Yeni TƏLİm texnologiyalari. FƏal və İnteraktiv təLİM Əhatə olunan məsələlər



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə4/11
tarix30.12.2019
ölçüsü1,42 Mb.
#30030
1   2   3   4   5   6   7   8   9   10   11
YENİ TƏLİM TEXNOLOGİYALARI.


 

6. İnteraktiv təlim metodlarının 

təsnifatı və məzmunu 

 

İnteraktiv  təlim  üsulları  o  zaman  müsbət  nəticə  verə  bilər  ki,  şagirdlər  üçün 

müasir  tələblərə  cavab  verən  öyrədici  mühit  yaradılsın.  Öyrədici  mühit  üç 

komponentdən ibarətdir: 1) sosial-psixoloji; 2) informasiya mühiti; 3) əşyavi mühit. 



Sosial-psixoloji mühit: Sosial-psixoloji mühit nə deməkdir? – Bu şagirdin digər 

insanlarla  və  öz  daxili  aləmi  ilə  qarşılıqlı  münasibətidir.  Əməkdaşlıq,  açıqlıq,  bir-

birini  başa  düşmə  və  köməklik  mühiti  təlimin  effektivliyini  artırır,  təlim  prosesinə 

emosianallıq verir, şagirdləri sözün əsil mənasında məktəbə doğru çevirir. 



İnformasiya  mühiti:  İnformasiya  mühiti  məlumat  mənbələrinin  bütün 

kompleksini  öz  tərkibinə  daxil  edir.  Adətən  məlumat  mənbələrinin  çox  dar 

dairəsindən istifadə edilir. Təəssüf ki, bir çox hallarda müəllim və dərs vəsaiti yeganə 

məlumat  mənbəyi  kimi  çıxış  edir.  Bir  çox  məlumat  mənbələrindən  istifadə 

edilməməsi (bədii, ensiklopedik, elmi-populyar ədəbiyyat, müşahidə, televiziya, kino, 

mətbuat  və  s.)  təlim  prosesini  kasıblaşdırır,  onu  bir  çox  boyalardan  məhrum  edir, 

müəllim və şagird arasında sərbəstliyin itməsinə səbəb olur. 

Əşyavi  mühit:  Əşyavi  mühitin  tərkibinə  maddi-texniki  resursların  tam 

kompleksi daxildir. Bunlar aşağıdakılardır: 

- məktəb əşyavi mühiti: dərsliklər, didaktik vəsaitlər, texniki avadanlıq, stendlər 

və s.; 


- təbii mühit: canlı və cansız təbiət; 

yaşayış mühiti: ev, məişət, maddi mədəniyyət və s. 



Məktəb əşyavi mühiti daha geniş istifadə olunur. Məktəb binasının divarlarında 

uşaqların  öyrənmə  motivasiyasını  stimullaşdıran  stendlər  (əyani  və  məlumatverici), 

uşaq  işlərinin  sərgisi,  qəzetlər  və  s.  asılır.  Təəssüflər  olsun  ki,  təbiət  mühitinin 

imkanlarından  təlim  prosesində  çox  az  istifadə  olunur.  Açıq  havada  dərslər və  eks-

kursiyalar sisteminin işlənib hazırlanması, təbii mühitin öyrənilməsi ilə bağlı müxtəlif 

tapşırıq və məşğələlərin tədris proqramına daxil edilməsi vacibdir. 

İnteraktiv  təlim  metodları  ilə  keçirilən  dərslərdə  şagirdlərin  inkişafını  (və  ya 

inkişaf səviyyələrini) B.Blumun tansonomiyası ilə müəyyən etmək olar: 

1. Biliklərin  mənimsənilməsi  bacarığı:  bura  öyrəniləcək  materialın  konkret 

faktlardan bütöv nəzəriyyələrə qədər yadda saxlaması, ifadə edə bilməsi daxildir. 

2. Dərketmə  bacarığı:  öyrəndiyi  materialı  şərh  etməsi,  hadisələrin  gələcək 

inkişafı ilə bağlı məntiqli fikirlər söyləməsi. 



3. Tətbiqetmə  bacarığı:  öyrəndiyi  materialın  məzmununu  konkret  şərait  və 

vəziyyətdə tətbiq edə bilməsi. 

4. Təhliletmə  bacarığı:  öyrəndiyi  materialı  tərkib  hissələrinə  ayırmaqla 

strukturunu müəyyən etməsi. 

5. Sintez etmə bacarığı: elementləri kombinə etməklə tamı alması. 

6. Qiymətləndirmə  bacarığı:  öyrəndiyi  materialın  əhəmiyyətini  müəyyən  edə 

bilməsi. 

Yeni  təlim  texnologiyalarını  ayrı-ayrı  mövzulara,  fənlərə  tətbiq  edərkən  tədris 

ediləcək  mövzunun  məzmunu  ilə  tam  tanış  olmaq  lazımdır.  Yeni  təlim 

texnologiyalarının  məzmunu,  tədrisdə  tətbiq  edilmə  imkanlarını  nəzərə  aldıqdan 

sonra mövzunun hansı interaktiv təlim metodundan istifadə edilərək tədris ediləcəyini 

müəyyənləşdirmək lazımdır. Təcrübə göstərir ki, mövzunun tədrisi zamanı bir və ya 

iki təlim texnologiyasından istifadə edildikdə səmərə yüksək olur. 

İnteraktiv təlim metod və texnikalarına diqqət yetirək. İnteraktiv təlim metod və 

texnikaları mahiyyətinə görə bir neçə yerə qruplaşdırıla bilər. Bu qrupları aşağıdakı 

kimi təsnif etmək olar: 

1.  “Beyin  həmləsi”  metodları:  hücum,  BİBÖ,  auksion,  klaster,  suallar, 

anlayışların çıxarılışı, söz assosiasiyaları, insert. 

2.  Müzakirə  metodları:  müzakirə,  diskussiya,  debatlar,  müzakirə  xəritələri, 

Sokrat üsulu, akvarium. 

3. Rollu oyunlar metodları: rollu oyun, modelləşdirmə, səhnələşdirmə. 

4. Prezentasiya metodları: təqdimatlar, esse. 

5.  Tədqiqatın  aparılması  metodları:  problemin  həlli,  kublaşdırma,  konkret 

hadisənin  araşdırılması,  Venn  diaqramı,  lahiyələrin  hazırlanması,  sorğu  vərəqləri  və 

müsahibələr, qərarlar ağacı, ideyalar xalısı, refleksiya. 

6. Təşkilati metodlar: ziqzaq, karusel. 

 


 

İnteraktiv təlim metodlarının təsnifatı və məzmunu 

 

Akvarium 

 

Bu  üsulun  məqsədi  diskussiya  vərdişlərini  inkişaf  etdirməkdir.  Akvarium  bir 

neçə variantda keçirilə bilər. 

“Akvarium”un keçirilməsinin I variantı: 

Şagirdlərin köməyi ilə diskussiya aparmaq qaydaları (məsələn, reqlamentə əməl 

etmək, bir-birinin sözünü kəsməmək və s.) müəyyən edilir. Şagirdlər iki qrupa bölünür. 

Bir qrup dairənin daxilindəki stullarda əyləşərək müəllimin təklif etdiyi problemi mü-

zakirə  edir.  Dairədən  kənardakı  stullarda  əyləşmiş  digər  qrup  isə  diskussiyanın 

müəyyən edilmiş qaydalara uyğun aparıldığını müşahidə edir. 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Müəyyən olunmuş mövzu üzrə birinci qrup diskussiya aparır. 15-20 dəqiqədən 

sonra  diskussiya  dayandırılır,  “xarici  dairənin”  iştirakçıları  diskussiyanın  gedişini 

qiymətləndirir  və  qruplar  yerini  dəyişərək  bu  və  ya  digər  problemin  müzakirəsini 

davam etdirirlər. 

“Akvarium”un keçirilməsinin II vaiantı: 

“Daxili dairənin” iştirakçıları müəllimin təklif etdiyi problemi müzakirə edir və I 

variantdan fərqli olaraq, iştirakçılar bu zaman yalnız problemin “lehinə” olan dəlilləri 

söyləyirlər. 

Digər qrupun üzvləri xarici dairədə stullarda əyləşirlər, dəlilləri dinləyir, yazıya 

alır,  təhlil  edir,  öz  əks-dəlillərini  hazırlayırlar.  15-20  dəqiqədən  sonra  diskussiya 

dayandırılır,  xarici  və  daxili  dairədən  olan  şagirdlər  öz  yerlərini  dəyişirlər.  Onlar 

əvvəlki iştirakçıların dəlillərini təkzib etmək üçün diskussiya aparırlar. 

Burada qrupların vahid fikrə gəlməsi vacib deyil. 

 

 

 

 

 


Qərarlar ağacı 

 

Bu  üsul  mürəkkəb  və  birmənalı  olmayan  vəziyyətlərdə  qərar  qəbulunu 



asanlaşdırır.  O  həmçinin  bu  qərarların  qəbul  edilməsi  zamanı  rəhbər  tutulmuş 

motivlərin təhlili üçün də lazım ola bilər. 

“Qərarlar  ağacı”  mübahisəli  qərar  və  nöqteyi-nəzərlərin  şagirdlərə  daha  yaxşı 

aydınlaşdırılmasına  kömək  edir;  şagirdlərin  biliklərin  cəlbedici  formada 

ümumiləşdirilməsinə  və  qiymətləndirilməsinə  imkan  yaradır.  Bu  üsuldan  istifadə 

etməklə  şagirdlər  mümkün  olan  qərarların  bütün  variantlarını,  eləcə  də  bunların  hər 

biri  ilə  bağlı  müsbət  və  mənfi  cəhətləri  müfəssəl  təhlil  edirlər.  Məşğələlər  zamanı 

şagirdlər aşağıdakı cədvəli doldururlar. 



 

“Qərarlar ağacı” problem 

 

 

 



 

 

 



 

 

 



 

 

Qərar 

Tətbiq etmə qaydası. 

- Məşğələ başlanmazdan əvvəl aparıcı təhlil ediləcək problemi müəyyənləşdirir, 

qruplar üçün cədvəlləri hazırlayır. 

Əvvəlki dərslər (ev tapşırığı) zamanı şagirdlər şərtləşdirilmiş problemlə, tarixi 



şəraitlə bağlı biliklər əldə edirlər. 

Müəllim  şagirdləri  4-6  nəfərlik  qruplara  (4-5)  bölür.  Hər  bir qrup doldurmaq 



üçün  cədvəllər  və  markerlər  alır.  Müəllim  tapşırığın  yerinə  yetirilməsi  üçün  vaxt 

müəyyənləşdirir: 15 dəqiqədən 20 dəqiqəyədək. 

Qruplarda  iş  zamanı  şagirdlər  problemin  həlli  variantlarının  üstünlük  və 



çatışmazlıqlarını qeyd edir, sonra isə bu problemlə bağlı qərar qəbul edirlər. 

Tapşırıq  yerinə  yetirildikdən  sonra  qrupların  nümayəndələri  növbə  ilə  öz 



işlərinin nəticəsini təqdim edirlər. Zərurət olduqda müəllim cədvəlləri müqayisə edir, 

qrupları eyni qərarlara gətirib çıxarmış səbəbləri açıqlayır, suallara cavab verir. 



 

Əqli hücum 

 

“Əqli  hücum”  –  şagirdlərin  fəallığının  həvəsləndirilməsi  və  ideyaların  sürətli 

generasiyası üsuludur. 

Bu üsuldan konkret problemin həlli, ya da yeni mövzunun öyrənilməsi zamanı 

suala cavab axtarmaq üçün istifadə oluna bilər. 

I variant 

 + – 

II variant 

 + – 

III variant 

 + – 


Tətbiq etmə qaydası. 

“Əqli hücum”un  hansı  problem  üzrə  aparılacağını  qərarlaşdırın. Onu müxtəlif 



cavabları ola biləcək sual şəklində formalaşdırın. 

Şagirdlərdən öz ideyalarını bildirməyi xahiş edin. 



Bütün  ideyaları  elə  yazın  ki,  hamı  görə  bilsin.  Bunlar  ayrı-ayrı  sözlərdən, 

yaxud qısa ifadələrdən ibarət ola bilər. 

Şagirdlərə  izah  edin  ki,  onlar  bir-birinin  ideyalarını  şərh  edə,  ya  da  artıq 



səslənmiş ideyaları təkrarlaya bilməzlər. 

Şagirdləri  fəallığa  həvəsləndirin,  lakin  onları  ideyalarını  bildirməyə  məcbur 



etməyin. 

İdeyaları yazarkən onları qiymətləndirməkdən çəkinin. 



Öz ideyalarınızı yalnız sinifin fəallığını yüksəltmək zərurəti meydana çıxdıqda 

bildirin. 

Əgər hər hansı cümlə aydın deyilsə, müəllifindən onu izah etməyi xahiş edin, 



ya da öz izahınızı verin və şagirdlərin onunla razı olub-olmadığını yoxlayın. 

- Hər yeni təklifi yazın. Çox vaxt bunların ən qeyri-adi, gözlənilməzi və ağılsızı 

ən faydalı və maraqlı olur. 

İdeyalar tükənəndə “əqli hücum”u dayandırın, bütün təklifləri nəzərdən keçirin 



və şagirdlərdən xahiş edin ki, onların şərhini versinlər. 

Bütün  ideyaları  şərh  etdikdən  sonra  müəllim  şagirdlərin  iştirakı  ilə  bunları 

mühümlüyünə  görə  sıralayır  ki,  qoyulmuş  sualın,  yaxud  problemin  həllinə  kömək 

edən ideyaları seçmək mümkün olsun. 



 

Rollu oyunlar 

 

Oyunlar daha maraqlı və səmərəli iş formasıdır. 

Rollu  oyun  kiçik  improvizasiya-pyesdir.  Onun  məqsədi  təlim  materialının 

qavranılmasını və dərk edilməsini asanlaşdırmaq, şagirdləri real təhsildə və həyatda 

baş  verən  vəziyyətlərə  hazırlamaqdır.  Qeyri-müəyyənlik  şəraitində,  yaradıcılıq 

fəaliyyətində,  real  mühitin  əsas  cəhətlərinin  təxəyyüldə  yaradıldığı  vəziyyətdə  qərar 

qəbul etməyi öyrətmək üçün oyundan istifadə olunur. 

Müəllimin  vəzifəsi  öz  personajına  kənardan  baxmağı  öyrətmək,  bu  vəziyyətdə 

onun güclü və zəif tərəflərini başa düşməyə kömək göstərməkdən ibarətdir. 

Tətbiq etmək qaydası. 

Müəllim əvvəlcədən situasiya fikirləşib tapır, sinif otağını hazırlayır. 



Oyunun iştirakçılarını ehtiyatla və ustalıqla seçmək lazımdır. 

Rolun ifası zamanı münaqişələrin yaranmasına yol verilməməlidir. 



Rollar qısa olmalı, sadə dildə yazılmalıdır. 

Müəllim  sinfi  öz  rollarını  ifa  edən  bir  neçə  qrupa  bölə,  ya  da  bir  qrupa 



oynamağı, qalanlarına isə aktyorların oyununu müşahidə etməyi tapşıra bilər. 

Oyunun sonunda şagirdləri ustalıqla rollarından “çıxarmaq” vacibdir. 

Yekunlaşdırarkən  müəllim  diqqəti  aktyorların  söylədiyi  ayrı-ayrı  sözlərə  deyil, 

məşğələnin məqsədlərinə yönəldir. 



 

 

Vəziyyət üzrə praktikum 

 

Bu üsul şagirdlərdə, az da olsa, şəxsi hüquqi təcrübənin olmasını nəzərdə tutur. 



Şagirdlərə mənəvi sahəyə aid problemlərin qoyulduğu və sinifdə ciddi müzakirə tələb 

edən  müxtəlif  vəziyyətlər  təklif  olunur.  Vəziyyət  üzrə  praktikum  tənqidi  təfəkkür 

vərdişlərini,  təhlil  qabiliyyətini  inkişaf  etdirir,  mənəvi  dəyərləri,  mövqeləri  forma-

laşdırır. Dəyərlərin müəyyənləşdirilməsinə dair vəziyyət üzrə çalışmalar şagirdlərə öz 

rəylərinə görə cavab verməyi və bunları müdafiə etməyi öyrədir. 

Tətbiq etmək qaydası 

Müəllim  dərsdə  müzakirə  olunacaq  problem  və  sualları  əvvəlcədən  fikirləşib 



tapır. 

- Vəziyyət üzrə praktikum üçün materialları diqqətlə seçir. 

- Hər  vəziyyətə  dair  suallar  və  tapşırıqlar  düşünülür.  Bunlar  2-dən  5-dək  ola 

bilər. 


- Vəziyyət ayrı-ayrı kağız vərəqlərində, kartoçkalar şəklində yazılır. 

Sinif ya cütlüklərə, üçlüklərə, ya da 4-5 qrupa bölünür. 



Şagirdlərə təlimat, tapşırıq və suallar verilir. 

Qrupların işi sona çatan kimi müzakirə başlanır. 



 

Diskussiya 

 

Bu  üsul  həm  müəllim,  həm  də  şagirdlər  üçün  universaldır.  Bu  üsul  onların 



qoyulmuş  problemlərə  və  suallara  münasibətini  öyrənməyə  imkan  verir.  Şagirdlər 

verilmiş mövzunu 10-20 dəqiqə ərzində müzakirə edirlər. 

Diskussiya  şagirdlərə  tarix,  vətəndaşşünaslıq,  hüquqi  xarakterli  məsələlər  və 

digər fənlərə aid mühüm problemlərin müstəqil şəkildə müzakirə etmək imkanı verir, 

informasiya  toplamaq  vərdişlərini  və  fəallığını  inkişaf  etdirir,  bütün  şagirdlərə  öz 

nöqteyi-nəzərini bildirmək və eyni zamanda mübahisədə kiminsə üstünlük qazanmaq 

imkanlarını məhdudlaşdırır. 

Bu  üsul  həmçinin,  müəllimin  tələbi  olmadan  fikir  mübadiləsinə  kömək  edir, 

dinləmək,  növbə  ilə  danışmaq,  tolerantlıq  nümayiş  etdirmək  bacarıqlarını  inkişaf 

etdirir. 



Tətbiq etmək qaydası. 

Başlanğıcda şagirdlərə diskussiyanın aparılmasının əvvəlcədən tərtib edilən əsas 

qaydalarını xatırlatmaq yaxşı olardı: 

1. Danışanı dinləmək. 

2. Eyni vaxtda yalnız bir adam danışa bilər. 

3. Çıxış etmək istəyi varsa, əlini qaldırmalıdır. 

4. Danışanın sözünü kəsməmək. 

Müəllim  keçiriləcək  diskussiyanın  mövzusunu  əvvəlcədən  elan  edir. 

Diskussiyanın gedişində o, yazı taxtasından asılmış vatman kağızı vərəqində yazılmış 

mövzu  və plan  haqqında  məlumat  verir.  Sonra  diskussiyanın  başlanması üçün işarə 

verir. Müəllim diskussiyanın gedişinə qarışmır, sonda isə yekun vurur. 

 

 


Yazılı debatlar 

 

Debatlar  şagirdləri  həyəcanlandıran,  xarakterli,  mübahisəli  mövzular  üzrə 



planlaşdırılmış xüsusi dialoqdur. 

Debatların  məqsədi  öz  mövqeyini,  nöqteyi-nəzərini  dəlil-sübutlu  şəkildə, 

sakitcəsinə müdafiə etməyi şagirdlərə öyrətməkdir. 

İştirakçılar  müzakirə  olunan  mövzunun  “lehinə”  və  “əleyhinə”  olan  dəlilləri 

gətirməli  və  opponentlərini  öz  mövqeyinin  düzgün  olduğuna  inandırmağa 

çalışmalıdırlar. 

Debatların aparılmasının 2 forması mövcuddur: şifahi və yazılı. 

Yazılı debatlar - tərəflər arasında yazılı dialoq formasıdır. 



Debatlar cütlüklər, ya da üç-dörd nəfərlik qruplar şəklində aparıla bilər. 

- Debatlar  A-4  (albom)  və  A-1  (vatman)  vərəqlərində,  xüsusi  forma  üzrə 

keçirilir. 

Debatlar  zamanı  şagirdlər  yalnız  öz  dəlillərini  təqdim  etmir,  həm  də  digər 



tərəfin dəlillərinə cavab verirlər. 

Debatlar şagirdlərin müzakirə olunan  məsələ  ilə bağlı  fikirlərini dərinləşdirir, 



onları diskussiya mədəniyyətinə alışdırır. 

Tətbiq etmək qaydası 

1.  Müəllim  şagirdlərə  debatların  necə  keçirildiyini  izah  edir:  bir  qrup 

mövzusunu  təsdiq  edir  və  öz  mövqeyini  sübuta  yetirir,  digəri  isə  həmin  mövzunu 

təkzib edir və öz sübutlarını təqdim edir. 

2. Şagirdlər debatın keçiriləcəyi mövzu ilə irəlicədən tanış olurlar. 

3.  Sinif  ya  cütlüklərə,  ya  da  cüt  saylı  qruplara,  məsələn,  hərəsində  üç  şagird 

olmaqla 8, yaxud 10 qrupa bölünür. 

4.  Müəllim  şagirdlərə  sinif  otağının  hər  iki  tərəfi  boyu  düzülmüş  stullara 

əyləşməyi təklif edir və püşkatma yolu ilə hər qrupun üzvlərinin hansı nöqteyi-nəzəri 

müdafiə edəcəklərini müəyyənləşdirir. 

5.  Sinif  otağının  hər  iki  tərəfində  əyləşmiş  qruplar  iki-iki  yazılı  dialoqa 

başlayırlar.  Birinci  qrupdan  olan  şagirdlərə  öz  dəlilinin  formalaşdırılması  üçün  5 

dəqiqə vaxt verilir. Həmin dəlil kağız vərəqinə yazılır. 

6.  Sonra  vərəqlər  opponentlərə  ötürülür  və  onlara  öz  tərəf-müqabillərinin 

dəlillərinə  cavablarını  formalaşdırmağa  və  yazmağa,  eləcə  də  öz  əks-dəlillərini  şərh 

etməyə 8 dəqiqə vaxt ayrılır. 

7.  Bu  cür  mübadilə  prosesi  2-3  dəfə  təkrarlanır,  özü  də  bu  zaman  hər  şagird 

mütləq  tərəf-müqabilinin  dəlilinə  cavab  verməli  və  öz  dəlilini  də  buraya  əlavə 

etməlidir. Adətən 3-4 raund kifayət edir. Sonuncu raundda şagirdlərə nəticəni yazmaq 

imkanı  verilir.  Bundan  sonra  işlər  yığılır  (əgər  A-4  formatlı  kağızda  yerinə 

yetirilmişsə),  yaxud  bunların  təqdimatı  keçirilir  (əgər  iş  A-1  formatlı  kağızda  icra 

edilmişsə). Əgər qruplarda icra olunmuş işlərin təqdimatı keçirilirsə, dəlillər və əks-

dəlillər iki şagird tərəfindən oxunur. Çox vacibdir ki, oxu zamanı müəllim şagirdlərin 

yalnız  öz  cavablarını  oxumasına,  mübahisəyə  girişməməsinə,  bir-birinin  dəlillərini 

“saf-çürük” etməsinə göz yetirsin, çünki bunlar yazılı debatlardır və şagirdlər öz fi-

kirlərini yazılı formada bildirirlər. 



Əgər  işlər  A4  formatında  və  cütlükdə  yerinə  yetirilibsə,  onda  həmin  işlər 

toplanır və müəllim tərəfindən qiymətləndirilir. 

8. Yekunlaşdırmanın ən yaxşı forması hər iki tərəfə ünvanlanmış aşağıdakı sual ola 

bilərdi: “Rəqibin ən yaxşı dəlilləri hansılar idi?” 

 

Qar topası 

 

Sxem üzrə hərəkət edilir 

 

 



 

 

 



 

 

 



 

 

1-ci  mərhələ.  Müəllimin  qoyduğu  suala  şagirdlər  fərdi  şəkildə  cavab  verir,  öz 

fikirlərini kağız vərəqində qeyd edirlər. 



2-ci  mərhələ.  Qruplara  bölünmə  aparılır,  uşaqlar  elə  həmin  məsələ  üzrə  qrup 

işinə  başlayır  və  öz  rəyini  ümumiləşdirirlər.  Qrup  öz  rəyini  vatman  kağızı  vərəqi 

üzərində qeyd edir, sonra öz işini təqdim edir. 

3-cü  mərhələ.  Müəllim  qrupların  rəyini  ümumiləşdirir,  təqdim  olunmuş 

işlərdəki oxşar bəndləri aşkar edir və bunları ayrıca vatman kağızı vərəqinə yazır. 

 

 

Konkret hadisənin tədqiqi (situativ praktikum) 

 

Məqsəd: 

Konkret  hadisənin  tədqiqi,  hadisənin  təhlili,  qavranılması,  səhvlərin 

müəyyənləşdirilməsi  və  həlli  vasitəsilə  tənqidi  təfəkkürü  stimullaşdıran  tədqiqata 

əsaslanmış bir üsuldur. Problemin həllində aktiv və səmərəli iştirak etmək ideyasını 

vurğulamaq üçün real situasiyalardan istifadə olunur. Müəllim şagirdlərə həyatda tez-

tez  baş  verən  maraqlı  situasiyaları  və  ya  sinifdə  ciddi  müzakirəyə  ehtiyacı  olan 

problemləri nəzərdən keçirməyi təklif edə bilər. 

Bu üsulun vasitəsi ilə aşağıdakı bacarıqların formalaşdırılmasına nail olunur: 

1. Hadisənin səmərəli həlli yollarını araşdırmaq; 

2. Məntiqi  və  tənqidi  təfəkkürü  inkişaf  etdirmək:  təhlil  etmək,  səhvləri 

müəyyənləşdirmək; 

3. Hadisənin  səbəbinin  aşkarlanması  vasitəsilə  tənqidi  təfəkkürü  inkişaf 

etdirmək; 

4. Tədqiqatçı bacarıqlarını aşılamaq; 

5. Məlumatı sistemləşdirmək; 

6. Nəticə çıxarmaq və əsaslandırmaq. 



Alqoritm: 

1. Müəllim tərəfindən hadisənin seçilməsi. 



2. Müəllim nəzərdən keçirilən problemə dair situativ praktikumu hazırlamalıdır. 

O  hər  bir  problemli  vəziyyətə  dair  müzakirə  üçün  məqsədyönlü  sualları  öncədən 

düşünməli və hazırlamalıdır. 

3. Vəziyyətlərdən hər biri ayrıca kartda yazıla bilər. 

4. Şagirdləri hər biri 4-5 nəfərdən ibarət qruplara bölürlər. Hər qrup təklif edilən 

vəziyyətlərdən birini müzakirə etməlidir. 

5. Şagirdlər  hadisəni  tədqiq  edir  və  öz  münasibətini  bildirir.  Şagirdlərə  kömək 

etmək  üçün  aşağıdakı  sualları  verin:  Nə  baş  verdi?  Mühüm  elementlər  hansılar  idi? 

Faktların  təqdimatında  çatışmayan  bir  şey  var  idimi?  Nə  üçün  maraqlı  tərəflər  bu  cür 

hərəkət edirlər? 

6. Bu  mərhələdə  iştirakçılar  öz  şəxsi  və  subyektiv  qavrayışlarına  əsasən  həll 

yollarını  ifadə  edirlər.  Şagirdlərdən  ilk  təəssüratlarını  söyləməyi  xahiş  edin.  Hər 

şagird hadisənin həlli yollarını göstərir. Bu həll yollarına hadisənin bütün elementləri 

daxil olmur. Bu səbəbdən də fikirlər müxtəlif və bir-birinə zidd ola bilər. 

7. Müəllim konkret hadisəyə yenidən qayıdır, problemlə bağlı bütün məlumatları 

nəzərdən keçirir, onu konseptləşdirir, qaydaya salır və sistemləşdirir. Hadisənin həlli 

yolunda  meydana  çıxan  lehinə/əleyhinə  olan  arqumentlərə  münasibəti  aydınlaşdırır. 

Müəllim belə suallar verə bilər: lehinə və əleyhinə olan cəhətlər hansılardır? Siz hansı 

arqumentləri  dəstəkləyəcəksiniz?  Digərinin  nəticəsi  nə  ola  bilər?  Alternativlər 

hansılardır? Şagirdlər öz arqumentlərini gətirərək konkret hadisəyə istinad edir. 

8. Şagirdlər konkret hadisə ilə bağlı son qərarı verməlidirlər. Əgər onların qərarı 

rəsmi həll ilə üst-üstə düşmürsə, eybi yoxdur. 

9. Qruplar öz işlərini bitirdikdən sonra sinifdə ümumi müzakirə başlanır. 

 Müzakirə mərhələsi aşağıdakı istiqamətlərə yönəldilməlidir: 

  Konkret hadisənin şəraiti və məzmunu ilə bağlı “arxaya baxmaq”; 

 

Ümumiləşdirilə biləcək əməliyyat prinsipləri üçün “aşağıya baxmaq”; 



 

Başqa oxşar situasiyalar üçün “ətrafa baxmaq”; 

 

Bu  cür  hadisələri  səmərəli  şəkildə  həll  etmək  istəyiriksə,  öz  şəxsi 



münasibətimizi dəyişmək üçün “irəli baxmaq”. 

10.  Sonda  şagirdlər  hadisənin  həlli  üzrə  son  qərar  verirlər,  başqa  situasiyalar 

üçün də yararlı olan nəticələrə gəlirlər. 

Şərtlər: 

1. İş forması: böyük qruplarla iş, bütün siniflə; 

2. Auditoriyanın bilik səviyyəsi (hadisə haqqında məlumat); 

3. Vaxt: 35 dəqiqə; 

4. Dərsin mərhələsi: tədqiqat, nəticənin çıxarılması (bütün mərhələlərdə); 

Konkret  hadisə  meyarlara  əsasən  seçilir.  Heç  də  bütün  situasiyalar  konkret 

hadisə  olmur.  Konkret  hadisə  olması  üçün  situasiyanın  aşağıdakı  xüsusiyyətləri 

olmalıdır: 

 

Gerçək olmalıdır; 



  Dərhal  müdaxilə  tələb  etməlidir:  maraq  doğura  biləcək  problemi 

vurğulamalıdır; 

 

Qrupların  maraqları  ilə  əlaqəli  olmalıdır  ki,  hadisəni  həll  etməyə  çalışan 



iştirakçılar lazımi informasiyaya malik olsunlar və həll yollarını tapsınlar; 

 

Tam olmalıdır. Onun təqdimatında həlli üçün tələb olunan bütün detallar əks 



olunmalıdır. 

Vasitələr:  Lövhə,  iş  vərəqləri,  kağız,  flomaster,  video,  televizor  (motivasiya 

mərhələsi üçün); 



Yarana biləcək problemlər: 

1. Hamının iştirak etməməsi; 

2. Arqumentlərin inandırıcı olmaması; 

3. Arqumentlərin qanunla əsaslanmaması; 

4. Düzgün nəticə çıxarılmaması. 


Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin