necə?”,”Niyə?”, “Nəyə görə?” sual-

lar  sxemi  üzrə  verilir  və  həmçinin  əşyaların  əlamətlərini  qeyd  edir;  3)  Suallar 

tədqiqatı və ümumiləşdirilmiş xarakter daşıyır, açar sözlərlə bağlıdırlar. 



Məsələn: 

 

Hansı növ hadisələrə aiddir? 



 

Hansı xüsusiyyətlərə malikdir? 

 

Hansı məna daşıyır? 



 Harada istifadə olunur? 

 Necə dəyişir? 

 Nəyə görə dəyişir? 

 Nəyə təsir göstərir? 

 

Başqa hadisələrlə necə bağlıdır? 



 

Tapşırıq 7. Problemi ifadə et. 

Təlimat: “İnsanda təbiətlə bağlı yaranan bir neçə problemi adlandır”. 

Qiymətləndirmə  meyarları:  1)  Problemlərin  miqdarı  çox  deyil,  standart 

məzmunludur.  2)  Standart  olmayan,  orijinal  problemlərin  daxil  edilməsi  ilə  onların 

miqdarı çox və müxtəlifdir. 

 

Tapşırıq 8. Sərbəst mövzuya yönələn sualların verilməsi 

Təlimat:  “Açarları  və  mövzunu  sərbəst  seçərək  “açar  sözlər”  dən  istifadə  edib 

sual qur” 



Qiymətləndirmə meyarları: 

1)  Mövzu  ilə  əlaqədar  açarların  xaotik  istifadə  olunması.  Mövzunun  həm 

məlum, həm də naməlum aspektlərini əks etdirir. 

2)  Mövzunun  əhəmiyyətli  aspektlərini  əks  etdirən  sualların  sistem  şəklində 

verilməsi. 

 

Modelləşdirmə 



 

Modelləşdirmə  –  ciddi  problem  qoyan  hər  hansı  bir  mücərrəd  və  ya  uydurma 

hadisənin  canlandırılması  və  bunun  vasitəsilə  problemin  həllidir.  Bu  hadisə  çox 

zaman  real  həyatda  baş  verən  hadisənin  sadələşdirilmiş  lakin  canlı  nümunəsi  olur. 


Problemi həll etmək üçün iştirakçılar həyatda və bu hadisədə rast gəldikləri müəyyən 

rolları  ifa  edirlər.  Lakin  rolların  ifası  tam  sərbəstdir  və  onun  nəticəsində  alınan 

problemin həllini heç kəs əvvəlcədən proqnozlaşdıra bilmir. Nəticələr rolun ifasından 

asılıdır.  Modelləşdirmə  zamanı  şagirdlərə  bu  rolun  ifasında  öz  nöqteyi-nəzərindən 

çıxış etməyə icazə verilir. 

Məqsəd: 

1. Yaradıcı  qabiliyyətləri  və  təxəyyülü  inkişaf  etdirmək  üçün  şagirdləri  zəruri 

əsaslarla təchiz etmək; 

2. Cütlük şəklində öz baxışlarını və dəyərlərini müzakirə etmək üçün şagirdlərə 

sərbəst diskussiya təklif etmək

3. Şagirdləri  problemi  tapmağa  və  onu  real  həyatı  modelləşdirən  şəraitdə  həll 

etməyə həvəsləndirmək; 

4. Şagirdlərə təhlil aparmaq və alternativ hərəkətləri qiymətləndirmək bacarığını 

aşılamaq; 

5. Şagirdləri ictimai və ya qrup fəaliyyətinin tərkib hissəsi olan qərarların qəbul 

edilməsi prosesinə cəlb etmək; 

6. Məşğələ  ərzində  qəbul  edilmiş  qərarlara  yenidən  baxmaq  və  təhlil  etmək, 

habelə uydurma situasiyanı gerçək vəziyyətlə müqayisə etmək üçün şagirdlərə imkan 

yaratmaq. 

Modelləşdirməni  əyləncəli  və  maraqlı  edən  onun  qeyri  müəyyənliyi, 

məchulluğudur,  çünki  ən  yaxşı  halda  da  nəticələri  qabaqcadan  yalnız  qismən 

müəyyən etmək olur. Məhz bu bilinməzlik əsl həyata daha çox oxşayır, onu daha çox 

xatırladır  ki,  bu  da  nəticələri  qəti  müəyyən  edilmiş  tamaşalar  və  ya  oyunlarla 

müqayisədə modelləşdirmənin xeyrinə çox əsaslı dəlil ola bilər. 

Alqoritm:  1.  Şagirdlər  qarşısında  ciddi  dilemma  və  problem  qoyulur.  Onlara 

təklif  olunur  ki,  bu  problemi  təklif  edilmiş  şəraitdə  -  sinif  yoldaşları  ilə  birlikdə 

həyatda rast gəlinən müəyyən rolları oynamaqla həll etsinlər. 

2.  Hadisə  bölünmüş  rollar  vasitəsilə  inkişaf  etdirilir.  Beləliklə,  sinif  bir  növ 

miniatür  və  ciddi  tamaşaya  çevrilir.  Modelləşdirmədə  müəyyən  mənada  oyunun  və 

tamaşanın  bir  çox  cəhətləri  müşahidə  olunur.  Lakin  oyundan  və  həqiqi  tamaşadan 

fərqli  olaraq, modelləşdirmənin  maraqlı  cəhəti qeyri  müəyyənlik faizinin  yüksək ol-

masıdır.  Modelləşdirmə  bu  mənada  sərbəstdir,  belə  ki,  heç  kəs  əsl  həqiqətdə  son 

nəticəni görə bilmir, heç kəs deyə bilməz ki, əhvalat nə ilə bitəcək, çünki son nəticə 

əsasən rolların necə oynanılacağından asılı olur. Modelləşdirmə yalnız eskizi, rolun 

qısa  təsvirini  təklif  edir,  rolun  ifaçısı  bu  müxtəsər  məlumata  əsaslanaraq,  öz  həyat 

duyumunu yaratmalı, öz nöqteyi-nəzərini inkişaf etdirməlidir. 

3. Alınan tamaşanın müzakirəsi. 

4. Nəticələrin çıxarılması və problemin həlli yollarının ümumiləşdirilməsi. 



Şərtlər: 

 

Mübahisə və diskussiyalar üçün mövzunu özündə daşıyan əhvalat seçilməlidir; 



 Modelləşdirmə gerçək həyatı əks etdirən problem üzərində cəmlənməlidir; 

 

Mövzunu seçdikdən sonra bir neçə problemi müəyyənləşdirmək lazımdır, əks 



halda oyun maraqlı olmaması səbəbindən öz mənasını itirər; 

 

Oyun  onun  yerli  şəraitə  uyğunlaşdırılması,  rolların  artırılması  və  ya  ixtisar 



edilməsi, problemin əvəzlənməsi yolu ilə dəyişdirilə bilər. 

Vasitələr:  Əvvəlcədən  hazırlanmış  hadisələrin  misalları.  Bu  cür  əhvalat, 

nümunələri cari reportajlarda və digər mənbələrdə tapmaq olar. 



Yarana biləcək problemlər: 

 

Şagirdlər modelləşdirməyə başlayarkən, inanırlar ki, konkret məqsədə nail ola 



biləcəklər,  lakin  çox  vaxt  başları  oyuna  qarışdığından  ilkin  məqsədi  unudur, 

qarşılarına yeni məqsədlər qoyurlar. 

 

Rolların zəif oynanılacağı ehtimalı. 



 

Auksion 

 

Məqsəd: 

1. Cisim və hadisələrin xüsusiyyətlərini öyrənmək; 

2. Bilik və anlamanı müəyyənləşdirmək; 

3. Bilikləri aktuallaşdırmaq; 

4. Təhsil proseslərini inkişaf etdirmək

5. Qiymətləndirmə prosesini inkişaf etdirmək; 

6. Dinləmə  mədəniyyətini  inkişaf  etdirmək.  (şagirdlərin  keçmiş  biliklərinin 

müəyyənləşdirilməsi, qaydaları izah etmək). 



Alqoritm: 

1. Müəllim öyrənilən cisim və ya hadisəni müəyyən edir; 

2. Şagirdləri auksionun keçirilmə qaydaları haqqında təlimatlandırır: 

 

Öyrənilən cisim və ya hadisənin xüsusiyyətlərini ardıcıl şəkildə adlandırmaq 



 

Hamı  növbə  ilə  cisim  və  ya  hadisə  haqqında  fikir  söyləyir,  hər  bir  fikirdən 

sonra 2 sayılır. Bu zaman başqa iştirakçı təklif verə bilər. 

 Sonda sonuncu təklif qalib sayılır (Axırıncı cavabı verən udur) 

 Fikirlər bir-birini təkrarlamamalıdır. Bunun üçün hamı bir-birini dinləyir. 

Misal: 

M: Lampanın xüsusiyyətlərini adlandırın! 

Ş.:- İşıq saçır! 

- Şüşə və metaldan düzəldilib! 

- Üstünə vursan, səslənir! 

- Formasına görə armuda oxşayır. 

- Şəffafdır. 

M.: Şəffafdır-bir, Şəffafdır-iki, və s. 

Ş.: - Sınır 

M.: Sınır-bir, sınır-iki, və s. 



Şərtlər: 

1. İş forması-böyük qrupla; 

2. Auditoriyanın bilik səviyyəsi –cisim və ya hadisə haqqında məlumatlıdır; 

3. Vaxt - 5-7 dəqiqə; 

4. Dərs tipi - ümumiləşdirici, yeni bilik verən; 

5. Dərs mərhələsi - motivasiya, nəticələrin çıxarılması; 



Vasitələr: qonq, hədiyyə (müvafiqdirsə, əşyanın özü); 

Yarana biləcək problemlər: 

1. Səs-küy, 

2. Mövzudan yayınmaq və yayındırmaq, 

3. Vaxtın uzanması, 

4. Təkrarlanma. 



 

                  Müzakirə xəritələri 

 

Məqsəd: 

Bu  metoddan  daha  çox  humanitar  fənlərdə  istifadə  edilir.  Müzakirə  xəritəsi 

debat  üçün  hazırlıq  rolunu  oynaya  bilər.  Arqumentin  təhlili  şagirdlərə  müzakirə 

olunan məsələ barəsindəki mövqeləri haqqında düşünmək imkanı verir. 



 

Alqoritm: 

1.  Mövzunu  müəyyənləşdirmək;  Mövzu  ziddiyyətli  yanaşmalardan  istifadə 

etməyə imkan verməlidir. 

2.  Mövzuya dair problemin üzə çıxarılması, ziddiyyətli sualın qoyulması; 

3.  Mövqelərin müəyyənləşdirilməsi (fərdi); 

4.  Mövqelərin  təsdiqi  (mənbələrlə  iş,  arqumentlərin,  fakt  və  sübutların 

tapılması); 

5.  Şagirdlər arqumentləri müəyyənləşdirirlər. Lehinə və əleyhinə arqumentlərin 

siyahılaşdırırlar; 

6.  Uyğun  mövqelərin  cütlükdə  birləşdirilməsi,  arqumentlərin  təhlili,  oxşar  və 

fərqlərin  üzə  çıxarılması.  Şagirdlər  cüt-cüt  işləyərək  iki  ən  uzun  lehinə  və  əlehinə 

siyahısı tərtib edir. 

7.  Hər bir cüt başqa cütlə birləşərək siyahıdakı bəndləri bir-birinə əlavə edirlər. 

8.  Sinif  bu  arqumentlər  barəsində  düşünür  və  lehinə,  yaxud  da  əlehinə  qərar 

qəbul edir. 

9.  Bir 


mövqelərin 

(cütlərin) 

qruplarda 

birləşməsi, 

arqumentlərin 

dəqiqləşdirilməsi. 

10. 

Problemə dair mövqelərin dinlənilməsi (siniflər); 



11. 

Müzakirənin aparılması (siniflə). Arqumentlərin təhlili; 

12. 

Qərarın qəbul edilməsi; 



13. 

Ümumiləşdirmə; 



Şərtlər: 

1. İş forması: cütlərlə və bütün siniflə; 

2. Auditoriyanın səviyyəsi: 

o Bilik dairəsi; 

o Mənbələrlə işləmək bacarığı; 

Müzakirə, dinləmə bacarığı; 



o Tədqiqat aparmaq bacarığı; 

3. Problemin düzgün qoyulması; 

4. Problemin aktuallığı; 

5. Şagirdlərin cəlb olunması; 

6. Problemin həll oluna bilən olması; 

7. Şagirdlərin mövqeləri qısa, konkret, məntiqi çatdıra bilməsi. 



Vasitələr: kağız, marker, məlumat mənbəyi. 

Yarana biləcək problemlər: 

Ünsiyyət ilə bağlı problemlər (bir-birini dinləməmək, şəxsi rəqabətin işə təsiri 



və s.) 

Müzakirənin uzanması, 



Artıq səs-küy, aqressivlik, 

Tolerantlılığın olmaması, 



Şagirdlərdə mövzu ilə bağlı məlumatın azlığı, 

Düzgün nəticənin çıxarılması çətinliyi. 



 

Digər variant:  

 

Debatla müşayiət olunan müzakirə xəritəsi 

 

Məqsəd:  Güman  edilən  aspektlər  barəsində  mübahisə  etməklə  mövzuya  daha 

dərindən yanaşma. 



Alqoritm: 

1. Müzakirə  mövzusu  barəsində  qərarın  qəbul  edilməsi.  Müəllim-təlimatçı 

arqument dəstəyi tələb edən “bəli” və ya “xeyr”  sözlərindən faydalanır. 

2. İştirakçılar arqumenti müəyyənləşdirirlər: 

a. Hər bir şagird( iştirakçı) lehinə və əlehinə arqumentlər siyahısı tərtib edir, 

b. Şagirdlər cüt-cüt işləyərək iki ən uzun lehinə və əlehinə siyahı tərtib edir. 

3. Şagirdlər lehinə və ya əlehinə cavab seçirlər. 

4. Təlimatçı sinfi iki əks qrupa bölür: 

a. Bir  qrupdakı  şagirdlər  arqumentləri  nəzərdən  keçirir  və  nəticəyə  gətirib 

çıxaracaq qərar verir. 

b. Qərarsız şagirdlər digər qrupu təşkil edir. 

5. Şagirdlər müzakirə olunan mövzu barəsində mübahisə edirlər: 

o Bir qrup dəstəkləyici arqument verərək öz mövqeyini bildirir. Digər qrup əks-

arqumenti irəli sürür; 

o Digər qrup da bunu etməyə dəvət olunur; 

Mübahisə  aşağıdakı  təlimatlara  əsasən  arqument  və  əks-arqumentləri 



dəyişərək davam edə bilər: 

o Hər qrup oponentlərin fikrinə diqqətlə yanaşmalıdır; 

İştirakçı əks tərəfin arqumenti ilə inandırılırsa, o, istənilən vaxt qrupu dəyişə 



bilər; 

Qrup üzvləri ən çox inandırıcı arqumentləri qeyd etməlidirlər. 



Şərtlər: 

1. İş forması: cütlərdə və ya qruplarda. 

2. Şagirdlərin optimal sayı 20 

3. Fəaliyyət  zamanı  iştirakçılar  öz  rollarına  uyğun  olaraq  onların  aşağıdakı 

vəzifələrini bilməlidirlər: 

a) APARICI: 

Mövzunu təklif edir və ya mövzunun seçilməsinə nəzarət edir. 



Qrupların təşkil olunmasına nəzarət edir. 



İştirakçılarla  birgə  mübahisənin  qaydalarını  müəyyənləşdirir  və  ya  sadəcə 

olaraq şagirdləri mövcud qaydalardan xəbərdar edir. 

Mübahisələrəd iştirak edir və lazım gəldikdə müdaxilə edir. 



Şagirdlərin əldə etdiyi nəticə və ya həlli yollarını birləşdirir. 

b) ŞAGİRD: 

 Lehinə və əleyhinə arqumentləri müəyyənləşdirir. 

 Qruplardan birinə qoşulur. 

 

Müzakirənin hər bir səviyyəsində fəal iştirak edir. 



 

Əməkdaşlıq edir və ünsiyyət saxlayır. 



Vəsaitlər: kağız, marker, məlumat mənbəyi. 

Yrana biləcək problemlər: bax müzakirə xəritələrinə. 

Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin