Yeni TƏLİm texnologiyalari. FƏal və İnteraktiv təLİM Əhatə olunan məsələlər


Qruplarda işin qiymətləndirilməsi



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə10/11
tarix30.12.2019
ölçüsü1,42 Mb.
#30030
1   2   3   4   5   6   7   8   9   10   11
YENİ TƏLİM TEXNOLOGİYALARI.


 

Qruplarda işin qiymətləndirilməsi. 

Qrupun işində şagirdlərin fəallığının qiymətləndirilməsi meyarları: 

1. Şagird tapşırığın məqsədləri üzərində diqqətini cəmləşdirirmi? 

2. O, qrupun digər üzvləri ilə qarşılıqlı əlaqədə çalışırmı? 

3. Başqalarına mane olmadan işləyirmi? 

4. O, qrupun bütün üzvləri ilə nəzakətlə rəftar edirmi? 

5. Şagird tapşırığın yerinə yetirilməsinə nə kimi töhfə verir? 

6. Qrup halında işin yaxşılaşdırılması yollarını tapmağa kömək edirmi? 



 

9.Fənn kurrikulumları əsasında gündəlik planlaşdırma 

1.  Dərsin  gözlənilən  nəticələrini  müəyyən  etmək  (alt-standart  əsasında  dərsin 

təlim nəticələrini müəyyənləşdirmək); 

2.  Dərsin sonunda şagirdlərin hansı nəticələrə (ümumiləşdirmələrə) gələcəklərini 

müəyyənləşdirmək; 

3.  Dərsin  motivasiyasını  hazırlamaq  (problem  situasiyasının  yaradılması, 



motivasiya növünün seçilməsi, tədqiqat sualının düzgün qoyulması); 

4.  Tədqiqat  zamanı  yeni  biliyi  toplamaq  üçün  istifadə  olunan  bilik  mənbələrini 

müəyyənləşdirmək; 

5.  Müəyyən  edilmiş  gözlənilən  nəticələrə  gətirə  biləcək  tədqiqat  tapşırıqlarını 

hazırlamaq; 

6.  Tədqiqat metodlarını müəyyənləşdirmək; 

7.  Lazımi materialları və iş vərəqlərini hazırlamaq, tədqiqatın təqdimat formasını 

müəyyənləşdirmək; 

8.  Müzakirə zamanı istifadə olunan yönəldici sualları ifadə etmək; 

9.  Məlumatın sistemləşdirilməsi (sxem, düstur, qrafik, cədvəl, layihə və s.); 

10.  Güman  edilən  yeni  nəticələri  nəzərə  alaraq  əlavə  məlumat,  tapşırıqlar 

hazırlamaq; 

11.  Dərsin hər mərhələsi üçün vaxtı müəyyən etmək; 

12.  Dərsin yaradıcı tətbiqetmə mərhələsi üçün tapşırıqlar hazırlamaq; 



13.  Qiymətləndirmə formasını (üsulunu) seçmək, meyarları müəyyənləşdirmək; 

14.  Müəllim  və  şagirdlərin  tələbatlarına  əsaslanan  refleksiyanın  gedişatını 

müəyyənləşdirmək; 

15.  Dərsdə istifadə olunacaq texniki vasitələri müəyyənləşdirmək; 

16.  Dərsdə istifadə olunacaq dəftərxana ləvazimatlarını hazırlamaq.  

 

Dərsin planlaşdırılması üçün texnoloji xəritə 

                                                                                                   

Standartlar 

Mövzu  İnteqrasiya  Texnikalar  İş forması 

Resurslar 

Təlim nəticələri 

 

 



 

 

 



1. Motivasiya 

Tədqiqat üsulu 

 

 

 



 

 

2. Tədqiqatın 



aparılması 

 

 



 

 

 



3. Məlumat 

mübadiləsi 

 

 

 



 

 

4. Məlumatın 



müzakirəsi və təşkili 

 

 



 

 

 



5. Nəticə  

 

 



 

 

 



6. Yaradıcı 

tətbiqetmə (dərsdə, 

evdə) 

 

 



 

 

 



7. Qiymətləndirmə 

(meyarları, üsulları, 

vasitələri) və 

Refleksiya  

 

 

 



 

 

 



Fəal dərsin planı (sxematik) 

Mövzu: (mövzunun adı yazılır). 

Standart: (alt standart və ya alt standartlar qeyd olunur). 

Məqsəd: (məqsədlər aydın və qısa şəkildə sıralanaraq yazılır) 

1.  ---------------------- 

2.  ---------------------- 

3.  ---------------------- 



İş  forması:  (məsələn,  cütlərlə,  kiçik  və  ya  böyük  qrumlarla,  frontal  və  s. 

yazılır). 

İş üsulu: (məsələn, müzakirə, anlayışın çıxarılması). 

Resurslar: (məsələn, müxtəlif şəkillər, dərslik, hesablama, ölçmə alətləri və s.). 

Dərsin gedişi 

I mərhələ (Motivasiya, problemin qoyuluşu

Yardımçı suallar: 

1.  -------------------------- 

2.  -------------------------- 

Tədqiqat sualları: 

1.  ------------------------------ 

II mərhələ: (Tədqiqatın aparılması

İş vərəqi 1. ----------------------- 

İş vərəqi 2. ----------------------- 

İş vərəqi 3. ----------------------- 

İş vərəqi 4. ----------------------- 

III mərhələ: (informasiya mübadiləsi). 

IV mərhələ: (informasiyanın müzakirəsi

Müzakirə sualları

1.  --------------------- 

2.  --------------------- 

3.  --------------------- 



V mərhələ(nəticə və ümumiləşdirmə). 

VI mərhələ(yaradıcı tətbiqetmə). 

VII mərhələ: (qiymətləndirmə və ya refleksiya). 

Qeyd:  

  Dərsin  planlaşdırılması  üçün  onun  bütün  komponentlərinin  bir-biri  ilə 

uzlaşdırılması vacibdir; 

Dərsin təlim nəticələri tapşırıqlarla bilavasitə əlaqəli olmalıdır. Ümumiləşdirmələrə 

əsasən dərsin tədqiqat sualı tərtib olunur. Bütün bunlar dərsin tamlığını və 


sistemliliyini (dərsin əvvəlinin və sonunun sıx əlaqəsi) təmin edir, təlim nəticələrinə 

nail olunmasına xidmət edir                                                                   



 

 

 

                                    10 . İstedadlı uşaqların təlimi  

 

       İstedad anlayışının interpretasiyası. Elmi mənbələrdə göstərilir ki, son zamanlar  

istedadın  mənşəyini  bir  neçə  səciyyəvi  xüsusiyyətlərin  uzlaşmasında,  kəsişməsində 

axtarırlar  .  Renzullinin  üç  halqalı  modeli  buna  nümunə  ola    bilər  :  güclənmiş 

motivasiya  (fəaliyyətə  aludə  olmaq);    orta  səviyyədən  yüksək  intellekt;  yaradıcılıq  . 

V.Ştern  əqli  istedada  belə  bir  tərifin  verilməsini  məqbul  sayıb:”Əqli  istedad-şüurlu 

surətdə  öz  təfəkkürünü  yeni  tələblərə  yönəltmək,  yeni  məsələlərə  və  yeni  tələblərə 

uyğunlaşmaq kimi ümumi əqli qabiliyyətdir”.  

       İstedadlılar  bacarıq və qabiliyyətləri  özünəməösusluğu ilə fərqlənir. Bu qbildən 

olanlar  böyük həcmli informasiyaya, zəngin söz ehtiyatına malik olur, örtülü  əlaqə 

və  asılılıqları  tapır,  səbəb-nəticə  əlaqələri  qurur,  nəticə  çıxara  bilir,  informasiyaları 

inteqrasiya  və  sintez  edir,  mürəkkəb  ideyaları  anlayır,  incə  fərqləri  görə  bilir, 

ziddiyyətlərə həssaslıq göstərir, informasiya axtarışının alternativ  yollarından istifadə 

edir, prosesi, eləcə də onun nəticəsini qiymətləndirir , hipotez qura bilir, mühakiməsi 

ilə seçilir. Onların riskləri mənalıdır, divergent təfəkkürü vardır, təfəkkürü sürəkli və 

çevikdir,  zəngin  təxəyyülə  malikdir,  orjinal  ideyaları    vardır,  birmənalı  olmayanları 

qavramaq  keyfiyyəti  vardır,  intuisiyası  heyrətamizdir,  estetik  dəyərləri  diqqəti  cəlb 

edir.İstedadlı  uşaqlar    emosional  sahənin  xüsusiyyətləri    ilə  də  seçilirlər:  tapşırığın 

yerinə  yetirilməsində  təkidlidirlər,  daxili  motivasiyaya  malikdirlər,  mənəvi 

problemlərin  analizinə  həssas  yanaşırlar,  kinayəsiz,  istehzasız  yumor  hissinə 

malikdirlər, davranışda və təfəkkürdə müstəqildirlər, sağlam rəqabəti qəbul edirlər. 

        Etiraf  olunur  ki,  istedadın  birmənalı  tərifini    hələlik  vermək  mümkün 

olmamışdır.  Professor  Ə.Əlizadə  yazır  ki,  psixologiyada  istedad  anlamının 

özünəməxsus  inkişaf  tarixçəsi  var.  Vaxtilə  istedad  dedikdə  ,  qabiliyyətlərin  inkişafı 

üçün zəruri olan anatomik-fizioloji imkanları nəzərdə tuturdular. Bu anlam tədricən 

köklü  surətdə  dəyişildi:  istedad  fəaliyyətin  səmərəli  icrası  üçün  şərt  olan 

qabiliyyətlərin özünəməxsus kompleksi kimi başa düşüldü . 

       ”Psixologiya”  lüğətində    “istedad”  anlayışı  ilə  bağlı  göstərilir:  istedad-  insan  

psixikasının bütün həyat boyu inkişaf edən sistemlilik  keyfiyyəti olub, onun bir və ya 

bir  neçə    sahədə  digər  insanlara    nisbətən  kifayət  qədər  yüksək  nailiyyətlərini 

şərtləndirir;  istedad-  uğurlu  fəaliyyəti  şərtləndirən  qabiliyyətlərin  keyfiyyətli 

uzlaşmasıdır;  istedad-insanın  fəaliyyət  imkanlarının  genişliyini,  səviyyəsini  və 

özünəməxsusluğunu şərtləndirən qabiliyyətlərin ümumiləşməsidir; istedad- talantlılıq 

və  fəaliyyətdə  görkəmli  nailiyyətlər  əldə  edilməsi  üçün  daxili  imkanlardır;  istedad- 

adidə qeyri-adiliyi  görmək, bir və  ya  bir neçə  fəaliyyət    sahəsində  yüksək bacarığın 

və əksər hallarda qabiliyyətinin nümayiş etdirilməsidir. 

       ”İstedad  təzahürünün  əsas  anlayışlarının  müəyyənləşdirilməsində  qabiliyyət 

anlayışına istinad edilməsi səmərəli və məqsədəuyğundur “(B.M.Teplov) . 



        Qabiliyyətlər şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləri olub müəyyən fəaliyyətin 

müvəffəqiyyətli icrasının şərtini təşkil edir və onun üçün zəruri olan bilik, bacarıq və 

vərdişlərə  yiyələnmə  dinamikasındakı  fərqlərdə  ifadə  olunur  .  Qabiliyyətlər  bilik, 

bacarıq  və  vərdişlərlə  qarşılıqlı  əlaqədədir,  lakin  onları  eyniləşdirmək  olmaz.  Əgər 

müəllim  hərtərəfli  yoxlama  aparmadan  uşağın  ancaq  müəyyən  bilik,  bacarıq  və 

vərdişlər sisteminə malik olub-olmamasına görə onun qabiliyyətli və ya qabiliyyətsiz 

olması  haqqında  nəticə  çıxarırsa,  elmi  cəhətdən  kobud,  praktik  cəhətdən  zərərli 

addım atır. 

      Danılmazdır  ki,  bilik,  bacarıq  və  vərdişlər  qabiliyyətlərin  inkişafı  üçün  zəruri 

şərtlərdən  biridir.  Bilik  uşaqların  zehni  qabiliyyətlərinin,  yaradıcı-dialektik 

təfəkkürünün,  idrak  motivlərinin,  psixi  proseslərinin  inkişafına  kömək  edir  . 

Uşaqların  qabiliyyətlərini  inkişaf  etdirmək  üçün  onların  müvafiq  bilik,  bacarıq  və 

vərdişlərə  yiyələnməsinə  ardıcıl  surətdə  fikir  verilməlidir.  Biliyin  yaradıcı  sıciyyə 

daşıması  üçün  onun  elə  bil  ki,  yenidən  kəşf  olunması-özününküləşdirilməsi 

lazımdır.Bilik  hafizə  faktından  fikir  faktına,  canlı  düşüncə  prosesinin  bir  ünsürünə 

çevrildikdə, o özü də canlanır və sonrakı nəzəri və əməli fəaliyyət üçün təməl olur . 

Qabiliyyətlər  bilavasitə  bilik,  bacarıq  və  vərdişlərdə  deyil,  onların  qazanılma 

dinamikasında, yəni bütün başqa şərtlər eyni olduqda, bu fəaliyyət üçün zəruri olan 

bilik,  bacarıq  və  vərdişlərə  yiyələnmə  prosesinin  nə  qədər  tez  ,  dərin,  asan  və 

möhkəm icra olunmasında təzahür edir. 

           B.M.Teplov qeyd edir ki, qabiliyyət anlayışı  həmişə özündə üç əlaməti ehtiva 

edir:  qabiliyyət  dedikdə  bir  insanı  digərindən  fərqləndirən  fərdi  psixoloji 

xüsusiyyətlər nəzərdə tutulur; qabiliyyət dedikdə insanın istənilən fərdi xüsusiyyətləri 

deyil, yalnız hər hansı bir məsələnin uğurlu həllini şərtləndirən keyfiyyətləri nəzərdə 

tutulur;  qabiliyyət  anlayışı  yalnız  insanın  əldə  etmiş  olduğu  bilik,  bacarıq  və 

vərdişlərlə məhdudlaşmır .    

       Qabiliyyət  və  istedad  insan    fəaliyyətinin  özü  kimi  ictimai-tarixi  xarakter 

daşıyır.Qabiliyyət  və  istedad  əmək  fəaliyyətinin  konkret  ,  tarixən  inkişaf  edən 

formalarından təcrid olunmuş  şəkildə izah edilə bilməz.Onlar konkret tarixi dövrdə 

fəaliyyətin  ictimai    cəhətdən  əhəmiyyətli  olan  hansı  növlərinin  təşəkkül  etməsindən 

və  “fəaliyyətin  müvəffəqiyyətli  icrası”  dedikdə  hansı  meyarın  başa  düşülməsindən 

tamamilə  asılıdır.Bu  meyardan  asılı  olaraq  hər  hansı  bir  ictimai  quruluşda  istedadın 

bu və ya digər xüsusi növü haqqındakı anlayışın da  məzmunu əhəmiyyətli dərəcədə 

dəyişilir.Məsələn,  “musiqi  qabiliyyətləri”  və  ya  “musiqi  istedadı”  anlayışı    bir  səsli 

mahnıdan başqa digər musiqi bilməyən xalqlardan fərqli olaraq müasir adamlar üçün  

başqa məzmuna malikdir .  

         C.Gilfordun intellektin strukturu modeli zəminində istedad anlamının məzmunu 

daha  da  dəqiqləşdirilmişdir.Müasir  təsəvvürlərə  görə,istedad  anlamını  koqnitiv 

qabiliyyətlərə  aid  edirlər, inkişafın bütün digər tərəflərini  isə talant termini  ilə təhlil 

edirlər. Lakin bununla bahəm qeyd etmək lazımdır ki, intellektin inkişafı prosesində 

bütün  psixi  funksiyalar  qarşılıqlı  əlaqədədir.Klarkın  fikrincə,  istedadlı  adam  öz 

imkanlarını tam şəkildə yalnız qavrayış, təfəkkür, emosiyalar və başqa funksiyaların 

inteqrasiyası vasitəsilə reallaşdıra bilər. M.Karne bu fikirləri açıqlayaraq göstərir ki, 

Klarkın mövqeyi Yunqun ideyalarına əsaslanır.    



         İnsanın   istedadı  onun fəaliyyəti  ilə üzə  çıxır.Fəaliyyət  növləri və onları  təmin 

edən  psixika  sahələri  kriteriyasına  görə,  istedadın  növlərinin  ayırd  edilməsi  əsas 

fəaliyyət  sahələri  çərçivəsində  müvafiq  psixi  sahələr  və  psixi  səviyyələrin  iştirak 

dərəcəsi  nəzərə  alınmaqla  aparılır.Sözügedən  aspektdən  istedadın  aşağıdakı  növləri 

fərqləndirilə  bilər:  praktik  fəaliyyətdə  peşələr  üzrə,  idman  sahəsində,  təşkilati  və  s. 

fəaliyyətlərdə  istedad;    idraki  fəaliyyətdə  məzmundan  asılı  olaraq  müxtəlif  növ 

intellektual istedad             ( dəqiq elmlərdə, təbiət elmlərində, intellektual oyunlarda 

və s.); bədii-estetik fəaliyyətdə-xoreoqrafik, səhnə, ədəbi-poetik, musiqi, təsviri və s. 

istedad;  kommunikativ  fəaliyyətdə-liderlik,  attrakativ  (cəlbedici,  diqqətçəkici) 

istedad;  mənəvi-dəyər  yönümlü  fəaliyyətdə-yeni  mənəvi  dəyərlərin  yaradılmasında 

təzahür edən istedad . 

        İstedad  və  zəka  arasındakı    münasibətdən  də  bəhs  etmək  olar.  Zəka  hiss  və 

ağılın, fəhm və intellektin vəhdətidir. Müəyyən bir məsələnin öyrənilməsində abstakt 

təfəkkür,  formal  məntiq  qaydaları  ilə  yanaşı,  müəyyən  bir  sövq-təbii  hiss,  fəhm 

(fəlsəfi dildə desək”qeyri-şüuri” idrak) də iştirak edir .  

        M.Qorki  S.Sergeyev-Senskiyə yazdığı bir məktubunda belə göstərir: “Mənə elə 

gəlir  ki,  Sizin,  L.N.Tolstoy  “qəflətən  qocalmışdır”  fikriniz  düz  deyil,  məncə  o, 

özünün  qüdrətli  istedadının  müqabilində  son  dərəcə  aciz  görünən  qoca  dərrakəsilə, 

bir qədər küt və ağır dərrakəylə doğulub.Tolstoy özünün bu iki keyfiyyəti arasındakı 

facianə  uyğunsuzluğu  hələ  lap  gəncliyində  duymuş,  elə  buna  görə  də  bütün  ömrü 

boyu  bu  dərrakəylə  mübarizə  aparmışdır”.Fikrimizcə,  burada  əlavə  şərhə  ehtiyac 

yoxdur. 


          Elmi  mənbələrdə  “aktual  istedad”  və”potensial  istedad”  anlayışları  işlədilir. 

Aktual istedad  istedadlı uşağın müəyyən hadisə, proses sahəsində fəaliyyətin  yaş və 

sosial  normalara  nəzərən  yüksək  icraçılıq  səviyyəsini  şərtləndirən  psixoloji 

xarakteristikasıdır.  Potensial  istedad  isə  istedadlı  uşağın  müəyyən  hadisə,  proses 

sahəsində  fəaliyyəti  yaş  və  sosial  normalara  nəzərən  yüksək  nəticələrin  müəyyən 

imkanlarını (potensialını) şərtləndirən psixoloji xarakteristikadır. 

       İstedadı  təzahür  formasına  görə  də  təsnifatlaşdırmaq  olar:gizli  istedad  və  aşkar 



istedad. Gizli istedad qeyri-ənənəvi, maskalanmış formada təzahür edir və bir qayda 

olaraq  ,  ətrafdakılar  tərəfindən  qeyri  adekvat  qarşılanır.Bu  zaman  istedadlı  uşaq 

nəzərdən  qaçırıla,  zəruri  kömək  və  dəstəkdən  məhrum  ola  bilər.  Aşkar  istedad  uşaq 

fəaliyyətində, hətta  əlverişsiz şəraitdə belə, özünü kifayət qədər parlaq və aydın əks 

etdirir. Nailiyyətləri o qədər aşkar olur ki,mütəxəssislərin tərəddüdünə yer qalmır.  

       Elmi  mənbələrdə    göstərilir  ki,  uşaqlarda  istedad  əlamətləri  onların  real 

fəalyyətlərində  və  ya  onların  davranış  xüsusiyyətlərinin  müşahidəsi  zamanı  görünə 

bilər.  İstedadın  yəqin  əlamətləri  fəaliyyətin  yüksək  səviyyədə  yerinə  yetirilməsi  ilə 

bağlıdır  və”istəyirəm”  həm  də  “bacarıram”kateqoriyaları  ilə  birlikdə  nəzərdən 

keçirilməlidir. Yəni istedad əlamətləri uşağın davranışının instrumental və motivasiya 

aspektlərini  əhatə  edir.  İstedadlıların  davranışlarının  instrumental  aspekti  aşağıdakı 

əlamətlərilə  şərh  edilə  bilər:  fəaliyyətin    spesifik  strategiyalarının  olması;  

keyfiyyətcə özünəməxsus məhsuldarlığa səbəb olan fəaliyyət üsullarının olması.  

        İstedadlı uşağın davranışının motivasiya aspekti aşağıdakı kimi şərh edilə bilər: 

predmet  gerçəkliyin bəzi  sahələrinə( səslərə,  rənglərə, işarələrə,  canlılara, qurğulara 

və s.) və ya öz fəallığının müəyyən formalarına (fiziki,idraki, təsviri, bədii və s.) həzz 



hissi yaşantıları ilə müşayiət edilən yüksək həssaslıq; doymayan maraqla ifadə olunan 

yüksək idraki tələbat və şəxsi təşəbbüsü ilə fəaliyyətində verilən şərtlər çərçivəsindən 

kənara çıxma; bu və ya digər məşğuliyyətlərə, fəaliyyət sahələrinə aşkar ifadə olunan 

böyük  maraq  və  ya  aludəçilik,  hər  hansı  bir  əşyaya  qeyri-adi  yanaşmadan 

qaynaqlanan maraq; müəyyən bir fəaliyyətə intensiv meylin nəticəsi olan inadkarlıq 

və  yüksək  əməksevərlik;  paradoksal,  ziddiyyətli  və  qeyri-müəyyən  informasiyaya 

güclü  meyil,  standart,  tipik  və  hazır  qərarlara  və  cavablara  müqavimət  və  onlardan 

yayınma; öz zəhmətinin məhsuluna yüksək tələbkarlıq, kamilliyə can atmaq; kifayət 

qədər çətin məqsədlər qoymaq və onlara nail olmağa ciddi səy göstərmək. 

         Qeyd  edək  ki,  istedad  sahələri  müxtəlifdir  və  hər  sahəyə  uyğun  səciyyəvi 

xüsusiyyətlər  özünü  büruzə  verir.  Elmi  mənbələrdə  istedad  sahələrinə  aşağıdakılar 

aid  edilir:  ümumi  intellektual  qabiliyyətlər;  müəyyən  (spesifik)  akademik 

qabiliyyətlər;  yaradıcı  təfəkkür  və  fəaliyyət;  liderlik;  psixomotor  qabiliyyətlər; 

incəsənətin təsviri və ifaçılıq növləri. 

        Müxtəlif şəxslərdə istedadın ayrı-ayrı komponentləri –tərkibləri fərqli səviyyədə 

təzahür  edə  bilər.  Bu  səbəbdən  də  ayrı-ayrı  uşaqlarda  istedadın  eyni  bir  növü 

bənzərsiz,  unikal  səciyyə  kəsb  edə  bilər.  İstedad  yalniz  o  zaman  təşəkkül  tapır  ki, 

insanın  ümumi  qabiliyyətlər  ehtiyatı  uğurlu  fəaliyyət  üçün  zəruri  olan,  lakin  yaxşı 

inkişaf etməmiş və ya çatışmayan qabiliyyət tərkibini kompensasiya edə bilsin.   

       İstedadların 

müəyyənləşdirilməsi,  dəstəklənməsi  və  inkişaf  etdirilməsi 

probleminin  aktuallığı.  İstedadlar  nadirdir,onları  qorumaq  və  hifz  etmək  lazımdır. 

Millətin  əsl  həyatı  –  yaşama  gücü  məhz  onlardadır  .  Akademik  A.X  Mirzəcanzadə 

yazırdı  ki,  belə  şəxslərə  fərdi  yanaşmaq  və  xeyrxah  münasibət  göstərmək  lazımdır. 

Burada  bir  kəlamı  yada  salmaq  yerinə  düşər:”İstedadlara    hökmən  kömək  lazımdır, 

istedadsızlar  özlərinə  yol  tapacaqlar”.  Fəal  yaradıcı  şəxsiyyət    əsl  mənada  o  vaxt 

formalaşa  bilər  ki,  istedadın  əlamətləri  bəri  başdan  bu  istedadın  inkişafına  kömək 

edən  obyektiv  gerçəkliklə  “möhkəmləndirilmiş”  olsun  .    K.Marks  qeyd  edirdi  ki, 

Rafaelin istedadına  malik olan hər kəs, əslində Rafael ola bilməz:”Hər hansı başqa 

sənətkar kimi , Rafael özünə qədər incəsənətdə əldə edilmiş texniki müvəffəqiyyətə, 

öz  ölkəsində  cəmiyyətin  təşkili  və  əmək  bölgüsünə  və  nəhayət,  onun  vətəni  ilə 

işgüzar  münasibətdə  olan  bütün  ölkələrdə  əmək  bölgüsünə  əsaslanırdı.  Rafaelə 

bənzər  digər    şəxs    öz  istedadını    inkişaf  etdirməyə  müyəssər  ola  bilərmi?    Bu 

tamamilə  həyatın  və  dövrün tələbindən    asılıdır”. 

 “Daim    yeni  olan    yeganə    yeniliyi”-  istedadı  qorumaq  və  hifz  etmək    əvvəlki 

dövrlərdən daha çox indi XXI əsrdə aktuallıq kəsb etməkdədir.İntelekt və intellektual 

uşaqlar probleminin aktuallığı ilə bağlı professor Ə.Əlizadə yazır:”İki əsrin , XX və 

XXI  yüzilliyin  qovşağında  qabiliyyət  və  istedad  problemi  xüsusilə  aktuallaşıb.  Bü 

çoxcəhətli problem hələ lazımi səviyyədə öyrənilməsə də , artıq bir həqiqət şəksizdir: 

qabiliyyət  və  istedad  şəxsi  məsələ  deyil,  milli  sərvətdir.  Onu  göz  bəbəyi  kimi 

qorumaq,  xalqa  qaytarmaq  valideynin  də,  tərbiyəçinin  də,  müəllimin  də  ən  şərəfli 

missiyasıdır” .  

          İstedadlıların müəyyənləşdirilməsi , dəstəklənməsi və inkişaf etdirilməsi  ciddi 

elmi  problemdir.Istedadın  qorunması  və  inkişaf  etdirilməsi  həm  də  cəmiyyətin 

yaradıcı potensialının aktuallaşdırılması, onun inkişaf problemidir. 



         J.Bryuno  göstərir  ki,  istedadlı  uşaqların  təliminin  ümdə  məsələləri  bunlardır: 

hər  bir  şəxsiyyətin  inkişafına  şəraitin  yaradılması;  fərdi  nailiyyətləri  mümkün  qədər 

tez bir zamanda maksimum səviyyəyə çatdırmaq; istedadların potensial imkanlarının 

cəmiyyətin inkişafına yönəltməklə, onun tərəqqisinə nail olmaq . 

         İstedadların    seçilməsi  ilə  bağlı  məsələdə  “Kim  seçilməlidir  və  necə 

seçilməlidir?  “-sualına  bir  mənalı  cavab  vermək  mümkün  deyildir.  Bu  sahədə 

görülməli  olan  işləri  tez,  yüngül,  ucuz  ,  az  müqavimət  yolu  ilə  həyata  keçrmək 

cəhdləri  cəmiyyətə  böyük  itkilər  hesabına  başa  gələ  bilər.  Odur  ki,  istedadlıların 

axtarılıb  tapılması,  dəstəklənməsi  və  inkişaf  etdirilməsi  istiqamətində  fəaliyyətlər 

planlı  və çoxmərhələli şəkildə həyata keçirilməlidir. V.Q.Belinski yazırdı: “Talant , 

istedad  ağıla,  təhsilə,  zəngin  məlumatlara,  hadisələrə  və  şeylərə  orjinal  və  düzgün 

baxışlara  əsaslanmırsa,  o  tezliklə  fərasətsizliyə    çevrilir  “.  İstedadın    qorunması 

xüsusi qayğı tələb edir və burada təhsil-tərbiyənin rolu danılmazdır,  əvəzsizdir.Yeri 

gəlmişkən  qeyd  edək  ki,  bir  qrup  alim  talantlı  uşaqları  istedadlı  uşaqların  bir  qismi 

kimi ayırd edir, başqa bir qrup isə istedad və talant anlayışlarını sinonim kimi işlədir . 

Nailiyyətləri  yeniliyinə  və  sosial  əhəmiyyətinə  görə  obyektiv  tələblərə  cavab  verən 

uşaqlar  talantlı  uşaqlar  hesab  edilirlər.Talantlı  uşağın  konkret  fəaliyyət  məhsulu  bir 

qayda  olaraq,    yüksəkixtisaslı  mütəxəssis  tərəfindən  peşə  ustalığı  və  yaradıcılıq 

meyarlarına nəzərən qiymətləndirilir. 

        Gənc  istedadların  axtarılmasında  əsas  yanaşma  yalnız  uşaqlara  deyil,  həm  də 

müəllim və valideynlərə yönəlmiş tibbi-psixoloji və pedaqoji tədbirlər kompleksidir. 

İstedadlı  uşaqların  seçilməsi  üçün  müxtəlif  metodlardan  istifsdə  edilməli,  seçilmiş 

uşaqların  inkişafı və nailiyyətləri mütəmadi izlənilməlidir. Bu proses özündə bir neçə 

mərhələni  saxlayır.İstedadlı  uşaqların  yaradıcılıq  potensialının  inkişaf  praktikası 

xüsusi yaradıcılıq proqramlarının və təlim materiallarının hazırlanmasını və tətbiqini 

zəruri 


edir.  İstedadlı  uşaqlara  gələcəkdə  öz  yaradıcılıq  potensiallarını 

aktuallaşdırmaları  üçün  zəruri  olan  keyfiyyətləri  -  yaradıcılığı,  ünsiyyəti,  liderlik 

xüsusiyyətlərini  və  digər  şəxsiyyət  xüsusiyyətlərini  formalaşdırmağı  öyrətmək 

məqsədi ilə xüsusi təlim proqramları işlənir. 



          Pedaqoji  təmayüllü  ali  məktəblərdə(eləcə  də  kolleclərdə)  istedadlarla  işin 

istiqamətləri
Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin